Qarabağ yuxusu
17 апр 2015
Qarabağ yuxusu
17 апр 2015
В группе 2 122 участника
BU GÜN ŞEYİRLƏRİ İLƏ BİZİ DÜŞÜNDİRƏN. YAŞADAN. KƏDƏRLƏNDİRƏN, BAKILI BALASININ, AD GÜNÜDÜR. Vüqar Əhməd 1963-cü il aprel ayının 17-də Bakı şəhərində hərbçi-dənizçi, ziyalı ailəsində anadan olub. Soykökü Sultan Əhməd xanədanına mənsubdur. Ulu babası doktor Kərbəlayi Mirmahmud bəy Pirşağıda, babası həm həkim, həm də ilhiyyatçı Məşədi Soltan Əhməd Bakıda, ana babası ictimai xadim Kərbəlayi Əzim Binəqədidə nüfuzlu şəxsiyyətlər olmuşlar. 1984-1987-ci illərdə Şamaxı rayonu Dərəkənd kəndində dil-ədəbiyyat müəllimi işləyib. Müxtəlif illərdə “Novruz” qəzeti və “Azərbaycan dünyası” nəşriyyatlarında baş redaktor, Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar Komitəsinin sədr müavini vəzifəsində, 1987-ci ildən-2006-ci ilə kimi Azərbaycan Teleradiosunda məsul vəzifələrdə çalışıb. Hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisidir. 2005-2011-ci illərdə AMİ-nin professoru olmuşdur. Rəhbərliyi altında gənc ailimlər yetişməkdədir. 1980-ci ildə Bakıdakı M.Müşfiq adına 18 saylı orta məktəbi, 1984-cü ildə indiki ADPU-nu fərqlənmə diplomu ilə, 1990-cı ildə Pedaqoji Universitetin aspiranturasını bitirib. 1992-ci ildə filologiya elmləri namizədi, 2005-cü ildə isə filologiya elmləri doktoru elmi dərəcəsi alıb. “Rus uşaq ədəbiyyatı və Azərbaycan” (Bakı, 1992), “Mircəfər Pişəvərinin həyat mühiti və yaradıcılığı” (Bakı, 1998), “Azərbaycan uşaq ədəbiyyatı” (Bakı, 2006), “Ədəbiyyatşünaslıq” (Bakı, 2007), “Anam mənim” (Tehran.2008), “Ş.M.Xiyabani” (Bakı 2010) və s. kimi 30 kitab və 300-dən çox elmi, publisistik məqalə müəllifidir. Əsərləri İran, Türkiyə, Yunanıstan, Almaniya və digər ölkələrdə çap olunub. Nəğməkar şair kimi 500-dən çox mahnının söz, eləcə də musiqi müəllifidir. Filologiya elmləri doktoru, professor, Nyu-York EA-nın həqiqi üzvü, eləcə də Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Dərbənd Ədiblər Birliyinin “Muğam” assosiasiyasının, Bakı şəhəri icra hakimiyyəti ali mədəniyyət şurasının üzvüdür. Dünya Azərbaycanlıları Konqresinin sədr müavinidir. Üç roman və 10 şeir kitabının, yüzlərlə teleradio verilişinin müəllifidir. İki dərslik, iki tədris proqramı çap olunub. Filologiya elmləri doktoru, professor, eləcə də AMEA-da ədəbiyyatşünaslıq üzrə dissetasiya şurasının üzvüdür. “Qızıl Qələm”, AHİK-nın (2 dəfə) və AMEA-nın “Fəxri Fərman”ları ilə təltif olunmuşdur. “Araz” ali ədəbi, “Abdulla Şaiq”, “Məmməd Araz”, “İlin nəğməkar şairi”, 2 dəfə “Zirvə”, “İlin mahnısı”, “Simurq” və s. mükafatların laureatıdır. 50 illiyi ilə əlaqədar “Vüqar Əhmədin yaradıcılıq yolu” adlı monoqrafiya yazılmış, telekanallar tərəfindən silsilə verilişlər və filmlər lentə alınmışdır. Müxtəlif illərdə Moskva, Tehran və İsveçdə yaradıcılıq gecələri keçirilib. Dəfələrlə Asiya və Avropa ölkələrində beynəlxalq elmi konfranslarda məruzələr edib. Eyni zamanda “Azad Azərbaycan” teleradio şirkəti Bədii şurasının üzvüdür. Azərbaycan Milli Dram Teatrının ilk direktoru və baş rejissoru – repressiya qurbanı Bilal Əhmədin qardaşı nəvəsi, ixtiraçı alim-fizik Əhməd Əhmədin, eləcə də bəstəkar, şair-dramaturq Mövsüm Əhmədin kiçik qardaşıdır. Ailəlidir, bir oğlu, bir qızı var. Kitabları[redaktə | əsas redaktə] Ağ saçlı palma. Aktyorun dəfni. Rus uşaq ədəbiyyatı və Azərbaycan. Bakı: 1992. Hər kəsin öz səsi (elmi məqalələr toplusu). Bakı: Azərbaycan dünyası, 1993. Şahnaz sədası. Bakı: Şərq-Qərb, 1994. Mircəfər Pişəvərinin həyat mühiti və yaradıcılığı. Bakı: 1998. Səsi Quran sədasıdı. Bakı: Araz, 2002. Mənim nəğmələrim. Bakı: Araz, 2002. Saf su (İ.Hüseynov). Bakı: El-Alliance, 2003. Ürəyimdə oxuyuram. Bakı: El-Alliance, 2003. Söz musiqi bir də mən. Bakı: “MBM” MMC, 2003. Yaxşı günlər öndədir. Bakı: Şur, 2005. Azərbaycan Uşaq Ədəbiyyatı. Bakı: Müəllim, 2006. Anam mənim (Köçürən, ön söz yazan Savalan). Tehran: 2007. Ədəbiyyatşünaslıq. Bakı: Müəllim, 2008. Cənubi Azərbaycan poeziyasında yeni mərhələ (2001-2010-cu illər). Əfsanəvi tarzən. Elmi-filoloji qaynaqlar, ədəbi simalar haqqında düşüncələr. Şeyx Məhəmməd Xiyabaninin həyatı, mühiti və ədəbi fəaliyyəti. Şeyx Məhəmməd Xiyabani. Nəğməli dünyam. İlhamım gələndə. Qarabağ yuxusu və yaxud yuxuda qələbə. Son nəfəsədək Azərbaycan. Məqalələri[redaktə | əsas redaktə] Görkəmli pedaqoq Qafur Rəşad Mirzəzadə. “Azərbaycan məktəbi” jurnalı. Bakı, 1989. Uşaq jurnalımızda rus və dünya ədəbiyyatının təbliği. “Müxbir” jurnalı, №8. Bakı, 1989. Yetkinlik. (S.Əhmədovun iki cildliyi). “Azərbaycan” jurnalı. Bakı, 1992. Peyğəmbərin poetik obrazı. Tehran. “Barlıq” jurnalı. 1994; iyun, avqust. Böyük Füzulimizin yadigarı mən özüməm. Tehran. “Barlıq” jurnalı, 1994. Batı Trakyalı Fəyyaz Salam. “Türk ədəbiyyatı” məcmuəsi. Yunanıstan, 1995. İran mehriban qonşumuzdur. “Əhli qələm” jurnalı. Tehran. 1995. M.C.Pişəvərinin bədii yaradıcılığı. N.Tusi adına APU-nun filologiya məsələləri. №2. Bakı, 1996. Pişəvəri və bədii tərcümə. Tusi adına Azərbaycan Pedaqoji Universitetinin filologiya məsələləri. Humanitar elmlər seriyası, №1. Bakı, 1996. Pişəvərinin klassik ədəbi irsə münasibəti. ADPU “Xəbərləri”. Humanitar elmlər seriyası, №1. 1997. Pişəvərinin publisistikası. ADPU “Xəbərləri”. Pedaqoji, psixoloji elmlər seriyası, №2, 1997. Pişəvərinin həyatı və mühiti. ADPU “Xəbərləri”. Pedaqoji, psixoloji elmlər seriyası, 1997. №1. Pişəvəri və dövrü mətbuat. AMEA Nizami adına Azərbaycan ədəbiyyatı muzeyi. Bakı, 1997. Pişəvəri.Güney Azərbaycan və ziyalılarımız. “21 Azər” jurnalı, 1998. Pişəvərinin müəmmalı ölümü. “Azərbaycan” jurnalı, 1999. Pişəvəri həyatı və yaradıcılığının qısa xülasəsi. AMEA Nizami adına Azərbaycan ədəbiyyatı muzeyi. Bakı, 2001. Pişəvərinin ilk məhsulları. AMEA Nizami adına Azərbaycan ədəbiyyatı muzeyi. Bakı, 2001. M.C.Pişəvərinin uşaqlıq və gənclik illəri. Əmək fəaliyyətinin Bakı mərhələsi. AMEA Nizami adına Azərbaycan ədəbiyyatı muzeyinin əsərləri. Bakı, 2002. Cənubi Azərbaycan poeziyasında ictimai motivlər. Azərbaycan MEA “Elmi xəbərlər”. 2006. Mənəvi dəyərlərimizə yenidən qayıdaq. Azərbaycan Dillər Universitetinin konfrans materialları, 2006. Qafur Rəşad Mirzəzada. AMİ-nin “Xəbərləri”, N2, 2007. Novruz dini bayram deyil. “İdeal” jurnalı. 2008. M.C.Pişəvəri və Azərbaycan demokratik firqəsinin yaranması. “Önər” jurnalı, №2. 2003. Pişəvərinin “Zindan xatirələri”. “Azərbaycan” jurnalı. №11, 2004. Çayoğlunun yaradıcılığı. “Bakı-Təbriz”, 2006. Çağdaş Güney Azərbaycan poeziyası. “Bakı-Təbriz”, №3. “Vətən dili” – keçmişimiz, bu günümüz. AMİ-nin xəbərləri. 2008. Memuarı o realnıx sobıtiyax proşloqo. “Azərbaycan məktəbi”. 2007. XX əsrin əvvəllərində uşaq ədəbiyyatı uğrunda mübarizə. “Sənətkar” jurnalı. Cənubi Azərbaycan lirikasında ictimai motivlər. Az.MEA “Ədəbiyyat” məcmuəsi. “Elm”. Bakı, 2006. Ədəbi qaynaqlar yeni baxımdan tədqiq edilməlidir. Azərbaycan dili və ədəbiyyatın tədrisi. Bakı, 2007. Arzum-arzuların çin olsun. Professor V.Arzumanlı Soraq kitabı. “Qartal”. Bakı, 2007.
2 160 просмотров
Комментарии 0
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена 10 ноября 2017 в 11:06
218 просмотров
добавлена 8 ноября 2014 в 13:47
НЕ ГОВОРИ СВОЕМУ ДРУГУ ТО ЧЕГО НЕ ДОЛЖЕН ЗНАТЬ ТВОЙ ВРАГ,
добавлена 4 января 2014 в 11:52
Мудрая свекровь на жалобы сына ответила:”Ты брал в жёны хорошую!?Кто же тебе её испортил?”
добавлена 3 января 2014 в 11:07
Счастье-это когда дома-нет больных.В тюрме-нет родных. А СРЕДИ ДРУЗЕЙ-НЕТ ГНИЛЫХ.
добавлена 1 января 2014 в 08:51
НАУЧИТЕСЬ НЕКОМУ НЕЧЕГО НЕ РАССКАЗАВАТЬ.ВОТ ТОГДА ВСЁ БУДЕТ ХОРОШО.
добавлена 27 декабря 2013 в 23:28
Разругать всегда легче,чем построить.Обидеть проще ,чем простить.И врать всегда удрбней,чем поверить.А оттолкнуть намнего проще,чем любить. ОМАР ХАЙЯМ.
Qarabağ yuxusu
� Qarabağ yuxusu � ��
� Bu günlərdə A.Bakıxanov qəsəbəsində yerləşən � Aygün Sity�-də filologiya elmləri doktoru , professor Vüqar Əhmədin � Qarabağ yuxusu � və yaxud � Yuxuda qələbə� ( aftobioqrafik roman ) əsərinin geniş ədəbi ictimaiyyət üçün təqdimat mərasimi keçirilmişdir .
Mərasimi giriş sözü ilə açan tanınmış televiziya aparıcısı İlkin Həsənli kitab barəsində məlumat verdi . Təqdimatda akademik Vasim Məmmədəliyev çıxış edərək Vüqar Əhmədi çoxdan tanıdığını bildirdi , onun elmi yaradıcılığına, seir aləminə, musiqi dünyasına ehtiramını xüsusi vurğuladı. Alim Vüqarın yazıçı qismində qələmə aldığı ilk romanını oxuyanda həyəcanlandığını bildirdi . Bütövlükdə romanı fundamental əsər kimi dəyərləndirdi. Əsərin adına yüksək qiymət verən görkəmli şərqşünasımız müəllifin � Qarabağ yuxusu � nun tezliklə çin olacağını arzuladı.
Kitabın ön sözünün müəllifi yazıçı- jurnalist Müşfiq Cabiroğlu dəyərli əsər münasibəti ilə müəllifi təbrik etdi . Əsərin bədii məziyyətləri haqqında ətraflı danışan filologiya elmləri doktoru , professor Elman Quliyev Vüqarın Azərbaycana məhəbbətindən s öz açdı. F ilologiya elmləri doktoru , cənubşünas alim Sabir Nəbioğlu müəllifin böyük iş gördüyünü ön plana çəkdi.
Şair Yusif Nəğməkar əsəri oxuyub qürur duyduğunu təqdimat iştirakçılarına çatdırdı. Filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu romandan aldığı mənəvi zənginlikdən ətraflı söhbət açdı. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti Vamiq Məmm ədəliyev bütün ziyalılarımızın bu kitabı oxumasını tövsiyə etdi. Azərbaycan Milli Konservatoriyasının professoru, musiqişünas Rafiq Musazadə başdan-ayağacan oxuduğu romanın əsas ideyasının Qarabağ və aftobioqrafik ruh daşıdığını, müəllifin insani keyfiyyətlərindən, sədaqətli dost olduğunu vurğuladı. Filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad Vüqar Əhmədin doğmaları haqqında yazdığı fikirlərini, düşüncələrini romanın başlıca leytmotivini isə Qarabağ mövzusu və Güneyə məhəbbət olduğunu ifadə etdi. Mərasimdə sair Maşallah Məftun, aparıcı Elgiz Əkbər cıxış edərək Vüqar Əhmədə yeni-yeni yaradıcılıq uğurları arzuladılar.
Təqdimatın bədii hissəsində xalq artisti Nisə Qasımova şairin sözlərinə Nailə Mirməmmədlinin bəstələdiyi �Arzular məndən uzaq� mahnısını ifa etdi. Əməkdar artistlər Razı Şükürov, Teyyub Aslanov, Mirnazim Əsədullayev, müğənnilərdən İzzət Bağırov, Eldar Ələkbərov, Emil Bədəlov mərasim iştirakçılarına musiqi payı bəxş etdilər. Bədii qiraət ustası Nazilə xanım xalq artisti Firuz Əliyevin müşayiətində romana daxil edilmiş şeir parçalarından nümunələr söylədi. Bəstəkar Rauf Məmmədovun müəllifin �Qarabağ� şeirinə bəstələdiyi və özünün ifa etdiyi eyni adlı mahnı hamını duyğulandırdı. Sonda çıxış edən Vüqar Əhməd təqdimatın təşkilatçılarına sonsuz minnətdarlığını bildirdi. Televiziya və mətbuat nümayəndələrinə təşəkkür etdi, �Qarabağ� və �Vətəndir� şeirlərini oxudu.
Ədəbiyyat qəzeti.- 2013.- 1 fevral.- S.8. ��
“Qış yuxusu”nda ayılan Makrondan Qarabağ açıqlaması
Fransa Dağlıq Qarabağdakı münaqişənin uzunmüddətli siyasi həll yollarının axtarılmasını dəstəkləyir.
Publika.az TASS-a istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib.
O bildirib ki, 9 noyabr atəşkəs razılaşmasından sonra Dağlıq Qarabağ probleminə davamlı bir siyasi həll yolu tapmaqda qətiyyətlidir.
Qeyd edək ki, Fransa, ABŞ və Rusiyanın həmsədr olduğu ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyətsizlik və passivliyinin fonunda işğalda olan ərazilərini beynəlxalq hüquq çərçivəsində azad edərək problemi yalnız özünün icazə verdiyi ölkələrlə həll etmək istiqamətində tədbirlər gördü. Artıq ATƏT-in Minsk qrupu və bənzər qurumların Dağlıq Qarabağla bağlı hər hansı təşəbbüsə cəhd göstərməsi və hər hansı fikir bəyan etməsi gülünc və komik səslənir.
Görünür, Emmanuel Makron “qış yuxusu”ndan yeni ayılmaq üzrədir.
Zümrüd
Dünya Baxılıb: 325 Tarix: 07 yanvar 2021
DİGƏR XƏBƏRLƏR
ABŞ Rusiya və Çinə qarşı bu bölgədə HƏRƏKƏTƏ KEÇİR
ABŞ Hərbi Dəniz Qüvvələri Arktikadakı Rusiya sahillərində müntəzəm olaraq patrul xidməti həyata keçirəcək. xəbər verir ki, bu barədə “Breaking Defence” ABŞ-ın Donanma katibi Kennet Breytveytə istinadən məlumat yayıb
Ermənistandan ŞOK İSTƏK: Muradovdan Bakıya gəlmək üçün təyyarə istədilər
Ermənistan hökuməti Qarabağdakı Rusiya sülhməramlı dəstəsinin komandiri general-leytenant Rüstəm Muradovdan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın Bakıya səfərini təşkil etmək üçün təyyarə istəyib
Ermənistanda karantin rejimi daha 6 ay UZADILIR
“Ermənistanda karantin rejiminin müddədi daha 6 ay uzadılacaq”. xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bu məlumatı “Armenia Today” müxbirinə təsdiqləyib. Onun sözlərinə görə
“Twitter” Trampın hesabını BLOKLADI
“Twitter” ABŞ Prezidenti Donald Trampın hesabını bloklayıb. xəbər verir ki, bu barədə sosial media nəhəngi məlumat yayıb. Qeyd edilir ki, Vaşinqtonda yaşanan görünməmiş və davam edən şiddətdən sonra izləyicilə
Trampa daha bir ZƏRBƏ: İmpiçment elan oluna bilər
ABŞ Prezidenti Donald Trampa impiçment elan olunması ilə bağlı sənədi hazırlanır. xəbər verir ki, bu barədə konqresmen İlhan Omar “Twitter”də paylaşım edib. “Hazırda impiçment sənədini hazırlayıram. Donal
Ermənistanda 15-dən çox azyaşlı xəstəxanaya yerləşdirildi – 60 ailə.
Ermənistanın Tavuş bölgəsində kütləvi qida zəhərlənməsi olub. xəbər verir ki, 15-dən çox insan içməli sudan zəhərlənib. Ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, onların əksəriyyəti uşaqla
Merkelin istefası, bölünmüş ABŞ – 2021-ci ildə yaşanması gözlənilənlər
“Eurasia Group” konsaltinq şirkəti 2021-ci ildə dünyanın üzləşə biləcəyi 10 riski açıqlayıb. xəbər verir ki, ilk sırada “bölünmüş Amerika” göstərilib. Mütəxəssislərin fikrincə, Cozef Baydenin iqtidar
Peyvənd olunan 2 nəfər dünyasını dəyişdi
Norveçdə koronavirusa qarşı peyvənd olunmuş iki nəfər dünyasını dəyişib. xəbər verir ki, bu barədə ölkənin Tibb Agentliyi məlumat yayıb. Bildirilib ki, 5 yanvar tarixində iki ölüm xəbəri təsdiqlənib. Hazırda ölümlərin vaksinl
Gürcüstanda zəlzələ oldu
Gürcüstanda zəlzələ olub. xəbər verir ki, Dmanisi şəhərindən 20 km şimal-qərbdə 4-5 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib. Daha sonra Ermənistanın Lori bölgəsinin Paxabü
Ermənistan prezidenti koronavirusa yoluxdu
Ermənistan prezidenti Armen Sarkisyan koronavirusa yoluxub. xəbər verir ki, ölkəsi siyasi və iqtisadi böhran içində boğularkən Böyük Britaniyada ailəsi və nəvələri ilə birgə Yeni ili qarşılayan A.Sarkisyanda virusun mutasiyay
Ermənistan qalıqları tapılan əsgərlərin DNT nəticələrini dəyişdirir – İDDİA
Qarabağdakı döyüşlərin getdiyi zonada qalıqları tapılan 468 cəsədin kimliyi genetik tibbi ekspertizalarda müəyyənləşdirilib. xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edək ki, Ermənistan hökumə
Prezidentin sözçüsündən SƏMİMİ ETİRAFLAR: avtomobil alıb-satırdıq
Dövlət işçisi kimi məhdudiyyətlər olmadığı zaman işləməyə başladım. O zamanlar Xarici İşlər Nazirliyində ikən bir çox işlə məşğul idim. Onda maaşlar çox aşağı idi, bu səbəbdən çox ciddi cəhdlər etmək lazım gəlirdi. Nələrləs
Son xəbərlər
YENIXEBER.AZ sayti Azerbaycan və dünyada olan ən yeni xəbərləri təqdim edir. Son xeberler Azerbaycan almaq üçün sayta daxil olun, ən son xəbərləri oxuyun.
Saytda müxtəlif mövzularda xəbərlər oxuya bilərsiz. Hadisə xeberileri, Dunya xeberleri, Siyasi Xeberler, Sosial Xeberler, Sou biznes xeberleri, Maraqli Xeberler, Iqtisadiyyat xeberleri, Idman xeberleri, Saglamliq Xeberleri, Turizm xeberleri.
Comments are closed, but trackbacks and pingbacks are open.