Qafqaz Albaniyasının tarixi-coğrafiyası” adlı mühazirə təşkil olunub (FOTO)
Mihranilər sülaləsindən dördüncü hökmdar olaraq 705-ci ildə hakimiyyətini bərpa edən Varaz Tiridatdan 822-ci ildə öldürülən Varaz Tiridat da daxil olmaqla dörd alban çarı hakimiyyətdə olmuşdu. 837-ci ildə Bağdaddan on iki min atlı qoşun çıxıb Albaniya ölkəsinə basqın etdi. Elə həmin ildə çar nəsli Mehranilərdən olan Səhl ibn Sumbat xürrəmilər hərəkatının başçısı Babəki tutaraq xəlifənin ixtiyarına verdi. Əvəzində İberiya və Albaniya üzərində ali hakimiyyət ona verildi və o, bu ölkələrdə çar kimi hakimlik etdi. Mənbəyə əsasən 822-ci ildə öldürülən Varaz Tiridatdan sonra Albaniyada hakimiyyət çar nəslindən olan Səhl ibn Sumbata keçmiş və göstərilən məkanda alban xristian hakimlərinin hökmranlığı davam etmişdi.
II Mövzu: Azərbaycan ərazisində tayfa ittifaqlari və qədim
1. Azərbaycan tarixi.VII cilddə, I cild, Bakı,2005,səh.166-414.
2. Azərbaycan tarixi .Bakı,1994,səh.73-169.
3. . Azərbaycan tarixi Ali məktəblər üçün dərslik Bakı 2014
4. Qaşqay S. Manna çarlığının tarixindən. B.1971.
5. Fazili A. A. Atropatena e.ə.IV- VII əsri. B.1992.
6. Məmmədova F.Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası.Bakı,
İbtidai –icma münasibətlərinin pozulması ilə sinifli cəmiyyətin meydana gəl-məsi ölkədə məhsuldar qüvvələrin sürətli inkişafı və istehsal münasibətlərinin kəskinləşməsi nəticəsində baç verdi. İlk sivilizasiya –sinifli cəmiyyət ibtidai –icma qurluşuna nisbətən irəliyə doğru güclü addım idi.
Bu dövrdə hərbi-demokratiya quruluşu meydana çıxır, insanlarda sərvət əldə etmək, qonşuların sərvətinə malik olmaq meylləri güclənir. Tayfalararası müharibələr artır, zəif tayfalar məğlub olaraq iri və güclü tayfalar ətrafında birləşməyə başlayırlar.
Mənbələr artıq e.ə. III minilliyin sonlarına yaxın Azərbaycanın cənub –qərb vilayətlərində lullubilərin və kutilərin tayfa itifaqlarının yarandığını göstərir.
Lillubilərin şərq qonşuları kassitlər, cənubi-şərq qonşuları isə elamlılar idilər. Urmiya gölünün qərb və şimal sahillərindəki bəzi vilayətlərdə isə xurritlər yaşayırdılar.
E.ə.III və I miniliyin başlanğıcına qədər həmin ərazilərdə yaşayan əhalinin etnik və dül tərkibində demək olar ki, heç bir dəyişilik baş verməmişdi.
E.ə.I minilliyin başlanğıcında Cənubi Azərbaycan ərazisində sakin olan qədim tayfaların bir hisəsinin manna tayfalarından ibarət olduğu göstərilir. Onlar Urmiya gölündən cənub və şərqdə yaşamışlar.
Mannalılar haqqında ilk məlumatı Assuriya daşüstü yazıları verir. Manna tayfalarını etnik, iqtisadi və mədəni cəhətdən lullubi tayfalarının varisləri sayılırlar.
Mannalılardan şərq və cənub –şərqə doğru Midiya tayfaları yerləşmişdilər. Onlar haqqında ilk məlumata e.ə.IX əsrə aid olan Assuriya yazılarında rast gəlmək olur. Midiyalıların yerləşdiyi həmin ərazi “ Maday” və ya “Amaday” adlanırdı.
E.ə I minillikdə Azərbaycan ərazisində kadusilər, kaspilər, albanlar və başqa tayfalar da yaşayırdılar. Kadusilər Qarasu (Qaradağda ) çayı vadisində və Araz çayı-nın cənub axarı ilə qonşu yerlərdə yaşamışlar.
Kaspilər Xəzər dənizinin qərb və cənub –qərb sahillərində yaşamış və son-ralar midiyalılar, albanlar və başqa tayfalarla qarışmışlar.
Alban tayfaları güclü tayfalardan olub Kür çayının şimalında yaşamışlar. E.ə VII əsrdə Azərbaycanın düzənlik ərazilərində skif (iskit) tayfaları da yaşamışlar.
Tarix inkişaf etdikcə Azərbaycan ərazilərində yaşayan tayfalar tayfa ittifaqlarında birləşməyə başlayırlar. Bu tayfa ittifaqlarında birləşdirici qüvvələr iqtisadi və siyasi cəhətdən az-çox inkişaf etmiş tayfalar idilər. Çox vaxt tayfa itifaq-larının adları güclü tayfanın adı ilə tanınır və adlanırdı.
Azərbaycanda erkən tayfa ittifaqlarının yaranması və dövlət halında birləş-məsi gedişini qaynaqlar əsasında dəqiq müəyyənləşdirmək mümkün deyil. Lakin e.ə. III minillikdə Azərbaycanda müxtəlif ad daşıyan dövlət qurumlarının meydana gəlməsi müşahidə olunur.
Azərbaycanda bizə məlum olan ilk dövlət qurumu Aratta olmuşdur. Bu ölkə ilə əlaqədar hadisələr (e.ə.III minilliyin birinci yarısı) bir neçə Şumer dastanında əks olunmuşdur.
Məs. “En-Merkar və Aratta hökmdarı”, “En- Merkar və En-Sukuşsirana”, “En Merkar və Luqalbanda”, Lüqalbanda və Xurrit dağı” və s dastanlar.
Aratta Cənubi Azərbaycanda e.ə. III minilliyin birinci yarısında meydana gəlmiş ilk dövlət qurumu idi. Onun ərazisi Urmiya gölünün cənub və cənub-şərq hissəsini əhatə edirdi. Bu dövlət Şumer şəhər dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələr saxlayırdı. Şumerin paytaxtı Uruk və onun hökmdarı En-Merkar ilə Arrata arasında əlaqələr genişlənirdi. Aratta hökmdarı En-Sukuşsirana Şumerlərə bir müttəfiq kimi yanaşır, hətta samilərin Şumerə hücumları zamanı onlara hərbi yardım da etmişdi.
Eyni zamanda bu iki dövlət arasında münaqişələr də olur, biri-digərini tabe etməyə çalışırdı.
Zəngin yeraltı faydalı sərvətləri olan Arattanın əhalisi qızıl, gümüş, qurğuşun ,mis və s.hasil edir və Mesopotamiya ərazisinə ixrac edir, oradan isə Arattaya taxıl və meyvə gətirilirdi.
E.ə.III minilliyin ikinci yarısında Şumer şəhər dövlətləri süquta uğradı.Mesorotamiya Akkad dövlətinin hakimiyyəti altında birləşdirildi. Bu zaman Aratta bir dövlət kimi artıq siyasi səhnədən çıxmışdı. Keçmiş Aratta dövlətinin qərb torpaqlarında lullubi tayfalarının ittifaqı yaranmışdı.Bu tayfa ittifaqına turukku və su tayfaları da daxil olmuşdular.
E.ə.XXIII əsrdə Urmiya gölünün cənubunda Lullubi dövləti yaranır. Lullubi hökmdarı Satuni (e.ə.2230-2200). Akkad dövlətinə qarşı hərbi birləşmələrdə iştirak etmişdir. Əvvəllər Lullubium padşahlığında xırda hökmdarlar olmuşdur. Lullubi hökmdarı İmaşun xırda hakimləri mərkəzi hakimiyyətə tabe edir. Beləliklə e.ə. XXIII əsrin sonlarına yaxın Urmiya gölünün cənubunda Akkad dövləti ilə mübarizə aparan güclü Lullubium dövləti yaranır. Bu dövlət hökmdar Anubanninin dövründə (e.ə.2170-2150) daha da güclənir.Onun siyasi və hərbi nailiyyətləri “Daş sütunu” mixi yazılı abidəsində həkk olunmuşdur.
Lillubilər də Arattalılar kimi Mesopotamiya şəhər dövlətləri ilə əlaqə saxlayırdılar. Buradan mal-qara aparılaraq, ölkəyə taxıl gətirilirdi.
Lullubilər mixi yazılarına bələd idilər. Anubanninin “ Daş sutunu “ lullubu ustaları tərəfindən yazılımışdı.
Lullubilər səma, bərəkət, məhəbbət, ay, günəş və s. Allahlara sitayış, edirdilər. Səma allahı Anunilin adı birinci çəkilirdi.
E.ə.II minillikdə vahid Lullubium dövləti parçalanır və yerində xırda hakimiy-yətlər yaranır. Mənbələr bu dövrdə “çoxlu lillubi hökmdarları” ifadəsini işlədir.
E.ə.III minillikdə Urmiya gölünün qərb və cənubi- qərb hissəsində kuti ( və ya quti) tayfa birləşmələri var idi. E.ə. III minilliyin ikinci yarısında kutilərin dövlət ha-lında birləşməsi başlamışdı. Hətta onlar Mesopatamiyada gedən siyasi hadisələrə müdaxilə etməyə başlamışdılar.
Kutilərin hökmdarı Enridovazis Akkad üzərinə dəfələrlə hücum etmiş və Akkad hökmdarı Naram-Suenin Şumerə hücumu zamanı şumerlərə kömək etmişdir. Hətta Kiti hökmdarının şərəfinə Şumerlərin Nippur şəhərində mixi yazılı abidə qoyulmuş və Enridavazir “qüdrətli Kutium və dünyanın dörd tərəfinin hökmdarı” adlandırılmışdır.
Sonralar kutilərin Mesopotamiyaya hücumları daha da aktivləşir. E.ə.2175-ci ildə Mesopotamiyada hakimiyyət kuti sülalələrinin əlinə keçir. Demək olar ki, burada kutilərin hakimiyyəti 100 ilə qədər davam etmişdir.
E.ə.III minilliyin sonlarında kuti hökmdarı Tirinanın dövründə kutilərin hakimiyyətinə qarşı narazılıq başlayır. Ürük şəhərinin əhalisi hökmdara qarşı çıxdılar. Muri şəhəri yaxınlığında qəflətən üsyançılar Trikan üzərinə hücuma keçirlər.Kutilər məğlub olur və hökmdar əsir düşür. E.ə. 2104-cü ildə kutilərin hakimiyyətinə son qoyulur.
E.ə.II minilliyin əvvələrində Urmiya gölü hövzəsində yaşayan turukku (turiki) və su tayfaları siyasi fəaliyyətə başlayır. Onlar əvvəlki dövrlərdə Aratta, sonra isə Kutium və Lullubium dövlətlərinin tərkibinə daxil idilər. Bu dövlət qurumları süquta uğradıqdan sonra turukku və su tayfaları Mesopatamiya hadisələrinə müstəqil surətdə qarışmağa imkan tapdılar.Turukkular Zaqros dağlarını aşaraq Mesopotamiyaya daxil olurdular.Onlar Aşağı Zab çayına qədər gələrək hurrit tayfaları ilə əlaqələrə girirdilər. Umimiyyətlə turukkular Assur dövləti üçün böyük təhlükə mənbəyi idilər. Assur hökmdarı Şamşı-Adad (e.ə.1813-1781) turukkulara qarşı hərbi yürüş təşkil edir, lakin bu tayfaların müdaxilələrinin qarşısını ala bilmir.
E.ə.I minilliyin əvvəllərində Cənubi Azərbaycanda, Urmiya gölü hövzəsində mərkəzləşmiş dövlətin meydana gəlməsi üçün şərait yaranır.
Bu dövlət Manna adlanır. Manna ərazisində bir sıra xırda dövlət birləşmələri mövcud idi və onlar xarici müdaxiləyə qarşı birgə mübarizə aparırdılar. Manna ərazisində əsas vilayətlər bunlar idi. Zamua, Mazuma, Gilzan, Alateye, Zikirtu, Andia və s. Manna adı ilk dəfə e.ə.843-cü ildə Assur mənbələrində yad edilmişdir.Bu mənbələrdə Manna əslində tayfa adını bildirirdi.
Assuriya hökmdarı III Salmanasar e.ə. 857, 856-cı illərdə Mannanın Zamua vilayətlərinə soxuldu və bir sıra şəhərləri tutdu.
E.ə 829-cu ildə III Salmanasar Manna hökmdarı Halkinin (Udaki) hakimiyyəti altında olan torpaqlara soxuldu.Paytaxt Ziztu(sonralar İzirtu) tutulur.
E.ə.IX əsrin ikinci yarısında Urartu da Manna torpaqları hesabına ərazilərini genişləndirməyə çalışırdı. Hökmdar Menua e.ə. 812-ci ildə Mannanın Meişta vilayətini ələ keçirir. Lakin çox çəkmir ki, Mannalılar Urartu işğalçılarını qovub çıxarırlar.
E.ə.VIII əsrin birinci yarısında Assuriya siyası cəhətdən zəifləyir. Manna hökmdarı İranzu (e.ə.740-719) yaranmış siyasi vəziyyətdən bacarıqla istifadə etdi. Assuriya ilə Urartu arasında gedən müharibələrdən istifadə edən İranzu itirilmiş torpaqları geri qaytara bildi.
İranzu bütün Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etdi və ölkədə canişinlik sistemi yaratdı.Mannanın sərhədləri şimalda Araz çayı ilə, cənub və cənub şərqdə Kassi ölkəsi, Pars və Lidiya ilə həmsərhəd idi.
İranzunun hakimiyyəti illərində Manna demək olar ki, Cənubi Azərbaycannın sərhədlərində bərqərar oldu və Urmiya gölü hövzəsində ən qüvvətli bir dövlətə çevrildi.
İranzunun vəfatından sonra (e.ə. 719) oğlu Aza hakimiyyətə gəldi. Onun dövründə ölkə daxilində ixtilaflar gücləndi və dövlətdə parçalanma təhlükəsi yarandı.Urartu hakimi Rusa bundan istifadə edərək e.ə 716-cı ildə Azaya qarşı sui- qəsd təşkil edir və Aza öldürülür. Aza həlak olduqdan sonra onun qardaşı Ullusunu (e.ə.716-680) Manna hakimiyyətinə sahib olur. Onun hakimiyyətə gəlməsində Urartu hökmdarı Rusanın əli olmuş və bunun əvəzində ona 22 qala hədiyyə etmişdi. Bundan qəzəblənən Assuriya çarı II Sarqon e.ə.716-cı ildə Mannaya hücum etdi. Ullusunu paytaxt İzirtu şəhərini tərk edərək qaçdı, şəhər tutuldu. İki il sonra, e.ə 714-cü ildə II Sarqon Mannaya daha geniş hücum çəkdi. Onun məqsədi Mannanı Urartu təsirindən azad etmək və öz mövqeyini Mannada möhkəmləndirməkdən ibarət idi. Bu hücumlardan sonra Manna uzun müddət Assuriya lə ittifaqa sadiq qaldı.
VII əsrin birinci rübündə Qafqazdan Mannanın qərb və cənub-qərb vilayətlərinə kimmersak tayfa birləşmələri gəlirlər və onlar Assuriya üçün böyük təhlükə təşil edirlər. Mannalılar Assuriya əleyhinə onlarla ittifaqa girərək Assur əsarətindən qurtuldular. Manna hökmdarı Ahşeri (e.ə. 675-650) artıq müstəqil siyasət yürüdürdü.
Sonralar daxili ziddiyətlər nəticəsində Manna dövləti yenidən Assuriyanın asılılığına düşür. Ahşeriyə qarşı üsyan baş verir və o,650-ci ildə öldürülür.Hakimiyyətə onun oğlu Ualli (e.ə. 650-630) gəlir. O, Assuriyanın vassallığını qəbul edir. Ölkə getdikcə zəifləyir və 615-610-cu illərdə Midiyaya tabe edilir. Mannanın adına son dəfə müqəddəs Bibliyada –e.ə. 593-cü il hadisələrindən bəhs edilərkən rast gəlinir. Bundan sonra Manna adına heç bir tarixi mənbədə rast gəlinmir.
E.ə.IX-VIII əsrlərdə midiya tayfalarının ilk siyasi itifaqı meydana çıxdı ki, bunlar da gələcək Midiya dövlətinin rüşeymi idilər.
VIII əsrin 70-ci illərində Midiya dövləti yaranır.(Deyok). Lakin bu dövlət Assuriya tərəfindən tez-tez basqınlara məruz qalırdı. E.ə.VII əsrin ortalarından sonra Midiyada Assuriya ağalığına qarşı üsyan baş verir. Bu üsyana Kaştariti başçılıq edirdi. İskitlərin köməyindən istifadə edən Assurlar Kaştaritini məğlub edirlər .
Midiyanın hökmdarı Kiaksar dövründə (625-585) Midiya daha da qüvvət-lənərək Assur ağalığına nəinki son qoyur , hətta ona qarşı mübarizəyə başlayır. E.ə. 616-cı ildə Yeni Babilistanla ittifaqa girərək Assuriyaya hücuma keçir. 615-612-ci illərdə Assuriyanın iri şəhərləri olan Aşşur, Arbela , Kalat və paytaxtı Nineviya zəbt olundu. E.ə.604-cü ildə Assuriya imperiyası məhv edildi və torpaqları Midiya və Babilistan arasında bölüşdürüldü.
Bundan sonra Astiaq Kiçik Asiyaya hücum edərək Egey dənizi sahillərində yerləşən Lidiya ərazilərini tutdu. O, Skif çarlığını da ləğv etdi. Midiyanın sərhədləri Orta Asiyadan İran körfəzinə qədər uzanırdı. Azərbaycan əraziləri də bu imperiyanın tərkib hissəsi idi.
Astiaq (e.ə.585-550 ) hakimiyyətə ziddiyyətlərlə dolu bir vaxtda gəldi. Bu dövrdə köhnə müttəfiq Babilistan ilə də münasibətlər kəskinləşir. Ölkə daxilindəki farslar gizli fəaliyyətə başlayaraq Astiaqa qarşı II Kir ilə əlaqə saxlayırlar. E.ə.553-cü ildə II Kir Astiaqa qarşı mübarizəyə başlayır və e.ə. 550-ci ildə Ekbatan şəhəri tutularaq Astiaqın hakimiyyətinə son qoyulur. Hakimiyyət fars Əhəmənilərinin əlinə keçir. Azərbaycan Makedoniyalı İsgəndərin yürüşünə qədər Əhəmənilərin hakimiyyəti altına düşür. E.ə. 530-cu ildə II Kir Azərbaycanın şimalında yaşayan massagetlərə qarşı döyüşdə öldürülür.
Sonralar midiyalılar dəfələrlə əhəminilərin hakimiyyətindən azad olmaq üçün farslara qarşı üsyanlar etmişdilər. Məs.e.ə. 522-ci ildə Qaumatanın üsyanı, elə həmin il Fraortanın başçılığı ilə xalq üsyanları olmuşdur. Lakin imperiya bu üsyanları yatıra bildi.
Qeyd olunduğu kimi Azərbaycan Mada çarlığı adı altında Əhəmənilərin bir vilayəti kimi fəaliyyət göstərirdi. Lakin Mada çarlığı çox vaxt müstəqil siyasət yeridirdi.
E.ə.331-ci ildə İran Əhəməni imperiyası dağıldıqdan sonra Mada hökmdarı Atropat Makedoniyalı İsgəndərin hüzuruna gələrək baş əymişdir. Lakin Qavqamel (Cancal) döyüşündə Atropat iranlılara kömək etdiyi üçün İsgəndər Atropatı vəzifədən kənarlalaşdırıb Oksadat adlı bir nəfəri hakimiyyətə gətirir. E.ə.328 –ci ildə münasibətləri qaydaya salan Atropat Kiçik Madanın –Atropatenanın satrapı təyin olunur.
Atropat böyük dövlət xadimi, məşhur siyasətçi idi. Onun yeritdiyi siyasət nəticəsində Yunan-Makedoniya əsgərləri Azərbaycan ərazisinə soxulmadılar.
E.ə 323-cü ildə Makedoniyalı İsgəndərin ölmündən sonra Atropat daha müstəqil fəaliyyət göstərir.
Strabon “Cografiya” əsərində göstərir: ” Midiya iki hissəyə bölünür. Birinci hissə Böyük Midiya-o biri hissə Atropat Midiyasıdır. Bu öz adını sərkərdə Atropatdan götürmüşdür. Atropatena hərbi qüvvə mənasında çox sanballı ölkədir, çünki o,10000 süvari, 40000 piyada meydana çıxara bilər.”
Atropatena Azərbaycanın (Adərbayqan)elmə məlum olan ən qədim adlarından biridir. İran mənbələrində “Adurbadaqan”,ərərblərdə “Adərbaycan”, ermənilərdə “Atrpataqan” və şair formalarda əks olunmuşdur.
Atropatın dövründə ölkənin paytaxtı Qazaka şəhəri idi və onun sərhədlərinə Cənubi Azərbaycan, İran Kürdüstanı və Araz çayından şimala toroaqlar da daxil idi. Atropatenanın , onun siyasi və mədəni həyatı haqqında məlumatlar, Atropatendə kənd təsərüfatının, sənətkarlığın, şəhər həyatının və mədəniyyətinin inkişaf etdiyini göstərir. Hətta mədənlərdə qızıl, gümüş, mis, dəmir, Urmiyə gölündən düz çıxarılması haqqında məlumatlar vardır. Ölkədə atıcılıq da inkişaf etmşdi.
Makedoniyalı İsgəndərin ölümündən sonra onun imperiyası dağılarkən Böyük Midiya ərazisində Selevkilər dövləti yarandı (Selevk). Elə o,zamandan Atropatenanın müstəqilliyi uğrunda bu dövlətlər arsında mübarizə getmişdir. E.ə. 222-220-ci illərdə Selevki çarı III Antiox Atropatenə hücuma keçmişdi. Bu vaxt Atropateni Artabazan idarə edirdi. Selevkilər burada güclü müqavimətə rast gəldilər. Hətta Artabozan hücuma keçərək düşməni təqib edib selevkilərin paytaxtı Selevkiya şəhərinə qədər gəlmişdilər. Selevkilər məcbur olub müqavilə bağladılar.Bu müqaviləyə əsasən Atropatenanın ərazisi xeyli genişləndi. Bu ərazilərə Ayrarat vilayətinin baş şəhəri, olan Armavir, Araz vadisi də daxil olmaqla Kolxidaya qədər vilayətlər daxil idi.
E.ə.III əsrin ortalarında Selevklər dövləti dağılmağa başlayır. Belə bir şəraitdə e.ə. 250-ci ildə Xəzər dənizinin cənub və cənub-qərbində Parfiya dövləti meydana çıxır.(Paytaxt Aşqabad yaxınlığında olan Nisə şəhəri idi.)
Sonralar Parfiyalıalar ərazilərini Dəclə çayı vadilərinə qədər genişləndirmiş və paytaxt Ktesifon olmuşdur. (Dəclə yaxınlığında) Ölkəni əsası I Arşak tərəfindən qoyulmuş Arşakilər sülaləsi idarə edirdi.
E.ə.II əsrin ortalarında Arşakilər Selevkiləri məğlub edərək, dövləti məhv etdilər. Təqribən e.ə.150-ci ildə Arşaki çarı I Mitridat Atropatenanı da özündən asılı vəziyyətə salır. Bu vəziyyət eramızın III əsrinin ortalarına qədər davam etmişdir. Lakin Atropatena Parfiya dövründə nisbətən də olsa öz daxili müstəqilliyini qoruyub saxlayırdı.
Azərbaycanın şimal vilayyətləri və Dağıstanın xeyli hissəsi qədimdə Albaniya adlanırdı. Albaniyanın bir dövlət kimi formalaşdığı e.ə.IV-III əsrlərdə ehtimal olunur. Paytaxtı Qəbələ, eramızın V əsrindən Bərdə şəhəri olmuşdur. II əsrdə yaşamış yunan coğrafiyaşünası Klavdi Ptolomey yazır ki, Albaniya şimalda Sarmatiya, qərbdə İberiya , cənubda Atropatena, şərqdə Kaspi dənizi ilə həmsərhəd idi. Albaniyanın inkişaf etmiş bir çox vilayətlərinin adları mənbələrdə verilir. Lpina, Uti, Kambisena, Şakaşena, Kabalaka (Qəbələ), Heceri, Çola və s. Albaniyada yaşayan əhali tərkib etibari ilə çox müxtəlif idi. Ən iri tayfa olan albanlar Xəzər dənizi sahilində yaşayırdılar və ən qədim etnos sayılırdılar. Antik səlnaməçi Arian albanları e.ə. IV əsr hadisələri ilə əlaqədar yad etmişdir.
Albaniyanın ərazisində yaşayan əhali müxtəlif adlar daşıyan etnosların birliyini təşkil edirdi.Burada sakasen, mük. uti, qarqar, ud, sovde, kaspi, qel, leq və s. adları daşıyan əhali təmsil olunurdu. Eyni zamanda Albaniyada türk etnosları da yaşayırdılar. Strabonun məlumatına görə albaniyada 26 dildə danışan tayfalar yaşayırdılar.
Albaniya haqqında əsas mənbə Moisey Kalankatüklünün “Albaniya tarixi” əsəridir. Burada alban əhalisinin əsasən əkinçilik, maldarlıq, bağçılıq, ovçuluq, toxuculuq və ticarətlə məşğul olduqları göstərilir. Çox maraqlıdır ki, Albaniyada quldarlıq münasibətləri üstünlük təşkil etmədi. Maddi nemətlər istehsalçıları icma üzvləri idilər. Albanlar günəşə, aya sifayiş edirdilər. Qurban kəsməklə müşaiyət olunan dini mərasimlər məbədlərdə icra olunurdu.
Alban dövlətinin tarixi erkən qaynaqlarda öz əksini tapmamışdır. Əsaən e.ə.I əsrdən etibarən albanların siyasi həyatı barədə məlumatlar verilir.
Beləliklə e.ə.I əsrdə Romalıların şərqə hücumları dövründə albaniya əhalisi aktiv siyasi fəaliyyətə başlayır. Romalılar sərkərdə Lukullun başçılığı altında e.ə. 69-cu ildə öz düşmənləri Pont çarlığını (kiçik Asiyanın Qara dəniz sahillərində yerləşirdi.) məğlub edərək Cənubi Qafqaz ərazilərinə soxuldular. Albaniya və Atropatenanın başı üzərini böyük təhlükə almış oldu. Roma sərkərdəsi əvvəlcə Ermənistan ərazilərinə soxulur, paytaxt Tiqranakert (Van gölünün şərqində ) şəhərini mühasirəyə aldılar. Lakin alban qoşunlarının köməyə gəlməsi ilə Roma qoşunları geri çəkildi. E.ə.66-cı ildə Qney Pompeyin rəhbərliyi altında Roma qoşunları hücum edərək II Tiqranı darmadağın edərək Albaniyaya soxuldu. Pompey qışın çıxmasını gözləyərək geniş hücum (3 istiqamətdən) planı hazırladı.
Alban hökmdarı Qroys (Uruz) Pompeyin niyyətini başa düşərək, düşmən üzərinə hücuma keçməklə təşəbbüsü ələ almaq və Roma ordusunu hissə-hissə əzməyi qərara alır.
Tarixçi Plutarx yazır:”. Qış Roma ordusunu yaxalayanda və romalılar Saturnalı bayramını qeyd edən zaman albanlar 40 mindən az olmayan ordu ilə Kür çayını keçdilər və onlara hücum etdilər. E.ə. 66-cı ildə İberiya sərhəddi yaxınlığında, Kür çayı sahilində qanlı döyüş başladı. Alban döyüşçüləri düşməni sıxışdırsalar da romalılar onların hücumlarını dəf edə bildilər. Bu zaman barışıq imzalandı. Lakin e.ə. 65-ci ildə Pompey yenidən Albaniyaya hücuma keçdi. Kürün qolu olan Alazan çayı sahilində romalıları 60 min piyada, 12 min nəfərlik süvari ordu gözləyirdi. Qoşunun başında hökmdarın qardaşı Kosis dururdu. Qanlı döyüş romalıların qələbəsi ilə başa çatdı. Kosis və onun süvariləri məhv oldular. Hökmdar Oroys dağlara çəkildi ki, mübarizəni yenidən davam etdirsin. Lakin Pompey sülh yolu ilə albanları razı saldı.
E.ə.37-ci ildə Roma sərkərdəsi Krass Albaniyaya hücum etsə də burada çox qala bilməyib geri qayıtmışdı. Lakin Alban hökmdarı Zoberi öz müttəfiqinə çevrilmişdi.
Eramızın I əsrində Albaniyada hakimiyyət yerli hökmdarın əlində cəmləş-mişdi.Albaniya Roma ilə yaxın dostluq münasibətləri saxlayırdı.
Lakin Roma imperatoru Neron Albanlara qarşı böyük yürüş təşkil etdi. Onun bu yürüşü baş tutmadı, çünki Roma əhalisi üsyan edərək onu öldürdülər. Bir müddət sonra 80—90-cı illərdə imperator Domisianın dövründə romalılar hücum edərək Xəzərin sahilinə qədər gəlib çıxmışdılar. Böyük daş (Qobustan ) dağının ətəyində Qafqazda ilk dəfə olaraq latın dilində yazı aşkar edilmişdir. Burada yazılmışdır: İmperator Domisian Sezar Avqust Germanik. Yuli Maksim, Filminatın XII leqionunun senturionu.”
Bütün bu hücumlara baxmayaraq romalılar Atropatena və Albaniyanı öz hakimiyyətləri altına ala bilmədilər. Bu ölkələrdə yaşayan xalqlar və tayfalar öz istiqlaliyyətlərini qoruyub saxlaya bildilər.
“Qafqaz Albaniyasının tarixi-coğrafiyası” adlı mühazirə təşkil olunub (FOTO)
“Tariximizi öyrənək və öyrədək” Klubunda Fəridə Məmmədovanın mühazirəsi keçirilib.
Bilik Fondunun təşkilatçılığı ilə baş tutan “Qafqaz Albaniyasının tarixi-coğrafiyası” adlı mühazirəni “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri maraqla qarşılayıblar.
Azərbaycan tarixinin qədim və erkən dövrlərini əhatə edən Qafqaz Albaniyası qədim dövlətlərimizdəndir. XX əsrin son rübündən etibarən Azərbaycanın müasir sivilizasiyanın ən qədim beşiklərindən olduğunu dünya elminə sübut edən tarixçi alimlərimiz, tariximizin öyrənilməmiş səhifələrini araşdırmaqda davam edib, Azərbaycanın dövlətçilik tarixinin qədimliyini göstərə biliblər. Erməni saxtakarlarının Azərbaycan həqiqətlərinin təhrif etmələrinin qarşısını almaq məqsədi ilə alimlərimiz tədqiqatlarını dövlətçilik atributlarının öyrənilməsinə yönəldib və məqsədə çatmaq üçün tarixi-coğrafiya probleminə xüsusi diqqət yetiriblər. Azərbaycan tarixşünaslığının bu sahədə əldə etdiyi nəticələri geniş auditoriyanın diqqətinə çatdırmaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun xətti ilə tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, tanınmış albanşünas Fəridə Məmmədovanın “Qafqaz Albaniyasının tarixi-coğrafiyası” adlı mühazirəsi keçirilib.
“Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri üçün AMEA-nın Mərkəzi Elmi kitabxanasında təşkil olunmuş mühazirədə tarixçi alim problemi auditoriya qarşısında açıqlayaraq göstərib ki, Qafqaz Albaniyasının tarixi-coğrafiyası e.ə. III – e.VIII əsrlər dövründə müəyyən istisnalarla dəyişilməz qalıb və Azərbaycan xalqının sələflərindən olan albanlar bir etnos olaraq, eyni ərazidə formalaşıblar. Mühazirəçi onu da qeyd edib ki, erməni saxtakarları mxitarçı məktəbinin davamçılarından olan M.Çamçyanın konsepsiyasını əsas tutaraq Kürün sağsahil ərazilərinə – Qarabağ torpaqlarına əsassız iddialar irəli sürüblər. Fəridə Məmmədova onu da vurğulayıb ki, bu sırada erməni tarixçisi S.Yeremyan xüsusilə seçilib. Lakin antik mənbələr, ilk növbədə Strabon özünün “Coğrafiya” əsərində erməni çarı II Tiqranın Kürün sağsahil torpaqlarını işğal etmədiyini göstərib. Mühazirəçi Klubun üzvlərinə bu faktın erməni yalanını birmənalı olaraq ifşa etdiyini bildirib. Tanınmış tarixçi auditoriyanın diqqətinə belə bir nəticəyə gəldiyini çatdırıb: Qafqaz Albaniyasının sərhədləri şimalda Dərbənd və cənubda Araz çayı ilə əhatə olunduğundan Qarabağ ərazisi də Azərbaycanın əzəli torpaqlarıdır.
Mühazirə “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr keçirilib.
Qafqaz albaniyasının siyasi tarixi və tarixi coğrafiyası azərbaycan dilində
Xristianlıq I əsrdə yaranaraq dünyəvi dinlərdən biri olmuşdur. 56-cı ildə Apastol Faddeyin şagirdi, Yerusəlimin ilk patriarxı apostol Yakovun rəsmi səlahiyyətli elçisi müqəddəs Yeliseydən xristianlığı qəbul etmiş Albanlar Qafqazın ilk xristianları olmuşdur.
Müqəddəs Yeliseyin Albaniyanın Qis (Kiş) yaşayış məntəqəsində Qansız qurban verdiyi (tikdiyi) məbəd Qafqazada ilk xristian məbədi olmuşdur. Xristianlıq 311-ci ildə Roma imperiyası tərəfindən tanınmış və 313-cü ildə Milan fərmanı ilə azad din elan edilmişdir. 325-ci il Nikey yığıncağından xristian dini Roma imperatoru Konstantin rəhbərliyi ilə dövlət dini kimi qəbul edilmişdir.
Albaniyada xristianlığın dövlət tərəfindən rəsmi tanınması və dövlət dini kimi qəbul edilməsi Roma imperiyasında xristianlığın rəsmən tanınması və dövlət dini elan edilməsi prosesindən bir il sonra baş vermişdir. Xristianlığı azad din elan edən Milan edikti 313-cü ildə Roma imperiyasında qəbul edildikdən bir il sonra Albaniyada 314-cü ildə tətbiq edilmişdir. Nikeyada 325-ci ildə xristianlığı Roma imperiyasının dövlət dininə çevirmiş qərar 326-cı ildə Albaniya dövləti tərəfindən də qəbul edilmişdir.
Alban tarixçisi Moisey Kalankatuklunun verdiyi məlumatlardan belə aydın olur ki, Alban çarları dövlət idarəçiliyi sahəsində mühüm qərarlar verir. Bütün ölkə ərazisində kilsə və monastırların inşası həyata keçirilir. Alban çarlı III Vaçaqan tərəfindən V əsrdə çağırılmış Aquen məclisi mühüm rol oynamışdır. Bu məclisdə Albaniya (xristian) dövlətinin konstitusiyası rolunu oynayan qanun qəbul edildi. 21 maddədən ibarət olan bu qanunla, nəinki xristian dininin adətləri (qaydaları), habelə ölkənin xristianlıqdan doğan sosial-iqtisadi problemlərini nizama salmışdır. Aquen kilsə məclisindən sonra Alban kilsəsinin xristian aləmi ilə passiv mərhələdən çıxaraq aktiv mərhələyə qədəm qoymuşdur. Ölkə ərazisində ilin günlərinin sayı qədər kilsə və monastırların inşası davam etdirilmişdir.
Ərəb xilafəti Sasanilər imperiyasını işğal etdikdən sonra xristianlığın diofizit təriqətinə əks mövqedə olan monofizit təriqətini müdafiə etməsi cənubi Qafqaz Albaniyasında mövcud vəziyyəti daha da gərginləşdi. 681-ci ildə Alban Knyazı Cavanşirin öldürülməsi və katolikos müqəddəs Yelizarın vəfatından sonra vaxtilə Girdman yepiskopu olmuş, xristianlığın diofizit təriqətinə mənsub olan Nerses Bakur siyasi basqılar səbəbindən monofizit təriqətini qəbul edərək 687-ci ildə Alban katolikosu seçildi.
Nerses Bakurun 14 ildən sonra Alban knyazı Varaz Trdatın arvadı həmin təriqətin tərəfdarı olan Alban çariçası Sparama ilə gizli razılaşmaya gəlib diofizit təriqətinə keçir. Nerses Bakurun nəyə görə məhz 14 ildən sonra diofiztliyə keçmə cəhdinin səbəbini 699-cu ildə vergilərin azaldılması üçün Bizans imperatoru ilə danışıqlar aparmaq məqsədi ilə öz oğulları ilə bərabər orada səfərdə olan alban çarı Varaz Tiridatın həbs edilməsi ilə əlaqədar olmuşdur. Məhz onların həbsdən azad etmək məqsədlə də çariça Sparama alban əyanları, yepiskopları və katolikosu Nerses Bakurla məsləhətləşdikdən sonra Alban kilsəsini yenidən diofizitliyə qaytarmışdı.
701-ci ildə Nerses Bakurun Albaniyanı diofizit təriqətinə keçirtmək cəhdi, xəlifə Əbdül-Məlikin əmri ilə taxtından devrilməsinə səbəb oldu. Nerses devrildikdən sonra başda alban knyazı Şero olmaqla bütün alban feodal əyanları Əbdül-Məlik divanı qarşısında İsanın iki təbiətinə ibadət edəcəkləri halda qılıncdan keçirilmələrinə dair öhdəlik götürdülər. Lakin bu proses uzunmüddətli olmayıb ərəb xilafətinin zəiflədiyi dövrə, IX əsrin sonuna kimi davam etmişdi. Məlikə Sparama Nersesə yardım etdi, onlar əyanların köməyi kilsələrin çoxunun səcdəgahlarını sökdürür.
Məhz təriqətin dəyişməsi kilsələrdə səcdəgahın sökülməsi ilə yekunlaşırmış ki, katolikos Nerses Bakur monofizit təriqətindən diofizit təriqətinə keçərkən səcdəgahların sökülməsi məsələsinə xüsusi diqqət yetirmişdi. Burada diofizit kilsəsi ilə monofizit kilsəsi arasında olan əsas fərqlərdən birinin altarla bağlı olduğu bəlli olur. Diofizit kilsələri memarlıq nöqteyi-nəzərdən altar hissəsi döşəmə səviyyəsindən 50 sm hündürlüdə olub, altar sərhədinə malikdir. Keşişin orada etdiyi hərəkətləri, kilsəyə ibadətə gələn şəxslər tərəfindən görülməsi qadağandır.
Monofizit kilsələrinin altar hissəsi döşəmə səviyyəsindən 70 sm və 1 m hündürlükdədir və diofizit təriqətli kilsələrdən fərqli cəhəti ondan ibarətdir ki, bu altar acıqdır və ibadətə gələnlər keşişin orda etdiyi hərəkətləri görə bilər. Altarların döşəmə səviyyəsindən hündürlüyü İsa peyğəmbərin təbiətinə olan müasibətədən doğur. İsa peygəmbərin ilahi və insani təbiətini qəbul edənlər, yəni diofizit keşiş ibaətə gələn xristianlardan çoxda hündür olmayan altarda dini ayini icra edir. İsanin ilahi və insani təbiətini qəbul edib lakin insani təbiətin ilahi təbiətdə əridiyini düşünən monofizit keşiş isə ibadətə gələn mömunlərədən yüksəkdə dəyanaraq dini ayini icrasini həyata keçiridi. Qafqaz Albaniyası ərazisində hər iki altara malik kisələrə rast gəlinmişdir.
Xristianlığın hər hansı bir təriqətinə ibadətədə olan dindar şəxs irqi və milli mənsubiyyət göstəricisi daşımadığı üçün kilsə altarlarında olan bu cür fərqlər təbii qəbul edilməlidir. Misal üçün Azərbaycan ərazisində hakim İslam dinin həm sünni həmdə ki, şiə təriqətləri hakim mövqeyə sahibidir. Azərbaycan ərazisində aparılan axeoloji və memarlıq bərpa işləri zamanı əksər kilsələrin altar hissələrində zamanla bu kimi təqiqət dəyişikliyi izlənmişdir.704-cü ildə Bərdə məclisində alban kilsə monofizit təriqətini hakim təriqət kimi qəbul etmişdir. Bunun əsas təşəbbüskarı olan Şero 705-ci ilə kimi alban knyazı Varaz-Trdatın Bizans imperiyasında olmasından istifadə edərək hakimiyyəti mənimsəmişdi.
Alban tarixçisi Moisey məlumat verir ki, Varaz-Trdatın romalılar ölkəsində qaldığı beşinci ili xilas olub ölkəsinə qayıtdı. Bundan sonra o ölkəsini taciklərə (ərəblərə) təslim edib vergilərini də yalnız onlara ödədi. Məhz bu fakt bir daha sübut edir ki, Alban dövlətçiliyinin rəsmən ləğv edilməsinin 704-cü il Bərdə məclisinə heç bir əlaqəsi yoxdur. Alban tarixçisi Moisey məlumatına əsasən 822-ci ildə Varaz Tiridat öldürüldü. Həmin Varaz Tiridat Albaniyada nəsildən-nəslə hökmranlıq edən Mihranilərin sülaləsindən idi. O, Albaniyanın Mihranilər sülaləsindən birinci knyazı Varaz Qriqordan sonra səkkizinci hökmdar idi.
Mihranilər sülaləsindən dördüncü hökmdar olaraq 705-ci ildə hakimiyyətini bərpa edən Varaz Tiridatdan 822-ci ildə öldürülən Varaz Tiridat da daxil olmaqla dörd alban çarı hakimiyyətdə olmuşdu. 837-ci ildə Bağdaddan on iki min atlı qoşun çıxıb Albaniya ölkəsinə basqın etdi. Elə həmin ildə çar nəsli Mehranilərdən olan Səhl ibn Sumbat xürrəmilər hərəkatının başçısı Babəki tutaraq xəlifənin ixtiyarına verdi. Əvəzində İberiya və Albaniya üzərində ali hakimiyyət ona verildi və o, bu ölkələrdə çar kimi hakimlik etdi. Mənbəyə əsasən 822-ci ildə öldürülən Varaz Tiridatdan sonra Albaniyada hakimiyyət çar nəslindən olan Səhl ibn Sumbata keçmiş və göstərilən məkanda alban xristian hakimlərinin hökmranlığı davam etmişdi.
Bu hadisədən sonra 861-ci ildə Albaniyanın şimal-şərq ərazisində ərəb mənşəli məzyədilər sülaləsinin başçılığı ilə Şirvanşahlar öz müstəqilliyini elan etmiş və Azərbaycan tarixi torpaqlarında biri digərini əvəzləyən feodal dövlətləri yaranmağa başlamışdı. 893-cü ildə mömin knyaz Qriqor Hammam tənəzzül etmiş Albaniya çarlığını şimal-qərb regionunda bərpa etdi. Müsəlman Şirvanşahlar və Sacilər dövlətləri ilə paralel Azərbaycan ərazisində xristian dövlət qurumu tarix səhnəsində qalmaqda davam edirdi. Hamamın bərpa etdiyi Alban dövləti XI əsrin əvvəllərinə kimi, 1008-ci ildə Kaxetiya xoryepiskopu Davidin hərbi qüvvələri və Eretinin (Gürcü mənbələrində Albaniya) hakim dairələrinin bəzi nümayəndələrinin köməyi ilə Albaniyanın (Eretiyanı) işğalı ilə başa çatdı. 822-ci ildə öldürülən Varaz-Tiridatın arvadı, qızı Sparamanı Sünikin hakimi Səhl oğlu Adarnersehə ərə verdi. Bu nəslinin nümayəndəsi Senekərim (Senekərim 1084/5 çarlıq etmişdir), vasitəsilə çoxdan yox olmuş çarlığı bərpa etdirdi.
Buradan da aydın olur ki, çoxdan yox olmuş çarlıq gürcülər tərəfindən 1008-ci ildə işğal olunmuş alban çarlığı (Eretiya) Mehranilərlə ana xətti ilə qohum olan Sünik Çarı Senekərimin (Yovhannesi) tərəfindən bərpa edilmişdi.
XII əsrin sonlarına yaxın tarixi Zəngəzur və Naxçıvan ərazilərini əhatə edən Sünik knyazlığı dağıldı. Buradakı hakim sülalə knyazlar Qriqori və Sumbat 1166-cı ildə ölümü ilə kəsildi. XII əsrin sonu-XIII əsrin əvvəllərində Xaçın ərazisində təşəkkül tapan Xaçın knyazlığını İ.A.Orbeli qədim Albaniyanın bir hissəsi adlandırırdı. Xaçın knyazlığının mərkəzini, Xaçınçay və qismən də Tərtər çayının hövzələrin əhatə edirdi. 1215-ci ildən bu knyazlığın başında alban Mihranilər nəslinə mənsub olan Həsən Cəlal (1215-1261) dururdu. Dövrün epiqrafik yazılarda Həsən Cəlal, “knyazlar knyazı”, “şahanə əzəmətli”, “Xaçın ölkələri knyazı”, “Xaçın və Arsax ölkələrinin əzəmətli knyazı”, “hökmdar”, “tacdar”, “Albaniya hökmdarı”, “Albaniyanın sərhəd bölgələrinin əzəmətli sahibi” titulları ilə göstərilmişdi. Həsən Cəlalın özü isə özünü “mütləq hökmdar” adlandırırdı.
Gəncəsər məbədindəki yazıda Həsən Cəlal Arsax ölkəsinin və Xaçın hüdudlarının həqiqi mütləq hökmdarı kimi qeyd edilir. 1216-1238-cı illərdə Həsən Cəlal alban katolikosu Nersesin xahişi ilə Albaniyanın baş kilsəsi adlandırdığı Gəncəsər monastır kompleksinin tikintisinə başlamaq haqqında əmr verir. Bu kompleks Xaçın hakimlərinin Cəlalilərin ailəvi türbəsi yerləşən eyni adlı qədim monastırın yerində ucaldılmısdır. Ona həsr olunmuş ən təmtəraqlı titul Gəncəsər monastırındakı kitabədə əks olunmuşdu. “Allahın müti bəndəsi olan mən, Həsən Cəlal Vahtanqın oğlu, əzəmətli Həsənin nəvəsi, geniş hüdudlara malik, uca və möhtəşəm Alban ölkəsinin həqiqi mütləq hökmdarı. XV əsrdə alban Həsən Cəlalın nəsli Qaraqoyunlu Cahanşahdan “məlik” titulu aldı. Sonralar Cəlalilər nəsli beş muxtar alban feodal məlikliyinə (Gülüstan, Cəraberd, Xaçın, Vərəndə, Dizaq) parçalandı.
Qeyd etmək yerinə düşər ki, İ.A.Orbelinin məqaləsində göstərir ki, Xaçın alban knyazlığının artıq XII əsrdə, 1182-ci ildə Cəlalın babası Həsən tərəfindən oğulları arasında 6 (5) knyazlıqlara parçalanması prosesi aparılmışdı, lakin XV əsrdə bu knyazlıqlar məlik adlandırılmağa başlanıldı. Həsən-Cəlal nəsli XV əsrədək Xaçında dünyəvi hakimiyyətə malik olmuş, XV əsrdə məlik titulu daşıyan bu nəslin nümayəndələri həm də Gəncəsərdə yerləşən Alban avtokefal apostol kilsəsinin patriarx-katolikosları vəzifələrini yerinə yetirmişlər. Onlar bu zamandan etibarən dünyəvi hakimiyyətlə bərabər, Qaraqoyunlu, Ağqoyulu və Səfəvilər dölətinin tərkibində və sonrakı dövrlərdə Qarabağ xanının təəbəsi olaraq öz fəalyyətlərini davam etdirməklə 1836-cı ildək Gəncəsər Alban katolikosluğunun dini hakimiyyətin rəhbəri olmuşlar.
Xristian dininin IV əsrin birinci yarısında Qafqaz Albaniyasında dövlət dini kimi qəbulundan sonra tarixi Azərbaycan və xüsusilə də Qarabağ ərazisində XIX əsrin birinci yarısına kimi alban xristian abidələrinin tikintisi davam etmişdir. Məlumdur ki, Alban apostol kilsəsi IV əsrdən 1836-cı ilə qədər müstəqil olmuşdur. Katolikosluğun mərkəzi əvvəl Çola, (Dərbənd) VI-VIII əsrlərdə Bərdə, VIII-IX əsrlərdə Berdakur, (Qazax) Gədəbəy yaxınlığında Çarek-Hamşi (Çanaqçı), Xaçın ərazisində qısa müddətdə Xudavəng (Dadivəng) kilsəsi və sonda 1240-1836-cı illərdə Gəncəsərdə (Kəlbəcər) yerləşmişdi.1805-ci ildə Rusiya İmperiyası Qarabağ xanlığını işğal edir. Hansı ki, burada Alban Avtokefal apostol kilsəsi yeddi əsr öz katolikosları ilə fəaliyyət göstərmişdir. 1828-ci ildə Qacarlarla Türkmənçay sülh müqaviləsi və 1829-cu ildə Osmanlı imperiyası ilə Ədirnə müqaviləsinin bağlanması Rusiya imperiyasına imkan verir ki, hər iki dövlət ərazisində olan erməniləri işğal olunmuş Azərbaycan torpaqlarına köçürərək müsəlman dövlətləri ilə sərhəddə mövcud təhlükəni dəf etmək üçün yeni bufer ərazi yaratsın. Bu məqsədlə də imperiya mənsubları əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazisini seçirlər. Hansı ki, XV əsrdən (1441) erməni qriqorian kilsəsi eçmədzində özünün az tərkibli dini xadimləri ilə Qaraqoyunlu Cahanşahın icazəsi ilə fəaliyyət göstərməyə başlayır və tədqiqatlar göstərir ki, onların Qafqazda XIX əsrə qədər yepiskopları da olmamışdı.
1836-cı ildə ermənilər Mərkəzi Gəncəsər olan müstəqil Alban kilsəsinin yeparxiyaya cevirərək eçmədzinə tabe edilməsinə nail oldular. Tanınmış rus tarixçi-etnoqrafı V.L.Veliçko yazır ki, XIX əsrin əvvəllərinə kimi ayrıca Avqan, yaxud da Gəncəsər katolikosu var idi, hansı ki, Eçmiədzin kilsəsi ilə rəqabət aparır və müstəqil fəaliyyət göstərirdi. Köçürülmə siyasəti nəticəsində say etibarı ilə yerli xristian əhalini üstələyən və xristianlığın monofizit təriqətinə ibadət edən ermənilər yerli əhaliyə məxsus kilsə və monastırları mənimsəyərək zamanla onların qriqorianlaşdırılması və erməniləşdirilməsinə nail oldular.
Rusiya Sinodunun dini arxivlərdə yerləşən lazımsız sənədlərin məhv edilməsi qərarı adı altında Alban kilsəsinə məxsus dini və tarixi əsərləri Cənubi Qafqaza köçürülən ermənilər tərəfindən məhv edildi. XX əsrin 90-cı illərində Ermənistanın işğalçı siyasəti nəticəsində tarixi Azərbaycan ərazisi olan Qarabağ bölgəsi işğal edildi. Onun nəticəsi kimi Qarabağ bölgəsində mövcud alban xristian abidələrinin ornament və epiqrafik məlumatlarına əlavələr edilmiş, alban xristian abidələrində qanunsuz arxeoloji qazıntılar aparmış, bir çox abidələr konservasiya və ya bərpa edilərək dünya ictimaiyyətinə erməni abidəsi kimi təqdim edilmişdi.
Comments are closed, but trackbacks and pingbacks are open.