Press "Enter" to skip to content

Azərbaycan UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin sessiyasında təmsil olunur

3) şifahi ənənələr və ifadə formaları

Qeyri-maddi mədəni irs nümunələrinin qorunması

İyunun 26-da Parisdə YUNESKO-nun mədəniyyət bölməsinin təşəbbüsü ilə “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyanı ratifikasiya etmiş ölkələrin Baş Assambleyasının ilk iclası keçirilib. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iclasda iştirak edib.

Mehriban Əliyeva iclasda çıxış edib.

Mehriban Əliyevanın çıxışı:

– Cənab baş direktor,

Xanımlar və cənablar!

İlk növbədə, qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın qüvvəyə minməsi kimi əlamətdar hadisə münasibətilə sizin hamınızı təbrik etmək istəyirəm.

Mən iştirakçı dövlətlərin Baş Assambleyasında iştirak etmək üçün dəvətinə, eləcə də bu Konvensiyanın üzv dövlətlər tərəfindən tezliklə ratifikasiyasına yönəlmiş səylərinə görə YUNESKO-nun baş direktoru Koişiro Matsuuraya minnətdarlığımı bildirirəm.

Qeyri-maddi mədəni irs dünya xalqlarının genetik əsasını təşkil edir. Həmin əsas əsrlər boyu qurulmuş və xalqların, etnik qrupların formalaşmasında, özlərinin ümumiliyinin dərk edilməsində və sonra isə millətlərin və dövlətçiliyin formalaşmasında vacib rol oynamışdır.

Bu gün, biz dünya xəritəsində bir çox millətlərin yaşadığı 190-dan çox dövlət görürük. Onların hər birinin özündə maddi və qeyri-maddi mədəni dəyərləri birləşdirən özünəməxsus tarixi irsi var. Hər bir dövlətin vəzifəsi nəinki həmin dəyərlərin qorunması, həm də yeni nəsillərin həmin dövlətin özünəməxsus adət və ənənələri əsasında tərbiyələndirilməsi üçün şərait yaradılmasından ibarət olmalıdır.

Bəşəriyyətin hazırkı inkişaf mərhələsi insanın praktik olaraq, bütün fəaliyyət sahələrini əhatə etmiş qloballaşma ilə səciyyələnir. Təbii ki, qloballaşma özü ilə bir çox üstünlüklər gətirir və bəşəriyyət qarşısında duran problemlərin həlli üçün yeni imkanlar açır. Xüsusən də müxtəlif mədəniyyətlərin bir-birinə qovuşması və hər mədəniyyətin bütün bəşəriyyət üçün dəyərinin qavranılması baş verir. Lakin, eyni zamanda, qloballaşma yeni təhdidlər və çağırışlarla müşayiət olunur. Onlardan ən təhlükəlisi isə stereotiplərin diktə olunmasıdır. Bunların sırasında ən zəifi məhz qeyri-maddi mədəni dəyərlərdir. Bu gün nəinki incəsənət əşyalarının, həm də adət-ənənələrin, ritualların, yəni mədəniyyətin ən qədim ifadə formasının qorunmasına ehtiyac duyulur.

Bu, həmçinin yaranmış qeyri-dözümsüzlük, dinlərarası toqquşma, terrorçuluq və ekstremizm meyilləri qarşısında mühüm əhəmiyyət kəsb edir. Bir çox hallarda, həmin meyillərin əsasında mədəni bələdçi istiqamətlərin və dəyərlərin itirilməsi durur. Bütün sivil xalqlar bu bəlaya qarşı mübarizədə öz səylərini birləşdirməlidir, çünki bu maneəni yalnız birbaşa və səmimi dialoq vasitəsilə aradan qaldırmaq olar.

Bu baxımdan, Konvensiyanın qüvvəyə minməsi bəşəriyyətin mədəni irsinin qorunub saxlanılmasına yönəlmiş və vaxtında atılmış addımdır.

“Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiya dünya mədəniyyətinə böyük töhfə vermiş Azərbaycan xalqı üçün də böyük əhəmiyyət daşıyır.

Azərbaycan qədim ölkədir, lakin gənc müstəqil dövlətdir. Azərbaycanın əsrlər boyu qorunmuş və saxlanılmış mədəni irsi, ənənələrimiz, musiqimiz, dilimiz, adətlərimiz siyasi sabitliklə birlikdə bizim müstəqilliyimizin təminatçısıdır. Azərbaycan muğamı 2003-cü ildə bəşəriyyətin şifahi və qeyri-maddi irsi incilərinin siyahısına daxil edilmişdir. Muğam qədim incəsənətdir və onun dərin fəlsəfəsi bir nəsildən digər nəslə ötürülməlidir. Xalq yaradıcılıq sənətinin qorunması, bərpası və inkişafı Azərbaycanda dövlətin mədəniyyət siyasətinin prioritetlərindən biridir.

Azərbaycan çoxmillətli ölkədir və bu, xalqımızın sərvətidir. Milli azlıqların mədəniyyətinin inkişafı daim dövlətin diqqət mərkəzindədir. Müxtəlif dinlərə aid bütün tarixi abidələr dövlət tərəfindən qorunur və saxlanılır. Azərbaycanlıların dini dözümlülüyü dünyada yaxşı məlumdur və yüksək qiymətləndirilir.

Mən iclas iştirakçılarını məmnunluq hissi ilə məlumatlandırmaq istəyirəm ki, Konvensiyanın ratifikasiya prosesi Azərbaycanda son mərhələdədir və yaxın gələcəkdə bizim ölkəmiz həmin Konvensiyanın iştirakçısı olan dövlətlərin siyahısına daxil olacaqdır.

Bu gün dünyada münaqişələr mövcuddur, müharibələr gedir. Bütün bəşəriyyətə məxsus olan tarixi və mədəni dəyərlər məhv edilir. Bir çox şeylər birdəfəlik itirilir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində xalqımızın yüzlərlə qədim memarlıq və mədəniyyət abidələri dağıdılıbdır. Ənənəvi olaraq, ən yaxşı muğam ustalarının doğulub boya-başa çatdığı şəhərlər bu gün tamamilə yerlə-yeksan edilibdir. Bununla bağlı, icazə verin, münaqişələr zonalarında yerləşən mədəni və tarixi abidələrin taleyinə beynəlxalq təşkilatlar və bütövlükdə, dünya ictimaiyyətinin daha böyük diqqətinin vacibliyini bir daha vurğulayım. Mədəni irsə qarşı təcavüz qəbuledilməzdir. Öz mədəniyyətinə hörmət edərək və onu qoruyaraq, eyni zamanda, ümumbəşər və dünya mədəniyyətinə də hörmətlə yanaşmaq və onu qorumaq vacibdir.

Bu gün dünyada cərəyan edən hadisələrlə bağlı birmənalı yekun fikirlər söyləmək kifayət qədər çətindir. Lakin bir məsələ tam aydındır: mədəniyyət daha geniş anlamda müasir cəmiyyətin bir çox problemlərini həll edə biləcək universal vasitədir. Buna görə də bəşəriyyətin mədəni irsinin qorunması və saxlanılması bizim üçün olduqca vacibdir.

Sonda, mən bu Konvensiyanın tezliklə ratifikasiyasına yönəlmiş böyük səylərinə görə YUNESKO-nun baş direktoru Koişiro Matsuuraya bir daha öz minnətdarlığımı bildirmək istəyirəm.

Mən sizin hamınıza gələcək illər ərzində uğurlu və məhsuldar iş arzulayıram.

Azərbaycan UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin sessiyasında təmsil olunur

Kolumbiya Respublikasının paytaxtı Boqota şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 14-cü sessiyası keçirilir. Komitənin 14-cü sessiyasında 138 ölkədən 1400-dən çox nümayəndə iştirak edir.

Sessiyada ölkəmizi Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov təmsil edirlər.

Sessiyada komitə və katibliyin təqdim etdiyi, həmçinin müvafiq siyahılara daxil edilmiş qeyri-maddi irs nümunələrinin cari vəziyyəti ilə bağlı hesabatlar dinlənilib və dövrü hesabat mexanizminin formalaşdırılması, təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil ediləcək 6 nominasiya ilə bağlı müzakirələr aparılıb.

Həmçinin sessiyada Konvensiya siyahılarına daxil edilmiş irs nümunələrinin qorunmasının davamlılığının təmin edilməsi, 2020-ci il üzrə Məsləhət Qurumunun yaradılması, 2003-cü il Konvensiyasının tətbiqi məsələlərinin, Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi məqsədilə müxtəlif ölkələr tərəfindən Komitəyə təqdim olunmuş 42 nominasiyanın, 3 beynəlxalq yardım xahişinin və gündəlikdə duran digər məsələlərin müzakirəsi gözlənilir.

Xatırladaq ki, Azərbaycan 2018-ci ilin iyunundan etibarən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin üzvüdür və qurumun işində fəal iştirak edir.

UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 14-cü sessiyası öz işini dekabrın 14-dək davam etdirəcək.

OXŞAR XƏBƏRLƏR

“Farslar ləhcəmizi lağa qoyurlar” – Cənubi azərbaycanlı müğənni

Cənubi Azərbaycandan olan bəstəkar, müğənni Arif Mehmandost Mədəniyyət TV-də yayımlanan “O” verilişinin qonağı olub. Proqramda sənətkar oradakı azərbaycanlıların məruz qaldıqları.

Yeni sənədli film – “Növbəti stansiya 20 Yanvar”

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 20 Yanvar faciəsinə həsr edilmiş “Növbəti stansiya 20 Yanvar” adlı film hazırlayıb. “Kino proqramları” redaksiyasının çəkdiyi sənə.

“Xudafərin”də Arazın o tayına işıq salırıq – “Mədəniyyət” kanalında yeni layihə

“Mədəniyyət” kanalı yanvarın 15-də “Xudafərin” adlı yeni layihəsini təqdim edib. “Xudafərin” könlü Təbriz həsrəti, qəlbi güney ayrılığı ilə qubarlanan yurddaşlarımızın o tayla bağ.

Azərbaycanda UNESCO-nun qeyri-maddi mədəni irs siyahısı

Azərbaycandan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına 19 nümunə daxildir. Bunlardan 17-i “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı”na, 2-i isə (Qarabağ atı ilə oynanılan Çovqan atüstü oyunu və Naxçıvanın ənənəvi qrup rəqsləri – yallı, köçəri, tənzərə) “Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısı”na daxil edilmişdir. “Ən Yaxşı Mühafizə Praktikalarının Reyestri”nə Azərbaycandan heç bir nümunə daxil edilməyib. Azərbaycandan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına əlavə edilən ilk nümunə olan Azərbaycan muğamı 2008-ci ildə siyahıya daxil edilib. [1]

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının 25 illiyi münasibətilə buraxılmış poçt markası (2019-cu il). Şəkildə Azərbaycan xalçası və tarı, şəbəkə sənəti, daş qoyun heykəli və Lahıc misgərlik nümunəsi təsvir edilmişdir.

Qeyri-maddi mədəni irs konsepsiyası UNESKO-nun 2003-cü ildə Parisdə keçirilən 32-ci sessiyasında qəbul edilmiş və 2006-cı ildə qüvvəyə minən “Qeyri-maddi mədəni irsin qorunması haqqında” konvensiya ilə tənzimlənir. [2] [3] Yeni irs elementlərinin UNESKO-nun qeyri-maddi mədəni irs siyahılarına daxil edilməsi konvensiya ilə yaradılmış Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitə tərəfindən müəyyən edilir. [4] UNESCO tərəfindən qeyri-maddi mədəni irslərə bayramlar, festivallar, tamaşalar, şifahi ənənələr, musiqi və əl işlərinin hazırlanması daxil edilir. [5]

Azərbaycandan seçilmiş UNESCO-nun qeyri-maddi mədəni irs nümunələri “Avropa və Şimali Amerika” kateqoriyasında götürülür. Azərbaycanın irs nümunələrindən 11-i sırf özünə məxsus, 8-i isə çoxmillətlidir. Çoxmillətli irs nümunələrinin paylaşıldığı ölkələr Qərbi, Mərkəzi və Cənubi Asiyadandır. Azərbaycanla ən çox ortaq irs nümunələrinə sahib olan ölkələr Türkiyə, İran, Qazaxıstan və Özbəkistandır.

Bəzi irs nümunələri spesifik olaraq Azərbaycanın regionlarına (Naxçıvan MR, Basqal, Lahıc, Göyçay, Şəki) aiddir. Spesikif olaraq ərazisinə ən çox mədəni irs aid edilən rayon İsmayıllı rayonudur (Basqal kəlağayıları və Lahıc misgərlik sənəti).

Mündəricat

  • 1 Siyahılar
    • 1.1 Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı
      • 1.1.1 2000-ci illər
      • 1.1.2 2010-cu illər
      • 1.1.3 2020-ci illər
      • 2.1 Davam edən nominasiyalar
      • 2.2 Ehtiyatdakı nominasiyalar
      • 3.1 Nominasiyalarda

      Ad (il): UNESCO qeydiyyatında rəsmi adı (qeydiyyatdan keçdiyi il) Növ: UNESCO tərəfindən irsin aid edildiyi növlər Ölkə: irsin aid olduğu ölkələr Haqqında: irsin Azərbaycan mədəniyyətində rolunun izahı, coğrafi göstərici kimi qeydiyyatı, UNESCO saytında verilən əlavə məlumatlar UNESCO: irsin UNESCO qeydiyyat nömrəsi Milli: irsin Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri qeydiyyat nömrəsi

      Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı Redaktə

      2000-ci illər Redaktə

      Ad (il) Növ Ölkə Haqqında İllüstrasiya Qeydiyyat
      UNESCO Milli
      1 Azərbaycan muğamı (2008) ifaçılıq sənətləri Azərbaycan Muğam azərbaycanlıların klassik musiqi və poetika incəsənətidir. [6] XIX əsrə qədər muğam sənəti feodalların saraylarında, daha sonra isə ədəbi və musiqi məclislərində inkişaf etmişdir. [7] [8] Hal-hazırda Azərbaycan muğamına 7 əsas muğam (Rast, Şur, Segah, Çahargah, Bayatı-Şiraz, Şüştər, Hümayun, Kürd-Ovşarı), zərbi muğamlar (Heyratı, Arazbarı, Səmayi–Şəms, Mənsuriyyə, Mani, Ovşarı, Heydəri, Qarabağ şikəstəsi, Kəsmə şikəstə) və rast muğamları (Mahur–Hindi, Orta Mahur, Bayatı-Qacar, Dügah) daxildir. Azərbaycanda muğam əsasən tar, kamança və qaval ifaçılarından ibarət muğam üçlüyü müşayiətində ifa edilir.

      Təsnif muğamdan əvvəl və ya sonra ifa edilir. Təsniflərin mətnlərini, əsasən qəzəllər təşkil edir, bəzi hallarda heca vəznli şeirlərdən — bayatı, gəraylı, qoşma və s. istifadə olunur. Təsniflərin məzmununda sevgi lirikası, ictimai motivlər, Azərbaycan təbiətinə rast gəlinir. [9] [10]

      Əlaqəli mövzular: sufizm, dini təcrübə və s.

      Biomlar: dağlar, şəhər əraziləri

      Təhlükə təşkil edən faktorlar: sürətli sosial-mədəni dəyişiklik

      Əlaqəli mövzular: köçərilik, hekayə danışma və s.

      Təhlükə təşkil edən faktorlar: kənddən şəhərə miqrasiya

      Əlaqəli mövzular: Yeni ilin qeyd edilməsi, məhsuldarlıq ritualı və s.

      2010-cu illər Redaktə

      Ad (il) Növ Ölkə Haqqında İllüstrasiya Qeydiyyat
      UNESCO Milli
      4 Azərbaycan xalça toxuculuğu ənənəvi sənəti (2010) 1) ənənəvi sənətkarlıq
      2) sosial təcrübələr, ayin və bayramlar
      3) şifahi ənənələr və ifadə formaları
      Azərbaycan Azərbaycan xalçaları Abşeron, Gəncə, Qazax, Şirvan, Qarabağ, Quba, Təbriz qruplarına bölünür. [17] XVI əsrdə Səfəvilərin hakimiyyətə gəlməsindən başlayaraq Azərbaycan xalçaçılıq sənəti misli görünməmiş mükəmməlliyə çatıb və sənaye əhəmiyyəti qazanıb. [18] [19] Azərbaycan Qafqaz xalçalarının əsas yaradılma mərkəzi idi və Azərbaycan toxucularının bacarıq və ideyaları bütün Qafqazda hiss edilirdi. [20]

      Quba, Şirvan, Qazax xalçaları mürəkkəb həndəsi naxışlarla xarakterizə olunur, buna çoxbucaqlı və ya ulduzşəkilli medalyonların mərkəzi sahəsindəki eyni ox üzərində yerləşən heyvan və insan sxematik fiqurları daxildir. Çiçək motivlərinin bol olduğu müxtəlif bitki ornamentləri isə Qarabağ xalçalarına xasdır. [21] Azərbaycan xalçalarında görünən həndəsi formalara tarixi politeizm inanclarına gedib çıxan svastikanı və romb və kvadratlarla əhatə edilən səkkizbucaqlı ulduzu göstərmək olar. Daha sonra Təbriz mədəniyyətinin təsiri ilə digər məktəblərdə bitki aləmi elementləri ortaya çıxır. [22]

      Əlaqəli mövzular: mifologiya, təbii boyalar və s.

      Tarın çanaq hissəsi tut ağacı, qolu qoz ağacı, kəllə hissəsi isə armud ağacından hazırlanır. Tar hazırlayan ustalar bu sənəti çox vaxt ailə üzvlərindən olan şagirdlərinə keçirirlər. Hal-hazırda Bakıda və ölkənin ətraf regionlarında onlarla belə usta var. [25]

      Əlaqəli mövzular: ailə, qonaqlıqlar və s.

      Biomlar: otlaqlar, dağlar

      2) sosial təcrübələr, ayin və bayramlar

      3) təbiət və kainata dair bilik və təcrübələr

      Coğrafi göstəricilər: yalxı ispirək kəlağayısı, duvağ kəlağayısı, Heyratı kəlağayısı, 7 rəng kəlağayısı, Abbasəli kəlağayısı [28] [29]

      Əlaqəli mövzular: illüstrasiya çapı, təbii boyalar və s.

      Biomlar: aqroekosistem, dağlar, şəhər əraziləri

      Əlaqəli mövzular: qravür, mebel və s.

      Biomlar: Dağlar, şəhər əraziləri

      Əlaqəli mövzular: köçərilik, məhsuldarlıq ritualı, ölünün yad edilməsi və s.

      Biomlar: aqroekosistem, şəhər əraziləri

      2) təbiət və kainata dair bilik və təcrübələr

      Azərbaycan dolmasının döyülmüş ətin büküldüyü materiala (yarpaq dolması, əvəlik dolması, kələm dolması, badımcan dolması, bağayarpağı dolması), eləcə də hazırlanan içliyin xüsusiyyətinə görə (yalançı dolma, müqəşşərli dolma və s.) fərqli növləri vardır. Azərbaycanda dolma yarpaq və doldurma olmaqla iki qrupa ayrılır. Yarpaq dolması içliyin müxtəlif bitki yarpaqlarına bükülməsi ilə hazırlanır. Bunun üçün, əsasən, üzüm yarpağından, habelə tut yarpağı, bağayarpağı, pip (fıstıq), zıx (turşəng, quzuqulağı), heyva, kələm yarpağından istifadə olunur. Doldurma dolmalar tərəvəz və ya meyvələrin içərisini içliklə doldurmaqla hazırlanır. Bu yeməyə pomidor, şirin bibər, badımcan, alma, heyva, boranı, xiyar, baş soğan və s. kimi dolma növləri aiddir. Bundan əlavə, doldurma dolmanın boranı dolması (içliklə doldurulmuş boranıdan hazırlanır), göbələk dolması (içliyi pendir və xırdalanmış çörəkdən hazırlanır), heyva dolması (içliyi ət, heyva, şabalıd, duz və göyərtidən hazırlanır), xiyar dolması, kartof dolması, soğan dolması kimi növləri olsa da, onlar müəyyən bölgələr üçün xarakterikdir. [38] [39]

      Coğrafi göstəricilər: limon dolması, quru dolma, ağ şanı dolması, zeytun dolması, qıra dolması, qoz dolması, alma dolması, balıq dolması, pip dolması, guba dolması [28] [40]

      Əlaqəli mövzular: qonaqpərvərlik, işin gender bölgüsü və s.

      Biomlar: aqroekosistem, dağlar, şəhər əraziləri

      2) ifaçılıq sənətləri

      İranika ensiklopediyasına görə Azərbaycan musiqi sənəti Qafqazın digər regionlarında, xüsusilə muğam sistemini və tar və kamança kimi simli musiqi alətlərini mənimsəyən ermənilər arasında ifa edilirdi. [42]

      Əlaqəli mövzular: epik poeziya, qonaqpərvərlik və s.

      Biomlar: aqroekosistem, şəhər əraziləri

      2) sosial təcrübələr, ayin və bayramlar

      3) şifahi ənənələr və ifadə formaları

      2018-ci ildə Dədə Qorqud dastanının ortaya çıxan üçüncü nüsxəsi Cənubi Azərbaycan, xüsusilə Təbriz ləhcəsində yazılmışdır. [47] Dövr olaraq XVII–XVIII əsrlərə aiddir. [48]

      Əlaqəli mövzular: köçərilik, mifologiya və s.

      Biomlar: aqroekosistem, otlaqlar, dağlar

      2020-ci illər Redaktə

      Ad (il) Növ Ölkə Haqqında İllüstrasiya Qeydiyyat
      UNESCO Milli
      12 Nar bayramı,
      ənənəvi nar festivalı və mədəniyyəti (2020)
      1) ənənəvi sənətkarlıq

      2) ifaçılıq sənətləri

      3) sosial təcrübələr, ayin və bayramlar

      4) şifahi ənənələr və ifadə formaları

      5) təbiət və kainata dair bilik və təcrübələr

      Azərbaycan Nar bayramı hər il oktyabr-noyabr aylarında Göyçay rayonunda nar məhsulunun ənənəvi istifadəsi və simvolik mənasını qeyd edən bayramdır. Narın becərilməsi sadəcə kulinariya üçün deyil, əl ustalığı, dekorativ incəsənət, əfsanələr, hekayə danışma və digər yaradıcı sahələr üçün ilham mənbəyidir. Həm nar, həm də bayramın özü ənənəvi yeməklərdən tutmuş poeziyaya qədər müxtəlif mədəni və sosial funksiyaları yerinə yetirir. Simvolik olaraq, nar uzun müddət dava edən məhsuldarlıq və bolluqla əlaqələndirilir, enerji mənbəyi hesab edilir. Azərbaycan əfsanələrində nar sevgi və istəyin rəmzidir. [49]

      Moskva azərbaycanlıları mədəni muxtariyyətinin təşəbbüsü ilə Nar bayramı Moskvada qeyd edilmişdir. [50]

      Əlaqəli mövzular: əfsanələr, hekayə danışma və s.

      2) təbiət və kainata dair bilik və təcrübələr

      Azərbaycan (3 ölkə ilə bir yerdə) XV əsrin ortalarında Qaraqoyunlu və daha sonra Ağqoyunlu dövlətləri ərazisində geniş yayılmış Təbriz miniatür məktəbinin “türkmən” üslubu meydana gəlmişdir. Bu üslubun bir çox miniatür nümunələri nəinki Təbrizdə, həm də müasir Azərbaycan ərazisində yerləşən bəzi orta əsr şəhərlərində, Şirvanşahlar dövlətinin paytaxtı Şamaxıda ortaya çıxmışdır (Şamaxı antologiya əlyazması, 1468, Britaniya muzeyi, London). [51] [52] [53]

      Orta əsrlərdə Azərbaycanda kitablara illüstrasiya çəkilməsi ənənəvi sənət idi. [54] XIX əsrin məşhur miniatüristləri Əvəzəli Muğani (“Kəlilə və Dimnə”, 1809), Mirzə Əliqulu (“Şahnamə”, 1850), Nəcəfqulu Şamaxılı (“Yusif və Züleyxa”, 1887) bu sənəti davam etdirmişdir. Rəssam Mir Möhsün Nəvvabın da kitab miniatürləri dövrümüzə qədər gəlib çatmışdır. Onlardan ən məşhuru 1864-cü ildə “Bəhr ül-həzən” (“Qəm dəryası”) əsərinə çəkdiyi 5 miniatürdür. [55] Sovet və müstəqillik dövründə də miniatür sənəti davam etmişdir. [53] [56]

      Əlaqəli mövzular: boya texnologiyası, əlyazmalar və s.

      2) sosial təcrübələr, ayin və bayramlar

      3) şifahi ənənələr və ifadə formaları

      4) təbiət və kainata dair bilik və təcrübələr

      Azərbaycanda istənilən yaşayış yerində çayxana var. Burada insanlar baş verən hadisələri müzakirə edir, qəzet oxuyur, nərd oynayırlar. [60] [61]

      Əlaqəli mövzular: yemək adətləri, sosial toplaşma və s.

      Biomlar: aqroekosistem, dağlar, şəhər əraziləri

      2) ifaçılıq sənətləri

      3) sosial təcrübələr, ayin və bayramlar

      Azərbaycan XVIII əsrin II yarısında bütün Azərbaycan xanlarının adi insanların bahadır adlandırdığı pəhləvanları var idi. [62] Pəhləvanların icra etdiyi oyunlara əlüstü tamaşalar, pudluq daşları ilə oynanılan yekba, sim üstündə rəqs elementləri daxildir. [63]

      İrandan sonra zorxananın yayıldığı ikinci ərazi Azərbaycandır. [64] Azərbaycanda zorxana kompleks oyun silsiləsindən (“sino oyunu”, “mil oyunu”, “ayaq düymə”, “kəbbadə”, “səngi-daşqaldırma”, “çərxi”, “güləş”) ibarətdir. Azərbaycandakı ən qədim zorxanalardan biri Bakıdakı XV əsr İçərişəhər zorxanasıdır. [65] XIX əsrdən etibarən Gəncə, Şuşa, Şəki, Naxçıvan, Şirvan şəhərlərində zorxanalar tikilmişdir. Zamanla zorxana hərbi üsulların öyrədildiyi məktəb statusunu itirmişdir, mərasim xarakteri almışdır. [66]

      Azərbaycan milli güləşində ayaqdan və şalvardan yapışmaq geniş yayılıb, badalaq, qarmaq, dəyirman, atma fəndlərinə icazə verilir. Döyüşə isinmək üçün “meydan gəzəndə” pəhləvanlar bir-birini salamlayır və rəqs addımları ilə birlikdə xalçanın əks tərəflərinə gedirlər. Döyüş zurna və nağara sədaları müşayiəti ilə həyata keçirilir. [67]

      Əlaqəli mövzular: hərbi təhsil, mənəvi dəyərlər və s.

      Biomlar: aqroekosistem, şəhər əraziləri

      Təhlükə təşkil edən faktorlar: represiv siyasət

      2) sosial təcrübələr, ayin və bayramlar

      3) şifahi ənənələr və ifadə formaları

      Azərbaycan (6 ölkə ilə bir yerdə) Molla Nəsrəddin lətifələri Azərbaycanda uzun illər bilinmiş, XIX əsrdən etibarən yazıya alınmağa başlamışdır. [68] 1906–1932-ci illərdə Azərbaycan ədibləri tərəfindən “Molla Nəsrəddin” satirik jurnalı dərc edilmişdir. [69] Azərbaycanda ənənəyə görə Molla Nəsrəddinin adını çəkən şəxs hökmən onun yeddi lətifəsini danışmalı, ona qulaq asanlar da sonra bunu davam etdirməlidir. [70]

      Əlaqəli mövzular: sosial mövzuda tənqid, hekayə söyləyiciliyi, atalar sözləri və s.

      Biomlar: aqroekosistem, daxili sulaq ərazilər, şəhər əraziləri

      2) sosial təcrübələr, ayin və bayramlar

      3) şifahi ənənələr və ifadə formaları

      4) təbiət və kainata dair bilik və təcrübələr

      Əlaqəli mövzular: toxuculuq sənətləri, təbii boyalar və s. Biomlar: aqroekosistem

      Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısı Redaktə

      Ad (il) Növ Ölkə Haqqında İllüstrasiya Qeydiyyat
      UNESCO Milli
      18 Qarabağ atı ilə oynanılan
      Çovqan atüstü oyunu (2013)
      sosial təcrübələr,
      ayin və bayramlar
      Azərbaycan Çovqan (və ya çövkən) Azərbaycanda milli idman növüdür. [74] Örənqalada tapılmış qab üzərində çovqan oyununun fraqmentlərinin təsvir edilməsi bu oyunun XI əsr Baylakanında (Beyləqan rayonu) mövcud olduğunu göstərir. Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərində və “Kitabi-Dədə Qorqud” dastanında çovqana rast gəlinir. 1960-cı ildən başlayaraq Azərbaycanda əvvəl nümayiş şəklində, sonra isə rəsmi şəkildə çovqan yarışları keçirilmişdir. [75]

      Əlaqəli mövzular: atçılıq oyunları, köçərilik və s.

      Biomlar: aqroekosistem, otlaq, dağlar

      Təhlükə təşkil edən faktorlar: münaqişələr, gənclərin marağının azalması, yetərsiz maliyyə resursları, əhəmiyyətinin itirilməsi, material çatışmazlığı, sürətli iqtisadi dəyişikliklər, repressiv siyasət, kənddən şəhərə miqrasiya

      2) sosial təcrübələr, ayin və bayramlar

      3) şifahi ənənələr və ifadə formaları

      Köçəri rəqsi pastoral oyun elementlərini əks etdirir. Köçəri xoreoqrafiyasındakı totemizmlə bağlı, heyvanlara məxsus hərəkətlər və vərdişlər rəqsin arxaik təbiətini göstərir. [78]

      Tənzərə rəqsi köçəridən xoreoqrafiya baxımından daha bəsit olduğu üçün əyləncə zamanı (toylarda, xalq mərasimlərində) daha çox oynanılır. Rəqsi zurna və nağara müşayiət edir. [79] [78]

      Əlaqəli mövzular: oyunlar, pantomim və s.

      Biomlar: aqroekosistem, quraq ərazilər, dağlar

      Təhlükə təşkil edən faktorlar: münaqişələr, ifaçıların azalması, əhəmiyyətinin itirilməsi, istifadə edilməməsi, repertuarın azalması, kənddən şəhərə miqrasiya, teatrlaşdırma

      Ən Yaxşı Mühafizə Praktikalarının Reyestri Redaktə

      Azərbaycandan UNESCO-nun bu siyahısına heç bir nümunə daxil deyil.

      Nominasiyalar Redaktə

      Ad (il): UNESCO nominasiyasında rəsmi adı (nominasiyanın müzakirə edildiyi və ya ediləcəyi il) Növ: İrsin aid edildiyi növlər Ölkə: Nominasiyanı tədqim edən ölkələr Haqqında: irsin Azərbaycan mədəniyyətində rolunun izahı UNESCO nominasiyası: Nominasiya ilə bağlı UNESCO linki Milli qeydiyyat: irsin Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri qeydiyyat nömrəsi

      Davam edən nominasiyalar Redaktə

      Ad (il) Növ Ölkə Haqqında İllüstrasiya UNESCO nominasiyası Milli qeydiyyat
      1 İllüminasiya sənəti: Təzhib [qeyd 4] (2023) ənənəvi sənətkarlıq Azərbaycan (4 ölkə ilə bir yerdə) Azərbaycan dilində yazılmış bu əlyazmalar təzhiblə bəzənmişdir: Məhəmməd Füzulinin “Leyli və Məcnun”u, Şah İsmayıl Xətainin 1628-ci ilə aid divan əlyazması və “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsi. [80] [81] [47] [1] [82]
      2 İftar və onun sosial-mədəni ənənələri (2023) sosial təcrübələr, ayin və bayramlar Azərbaycan (3 ölkə ilə bir yerdə) Ramazan bayramı zamanı iki dəfə yemək yeməyə icazə verilir: gün çıxmamış (obaşdanlıq) və şər qarışan vaxt (iftar). İftara qonaq çağırmaq və gedərkən şirniyyat aparmaq bir ənənəyə və vicdani borca çevrilmişdir və savab sayılır. Bundan başqa Ordubad şəhəri və ətraf kəndlərində 15-ci iftar günündə zəngin süfrə açılar və evlilik yolunda olan şəxslərin ailələri bir-birini ziyarət edərdilər. [83] DB0103000001
      3 Balaban [qeyd 5] ifaçılıq sənəti və onun hazırlanma ustalığı (2023) 1) ənənəvi sənətkarlıq

      2) ifaçılıq sənətləri

      2) təbiət və kainata dair bilik və təcrübələr

      Ehtiyatdakı nominasiyalar Redaktə

      Ad (il) Növ Ölkə Haqqında İllüstrasiya UNESCO nominasiyası Milli qeydiyyat
      5 Nicin mədəni mühiti (2012) sosial təcrübələr, ayin və bayramlar Azərbaycan Nicdə udinlər, azərbaycanlılar və ləzgilər yaşayır. [91] Burada üç kilsə (Müqəddəs Yelisey Kilsəsi, Müqəddəs Məryəm Ana kilsəsi, Tsilin kilsəsi) və bir məscid yerləşir. Nic udinlərinin ayrıca dialektləri var və ənənəvi olaraq Pasxa və Kala Axsibay bayramlarını qeyd edirlər. [92] [93] [1]
      6 Qırmızı Qəsəbənin
      mədəni mühiti (2012)
      Qırmızı Qəsəbə dünyada mövcud olan son ştetldir. [qeyd 6] Burada cuhuri dili danışılır. [94] [95] Qırmızı Qəsəbənin dağ yəhudiləri icması ənənəvi olaraq 300 il boyunca əkinçilik, bağçılıq və xalçaçılıqla məşğul olmuşdur. Dağ yəhudilərinin təsərrüfat fəaliyyətinin əsas göstəricilərindən biri olan xalçaçılıq nümunələri yun əsasında toxunmuşdur və Quba xalçaçılıq məktəbinə aiddir. [96] [97]

      Qeyri-maddi mədəni irs əməkdaşlığı Redaktə

      Qeydiyyata alınmış qeyri-maddi mədəni irs
      Ölkənin/irsin adı Novruz Lavaş Kamança Dədə Qorqud Miniatür Çay mədəniyyəti Molla Nəsrəddin İpəkçilik Ümumi say
      Əfqanıstan Y Y 2
      Hindistan Y 1
      İran Y Y Y Y Y 5
      İraq Y 1
      Qazaxıstan Y Y Y Y 4
      Qırğızıstan Y Y Y 3
      Özbəkistan Y Y Y Y 4
      Pakistan Y 1
      Tacikistan Y Y Y 3
      Türkiyə Y Y Y Y Y Y Y 7
      Türkmənistan Y Y Y 3

      Nominasiyalarda Redaktə

      Nominasiyalar Ümumi say
      Ölkənin/irsin adı Balaban Sədəfvurma Təzhib İftar
      İran Y Y 2
      Özbəkistan Y Y 2
      Tacikistan Y 1
      Türkiyə Y Y Y Y 4

Comments are closed, but trackbacks and pingbacks are open.