Azerbaycan Uşaq edebiyatı Antolojyası – Qara Namazov
Yağır dərələrin qoynuna bu qar,
Qara namazov azerbaycan uşaq edebi yyati 2007
Ağsu rayon Mərkəzi Kitabxanası
Ağsu rayon MKS
- Əsas səhifə
- Sənədlər
- Normativ hüquqi sənədlər
- Metodiki vəsaitlər
- Qanunlar, Sərəncamlar, Fərmanlar
- “Birlik” qəzeti.(1971-1984)
- 20 Yanvar Faciəsi
- Azərbaycanın Milli Qəhrəmanları
- Rayon haqqında
- Ağsu tarixi abidələr
- Prezident İlham Əliyev
- Faydalı linklər
- Diyarşünaslıq nəşrləri
- Şəxsiyyətləri
- Şəhidlərimiz
- Azərbaycanlıların soyqırımı
- Haqqımızda
- Ən çox oxunanlar
- Yeni kitablar
- Azərbaycanın kitab abidələri
Qara Namazov – AZERBAYCAN UŞAQ ƏDƏBİYYATI ANTOLOGİYASI ll Cild
21 İyun , 2016
XX əsr Azərbaycan poeziyasının həm mövzu, həm də forma, janr və sənətkarlıq xüsusiyyətləri barədə dolğun təsəvvür yaradan bir səhəsi də uşaq şeridir. Bu dövrun milli uşaq poeziyası janr baxımından da əlvandır.
“Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın II cildində XX əsrin yanaşı təbiət mövzulu lirik və süjetli şeir, mənzum nağıl kimi ədəbi nümunələrə təmsil olunur. Faylı yukləAzerbaycan Uşaq edebiyatı Antolojyası – Qara Namazov
Azərbaycan uşaq ədəbiyyatının ən əsas və aparıcı qolu uşaq poeziyasıdır. Məktəb yaşlılar üçün nəzərdə tutulan “Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın bu cildinə XX əsrə qədərki Azərbaycan poeziyasından seçmələr təqdim olunmuşdur. Bunlar yeniyetmələrin yaş səviyyəsinə uyğun olub, böyükməkdə olan gənc nəslin tərbiyəsində başlıca vasitə kimi yeni keyfiyyətli, yüksək bədii dəyərə malik uşaq ədəbiyyatı nümunələrdir.
II cild
XX əsr Azərbaycan poeziyasının həm mövzu, həm də forma, janr və sənətkarlıq xüsusiyyətləri barədə dolğun təsəvvür yaradan bir səhəsi də uşaq şeridir. Bu dövrun milli uşaq poeziyası janr baxımından da əlvandır.
“Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın II cildində XX əsrin yanaşı təbiət mövzulu lirik və süjetli şeir, mənzum nağıl kimi ədəbi nümunələrə təmsil olunur.
III cild
“Azərbaycan uşaq ədəbiyyatı antologiyası”nın təqdim olunan cildində Azərbaycan yazıçılarının uşaqlar üçün qələmə aldıqları nəsr əsərlərindən nümunələr toplanmışdır. Uşaq ədəbiyyatının zəngin ənənələri zəminində yaranan bu əsərlər məktəb yaşlıların estetik tələbinə və zövqünə uyğun olub, oxucusunu uşaq aləminə aparır, yetişməkdə olan nəslin milli ruhda tərbiyəsinə kömək göstərir.
Azerbaycan edebiyyati
Deme, ey gul,olerem,getme gozumden o yana
Gereg asiq dozub her covrune yarin , dayana
Alemi – esqde qanuni – mehebbet beledi:
Bulbul hesret gule , pervane gerek odda yana
Men de hicran qemini ,qismet ola cekdirerem,
Senin o gul uzune konlumu hesret qoyana
Aqibet atesi – ahimda reqib od tutacaq
Oz cezasin cemecek, qacsa elimden hayana
Yar ucun asiq odur,sovqle candan kecsin
Kim vefa besleyecek dostuna can qiymayana
Sen de , Vahid ,veten ugrun da calis merd kimi
Ince qelbinde boyuk hissi mehebbet oyana01-26-2007, 02:01 PM #2
Moderator Üyelik tarihi Dec 2006 Mesajlar 2.721Re: Azerbaycan edebiyyati
Emin_641 Nickli Üyeden Alıntı
Deme, ey gul,olerem,getme gozumden o yana
Gereg asiq dozub her covrune yarin , dayana
Alemi – esqde qanuni – mehebbet beledi:
Bulbul hesret gule , pervane gerek odda yana
Men de hicran qemini ,qismet ola cekdirerem,
Senin o gul uzune konlumu hesret qoyana
Aqibet atesi – ahimda reqib od tutacaq
Oz cezasin cemecek, qacsa elimden hayana
Yar ucun asiq odur,sovqle candan kecsin
Kim vefa besleyecek dostuna can qiymayana
Sen de , Vahid ,veten ugrun da calis merd kimi
Ince qelbinde boyuk hissi mehebbet oyanaŞeri bizlerle paylaşdiğin üçün teşekkürler Emin
01-26-2007, 05:26 PM #3
Junior Member Üyelik tarihi Nov 2006 Mesajlar 4deymez ,hem de ki oxudugunuz ucun minnetdaram
06-24-2007, 02:42 AM #4
Senior Member Üyelik tarihi Jun 2007 Yer baki Mesajlar 493Öz poetik və fəlsəfi dühası ilə şer-sənət meydanında pəhləvanlıq edən dahi şairimiz Məhəmməd Füzuli bizim milli ədəbi dilimizin banisidir. Hansı dövrdə olursa-olsun, Azərbaycan şerini Füzulisiz təsəvvür etmək mümkün deyildir. Görkəmli tədqiqatçı Fuad Qasımzadə Füzuli ədəbi məktəbindən ilham və dərs almış şairlərimiz arasında XIX əsrin iki böyük sənətkarının — S.Əzim Şirvani və M.N.B.Şirvaninin adlarını çəkir.
M.Füzuli, S.Əzim və B.Şirvani irsini tədqiq edərkən onların poeziyasının xəlqilik nöqteyi-nəzərincə çox yaxın olduğunu müşahidə edirik. Füzuli şerə müstəqil bir elm kimi böyük əhəmiyyət verirdi. Onun şerdə xalq ifadələrini işlətməsi şairi xalqa daha da yaxınlaşdırır. “Ən yaxşı klassik və müasir sənət nümunələri sübut edir ki, sənətkarı xalqa sevdirən əsas amillərdən biri xalq həyatını, xalqın mənəvi aləmini onun yaxından öyrənməsidir. Çünki bu qiymətli materiallarda xalq öz varlığını əks etdirir”.
Füzuli atalar sözləri və məsəllərdə canlı danışıq dilinin gözəlliyindən başqa həm də bir elmilik görür. Nəticədə şairin bir çox misraları xalq tərəfindən əzbərlənir, yaddaşlara köçür. Füzuli şerinin şifahi xalq yaradıcılığı ilə olan qırılmaz əlaqəsi onun dahiliyini təmin edən mühüm amillərdən biri sayılır. “Füzuli xalqın zəngin sərvətini bir daha öz qüdrəti ilə saf-çürük etmiş, xüsusilə oradakı bədiilik sirlərini öz qeyri-adi zövqü ilə işıqlandırmışdır. O inanmışdır ki, şerdəki ən kiçik poetik əlamətlərə məsuliyyətlə yanaşmadan böyük sənətkar olmaq mümkün deyil”.
Köçmək zamanı çatdı, Füzuli, o kuydən,
Ayrılsa, bülbülə qəmi-gülzar olar çətin.
Nərgisin fikri, Füzuli, gözü könlümdə gəzər
Tutar ahu vətən ol yerdə ki, otlu, suludur.
Birinci beytdə “ayrılsa, bülbülə qəmli-gülzar olar çətin” misrası ikinci beytdə isə “tutar ahu vətən ol yerdəki otlu, suludur” misraları folklorumuzdan gələn deiym-hikmətli ifadə və atalar sözüdür. Şair vətəninə olan məhəbbətini bu misralarda ifadə etməklə, poeziyamıza bir xəlqilik, doğmalıq gətirmişdir.
Klassik şərq poeziyasının bir sahəsi olan “bədii” elmində bu üsul “irsəl-ül-məsəl, ya təmsil” adlanır. S.Əzim və B.Şirvani yaradıcılığına nəzər salarkən burada atalar sözləri və məsllərdən gələn dərin xalq hikmətinin, poetik aforizmin mövcudluğunu görürük. Həqiqətən, dahi Füzulinin fikir mənbəyi öz xalqının istedadları olan bu böyük sənətkarlar üçün zəngin məktəbdir. Onların əsərləri də şifahi xalq ədəbiyyatı ilə qovuşmuş, bu gözəl sənət nümunələrini xalq üslubunda yaratmışlar.
Əgər məşuqə mənzurundu, get bir şahibaz istə,
Bu məşhur bir məsəldir, Seyyida, “qaz vur, qazan doldur”
Xünsəfa fövqünə göstərmə kəlamın, Seyyid,
Gənə gül qədrini bu dəhrdə əttar bilir.
Birinci beytdə “gənə gül qədrini bu dəhrdə əttar bilir”, ikinci beytdə isə “bu məşhur bir məsəldir, Seyyida, “qaz vur, qazan doldur” misralarında atalar sözlərinin müəllif tərəfindən yüksək məharətlə nəzmə gətirildiyinin şahidi oluruq.
B.Şirvani də öz yaradıcılığında hikmətli sözlərdən, atalar sözlərindən böyük ustalıqla ifadə etmişdir:
Mate-nəzareye-to şod rox ze Bəhar dərməkeş,
Şahmar misəzəd rəhm konək peyade ra.
Sən Bahardan üz döndərmə, o sənə baxıb mat qaldı
Atlı gərək piyadaya rəhm edə.
Leykən məsəlist in dər əfvah
Himmət bayəd ke tey şəvəd rah.
Lakin bir məsəl var dillərdə söyləmişlər
Yolu başa vurmaq üçün himmət gərəkdir.
Hər iki beytin sonuncu misraları atalar sözləri ilə ifadə olunmuşdur.
M.Füzuli yaradıcılığında geniş işlənən “dedim, dedi” sözləri də xalq yaradıcılığından gələn səmimi ifadələrdir. “Bədii” sənətində bu üsul “Bədii mükalimə” və ya “sual-cavab” adlanır.
Gördüm bir rind eşqdən şərab istəyir,
Dedim: Sənin bu işin allahın hökmünə müxalifdir.
Dedi: Biz hər işi allahdan bilirik,
Bizim muradımıza çatmağımız onun icazəsi deməkdir.
Şairin “dedim, dedi” ifadəsinə nümunə gətirdiyimiz bu parçada şair öz irfani fikirlərini ifadə edir.
Qoftəməş simin bərətra xahəm əndər bər kəşid,
Qoft, ro, əz del birun kon in xəyale-xamra.
Dedim: sənin gümüş bədənini qucaqlayacağam.
Dedi: Get bu xəyalı könlündən çıxart.
Qofti aşofte əz niz-o-ke tora kərd Bəhar,
Kərd aşofte pərişaniye-muye-to məra.
Dedi: Bahar, səni kim belə dolaşdırdı.
Sənin zülfünün pərişanlığı.
Nümunələr əsasında bir daha deyə bilərik ki, Füzuli bir dahi olaraq şerin bədii qüdrəti ilə ardınca gələn söz ustalarını əsir etmişdir. Bu xəlqilik onun ardıcılları olan S.Əzim və Bahar Şirvani şerlərinə də yol tapmışdır. Füzuli yolunu davam etdirən hər iki böyük sənətkar zamanın nəbzini tuta bilmiş, fikirlərini canlı bir dildə ifadə etməyə nail olmuşlar.
M.Füzuli, S.Əzim və B.Şirvani yaradıcılığını yaxınlaşdıran daha bir cəhət onların yaradıcılığında vətəndaşlıq kədərinin mövcudluğudur. F.Qasımzadə yazır: “Dövrünün oğlu olan vətəndaş şair zəmanəsinin siyasi quruluşuna, hakimlərin xalqa olan münasibətinə, ədalət və haqq məsələsinə biganə qala bilməmişdir. Hakim və ədalət, hakim və xalq məsələsi həmişə onu düşündürmüşdür”.
Şairin “Leyli və Məcnun” əsərindən Məcnunun doğularkən söylədiyi misraları bu baxımdan nəzərdən keçirək:
Söylərdi ki, “Ey cəfaçı dünya!
Bildim qəmini sənin ki, çoxdur,
Qəm çəkməyə bir hərif yoxdur
Gəldim ki, olam qəmin hərifi,
Gəl təcrübə eylə mən zərifi”.
Bu parçadan göründüyü kimi, Füzuli öz kədərini Məcnunun dili ilə söyləyir. Şair digər əsərlərində, xüsusən qəzəllərində dəfələrlə öz kədərini Məcnunun kədəri ilə eyniləşdirir:
Məcnunla mənim dərdimin əfsanəsi birdir,
Söz ayrılsa da aşiqi-divanəsi birdir.
Füzulinin divanxanalardakı süründürmələr, bürokratizm və rüşvətin adi hal olmasından şikayəti onun “Şikayətnamə” əsərində öz əksini tapır. Əsərdə dünya malına uyan, pula susamış həris qazıların hökmlər çıxararkən ədaləti, hüququ tapdalamasından bəhs edilir.
“Əsl sənətkar qələmindən çıxan hər hansı bir hiss, hadisə, problem bütün xavlqlar üçün eyni dərəcədə əhəmiyyət kəsb etməzsə, o sənətkar dahi səviyyəsinə yüksələ bilməz”. Dahi şairi narahat edən məsələlərdən biri də elm sahiblərinin padşahlara yaltaqlanmaqla müəyyən rütbələrə çatmasıdır. Şair, “Rind və Zahid” əsərində Rindin dili ilə Zahidə belə söyləyir:
Anlamazlıq rütbəsi ki, rütbələrin ən alçağıdır.
İnsanı hər bir nemətdən məhrum etsə də,
O elmdən yaxşıdır ki, o hünər sahiblərinin
Padşahlara yaxınlaşmasına və rütbəyə çatmasına səbəb olur.
Füzulini öz dövründə narahat edən bu ictimai bəlalar XIX əsrdə də mövcud idi. Yəni S.Əzim və Bahar Şirvaninin öz dövrlərində sinələrində daşıdıqları qəm karvanı elə Füzulinin öz dövründə qəlbində gəzdirdiyi qəm karvanı idi. Sadəcə olaraq bu qəm öz dövrünə, zəmanəsinə uyğun olaraq bir qədər formasını dəyişmişdi. Bu karvanı daşıyanlar isə Seyid Əzim və Bahar Şirvani tək böyük sənətkarlar idi. S.Əzim şerə, sənətə, sağlam düşüncəyə etinasızlıq göstərən cəmiyyətə qarşı etirazlarını bildirməkdən çəkinmirdi. Şair ürək yanğısı ilə qeyd edirdi ki, yaşadığı cəmiyyətdə hiylə, təzvir bazarı rəvan olduğu halda, şer, elm və sənət həddindən artıq ucuz olmuşdur.
Deyilənlərə nümunə olaraq S.Əzimin qəzəllərindən seçdiyimiz aşağıdakı beytlərə nəzər yetirək.
Nə sən fəraqə səbəb olmusan, nə mən bais,
Bu dərdə aldı bizi dövri-ruzigar ey dust
Görsə əgər nadanda bir dərd eylər, yüz dava,
Arifin yüz dərdi olsa, birsə dərman eyləməz.
Nümunələrdən aydın görünür ki, bu kədər Füzuli kədərinə çox yaxındır. Dövrdən, zəmanədən şikayət, ağılsız adamların min cür hiylə ilə arif adamları qabaqlaması onun qəzəllərində də öz əksini tapıb. Seyid Əzim öz dövrünün haqsızlıqlarını satiralarında daha kəskin şəkildə tənqid edir:
Şəhri-Şirvan idi Qafqazda hər ölkəyə baş,
Xəlqinin könlü hamı gen, üzü gül tək bəşşaş.
Qəhətdən, zəlzələdən bizlərə təng oldu məaş
İndi bizlərə nə bir malu, nə sərvət görünür.
“Şamaxının vəziyyətinin təsviri” adlı bir satirada düşdüyü vəziyyət, əhalinin miskin həyatı tənqid atəşinə tutulur.
Baharın “Öz evi haqqında şikayət və İmam Rzanın mədhinə küriz” qəsidəsində şairin iztirabları da öz ifadəsini tapıb. Şair axtardığı həqiqətlərə həyatda rast gəlmir, buna baxmayaraq, qürur hissi onu tərk etmir. Onu kədərləndirən məsələlərdən biri istedad və yaradıcılığına layiqli qiymət verilməməsidir. Bahar feodal dünyasının hakim qüvvələri qarşısında əyilməyərək onlara qarşı üsyan edir:
Gərdun be mən çə konəd biş əz in cəfa
Ke əndər Şəmaxiəm be çənin xane dade ca.
Çun məne-yegane ke nəyayəd qərine-mən,
Dər qərineha ze gərdeşe in dire-dir ra
Alçaq dövran mənə bundan artıq nə cəfa etsin ki,
Şamaxıda mənə belə bir evdə yer vermişdir.
Bu qoca dövran qərinələrlə dövr etsə,
Mən tay bir yeganə meydana gətirə bilməz.
M.Bahar yaradıcılığında belə fikirlər çoxdur və bu bizə şair haqqında böyük Füzulinin layiqli davamçısı kimi söhbət açmağa əsas verir.
SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
BU HISSI HER INSAN YASAYA BILMIR
HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
ONU DA HER INSAN YASAYA BILMIR06-24-2007, 02:43 AM #5

ONU DA HER INSAN YASAYA BILMIR06-24-2007, 02:45 AM #6
Senior Member Üyelik tarihi Jun 2007 Yer baki Mesajlar 493Bu il qış sərt gəldi hay-haray ilə.
Dondu şəlalələr axmadı sular.
Baharda ağ dünya axdı çay ilə,
Dərin-dərələrdə çağladı sular.
Ovçular nə gördü, nə ovladılar:
Bir qışın nağılı dilaş dolanar.
Hansı ağacların sındı budağı?
Bir qış xəyalı olar bu bahar çağı
SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
BU HISSI HER INSAN YASAYA BILMIR
HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
ONU DA HER INSAN YASAYA BILMIR06-24-2007, 02:46 AM #7
Senior Member Üyelik tarihi Jun 2007 Yer baki Mesajlar 493Mənim doğma kəndim Talış-nurudu.
Qaynar bulaqları safdı-durudu.
Dağlara söykənib, arxası dağdı,
Yaşıl həyətləri bacadı-bağdı.
Qədim bir məkəndı Şirvan elində,
Pirsaat çayının sol sahilində.
Keçmişdə adına “qazma” deyiblər.
Burdan yaylaqlara yol eyləyiblər.
Mən onun səsinə nəğmə qoşuram,
Onun həvəsiylə coşub daşıram.
Mənim doğma kəndim-xanimanımdı,
Mənim ilk beşiyim, son ünvanımdı.
SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
BU HISSI HER INSAN YASAYA BILMIR
HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
ONU DA HER INSAN YASAYA BILMIR06-24-2007, 02:47 AM #8
Senior Member Üyelik tarihi Jun 2007 Yer baki Mesajlar 493Dünyanın axırı ölüm-itimdi.
Bilinmir qalanı, gedəni kimdir.
Kimi arxalıdı, kimi fağırdı,
Kiminin başına dünyası dardır.
Sözlə keçən itlər dildən asılı
Kimini taleyi teldən asılı,
Kimin xırmani yeldən asılı.
Arxasız adamlar boyun burandı,
Arxalı adamlar boyun vurandı,
Kaş fağır adamlar düşməsin dara,
Tanrımız yar olsun arxasızlara.
SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
BU HISSI HER INSAN YASAYA BILMIR
HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
ONU DA HER INSAN YASAYA BILMIR06-24-2007, 02:51 AM #9
Senior Member Üyelik tarihi Jun 2007 Yer baki Mesajlar 493Meşəyə qar yağır… nə səmir, nə ün,
Yağır ağ sükut tək qışın ilk qarı…
Talada boylanan hürkək cüyürün
Qonur kirpiyinə qar lopaları.
İtir ağ örtükdə yollar, yolaqlar,
Çəkilir meşədən səslər, hənirlər.
Şaxtadan nəğməsi sınan bulaqlar
Buzların altında gümüldənirlər.
Qar yağır şamların atlas donuna,
Fikrində telini hörür dələlər.
Girib ağacların koğuş qoynuna
Yaşıl yuxularmı görür dələlər!?
Vələsləri çətin yumşalda bu qar,
Palıdlar sipərdir çovğuna indi.
Öz qış yuxusuna getmiş heyvanlar,
Yuxudan boylanır ovuna indi.
Uyuyan bədmüşklər nə vaxt ayılar,
Göyrüşlər boylanır üfüqə sarı.
Bəyaz qurşaq taxıb ağcaqayınlar,
Gümüş heykəl olub tozağacları.
Bozarır içində duman tülünün
Payızda qırmızı geyinən pəri —
Yağır üryan qalan qızlargülünün
Zərif kollarına qar çiçəkləri.
Yağır dərələrin qoynuna bu qar,
Bir az dayazlaşır sanki dərini.
Qobularda qara batan canavar
Axtarır ovunun ləpirlərini.
Qonur ayıların kahada dərin,
Bəyaz yuxusuna qar dolub indi.
Elə bil özüdür ağ leyləklərin —
Çırpı yuvaları ağ olub indi.
Çən tutub aynası, üstə qar yağan,
Göl azalır sanki — maral çaşıbdı.
Bir vaxt şırıltıyla meşədən axan
Buz bağlamış çay da sızqalaşıbdı.
Meşəyə qar yağır… quşbaşı qarda
Yağır meşənin də ruzusu, varı.
Giləmeyvə gəzir bəyaz kollarda
Quşlar gözlərində qar ulduzları.
Meşə sakinləri yem sorağında,
Əl üzməyib hələ meşə varından.
Sırsıra asılıb çay qırağında
Zirincin çəhrayı salxımlarından.
Meyvəsi budaqda donub yemşanın,
Quşüzümündə qar təpələnibdi.
Dümağ pöhrəlikdə yatan dovşanın
Soyuq çimirinə zər ələnibdi.
Hərdən şaqqıldadır dimdiklərini
Meşəxoruzları yem tapmır qarda.
Gizlədib qırmızı pipiklərini
Kolluqda dən gəzir qırqovullar da.
Papaqlanıb başı, örtülüb üstü,
Qurumuş kötüklər pöhrələnibdi.
Ovçu komasından qalxan göy tüstü,
Dümağ lopalarla dövrələnibdi.
Mamır saç-saqqalı birdən ağarmış,
Qayalar səs vermir ha çağır elə.
Meşəni nağıla döndəribdi qış,
Meşəyə qar yağır, qar yağır elə…
SEVGI NECE GOZEL ULVI BIR HISSDIR
BU HISSI HER INSAN YASAYA BILMIR
HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
ONU DA HER INSAN YASAYA BILMIR06-24-2007, 02:52 AM #10
Senior Member Üyelik tarihi Jun 2007 Yer baki Mesajlar 493Yaz nəğmə oxuyar hardasa pəsdən,
Sel gileyli yatar bənd-bərəsindən.
Zəriflik dikəlib pəncəsi üstdə,
Boylanar boz ayın pəncərəsindən.
Qönçəsindən həyat elə daşar ki,
Açar gözlərini sazağa qəfil.
Tufan bu gəlişdən elə çaşar ki,
Baş götürüb qaçar uzağa qəfil.
Buludlar səmtinə açanda ayaq,
Alaçalpov səpər başına hərdən.
Üstə noğul yağan gəlinlərsayaq
Bükülüb ləçəyə yaşınar hərdən.
Birdən peyda olar
Torpağın bahara muştuluğutək.
Nigaran çiçəklər göndərər bəlkə,
Bir soraq gətirsin — gələk, gəlməyək.
Çiçək cəsarəti, qönçə təpəri,
Torpağın ilk titrək təbəssümü gül.
Çırpınan güllərin ilkin xəbəri
Olar Novruzgülü qədəmiyüngül.
SULİDDİN QASIMLISEVGI NECE GOZEL ULVI BIR HISSDIR
BU HISSI HER INSAN YASAYA BILMIR
HEM SEVIB HEM DE KI SEVILMEK GOZEL
ONU DA HER INSAN YASAYA BILMIR« Bana onu anlat | Bir gül hekayəsi »
Yer imleri
Yer imleri
Yetkileriniz
- Konu Acma Yetkiniz Yok
- Cevap Yazma Yetkiniz Yok
- Eklenti Yükleme Yetkiniz Yok
- Mesajınızı Değiştirme Yetkiniz Yok
Azeri Forum sitemiz Azerbaycan, Türkiye, İran, Rusiya ve diğer tüm dünya devletlerinde yaşayan tüm Azerbaycan Türklerini biraraya getirmek amacı ile kurulmuştur. Azerbaycan hakkında – Azerbaycan coğrafi isimdir. Anlamı Odlar Yurdu yani Ateşler Yurdu demektir. Bu isim bir yandan bu bölgede milattan çok önce yaşayan nüfusun çoğunluğunun ateşperest olması ile ilgilidir. Yani bu bölgede yaşayan nüfus ateşi Tanrı sayıyorlardı, oda tapıyorlardı. “Azer” – ateş, ateş demektir. Öbür taraftan, Azerbaycan’da eski zamanlarda Türk soylu “Azer” sözündendir. “Azer” – “az” ve “er” terkibinden ibarettir. Türk dillerinde “az” ın iyi niyet, başarılı kader gibi anlamları var. “Azer” – yani “er kişi”, “er oğlu”, “ateş koruyan” demektir. Demek ki “Azerbaycan” bu bölgede yaşayan eski Türk dilli kabilenin adına oluşmuştur. Azerbaycan dünyanın en eski insan yaşam alanlarından biridir. İnsanlık tüm gelişme dönemlerinde bu topraklarda kendi tarihini yaşamıştır. İnsanlığın ilk çağlarında Azerbaycan’da insan meskenleri olmuştur. Bugünkü insanlık kültürünün oluşması, kalkınması ve dialektikasında Azerbaycan’ın kendi yeri, kendi payı vardır. Zaman uzun geçmişlerin bir çok arkeolojik ve mimari eserleri bizim için korumuştur. Eski taş kitabeler, yazılar, asırların derinliklerinden yadigar kalmış halı desenleri, onları okumayı bilenlere, başlıcası ise okumak isteyenlere çok şey konuşabilir. Azerbaycan’ı tanımak, onun hakkında gerçeği bilmek için bu toprağa, onun adamlarına dost gözüyle bakmak gerekir. Azerbaycan eski kültür ülkesidir. Buraya göç gelmiş oğuz boyları o bölgede yüzyıllardır kuruldu stabilize, derin köklere sahip kültürle karşılaşarak, kendi növbelerinde bu kültürü ümumtürk kültürel gelenekleri ile zenginleştiren. Halkımızın yetenek ve yaratıcılık kudreti “Kitab-ı Dede Korkut”, “Oğuzname”, “Köroğlu” ve birçok başka epik eserlerde tecessüm etmiştir.
Tüm Zamanlar GMT +4 Olarak Ayarlanmış. Şuanki Zaman: 10:09 AM .
Bu sistem vBulletin® alt yapısına sahiptir, Version 4.2.0 kullanılmaktadır.
Telif hakları, Jelsoft Enterprises Ltd’e aittir. Copyright © 2023
Comments are closed, but trackbacks and pingbacks are open.