Qanunvericilik test toplusu drive
[1] 27 noyabr 2017-ci il tarixli 513 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11, maddə 2175) ilə “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın 1.1-ci bəndinə “birinci-beşinci kateqoriya dövlət orqanlarında” sözlərindən sonra “(yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla)” sözləri əlavə edilmişdir və həmin bənddən “və ali-beşinci kateqoriya dövlət orqanlarında yardımçı vəzifələr” sözləri çıxarılmışdır.
Əmək Məcəlləsi
Biznesdə SMS xidmətlərindən istifadə sürətlə yayılmaqdadır,buna səbəb digər reklam kanallarına nisbətdə SMS üzərindən göndərilən məlumatlar 90% oxunması, oxunan mesajların isə 93%-i ilk dəqiqələrdə oxunmasıdır. Bütün dünyada olduğu kimi son zamanlar bizim ölkədədə dövlət qurumları,özəl şirkətlər öz xidmətlərində SMS üzərindən bildiriş,xatırlatma,məlumatlandırmadan geniş istifadə edir. Əksər qanun lahiyyələrindədə qurum və şirkətlərin abonentlərə,istifadəçilərə bildiriş növü kimi SMS-dən istifadə etməsi qanunla nəzərdə tutulub.
Sizlərə SMS üzərindən müxtəlif xidmətlər göstərən şirkətlər sırasına yeni qatılan viasms.az-dan bəhs etmək istəyirəm. Visms.az şirkəti bir çox sms xidməti göstərən şirkətlərdən fərqli olaraq sms-lərin daha çox insana və dəqiq hədəf kütləsinə çatdırılmasını təmin edir.
Viasms.az şirkəti 3 əsas xidmət təklif edir, bunlar:
· Toplu SMS xidməti
· Hədəfli SMS xidməti
· Toplu WhatsApp mesajları
Toplu SMS xidməti ilə Siz, öz müştərilərinizə təşəkkür tipli, ad günü təbrikli, xatırlatma, məlumat xarakterli və ya xüsusi endirimlər, kampaniyalar təklif edə bilərsiniz. Burada əsas üstünlük ondadır ki, mobil operatorlarda hər SMS dəyəri 0.05 AZN təşkil edir və toplu SMS göndərmək imkanı yoxdur. Bu xidmət vasitəsiylə siz öz brendinizin adı ilə eyni vaxtda bir neçə nömrəyə eyni mesajı daha ucuz qiymətə göndərə bilərsiniz.
Hədəfli SMS xidməti ilə Siz,Naxçıvan MR istisna bütün ölkə üzrə və ya sizə uyğun istənilən şəhər, rayon hətta kənd və qəsəbələr üzrə,gəlir təbəqəsi,avtomobili olanlar,və ya sahibkar sinifinə görə sms xidmətimizdən faydalana bilərsiniz. Yeni açılan mağazanızın elanını və ya endirimdə olan məhsullar, keçirdiyiniz kampaniyalar barədə müştərilərinizi öz biznesinizin adı ilə mesaj göndərərək rahat və operativ məlumatlandıra bilərsiniz. Hədəfli sms xidməti ilə Sizin reklamınız,şirkətinizin (mağaza,restoran,gözəllik salonunu,klinika və sair) yerləşdiri əraziyə uyğun olan potensial müştərilərinizə çatacaq. Məhsul reklamı ilə yanaşı, sosial şəbəkələrdə olan hesablarınızın linkini göndərərək izləyici sayınıda artıra bilərsiniz. Ünvlanların SMS-də xəritə üzərindən yerləşdirilməsi təmin olunur.
Toplu WhatsApp mesajları. Günümüzdə ən çox istifadə olunan sosial şəbəkə WhatsApp-dır. Siz öz biznesiniz, keçirdiyiniz və ya keçirəcəyiniz kampaniyanız,məhsulunuz haqqında məlumatları olduğunuz ərazidəki insanlara toplu whatsapp xidməti vasitəsiylə daha tez çatdıra bilərsiniz. Toplu WhatsApp mesajlarının əsas üstünlükləri: mətn, foto, video, stiker və ya digər formatda olan faylları göndərə bilmə imkanı və mətnlərdə istifadə edə biləcəyiniz simvol sayının 4096 olmasıdır. Xidmətlər barədə daha ətraflı məlumat əldə etmək və faydalanmaq üçün www.viasms.az saytına daxil ola bilərsiniz.
Biznesin inkişafında uğurlu reklamın həmişə böyük rolu vardır, SMS üzəridnən reklam,reklamın birbaşa reklamlar növünə aiddir. SMS üzərindən göndərilən reklamların effektivliyi daha yüksəkdir çünki gəlir təbəqəsi,yaş fərqi olmadan günümüzdə hər kəs mobil telefon istifadəçisidir. SMS-ə xərclənən vəsait digər reklam kanallarına xərclənən vəsaitdən daha aşağı və hədəf kütləsinə daha tez çatandır.
Uğurlu satışın yolu, uğurlu reklamdır!
Qanunvericilik test toplusu drive
“Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Xalq Qəzeti (Dərc olunma tarixi: 14-03-2017, Nəşr Nömrəsi: 56), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2017, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 485)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201703100086
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
“Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1008 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Ləğv olunmuş Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın “Dövlət orqanlarında dövlət qulluğuna qəbul ilə bağlı keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması və ekspertizası Qaydaları”nın təsdiq edilməsi barədə” 2012-ci il 5 noyabr tarixli 119 nömrəli və “Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi və qiymətləndirilmənin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 30 iyul tarixli 162Q nömrəli qərarları ləğv edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 10 mart 2017-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2017-ci il 10 mart tarixli 86 nömrəli qərarı ilə
Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması
1. Ümumi müddəa
1.1. Bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinin ikinci abzasına və 28-1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, 1-5-ci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanları, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatına (Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələri istisna olmaqla) uyğun olan vəzifələr və ali-beşinci kateqoriya dövlət orqanlarında yardımçı vəzifələr üzrə dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanları üzrə test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, həmçinin test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müəyyən edir. [1]
2. Test nümunələrinin hazırlanması, ekspertizası və təsdiqi
2.1. Mərkəz dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq inzibati vəzifələr üzrə test imtahanı keçirir. Test imtahanı dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir: [2]
2.1.1. A növü – inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:
2.1.2. B növü – inzibati icraçı vəzifələr üzrə:
2.1.3. C növü – yardımçı kargüzarlıq vəzifələri üzrə:
2.1.4. D növü – yardımçı texniki vəzifələr üzrə:
2.2. Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, yardımçı vəzifələr üzrə tapşırıqların fərqli xüsusiyyətləri, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq Mərkəz tərəfindən, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu isə Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının təklifləri əsasında Mərkəz tərəfindən müəyyən edilir. [5]
2.3. Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi Mərkəz tərəfindən təşkil edilir.
2.4. Test tapşırıqlarının aşağıdakı növləri var:
2.4.1. qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları;
2.4.2. açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları;
2.4.3. sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar.
2.5. Test tapşırıqlarının hazırlanması üçün vəzifə qrupları üzrə proqramlar Mərkəz tərəfindən təsdiq edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və təqdim edilməsi mümkün olduğu halda ədəbiyyat siyahısı göstərilir. Test imtahanı proqramları Mərkəzin internet portalında (bundan sonra – portal) yerləşdirilir.
2.6. Hazırlanan qapalı tipli hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir:
2.6.1. test tapşırığı şərtdən və cavab variantlarından ibarət olmalıdır;
2.6.2. hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır;
2.6.3. test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır;
2.6.4. test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır;
2.6.5. test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır.
2.7. Açıq və esse tipli test tapşırıqları Mərkəz tərəfindən müəyyən edilən tələblərə uyğun olaraq hazırlanır. Test tapşırıqları müqavilə əsasında cəlb edilən fiziki və (və ya) hüquqi şəxslər tərəfindən hazırlanır və ekspertizadan keçirilir.
2.8. Ekspertizadan keçirilmiş test tapşırıqları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. Test bankındakı müvafiq sahələr üzrə test tapşırıqlarının ümumi sayının 35 faizi sadə, 35 faizi orta, 30 faizi isə mürəkkəb olmalıdır.
2.9. Təsdiq edilmiş və test bankına daxil olunmuş test tapşırıqları imtahanda istifadə edilir.
2.10. Qanunvericilikdə edilmiş dəyişikliklər, elmi-texniki tərəqqi və s. nəzərə alınmaqla, test bankında toplanılmış test tapşırıqları mütəmadi ekspertizadan keçirilir.
2.11. Test tapşırıqlarının hazırlanması, ekspertizası, saxlanılması və istifadəsi zamanı onların konfidensiallığı Mərkəz və bu prosesə cəlb edilmiş digər şəxslər tərəfindən təmin edilir.
3. Test imtahanının təşkili və keçirilməsi
3.1. Mərkəz inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, inzibati vəzifələr üzrə ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir. [6]
3.2. Test imtahanında iştirak etmək üçün vətəndaşlar portal vasitəsilə onlayn qeydiyyatdan keçir və portal vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və namizədin hüquq və vəzifələrinin əks olunduğu yaddaş kitabçası göndərilir.
3.3. Test imtahanının keçirilməsi məqsədi ilə Mərkəz tərəfindən imtahan heyəti və imtahan prosesində iştirak edən digər şəxslər müəyyən edilir.
3.4. Test imtahanı qanunçuluq, obyektivlik, bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilir.
3.5. Test imtahanının keçirilmə yeri və vaxtı Mərkəz tərəfindən müəyyən edilir və bu barədə imtahana azı 5 gün qalmış portalda məlumat yerləşdirilir. Mərkəz namizədin test imtahanında iştirakı ilə bağlı məlumatı özündə əks etdirən imtahana buraxılış vərəqəsini portalda yerləşdirir və namizəd onu çap edərək əldə edir.
3.6. Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir. Namizəd test imtahanında iştirak edərkən, yaddaş kitabçasında əks olunan tələblərə və namizədlər barədə müəyyən edilmiş qadağalara əməl etməlidir. Namizədin bu tələblərə və qadağalara əməl etməməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun imtahan nəticələrinin ləğv olunması barədə qərar qəbul edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
3.7. İmtahan Mərkəzin qərarı əsasında kompüter və (və ya) kağız daşıyıcılar vasitəsilə keçirilir.
3.8. İmtahanın davametmə müddəti Mərkəz tərəfindən imtahanın məzmunundan (namizədlərə verilən test tapşırıqlarının növündən və sayından) asılı olaraq, aşağıdakı qayda nəzərə alınmaqla müəyyən edilir:
3.8.1. qapalı tipli test tapşırıqlarının hər biri üçün 1 dəqiqə 30 saniyə;
3.8.2. açıq tipli test tapşırıqlarının hər biri üçün 2 dəqiqə;
3.8.3. esse tipli tapşırıqların hər biri üçün 30 dəqiqə.
3.9. Namizəd ona ayrılmış vaxtdan istifadə etməkdə sərbəstdir.
3.10. Texniki səbəblərdən imtahanın aparılması mümkün olmadıqda, Mərkəzin qərarı əsasında imtahan davam etdirilə və ya yenidən aparıla bilər.
3.11. Test imtahanının nəticələri haqqında məlumat portalda yerləşdirilir.
3.12. Namizədin müraciəti əsasında Mərkəz tərəfindən ona imtahanın nəticəsinə dair arayış verilir.
4. Qiymətləndirilmənin aparılması
4.1. Namizədin imtahanda verdiyi cavablar aşağıdakı qaydada qiymətləndirilir:
4.1.1. qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;
4.1.2. açıq tipli tapşırıqların hər birinin doğru cavablandırılması 2, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;
4.1.3. esse tipli tapşırıqların cavablandırılması cavabın həcmindən, strukturundan, fikirlərin və baxışların məntiqlilik dərəcəsindən, nümayiş etdirilən yaradıcılıqdan, arqumentasiyadan, söz ehtiyatından, orijinallıqdan, üslubdan və dil qaydalarına riayət edilməsindən asılı olaraq 0 – 30 balla, cavablandırılmaması 0 balla.
4.2. Vəzifə altqrupları üzrə test imtahanından keçid balları toplanması mümkün olan ümumi bala nisbətdə aşağıdakı qaydada müəyyən olunur:
Keçid balı (faizlə)
4.3. Namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apelyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edilir. Namizəd bu qərardan məhkəməyə şikayət verə bilər.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 27 noyabr 2017-ci il tarixli 513 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11, maddə 2175)
2. 4 aprel 2019-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 7 aprel 2019-cu il, № 74 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 745 )
3. 17 yanvar 2020-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 18 yanvar 2020-ci il, № 10 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 71 )
4. 15 mart 2022-ci il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 17 mart 2022-ci il, № 58 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 2 67 )
5. 17 mart 2022-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 274 )
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 27 noyabr 2017-ci il tarixli 513 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11, maddə 2175) ilə “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın 1.1-ci bəndinə “birinci-beşinci kateqoriya dövlət orqanlarında” sözlərindən sonra “(yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla)” sözləri əlavə edilmişdir və həmin bənddən “və ali-beşinci kateqoriya dövlət orqanlarında yardımçı vəzifələr” sözləri çıxarılmışdır.
4 aprel 2019-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 7 aprel 2019-cu il, № 74 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 745 ) ilə “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın 1.1-ci bəndində “və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri” sözləri “, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri” sözləri ilə əvəz edilmişdir.
17 yanvar 2020-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 18 yanvar 2020-ci il, № 10 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 1, maddə 71 ) ilə “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın 1.1-ci bəndində “yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və” sözləri “Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və” sözləri ilə əvəz edilmişdir və həmin bəndə “təsnifatına” sözündən sonra “(Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələri istisna olmaqla)” sözləri əlavə edilmişdir.
15 mart 2022-ci il tarixli 81 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 17 mart 2022-ci il, № 58 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 267 ) ilə “Dövlət qullu ğ una qəbul, d ö vlət qullu ğ unda fəaliyyətin davam etdirilməsi və d ö vlət qullu ğ u vəzifələrinin tutulmas ı məqsədi ilə ke ç irilən test imtahanlar ı üçü n test n ü munələrinin haz ı rlanmas ı , ekspertizas ı , təsdiqi, test imtahan ı n ı n tə ş kili, ke ç irilməsi, qiymətləndirmənin apar ı lmas ı Qaydas ı” n ı n 1.1-ci bəndindən “ fəaliyyət g ö stərən səfirlik və konsulluqlar ı nda təyin olunan ” s ö zləri çı xar ı lmışdır.
17 mart 2022-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 274 ) ilə “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın 1.1-ci bəndinə “abzasına” sözündən sonra “və 28-1-ci maddəsinə” sözləri əlavə edilmişdir və həmin bənddə “birinci-beşinci” sözləri “1-5-ci” sözləri ilə əvəz edilmişdir.
[2] 27 noyabr 2017-ci il tarixli 513 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11, maddə 2175) ilə “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın 2.1-ci bəndinin birinci cümləsində “, dövlət qulluğu vəzifələri üzrə” sözləri “inzibati vəzifələr üzrə” sözləri ilə əvəz edilmişdir.
[3] 17 mart 2022-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 274 ) ilə “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nda 2.1.1-ci yarımbəndin 1-ci abzası ləğv edilmişdir.
[4] 27 noyabr 2017-ci il tarixli 513 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11, maddə 2175) ilə “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın 2.1.3-cü və 2.1.4-cü yarımbəndləri ləğv edilmişdir.
[5] 27 noyabr 2017-ci il tarixli 513 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11, maddə 2175) ilə “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın 2.2-ci bəndindən “yardımçı vəzifələr üzrə tapşırıqların fərqli xüsusiyyətləri,” sözləri çıxarılmışdır.
17 mart 2022-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 274 ) ilə “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın 2.2-ci bəndində “Test imtahanının məzmunu” sözləri “Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının məzmunu” sözləri ilə, “müəyyən edilir” sözləri isə “, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu isə Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının təklifləri əsasında Mərkəz tərəfindən müəyyən edilir” sözləri ilə əvəz edilmişdir.
[6] 27 noyabr 2017-ci il tarixli 513 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11, maddə 2175) ilə “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nın 3.1-ci bəndinə “uyğun olaraq,” sözlərindən sonra “inzibati vəzifələr üzrə” sözləri əlavə edilmişdir.
[7] 17 mart 2022-ci il tarixli 97 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( “Xalq” qəzeti, 20 mart 2022-ci il, № 61 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, № 3, maddə 274 ) ilə “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nda 4.2-ci bəndin cədvəlindən “AA” sətri çıxarılmışdır.
[8] 27 noyabr 2017-ci il tarixli 513 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2017-ci il, № 263, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11, maddə 2175) ilə “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nda 4.2-ci bəndin cədvəlindən “CA” və “DA” sətirləri çıxarılmışdır.
DİM dövlət qulluğuna qəbul üzrə “1000 test tapşırığı” toplusunu nəşr edəcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə hazırlaşanlara köməklik məqsədilə “1000 test tapşırığı” toplusu nəşr ediləcək.
Bu barədə Mektebgushesi.az –a DİM-dən xəbər verilib. Bildirilib ki, Mərkəz tərəfindən müvafiq məqsədlə tərtib olunmuş “500 test tapşırığı” toplusu 2019-cu ildə nəşr olunarkən bu istiqamətdə işlərin davam etdiriləcəyi qeyd olunmuşdu. Keçən dövr ərzində test imtahanına hazırlaşanların istəyi nəzərə alınaraq həmin toplunun və 2018-ci ildə nəşr olunmuş “Dövlət qulluğuna qəbul üzrə müsabiqəyə hazırlaşanlar üçün təlimat” adlı metodik vəsaitin müəyyən redaktələrlə təkrar nəşri həyata keçirilib. Eyni zamanda, DİM tərəfindən “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Dövlət qulluğu” jurnalı dövri olaraq nəşr edilib, jurnala test imtahanında istifadə olunan düzgün cavablandırma faizi aşağı olan test tapşırıqlarının düzgün cavablandırılması üçün elmi-metodik izahı və tövsiyələr, bu sahədə daha çox istifadə olunan qanunvericilik aktları, müsabiqənin test imtahanı və müsahibələrin nəticələrinin statistik təhlili, dövlət qulluğu ilə bağlı ictimaiyyəti daha çox maraqlandıran suallara müvafiq cavablar və digər lazımi materiallar daxil edilib.
Hazırda DİM-in namizədlərə təqdim etdiyi “1000 test tapşırığı” toplusu əvvəl nəşr olunmuş “500 test tapşırığı” toplusuna daxil edilmiş tapşırıqlar da saxlanılmaqla 1000 test tapşırığına tamamlanaraq yeni tərtibatda hazırlanıb. Məlum olduğu kimi, əvvəlki topluya dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində yoxlanılan bilik sahələri – Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları və məntiqi təfəkkürün yoxlanılması üzrə imtahan proqramları əsasında hazırlanmış test tapşırıqları daxil edilib və toplu test imtahanının modelinə uyğun olaraq AA, AB, AC, BA və BB vəzifə qrupları üzrə hər variant 100 test tapşırığından ibarət olmaqla beş variantda tərtib olunub. “1000 test tapşırığı” toplusuna daxil edilən tapşırıqlar da test imtahanı mərhələsində yoxlanılan bilik sahələrinin proqramları əsasında hazırlanıb və bilik sahələri üzrə ayrı-ayrı bloklar şəklində verilib. Topluya Azərbaycan dili üzrə 150, qanunvericilik üzrə 400, informasiya texnologiyaları üzrə 150, məntiqi təfəkkürün yoxlanılması üzrə 300 test tapşırığı daxil edilib və düzgün cavablar öz əksini tapıb.
Yaxın günlərdə test toplusunu DİM-in inzibati binalarındakı “Abituriyent” satış köşklərindən əldə etmək mümkün olacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.