Press "Enter" to skip to content

Qarabağ məliklikləri

“The descendants of the Jalalian family continued this action with fervor, particularly the five Armenian princes who achieved recognition by Shah Abbas of Persia as the local administrators of Karabakh in 1603”

Xəmsə məliklikləri

Xəmsə (erm. Խամսա ) əvvəllər Qarabağ bəylərbəyliyi, sonra isə Qarabağ xanlığı tərkibində olan beş əksərən erməni [1] [2] məsihi məlikliyin XVII—XVIII əsrlərdə işlənilən ümumi adıdır. Bu ad ərəb dilindəki xəms (yəni «beş») sözündən əmələ gəlibdir və «beşlik» mənasını daşıyır. XVIII əsrin ortalarınacan Xəmsə məliklikləri bəylərbəylərə tabe idilər. Həmin məlikliklər bunlar idi:

  • Dizaq
  • Vərəndə
  • Çiləbörd
  • Gülüstan (və yaxud Talış; Talış xanlığına aidiyyəti yoxdur)
  • Xaçın

Xəmsə məliklikləri (1-Gülüstan, 2-Çiləbörd, 3-Xaçın, 4-Vərəndə, 5-Dizaq)
Bu adın digər istifadə formaları üçün bax: Xəmsə (dəqiqləşdirmə).

1747-ci ildə Pənah Əli xan Qarabağda xanlıq yaradandan sonra bəzi məliklər onun tərəfini tutdular, bəziləri isə ona qarşı durdular. Üsyançıları susduran Pənah Əli xanın adı artıq erməni tarixçisi Şəmun İrəvaninin «Cambr» əsərində Xəmsə xanı kimi çəkilir. [3]

İstinadlar

  1. ↑ Michael P. Croissant, The Armenia-Azerbaijan conflict: causes and implications ,p.11:

“The descendants of the Jalalian family continued this action with fervor, particularly the five Armenian princes who achieved recognition by Shah Abbas of Persia as the local administrators of Karabakh in 1603”

Наряду с этим были и владетельные мелики — армяне в следующих округах […] в пяти округах Нагорного Карабага — Чараберд (Джраберт), Гюлистан, Хачен, Варанда и Дизак; эти пять карабагских армянских меликств обычно известны под общим именем «Хамсэй-и Карабаг» («карабагская пятерица»)

Avqust 03, 2021
Ən son məqalələr

Mikayıl İsmayılov

Mikayıl Əbdürrəhmanov

Mikayıl Əhməd

Mikayıl Əkbərov

Mikayıl Ələkbərov

Mikayıllı (Xocalı)

Mikena mədəniyyəti

Mikela Paç

Mikelancelo

Mikelancelo Antonioni

Ən çox oxunan

1935

1935-ci ilin Azərbaycan filmləri

1936

1936-cı il

1936-cı ilin Azərbaycan filmləri

xəmsə, məliklikləri, xəmsə, Խամսա, əvvəllər, qarabağ, bəylərbəyliyi, sonra, isə, qarabağ, xanlığı, tərkibində, olan, beş, əksərən, erməni, məsihi, məlikliyin, xvii, xviii, əsrlərdə, işlənilən, ümumi, adıdır, ərəb, dilindəki, xəms, yəni, beş, sözündən, əmələ, g. Xemse erm Խամսա evveller Qarabag beylerbeyliyi sonra ise Qarabag xanligi terkibinde olan bes ekseren ermeni 1 2 mesihi melikliyin XVII XVIII esrlerde islenilen umumi adidir Bu ad ereb dilindeki xems yeni bes sozunden emele gelibdir ve beslik menasini dasiyir XVIII esrin ortalarinacan Xemse meliklikleri beylerbeylere tabe idiler Hemin meliklikler bunlar idi Dizaq Verende Cilebord Gulustan ve yaxud Talis Talis xanligina aidiyyeti yoxdur XacinXemse meliklikleri 1 Gulustan 2 Cilebord 3 Xacin 4 Verende 5 Dizaq Bu adin diger istifade formalari ucun bax Xemse deqiqlesdirme 1747 ci ilde Penah Eli xan Qarabagda xanliq yaradandan sonra bezi melikler onun terefini tutdular bezileri ise ona qarsi durdular Usyancilari susduran Penah Eli xanin adi artiq ermeni tarixcisi Semun Irevaninin Cambr eserinde Xemse xani kimi cekilir 3 Istinadlar Redakte Michael P Croissant The Armenia Azerbaijan conflict causes and implications p 11 The descendants of the Jalalian family continued this action with fervor particularly the five Armenian princes who achieved recognition by Shah Abbas of Persia as the local administrators of Karabakh in 1603 Petrushevskij I P Ocherki po istorii feodalnyh otnoshenij v Azerbajdzhane i Armenii v XVI nachale XIX v v L 1949 s 59 Naryadu s etim byli i vladetelnye meliki armyane v sleduyushih okrugah v pyati okrugah Nagornogo Karabaga Charaberd Dzhrabert Gyulistan Hachen Varanda i Dizak eti pyat karabagskih armyanskih melikstv obychno izvestny pod obshim imenem Hamsej i Karabag karabagskaya pyaterica Semun Irevani Cambr 10 cu fesil Menbe https az wikipedia org w index php title Xemse meliklikleri amp oldid 4572324, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,

ne axtarsan burda

en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.

Qarabağ

Nadir şah Əfşar imperiyasının süqutundan sonra müstəqillik qazanmış Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının banisi Azərbaycanın görkəmli dövlət xadimlərindən biri olan Pənahəli bəy Cavanşir idi. O, Qarabağın Sarıcalı kəndində anadan olmuşdur. Qarabağ xanlığının vəziri olmuş tarixçi Mirzə Camal yazır: “Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra, ellər və kəndlər arasında görüb tanıdığı hər bir şücaətli və işgüzar adamı yanına çağırıb, öz yaxın qulluqçuları sırasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. O cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və davada tay-tuşuna üstün gələn və xüsusilə mərhum Nadir Rum əhli qoşunları ilə etdiyi müharibələrdə (XVIII yüzilin 30-cu illərində Osmanlı imperiyasına qarşı müharibələr nəzərdə tutulur) şücaət göstərmiş Pənah xanı da öz yanına apardı”. Lakin Muğan qurultayından sonra Nadir onun hakimiyyətini qəbul etmək istəməyən qarabağlılara divan tutmağa, bu diyarın türk-müsəlman əhalisini Əfqanıstan və Xorasana sürgün etməyə başlamışdı. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzləli xan edam olunmuşdu. Bunu görən Pənahəli bəy şah Xorasanda olduğu zaman, fürsət tapıb bir neçə qohumu və yaxın adamı ilə 1737-1738-ci illərdə Qarabağ vilayətinə qaçdı. Şah onun qaçmasından xəbər tutan kimi onu yolda ələ keçirmək üçün ardınca çaparlar göndərdi. Lakin onu tutmaq mümkün olmadı. Nadir Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərmanlar göndərdi ki, Pənah xanı harda tapsalar, tutub şahın hüzuruna göndərsinlər. Şahın əmri ilə Pənah xanın ailəsini və qohum-qardaşını çox incidib cərimə etdilərsə də, fayda vermədi.

Beləliklə, hələ Nadirin sağlığında Pənahəli bəy ona tabe olmaqdan boyun qaçırıb Vətəni olan Qarabağı müstəqil surətdə idarə etməyə cəhd göstərmişdi. Nəticədə Nadir şahın ölümündən sonra Qarabağ torpaqlarında müstəqil Azərbaycan dövləti — Qarabağ xanlığı yarandı.

Qarabağ xanlığı müstəqil dövlət elan edildikdən sonra başlıca vəzifə onun möhkəmlənməsinə nail olmaq idi. Pənah xanın bu sahədə ilk tədbirlərindən biri Qarabağın Nadir şah tərəfindən sürgün olunmuş türk-müsəlman əhalisini geri — doğma torpağa qaytarmaq oldu. Köçkünlərin geri qaytarılması və dədə-baba torpaqlarında yerləşdirilməsi Qarabağ xanlığını gücləndirdi. Sürgündən ilk qayıdanlar içərisində Qarabağın gələcək xanı, 15 yaşlı İbrahimxəlil də var idi.

Qarabağ xanlığı yarandığı zaman burada Təbriz, Ərdəbil, Gəncə, Şamaxı, Bakı, Naxçıvan, Şəki, Dərbənd kimi şəhərlər yox idi. Halbuki belə siyasi-iqtisadi mərkəzlərin olması xanlıqların gələcək inkişafı üçün çox mühüm idi. Yeni müdafiə qurğuları və şəhərlərin salınması Pənah xanın hərbi-siyasi işlərlə yanaşı, dəyərli quruculuq uğuru sayılmalıdır.

Bu sahədə ilk addımlardan biri 1748-ci ildə qədim Azərbaycan-türk tayfası olan bayatların adı ilə bağlı Bayat qalasının tikilməsi oldu. “Xan bütün ailəsini, qohumlarının və el böyüklərinin əhli-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, onun rəftar və məhəbbətini eşidən Təbriz və Ərdəbil vilayətlərinin bir çox əhalisi və sənətkarları belə öz ailələrilə birlikdə gəlib Bayat qalasında yerləşdilər”.

Pənah xanın müstəqil dövlət quruculuğu sahəsindəki fəaliyyəti onun rəsmən tanınması ilə nəticələndi. Mirzə Camal yazır: “Müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə (1748-ci il olmalıdır) Adil şahın Pənah xana “xan” adı verilməsi və Qarabağ hakimi vəzifəsinə təyin edilməsi haqqında fərmanı, qiymətli xələt, qızıl yəhərli at və daş-qaşla bəzənmiş qılıncla birlikdə Sərdar Əmir Aslanın yaxın adamı vasitəsilə o zaman yaşadıqları Bayat qalasına gəlib çatdı”.

Adil şahın fərmanı, əslində gecikmiş bir sənəd idi. Həqiqi “hakimlik” şah fərmanından əvvəl, ondan asılı olmadan qazanılmışdı.

Pənah xanın “Qarabağ hakimi” kimi tanınmasında Şəki xanlığının Qarabağ üzərinə uğursuz yürüşü mühüm rol oynadı. Şəki xanı Hacı Çələbi özünün 1748-ci ildəki uğursuz Bayat yürüşündən sonra bildirmişdi: “Pənah xan bu vaxtacan sikkəsiz gümüş idi. Biz gəldik ona sikkə vurduq və qayıtdıq” (və ya “Pənahəli özünü xan elan etmişdi, mən isə öz məğlubiyyətimlə onun xanlığını təsdiq etdim”). Hacı Çələbi xanın xalq içərisində zərb-məsələ çevrilmiş bu sözləri, əslində, Adil şahın fərmanından daha artıq gücə malik idi. Əhməd bəy Cavanşir yazır: “…Bu qalibiyyətdən (Bayat döyüşündən) sonra Pənah xanın igidliyi haqqında dillərə düşən dastan o zaman Qarabağda yaşayan bütün müsəlman tayfalarını müharibəsiz olaraq onun təbəəliyinə tabe etdirdi”.

Bayat döyüşü, eyni zamanda bu qalanın gələcək tarixi sınaqlara dözə bilməyəcəyini də üzə çıxardı. Ona görə də yeni qala salınması tələb olunurdu. Mirzə Adıgözəl bəy yazırdı: “Pənah xan Şahbulağı adı ilə məşhur olan Tərnəkütdə bir qala bina etdi. Daş və əhəngdən məscidlər, evlər, çarsu (meydan, bazar meydanı) və hamamlar tikdirdi. Bu işləri 1165-ci ildə (1751-ci il) bitirərək oranı özünə məskən etdi”.

Kürəkçay müqaviləsi

Pənah xan gücləndikcə pərakəndəlik tərəfdarı olan feodalların — məliklərin pozuculuq fəaliyyətləri də artırdı. Bunun qarşısının alınması hərbi-siyasi baxımdan zəruri idi. Belə olmasa, xanlığın ərazi-inzibati bütövlüyü itirilə bilərdi. Bu tarixi həqiqəti ilk mənbələr də təsdiq edir.

Mir Mehdi Xəzani çox haqlı olaraq yazırdı: “Bu Qarabağda ki, beş mahal bundan əqdəm Xəmsə mahalı işlaq olurmuş və şimdi hər birisi bir qeyri-ism ilə adlanırlar…”. Mirzə Adıgözəl bəy Qarabağdakı feodal mülkləri — məlikliklər haqqında yazırdı: “Bu mahallardan biri Dizaqdır. Məlikləri Məlik Yeqan adlanır. O, Loridən qaçıb gəlmiş, Nadir şahın səltənəti dövründə və onun əmrilə məliklik taxtında oturub hörmət qazanmışdır.

İkincisi Vərəndədir. Məlikləri Məlik Şahnəzərlilər olmuşdur. Onlar daha qədim bir nəslə mənsub və daha çox etibar sahibidirlər. Əsilləri də Göyçə əsilzadələrindəndir. Sonra oradan qaçaraq gəlib Qarabağda Vərəndə mahalının məliklik camından sərxoş olmuşlar.

Üçüncü Xaçındır. Məlikləri Həsən Cəlalyan övladıdır. (Onlar) riyasət gəlininə gözəllik verib, (hökmran olmuşlar). Bu ailə məliklik mənsəbindən məhrum olduqdan sonra, bu mahalın müstəqil bir məliki olmamışdır. Axırda, mərhum Pənah xan Cavanşirin dövlət günəşi və şövkət bayrağı riyasət üfüqündən baş vurub Qarabağ vilayətinin bütün sahəsini cəlal və dəbdəbə ilə işıqlandırdı. Bu zaman xınzırıstanlı (indiki adı Xındırıstan) Məlik Mirzə xan… bu əbədi dövlət məmurlarının əmrilə məliklik sikkəsini… adına kəsdirdi. Ondan sonra da oğlu Allahverdi və nəvəsi Məlik Qəhrəman… məliklik bayrağını göylərə qaldırdılar.

Dördüncü Çiləbörd mahalıdır. Məlikləri Məlik Allahquludur. Əsilləri Mağavizdən gəlmədir. Bunlar gəlib Çiləbörddə məlik olmuş, Tərtər çayının ortasında vaqe ən möhkəm bir məmləkətdə yerləşmişlər. Çox çətin bir yolu olan Çermux qalasını (Çiləbördün müxtəsər adıdır) özlərinə məskən, sığınaq və mənzil etmişlər. Çiləbördə müstəqil olaraq yiyələnmiş və böyük bir şöhrət qazanmışlar… Nadir şah… ona sultanlıq rütbəsi və xələti verdi…

Beşinci Talış mahalıdır. Məlikləri Məlik Usubdur. Əsilləri Şirvandan gəlmədir. Bir müddət Talış kəndində sakin olmuşlar. Onlardan bir çoxu dəfələrlə məliklik etmişdi. Sonralar məlik Usub Gülüstan qalasını zəbt edib orada sakin olmuşdur”.

Qarabağ məliklikləri

Məlikliyin adı Qarabağa gəlmələri
Nə vaxt Haradan
Vərəndə 1603 Göyçə mahalından
Çiləbürd 1637 Zəngəzurdan (Sünikdən)
Xazın XVIII əsrdə yaranmışdır Yerli
Dizaq XVIII əsrin əvvəlləri Lori vilayətindən
Gülüstan (Talış) XVIII əsrin əvvəlləri Şirvandan (Qəbələ sultanlığının Nic kəndindən)

Beləliklə, Xaçın istisna olmaqla, Qarabağdakı digər məliklər və onların mənsub olduqları nəsillər əslən Qarabağdan deyildilər və bu diyara başqa yerlərdən gəlmə idilər. Özü də erməni deyil, keçmiş alban nəsillərinin nümayəndələri idilər. Buna görə də erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarına “haqq” qazandırmaq üçün həmin məliklərə “erməni dövlətçiliyinin” davamı kimi baxmaları kökündən yanlışdır, daha doğrusu, elmi saxtakarlıqdır. Digər tərəfdən, gəlmə məliklər Qarabağda mahal başçılığını ələ keçirdikdən sonra kiçicik də olsa, heç bir dövlət birləşməsi yarada bilməmişdilər. Onlar bir-birindən təcrid olunmuş, çox zaman isə bir-birilə çəkişən mahal başçıları səviyyəsindən yuxarı qalxa bilməmişdilər. Bundan başqa, yuxarıdakı cədvəldən göründüyü kimi Xaçın istisna edilməklə XVII yüzildən əvvəlki dövrdə onların Qarabağda kökü yoxdur. “Məliklər Qarabağda feodal dağınıqlığının güclənməsini istəyən qüvvələri təmsil edirdilər”. Məliklərin separatçı fəaliyyəti xanlıqda və bütün ölkədə gedən mərkəzləşdirmə işinə mane olurdu. Onların yadelli qüvvələrin Qarabağa hücumunun həyata keçirilməsində iştirak etmələri Qarabağ xanlığının müstəqilliyinə ağır zərbə vururdu. Buna görə də məlikliklərin separatçılıq meyillərini aradan qaldırmaq üçün görülən tədbirlər etnik konflikt olmayıb, Qarabağ xanlığının müstəqilliyinə yönəlmiş qəsdlərə qarşı mübarizə idi.

Xəmsə məliklərindən Pənah xanın hakimiyyətini birinci olaraq tanıyan Məlik Şahnəzər oldu. Bu, İbrahimxəlil ağanın Məlik Şahnəzərin qızı Hürzatla evlənməsi ilə nizama salındı.

Xaçın məliyi Ulubab Ballıqayada məğlub edildikdən sonra Pənah xanın hakimiyyətini tanıdı. Dizaq, Çiləbörd, Talış məliklərinin düşmənçilik siyasəti isə bir neçə il sürdü. Əhməd bəy Cavanşir yazır: “Qonşu vilayətlərdən toplanmış xəzinə pullarını saxlayan Tuğ və ya Dizaq məliyi Yegan öz oğulları və qohumları ilə birlikdə kəskin müqavimət göstərdikdən sonra onların bir hissəsi qırılmış, bir hissəsi isə İslam dinini qəbul etmişdi… Çiləbörd məliyi Allahqulu Sultan əvvəlcə onun təbəəliyini qəbul etmiş, lakin sonralar xəyanətdə ittiham edilərək Pənah xanın əmri ilə öldürülmüşdü. Onun qardaşı Məlik Hətəm Talışın beşinci məliyi Məlik Usubla ittifaq bağlayıb uzun müddət öz obalarını Pənah xan dəstələrinin hücumlarından müdafiə etmiş, lakin Mardakerd kəndində məğlub olduqdan sonra Tərtər çayının yuxarılarında yerləşən alınmaz Cermux qalasına çəkilmişdi. Bir ilə qədər qalada qaldıqdan sonra nəhayət, öz ailəsi ilə birlikdə qürbət ellərdə nicat axtarmalı olmuşdu. Lakin bununla öz siyasi fəaliyyətlərini bitirmədi. Belə ki, sonralar onun həm özü və həm də övladları (birincinin oğlu Məlik Məcnun) daim Qarabağa hücumlar edirdilər…”. Pənah xanın məlikləri tabe etmək yolunda qazandığı uğurları onun oğlu İbrahim xan davam etdirdi.

Qarabağ məliklərindən dizaqlı Yesay, çiləbördlü Məcnun və gülüstanlı Bəyləryan İbrahim xana tabe olmaqdan imtina etdilər. Vərəndəli Məlik Şahnəzər və xaçınlı Mirzə xan isə İbrahim xanın hakimiyyətini qəbul edərək onun yaratdığı vətənsevər qüvvələr birliyinə qoşuldular.

Müttəfiqlər 1781-ci ildə Tuğ qalasını mühasirəyə aldılar. Məlik Yesay təslim oldu, burada hakimiyyət Məlik Bahtama keçdi. Lakin tezliklə o da dönük çıxdı.

İbrahim xanla separatçı məliklər arasındakı mübarizəyə 1783-cü ildən Rusiya dövləti də qarışmağa başladı. Cənubi Qafqazı işğal etməyə çalışan Rusiya burada — Azərbaycan ərazisində həmin məliklərin köməyi ilə “xristian dövləti”, daha doğrusu, özünə dayaq yaratmağa çalışırdı. Bu zaman İbrahim xan özünün yüksək diplomatik bacarığı sayəsində düşmənçilik edən məlikləri Şuşaya toplaya bildi. Sənədlər əsasında onların Qarabağ xanlığına xəyanət etdiyini sübuta yetirərək onları həbsə aldırdı.

Məlik Məcnun və Abov Şuşa həbsxanasına salındı, Məlik Bahtam isə günahlarına görə Ərdəbil xanına verildi. Məliklərin müttəfiqi Gəncəsər monastırının katolikosu İohannes qardaşı ilə birlikdə tutulub cəzalandırıldı.

Lakin Şuşa həbsxanasındakı məliklər qaça bildilər. Onlar Tiflisə gələrək burada Qarabağ xanlığına qarşı hazırlanmış qəsdi gürcü çarı II İrakli (1744-1798) və rus polkovniki Burnaşovun köməyilə yerinə yetirməyə girişdilər. Qarabağ xanlığına qarşı “xaç yürüşü”nə başlayan düşmənlər Gəncəyə yaxınlaşdılar. Lakin 1787-ci ildə Rusiya-Türkiyə müharibəsinin (1787-1791) başlanması nəticəsində bu “xaç yürüşü” baş tutmadı. İbrahim xan müstəqil Qarabağ xanlığının bütövlüyünü qoruyub saxlaya bildi.

1795-ci ilin yayında İranda hakimiyyəti ələ alan Ağa Məhəmməd Qacar (1742-1797) Qarabağ xanlığına hücum etdi. Şuşanın 33 günlük mühasirəsi uğursuz oldu. Şuşadan sonra o, Tiflis üzərinə yeridi. V.Zubovun komandanlıq etdiyi rus qoşunlarının hücumu ilə Ağa Məhəmməd Qacar geri çəkildi. Rus çariçası II Yekaterinanın (1764-1796) ölümü ilə V. Zubov da Azərbaycandan geri çağırıldı. 1797-ci ildə Ağa Məhəmməd Qacar yenidən Qarabağa hücum etdi, Şuşanı tutdu, lakin burada öldürüldü.

XVIII yüzilin sonları – XIX yüzilin başlanğıcında Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda işğalçılıq fəaliyyəti gücləndi, 1801-ci ildə Gürcüstan imperiyaya birləşdirildi, Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) işğal olundu.

İbrahim xan belə bir vəziyyətdə Rusiya qoşunlarının komandanı P.D.Sisianovla (1802-1806) Kürəkçayda müqavilə bağladı. Kürəkçay müqaviləsinə əsasən Qarabağ xanlığı məhz müsəlman — Azərbaycan torpağı kimi Rusiyaya ilhaq olundu. Tarixi reallığı əks etdirən Kürəkçay müqaviləsi, eyni zamanda Qarabağın, o cümlədən bu diyarın dağlıq hissəsinin Azərbaycan xalqına məxsus olduğunu sübut edən ən mötəbər sənəddir.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu

Qarabağa “erməni toxumu” necə səpildi, yaxud 5 məlikliyin həqiqəti

Birinci yazımızda anons vermişdik ki, “Kürəkçay” müqaviləsi bağlanan zaman Qarabağ xanlığının əhalisi arasında ermənilər yox idi. Var olsaydılar, hiyləgər Rusiya imperiyası mütləq onlardan istifadə edər, xanlıq ərazisində onlara müəyyən imtiyazlar verərdi.

Lakin hər kəsi maraqlandıran bir məqam var: Qarabağda yerləşən beş məliklik – “Xəmsə” məliklikləri kimlərdən ibarət idi? Çünki ermənilər son dönəmlərdə məlikliklər məsələsini hər yerdə təqdim və təbliğ edir, özlərinin Qarabağın əsas sakinləri olduqlarını iddia edirlər. Bu yazımızda xanlıq əhalisinin milli tərkibi ilə yanaşı, həmin məlikliklər haqqında da dəqiq, faktlarla məlumat verəcəyik.

Qeyd edim ki, biz Qarabağ əhalisi haqqında məlumatları Osmanlı vergi dəftərləri, səyahətçilərin qeydləri, xanlığın vergi dəftərləri, əhali haqqında daha bir “Müfəssəl dəftər”, “Qarabağnamə”lər və xanlığın işğalından sonra rusların apardığı kameral təsvirlərdən əldə edirik.

“Qara” və “bağ”

Mövzumuz, məhz Qarabağ xanlığı dövründə əhalinin milli tərkibi haqqında olmasına baxmayaraq, qədim dövrə müraciət etməyi də lazım bilirəm. Qarabağa qədim mənbələrdə “Qarqarlar ölkəsi” deyilirdi. Qarabağ adının isə əraziyə verilməsi haqqında tam dəqiq məlumatlar yoxdur. Rəmzi Yüzbaşov Qarabağ adının VII əsrdən mövcud olduğunu qeyd edir. Hətta, Araz çayı sahilində Qarabağ adında 228 yaşayış məntəqəsinin adını çəkir. “Qara” və “bağ” birləşmələrindən yaranan bu adın mənası “sıx”, “qalın” da anlamına gəlir.

XVII əsrdə Qafqaza səyahət edən alman səyyah Adam Oleari də “İran səltənəti” adlı gündəliyində Kiçik Qafqazda mühüm ticarət əhəmiyyətli Qarabağ şəhərindən bəhs edərək bildirir ki, XVI əsrdə bu şəhər müharibələr zamanı dağıdılıb. Lakin ticarət və əlverişli coğrafi məkan olduğuna görə, eyni zamanda gələn tacirlər yollarını itirməsinlər deyə, böyük bir əyalətə Qarabağ adı yenidən verilib.

Qafqaz Albaniyası (e.ə 323-b.e. 705) dövründə Qarabağın bir hissəsi Uti, dağlıq hissəsi isə Arsax vilayətində yerləşirdi. Ərəb işğalından sonra Uti vilayəti “Arran”, Arsax vilayəti isə “Ağvan” adlandırılmışdı. Arsax türk mənşəlli sözdür. “Ər” və “sak” tayfalarının adının birləşməsindən yaranıb. Əhməd bəy Cavanşir isə “Qarabağ xanlığının tarixi” əsərində Arsax adının mənasını “Dünyanın qərb hissəsi” adlandığını qeyd edib.

Tədqiqatçı alim Qiyasəddin Qeybullayev öz araşdırmasında Qarabağın etnik tarixi haqqında bunları qeyd edir: “Eramızın I minilliyinə aid mənbələrdə Qarabağda alban, sak, qarqar, sode, uti adları qeyd edilir. Orta əsrlərdə isə Qarabağın köklü əhalisi qarqarlar, hunlar, qoroslar, peçeneklər, qıpçaqlar, xəzərlər idi. Bütün bu tayfalar bir-birləri ilə qaynayıb-qarışmışdılar”.

Erkən orta əsrlərdə ərəb işğalları zamanı türkdilli albanlar arasında parçalanma baş verdi. Bunlardan bəziləri, xüsusən də atəşpərəstlər islamı qəbul etdilər, bəziləri eramızın əvvələrində Roma təsiri ilə qəbul etdikləri xristianlıqda qaldılar. Bu da vilayətlərdəki albanların bir-birilərindən ayrılmasına, əlaqələrin kəsilməsinə səbəb oldu.

Qarabağın orta əsrlər dövrünə nəzər saldıqda görürük ki, burada bir sıra xırda dövlətlər mövcud olub. Məsələn, Girdiman dövləti, Xaçın knyazlığı və son orta əsrlərdə Qarabağ xanlığı. Ümumiyyətlə, Qarabağ hər zaman Azərbaycanda baş verən ictimai-siyasi proseslərin mərkəzi olub. Zaman-zaman hökmdarların yaylağı, sığınacağı, təssərüfat və s. məskəni olub.

Qarabağ xanlığının ərazi bölgüsü və əhalisi

Qayıdaq Qarabağ xanlığına. Xanlığın inzibati ərazi bölgüsünə 21 mahal, o cümlədən 5 məliklik daxil idi. Mahalları feodalizm dövrünün ənənəvi üsulu olan naiblər idarə edirdilər. İri mahallara bəzən iki naib nəzarət edirdi. Məliklikləri isə naiblərin təyin etdikləri məliklər idarə edirdilər.

İnzibati bölgü belə idi:

Dilican, Dəmirçihəsənli, Bərgüşad, Cavanşir, Tativ, Küpara, Baqabyurd, Talış, Xaçın, Kolanılar, Çiləbyurd, Dizaq, Xırdapara Dizaq, Dizaq Cavanşir, Püsyan, Otuz iki, İyirmi dörd, Qaraçorlu, Vərəndə, Acnan Türk.

Xanlıq yaranan zaman onun nə qədər əhalisi olduğu haqqında bizdə dəqiq rəqəmlər yoxdur. Lakin Xanlıq yaranmazdan 12 il əvvələ aid Osmanlı dövlətinin “Müfəssəl dəftəri” mövcuddur ki, burada Gəncə-Qarabağ əyaləti bölməsində 10 min ailə yaşadığı qeyd edilib. Bunu tarixçilər hər ailə üzrə beş nəfərdən hesablayaraq, təqribən 50 min adamın olduğunu qeyd edirlər.

Həmin “Dəftər”də göstərilir ki, Bərdə Qarabağın əsas şəhərlərindəndir. Burada 6 məhəllə, 482 vergi verən şəxs adı qeyd edilib. 1727-ci ilə aid olan rəqəmlərdə Qarabağda 436 məskunlaşmış kənd var ki, onlardan 267-si müsəlman türk, qalanları isə xristian albanlar idilər.
Lakin 1796-cı ildə təkcə Qarabağda 10 mindən çox ailənin yaşadığına dair məlumatlar var. 1807-ci il məlumatlarında xalqın sayında azalma vardı. Təxminən 5 min ailə yaşamaqda idi. Hətta “Qarabağnamə”lərdə İbrahimxəlil xanın oğlu Əbülfət ağa ilə birlikdə 4 min kəndlinin xanlığı tərk etdiyi bildirilir. Bundan əlavə, rus-qacar müharibəsi zamanı insanların həlak olması, yaxud başqa ərazilərə köç etməsi də azalmalara səbəb olmuşdu.

Mir Mehdi Xəzani adlı tarixçi Qarabağ əhalisi haqqında yazır: “İbrahimxəlil xan mərhumun, Qarabağda və sair vilayətlərin müti olanlarından əlavə 35 minədək ev itaətində olub, 12 minə nəfərədək dəftəri-məxsusi qoşunu var idi”.

Tədqiqatçılar isə hər ailəni beş nəfərdən hesablayaraq o dövrdə Qarabağda 175 min insanın yaşadığını qeyd edirlər. 1822-ci ildə xanlıq ləğv edildi və bir il sonrakı siyahıyaalınmalara görə, xanlığın əhalisi 90 min nəfər idi. Şəhər və kəndlərdə 18.563 ev vardı ki, onun 17 mindən çoxu müsəlman türklərə aid idi. 1818-ci ildən 1863-cü ilə kimi olan kameral təsvirlərdə əhali sayında 6.21 nəfər artım müşahidə olunurdu ki, bu da araziyə Osmanlı imperiyası və İrandan erməni ailələrin köçürülməsi ilə bağlı idi.

Qarabağ xanlığının işğaldan əvvəl illik xəzinə gəlirləri isə 15.051.920 manat olub.

Qarabağ məliklikləri

Qarabağda 21 mahalla yanaşı, 5 məliklik də vardı. Bunlara bəzən “Xəmsə” məliklikləri də deyilir. Təəssüf ki, sovet tarixşünaslığından bizə onları erməni məliklikləri kimi tanıdıblar. Ən faciəlisi də odur ki, bu, müstəqillik dövründə tarix dərslik kitablarımızda da öz əksini tapıb.

“Xəmsə” məliklikləri kimlər idi? Mirzə Adıgözəl Bəy yazır ki, beş məlikliyin hər birinin öz adı vardı: Vərəndə, Xaçın, Dizaq, Çiləbörd və Gülüstan.

Birinci məliklik Dizaq idi. Bu məlik Yeqan Loridən gələn alban başçısı idi. Nadir şahın əmri ilə özünə taxt qurmuşdu.

Vərəndə məliyi Şahnəzər Göyçədən gəlmişdi. Türksoylu xristian idi. Əsilləri Göyçə əsilzadələrindən idi.

Üçüncüsü Xaçın məliyi idi. Nadir şah dövründə məlikliyi əlindən alınmışdı. Adıgözəl bəyin yazdığına görə, yalnız Pənah xanın icazəsindən sonra məlik kimi taxtına keçə bilmişdi. Digər müəlliflər də bu faktı təsdiq edirlər.

Çiləbörd məliyi Allahqulu idi. Mağavizdən gəlmişdilər. Tərtərdə möhkəmlənərək, Cermux qalasını özlərinə məskən seçmişdilər. O qədər şöhrət qazanmışdılar ki, Nadir Şah Allahquluya xələt və sultanlıq vermişdi.

Nəhayət, beşinci məliklik Gülüstan idi. Başçıları Məlik Usub idi. Şirvandan Qarabağa köç etmişdilər. Bir müddət Talış kəndində yaşadıqlarına görə onlara Talış məlikliyi də demişdilər. Yalnız Məlik Usub Gülüstan qalasını ələ keçirdikdən sonra Gülüstan məlikliyi adlandı.

Mirzə Yusif Qarabaği də öz əsərində məlikliklərin Qarabağa gəlmə olduqlarını qeyd edir. Məlikliklərin çoxu Səfəvilər zamanı Qarabağ bəylərbəyliyinin ərazisinə köç etmişdilər.

Erməniləşdirmə planı

Xanlıqdan əvvəl, 1723-cü ildə Qarabağın 4 xristian knyazı Rusiya çarı I Pyotrun Cənubi Qafqaz xalqlarına göndərdiyi bəyannaməsinə cavab olaraq ona məktub göndərmişdi. Onlara burada özlərini “Ağvan” (Alban) knyazları kimi təqdim edirdilər.
Bu gün ermənilər ən çox Dizaq mahalının üzərində dayanaraq onu erməni mahalı adlandırırlar. Q.Qeybullayevə görə, Dizaq adı Dizaquans adlı alban monastrının adından götürlüb. Bu söz özü alban sözüdür. Bəzi tədqiqatçılar isə Dizaq tayfasının soyunun Şumerə qədər getdiyini qeyd edirlər. Bu tayfa e.ə II minillikdə İkiçayarasından şimala, indiki Cənubi Azərbaycana doğru hərəkət etmiş, orta əsrlərdə isə Gəncə və Qarabağ arasında məskən salmışdılar. Hətta, Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhərində də Dizaq tayfasının gəlişi, dağlıq hissədə yerləşməsi haqqında məlumat var. Hal-hazırda da rayon ərazisində Dızaxlı kəndi mövcuddur. Hətta, orta əsr Özbəkistanında da Cizaq kəndi var ki, bu, bəzi yerlərdə Dizaq yazılır.

Hazırda ermənilərin Dizaq məlikliyini önə çəkməsinin daha bir səbəbi də, 1836-cı ildən sonra çar Rusiyasının Alban katolikosluğunu ləğv etdikdən sonra xristian albanların Qriqorianlığı qəbul etməsi ilə bağlıdır. Məhz, Dizaq məlikliyindən savadlı insanlar çox çıxmışdı və onlar arasında məşhur din adamları vardı ki, bunlar sonradan rusların diqtəsi ilə erməniliyi təbliğ etməyə başladılar.

Daha çox xristianlar da bu məliklikdə yaşayırdı. Ukraynada yaşayan Qarabağlı Artur Ağacanov yazır ki, Qarabağa XIX əsrin ortalarından ermənilər köçürülsələr də, onlara dəstək verən yerli xristianlar oldu, qaynayıb-qarışdılar. Bu gün dünyaya car çəkilən Qarabağ ermənilərinin çoxu dönmə ermənilərdir.

Son zamanlar düşman ölkənin tarixçiləri idda edirlər ki, Rusiya İmperiyası Cənubi Qafqazı ələ keçirdikdə erməni məliklikləri onlara kömək etmişdilər. Lakin bu haqda yazışma, məktublaşma nə rus arxivlərində, nə Azərbaycan, nə də ermənilərin özlərində var. Bu məlikliklərin “erməni” adlandırılması Sovet hakimiyyətinin tüğyan etdiyi, totalitar rejim qurduğu bir vaxta təsadüf edir. Lakin bütün bunlar sübutsuz idi. O məlikliklər isə özlərini qonşu dövlətlərə məktublarında Ağvan, Alban kimi təqdim edirdilər.

Comments are closed, but trackbacks and pingbacks are open.