Press "Enter" to skip to content

Qafqaz xalqlarinin menbeşunasligi

İlham Əliyev: Sağ olun, çox sağ olun.

Avropalı alimlərdən ŞOK ARAŞDIRMA: Qafqaz xalqları Amerika və Avropa ilə qohumdur

Publika.az xəbər verir ki, bu barədə paleogenetika mütəxəssisləri “Nature Communications” dərgisində geniş araşdırma məqaləsi yayımlayıb.

Qafqaz xalqlarının köç tarixini ortaya çıxaran Berlin Arxeologiya Universitetinin professoru Sabina Reynold tapıntıları barədə bunları deyib:

“Müasir dövrdən 2-3 min il öncə Şimali Qafqazda yaşayan bütün xalqların mədəniyyətləri fərqli olsa da, genetik olaraq bir-birilərinə çox bənzəyiblər. Anlaşılan odur ki, onların mədəni xüsusiyyətləri qan qohumluğundan daha önəmli olub”.

Arxeoloqlar Qafqazda yaşayan xalqların əcdadlarının bu bölgəyə təxminən, 5-8 min il öncə gəldiklərini düşünür. Bu bölgə uzun müddət qövm köçlərinin ana yollarından biri olmaqla yanaşı, Rusiya və digər Avropa ölkələrinin müasir sakinlərinin əcdadları üçün Avropaya açılan pəncərə olub.

Bu səbəbdən danimarkalı arxeoloqlar uzun müddətdir, Qafqaz xalqlarının genetik yaddaşında bu köçlərin izini tapmağın mümkün olacağını düşünürdü. Bu fikrə əsasən, bəzi durumlarda mədəniyyətlər zamanla böyük dəyişikliklərdən keçsə də, xalqların genlərində bu tarix əks olunmalı idi. Bu çərçivədə danimarkalı alimlər Cənubi Qafqazın digər xalqları ilə ermənilərin əcdadlarının əslində heç dəyişmədiyini isbatlamışdı.

Reynold və Rusiyanın məşhur paleogenetik mütəxəssislərin də iştirak etdiyi qrup günümüzdən təxminən, 3-6 min il öncə bu bölgədə yaşayan 4 nəsil əkinçi və maldarların genlərini analiz edərək Şimali Qafqaz xalqlarını Avropa və Asiyanın keçmiş insanları ilə əlaqələndirən son dərəcə qəribə və gözlənilməz sirləri ortaya çıxarıb.

Fərqli tarixi dövlərdə dağlarda yaşayan insanların aralarındakı qohumluq əlaqələrinin izi ilə gedən alimlər Qafqazın keçmiş sakinlərini köç etməyə məcbur qoyan səbəbləri və Rusiyanın qonşuluğundakı respublikaların müasir sakinlərinin DNT-lərində hansı izlərin qaldığını tapmağı ümid edirlər. Bu çərçivədə aparılan qarşılaşdırmalar gözlənilməz nəticələri ortaya qoyub. Məsələn, Daş dövründə Qafqaz xalqları arasındakı genetik “sərhəd” bu gün olduğu dərinlikdə olmayıb. Rusiya ilə Qafqaz ekosistemini ayıran xətt boyunca uzanıb. Bunun nəticəsində alimlər Qafqazda yaşayan və arxeoloqların bir-birinə yad hesab etdiyi xalqların əslində yaxın qohum olduğu üzə çıxıb. Bu xalqlar coğrafi baxımdan bir-birinə yaxın olsa da, təmasda olmayıblar. Lakin çox uzaq xalqlarla münasibət qurublar.

MAYKOP MƏDƏNİYYƏTİ

Tunc dövrünün əvvəllərində şimal-qərbi Qafqazda yayıldığı düşünülən məşhur Maykop mədəniyyəti buraya arxeoloqların bu günə qədər düşündüyü kimi Mesopotomiyadan gəlməyib. Onlar əslində, Avrasiyanın cənub xalqları ilə münasibətləri olmayan yerli, xüsusi qrup olub. Daha qəribəsi isə onların DNT-də qırmızıdərili və Sibirin müasir xalqlarının əcdadları ilə bağlarını göstərən faktlar ortaya çıxıb. Bənzər şəkildə Qafqazın şərq sərhədlərində yaşayan Yamnaya mədəniyyəti də Avropanın qədim cənub və cənub-şərq xalqları və onların müasir təmsilçiləri ilə qohum olub.

Professor Reynold və məsləkdaşlarına görə, Yamnaya mədəniyyətinin daşıyıcılarının müasir Avropa xalqlarının ataları və Qafqaz xalqları arasındakı münasibətləri kəşf etməsi tarixi baxımdan ən sirli və diqqətçəkən tapıntıdır. Bu münasibətlər Hind-Avropa dillərinin meydana gəlməsinə dair “Xəzər” teoriyasını gücləndirir və bu ilk dilin ana vətəninin Qafqazın ən cənubunda ola biləcəyini göstərir.

Zümrüd

Xankəndi

Azərbaycan Prezidenti İlham Əliyev “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib.

AzVision.az Azərtac-a istinadən xəbər verir ki, prezident qonaqları salamlayıb. Əliyev bu il dünya katoliklərinin rəhbəri Roma Papasının Azərbaycana rəsmi səfərindən də danışıb:

“O, Katolik Kilsəsində ibadət etdi, sonra Heydər Məscidini ziyarət etdi, mötəbər şeyxlə, eləcə də digər dini konfessiyaların rəhbərləri ilə görüşü oldu. Roma Papası buradan, Bakıdan bütün dünyaya yaxşı mesaj göndərdi. Yəni, bizim multikulturalizm sahəsində əldə etdiyimiz nailiyyətlər bütün dini aləmdə layiqincə dəyərləndirilib.

Əlbəttə ki, şəxsən mənim və ölkəmiz üçün ötən il möhtərəm şeyximizlə müqəddəs yerləri – Məkkəni, Mədinəni yenidən ziyarət etməyimiz, mənə bir daha müqəddəs Kəbədə ibadət etmək və Mədinədə Peyğəmbərin məzarını ziyarət etmək xoşbəxtliyi şərəfi qismət oldu. Bu, hər bir müsəlman üçün xoşbəxtlikdir. Təbii ki, bu cür hadisələr bizim doğru yolda olduğumuzu nümayiş etdirir”.

Sonra Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyev söz alıb və Azərbaycanda keçiriləcək İslam ölkələrinin Oyunlarıda iştirak edəcəyinə ümid etdiyini bildirib:

İlham Əliyev: Əlbəttə, mütləq. Avropa Oyunlarında olduğu kimi, siz mənim qonaqlarımsınız.

Berdiyev: Sağ olun, çox sağ olun. Dünən Qafqaz Xalqları Ali Dini Şurasının iclasını keçirdik. Şeyxülislam bizim ağsaqqalımız idi. Onun müdrikliyi həqiqətən də kömək edir. Bax, bu müdriklik ona Sizin atanızdan keçib. Çünki o, onunla birlikdə çox olub.

İlham Əliyev: Çox sağ olun.

Berdiyev: Budur, bizim iclasımızdan Sizə hədiyyə etmək istərdik. Mən eşitdim ki, tezliklə ad gününüz olacaq.

İlham Əliyev: Sağ olun, çox sağ olun.

Berdiyev: Əgər müsaidə edərsinizsə.

İlham Əliyev: Əlbəttə.

İsmayıl Berdiyev İlham Əliyevə Qafqazın milli geyimini hədiyyə təqdim edib.

Qafqaz xalqlarinin menbeşunasligi

XVII-XVIII əsrlərdə Avropa ölkələri ilə əlaqələr Türk və Qafqaz xalqlarının mədəniyyətinin inkişafına öz təsirini göstərdi. Bu dövrdə tarix, coğrafiya elmi daha da inkişaf etdi.

Həmin dövrdə mədəniyyət kimlərin yaradıcılığı ilə zənginləşdi?
Azərbaycan bu dövrün mədəniyyətinə hansı töhfələri verdi?

Katib Çələbi, Övliya Çələbi, mədrəsə, Sultan Əhməd, İsgəndər bəy Münşi

Türk xalqlarının mədəniyyəti. XVII əsrdə Osmanlı dövlətinin iqtisadi cəhətdən zəifləməsi vəqf müəssisələrinin müflisləşməsinə və onlara bağlı təhsil sisteminin zəifləməsinə səbəb oldu. Bu, dini elmlərin inkişafına maneə yaratdı. Dünyəvi elmlər isə inkişaf edir, türk alimləri dövrün mədəniyyətinə öz töhfələrini verirdilər. Katib Çələbi və Övliya Çələbi həmin dövrün böyük türk alimləri olmuşlar.

Katib Çələbi

XVII əsrdə Osmanlı dövlətində əsas təhsil müəssisələri mədrəsələr idi. Mədrəsələrdə dini elmlərlə bərabər, dünyəvi elmlər də tədris olunurdu.

Katib Çələbi tarix, hüquq, coğrafiya və maliyyə məsələlərinə aid bir çox dəyərli əsərlərin müəllifidir. Övliya Çələbinin çoxcildlik «Səyahətnamə» əsəri Osmanlı, dünya tarixi və mədəniyyətini öyrənmək üçün əhəmiyyətli mənbələrdən biri hesab olunur. Bu əsərdə müəllif Azərbaycan haqqında da qiymətli məlumatlar verib. Həmçinin «Səyahətnamə»də Azərbaycan şəhərləri barədə, xüsusilə Təbriz şəhəri, onun qapıları, məhəllələri, sarayları, məscidləri, məktəb və mədrəsələri, sənətkarları və s. haqqında dəyərli məlumatlar əldə eı mək mümkündür.

Comments are closed, but trackbacks and pingbacks are open.