Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsi müzakirə olunub
Azərbaycan qədim ölkədir, lakin gənc müstəqil dövlətdir. Azərbaycanın əsrlər boyu qorunmuş və saxlanılmış mədəni irsi, ənənələrimiz, musiqimiz, dilimiz, adətlərimiz siyasi sabitliklə birlikdə bizim müstəqilliyimizin təminatçısıdır. Azərbaycan muğamı 2003-cü ildə bəşəriyyətin şifahi və qeyri-maddi irsi incilərinin siyahısına daxil edilmişdir. Muğam qədim incəsənətdir və onun dərin fəlsəfəsi bir nəsildən digər nəslə ötürülməlidir. Xalq yaradıcılıq sənətinin qorunması, bərpası və inkişafı Azərbaycanda dövlətin mədəniyyət siyasətinin prioritetlərindən biridir.
Qeyri-maddi mdni irsin qorunması haqqında konvensi ya
İyunun 26-da Parisdə YUNESKO-nun mədəniyyət bölməsinin təşəbbüsü ilə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyanı ratifikasiya etmiş ölkələrin Baş Assambleyasının ilk iclası keçirilib. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iclasda iştirak edib.
Mehriban Əliyeva iclasda çıxış edib.
Mehriban Əliyevanın çıxışı:
– Cənab baş direktor,
Xanımlar və cənablar!
İlk növbədə, qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın qüvvəyə minməsi kimi əlamətdar hadisə münasibətilə sizin hamınızı təbrik etmək istəyirəm.
Mən iştirakçı dövlətlərin Baş Assambleyasında iştirak etmək üçün dəvətinə, eləcə də bu Konvensiyanın üzv dövlətlər tərəfindən tezliklə ratifikasiyasına yönəlmiş səylərinə görə YUNESKO-nun baş direktoru Koişiro Matsuuraya minnətdarlığımı bildirirəm.
Qeyri-maddi mədəni irs dünya xalqlarının genetik əsasını təşkil edir. Həmin əsas əsrlər boyu qurulmuş və xalqların, etnik qrupların formalaşmasında, özlərinin ümumiliyinin dərk edilməsində və sonra isə millətlərin və dövlətçiliyin formalaşmasında vacib rol oynamışdır.
Bu gün, biz dünya xəritəsində bir çox millətlərin yaşadığı 190-dan çox dövlət görürük. Onların hər birinin özündə maddi və qeyri-maddi mədəni dəyərləri birləşdirən özünəməxsus tarixi irsi var. Hər bir dövlətin vəzifəsi nəinki həmin dəyərlərin qorunması, həm də yeni nəsillərin həmin dövlətin özünəməxsus adət və ənənələri əsasında tərbiyələndirilməsi üçün şərait yaradılmasından ibarət olmalıdır.
Bəşəriyyətin hazırkı inkişaf mərhələsi insanın praktik olaraq, bütün fəaliyyət sahələrini əhatə etmiş qloballaşma ilə səciyyələnir. Təbii ki, qloballaşma özü ilə bir çox üstünlüklər gətirir və bəşəriyyət qarşısında duran problemlərin həlli üçün yeni imkanlar açır. Xüsusən də müxtəlif mədəniyyətlərin bir-birinə qovuşması və hər mədəniyyətin bütün bəşəriyyət üçün dəyərinin qavranılması baş verir. Lakin, eyni zamanda, qloballaşma yeni təhdidlər və çağırışlarla müşayiət olunur. Onlardan ən təhlükəlisi isə stereotiplərin diktə olunmasıdır. Bunların sırasında ən zəifi məhz qeyri-maddi mədəni dəyərlərdir. Bu gün nəinki incəsənət əşyalarının, həm də adət-ənənələrin, ritualların, yəni mədəniyyətin ən qədim ifadə formasının qorunmasına ehtiyac duyulur.
Bu, həmçinin yaranmış qeyri-dözümsüzlük, dinlərarası toqquşma, terrorçuluq və ekstremizm meyilləri qarşısında mühüm əhəmiyyət kəsb edir. Bir çox hallarda, həmin meyillərin əsasında mədəni bələdçi istiqamətlərin və dəyərlərin itirilməsi durur. Bütün sivil xalqlar bu bəlaya qarşı mübarizədə öz səylərini birləşdirməlidir, çünki bu maneəni yalnız birbaşa və səmimi dialoq vasitəsilə aradan qaldırmaq olar.
Bu baxımdan, Konvensiyanın qüvvəyə minməsi bəşəriyyətin mədəni irsinin qorunub saxlanılmasına yönəlmiş və vaxtında atılmış addımdır.
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiya dünya mədəniyyətinə böyük töhfə vermiş Azərbaycan xalqı üçün də böyük əhəmiyyət daşıyır.
Azərbaycan qədim ölkədir, lakin gənc müstəqil dövlətdir. Azərbaycanın əsrlər boyu qorunmuş və saxlanılmış mədəni irsi, ənənələrimiz, musiqimiz, dilimiz, adətlərimiz siyasi sabitliklə birlikdə bizim müstəqilliyimizin təminatçısıdır. Azərbaycan muğamı 2003-cü ildə bəşəriyyətin şifahi və qeyri-maddi irsi incilərinin siyahısına daxil edilmişdir. Muğam qədim incəsənətdir və onun dərin fəlsəfəsi bir nəsildən digər nəslə ötürülməlidir. Xalq yaradıcılıq sənətinin qorunması, bərpası və inkişafı Azərbaycanda dövlətin mədəniyyət siyasətinin prioritetlərindən biridir.
Azərbaycan çoxmillətli ölkədir və bu, xalqımızın sərvətidir. Milli azlıqların mədəniyyətinin inkişafı daim dövlətin diqqət mərkəzindədir. Müxtəlif dinlərə aid bütün tarixi abidələr dövlət tərəfindən qorunur və saxlanılır. Azərbaycanlıların dini dözümlülüyü dünyada yaxşı məlumdur və yüksək qiymətləndirilir.
Mən iclas iştirakçılarını məmnunluq hissi ilə məlumatlandırmaq istəyirəm ki, Konvensiyanın ratifikasiya prosesi Azərbaycanda son mərhələdədir və yaxın gələcəkdə bizim ölkəmiz həmin Konvensiyanın iştirakçısı olan dövlətlərin siyahısına daxil olacaqdır.
Bu gün dünyada münaqişələr mövcuddur, müharibələr gedir. Bütün bəşəriyyətə məxsus olan tarixi və mədəni dəyərlər məhv edilir. Bir çox şeylər birdəfəlik itirilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində xalqımızın yüzlərlə qədim memarlıq və mədəniyyət abidələri dağıdılıbdır. Ənənəvi olaraq, ən yaxşı muğam ustalarının doğulub boya-başa çatdığı şəhərlər bu gün tamamilə yerlə-yeksan edilibdir. Bununla bağlı, icazə verin, münaqişələr zonalarında yerləşən mədəni və tarixi abidələrin taleyinə beynəlxalq təşkilatlar və bütövlükdə, dünya ictimaiyyətinin daha böyük diqqətinin vacibliyini bir daha vurğulayım. Mədəni irsə qarşı təcavüz qəbuledilməzdir. Öz mədəniyyətinə hörmət edərək və onu qoruyaraq, eyni zamanda, ümumbəşər və dünya mədəniyyətinə də hörmətlə yanaşmaq və onu qorumaq vacibdir.
Bu gün dünyada cərəyan edən hadisələrlə bağlı birmənalı yekun fikirlər söyləmək kifayət qədər çətindir. Lakin bir məsələ tam aydındır: mədəniyyət daha geniş anlamda müasir cəmiyyətin bir çox problemlərini həll edə biləcək universal vasitədir. Buna görə də bəşəriyyətin mədəni irsinin qorunması və saxlanılması bizim üçün olduqca vacibdir.
Sonda, mən bu Konvensiyanın tezliklə ratifikasiyasına yönəlmiş böyük səylərinə görə YUNESKO-nun baş direktoru Koişiro Matsuuraya bir daha öz minnətdarlığımı bildirmək istəyirəm.
Mən sizin hamınıza gələcək illər ərzində uğurlu və məhsuldar iş arzulayıram.
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihəsi müzakirə olunub
Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının iyunun 7-də keçirilən iclasında YUNESKO-nun 2003-cü il 17 oktyabr tarixli “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihəsi müzakirə olunub. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
Komissiyanın sədri Nizami Cəfərov deyib ki, Azərbaycan prezidentinin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi qanun layihəsi ölkəmizin qeyri-maddi mədəni irsinin qorunmasına xidmət edir. Sonra o, qeyri-maddi mədəni irsin qorunması istiqamətində görülən işlərdən danışıb. Bu sahədə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd edib. Bildirib ki, bu Konvensiyaya qoşulmaq da məhz Mehriban xanımın təşəbbüsüdür: “Sənədi təsdiq etməklə biz xalqımızın zəngin qeyri-maddi mədəni irsinin qorunması istiqamətində daha bir mühüm addım atmış olacağıq”.
Müzakirələr zamanı deputatlar Konvensiyanın ayrı-ayrı maddələri barədə fikirlərini bildirmiş, milli-mədəni sərvətlərimizin qorunmasında və gələcək nəsillərə çatdırılmasında Mehriban Əliyevanın xidmətlərini yüksək qiymətləndirib, sənədin Azərbaycanın milli maraqlarına tam cavab verdiyini xüsusi vurğulayıblar.
Sonda qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunub.
Qeyri-maddi mədəni irsin qorunmasında təcrübə və yeniliklər
Xəbər verdiyimiz kimi, 13-14 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin dəstəyi, Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının (AYSF) tərəfdaşlığı ilə “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində treninq təşkil edilib. “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən keçirilən təlim kursunun mövzusu UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyası (2003) olub.
Təlim kursunun ikinci günündə “Azərxalça” ASC-nin mətbuat katibi Xatuna Abdullayevaya 15 regional emalatxanası olan qurumun fəaliyyətindən, milli xalça sənətinin inkişafı, dünyada tanıdılması istiqamətində gördüyü işlərdən danışıb. Məruzəçi “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” üzrə xarici ölkələrdə təşkil olunan sərgilər, beynəlxalq ekspozisiyalar haqqında da məlumat verib.
Təlim proqramının rəhbəri, AYSF İdarə heyətinin sədri Vasif Eyvazzadə təlim kursunun UNESCO-nun qeyri-maddi mədəni irs nümunələrinin beynəlxalq səviyyədə qorunmasının təmin edilməsi istiqamətində fəaliyyət göstərən orqanlar Baş Konfrans, Hökumətlərarası Komitə, Komitənin Bürosu, Qiymətləndirmə Orqanı və Katibliyin fəaliyyətlərinə dair real təcrübəyə əsaslanan bilikləri və faydalı məsləhətləri təlim iştirakçıları ilə bölüşüb, iştirakçıların mövzuya dair suallarını cavablandırıb.
Türkiyənin Ənənəvi Sənətlər Birliyinin əməkdaşı, təlimçi Sona Tomaç UNESCO Konvensiyasına uyğun olaraq milli səviyyədə qoruma tələb edən qeyri-maddi mədəni irs nümunələri ilə bağlı zəruri fəaliyyətlər haqqında danışıb. Məruzəçi irs nümunələrinin inventarlaşdırılması, nümunələrin yaşadılması üçün bilik-bacarıqların artırılması, milli dəstək mexanizmlərindən bəhs edib.
İstanbul Texniki Universitetinin Ənənəvi sənətlər şöbəsinin müdir müavini, sənətşünas Aslıhan Erkmenin “Türkiyənin ustaları” adlı layihəsi, onun Mərmərə bölgəsi üzrə pilot mərhələsinin nəticələri, ayrı-ayrı ənənəvi sənət növləri üzrə inventarlaşdırma, sənətlər və həmin sənətlərlə məşğul olan ustalara dair məlumatların təhlili imkanlarından danışıb.
Vasif Eyvazzadə Türkiyənin Ənənəvi Sənətlər Birliyi ilə birgə əməkdaşlıqda hazırlanmış “Azərbaycan sənətkarları” layihəsi, bu layihənin ölkəmizdə ənənəvi sənət növlərinin qorunması və vəziyyətin təhlili imkanlarının artırılmasına verəcəyi töhfələr və bu sahədə həllini gözləyən məsələlər haqqında danışıb.
Sonra iştirakçılarla regionlar üzrə qeyri-maddi mədəni irs nümunələrinə dair fikir mübadiləsi aparılıb və hər birinə dair xarakterik elementlər sadalanaraq onların gələcəkdə daha yaxşı qorunması üçün layihə və təşəbbüslərə çağırış edilib.
Təlim kursunda həmçinin “ABAD” Publik Hüquqi Şəxsin direktoru Rüfət Elçiyev ənənəvi sənət növlərinin yaşadılması və bu istiqamətdə ailə bizneslərinə və təsərrüfatlarına dəstək istiqamətində bir dövlət layihəsi kimi bu çərçivədə icra olunan fəaliyyətlər barədə danışıb.
Təlimçilər Sona Tomaç qeyri-maddi mədəni irs nümunələrinin qorunmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətindən, bu istiqamətdə Beynəlxalq Fondun imkanlarından, dəstəklənən layihələrdən, Aslıhan Erkmen dövri hesabatlarla bağlı qaydalar, qeyri-maddi irsin qorunmasında vətəndaş cəmiyyəti təşkilatlarının rolundan da bəhs ediblər.
Sonda təlim kursunun iştirakçılarına sertifikatlar təqdim edilib
Qeyd edək ki, təlim kursunda Mədəniyyət Nazirliyi və regional idarələrin əhatə etdiyi mədəniyyət müəssisələri, Dövlət Turizm Agentliyi, Mədəniyyət və İncəsənət Universiteti, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, AMEA-nın Əlyazmalar İnstitutu və digər təşkilatlardan dinləyicilər iştirak ediblər.
Comments are closed, but trackbacks and pingbacks are open.