Press "Enter" to skip to content

Qarabağ tarixi ssli

www. virtualkarabakh. az

Qarabağ tarixi ssli

Qarabağ Azərbaycanın qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi “Qarabağ” sözü ilk mənbələrdə hələ VII əsrdən işlənmişdir.

Qarabağdan bəhs edərkən qarşıya əvvəlcədən belə bir sual çıxır: Qarabağ haradır, Azərbaycanın hansı ərazilərini əhatə edir? Bu sualın cavabı bu gün daha aktualdır və erməni separatçıları tərəfindən törədilmiş “Dağlıq Qarabağ problemi”nin dərk edilməsi üçün mühüm əhəmiyyətə malikdir. Qoyulmuş suala cavab üçün ilk mənbəyə müraciət edək. Vaxtı ilə bu ərazini əhatə edən Azərbaycan dövlətinin – Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir Qarabağlı özünün “Qarabağ tarixi” (1847) əsərində bu məsələdən bəhs edərkən yazırdı: “Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhədləri belədir: cənub tərəfdən Araz çayıdır – Xudafərin körpüsündən Sınıq körpüyə qədər . Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla (Gəncə quberniyası nəzərdə tutulur) sərhədi Kür çayına qədər – Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəf dən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır”

Rusiya işğalı və müstəmləkəçiliyinin ilk dövründə Qarabağın ərazisi və sərhədlərinin belə dəqiq təsvir edilməsi onunla izah olunur ki,

1. bu faktı bilavasitə Qarabağın idarəsilə məşğul olan dövlət adamı yazır, başqa sözlə, həmin fakt rəsmi sənədlərə əsaslanan rəsmi sözdür, Rusiyanın xidmətində olan dövlət adamının rəsmi sözüdür;

2. digər tərəfdən bu fakt yalnız reallığa, təcrübəyə əsaslanmaqla qalmayıb ilk mənbələrlə də sübut olunur. Mirzə Camalın mövqeyinin doğruluğunu göstərmək üçün qədim tarix kitablarına istinad etməsi təsadüfi deyil.

Göründüyü kimi, siyasi-coğrafi məkan olaraq, tarixdə həmişə “Dağlıq Qarabağ” deyil, bütöv halda, yəni Qarabağın bütün ərazisini – dağlarını, düzənlərini əhatə edən ümumi bir “Qarabağ” anlayışı olmuşdur. Başqa sözlə, “Dağlıq Qarabağ” anlayışı çox sonraların “məhsuludur”, separatçılıq niyyəti ilə Qarabağın bir hissəsinə verilmiş addır. Məntiq də bunu sübut edir: əgər Dağlıq Qarabağ varsa, deməli aran Qarabağ da var. Reallıq da belədir: bu gün Azərbaycanda həm Dağlıq Qarabağ var, həm də Aran Qarabağ . Özü də həm aran, həm də dağlıq Qarabağ həmişə, bütün tarixi dövrlərdə bir xalqın – Azərbaycan xalqının Vətəni olmuşdur, dilində “qara” və “bağ” sözləri olan xalqın. Azərbaycan xalqının yüzlərlə qədim, nadir folklor nümunələri, musiqi inciləri məhz Qarabağda yaranmışdır, Qarabağla bağlıdır.

Qarabağ bölgəsində bir neçə nəsil Azərbaycan arxeoloqlarının səyi ilə Quruçay mədəniyyəti (paleolit dövrü), Leylatəpə mədəniyyəti (eneolit dövrü), Kür-Araz mədəniyyəti (ilk tunc dövrü), Üzərliktəpə mədəniyyəti (orta tunc dövrü), Xocalı – Gədəbəy mədəniyyəti (son tunc və ilk dəmir dövrü), habelə antik və orta əsrlərə aid yüzlərlə tarixi abidə tədqiq olunaraq, dünya elmi ictimaiyyətinə çatdırılmışdır. Bütün bu abidələrin məhz Azərbaycan xalqının tarixi keçmişinə məxsus olması dünya arxeologiyasına çoxdan məlumdur və həmin abidələrin erməni tarixinə heç bir aidiyyəti yoxdur.

Dağlıq Qarabağ Azərbaycan Respublikasının qərb bölgəsidir, yəni ümumilikdə Qarabağın bir ərazisidir. Sovet hakimiyyəti dövründə, 1923-cü ilin iyulunda ərazisi 4,4 min kv. km yaxud Azərbaycan Respublikası ümumi ərazisinin 5,1 faizini təşkil edən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Vilayətin tərkibinə Şuşa, Əsgəran rayonu, adları dəyişdirilmiş və ermənicə səsləndirilən Hadrut rayonu , Mardakert rayonu, Martuni rayonu və vilayət tabeli Stepanakert (bu şəhərin adı Sovet hakimiyyətinin ilk dövrlərinə qədər Xankəndi idi) şəhəri daxil idi. Dağlıq Qarabağ indiki Azərbaycan Respublikasının tərkib hissəsidir. Hal-hazırda ətraf ərazilərlə yanaşı Ermənistan Respublikasının işğalı altındadır. Tarixən indiki azərbaycanlıların yaşadığı bölgədir. 1820-ci ildən başlayaraq ermənilərin Azərbaycana kütləvi şəkildə köçürüldüyü ərazilərdəndir.

Dağlıq Qarabağ probleminin kökləri 18-ci əsrə qədər uzanır və daha qədimə getmir. Çünki ermənilər Qarabağda İran siyasi elitasının məqsədyönlü fəaliyyəti nəticəsində İran yaylasından və Anadoludan köçürülərək məskunlaşdırılmışlar. Tədricən çoxalan ermənilər ərazi iddiası ilə də çıxış etməyə başlamışlar. Hələ Qarabağ xanlığı dövründə onlar separatçı fəaliyyət göstərərək xanlığa xarici qüvvələrin yürüşlərini təşkil edirdilər. 1805 ci ildə Qarabağ xanlığı Rusiya tərəfindən işğal olunduqdan sonra buraya, həmçi­nin İrəvan, Naxçıvan ərazilərinə ermənilərin köçürülməsi intensivləşmişdir. Hətta Türkmənçay müqaviləsinə (1828 ci il) bu prosesi rəsmiləşdirən bəndlər də daxil edilmişdir.

İyirminci əsrin əvvəllərindən isə ermənilər Qarabağ, İrəvan və Naxçıvan torpaqlarına real iddialarla cıxış etdilər və İran və Rusiyadan güclü dəstək gördülər. 1918 – ci ildə bu məqsədlə Azərbaycanın hər yerində soyqırım törədildi. Məqsəd “Dənizdən Dənizə Böyük Ermənistan” yaratmaq idi. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra qədim Azərbaycan torpağı- İrəvanın ermənilərə güzəştə gedilməsi (1918 ci ildə) ilə zahirən hər şey həll olunan kimi görünürdü. Sovet hakimiyyəti dövründə Zəngəzur və Göyçə də ermənilərə verildi. Beləliklə Rusiya və İran nəinki Türkiyə və Azərbaycanı ayırdı, həmçinin Naxçıvanı da Azərbaycandan qopardı. Sovet dönəmində dəfələrlə Qarabağı ermənilərə verməyə çalışsalar da, bu baş tutmamışdır.

Sovet İttifaqı dağılana yaxın artıq ermənilər Qarabağda silahlandırılmışdı və 1988 – ci ildən aktiv hərbi əməliyyatlara başladılar. Hərbi əməliyyatlar 1994 – cü ildə atəşkəslə dayandırıldı və Dağlıq Qarabağ və ona qonşu digər Azərbaycanın 7 rayonu – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan Ermənistan tərəfindən işğal edildi. Dağlıq Qarabağda separatçı rejim 1991 – ci ildə müstəqillik elan etmişdir. Heç bir beynəlxalq qanunun hüquqi tələblərinə cavab verməyən bu «müstəqillik» indiyə kimi haqlı olaraq dünyada heç bir ölkə tərəfindən tanınmamışdır.

Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayəti

  • Ərazi – 4400 kv. km
  • Əhali (1989 – cu il ) – 189 085
  • Ermənilər – 145 450 (76,9%)
  • Azərbaycanlılar – 40 688 (21,5%)
  • Ruslar – 1922 (1%)
  • Digərləri – 1025 (0,6%)

Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların işğal tarixi

  • Dağlıq Qarabağ – 1988-1992 ( o cümlədən Şuşa – May 08,1992)
  • Laçın – May 18, 1992
  • Kəlbəcər – Aprel 2, 1993
  • Ağdam – İyul 23, 1993
  • Füzuli – Avqust 23, 1993
  • Cəbrayıl – Avqust 23, 1993
  • Qubadlı – Avqust 31, 1993
  • Zəngilan – Oktyabr 29, 1993

Azərbaycan üzrə təcavüzün qurbanları

  • Ölənlər – 20000
  • Şikəstlər – 50000

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun məlumatına əsasən Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycana dəymiş ziyanın ümumi məbləği 800 milyard dollardan çoxdur.

2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək Ermənistan işğalından azad olunan şəhər, qəsəbə və kəndlər

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsivə 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib. Qazax rayonunun Bağanis Ayrım, Xeyrimli, Sofulu, Barxudarlı, Yuxarı Əskipara, Qızıl Hacılı, Aşağı Əskipara kəndləri, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi Ermənistan işğalından azad olunacaq. 10 noyabr 2020–ci ildə hərbi əməliyyatlar dayandırıldıqdan sonra, Qarabağ ərazisindəki digər şəhər, qəsəbə və kəndlər üzərində də Azərbaycanın suverenliyi bərqərar olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Qarabağ Azərbaycandır!

www. virtualkarabakh. az

Qarabağ tarixi ssli

Qarabağ Azərbaycanın ən qədim tarixi vilayətlərindən biridir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözlərindən əmələ gəlmişdir. “Qara” və “bağ” söz birləşməsi Azərbaycan xalqının özü qədər qədim tarixə malikdir. Dünyanın hər yerində bu söz birləşməsinin Azərbaycanın konkret ərazisinə aid edilməsi də danılmaz həqiqətdir. Azərbaycan xalqının öz doğma torpağının bir parçasına verdiyi “Qarabağ” sözü ilk mənbələrdə hələ 1300 il bundan əvvəl (VII əsrdən!) işlənmişdir. Qarabağ əvvəllər bir tarixi-coğrafi anlayış kimi konkret məkanı bildirmiş, sonra isə Azərbaycanın geniş coğrafi ərazisinə aid edilmişdir.

“Qarabağ”ın Azərbaycanın konkret bir vilayətinin, bir bölgəsinin adı kimi formalaşması tarixi onun etimologiyasının daha elmi şəkildə izahına imkan verir. Çünki Azərbaycan dilində (həmçinin başqa türk dillərində) “qara”nın rəngdən başqa “sıx”, “qalın”, “böyük”, “tünd” və başqa mənaları da vardır. Bu baxımdan, “Qarabağ” termini “qara bağ”, yəni “böyük bağ”, “sıx bağ”, “qalın bağ”, “səfalı bağ” və s. mənası kəsb edir. Beləliklə, Qarabağın özü kimi “Qarabağ” sözü də Azərbaycan xalqına məxsusdur.

Vaxtı ilə bu ərazini əhatə edən Azərbaycan dövlətinin – Qarabağ xanlığının vəziri olmuş Mirzə Camal Cavanşir özünün “Qarabağ tarixi” (1847) əsərində bu məsələdən bəhs edərkən yazırdı: “Qədim tarix kitablarının yazdığına görə Qarabağ vilayətinin sərhədləri belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər – Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə Krasnı most, yəni Qızıl körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhədi Kür çayına qədər – Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır”.

Rusiya işğalı və müstəmləkəçiliyinin ilk dövründə Qarabağın ərazisi və sərhədlərinin belə dəqiq təsvir edilməsi onunla izah olunur ki, 1) bu faktı bilavasitə Qarabağın idarəsilə məşğul olan dövlət adamı yazır, başqa sözlə, həmin fakt rəsmi sənədlərə əsaslanan rəsmi sözdür, Rusiyanın xidmətində olan dövlət adamının rəsmi sözüdür; 2) digər tərəfdən bu fakt yalnız reallığa, təcrübəyə əsaslanmaqla qalmayıb ilk mənbələrlə də sübut olunur. Mirzə Camalın mövqeyinin doğruluğunu göstərmək üçün qədim tarix kitablarına istinad etməsi təsadüfi deyil. Göründüyü kimi, siyasi-coğrafi məkan olaraq, tarixdə həmişə “Dağlıq Qarabağ” deyil, bütöv halda, yəni Qarabağın bütün ərazisini – dağlarını, düzənlərini əhatə edən ümumi bir “Qarabağ” anlayışı olmuşdur. Başqa sözlə, “Dağlıq Qarabağ” anlayışı çox sonraların “məhsuludur”, separatçılıq niyyəti ilə Qarabağın bir hissəsinə verilmiş addır. Adicə məntiq də bunu sübut edir: əgər Dağlıq Qarabağ varsa, deməli düzən və ya aran Qarabağ da var! Reallıq da belədir: bu gün Azərbaycanda həm Dağlıq Qarabağ var, həm də Aran Qarabağ (yəni düzən Qarabağ)! Özü də həm düzən (aran), həm də dağlıq Qarabağ həmişə, bütün tarixi dövrlərdə bir xalqın – Azərbaycan xalqının Vətəni olmuşdur, dilində “qara” və “bağ” sözləri olan xalqın! Azərbaycan xalqının yüzlərlə ən qədim, ən nadir folklor nümunələri, musiqi inciləri məhz Qarabağda yaranmışdır, Qarabağla bağlıdır.

Azərbaycan Milli Elmlər Akademiyası

1. Hacıyev Q. Bərdə şəhərinin tarixi (b.e.ə. III əsr – b.e. XVIII əsri). Elmi red. İqrar Əliyev. Bakı, 2000, 320 s.

2. Hacıyev Q. Bərdə şəhəri: Coğrafi, siyasi və mədəni tarixi. Elmi red. Y.M.Mahmudov. Bakı, 2008. 250 s

3. Hacıyev Q. Qarabağın maddi və mənəvi mədəniyyəti (Azərbaycan, ingilis, fransız dillərində). Elmi red. Y.M.Mahmudov. Bakı. 2010. 152 s.

4. Hacıyev Q. Heydər Əliyevin Dağlıq Qarabağa erməni iddialarına qarşı mübarizəsi Elmi red. akademik İ.Hacıyev. Bakı, 2014. 266 s.

Kitablar

5. Y.M.Mahmudov K.K.Şükürov, K.Səlimov, F.Həsənoğlu. Qarabağ: suallar və faktlar. Elmi red. A.Əhmədov. Bakı, 2005, 146 s.

6. Vladimir Kazimirovun “Qarabağa sülh” arzusu və əsl niyyəti / Q. Ə. Hacıyev, S. Ş. Nuriyev ; elmi red. C. Ə. Bəhramov. – Bakı : [n. y.], 2011, 131 s.

7. Qarabağlı hərbiçilər: Çar və AXC ordusunun zabitləri: tarixi-ensiklopedik tədqiqat: monoqrafiya/Q.Ə.Hacıyev, Ə.Çingizoğlu; elmi red. K.K.Şükürov. – Bakı : Təknur MMC, 2011, 320 s.

8. Г.А.Гаджиев. Иреванский «академический» этап сезона Горисского театра абсурда. С.Саркисяна. Баку: Текнур, 2013, 128 с.

9. Ə.Çingizoğlu. Qarabağ tarixi. Elmi red. Y.M.Mahmudov. Tədris proqramı Bakı, Təknur, 2011. 58 s.

10. Qarabağ tarixi. dərs vəsaiti. Elmi red. Y.M.Mahmudov. Bakı, , 2014,260 s.

Qarabağ tarixi. Elmi redaktoru C.Mustafayev (Ümumtəhsil məktəblərin 8-ci sinifləri üçün dərs vəsaiti) Bakı: Ərgünəş, 2014, 96 s.

Comments are closed, but trackbacks and pingbacks are open.