Qara zirə yağının bilmədiyiniz faydaları
Məhsul haqqında ƏTRAFLI. Model bədən quruluşuna sahib olmaq üçün bir çox qadınlar birdən-birə arıqlayır. Hazırda bu çox asandır, çünki arıqladıcı vasitələr bazarı çox güclü bir vasitə təklif edir – Coffee Srim. Arıqlamaq istəyənlər həftədə kəskin çəki azalma əldə ediblər 10 kq-a kimi. Bəziləri ayda 30-3
QARA ZİRƏ yağının möcüzələri. Ölümdən başqa hər dərdə dərmandır!
Qara zirə yağı əsrlər ərzində müsəlmanlar arasında çox təsirli müalicəvi vasitə kimi istifadə olunurdu.
Məhəmməd peyğəmbər (s.ə.s) qara zirə haqqında deyirdi ki, o ölümdən başqa bütün xəstəliklərin dərmanıdır.
Saglamolun.az bildirir ki, qara zirə yağı insanın immun sistemini stimullaşdırır və bunun nəticəsində müxtəlif xəstəliklərlə mübarizədə çox yaxşı kömək edir.
Elmi tədqiqatların nəticəsində sübut olunub ki, qara zirənin daim qəbulu qanda limfositlər və digər immun sisteminin qoruyucu hüceyrələrin səviyyəsini artırır. Bu hüceyrələr insan orqanizminə xarici mühitdən düşən müxtəlif zərərli mikroorqanizmlərlə (infeksiyalar, viruslar, parazitlər, göbələklər və s.) mübarizə aparır və bunun nəticəsində insan daha az xəstələnir.
Bundan əlavə bizim immun sistemi orqanizmdə əmələ gələn xərçəng hüceyrələrini məhv edir. Nəzərinizə çatdıraq ki, xərçəng hüceyrələri insan orqanizmində daim əmələ gəlir, və yalnız güclü immun sistemi bu hüceyrələrin çoxalmasına və nəticədə xərçəng xəstəliyinə çevrilməsinə imkan vermir. Tibbdə çoxdan sübut olunub ki, xərçəng xəstəliklərin əksəriyyəti məhz immun sistemi zəifləməsi zamanı inkişaf edir.
Qara zirənin şişəleyhinə təsiri müxtəlif elmi-tədqiqat laboratoriyaların tədqiqatları nəticəsində sübut olunub. Dünyanın müxtəlif ölkələrində onkoloqlar bu vasitəni xəstələrə profilaktik və müalicəvi məqsəd ilə təyin edirlər.
İmmun sisteminin möhkəmləndirilməsi məqsədi ilə sağlam insan profilaktik olaraq hər gün səhər və axşam 1 çay qaşığı qara zirə yağını qəbul edə bilər.
Qara zirə hipertoniya xəstəliyi zamanı arterial təzyiqinin tənzimlənməsinə kömək edir, qanda şəkərin və pis xolesterinin səviyyəsini aşağı salır.
Qara zirə yağı damarlarımızı təmizləyir, onların elastikliyini artırır və bunun nəticəsində ateroskleroz və insult kimi ağır xəstəliklərin inkişafında yaxşı profilaktik təsir edir.
Qara zirə insanın mədə-bağırsaq sisteminə də yaxşı təsir edir. Disbakteriozla mübarizədə bu ən effektli vasitələrdən biridir. Qara zirə iştahanı artırır, piyləmənin qarşısını alır, arıqlamağa kömək edir.
Müxtəlif dəri xəstəlikləri zamanı (psoriaz, ekzema) qara zirə yağının daim istifadəsi çox yaxşı müalicəvi effekt verir.
Qara zirə yağı dərini cavanlaşdırır, onu daha hamar edir, qırışları azaldır. Qara zirə yağını müxtəlif dərini cavanlaşdıran maskalara əlavə etmək olar. Bundan əlavə bu kimi sadə reseptdən istifadə edə bilərsiniz: qara zirə yağını təmiz dəriyə nazik qatla çəkin və 15-20 dəqiqədən sonra xüsusi kosmetik salfetlərlə silin.
Nəzərinizə çatdıraq ki, qara zirənin müalicəvi xüsusiyyətlərindən faydalanmaq üçün yalnız təbii qara zirə yağından istifadə edin. Hal hazırda bazarda çoxlu miqdarda ucuz saxta qara zirə yağları satılır ki, onların istifadəsi insana heç bir fayda verə bilməz.
Saglamolun.Az
Qara zirə yağının bilmədiyiniz faydaları
Qara zirə ikiillik bitki olub çətirkimilər fəsiləsinə aiddir. Onun boyu bir metrə qədər qalxa bilir. Qara zirə möhkəm kök və gövdə sisteminə malikdir. Onun budaqlarının üstündə yarpaqlar sıra ilə düzülmüş şəkildə olur. Yarpaqlar yaşıl rəngdə olaraq, yuxarıya doğru getdikdə kiçilməyə başlayır. Onun hər budağının başında bir çiçək əmələ gəlir. Qara zirənin çiçəkləri kiçik ölçüdə və 5 ləçəkdən ibarət olur. Qara zirənin ədviyyat vasitəsi kimi qara rəngli toxumlarından istifadə edilir. Onun toxumları ikitərəfli toxum kisəsinin içərisində yerləşir. Qara zirə yay aylarının əvvəllərində və ya ortalarında çiçək açır və yayın sonlarında toxumlayır.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, qara zirəyə ən çox Qafqaz dağlarında, Rusiyanın Avropa hissəsində, Orta Asiyada və Sibirdə rast gəlinir. Qara zirə meşələrdə, dağ ətəyi nahiyələrdə, yol kənarlarında, düzənliklərdə bitir.
Kulinariyada qara zirə toxumlarının üyüdülmüşündən ədviyyat vasitəsi kimi istifadə edilir. Onu souslara, ət, balıq, kartof və kələm məhsullarının bişirilməsi zamanı, makaron məmulatlarının hazırlanmasında istifadə edirlər. 100 qram qara zirənin qida dəyəri:
– Zülallar – 17,8 qr
– Yağlar – 22,2 qr
– Karbohidratlar – 44,2 qr
– Su – 4,2 qr
– Kalori – 375 kKal.
Qara zirə toxumlarının tərkibi faydalı maddələrlə zəngindir. Onun tərkibində qidalandırıcı elementlər və çoxlu yağ turşuları var. Qara zirə toxumunun tərkibində 10-a yaxın element var. Müasir həkimlər qara zirənin insan orqanizmi üçün çox faydalı olduğuna söyləyirlər. Bunun səbəbi isə Qara zirə toxumunun tərkibində bioloji aktiv maddələrin miqdarının çox olmasıdıdr. Qara zirə toxumu iltihab əleyhinə, bakteriasid, göbələk əleyhinə, sidikqovucu, parazit əleyhinə, spazmolitik, ağrıkəsici, ödqovucu təsirə malikdir. Onu qəbul etmək orqanizmin tonusunu yüksəldir, insanın əmək qabiliyyətini artırır, əqli və zehni fəaliyyəti yaxşılaşdırır, allergiya reaksiyalarını aradan qaldırır və immuniteti yüksəldir. Qara zirə yaddaşı gücləndirir. Bu məqsədlə gün ərzində 3 qram zirə toxumunu 1 çay qaşığı bala qarışdırıb içmək lazımdır.
Sızanaqları sağaltmaq, xallardan xilas olmaq üçün, keçəlləşməni aradan qaldırmaq məqsədilə qara zirə toxumunu alma sirkəsi ilə qarışdırıb dəriyə sürtmək çox faydalıdır.
Baş hərlənməsi zamanı qara zirə toxumlarından alınmış yağı çaya əlavə edib içmək lazımdır.
Acqarına qara zirə toxumları yemək dərinin təmizlənməsinə və rənginin gözəlləşməsinə səbəb olur. O bir çox dəri xəstəliklərinin sağalmasına səbəb olur. Bu məqsədlə dəri xəstəliklərinə hər gün az miqdarda qara zirə yağı sürtmək lazımdır. Dəri xəstəliklərinin müalicəsi məqsədilə istifadə elədikdə qara zirə yağını küncüt və ya qoz yağı ilə qarışdırmaq lazımdır.
Davamlı olaraq qara zirə yağı içmək cinsi zəifliyin aradan qalxmasına səbəb olur.
Uzun müddət zirə yağı içmək qadınların dərisini gözəlləşdirir. Qara zirə yağı istifadə eləmək qadınların döşlərini möhkəmləndirir və onların dik durmasına səbəb olur. Bu məqsədlə qara zirə yağını içməklə yanaşı onu döşlərə sürtmək də lazımdır. Qara zirə yağı qadınlarda aybaşının normallaşmasına səbəb olur. Uşaq əmizdirmə zamanı qara zirə yağı içmək döşlərə gələn südün miqdarını artırır.
Davamlı olaraq qara zirə yağı içmək mərkəzi sinir sisteminin möhkəmlənməsinə səbəb olur və yuxunu normallaşdırır. Zirə yağı yuxusuzluğun aradan qalxmasına səbəb olur.
Zirə yağı və toxumları böyrəklərdən daşların tökülməsinə səbəb olur. O revmatizm və podaqra xəstəliklərinin əlamətlərini azaldır.
Daimi olaraq gözlərdən yaş axdıqda qara zirə yağı və portağal şirəsinin qarışımından hazırlanan damcıdan istifadə edilir.
Soyuqlama, tonzillit, bronxit, vərəm və pnevmoniya xəstəlikləri zamanı qara zirə yağından istifadə etmək xəstəliklərin sağalmasını sürətləndirir. Davamlı olaraq zirə yağını və ya toxumunu qidalara əlavə edib yemək damarların təmizlənməsinə, xolesterinin azalmasına, hormonların miqdarının, şəkərin miqdarının normallaşmasına səbəb olur.
Qara zirə mədə şirəsinin və mədənin sekresiya vəzilərinin funksiyasını yaxşılaşdırır. O bağırsaqlara spazmolitik təsir göstərdiyinə görə qəbizliyin və meteorizmin aradan qalxmasına səbəb olur.
Qara zirə toxumlarından əldə edilən efir yağları orqanizmi tonuslandırır və beyinin fəaliyyətini yaxşılaşdırır. O nəfəsi təravətlindirmək qabiliyyətinə malikdir və orqanizmə bəlğəmgətirici təsir göstərir.
Alimlər zirə yağının genetik xərçəng hüceyrələrinə qarşı mübarizə apardığını sübut edib. O orqanizmdə çətin sağalan xəstəliklərin sağalmasını sürətləndirir.
Mütəxəssislər zirə yasğının dəri xərçəngini 34% sağalda bildiyini sübut ediblər.
Qara zirə orqanizmə babasil əleyhinə və antihistamin təsir göstərir. Bu məqsədlə gün ərzində 30 qram zirə toxumu və ya 15 ml zirə yağını içmək lazımdır.
Qara zirə yağı sonsuzluğun aradan qalxmasına yardım edir. O hormonların miqdarını normallaşdırır, impotensiyanı aradan qaldırır və sonsuzluq xəstəliyinin sağalmasına səbəb olur. Buna səbəb isə kişilərdə testosteron hormonunun yüksəlməsi və spermatogenezə təsir etməsidir.
Arıqlama zamanı qara zirənin faydaları
Son illərin dietasına qara zirə yağı əlavə edilir. O lipid mübadiləsini sürtələndirir və bağırsaqların təmizlənməsinə səbəb olur.
Arıqlama məqsədlilə acqarına və ya səhər yeməyindən sonra zirə qəbul edilir. Bu zaman maddələr mübadiləsi yaxşılaşır və orqanizm artıq çəkidən azad olur.
Qara zirə orqanizmdən artıq mayenin çıxmasını sürətləndirir.
Bəzi dietoloqlar arıqlamaq istəyənlərə gün ərzində 2 çay qaşığı zirə toxumu yeməyi və onunla birlikdə yarım litr su içməyi məsləhət bilirlər.
Kosmetologiyada qara zirə
Kosmetologiyada qara zirə tərkibli kremlərdən, skarablardan, şampunlarda istifadə edilir. Bu kremlər dəridəki qırışların açılmasına, dərinin sığallı olmasına, qidalanmasına, rənginin yaxşılaşmasına, cavanlaşmasına səbəb olur. O dərinin qan dövranını yaxşılaşdırır, saç diblərində olan xəstəlikləri sağaldır, saçların tökülməsinin və saçqırılmaların qarşısını alır, keçəlləşmənin aradan qalxmasına səbəb olur.
Qara zirənin zərərli xüsusiyyətləri
Qara zirə ən yaxşı dərman preparatlarından olsa da onun zərərli xüsusiyyətləri də var. Hamilə qadınlara zirədən istifadə eləmək məsləhət görülmür. Bu hormonların miqdarında dəyişikliklərin baş verməsinə səbəb ola bilir ki, bu da hamiləliyə pis təsir edə bilər.
Hamiləlik zamanı qara zirə və ya onun yağından istifadə eləmək həssaslığın artmasına səbəb olur.
Hamiləlik zamanı tərkibində qara zirə və ya onun yağı olan kremlərdən və ya mazlardan da istifadə eləmək patologiyalara səbəb ola bilir. Buna görə də onlardan istifadə etdikdə həkimlə məsləhətləşmək lazımdır.
Milli.Az
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Qara zirə yağının FAYDALARI
Hemani black seed oil – Qara zirə yağı
Qara zirə yağı Ərəbistan, Afrika və Asiya ölkələrində əsrlər boyu istifadə olunan mühüm müalicə metodudur. Müasir elmi xəstəliklərin müalicəsində olduqca təsirlidir. İndi isə, gəlin bu müalicəvi yağın faydaları ilə tanış olaq:
1. Qara zirə yağı həzmə kömək edir və köp problemini aradan qaldırır.
2. Qara çörək otu yağı ilə də tanınan bu qarışım nəfəs problemlərini sağaltmağa kömək edir. O nəfəs yollarını açır və astma xəstəliyi ilə mübarizə aparır.
3. Qara zirə yağı vitaminlərlə olduqca zəngindir. Bu səbəbdən də, saç tökülməsinin qarşısını alır. Bundan əlavə, o dəri və dırnaq sağlamlığını təmin edir.
4. Bu yağ iltihab əleyhinədir. Bunun səbəbi qara zirə yağının antioksidantlarla zəngin olmasıdır. Bu yağı qəbul şəxslərin revmatizma ağrıları azalır və oynaqlarda güclənmə müşahidə olunur.
5. Əgər siz sağlam yuxu həyatına malik olmaq istəyirsinizsə, yatmazdan əvvəl qara zirə yağı ilə bal qarışımından 1 qaşıq qəbul edin. Bu həqiqətən də, çox səmərəli üsuldur.
125 ml
Sifariş:055 239 54 49
İNDİ SİFARİŞ ET
Sağlamlıq Baxılıb: 427 Tarix: 26 yanvar 2021
Şikayətiniz varsa Whatsapp: 051 7028255
DİGƏR MARAQLI XƏBƏRLƏR
Goji cavanlaşdırıcı kremi ilə cavanlaşın!
Çökmə (Göz Qapaqları). Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür. Üzdə Boşalma və sallanmalar
13 sentyabr 2021
Möcüzəvi arı südü kremi – Nəticəyə inana bilməyəcəksiniz.
Arı südü kremi ilə qırışlardan qurtulmaq mümkündür.Bu krem tərkibindəki vitaminlər sayəində gəncləşdirici effektə sahibdir.Kremi cildinizə çəkdiyiniz andan etibarən hüceyrələr yenilənərək sizi daha gənc və təbii görünüşə sahib edəcəkdir.Krem istifadənin ilk günündən öz effektini göstərir. Yapon qadınlarını
Yay aylarında çəki atmaq istəyənlərin NƏZƏRİNƏ!
Sizə “Lipotrim” arıqladıcı kapsullarını təqdim edirik:. 1 İştahı kəsir ✔️. 2 Metobalizmanı gücləndirir✔️. 3 Piy qatlarını əridir✔️. 4 Kapsullar bitki tərkibli və ziyansızdır. Bir kurs ərzində orqanizmdən asılı olaraq qadınlarda 1 aya 20 kq və kişilərdə arıqlamaq mümkündür. Səhər tezdən ac qarın
Bu məcun ilə övladlarınızın boy problemini həll edəcəksiniz
MƏHSUL HAQDA ƏTRAFLI BURADAN. Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafınd
Artıq çəkidən bezmisiniz? Bu üsulla istədiyiniz çəkiyə əziyyətsiz sahib ola bilərsiniz
Məhsul haqqında ƏTRAFLI. Model bədən quruluşuna sahib olmaq üçün bir çox qadınlar birdən-birə arıqlayır. Hazırda bu çox asandır, çünki arıqladıcı vasitələr bazarı çox güclü bir vasitə təklif edir – Coffee Srim. Arıqlamaq istəyənlər həftədə kəskin çəki azalma əldə ediblər 10 kq-a kimi. Bəziləri ayda 30-3
Bu içkidən gündə 1 stəkan içsəniz inanılmaz dərəcədə arıqlayacaqsınız
Məhsul haqqında. Diqqət BLACK LATEE – Arıqladici kofelər. artıq Bakıda – Yetərincə taninmiş məhsul. Hər səhər 1 stəkan içməklə gün ərzində sizi tox saxlayaraq, artıq çəkidən azad edəcək. Yağları parçalayır və enerjiyə çevirir. Bədəndən toksinləri xaric edir. İştahanı azaldır və enerji verir. Artıq mayen
Kökəlmək istəyənlərin NƏZƏRİNƏ!
Dünyada köklükdən əziyyət çəkənlər olduğu kimi, həddən artıq arıq olduğu üçün 4-5 kilo kökəlmək istəyənlər də var. Ancaq onların işi arıqlamaq istəyənlərdən daha çətindir. Çünki onlar nə qədər yağlı, karbohidratlı qidalar qəbul etsələr də, kökəlmirlər. ƏTRAFLI. Belə insanlar mütləq diyetoloqa müraciə
Arıqlamaq istəyənlərə şad xəbər!
Arıqlamaq istəyənlərə şad xəbər! Slimbal məcun və detox birgə 35 azn!. Tələsin təbbi ikili təsirlə arıqlamaq şansını əldən verməyin!. ƏLAQƏ:055 239 54 49. Məhsulların tərkibi:. SLİMBAL məcun – Arıqlamaq üçün. Tərkibi: Zəyərək toxumu, rozmarin, yulaf kəpəyi, şaxtagülü, çiçək tozu, zəncəfil, nar bəhməzi
Qurdlar və parazitlərin yaratdığı halsızlıq, ruh düşkünlüyündən necə azad olmalı?
Orqanizmdəki qurdlardan qurtulmaq bu qədər asan olmamışdı. Detoxic dərman preparatı məlum parazitlərə qarşı ən sınanmış vasitələrdən biridir. Onun üzərində çoxsaylı kliniki araşdırmalar aparılmışdır və parazit xəstəliklərinin müalicəsində 100% effektivliyi sübut edilmişdir. Müalicə kursu bir aydır. Bi
Comments are closed, but trackbacks and pingbacks are open.