Press "Enter" to skip to content

Türkiyə bu ərazini itirə bilər – Xəbərdarlıq

Mosul və Kərkük əldən getmişdi, Boğazlar məsələsi 1936-cı ildə həll edilməsinə baxmayaraq, Hatay problemi minbir dolaşıq yolla ancaq 1939-cu ildə öz həllini tapa bildi. İsmət İnönü Hatay məsələsinin konyektura və siyasi müzakirə yolu ilə həllini müdafiə edirdi. Atatürk bu vəziyyətə bir müddət səbir etsə də, bir yerdən sonra səbri tükənir.

Azərbaycanda quru sərhədlərin nə vaxt açılacağı bəlli oldu – VİDEO

“Çinin, ölkəyə gələnlərlə bağlı karantin qaydalarını yanvarın 8-dən ləğv edəcəyi ilə bağlı qərarından sonra digər dövlətlərdə də quru sərhədlərin açılması məsələsi gündəmə gəlib. 2023-cü ildə dünyada yoluxma sayının azalması gözlənildiyindən, bu, qlobal ticarətə də təsirsiz ötüşməyəcək. Azərbaycanda quru sərhədlərin açılması, eyni zamanda qonşu ölkələrdəki epidemioloji vəziyyətdən asılı olacaq. Çünki qonşu ölkələrdə yoluxma sayı quru sərhədlərin açılmasına təsir edən əsas faktordur”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, yoluxma sayında azalmalar müşahidə olunsa da, son günlər xüsusən qonşu Rusiyada koronavirusa yoluxanların sayında artımlar var. Bu kontekstdən quru sərhədlərin açılması ilə bağlı qərar birbaşa, xüsusən də quru sərhədi olduğumuz ölkələrdə yoluxma sayından asılıdır.

“Təbii ki, quru sərhədlərin açıq olması iqtisadi baxımdan məqsədəuyğundur. Çünki bu, turizmə təsir göstərən əsas faktorlardan biridir. Xüsusən nəzərə alsaq ki, ölkəyə gələn turistlərin təxminən 70 faizi Azərbaycanın quru sərhədi olan ölkələrdən gəlir. Bu, eyni zamanda, Azərbaycan vətəndaşları üçün qonşu ölkələrə səfər imkanları baxımdan da vacibdir. Ona görə, quru sərhədlərin açılması iqtisadi baxımından da əhəmiyyətlidir”, – V.Bayramov qeyd edib.

Millət vəkili hesab edir ki, iqtisadi məsələ olmaqla yanaşı, qonşu ölkələrdə olan yoluxma sayı və epidemioloji vəziyyətin dəyişməsi bu məsələdə qərarın verilməsində əsas faktor olaraq qalmaqdadır.

Vüqar Bayramov onu da əlavə edib ki, 2023-cü ildə regionda və qlobal olaraq epidemioloji vəziyyətin yumşalması, Azərbaycanda da quru sərhədlərin açılmasını tezləşdirə bilər.

Akqabay

Türkiyə bu ərazini itirə bilər – Xəbərdarlıq

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, Lozanna konfransında üç məsələ ilə bağlı razılıq əldə edilə bilmədi:

– Dünyanın strateji nöqtələrindən biri olan Boğazlar məsələsi. Bu məsələnin önəmi Rusiya-Ukrayna müharibəsində bir daha üzə çıxdı;

– Neftlə zəngin olan Mosul və Kərkük məsələsi;

Mosul və Kərkük əldən getmişdi, Boğazlar məsələsi 1936-cı ildə həll edilməsinə baxmayaraq, Hatay problemi minbir dolaşıq yolla ancaq 1939-cu ildə öz həllini tapa bildi. İsmət İnönü Hatay məsələsinin konyektura və siyasi müzakirə yolu ilə həllini müdafiə edirdi. Atatürk bu vəziyyətə bir müddət səbir etsə də, bir yerdən sonra səbri tükənir.

Mustafa Kamal Atatürkün xəstəliyinin artdığı illərdə Hatay məsələsində fransızlarla böyük hay-küy qopur. Bu məsələ bağlı dikləşmə davam etdiyi vaxt Atatürkün xəstəliyi də ağırlaşır. Türkiyədəki həkimlər xəstəliyi çox gec təsbit edirlər. Atatürk xaricdən həkim gətirilməsi təklifini rədd edir. Çünki başqalarının başdakı adamın xəstə olduğunu və öləcəyini düşünməsini, eyni zamanda, Hatay məsələsində dövlətin mövqeyinin zəifləməsini istəmirdi.

“Məni türk həkimlərinə əmanət edin” ifadəsinin də əsas gerçək səbəbi budur. Xəstəlik çox ağırlaşdığı zaman Atatürkün ömrünün son dövründə məcburiyyət qarşısında fransız professor Noel Armand Fissincer çağırılır.

Fissincerdən Mustafa Kamal Atatürkün xəstəliyi haqqında yanlış açıqlama verməsi haqqında xahişin, bu məsələ ilə bağlı qripə bənzər kiçik bir naxoşluq kimi münasibət sərgilənməsi və Türkiyə mətbuatına rəsmi məlumat verilməməsi, xüsusilə də Liviyadakı qəzet başda olmaqla, xarici qəzetlərdə çıxan xəbərlərə etiraz və təkzibin əsas səbəbi Hataydır.

Senzura tətbiq olunmağına və təkziblərə baxmayaraq, xarici mətbuatda xəstəlik haqqında şayiələr artdığına görə onları boşa çıxarmaq üçün həkimlərin bütün xəbərdarlıqlarına rəğmən Atatürk Adanaya getməyə qərar verir, qatarının hazırlanmasını əmr edir. Məqsəd isə güclü lider görüntüsü verməkdir. Atatürkün sözə qulaq asmayacağını bilən dövlət ərkanı məcburi şəkildə onun dediyini edir. Çalxantılı qatar səyahəti onun narahatlığını daha da artırır. Bəzən yanındakılara söykənərək, bəzən də əlini paltosunun düymələri arasından içəri salaraq qaraciyərini tuta-tuta xalqla görüşür. Qayıtdıqdan sonra xəstəliyi ağırlaşır. Amma ən vacibi vermək istədiyi mesajdır: “Dimdik ayaq üstəyəm, qəti mən xəstəyəm deyə, Hatay məsələsində oyun oynamayın!”

Və ən yaxın diyardan ən uzaq diyara kimi mesaj verilir. Bu qədərlə də kifayətlənmir. Xəstəliyin ən ağır dövründə də “Hatay mənim şəxsi məsələmdir” sözünü isbat edirmiş kimi, bu məsələni diqqətdən kənarda qoymadı. Yəqin ki, xəstəliyin də təsirindən bir gün baş verən hadisələrə görə beyni pozulur və “Mənə min nəfərlik bir ordu hazırlayın, Hataya gedib partizan müharibəsi aparacam” deyir. Amma Hataya getmək bir tərəfə dursun, xaricə gedən qızı Sabiha Gökçəni Sirkəciyə qədər öz maşını ilə gedib yola salmağa dizlərində taqət olmur.

Atatürk özünə çox dərd etdiyi Hatayın Türkiyə ərazisinə qatıldığını görə bilmir. Hatay 1939-cu ildə Türkiyəyə birləşir.

Digər səbəblər bir tərəfə, biz Mosul və Kərkükü əhali sayı xeyrimizə olmasına baxmayaraq, seçki ilə itirdik, Hatayı isə eyni səbəbə görə seçki ilə qazandıq.

Strateji baxımdan çox önəmlidir. Kiçik görünsə də, Hatay probleminin başlamasından Türkiyə Cümhuriyyətinə birləşməyinədək orada dövlət belə qurulub. Hatayın türk torpağı olmasından on illər keçməsinə baxmayaraq, Suriya və Fransa başda olmaqla onların arxasındakı imperialistlər bunu həzm edə bilmir, həm də quyruq ağrıları var.

Hatayın bizdə olmasını həzm etmədilər, həzm edə bilmirlər. Xəritəyə baxdığımız zaman Hatayın geosiyasi və strateji əhəmiyyəti anlaşıldığı üçün bunu izah etməyə lüzum görmürəm.

Gözəl Hatayım zəlzələdə böyük bir fəlakət yaşadı. Fəlakətdən əvvəl dəyişən demoqrafik vəziyyət ondan sonra məcburi yaşanan köç səbəbi ilə yerli əhalinin əleyhinə oldu. Demoqrafik vəziyyətin tamamilə dəyişməsi üçün bilərəkdən bəzi fəaliyyətlərin görüldüyü xəbərini də üzüntü ilə alırıq.

Yazımın bundan sonrasını qısa və konkret yazacağam. Biz hansı yolla olursa olsun, Hataydakı yerli əhalini orda saxlamalıyıq. Məcbur olduqları üçün oranı tərk edən əhalini geriyə qaytarmaq üçün (ev lazımdırsa ev, təşviq lazımdırsa təşviq, birdəfəlik yardımlar, işləyən məmurlara əlavə ödəmələr, yeni fabriklərin inşaatı üçün təşviqlər) nə lazımdırsa etməli, bölgəyə yığılan xariciləri isə təcili şəkildə Türkiyənin digər vilayətlərinə paylamalıyıq. Bunları etməsək, yuxarıda yazdığım minbir zəhmətlə illər sonra aldığımız Hatayı on illər sonra seçki ilə itirmə riski ortaya çıxar.

Hatayın əhəmiyyətini, qısa müddət sonra gözlənilən problemi, orta zaman dilimində isə qarşıdakı çox böyük təhlükəni anlatdığıma inanıram.

Hatayın Atatürkün “Hatay mənim şəxsi məsələmdir” ifadəsindəki qədər əhəmiyyətinin başa düşülməsi və ona görə hərəkət edilməsi ümidi ilə.

Milli.Az

Boğaz ağrısı zamanı xalq təbabəti üsulları – VİDEO

Qış aylarında həm uşaqlar, həm böyüklər boğaz iltihablardan əziyyət çəkir.

Saglamolun.az xəbər verir ki, bir çox hallarda bu zaman həkimlər köməkçi müalicəvi vasitə kimi qarqara təyin edirlər. Qarqara çox sadə və eyni zamanda çox effektli prosedurdur.

– Tonzillit (angina) zamanı badamcıqlarda irin yığılır. Xəstə ağzını açdıqda bu irin badamcıqlarda ağ nöqtələr kimi görünür. Qarqara iltihabın mənbəsi olan irini mexaniki olaraq yuyub aparır.

– Qarqara boğazda bakteriyaların yaşaması və çoxalması üçün uyğun olmayan mühit yaradır.

– Selikli qişanı yumşaldır, iltihabı azaldır.

– Ağrıları azaldır və selikli qişanın zədələnmiş sahələrini sağaldır.

Sağalma prosesini tezləşdirmək istəyirsinizsə, qarqaradan imtina etməyin. Xəstəliyin əvvəlində qarqaranı tez-tez edin – hər 1-2 saatdan bir.

Bir çox insanlara qarqaranı düzgün edə bilmir.

– Lazım olan effekt almaq üçün ağıza maye (bu duzlu su, otların dəmləmələri və s. ola bilər) alıb, başınızı arxaya əyin və dilinizi çıxardın.

– Qarqara zamanı “ı” səsini uzadın (bu badamcıqların daha yaxşı təmizlənməsinə kömək edəcək).

– Qarqara 30-40 saniyə ərzində davam edilməlidir.

– Maye ilıq olmalıdır. İsti maye boğazı yandıracaq və ağrıların daha da artmasına səbəb olacaq.

– Qarqaradan sonra 1 saat ərzində qida və maye qəbul etmək olmaz.

Qarqara üçün bu kimi məhlullar istifadə oluna bilər:

– Duz məhlulu. Bu çox təsirli vasitədir. 1 stəkan ilıq suda 1 çay qaşığı duz (dəniz duzu daha yaxşıdır) əridin və qarqara edin. Bəzən bu məhlula yod əlavə edirlər. Lakin qalxanvari vəzidə pozulmaları olan və allergiyaya meyilli insanlar yoddan istifadə etməməlidir. Həmçinin kiçik yaşlı uşaqlarda və hamilə qadınlarda yodla qarqaralar istifadə olunmur.

– Soda məhlulu. 1 stəkan ilıq suya 1 çay qaşığı soda əlavə edin və qarqara edin.

– Çobanyastığı da çox güclü antiseptik və iltihabəleyhinə xüsusiyyətlərinə malikdir. 1 xörək qaşığı ot 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur.

– Adaçayı otu ilə qarqaralar da çox effektlidir. (1 xörək qaşığı ot 1 stəkan qaynar suda dəmlənilir.)

– Kalendula və evkalipt otlarından 1 çay qaşığı götürülür, 1 stəkan qaynar suda dəmlənilir, süzülür və qarqara üçün istifadə olunur.

– Alma sirkəsi ilə qarqara da çox sadə və eyni zamanda effektli vasitədir. 1 stəkan ilıq suya 1 çay qaşığı təbii alma sirkəsi əlavə olunur.

– Sarımsaq təbii antiseptik və antibakterial vasitədir. 2-3 diş sarımsaq 1 stəkan ilıq suya sıxılır və qarqara edilir.

Nəzərinizə çatdıraq ki, yalnız qarqaranın köməyi ilə iltihabdan azad olmaq mümkün deyil. Bu vasitə əsas müalicə ilə yanaşı köməkçi vasitə kimi istifadə oluna bilər.

Tonzillitin (angina) müalicəsində mütləq antibakterial preparatlardan (antibiotiklər) istifadə olunmalıdır. Əks halda bu ciddi ağırlaşmalara səbəb olacaq.

Saglamolun.Az

Comments are closed, but trackbacks and pingbacks are open.