Keyfiyyət sahəsində məqsədləri kim müəyyənləşdirir
– Əlbəttə. Bina tikinti normalarının tələblərinə uyğun hazırlanmış layihə üzrə tikilir. Təbii ki, otaqların, mətbəxin yeri həmin layihəyə uyğun hazırlanır. Yəni, mətbəxin xariclə əlaqələndirilməsi, təbii işıqlandırılma, mətbəxda nəfəslik nəzərdə tutulur. Qaz cihazı da müvafiq şəraitə uyğun quraşdırılır. Avadanlığın yerinin dəyişdirilməsi, yenidənqurma işlərinin aparılması yolverilməzdir. Dəyişikliklər yalnız layihə üzrə əsaslandırıldığı halda aparıla bilər.
Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları
Qazdan istifadə edən istehlakçıların və aidiyyəti təşkilatların vəzifələri
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş “Təbii qazdan istifadə Qaydaları”nda Azərbaycan Respublikası Fövqəladə Hallar və Energetika Nazirliklərinin səlahiyyətli nümayəndələrinin, qaz paylayıcısının ( Qaz istismarı müəsissələrinin), qazdan istifadə edən istehlakçıların, mənzil mülkiyyətçilərinin və yaşayış binalarını idarə edən təşkilatların vəzifələri əks olunmuşdur. Həmin qaydalara əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar və Energetika Nazirliklərinin səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadəni, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməlidir. Azərbaycan Respublikası Fövqəladə Hallar və Energetika Nazirliklərinin səlahiyyətli nümayəndələri tərəfindən keçirilmiş texniki baxışla bağlı 2 nüsxədən ibarət akt tərtib etməli və aktın bir nüsxəsəsini mütləq istehlakçıya təqdim etməlidir.
Eyni zamanda Qaz paylayıcısı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmağa borcludur. Təmir bərpa və digər texniki məsələlərlə əlaqədar qaz təchizatının dayandırılmasına zərurət yarandığı təqdirdə bu barədə istehlakçılara kütləvi informasiya və mənzil istismar sahələri vasitəsi ilə məlumat verilir. İstehlakçılar isə qaz qurğularını “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.
Təbii qazdan istifadə edən əhalinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin
NƏZƏRİNƏ
Yaşayış evlərində, ictimai binalarda, təhsil, səhiyyə, digər idarə və müəssisələrdə təbii qazdan istifadə zamanı Təhlükəsizlik Qaydalarına ciddi riayət edilməlidir.
YADDA SAXLAYIN:
– Mənzilə daxil olarkən qaz sızmasının olmadığını təyin etməmiş açıq oddan və elektrik şəbəkəsindən istifadə etməyin
– Qaz cihazlarından istifadə etməzdən əvvəl mütləq otağın havasını dəyişin, yalnız qaz iyinin olmadığına əmin olduqdan sonra cihazı yandırın.
– Qaz cihazlarından istifadə edərkən yanan odu odluğa yaxınlaşdırdıqdan sonra qaz kranını açın
– Qaz cihazlarını nəzarətsiz qoymayın. Kiçik yaşlı uşaqların, ruhi xəstələrin, qazdan istifadə etməyi bacarmayan şəxslərin qaz cihazlarından istifadə etməsinə imkan verməyin.
– Qaz cihazlarından istifadə edib qurtardıqdan sonra cihaz üzərindəki işlək kranı bağlayın.
– Qaz iyi hiss etdikdə, dərhal bütün kranları bağlayın, elektrik cihazlarını şəbəkəyə qoşmayın, işlək cihazları şəbəkədən ayırmayın, işığı yandırıb-söndürməyin və mənzilin havasını dəyişdirib 104 №-li telefonla qaz-qəza xidmətinə müraciət edin.
– Uzun müddətə evi və ya mənzili tərk etdikdə, həmçinin gecə vaxtlarında yatmazdan əvvəl qaz cihazları üzərindəki və nəzarətçi kranları bağlayın.
– Yanğın baş verdikdə dərhal mənzilə və ya evə gedən qaz xətti üzərindəki giriş kranını (ventili) bağlayın, 101 №-li telefonla FHN-nin yanğından mühafizə xidmətinə, 104 №-li telefonla isə qaz-qəza xidmətinə xəbər verin.
– Daxili qaz kəmərləri və qaz cihazlarına profilaktik xidmət göstərilməsinə maneçilik törədə bilən işlərə yol verməyin.
– Qaz sobalarının və su qızdırıcılarının tüstü kanalları (bacaları), mətbəx və vanna otaqlarının ventilyasiya kanalları (havadəyişmə yolları) qış mövsümünün başlanmasına qədər bina və fərdi yaşayış evlərinin sahibləri tərəfindən təmizlənməli, təmir etdirilməli və onların vaxtaşırı yoxlanılması təmin olunmalıdır.
– İctimai binalarda, təhsil, səhiyyə, digər idarə və müəssisələrdə təbii qazdan istifadəyə cavabdeh şəxslər təyin edilməlidir. Məsul şəxslər müəsissə rəhbərinin əmri ilə təyin edilməli və “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları” na uyğun olaraq imtahan verməlidirlər.
QADAĞANDIR:
– Qaz xətlərinin özbaşına çəkilməsi, qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri və əlavə qaz cihazlarının quraşdırılması.
– Qaz cihazları üzərində paltar və ya digər alışa bilən əşyaların qurudulması.
– Qaz cihazları olan otaqlarda tez alışan mal və materialların yerləşdirilməsi və saxlanması.
Unutmayın ki, qazdan istifadə qaydalarına riayət etməklə Siz özünüzün və ətrafdakıların həyatını təbii qazla baş verə biləcək arzuolunmaz bədbəxt hadisələrdən qorumuş olarsınız !
Keyfiyyət sahəsində məqsədləri kim müəyyənləşdirir ?
9. Keyfiyyət sahəsində məqsədləri kim müəyyənləşdirir ?
Keyfiyyət sahəsində məqsədləri Ali rəhbərlik müəyyənləşdirir.
10. Rəhbərlik ildə neçə dəfə məlumatların təhlilini təşkil etməlidir ?
Rəhbərlik ildə bir dəfədən az olmayaraq məlumatların təhlilini təşkil
etməlidir.
11. Audit hansı beynəlxalq standartda təsvir edilir ?
Audit ISO 19011 beynəlxalq standartında təsvir edilir.
12. Auditin mərhələləri hansılardır ?
Hazırlıq
Audit
yekun tədbirlər.
13. Audit hansı müddəalara əsasən keçirilməlidir ?
Audit qüvvədə olan standartlara, normativlərə, təlimatlara və prosedurlara
əsasən keçirilməlidir.
14. Auditin keçirilməsi barədə əvvəlcədən məlumat verilməlidirmi ?
Bəli auditin keçirilməsi barədə əvvəlcədən məlumat verilməlidir.
15. Auditor hansı keyfiyyətlərə malik olmalıdır ?
Auditorlar aşağıdakı keyfiyyətlərə malik olmalıdırlar:
Diplomatik, dürüst, qərəzsiz, ünsiyyətcil
Köməksevər, inadkar, vicdanlı, professional
Səbirli, açıq fikirli, dəqiq, məntiqli
Əməkdaşlıq edən, müşahidəçi, etik.
16. Auditor işlədiyi bölməni audit edə bilərmi ?
Xeyr Auditor işlədiyi bölməni audit etməməlidir.
17. Bədbəxt hadisə nədir?
Bədbəxt hadisə işçinin zədə almasına, xəstələnməsinə və ya ölümünə
səbəb olan arzuolunmaz haldır.
18. Keyfiyyəti İdarəertmə Sisteminin sənədləri necə idarə olunur ?
Keyfiyyəti İdarəertmə Sisteminin sənədləri Kodlaşdırılaraq idarə olunur.
19. Uyğunsuzluq təyin edilərkən hansı amillərə əsaslanmaq lazımdır?
Uyğunsuzluq təyin edilərkən yazılı təlimatlara əsaslanmaq lazımdır.
20. Uyğunsuzluğun aradan qaldırılmasına kim tam əmin olmalıdır ?
Auditor uyğunsuzluğun aradan qaldırılmasına tam əmin olmalıdır.
21. İdarəertmə necə həyata keçirilir ?
İdarəertmənin həyata keçirilmə ardıcıllığı belədir:
Planlaşdırılır
yerinə yetirilir
yoxlanılır
təkmilləşdirilir.
22. Müəssisə hansı tələblər əsasında fəaliyyət göstərir ?
Müəssisə qanunvericilik və müştəri tələbləri əsasında fəaliyyət göstərir.
23. Keyfiyyət hədəfləri hansı amillərə əsasən təyin edilir ?
Keyfiyyət hədəfləri keyfiyyət siyasətinə və məqsədinə əsasən təyin edilir.
24. Müəssisənin iş prosedurlarını kim hazırlamalıdır ?
Müəssisənin iş prosedurlarını işi birbaşa icra edən səlahiyyətli şəxslər
qrupu hazırlamalıdır.
25. Məhsulun uyğunluğunun saxlanılması nə deməkdir?
İstehsal olunmuş məhsulda olan nöqsanın istehlakçıya çatmadan aradan
qaldırılması məhsulun uyğunluğunun saxlanılması deməkdir.
26. Uyğunsuzluq nədir?
Uyğunsuzluq hər hansı bir mütləq şərtin yerinə yetirilməmiş olmasıdır.
27. Aspektlərin
qiymətləndirilməsi hansı standartın tərkib
hissəsidir?
Aspektlərin qiymətləndirilməsi ISO 14001 standartın tərkib hissəsidir.
28. Obyektiv dəlil nədir?
Bir şeyin doğruluğunu və ya mümkünlüyünü dəstəkləyən məlumatlar
obyektiv dəlil adlanır.
29. Planlı audit hansı aralıqlarda keçirilməlidir?
Planlı audit İldə bir dəfədən az olmayaraq keçirilməlidir.
30. Daxili audit nədir?
Müəssisənin özü tərəfindən aparılan auditə daxili audit deyilir.
31. Azərbaycan neçənci ildən ISO-nun tam hüquqlu üzvü
seçilmişdir?
Azərbaycan 2003–cü ildən ISO-nun tam hüquqlu üzvü seçilmişdir.
32. ISO 14001 nədir?
ISO 14001 Ətraf mühitin mühafizəsi üzrə standartdır.
33. Audit prosesinin başlamasından bitmə tarixinədək auditdən
məsul şəxs kimi kim qeyd olunur?
Audit prosesinin başlamasından bitmə tarixinədək auditdən məsul şəxs
kimi Baş auditor qeyd olunur.
34. Aşkar olunmuş uyğunsuzluqların səbəblərinin aradan qaldırıl-
ması üçün görülən fəaliyyət necə adlanır?
Aşkar olunmuş uyğunsuzluqların səbəblərinin aradan qaldırılması üçün
görülən fəaliyyət düzəldici fəaliyyət adlanır.
35. Obyektiv dəlil hansı yollarla əldə edilə bilər?
Obyektiv dəlil müşahidə, ölçmə, müayinə vasitəsi ilə əldə edilə bilər.
36. Daxili Auditi zəruri edən amillər hansılardır?
Rəhbərlik tərəfindən istifadə edilən nəzarət mexanizmidir
personalın maarifləndirilməsi yoludur
davamlı inkişafi təmin edən vasitədir.
37. Sınaq və kalibrasiya laboratoriyalarının işinin təşkili hansı
beynəlxalq standartda təsvir edilir?
Sınaq və kalibrasiya laboratoriyalarının işinin təşkili ISO 17025
beynəlxalq standartda təsvir edilir.
38. Qanunvericilik tələblərinin yerinə yetirilməməsi nə ilə nəticələnə
bilər?
Qanunvericilik tələblərinin yerinə yetirilməməsi intizam tənbehi, işdən
azad edilmə və ya azadlıqdan məhrum olunma ilə nəticələnə bilər.
39. Təhlükə nədir?
Təhlükə xəsarət hadisəsinin baş verə biləcəyi haldır. Həmçinin təhlükə
işçilərin həyatına və sağlamlığına zərər verən, təşkilatın əmlakının
dağılması və iş yerlərində əmək şəraitinin pozulması hallarının baş
verməsi üçün potensial vəziyyət və mənbədir.
40. Risk nədir?
Risk təhlükə ilə bir başa təmasda olmaqdır. Həmçinin təhlükəli hadisənin
və onun nəticələrinin ehtimalının uyğunluğu risk adlanır.
41. Əməyin mühafizəsi sahəsində insident nə deməkdir?
Qəza vəziyyəti və bədbəxt hadisənin baş verməsinə səbəb olan və ya
qəza vəziyyəti və bədbəxt hadisənin potensial baş verməsinə imkan
verən hadisəyə insident deyilir.
42. Hədəf nədir?
Hədəf ölçülə bilən və dəqiq olmalıdır.
43. Müştəri məmnuniyəti və şikayətlərin araşdırılması hansı
beynəlxalq standartda əks olunur?
Müştəri məmnuniyəti və şikayətlərin araşdırılması ISO 10002 beynəlxalq
standartında əks olunur.
44. Laboratoriya ölçmələrində xətalar necə müəyyənləşdirilir?
Laboratoriya ölçmələrində xətalar müqayisə yolu ilə müəyyənləşdirilir.
45. Müəssisənin fəaliyyəti hansı tələblər əsasında həyata keçirilir ?
Müəssisənin fəaliyyəti qanunvericilik və müştəri tələbləri əsasında həyata
keçirilir.
46. Təşkilati baxımdan müəssisə hansı resurslara malik olmalıdır?
Təşkilati baxımdan müəssisə Maddi və insan resurslarına malik olmalıdır.
47. Qeyd nədir?
Qeyd həyata keçirilən fəaliyyətin dəlilini təmin edən və ya əldə edilən
nəticələri sübut edən sənəddir.
48. Önləyici fəaliyyət nəyə deyilir?
Potensial uyğunsuzluğun səbəbinin aradan qaldırılması üçün görülən işə
önləyici fəaliyyət deyilir.
49. Müştəri anlayışı nədir?
Müştəri məhsulu alan müəssisə və ya şəxsdir.
50. Təlimat özündə nələri əks etdirməlidir?
Təlimat müəssisənin daxilində hər hansı konkret işlərin yerinə yetirilmə
ardıcıllığını və məxsusi detallarını özündə əks etdirən sənəddir.
51. Keyfiyyət İdarəetmə Sisteminin tətbiqindən hansı faydalar əldə
edilə bilər?
İstehsalat itkisini minimuma endirir
Müəssisənin imicinin yüksəlməsinə səbəb olur
Müştəri məmnuniyyətini artırır
Daha çox potensial müştəri cəlb olunur və s.
52. Peşə Təhlükəsizliyi və Əməyin Mühafizəsi sahəsini əks etdirən
standart hansıdır?
Peşə Təhlükəsizliyi və Əməyin Mühafizəsi sahəsini əks etdirən standart
OHSAS 18001-dir.
53. Keyfiyyət idarəetmə sisteminin inkişafını təmin etmək məqsədi
ilə sistematik, müstəqil, sənədləşmiş olaraq həyata keçirilən
proses necə adlanılır?
Keyfiyyət idarəetmə sisteminin inkişafını təmin etmək məqsədi ilə
sistematik, müstəqil, sənədləşmiş olaraq həyata keçirilən proses Audit
adlanılır.
54. Potensial təhlükələrin neqativ nəticələri və baş vermə ehtimalı nə
deməkdir?
Potensial təhlükələrin neqativ nəticələri və baş vermə ehtimalı Risk
deməkdir.
55. Ümumdünya standart günü və ya Ümumdünya standartlaş-
dırma günü nə vaxtdır?
Ümumdünya standart günü və ya Ümumdünya standartlaşdırma günü 14
oktyabrdır.
56. Beynəlxalq Standartlarda Sistem anlayışı nədir?
Beynəlxalq Standartlarda Sistem anlayışı Qarşılıqlı əlaqələrin və qarşılıqlı
fəaliyyətin məcmusudur.
57. Bir neçə idarəetmə sisteminin birgə təşkil edilən audit prosesi
necə adlanır?
Bir neçə idarəetmə sisteminin birgə təşkil edilən audit prosesi kompleks
audit adlanır.
58. Sənədləşmiş auditin məqsədləri, əhatə dairəsi və kriteriaları
özündə əks etdirən audit proqramı kim tərəfindən idarə olunur?
Baş auditor tərəfindən idarə olunur.
59. Auditin başlanması üçün təşkil edilən və məlumat xarakteri
daşıyan toplantı necə adlanır?
Auditin başlanması üçün təşkil edilən və məlumat xarakteri daşıyan
toplantı açılış toplantısı adlanır.
60. Xarici audit nədir?
Xarici audit Sertifikatlaşdırma təşkilatı tərəfindən keçirilən auditdir.
61. Enerji idarəetmə sistemi nədir?
Enerji siyasətinin və enerji məqsədlərinin eləcədə prosess və prosedurların
işlənməsinə və tətbiqinə yönəlmiş qarşılıqlı əlaqədə və ya qarşılıqlı
hərəkətdə olan elementlər toplusu deməkdir.
62. Enerji bazisi nədir?
Enerji məhsuldarlığının müqayisə edilməsi üçün əsas verən və kəmiyyət
baxımından hesablana bilən vahid enerji bazisidir.
Enerji bazisi konkret zaman nisbətində özünü əks etdirir. Enerji bazisi
enerji sərfiyyatı ilə əlaqədar parametrlərə uyğun olaraq normativləşdirilə
bilər: məsələn – istehlak həddi, temperatur-gün və s.
Enerji bazisi həm də enerjinin qənaətinə yönəlmiş hesabatlarda da
başlanğıc nöqtə kimi də enerji məhsuldarlığının yaxsılaşdırılmasına
yönəlmiş fəaliyyətdən əvvəlki və sonrakı xarakteristikaları müqayisə
etmək üçün istifadə edilə bilər.
63. Enerji məhsuldarlığı nədir?
İstehssal edilmiş mal-material, xidmət və ya enerji üçün sərf olunmuş
enerji ilə, daxil olunmuş (alınmış) enerji arasındakı əlaqədir.
Misal. Yeni formaya düşmə koofisienti; tələb olunan enerji/istifadə olunan
enerji; istehsal olunan güc/sərf olunan güc; işin yerinə yetirilməsi üçün
nəzərdə tutulmuş enerji/işə sərf olunmuş faktiki enerji.
64. Enerji təhlili nə deməkdir?
Müəssisənin enerji məhsuldarlığının verilmiş və əldə olunmuş məlumatlar
əsasında təyininə uyğun fəaliyyətinin yaxşılaşdırılması imkanlarının
identifikasiyasına enerji təhlili deyilir.
65. Şikayət nədir?
Bir müəssisəyə məhsulları və ya şikayətləri ələ alma prosesləri ilə əlaqədar
edilən məmnuniyyətsizlik ifadəsinə şikayət deyilir. Burada birbaşa və ya
dolayı olaraq cavab və ya həll gözlənilir.
66. Müştəri məmnuniyyəti nə deməkdir?
Həll edilən müştəri tələblərinin müştəri tərəfindən görünmə dərəcəsi.
67. Müştəri xidməti nə deməkdir?
Bir xidmətin tətbiq dövrü ərzində müştəri ilə təşkilatın qarşılıqlı əlaqəsi
müştəri xidməti adlanır.
68. Proses nə deməkdir?
Giriş məhfumunu çıxış məhfumuna çevirən fəaliyyətə proses deyilir.
İxtisarlar
ABA – Aralıq balon anbarları.
AQDS – Avtomobil qazdoldurma stansiyası
FİƏ – Faydalı iş əmsalı
İM – İdarəetmə məntəqəsi
İSYO – İnfraqırmızı şua yayan odluq
QDM – Qazdoldurucu məntəqə
QDS – Qazdoldurucu stansiya
QPS – Qaz paylayıcı stansiya
QTM – Qaz tənzimləyici məntəqə
QTQ – Qaz tənzimləyici qurğu
QAK – Qoruyucu atqı klapan
QBK – Qoruyucu bağlayıcı klapan
MKHQ – Mayeləşdirilmiş karbohirogen qazı
MİM – Mərkəzi idarəetmə məntəqəsi
NÖC – Nəzarət ölcü cihazı
NOM – Nəzarət olunan məntəqə
SYS – Suyun yuxarı səthi
TM və TPAİS – Telemexanizasiya və Texnoloji proseslərin
avtomatlaşdırılmış idarəetmə sistemləri.
İstifadə edilmiş ədəbiyyatların siyahısı:
1. Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları. 1987-ci il.
2. Qaz təsərrüfatında texniki təhlükəsizlik Qaydaları. 2005-ci il.
3. Qaz təsərrüfatında texniki istismar Qaydaları. 2008-ci il.
4. Azərbaycan neft sənayesində əməyin mühafizəsinin vahid idarəetmə sistemi.
2008-ci il.
5. Neft, qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi Qaydaları. 2012-ci il.
6. Qaz təchizatı. Layihələndirmə normaları AzDTN 2.13-1
7. Bədbəxt hadisələr və fövqəladə vəziyyətlər zamanı ilk tibbi yardım. 2008-ci il.
8. ISO 9001 “Keyfiyyəti İdarəetmə Sistemi” üzrə standart.
9. ISO 14001 “Ətraf mühitin idarə edilməsi sistemi” üzrə standart.
10. OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi” üzrə
standart.
Ölçmələrin vəhdətinin təmin eilməsi haqqında Azərbaycan Respublikasının
qanunu (13 iyun 2000-ci il N-893 İQ).
11. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27.01.2000-ci il tarixli 10
nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə
daşınması Qaydaları”.
12. Metalların qaynaq edilməsi və kəsilməsi D.L.Qlizmanenko.
13. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu.
Bakı, 1999.
14. “Qaz təchizatı haqqında “Azərbaycan Respublikasının Qanunu, 1999.
15. “Qazdan istifadə qaydaları”. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12
may 2011-ci il tarixli 80 № – li qərarı.
16. AzDTN 2.13- L “Qaz təchizatı. Layihələndirmə normaları”. Bakı, 2009.
17. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
18. “Azərbaycan Respublikasının yanacaq enerji kompleksinin inkişafı
19. (2005
2015 ci illər) üzrə Dövlət Proqramı.” Bakı, 2005.
20. РД
153-39.4-079-01. Методика определения расходов газа на
технологические нужды предприятий газового хозяйства и потерь в
системах распределения газа.
21. Методология расчета расхода природного газа на технологические нужды и
технические потери в распределительных сетях. Кишинев. 2001.
22. ГОСТ 5542-87. Газы горючие природные для промышленного и
коммунально- бытового назначения.
23. ГОСТ 2939 – 63.Газы. Условия для определения объема.
24. Газ природный. Методы расчета физических свойств.
25. Dənizdə Neft və Qazçıxarma idarələrində qazın sərfi normaları. V.İ.Əliyev,
Azərnəşr, Bakı. 2001.
26. Методика по расчету удельных показателей загрязняющих веществ в
выбросах (сбросах) в атмосферу (водоемы) на объектах газового хозяйства.
ОАО «Ростазификация». 1996г.
27. “Energetika haqqında” Azərbaycan Respublikasının Qanunu, 1998.
28. СТО ГАЗПРОМ 1 1-2005. Методические указания по расчету валовых
выбросов углеводородов в атмосферу в ОАО «ГАЗПРОМ»
29. Типовая методика расчета норм потребления природного газа населением в
квартирах (домах) на приготовление пищи, горячей воды и отопление в
условиях отсутствия приборов учета расхода газа (По состоянию на 18
октября 2006 г.).
30. «Azneft» İB-nin neft və qazçıxarma idarələrində və müştərək müəssisələrində
neftin və qazın texnoloji itkilərinin təyini. Metodiki göstəriş. Bakı, 2005.
31. “Qazın nəqlə hazırlanması, nəqli, saxlanması və korroziya problemləri” Elmi
əsərlər toplusu. Bakı, “Elm”, 2006.
32. Порядок содержания и ремонта внутридомового газового оборудования в
Российской Федерации. Приказ министра регионального развития РФ
26.06.2009 г. №239.
33. “Qaz təsərrüfatının istismarı”. Ə.Məlikov, Ə.İsmayılov, S.Rəsulov. Bakı,
34. Qaz təsərrüfatı müəssisələrində qaz sərfi və qazpaylayıcı şəbəkələrdə texniki
itkilərin təyin olunma metodikası. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
“Neftqazelmitədqiqatlayihə” İnstitutu. Bakı. 11.12.2012.
MÜNDƏRİCAT
1.
Ön söz . 3
I Bölmə.
2.
Qaz təsərrüfatı haqqında . 4
I Fəsil. Təbii qaz və qaz təsərrüfatı haqqında ümumi məlumat . 5
II Fəsil. Xarici qaz kəmərləri və üzərindəki avadanlıqlar, onların tikintisi
və istismarı qaydaları haqqında . 18
III Fəsil. Daxili qaz avadanlıqları və xətlərinin tikintisi və istismarı
haqqında . 61
IV Fəsil. Qəzaların ləğvi, məhdudlaşdırılması və qaz təhlükəli işlər
haqqında . 75
V Fəsil. Qaynaq işləri haqqında . 83
II Bölmə.
3.
Qazın alqı-satqısı, ölçü vasitələri və Qaz təsərrüfatı müəssisələrində
qaz sərfi və qazpaylayıcı şəbəkələrdə texniki itkilərin təyin olunması
metodikası haqqında . 99
I Fəsil. Qazın alqı-satqısı haqqında . 99
II Fəsil. Metrologiya haqqında . 105
III Fəsil. Smart sayğaclar haqqında . 112
IV Fəsil. Qaz təsərrüfatı müəssisələrində qaz sərfi və qazpaylayıcı
şəbəkələrdə texniki itkilərin təyin olunması metodikası haqqında . 124
III Bölmə.
4.
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası haqqında . 142
I Fəsil. Ümumi müddəalar . 142
II Fəsil. Tibbi xidmət və sağlamlıq haqqında . 156
III Fəsil. Əməyin təhlükəsizliyi üzrə işlərin təşkili haqqında . 172
IV Bölmə.
5.
Neft, qaz və neft-kimya sənayesində yanğın təhlükəsizliyi
qaydaları haqqında . 186
I Fəsil. Ümumi müddəalar . 186
II Fəsil. Anbarlarda yanğın təhlükəsizliyi qaydaları haqqında . 195
III Fəsil. İsitmə və ventilyasiya sistemlərində yanğın təhlükəsizliyi
qaydaları haqqında . 198
IV Fəsil. Yanğın təhlükəsizliyində su təsərrüfatı haqqında . 201
V Fəsil. Elektrik təsərrüfatında yanğın təhlükəsizliyi haqqında . 202
VI Fəsil. Qaz təsərrüfatının istismarında yanğın təhlükəsizliyi qaydaları
haqqında . 205
VII Fəsil. Nəqliyyat müəssisələrində yanğın təhlükəsizliyi haqqında . 209
VIII Fəsil. Yanğınsöndürmə qurğu və vasitələri haqqında . 212
V Bölmə.
6.
Yükqaldırma mexanizmləri, Təhlükəli yüklərin daşınması, Təhlükə
potensiallı obyektlər və Təzyiq altında işləyən qabların istismarı zamanı
təhlükəsizlik qaydaları haqqında . 215
I Fəsil. Yükqaldırma mexanizmləri haqqında . 215
II Fəsil Təhlükəli yüklərin daşınması zamanı təhlükəsizlik qaydaları
haqqında . 223
III Fəsil. Təhlükə potensiallı obyektlər haqqında . 227
IV Fəsil. Təzyiq altında işləyən qabların istismarı zamanı
təhlükəsizlik qaydaları haqqında . 230
VI Bölmə.
7.
Ətraf mühitin mühafizəsi haqqında . 238
VII Bölmə.
8.
Beynəlxalq idarəetmə sistemləri haqqında . 246
9.
İxtisarlar . 254
10.
İstifadə edilmiş ədəbiyyatların siyahısı . 255
“Natamam yanma dəm qazından boğulmalara səbəb olur” – FHN mütəxəssisi ilə müsahibə
Teleqraf.com -un suallarını Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti üzrə Dövlət Agentliyinin baş məsləhətçisi və baş müfəttişi Adil Xəlilov cavablandırıb:
-Adil müəllim, öncə dəm qazının fəsadları və yaranma səbəbləri haqda danışmağınızı istərdik.
-Dəm qazı tüstü bacalarının təmizlənməməsi, natamam yanma zamanı baş verən səbəblərdən ortaya çıxır. Bundan başqa, qaz cihazları ilə bağlı problemlər olur. İnsanlar qaz cihazı alanda onların standartlarına diqqət yetirməlidirlər. Bu cür hadisələrin əksəriyyəti obyektlərdə və yaşayış sahələrində müxtəlif növ məişət qaz cihazlarının quraşdırılması zamanı texniki təhlükəsizlik qaydalarınin tələblərinə riayət edilməməsi ucbatından baş verir. İnsanlar zavod istehsalı olan avadanlıq almalıdırlar. Qeyri-standart avadanlıqlar kustar üsulla düzəldilir, qaz və hava qarışığı düzgün tənzimlənmir. Qapı-pəncərə kip şəkildə bağlanırsa, oksigen tükənir, natamam yanma baş verir. Qapalı şəraitdə dəm qazı artır, insan hiss etmədən boğulur.
Onu da deyim ki, dəm qazı təmiz halda iysiz, rəngsiz, havadan yüngül, suda pis həll olunan qazdır. Natamam yanma məhsuludur, güclü zəhərləyici xassəyə malikdir. Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və bərk yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Çünki yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilərək tüstü borusu vasitəsi ilə xaric olunur.
Tüstü bacalarında dəm qazının çıxmasına maneçilik olanda insanlar bu qazla nəfəs alır və dəm qazından zəhərlənmə baş verir.
-Qaz cihazlarının yerinin dəyişdirilməsi də təhlükə faktoru sayılır.
– Əlbəttə. Bina tikinti normalarının tələblərinə uyğun hazırlanmış layihə üzrə tikilir. Təbii ki, otaqların, mətbəxin yeri həmin layihəyə uyğun hazırlanır. Yəni, mətbəxin xariclə əlaqələndirilməsi, təbii işıqlandırılma, mətbəxda nəfəslik nəzərdə tutulur. Qaz cihazı da müvafiq şəraitə uyğun quraşdırılır. Avadanlığın yerinin dəyişdirilməsi, yenidənqurma işlərinin aparılması yolverilməzdir. Dəyişikliklər yalnız layihə üzrə əsaslandırıldığı halda aparıla bilər.
-Mütəxəssislər deyirlər ki, evlərin tüstü bacalarının təmizlənməsinə cavabdeh qurum olmalıdır. Sizcə, belə bir quruma ehtiyac varmı?
-İstehsalçı tərəfindən yanmış qazların xaric olunması nəzərdə tutulan qaz cihazları istifadə olunan bütün otaqlarda tüstü bacaları olmalıdır və bu bacaların işlək vəziyyətdə olması dövri olaraq yoxlanılmalıdır. Tüstü bacalarının təmizlənməsi ilə məşğul olan ixtisaslaşdırılmış qurumlar var. Lakin bu qurumlar bağlanmış müqavilələr əsasında, yəni ödənişli əsasda tüstü bacalarını təmizləyir və texniki sazlığına görə məsuliyyət daşıyırlar. Ona görə də istehlakçılar qanunvericilik aktlarının tələbinə uyğun olaraq şəxsi mülkiyyətlərinə məxsus olan qaz təsərrüfatını istismar etdikləri dövrdə texniki saz vəziyyətdə saxlama və təhlükəsiz istismar etməyə görə cavabdehdirlər.
Öz məsuliyyətlərini və ailə üzvlərinin sağlamlığını nəzərə alaraq istehlakçılar tüstü bacalarının yoxlanılmasını və qaz təsərrüfatına texniki xidmətlərin göstərilməsini təmin etmək üçün ixtisaslaşdırılmış təşkilatlarla müqavilə bağlamalı və dövri xidmətlərin keçirilməsinə şərait yaratmalıdırlar.
-Qaz təsərrüfatı sahəsi hansı qanunvericiliklə tənzimlənir?
-Bu gün respublikamızda təbii qazin sənayedə və məişətdə tətbiqini tənzimləyən və qaz təsərrüfatlarının layihələndirilməsi, tikintisi və istismarı zamanı tikinti normalarını və təhlükəsizlik tələblərini özündə əks etdirən müvafiq qanunvericilik aktları mövcuddur. Bunlardan “Texniki təhlükəsizlik haqqında” və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunlarını, Az DTN 2.13-1 “Qaz təchizatı. Layihələndirmə normaları” tikinti normasını, “Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları”nı, “Qazdan istifadə Qaydaları”nı və “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nı göstərmək olar.
“Qazdan istifadə Qaydaları”nda təchizatçı ilə istehlakçı arasında mövcud olan vəzifə və öhdəliklər bölgüsü aydın şəkildə göstərilərək, hər iki tərəfə Az DTN 2.13-1 “Qaz təchizatı. Layihələndirmə normaları”, “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları” və “Qazdan istifadə qaydaları”na uyğun, tikinti-norma və qaydalarından irəli gələn tələblərin təmin olunması məsuliyyəti izah olunur.
Məhz bu normativ sənədlərin tələbləri ilə və bu tələblərin pozulmasının hansı acı nəticələrə gətirib çıxaracağı ilə vətəndaşları məlumatlandırmaq və maarifləndirmək məqsədi ilə FHN tərəfindən də mətbuat və televiziya kanalları vaistəsi ilə məqalələr və roliklər hazırlanaraq təqdim olunur. Vətəndaşların borcu bu aktlara riayət etməkdir ki, bu cür faciələr olmasın.
-Adil müəllim, dəm qazından zəhərlənmə əsasən hamam otaqlarında olur. Hamam otağının tikinti parametrləri necə olmalıdır?
-Tamamilə doğrudur, xüsusən fərdi yaşayış evlərinin hamam otaqlarında dəm qazından zəhərlənmə hallarına daha tez-tez rast gəlinir. Məhz bu səbəbdən mövcud qanunvericilik aktları ilə bu tip otaqlarda qaz cihazlarının quraşdırılmasına icazə verilmir. Mənzillərdə hər hansı təmir və ya yenidənqurma işləri aparılarkən bu cihazların mətbəx və ya qeyri-yaşayış otaqlarında yerləşdirilməsi tələb olunur.
-Təbii qazın hava ilə qarışığı hansı hədd daxilində yanğın və partlayışa səbəb ola bilər?
-Qazın zəhərlənmə və partlayış xüsusiyyətləri var. Əgər qapalı mühitdəki qaz-hava qarışığının 5-15 faizini qaz təşkil edirsə, artıq orada yanğın-partlayış hadisəsi baş verir.
-İnsanların dəm qazından zəhərlənmələri ilə bağlı hansı maarifləndirici tədbirlərə ehtiyac var?
-Maarifləndirməyə çox böyük ehtiyac var. Dəm qazı yanmamış qazdır, yəni istənilən məhsul yandıqda natamam yanma baş verə bilir. İzah etdiyimiz kimi, təbii qaz natamam yandıqda dəm qazı yaranır. Təəssüf ki, insanlar çox zaman standartlara uyğun olmayan cihazlar alır, müvafiq tələbləri pozur, məsuliyyətsizlik edir və nəticədə bu hadisələr baş verir. Partlayışlarda, yanğınlarda insan faktoru əsas rol oynayır. Qaz yanacağının evə daxil olan borusu, qaz cihazları daim nəzarətdə saxlanmalıdır.
-Fövqəladə Hallar Nazirliyi dəm qazı ilə bağlı hansı tədbirlər həyata keçirir?
-Respublika ərazisində qaz təchizatı və istehlakı sahəsində mövcud nöqsan və qanun pozuntularının aşkar edilməsi, qarşısının alınması və nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər hazırlanıb həyata keçirilir. Bu məqsədlə nazirliyin mütəxəssisləri tərəfindən respublika ərazisində yerləşən müxtəlif təyinatlı obyektlərdə mütəmadi müayinələr aparılır, qaz təsərrüfatında aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi üçün “Azəriqaz” İB-nə müvafiq məktublar ünvanlanır. Arzumuz odur ki, vətəndaşlarımız təhlükəsizlik qaydalarına düzgün riayət etsinlər.
İlhamə ƏBÜLFƏT
Comments are closed, but trackbacks and pingbacks are open.