Press "Enter" to skip to content

Qara namazov azərbaycan uşaq ədəbiyyatı

Bakı Dövlət Universitetinin Klassik Azərbaycan ədəbiyyatı kafedrasının pProfessor Qara Namazov dünyasını dəyişib.rofessoru, həmin kafedranın nəzdində fəaliyyət göstərən “Dədə – Qorqud” elmi-tədqiqat laboratoriyasının müdiri, filologiya elmləri doktoru, professor Qara Mustafa oğlu Namazov vəfat edib.

Professor Qara Namazov dünyasını dəyişib

Bakı Dövlət Universitetinin Klassik Azərbaycan ədəbiyyatı kafedrasının pProfessor Qara Namazov dünyasını dəyişib.rofessoru, həmin kafedranın nəzdində fəaliyyət göstərən “Dədə – Qorqud” elmi-tədqiqat laboratoriyasının müdiri, filologiya elmləri doktoru, professor Qara Mustafa oğlu Namazov vəfat edib.

Trend-i buradan izləyin

Professor Qara Namazov dünyasını dəyişib.

Trend-in məlumatına görə, Bakı Dövlət Universitetinin Klassik Azərbaycan ədəbiyyatı kafedrasının professoru, həmin kafedranın nəzdində fəaliyyət göstərən “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasının müdiri, filologiya elmləri doktoru, professor Qara Mustafa oğlu Namazov vəfat edib.

Respublikanın əməkdar müəllimi, qabaqcıl təhsil işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü, “Şöhrət” ordenli Q.Namazov 8 may 1930-cu ildə Qərbi Azərbaycanın Qazax qəzasının Dilican rayonunun Əmirxeyir kəndində anadan olub. 1948-ci il deportasiyası ilə bağlı Ağstafaya köçərək Daşkəsəmən kəndində orta məktəbi bitirib.

1949-1950-ci illərdə ADPU-da (keçmiş Lenin adına Pedaqoji İnstitut) təhsil alsa da, ordu sıralarına çağırılıb və 1951-1955-ci illərdə Abxaziyanın Suxumi şəhərində hərbi hissədə əvvəlcə təyyarə mühəndisi, sonra hərbi hissənin gizli şöbəsinin rəisi vəzifəsində işləyib. 1956-1961-ci illərdə Azərbaycan Dövlət Universitetində təhsil alan Q.Namazov həmin illərdə şeirlə yaradıcılığa başlayıb.

Q.Namazov 1962-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutu Kitabxana və arxivinin direktoru işləməklə yanaşı, elmi yaradıcılığa da meyl göstərib. O, 1965-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Şifahi xalq ədəbiyyatı şöbəsi üzrə qiyabi aspiranturasında təhsilini davam etdirib, 1968-ci ildə “Azərbaycan aşıq yaradıcılğı” (1920-1940-cı illər) mövzusunda namizədlik, 1987-ci ildə isə “Azərbaycan uşaq və gənclər ədəbiyyatının inkişaf mərhələləri (1920-1980-ci illər)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, 1989-cu ildə professor elmi adı alıb.

Q.Namazov respublikamızda ilk dəfə olaraq ali məktəblər üçün uşaq ədəbiyyatı kursunu yaradıb, 1983-cü ildə ali məktəb tələbələri üçün “Azərbaycan uşaq ədəbiyyatı” dərsliyini çap etdirib. Professorun rəhbərliyi və opponentliyi ilə ikisi xarici vətəndaş olmaqla 25 nəfər dissertasiya işi müdafiə edərək alimlik dərəcəsi alıb. Qara müəllim 100-ə yaxın kitabın redaktoru və rəyçisi olub, onların əksəriyyətinə ön söz yazıb. O, 2002-2006-cı illərdə Filologiya fakültəsinin dekanı vəzifəsində çalışıb, həmin illərdə fakültə Elmi Şurasının sədri, universitet Böyük Elmi Şurasının üzvü olub. Q.Namazov 2002-2008-ci illərdə BDU-nun Klassik Azərbaycan ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışıb.

Elmi fəaliyyəti, əsasən, Azərbaycan şifahi xalq ədəbiyyatı və aşıq yaradıcılığı, müasir və klassik Azərbaycan ədəbiyyatı sahələrinin əhatə edən professor Q.Namazov 10-dan çox monoqrafiya, 30-dan çox kitab, 400-dən çox elmi və publisistik məqalənin müəllifi olub.

Roman

Təbiət elə tənzimlənib ki, müqəddəs sayılan canlı varlıqların çoxu özləri üçün yox, başqaları üçün yaşayırlar. Bal arıları çox böyük əziyyətlə, səliqə ilə min çiçəkdən şirə toplayır, bəlkə də özləri bilmir nəyə görə, nəticədə insanlara bal kimi qiymətsiz bir nemət bəxş edirlər.

İnsanlar arasında da yalnız xeyirxahlıq üçün yaranmışlar var. Həmin insanlar sanki başqalarının həyatını gözəlləşdirmək, rahatlaşdırmaq üçün yaranıblar. Digərlərini sevindirəndə onlar özləri də sevinir, digərləri üçün yaşayarkən özlərinin də yaşadıqlarını hiss edirlər, məhz belə həyatdan zövq alırlar.

Yaxından tanıdığımız, ziyalı kimi hörmət bəsləyib sevdiyimiz, əsil müəllim adına sadiq çıxmış sevimli müəllimimiz Qara Namazov da belə müqəddəs insanlardandır.

Hamıya bəllidir, gözəllər, cavanlıq eşqi ilə alışıb yananlar görülən kimi sevilə bilirlər. Amma 70-dən çox yaşı olan Qara müəllim necə maraqlı, necə istiqanlı, ürəyə yatımlı bir insandırsa, onu görən, bil kəlməsinə qulaq asan, onun sehirli kəlmələrinin ovsununa düşür və ani bir vaxtda bu insanı sevirsən. Tanıyanlar bu şəxsə laqeyd qala bilmirlər, ondan bir müddət ayrı qalan kimi onun üçün darıxır, müdrik kəlamlarını tez-tez eşitmək üçün ziyalı işığına səmt can atırlar.

Qara Namazovun ən gözəl xüsusiyyətlərindən biri odur ki, o insanlarda yalnız yaxşı cəhətləri görür və insanı gördüyü xeyirxah işlərlə birlikdə yüksəklərə qaldırmağı bacarır və bunu məmuniyyətlə edir. Özü də insanların müvəffəqiyyətinə o qədər sevinir ki, sanki həmin adamla birlikdə özü də qanad açır, uçur.

Bu böyük müəllimlə nə qədər ünsiyyətdə olsan da onun özünü tərifləyən, özünü ucaltmağa, “gözə soxmağa” çalışan bir kəlməsini eşitməzsən. Gördüyü işlərdən, elədiyi xeyirxahlıqlarından danışmaması da, tərif sevməməsi də Qara müəllimi başqalarından fərqləndirir və sevdirir.

Böyük müəllim gənclərə məsləhət verməkdən, onlara düzgün yol göstərməkdən, öyrətməkdən yorulmur. Nə təhsildəki çətinliklər, nə həyatdakı problemlər, nə tutduğu vəzifələr bu insanı dəyişdirə bilməmiş, o elə həmişə olduğu kimi xeyirxah, səbirli, təmkinli, üzü nurlu, tələbənin dostu və müəllimin sirdaşı olmuşdur. Hər kəs, cavan da, qoca da, hər vaxt Qara müəllimin yanına gələ bilər, kədərini, sevincini onunla bölüşə bilər, heç ibr maneə ilə rastlaşmadan.

Bu vaxta qədər 25 nəfərdən çox disertant Qara müəllimin rəhbərliyi altında dissertasiya müdafiə edərək alimlik dərəcəsinə layiq görülüb. Tələbələri ilə fəxrlə danışan müəllim onları balaları kimi sevir, qayğılarına qalır. Ya xırda problem olsun, ya böyük, ya onun işinə aid olsun, ya olmasın, o heç kəsi – ona pənah gətirmiş heç kəsi naümid qaytarmaz, cavanlara düzgün yol göstərər, onların problemini öz şəxsi problemi kimi həll eləməyə çalışar.

Hər kəsi məngənə kimi sıxan problemlər əhatəsində əlbəttə ki, belə insani keyfiyyətlərlə qalmaq asan deyil.

Uşaqları sevən, uşaq ədəbiyyatına xüsusi incəliklə yanaşan Qara müəllim həm təhsil sistemində həm də şəxsi yaradıcılığında uşaq ədəbiyyatına çox böyükəhəmiyyət verir. O deyir: ” Azərbaycanın gələcəyini Uşaq ədəbiyyatının inkişafında görmək lazımdır. Əgər bu gün uşaq ədəbiyyatına laqeyid yanaşılırsa, gələcəkdə övladlarımızın da vətənə, ata-anaya o qədər laqeyid yanaşma qorxusu var”.

Qara Namazovun uşaq ədəbiyyatı istiqamətli yaradıcılığında tez-tez vətən, xalq sözlərinə rast gəlmirik. Amma onun vətənpərvər mövzulu yazıları elə qüvvətlidir ki, həmin əsərlər uşaq psixologiyasını ani dəyişdirməyə, onu sağlam əqidəli bir insana çevirməyə qadirdi.

Klassiklər ədəbi aləmdə sözlərini deyiblər, ədəbi tarix onlara layiq olduqları qiymət verərək özündə yaşadır. Müasir dövrdə isə gənc yazıçıların və şairlərin diqqət və qayğıya, onlara düzgün yol göstərilməsinə ehtiyacları var. Qara Namazov uşaqları daha çox sevən və xüsusən uşaqlar üçün yazan yazıçıların, şairlərin əsərlərini bir-bir, sətir-sətir, səbr və təmkinlə, yorulmadan oxuyur, onlara düzgün qiymət verir, həmin əsərələrin uşaqlara çatdırılması üçün dəyərli məsləhətlər verir, işlər görür.

1983-cü ildə Qara Namazov ilk dəfə Universitet tələbələrinin tədrisi məqsədilə “Uşaq ədəbiyyatı” dərsliyi çap etdirib. 20 il uşaq ədəbiyyatı tədris edən professor elə o vatdan müasir dövrümüzə qədər uşaq ədəbiyyatı dərsliyinin mütəmadi çap edilməsinə nəzarət və rəhbərlik edib. Onun belə bir böyük işi uşaqlar üçün yazılmış ədəbiyyatın əbədi yaşamasına və inkişafına yönəlmiş böyük bir addım olub.

Böyük müəllimin uşaqlar üçün yazdığı “Yanıltmaclar”, “Tap-tapmaca”, “Sanamalar”, “Oğluma nəsihət” , “Balalara töhvə”, “Loğman” sadə, şirin, yadda qalan uşaq dilində yazılıb və uşaqlar tərəfindən sevilə-sevilə oxunur.

Qara müəllim Azərbaycanlı balaların əsil türk oğlu kimi igid, mətin böyümələrinin arzusundadır. O, vətənini sevən alim onun daima inkişafına çalışaraq, vətənpərvər mövzuda yazılar yazır, kitablar çapdan çıxarır. (“Şah qızı dastanı”, Şamaxı haqqında poema”, “Naməlum bir roman”, “Qazanxan haqqında qaraqoyunluəfsanəsi”, “Türkiyə özünə dönərsə qurtulur”) Yazılarında oxucusunu yormadan, gəncləri mübarizəyə, müstəqilliyimizi qoruyub saxlamağa, vətəni işğalçılardan qorumağa çağırır.

Qara müəllim həmişə axtarışdadır. İlkin sivilizasiyanın banisi türk xalqının qədimiliyini sübuta yetirib dünya ictimaiyyətinə çatdırmaq niyyəti ilə Qara Namazov son illərin araşdırmaları nəticəsində “Mu qitəsinin” sirrləri haqqında yazdığı “—-” kitabı, bu haqda silsilə məqalələri geniş dünyagörüşə malik professorun daima axtarışda olmasından xəbər verir. Özünün qeyd etdiyi kimi “Məni yaşadan yaradıcılığımdır!”.

Qara Namazov yaradıcılığına uğur arzulayaq ki, müəllim adına sadiq çıxmış Qara müəllimin mənalı, şərəfli ömrü uzansın. Hər birimizin, evimizin, elimizin xeyrinə!

Qara namazov azərbaycan uşaq ədəbiyyatı

“Məni yaşadan yaradıcılığımdır”

� Professor Qara Namazov öz fəaliyyətində Azərbaycan uşaq ədəbiyyatına böyük yer ayırıb

Tanınmış ədəbiyyatşünas, uşaq ədəbiyyatının və aşıq yaradıcılığının araşdırıcısı, professor Qara Namazov 80 yaşında da əvvəlki tək yaradıcılıqla məşğuldur. O, ədəbi fəaliyyətə 1956-cı ildə başlayıb. “Azərbaycan aşıq yaradıcılığı” (1920-1950-ci illər) mövzusunda namizədlik, “Azərbaycan uşaq və gənclər ədəbiyyatının inkişaf mərhələləri” (1920-1980) mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Bakı Dövlət Universitetində “Dədə-Qorqud” elmi-tədqiqat laboratoriyasının rəhbəridir. Onun müəllifliyi, tərtibi ilə “Aşığın sazı və sözü” (1980), “Azərbaycan aşıq sənəti” (1984) (Azərbaycan və rus dillərində), “Azərbaycan uşaq ədəbiyyatı” (1984, 2007), “Azərbaycan sovet ədəbiyyatı” (1986), “Müasir Azərbaycan ədəbiyyatı” 2 cilddə (ortaqlı, 2007), “Xalq qəhrəmanının şöhrəti”, “Gecikmiş nəğmələr” (2008), “Qaracaoğlan” (ortaqlı), 2 cilddə, “Azərbaycan uşaq ədəbiyyatı antologiyası” (1976), 3 cilddə “Azərbaycan uşaq antologiyası” (2004-2005), “El çələngi” (2004), “S.Ə.Şirvani”, Əsərləri, 3 cilddə, “S.Vurğun. Seçilmiş əsərləri” və başqa kitablar çap olunub.

Professor Nizami Cəfərov Q.Namazovun yaradıcılığı haqqında bu qənaətdədir: “Qara müəllimin əsərləri, düşüncələri, ümumiyyətlə, yaradıcı şəxsiyyəti, mənsub olduğu millətin dünyagörüşünün, vərdişlər sisteminin birbaşa təzahürüdür.

Mən professor Qara Namazovu tələbəlik illərindən tanıyıram. O, tədqiqatçı-alim işini Tarix İnstitutunun arxiv-kitabxanasına rəhbərlikdən başladığındandır, ya nədir, araşdırmalarında həmişə tarixiliyə xüsusi önəm verib, əsas ixtisası olan folklorşünaslıq çalışmalarında da bu cəhət aydın seçilib. Və Qara müəllimin tarixi düşüncəsi bəzən o qədər irəli gedir ki, folklor qəhrəmanlarının, süjetlərinin, epizodlarının hər birində bilavasitə tarix görür. Hərdən mənə elə gəlir ki, onun təsəvvürüdə tarixin reallığı ilə folklorun bu mənada irreallığı arasında, demək olar, fərq yoxdur. Qara Hamazov xalqa, dədə-babalarımızın səmimiyyətinə o qədər dərindən inanır ki, istənilən folklor yaradıcısının dediyinə tarixi fakt kimi baxır. Əslində, bu onun tarix elmindən çox, folklora – xalqın bədii təfəkkürünə sədaqətinin nəticəsidir”.

Araşdırmaçı Tahir Orucov Q.Namazovun yaradıcılığı haqqında bu qənaətdədir: “Qara müəllim ilk dəfə 30 il bundan əvvəl – 1981-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin I kursunda oxuyanda görmüşəm. O illərdə filologiya fakultəsinin tələbələri öz arzularına görə üç ixtisas qrupuna – dil, ədəbiyyat və ədəbi tənqid qruplarına bölünürdü. Mən öz istəyimə görə ədəbi-tənqid qrupunu saçdim. Ədəbi-tənqid qrupu o vaxtlar bilavasitə Qara müəllimin də çalışdığı müasir Azərbaycan ədəbiyyatı kafedrası ilə bağlı olduğundan Qara müəllimlə tez-tez görüşürdüm. Qısa müddət ərzində onu nəcib, xeyixah və səmimi bir insan kimi tanıdım. O, yaşının indiki çağında da gənclik həvəsi, gənclik əhval-ruhiyyəsi ilə yazıb-yaradır. Qara Namazov müxtəlif mövzularla əsərlər yazsa da, daha çox xalq yaradıcılığının, aşıq sənətinin araşdırıcısı kimi tanınıb və bu sahədə fundamental monoqrafiyaların və çoxlu məqalələrin müəllifidir. Qara müəllimin digər böyük tədqiqat sahəsi Azərbaycan uşaq ədəbiyyatıdır. O, bu sahədə də yaddaqalan, böyük işlər görüb, uşaq ədəbiyyatının tarixi və müasir vəziyyətinin öyrənilməsi sahəsində dərslik, müntəxəbat və çoxlu kitablar tərtib edib. Alimin araşdırmalarında folklor-şifahi xalq ədəbiyyatı xüsusi diqqət mərkəzində olub. Aşıq yaradıcılığına, aşıq poeziyasına dərin məhəbbəti onun varlığına, ruhuna çevrildi”.

Yazar Gülzar İbrahimova: “Qara Namazovun xüsusiyyətlərindən biri odur ki, o, insanlarda yalnız yaxşı cəhətləri görür və insanı gördüyü xeyirxah işlərlə birlikdə yüksəklərə qaldırmağı bacarır və bunu məmuniyyətlə edir. Özü də insanların müvəffəqiyyətinə o qədər sevinir ki, sanki həmin adamla birlikdə özü də qanad açır. Hər kəs, cavan da, qoca da, hər vaxt Qara müəllimin yanına gələ, kədərini, sevincini onunla bölüşə bilər. Bu vaxta qədər neçə-neçə disertant Qara müəllimin rəhbərliyi altında dissertasiya müdafiə edərək alimlik dərəcəsinə layiq görülüb. Tələbələri ilə fəxrlə danışan müəllim onları balaları kimi sevir, qayğılarına qalır. Ya xırda problem olsun, ya böyük, ya onun işinə aid olsun, ya olmasın, o heç kəsi – ona pənah gətirmiş heç kəsi naümid qaytarmaz, cavanlara düzgün yol göstərər, onların problemini öz şəxsi problemi kimi həll eləməyə çalışar. Hər kəsi məngənə kimi sıxan problemlər əhatəsində əlbəttə ki, belə insani keyfiyyətlərlə qalmaq asan deyil. Uşaqları sevən, uşaq ədəbiyyatına xüsusi incəliklə yanaşan Qara müəllim həm təhsil sistemində, həm də şəxsi yaradıcılığında uşaq ədəbiyyatına çox böyük əhəmiyyət verir. O deyir: “Azərbaycanın gələcəyini uşaq ədəbiyyatının inkişafında görmək lazımdır. Əgər bu gün uşaq ədəbiyyatına laqeyd yanaşılırsa, gələcəkdə övladlarımızın da vətənə, ata-anaya o qədər laqeyd yanaşma qorxusu var”. Qara Namazovun uşaq ədəbiyyatı istiqamətli yaradıcılığında tez-tez vətən, xalq sözlərinə rast gəlmirik. Ancaq onun vətənpərvər mövzulu yazıları elə qüvvətlidir ki, həmin əsərlər uşaq psixologiyasını ani dəyişdirməyə, onu sağlam əqidəli bir insana çevirməyə qadirdir. Klassiklər ədəbi aləmdə sözlərini deyiblər, ədəbi tarix onlara layiq olduqları qiymət verərək özündə yaşadır. Müasir dövrdə isə gənc yazıçıların və şairlərin diqqət və qayğıya, onlara düzgün yol göstərilməsinə ehtiyacları var. Qara Namazov uşaqları daha çox sevən və xüsusən uşaqlar üçün yazan yazıçıların, şairlərin əsərlərini bir-bir, sətir-sətir, səbr və təmkinlə, yorulmadan oxuyur, onlara düzgün qiymət verir, həmin əsərələrin uşaqlara çatdırılması üçün dəyərli məsləhətlər verir, işlər görür. 1983-cü ildə Qara Namazov ilk dəfə universitet tələbələri üçün “Uşaq ədəbiyyatı” dərsliyi çap etdirib. 20 il uşaq ədəbiyyatı tədris edən professor elə o vaxtdan müasir dövrümüzə qədər uşaq ədəbiyyatı dərsliyinin mütəmadi çap edilməsinə nəzarət və rəhbərlik edib. Onun belə bir böyük işi uşaqlar üçün yazılmış ədəbiyyatın əbədi yaşamasına və inkişafına yönəlmiş böyük bir addım olub”.

G.İbrahimova qeyd edir ki, onun uşaqlar üçün yazdığı “Yanıltmaclar”, “Tap-tapmaca”, “Sanamalar”, “Oğluma nəsihət”, “Balalara töhvə”, “Loğman” sadə, şirin, yadda qalan uşaq dilində yazılıb və uşaqlar tərəfindən sevilə-sevilə oxunur: “Qara müəllim azərbaycanlı balaların əsil türk oğlu kimi igid, mətin böyümələrinin arzusundadır. Vətənini sevən alim onun daima inkişafına çalışaraq, vətənpərvər mövzuda yazılar, kitablar yazır. (“Şah qızı dastanı”, Şamaxı haqqında poema”, “Naməlum bir roman”, “Qazanxan haqqında Qaraqoyunlu əfsanəsi” və b.) Yazılarında oxucusunu yormadan, gəncləri mübarizəyə, müstəqilliyimizi qoruyub saxlamağa, vətəni işğalçılardan qorumağa çağırır.

Qara müəllim həmişə axtarışdadır. İlkin sivilizasiyanın banisi türk xalqının qədimliyini sübuta yetirib dünya ictimaiyyətinə çatdırmaq niyyəti ilə Qara Namazov son illərin araşdırmaları onun geniş dünyagörüşə malik olmasından xəbər verir. Özünün qeyd etdiyi kimi “Məni yaşadan yaradıcılığımdır!”. ����

Xalq Cəbhəsi.- 2011.- 17 may.- S.14.

Comments are closed, but trackbacks and pingbacks are open.