Press "Enter" to skip to content

Qeyri-formal məşğulluq kitab

Qeyri-formal məşğulluq daha çox özünü qeyri-dövlət sektorunda, xüsusilə də, tikinti və xidmət sektorunda göstərir. Bu, bütün dünya ölkələri üçün xarakterikdir. Dünya Bankının hesablamalarına görə dünyada pərakəndə satış, tikinti və bu kimi bəzi sahələrdə məşğul olanların 80 faiizini qeyri-leqal fəaliyyət göstərənlər təşkil edir.

VERGİLƏR

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri əhalinin səmərəli məşğulluq imkanlarının artırılmasıdır. Bu sahədə görülən işlər, xüsusən dövlət başçısının tapşırığı ilə ölkəmizdə icra olunan özünüməşğulluq proqramı barədə AZƏRTAC-ın suallarını AMEA İqtisadiyyat İnstitutunun Elmi katibi, Türkdilli Dövlətlərin İqtidsadçıları İctimai Birliyinin sədri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva cavablandırıb.

– Rəsmiyyə xanım, ölkəmizdə əhalinin məşğulluğunun təmin olunması ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz, özünüməşğulluq proqramının bu istiqamətdə rolunu necə dəyərləndirirsiniz?

– Hər bir ölkədə məşğulluğun təmin olunması sosial-iqtisadi siyasətin əsas tərkib hissələrindən biri olmaqla, əhalinin sosial təminatının yaxşılaşdırılmasında ən mühüm vasitədir. Eyni zamanda, məşğulluq, təkcə işləyən əhalinin deyil, həmçinin işləyərək sığorta sistemində iştirak edənlərin də bu əsasda pensiyaya çıxdıqdan sonra pensiya təminatında müsbət rol oynayır.

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin mühüm tərkib hissəsi də əhalinin səmərəli məşğulluq imkanlarının artırılmasıdır. Bunun nəticəsi olaraq Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi xarakter almışdır, 2003-2018-ci illərdə ölkəmizdə yeni yaradılan iş yerlərinin sayı 2 milyondan çoxdur. Ölkənin demoqrafik inkişaf perspektivlərinə, ölkənin iqtisadi prioritetlərinə əsaslanan “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətini müəyyən edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq tədbirləri əhalinin səmərəli məşğulluğunun təminatında önəmli rolunu oynayır. Eyni zamanda, aztəminatlı ailələrin özünüməşğulluq formasında kiçik sahibkarlığa çıxışına imkan yaradan özünüməşğulluq proqramının, işsiz və işaxtaranların əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təminatına şərait yaratmış “İşsizin DOSTu” proqramının əhəmiyyətini xüsusi qeyd etmək olar.

Özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 9310-a çatıb. Bu proqrama cəlb olunmaq üçün müraciət edənlər arasında üstünlük verilən sosial cəhətdən həssas kateqoriyalardan biri də əlilliyi olan şəxslərdir. 2018-ci ildə müraciət edən əlilliyi olan şəxslərdən özünüməşğulluq fəaliyyətini və kiçik biznesini qurmaq üçün potensialları olan 1000 nəfərdən çox əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib.

2005-ci illə müqayisədə 2018-ci ildə ölkəmizdə iqtisadi fəal əhalinin sayı 17,2 faiz artaraq 4,380 milyon nəfərdən 5,133 milyon nəfərə, iqtisadi fəal əhalinin ümumi sayından məşğul olanların sayı isə 20,0 faiz artaraq 4,062 milyon nəfərdən 4,879 milyon nəfərə çatmışdır. 2005-ci illə müqayisədə 2018-ci ildə iqtisadi fəal əhalinin ümumi sayından məşğul olanların xüsusi çəkisi artmış, işsizlərin xüsusi çəkisi isə ciddi şəkildə azalaraq 4,9 faizə enmişdir.

Dövlət mülkiyyətinin özəlləşdirilməsi nəticəsində iqtisadiyyatda məşğul olanların mülkiyyət növləri üzrə bölgüsündə də dəyişikliklər baş vermişdir. Əgər 2000-ci ildə iqtisadiyyatda məşğul olanların 34,5 faizi dövlət, 65,5 faizi qeyri-dövlət sektorunda çalışırdısa, 2018-ci ildə iqtisadiyyatda məşğul olanların 23,7 faizi dövlət, 76,3 faizi isə qeyri-dövlət sektorunun payına düşmüşdür.

Müvafiq ildə təhsil, istirahət, əyləncə və incəsənət, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı kimi sahələrdə dövlət sektorunda, emal, mədənçıxarma sənayesində, tikintidə, turistlərin yerləşdirilməsi və ictimai iaşə, ticarət, nəqliyyat vasitələrinin təmiri kimi sahələrdə isə qeyri-dövlət sektorunda çalışanların xüsusi çəkisi daha yüksək olmuşdur.

– Son illərdə ölkəmizdə qeyri-formal məşğulluqla mübarizə güclənib. Ümumiyyətlə, qeyri-formal məşğulluq nədir və ölkəmizdə qeyri-formal məşğulluqla bağlı vəziyyət necədir?

– “Məşğulluq haqqında” Qanuna görə qeyri-formal məşğulluq – Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsidir.

Qeyri-formal məşğulluq daha çox özünü qeyri-dövlət sektorunda, xüsusilə də, tikinti və xidmət sektorunda göstərir. Bu, bütün dünya ölkələri üçün xarakterikdir. Dünya Bankının hesablamalarına görə dünyada pərakəndə satış, tikinti və bu kimi bəzi sahələrdə məşğul olanların 80 faiizini qeyri-leqal fəaliyyət göstərənlər təşkil edir.

Ümumiyyətlə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının araşdırmalarına görə dünyada 1 milyard 800 milyondan artıq insan qeyri-formal əmək bazarının iştirakçısıdır. Qeyri-formal məşğulluğun 93 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. Qanunvericiliyə görə, əmək müqaviləsi, xidməti müqavilə ilə çalışanlar, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, torpaq mülkiyyətçiləri daxil olmaqla qanuni əmək və yaxud sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs (ev təsərrüfatı subyektləri) məcburi dövlət sosial sığorta ödənişi etməlidir.

– Qeyri-formal məşğulluğun hansı mənfi sosial nəticələri olur?

– Qeyri-formal məşğulluq işçini sosial təminat hüquqlarından (işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək, sosial məzuniyyət ala bilmək, gələcəkdə pensiya almaq və s.) mərhum edir. Həmçinin, qeyri-formal məşğulluq vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurur. Ona görə də hər bir işəgötürən və işçi arasında əmək münasibətləri rəsmiləşdirilməlidir.

– Əhali arasında qeyri-formal məşğulluğun sosial nəticələri ilə bağlı məlumatlılıq nə vəziyyətdədir?

– Əhali arasında bu məsələ ilə bağlı ciddi maarifləndirmə işləri aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə ardıcıl və məqsədyönlü işlər görür. Bu işlər, həmçinin nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xətti ilə mütəmadi olaraq işəgötürənlər və işçilərin iştirakı ilə əmək qanunvericiliyi, onun tətbiqi ilə bağlı, həmçinin qeyri-formal məşğulluğunun qarşısının alınması mövzularında maarifləndirici tədbirlərin təşkil olunması təqdirəlayiqdir. Nümunə üçün, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi elan etmişdir. Bu qrant müsabiqəsinin mövzularından bir neçəsi də məhz qeyri-formal məşğulluğa həsr olunmuşdu. Düşünürəm ki, maarifləndirmə prosesinə vətəndaş cəmiyyəti institutlarının cəlb olunması işin səmərəliliyini daha da artıracaq.

– Ölkəmizdə qeyri-formal məşğulluğun səviyyəsinin azaldılması ilə bağlı nə təklif edirsiniz?

– Ölkəmizdə keçən ilə kimi işəgötürənlər üçün sosial sığorta haqları çox yüksək – 22 faız təşkil edirdi. Bu da qeyri-formal məşğulluğun xüsusi çəkisinin yüksək olmasına təsir göstərən ən ciddi faktor idi. Qeyri-formal məşğulluğun xüsusi çəkisinin azaldılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti 2018-ci il 30 noyabr tarixində “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq etdi. Bu qanuna görə məcburi sosial sığorta haqlarında bəzi dəyişikliklər edildi və neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqlarına 2019-cu il yanvarın 1-dən 7 il müddətində güzəştlər nəzərdə tutuldu. Fikrimcə, bu islahat qeyri-formal məşğulluğun səviyyəsinin azaldılmasına ciddi şəkildə müsbət təsir göstərir. 2019-cu il ərzində təqdim edilən iki sosial paket çərçivəsində minimum əməkhaqqı da 2 dəfəyə yaxın artırılaraq 130 manatdan 250 manata çatdırılıb. Bu da qeyri-formal məşğulluğun azaldılmasına öz müsbət təsirini göstərir. Ümumilikdə görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında davamlı artıma səbəb olur. Təkcə bu ilin ötən dövründə əmək müqavilələrinin sayında 150 mindən çox artım özünü göstərib.

Bu əsaslı dəyişiklik, ölkədə qeyri-formal məşğulluğun səviyyəsinin aşağı enməsini göstərməklə, eyni zamanda əhalinin sosial təminatının yaxşılaşdırılması prosesinin bir göstəricisidir. Təbii ki, bundan sonra da əhali arasında müvafiq maarifləndirmə işinin genişləndirilməsi zəruridir. Çünki qeyri-formal məşğul olan insan hansı sosial təminat hüquqlarından məhrum olduğunu bilməlidir.

Qeyri-formal məşğulluq kitab

“2020-ci ildə “Əmək münasibətləri və məşğulluq” altsistemi – ƏMAS adlı vahid əmək münasibətləri platformasının yaradılmasına başladıq”.

FED.az xəbər verir ki, bunu bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında bildirib.

M. Abbasbəyli bildirib ki, bu sistem ölkənin həm əmək qanunvericiliyinin, həm məşğulluq siyasətinin, eyni zamanda kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına gətirib çıxaracaq: “Bu sistem bizə imkan verəcək ki, mərhələli şəkildə kağız əmək müqavilələrini ləğv edək, eyni zamanda əmək kitabçalarının dövriyyədən çıxarılmasını həyata keçirək. Bundan əlavə ezamiyyə vərəqələrini, kağız üzərində əmirləri, ştat cədvəllərini, digər kağız daşıyıcılarını ləğv edərək elektron müstəviyə çəkməyi nəzərdə tuturuq”. (Apa)

Sosial

Qeyri-formal məşğulluq üzrə qanunvericiliyin təkmilləşdirilməsi müzakirə olunub

03 mart 2023 13:17 (UTC +04:00)

Xəbər Lenti

Bayram günündə yol qəzalarında 2 nəfər ölüb

21 mart 2023

Naxçıvanda 8 nəfər qidadan zəhərlənib

21 mart 2023

Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir – FOTO

21 mart 2023

Laçın-Xankəndi yolunda aksiya 100 gündür davam edir – FOTO

21 mart 2023

Yaponiyanın Baş naziri Ukraynaya səfər edib – YENİLƏNİB

21 mart 2023

Si Cinpin: “Çin Ukrayna məsələsinin həllində konstruktiv rol oynamağa hazırdır”

21 mart 2023

Kosta-Rika sahillərində güclü zəlzələ baş verib

21 mart 2023

Maduro neft nazirini korrupsiya qalmaqalına görə işdən azad edib

21 mart 2023

Yermak Baydenin müşaviri ilə silah təchizatını müzakirə edib

21 mart 2023

ABŞ Trampın həbs olunmayacağını bildirib

21 mart 2023

Şimali Koreya ABŞ-la vuruşmaq üçün 1 milyondan çox insanın orduya yazıldığını açıqlayıb

21 mart 2023

Moldova üç aylıq fasilədən sonra yenidən “Qazprom”dan qaz alır

21 mart 2023

Rusiyanın “Kalibr” raketləri daşınarkən Krımda məhv edilib

21 mart 2023

Şolts Putinlə telefon danışıqlarının müddəti barədə danışıb

21 mart 2023

Bayden koronavirusun mənşəyi ilə bağlı məlumatların məxfiliyinin açılmasını tələb edən qanunu imzalayıb

21 mart 2023

Azərbaycana yaz fəsli daxil olub

21 mart 2023

Blinken Novruz bayramı münasibəti ilə hər kəsi təbrik edib

21 mart 2023

Gəncədə yol qəzası zamanı avtomobil mağazaya çırpılıb

21 mart 2023

Lənkəranda yol qəzası zamanı 4 nəfər xəsarət alıb – FOTO

21 mart 2023

KİV: İran ilə AEBA arasında əhəmiyyətli razılaşmalar əldə olunub

21 mart 2023

Zelenski Avstriya Kansleri ilə telefon danışığı aparıb

21 mart 2023

Çavuşoğlu Yunanıstanın xarici işlər naziri ilə görüşüb

20 mart 2023

Gəncədə 58 yaşlı qadını maşın vurub

20 mart 2023

Toivo Klaar Çavuşoğlu ilə Brüsseldə görüşüb

20 mart 2023

Vladimir Putinlə Si Cinpin arasında görüş 4 saatdan çox davam edib – YENİLƏNİB

20 mart 2023

Yevlaxda itkin düşən 4 yeniyetmə tapılıb – FOTO – YENİLƏNİB

20 mart 2023

Sabirabadda iki azyaşlını avtomobil vurub

20 mart 2023

Çavuşoğlu: “PKK İsveçdəki fəaliyyətini davam etdirir”

20 mart 2023

Şarl Mişel Novruz bayramı ilə bağlı paylaşım edib

20 mart 2023

Co Bayden: “Novruz bayramını qeyd edən hər kəsi təbrik edirəm”

20 mart 2023

Azərbaycan Türkiyənin zəlzələ bölgəsində yaşayış binalarının, sosial obyektlərin və təhsil ocaqlarının tikintisinə 100 milyon dollar ayırıb

20 mart 2023

Ulf Kristersson: “Beynəlxalq donorlar Türkiyə və Suriyadakı zəlzələlər üçün 7 milyard avro yardım ayıracaq”

20 mart 2023

Ceyhun Bayramov zəlzələ bölgəsində bərpa və quruculuq işlərində Azərbaycanın dəstəyinin davam edəcəyini açıqlayıb – YENİLƏNİB

20 mart 2023

Bakıda açıq ərazidə yanğın baş verib

20 mart 2023

Türkiyədə sel nəticəsində ölənlərin sayı 20-ə çatıb

20 mart 2023

Talış kəndində 30 ildən sonra ilk dəfə bayram tonqalı yandırılıb, atəşfəşanlıq olub – FOTO – VİDEO – YENİLƏNİB

20 mart 2023

Deputat: Artıq Avropa İttifaqı təxribat törədən Ermənistana qarşı müəyyən addımlar atmalıdır

20 mart 2023

Yonhap: Cənubi Koreya startapı HANBIT-TLV daşıyıcı raketinin sınaq buraxılışını həyata keçirib

20 mart 2023

Modi Xirosimada G7 sammitində iştirak etmək dəvətini qəbul edib

20 mart 2023

Türkiyə otellər üçün zəlzələyə davamlılıq sertifikatları təqdim edə bilər

20 mart 2023

Şuşada bayram tonqalı yandırılıb – FOTO – VİDEO

20 mart 2023

Ağ Ev Bayden və Si Cinpinq arasında danışıqların hələ planlaşdırılmadığını bildirib

20 mart 2023

DİN:Texniki Baxış Mərkəzləri Novruz bayramı günlərində sürücülərə fasiləsiz xidmət göstərəcək

20 mart 2023

XİN Mirzoyanın Lavrovla görüşü və brifinq zamanı səsləndirdiyi fikirlərə cavab verib: İftira dolu fikirləri qətiyyətlə pisləyir və rədd edirik

20 mart 2023

Stoltenberq: İsveçin yaxın gələcəkdə tamhüquqlu üzv olmasını təmin etmək əsas prioritet olacaq

20 mart 2023

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli xəbərləri əldə etmək üçün qeydiyyatdan keçin

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli videoları əldə etmək üçün qeydiyyatdan keçin.

DİQQƏT!

Hörmətli istifadəçi, ödənişli fotoları əldə etmək üçün qeydiyyatdan keçin.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2004 – 2021 Bütün müəllif hüquqları qorunur.

Comments are closed, but trackbacks and pingbacks are open.