Qara zir haqqında
Müxtəlif dəri xəstəlikləri zamanı (psoriaz, ekzema) qara zirə yağının daim istifadəsi çox yaxşı müalicəvi effekt verir.
Qara zirə haqqında
Qara zirə yağı əsrlər ərzində müsəlmanlar arasında çox təsirli müalicəvi vasitə kimi istifadə olunurdu.
Məhəmməd peyğəmbər (s.ə.s) qara zirə haqqında deyirdi ki, o ölümdən başqa bütün xəstəliklərin dərmanıdır.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, qara zirə yağı insanın immun sistemini stimullaşdırır və bunun nəticəsində müxtəlif xəstəliklərlə mübarizədə çox yaxşı kömək edir.
Elmi tədqiqatların nəticəsində sübut olunub ki, qara zirənin daim qəbulu qanda limfositlər və digər immun sisteminin qoruyucu hüceyrələrin səviyyəsini artırır. Bu hüceyrələr insan orqanizminə xarici mühitdən düşən müxtəlif zərərli mikroorqanizmlərlə (infeksiyalar, viruslar, parazitlər, göbələklər və s.) mübarizə aparır və bunun nəticəsində insan daha az xəstələnir.
Bundan əlavə bizim immun sistemi orqanizmdə əmələ gələn xərçəng hüceyrələrini məhv edir. Nəzərinizə çatdıraq ki, xərçəng hüceyrələri insan orqanizmində daim əmələ gəlir, və yalnız güclü immun sistemi bu hüceyrələrin çoxalmasına və nəticədə xərçəng xəstəliyinə çevrilməsinə imkan vermir. Tibbdə çoxdan sübut olunub ki, xərçəng xəstəliklərin əksəriyyəti məhz immun sistemi zəifləməsi zamanı inkişaf edir.
Qara zirənin şişəleyhinə təsiri müxtəlif elmi-tədqiqat laboratoriyaların tədqiqatları nəticəsində sübut olunub. Dünyanın müxtəlif ölkələrində onkoloqlar bu vasitəni xəstələrə profilaktik və müalicəvi məqsəd ilə təyin edirlər.
İmmun sisteminin möhkəmləndirilməsi məqsədi ilə sağlam insan profilaktik olaraq hər gün səhər və axşam 1 çay qaşığı qara zirə yağını qəbul edə bilər.
Qara zirə hipertoniya xəstəliyi zamanı arterial təzyiqinin tənzimlənməsinə kömək edir, qanda şəkərin və pis xolesterinin səviyyəsini aşağı salır.
Qara zirə yağı damarlarımızı təmizləyir, onların elastikliyini artırır və bunun nəticəsində ateroskleroz və insult kimi ağır xəstəliklərin inkişafında yaxşı profilaktik təsir edir.
Qara zirə insanın mədə-bağırsaq sisteminə də yaxşı təsir edir. Disbakteriozla mübarizədə bu ən effektli vasitələrdən biridir. Qara zirə iştahanı artırır, piyləmənin qarşısını alır, arıqlamağa kömək edir.
Müxtəlif dəri xəstəlikləri zamanı (psoriaz, ekzema) qara zirə yağının daim istifadəsi çox yaxşı müalicəvi effekt verir.
Qara zirə yağı dərini cavanlaşdırır, onu daha hamar edir, qırışları azaldır. Qara zirə yağını müxtəlif dərini cavanlaşdıran maskalara əlavə etmək olar. Bundan əlavə bu kimi sadə reseptdən istifadə edə bilərsiniz: qara zirə yağını təmiz dəriyə nazik qatla çəkin və 15-20 dəqiqədən sonra xüsusi kosmetik salfetlərlə silin.
Nəzərinizə çatdıraq ki, qara zirənin müalicəvi xüsusiyyətlərindən faydalanmaq üçün yalnız təbii qara zirə yağından istifadə edin. Hal hazırda bazarda çoxlu miqdarda ucuz saxta qara zirə yağları satılır ki, onların istifadəsi insana heç bir fayda verə bilməz.
Milli.Az
Qara zir haqqında
+994 55 888-52-42
+994 55 888-52-42
1001 dərdin dərmanı – Qara zirənin FAYDALARI
24.06.2021 16:20
Qara zirə toxumu orqanizm hüceyrələrindəki maddələr mübadiləsini yaxşılaşdırdığına görə, immun sistemin fəaliyyətini gücləndirir. O, hüceyrələrin yenilənməsi və inkişafında mühüm rol oynayır. Qara zirə haqqında qədim tibbi kitablarda da əlyazmalara rast gəlmək mümkündür. Aztibb.az qara zirənin faydalarını təqdim edir: – Revmatizm zamanı az miqdarda qara zirə zeytun yağı ilə qarışdırılaraq bir qədər qızdırılır, dizlərə və dirsəklərə çəkilir; – Üzdə dəri xəstəlikləri olduğu zaman gündə 2 – 3 dəfə yarım çay qaşığı qara zirə yağı içmək lazımdır; – Baş gicəllənməsi zamanı çaya qara zirə yağı qatıb içmək lazımdır; – Qulaq ağrısı zamanı qulağa 2 damcı qara zirə yağı damızdırmaq lazımdır; – Dəri xəstəlikləri zamanı bir miqdar qara zirə yağı ilə qızılgül yağı qarışdırılır və dəriyə sürtülür; – Yüksək təzyiq zamanı qara zirə yağını isti çay və ya süd ilə qarışdırılıb içilir; – Nəfəs daralmasında 1 xörək qaşığı qara zirə yağını qaynar suya töküb, dərindən nəfəs alaraq iyləmək lazımdır; – Göz ağrısı zamanı qara zirə yağı səhər və axşam 1 damcı gözə damızdırılır; – Xora xəstəliyində 1 stəkan bala 10 damcı qara zirə yağı qatılır. Hər gün səhərlər ac qarına 1 qaşıq içilir. Sonra 1 stəkan isti süd içilir və bu prosedur 2 ay davam etdirilir; – Xərçəng xəstəliyi zamanı gündə 3 dəfə 1 çay qaşığı qara zirə yağı, ardından 1 stəkan yerkökü şirəsi içilir. Bu prosedur 3 ay davam etdirilir. Xərçəng xəstəliyinin müalicəsində qara zirə yağı əzilmiş sarımsaqla da qatılıb yeyilir; – Yaddaşın yaxşılaşdırılması zamanı 7 damcı qara zirə yağı 1 stəkan suda qaynayan nanəyə damızdırılır, içərisinə 1 çay qaşığı bal qatılıb içilir; – Astma xəstəliyi zamanı xəstənin sinəsini zeytun yağı və qara zirə yağının qarışımı ilə ovmaq lazımdır. Qarışım isti olmalıdır; – Şəkər xəstəliyi zamanı 1 stəkan qara zirə toxumu, 1 stəkan vəzəri toxumu və yarım stəkan doğranmış nar qabığı qarışdırılıb toz halına gətirilir. 1 ay ərzində səhər yeməyindən qabaq bu tozun yarım qaşığını 1 çay qaşığı qara zirə yağı ilə qarışdırılıb içilir. – Diareya zamanı 1 çay qaşığı qara zirə yağını 1 fincan qatıq ilə qarışdırıb, gündə 2 dəfə, hər dəfə 3 gün qəbul etmək lazımdır; – Əzələ ağrıları zamanı acqarına 5 diş sarımsaq yeyin. Bundan 1 saat sonra dəmlənmiş 1 stəkan darçın çayına 5 damcı qara zirə yağı damızdırıb qəbul etmək lazımdır. Zeytun yağı qarışdırılmış qara zirə yağını ağrıyan yerə tez-tez çəkmək lazımdır; – Yuxusuzluq zamanı 1 çay qaşığı qara zirə yağını balla və çayla qarışdırıb şam yeməyindən əvvəl qəbul etmək lazımdır; – Bağırsaqlarda köp olduğu zaman döyülmüş qara zirə, şüyüd toxumu və istiotlu nanə toxumu ilə qarışdırıb üyüdülür. Qarışıma 4-7 damcı qara zirə yağı damızdırılıb balla şirinləşdirilərək qəbul edilir.
Bu bölməyə aid digər xəbərlər
Tez-tez rastlaşdığımız əzələ spazmı halı nədən qaynaqlanır?
18.03.2023 | 16:48
Maküler amiloidoz xəstəliyi (AK tipi) və müayinə üsulu
17.03.2023 | 10:47
Pendirin narkotik xüsusiyyətləri var – Dietoloqun izahında
17.03.2023 | 10:32
Novruz bayramı günlərində necə qidalanaq?
17.03.2023 | 09:45
Təmiz hava – ən güclü immunitet
16.03.2023 | 12:25
Uşaqlarda qeyri-kafi yuxu xəstəlik riski yaradır
16.03.2023 | 10:04
“e-Tabib” – Yeni funksional mobil tətbiq artıq tibbi xidmətinizdədir
16.03.2023 | 07:10
Həkimə sual: Bronxitin kəskinləşməsinin səbəbi nədir?
Qara zir haqqında
Saytda axtar
Qara zirə – Şərqin əfsanəvi dərmanı, şəfaverici bitkisidir. Qədim Misirdə həzm sistemi xəstəliklərinin müalicəsində, iltihab əleyhinə vasitə kimi, kosmetoloji problemlərin həllində, massaj yağı kimi stifadə ediblər. Qara zirəyə Böyük Britaniyada daha poetik bir ad veriblər- “Love-in-Mist“. Yəni “dumanlıqda məhəbbət”. Botaniki, yəni elmi adı isə “Black cumin” adlanır. Qara zirə yağı fironların sərdabələrində saxsı qablarda aşkar edilib. İslamda isə Məhəmməd peyğəmbərin qara zirə haqqındakı hədisindən sonra bu bitkiyə xüsusi rəğbət var. Ümumiyyətlə şərq ölkələrində “Qara zirə” ölümdən başqa bütün dərdlərin dərmanı hesab edilir. Rus d. “çernıy tmin”, Türkiyə türkcəsində ”çörek otu”, Bosna d. “crnog kima”, Qazax və Qırğız d.”kara zire”, Monqol d.”xar cumin”, Özbək d. ”qora zira”, Xorvat d. “crni kumin”, Çex d. “černý kmín”, Sanskrit d. ”krişn jirak“, Tamil d.”karaunji riqam”, Mal d. ”Karun çiraqam” adlanır.
“Hor sivilizasiyası və onun günümüzdə izləri” kitabından. F. Rüstəmova
Tarix: 1-08-2018, 10:25 / Baxış sayı: 1 263
Comments are closed, but trackbacks and pingbacks are open.