Press "Enter" to skip to content

BLOQ YAZISI

Bu zaman həmin qüvvələr özlərinin inkişafına üstünlük verməkdən çox, digərlərinin inkişafını ləngitməyə meyl edirlər. Bu da qlobal miqyasda kifayət qədər çətinliklər, süni maneələr yaradır. Dünyanın müxtəlif regionlarında, maraqların toqquşma sahələrində münaqişələr yaranır. Bununla bağlı kifayət qədər misallar mövcuddur. Məsələn, ABŞ-Çin münasibətləri Cənubi Çin dənizində ticarətə nəzarət ucbatından gərgin məzmun alıb. Vaşinqton Pekinə qarşı ticarət vergiləri siyasətini xeyli kəskinləşdirib. Amerika Avropa, Rusiya, Türkiyə və başqa dövlətlərə qarşı da eyni proteksionist mövqedən çıxış edir. Ekspertlər hesab edirlər ki, bütün bunlar ABŞ-ın sürətlə dəyişən dünyada liderlik mövqeyini saxlamağa çalışması ilə bağlıdır.

Qloballaşma və onun doğurduğu narazılıqlar

Ulu öndərin hər xarici səfərində orada yaşayan soydaşlarımıza ilk və son əmanəti: “Milli kökünüzdən ayrılmayın, azərbaycanlı olduğunuzu unutmayın”

Qloballaşma əsrində hadisələr istiqaməti bilinməyən, mürəkkəb geosiyasi, dini, milli şəraitdə dəyişir, inkişaf edir ki, nəyisə bəri başdan proqnozlaşdırmaq olmur. Son onilliklər ərzində dünya həddən artıq dəyişikliklərə məruz qalmışdır. Adət etmədiyimiz meyarlar yaranıb. Daha çox ümumbəşəri ideallar, ideyalar, ənənələr, planetar təfəkkürlər ön plana çəkilir. Halbuki analiz etsək görərik ki, ümumbəşəri ideyaları, ənənələri, meyarları tarix boyu milli mədəniyyətlər yaradıb. Onlar zərrə-zərrə toplanaraq dünya mədəniyyətinə böyük töhfələr verib. Mədəniyyətlərin dialoqu isə onları daha da zənginləşdirir, təcrübələndirir. Ancaq yenə də hər mədəniyyət, milli ənənə öz dilində danışır, kökünü nişan verir. Məsələn, Üzeyir Hacıbəyli milli mədəniyyət əsasında milli-ümumbəşəri dəyərlər yaratmağın və bununla dünya mədəniyyətinə qovuşmağın klassik nümunəsini yaratdı. Lakin belə bir məqamda təəssüflə düşünürük ki, beynəlxalq münasibətlərdə baş verən gərginliklər, qlobal kataklizmlər isə ən çox milli ənənələrin və mədəniyyətlərin yarandığı kiçik dövlətləri məhv edir, hüquqlarını pozur, mədəni müxtəliflik aradan qaldırılır, vahid mədəniyyət standartları yaradılır. Əsas dəyər sistemi kimi yalnız maddi rifah önə çəkilir.

Belə mürəkkəb məsələlərin həlli yalnız güclü dövlətlərdə və demokratik cəmiyyətlərdə mövcuddur. Ölkəmiz Dağlıq Qarabağ münaqişəsi, yeni neft strategiyasının həyata keçirilməsi və qloballaşmanın reallıqları ilə eyni vaxtda üz-üzə qaldı. Bir yandan da keçid dövrünün ziddiyyətləri. Elə bir mədəniyyət qurmaq lazım gəlirdi ki, həm tarix boyu sahib olduğun mədəni ənənələrin təməli dağılmasın, həm də götürdüyün dünyaya inteqrasiya xəttindən geri çəkilməyəsən. Çünki xalq və millət olaraq bəşəriyyətlə birgə inkişaf etmək zamanın reallığı idi. Geri çəkilmək yox olmaq deməkdir.

Odur ki, bu müxtəlifliyin içində Azərbaycan xalqı heç bir dəyərini itirmədən cəmiyyətdə əhəmiyyətli dəyişikliklər etdi, ilk növbədə, beynəlxalq münasibətlərini genişləndirdi, kökünə, milli dövlətçiliyinə dayanan xarici siyasət qurdu. Müvəqqəti itirdiyimiz torpağımızdır. Üstünlüyümüz ondadır ki, bu qədər gərginliyə baxmayaraq, dövlətçiliyimizin, mentallığımızın başlanğıc nöqtəsini itirməmişik. Deməli, qloballaşma dövründə ən böyük çağırışlara milli maraqların və həmrəyliyin qorunması istiqamətində Azərbaycanın verəcəyi adekvat cavabı var.

Əslində, milli mənafelərin qorunması və milli dövlətçiliyin inkişaf etdirilməsi beynəlxalq gərginliyin artdığı şəraitdə üzə çıxır. Bütün beynəlxalq, qlobal və milli münasibətlərin ən təbii şərti Sülh olsa da, dünya buna getmədi, gərginliyə razı oldu. Bariz nümunə Azərbaycandır. Ölkəmiz Dağlıq Qarabağ münaqişəsinə cəlb olunduğu, ağır qaçqın-köçkün problemi ilə üzləşdiyi gündən beynəlxalq aləm millətimizin düşdüyü müşkülə, sadəcə, tamaşa elədi. Xocalı qırğınına belə səsini çıxarmadı. Belə bir vaxtda Azərbaycan işğal olunmuş torpaqları, 1 milyon qaçqın və məcburi köçkünü ilə təkbaşına qaldı. Çox keçmədən onları ev-eşiklə təmin etmək üçün ağır yükün altına girdi. Həm çörəkpulunu verdi, yardımını etdi, həm də evini tikdi. 2009-cu ildə ölkəmizdə bir dənə də olsun çadır düşərgəsi qalmadı. Tarixdə elə xalqlar, dövlətlər olub ki, bu cür çətin sınaqlardan çıxa bilməyib, çünki güclü milli kökü, birliyi olmayıb. Xalqımız və dünyada yaşayan bütün soydaşlarımız əmindirlər ki, gec, ya tez ərazi bütövlüyümüz milli birliyimizlə təmin olunacaqdır. Ona da şübhə edilmir ki, heç bir dövlət, xalq öz istəklərini beynəlxalq əməkdaşlıq olmadan, təcrid şəklində həyata keçirə bilməz. Lakin bu münasibətlər dövlətin milli maraqlarına xələl gətirməməlidir.

Bir çox dövlətlərdə, elə Azərbaycanda da ölkəni gücləndirmək, cəmiyyətin daxilindəki birliyi artırmaq məqsədilə həmişə milli elementlərdən, köklü ənənələrdən istifadə olunur ki, bu da hər bir millətin inkişafında, gərginliyin aradan qaldırılmasında müqayisəedilməzdir. Lakin Ermənistanda cəmiyyətin daxili möhkəmliyini qorumaq, ölkəni gücləndirmək üçün yalnız dindən, erməni kilsəsindən istifadə edilir. Aydındır ki, erməni kilsəsi də sevgi, mərhəmət kimi ali hissləri deyil, düşmənçilik, kin və nifrəti təlqin edir. Bir millət özünün milli və ictimai mənafelərini dünyada müdafiə edərkən başqa bir millətin mənafeyinə qarşı çıxır. Erməni kilsəsi bu gün “Ermənistan Qafqazda xristianlığın dayağıdır” şüarı altında Azərbaycan, Gürcüstan və Türkiyənin əraziləri hesabına “böyük Ermənistan” yaratmaq üçün təbliğat aparır. “Rejissor” isə milli həmrəylik, ictimai mənafe deyil, kilsədir. Nə yazıq ki, dünya bu gün də erməni kilsəsinin cızdığı sxemlə işləyir, Qarabağ problemini uzada bildikcə uzadır, uydurma “erməni soyqırımı”nı tanımağa hazırlaşır.

Bütün zamanlarda Azərbaycanın mədəniyyəti, mənəvi dəyəri coğrafiyasından geniş olub. Xalqımızın mədəniyyətinin tarixi qatlarında dünya mədəniyyətinin bütün fikir cərəyanları var. Dövlət quruculuğu, müharibə sənəti, diplomatiya, ticarət və iqtisadiyyat, beynəlxalq münasibətlər, elmi, dini, fəlsəfi, əxlaqi, estetik dünyagörüş, incəsənət, təsərrüfatçılıq, sarsılmaz ailə-məişət ənənələri, özünüyaratma və özünüyaşatma, dil mədəniyyəti nəinki dünya mədəniyyətinin ayrılmaz hissəsidir, onu yaradanlardan biridir. Azıx və Qobustan bənzərsiz estetikası ilə Azərbaycan ibtidai mədəniyyətini dünyada unikallaşdırır. Bunlar bizim milli kimliyimizdir.

Ulu öndər Heydər Əliyev 1993-cü ilin avqustunda – hakimiyyətə qayıdışının ilk dövründə “Nezavisimaya qazeta”ya musahibə verərkən demişdi: “Xarici dövlətlərlə müzakirə etdiyimiz hər hansı məsələlər Azərbaycanın milli müstəqilliyinə toxunmayacaqsa və Azərbaycanın dünya birliyinə, dünya iqtisadiyyatına irəliləməsinə, qatılmasına şərait yaradacaqsa, biz onlara razı olub imza atacağıq. Hansı məsələlər ki, bizim milli mənafeyimizə toxunacaq biz ona razı olmayacağıq”.

Göründüyü kimi, burada söhbət dövlətin mənafeyindən, xalqın milli kimliyindən gedir. Hər bir xalqın milli inkişaf tarixi sübut edir ki, millilik zirvəsinə çatmaq üçün mütləq bəşəri dəyərlərdən yararlanmaq gərəkdir.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə təcrübəli strateq kimi cəmiyyəti bir həqiqətə inandırdı ki, dünya evinə ölçülüb-biçilmiş, daxili və xarici siyasətlə çıxmaq, ölkəmizin geosiyasi imkanlarından səmərəli istifadə etməklə yanaşı, Azərbaycanı qoruyan güclü milli mənafeləri, təməlli ənənələri də olmalıdır.

Xalqın inamını qazanmaq üçün illər lazım idi, itirmək üçünsə bircə yanlış addım kifayət edirdi. Mənsub olduğu xalqın tarixini, mədəniyyətini və qədim ənənələrini gözəl bilən Heydər Əliyev hər dəfə xarici səfərlərdə olanda, həmin ölkələrdə yaşayan soydaşlarımızla görüşəndə birinci tapşırığı o idi ki, kökünüzdən ayrılmayın, azərbaycanlı olduğunuzu unutmayın. Ulu öndər hər bir sahədə insanları ictimai və milli mənafeləri hər şeydən üstün tutmağa çağırırdı: neft sənayesindən tutmuş informasiya cəmiyyətinin inkişaf modellərinin işlənib hazırlanmasınadək. Bu çağırışlar millətimizin gələcəyinə edilən ismarıclar idi. Yəni, bir millət kökünə, soyuna dayanmadan güclü dövlət qura bilməz.

Ötən 20 ildə respublikamız olduqca qaynar ictimai-siyasi-iqtisadi həyat yaşamış, ağır sınaqlardan çıxmış, müstəqilliyini qoruyub saxlamaq üçün çox böyük əziyyətlər çəkmişdir. Avropa və Asiyanın kəsişdiyi ərazidə yerləşən Azərbaycan geosiyasi məkanı, nefti və başqa sərvətləri ilə dünyanın ən güclü dövlətlərinin strateji maraqlarına çevrildi. Həmin vaxtlar ölkəyə rəhbərlik edən Heydər Əliyev hadisələri müdrikcəsinə analiz etdi və milli ideologiyadan ayrılmadan bütün dövlətlərlə əməkdaşlığa başladı, inteqrasiyanı qəbul etdi. Bir çox nüfuzlu beynəlxalq təşkilatların tamhüquqlu üzvü oldu, həmin qurumların kürsülərindən xalqımız haqqında ədaləti, həqiqəti dünya ictimaiyyətinə çatdırdı.

Dövlətimiz haqqı və hüququ uğrunda bu gün də müharibə aparmaqdadır. Cəlb olunduğu Qarabağ münaqişəsinin həlli üçün bütün müstəvilərdə danışıqlar apardı, güclü milli ordu yaratdı. Yoxsulluğun aradan qaldırılması, cəmiyyətin yaxşı yaşaması üçün nəinki mümkün olanlar, mümkün olamyanlar da belə edildi. Xalqların yaxınlaşması və qarşılıqlı surətdə zənginləşməsinə vəsilə olan tarixi İpək yolu bərpa edildi.

Azərbaycan ümumtürk təməlində milli və bəşəri keyfiyyətlərini qorumaqla inkişafa doğru gedir. Azərbaycançılıq ümumtürk kökləri üzərində qərar tutur. Və bu gün türk dünyasının birləşib güclənmək gərəyini tarix özü bəyan edir.

BLOQ YAZISI

Tədqiqatçılar hesab edirlər ki, qloballaşma nə müstəmləkə imperiyaların hökm sürdüyü, nə də dünyanın bloklararası sinfi-ideoloji qarşıdurmasının mövcud olduğu vaxtlarda mümkün idi. Bunun üçün, hökmən, formal da olsa, bərabərhüquqlu dövlətlərdən təşkil olunmuş indiki polisentrist dünya nizamı, bütün dünya miqyasında insan haqları, demokratiya və s. kimi “ümumi maraqlar” altında vahid dəyərlər sistemini təbliğ və təşviq edən beynəlxalq nizamın mövcudluğu vacibdir.

Əgər Vestfal sistemindən XXI əsrin başlanğıcına qədər beynəlxalq əlaqələrin icraçısı kimi əsasən milli dövlətlər və onların koalisiyası çıxış edirdisə, müasir dövrdə qeyri-hökumət strukturlarının hesabına bu say bir neçə dəfə artmışdır. Hazırda dünya siyasətində beynəlxalq transmilli qurumlar, hökumətlərarası və qeyri-hökumət təşkilatları milli dövlətlərlə çiyin-çiyinə çalışmaqdadırlar. Bəhs olunan aktorlar XX əsrin sonu-XXI əsrin əvvəllərində beynəlxalq həyatda ənənəvi geosiyasi subyektləri getdikcə sıxışdıraraq strateji təsir və idarəetmə mexanizmlərini əlinə alır, həm müsbət, həm də beynəlxalq terror, narkobiznes, dini fanatizm və sair kimi mənfi hallarla beynəlxalq münasibətlər və transmilli qloballaşmanın əsas amilinə çevrilirlər.

Hazırkı geoiqtisadi vəziyyət ondan ibarətdir ki, transmilli korporasiyalar harada xammal və ucuz işçi qüvvəsi mövcuddursa, orada istehsal təşkil edir və bazar qururlar. Elə transmilli korporasiyalar var kı, onun istehsal etdiyi ümumi məhsulun cəmi 5 faizi yarandığı və hüquqi şəxs olaraq qeydiyyata alındığı ölkənin payına düşür.

Müasir geoiqtisadi qloballaşmada iki əsas meyl müşahidə olunur. Bir tərəfdən, ABŞ dünya geoiqtisadiyyatı və dünya geosiyasi sistemində hegemon dövlət rolunu saxlayır və getdikcə bu rolu gücləndirməyə çalışır. Digər tərəfdən, qlobal dünya aktorları getdikcə onu bəhs olunan sahələrdən sıxışdıraraq ciddi rəqabət və müqavimətlə üz-üzə qoyurlar. Məsələn, ABŞ-ın müttəfiqi olan Avropa Birliyi ölkələri də onun rəqibi kimi çıxış edən Cənub-Şərqi Asiya, Yaponiya, Çin, Cənubi Koreya , Tayvan və sair kimi dövlətlərlə iqtisadi çoxmərkəzçilik şəraitində müstəqil tərəf olaraq çıxış etməyə meyl göstərir və qloballaşma şəraitində ABŞ a ciddi rəqib yaratmış olurlar.

Təbii ki, ABŞ həm iqtisadi, həm də siyasi müstəvidə qloballaşmanın genişlənməsində maraqlıdır. Keçən əsrin 70-80 ci illərindən başlayaraq Anqlo-saksların himayəsi ilə minlərlə QHT yaradılmış və dünyanın ictimai-siyasi, iqtisadi həyatında onların fəaliyyəti təmin olunmuşdur. BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və s kimi qeyri dövlət aktorları müasir beynəlxalq siyasətə və dünya ölkələrinin daxili həyatına müdaxilə edərək planetar həyatın qurulması və idarə edilməsində iştirak edirlər.

Dünyanın siyasi inteqrasiyası ayrı-ayrı regionlar daxilində intensiv şəkildə həyata keçirilir. Avropa Birliyi, Şimali Amerika Dövlətləri Birliyi kimi təşkilatlar üzv dövlətlər arasında siyasi inteqrasiyanın ən yüksək formalarını tətbiq etməkdədirlər.

Bundan başqa? dünyanın ən böyük 8 dövlətinin rəhbərlərinin illik toplantıları, beynəlxalq siyasi təşkilatların zirvə görüşləri, ayrı – ayrı ölkələri təmsil edən siyasi partiya və ictimai qurumlar əlaqələr saxlaması və s kimi transmilli tədbirlər də dünyanın siyasi həyatının qloballaşmasına ciddi təsir göstərir.

Siyasi qloballaşma şəraitində Qərbin siyasi idarəçilik normalarının və standartlarının, ictimai – siyasi dəyərlərinin universallaşdırılaraq bütün dünyaya yayılması, dövlətlər, millətlər və mədəniyyətlər arasında milli sədlərin silinməsi, dünyanın vahidləşməsi və vahid mərkəzdən idarəedilməsi meylləri müşahidə olunur.

Elmi ədəbiyyatda “Mondializm” adlandırılan bu prosesi tədqiqatçılar ümumən obyektiv hesab etsələr də, onlar ABŞ və Qərb ölkələri tərəfindən planlaşdırılan, tənzimlənən və idarəolunan “mondializm” prosesini, başqa sözlə, Qərb dəyərlərinin bütün dünyada qəbul etdirilməsini, vahid dünyanın siyasi həyatının ABŞın böyümüş proyeksiyası kimi təşəkkül tapmasını və dəniz sivilizasiyasının dünyanın bütün digər xalq və dövlətlərinə “düşünülmüş ssenari” əsasında zorla təlqin olunmasını subyektiv proses kimi dəyərləndirirlər.

Geosiyasi inteqrasiya dərinləşdikcə, bəzi Qərb dairələrində, xüsusən ABŞ politoloqları içərisində dünyanı vahid mərkəzdən idarə edən “ümumdünya hökumətinin” yaradılmasına ehtiyac olması haqqında fikirlər səsləndirilməkdədir. Onların fikrincə, qloballaşmanın getdikcə bütün dünyada genişlənməsi, iqtisadi, sosial, siyasi inteqrasiyanın dərinləşməsi, liberal-demokratik sistemlərin universallaşması guya planetdə yeni bir millət və dövlətüstü mərkəzi hökumətin yaranmasına gətirib çıxarmalıdır. “Ümumdünya hökumət” adlandırılan bu mərkəz bütün fundamental hüquqları suveren dövlətlərin əlindən alaraq öz əlində cəmləşdəricək, ədalət bərqərar olacaqdır.

Dünyanın siyasi həyatının qloballaşmasında beynəlxalq siyasi inteqrasiya xüsusi yer tutur. Beynəlxalq siyasi inteqrasiyanın əsasını dünyada demokratikləşmənin transmilli siyasət səviyyəsinə qaldırılması, yeni –yeni ölkələrin bu prosesə qədəm qoyması, yaxud cəlb edilməsi və bu əsasda Qərb dünyası ilə geniş siyasi əlaqələrə girməsi təşkil edir.

Siyasi inteqrasiyanın əsas mahiyyəti dünyada demokratik ölkələrin rolunun və sayının artırılmasıdır. Beləliklə, bütün dünyada transmilli demokratikləşmə dalğası başlanmışdır. Transmilli demokratikləşmə dalğası əsasən o ölkələri əhatə edir ki, onlarda artıq neçə illərdir ki, liberallaşma prosesi həyata keçirilmiş və ictimai fikir, ölkə əhalisinin çoxu demokratik institutlaşma işinə hazırdır.

Hələ 1987-ci ildə “Sərhədsiz həkimlər” hərəkatının banisi, Fransanın keçmiş xarici işlər naziri Bernar Kuşner yazdığı “Le Devoir d’ingérence” adlı kitabda vurğulayırdı ki, demokratik dövlətlər insan haqlarının müdafiəsi naminə başqa ölkələrin daxili işlərinə qarışmalıdır. Təcrübə göstərdi ki, niyyəti yaxşı olan bu tezisdən müxtəlif dairələr öz maraqları naminə başqa ölkələrin daxili işlərinə demokratiya adı altında müdaxilə edir və qanuni seçilmiş iqtidarları, hətta konkret rəhbərləri belə devirmək üçün istifadə edirlər.

Siyasi qloballaşma haqqında danışarkən, elmi-texniki tərəqqinin və informasiya texnologiyalarının dünyaya verdiyi töhfə və imkanları da xüsusiylə qeyd etməliyik. Dünyanın transmilli informasiya vasitələri ölkələrin milli sərhədlərini aşaraq vahid, virtual informasiya və təbliğat məkanı yaratmışlar. Qloballaşma dünyada transmilli mətbuat, informasiya və təbliğat vasitələrinin yaranmasını stimullaşdırmışdır. Məsələn, Britaniyanın BBC, ABŞ-ın CNN, Qətərin “Əl Cəzirə”, Rusiyanın “Russia today” media imperiyaları tərkibinə daxil olan onlarla televiziya kanalı, qəzet, jurnal, internet media şəbəkələri və s. vasitəsilə dünyanın istənilən nöqtəsinə bir dəqiqə ərzində yüzlərlə, minlərlə informasiya yaymaq və ictimai fikri formalaşdırmaq potensialına malikdirlər. Bu nəhəng transmilli media imperiyalarının hər birinin illik büdcəsi Türkiyə, Rusiya, Almaniya kimi dövlətlərin illik büdcəsinə bərabərdir.

Hazırda dünyada mövcud olan ingilisdilli KİV dünya geosiyasi məkanının 98%-ni əhatə edərək, planetdə ictimai rəyin formalaşması funksiyasını inhisara almışlar. Onlar nəinki öz ölkələrinin informasiya və ideologiyalarını yaymaq funksiyasını yerinə yetirir, eyni zamanda, dünya ölkələrinin daxili həyatına, planetin istənilən nöqtəsində baş verən ictimai – siyasi proseslərə, milli sosial, dini məsələlərə, dövlət-vətəndaş münasibətlərinə müdaxilə edir və ictimai rəy formalaşdırır. Qərbin “transmilli dəyərlərini” bəşəriyyətə təlqin edirlər.

Müasir dövrdə heç bir dövlət qloballaşma prosesindən kənarda qala bilməz. Qloballaşma suveren dövlətlər arasındakı sədləri dağıdaraq cəmiyyətin daxilində sosial münasibətləri yeni məcraya salır, milli özünəməxsusluğu xüsusi dünyagörüşü çərçivələrinə salaraq sərt şəkildə məhdudlaşdırır. O, əvvəla, milli mədəniyyət və ənənələrin öncüllüyünü dağıdır, özünəməxsusluqdan uzaqlaşmanı gücləndirir, coğrafi və iqtisadi vəziyyətindən, siyasi quruluşundan, habelə milli mentalitetindən asılı olmayaraq cəmiyyəti qərbləşdirir. İkincisi, istər millətin, istərsə də dövlətin müstəqil inkişaf imkanlarının mahiyyətinə varmadan, səmərəsizliyi amansızcasına cəzalandırır və beynəlxalq səmərəlilik “çempion”larını, yəni, inkişaf etmiş ölkələri isə daha da həvəsləndirir.

Bəşəriyyətin inkişafı üçün həyati əhəmiyyət kəsb edən qloballaşmanın faydaları qeyri-bərabər bölüşdürülür. Müasir beynəlxalq siyasi-iqtisadi sistemində azsaylı inkişaf etmiş sənaye ölkələri aparıcı rol oynayır. Texnoloji və informasiya inqilabları iqtisadi inkişafın xarakterini dəyişmişdir. Qabaqcıl sənaye ölkələri və müəyyən dərəcədə orta inkişaf səviyyəsinə malik olan ölkələr üçün rifah səviyyəsinin artırılmasında yeni imkanlar daha çox yaranmışdır.

Bu gün dünyada qloballaşmanın əleyhdarları da kifayət qədərdir. Bəziləri qloballaşması ancaq dünyanın inkişaf etmiş ölkələrinin və qlobal korporasiyaların maraqlarına xidmət etdiklərini, qloballaşma sahəsində kiçik ölkələrin və xalqların milli maraqlarının nəzərə alınmadığını, yerli şirkətlərin rəqabətə tab gətirə bilmədiklərindən də danışırlar.

Beləliklə, qlobalizmin inkişafı ona qarşı çıxanların daha da təşkilatlanmasına və mübarizələrinin kəskinləşməsinə səbəb oldu.

Qloballaşma şəraitində müasir dünyanın nizamı məsələsi ekspertləri narahat edən aktual mövzulardandır. Son illər demək olar ki, bütün nüfuzlu beynəlxalq tədbirlərdə bu məsələ müxtəlif kontekstlərdə müzakirə olunur. Bütövlükdə belə bir fikir mövcuddur: hazırda dünyanı təhdid edən ciddi qlobal risklər meydana gəlib. Onları aradan qaldırmaq üçün xeyli əmək sərf etmək lazım olacaq. Belə bir vəziyyətin yaranma səbəbləri də fərqli göstərilir. Son Davos İqtisadi Forumunun əsas devizinin dördüncü sənaye inqilabı mərhələsində qlobal arxitekturanın formalaşması ilə bağlı olması heç də təsadüfi deyil. Mütəxəssisləri dünyada geosiyasi nizamın yeni beynəlxalq qaydalar və prinsiplər əsasında yenidən formalaşdırılması çox maraqlandırır. Bəs hansı səbəblərdən bu məqsədə hələlik nail olmaq mümkün olmur? Başlıca faktorlar hansılardır? Davos Forumu işığında bu kimi suallara təhlili cavab üzərində geniş dayanmağa ehtiyac gördük.

Amerika Prezidenti Donald Trampın isə ümumilikdə dünya istehsal həcmini əsas olaraq ABŞ-a qaytarmaq xəttini yeritməsi onun faktiki olaraq reindustrializasiyaya başlamaq istədiyini göstərir.

Çin nə vəziyyətdədir? Onu hələ də “ümumdünya fabriki” adlandırırlar. Davosda da böyük nümayəndə heyəti ilə iştirak edib. Lakin ekspertlər əmindirlər ki, Pekin hələ Qərbin açdığı yolla gedir. O cümlədən öz regionunda ticarət və maliyyə axınına nəzarət etməyə çalışır. Bu o deməkdir ki, Çin artıq uzaqlaşan “qatarın sonuncu vaqonuna atlanmağa” çalışır. Lakin bu trendin sonunun böhran olduğu haqqında proqnozlar da vardır. İndi Çin iqtisadiyyatının artım sürətinin xeyli yavaşıdığı barədə məlumatlar mövcuddur. Əgər bu tendensiya daha da güclənsə, dünya iqtisadiyyatını nələr gözləyir?

Davos Forumunda iştirak edən Rusiya hansı xətti yeridir? Rusiya dünyaya yeni texnologiyalar verə bilmir. Onun iqtisadiyyatı hələ də daha çox xammalla bağlıdır. Buna görə də qlobal miqyasda əsas olaraq enerji daşıyıcılarının qiymətinin yüksək qalmasına xidmət edən xətt seçib.

Təbii ki, deqloballşamanın başlıca mənbəyi dünyanın supergücləri arasında olan qeyri-sağlam rəqabətdir! Onların hər birinin əsas məqsədi dünyanı birləşdirməyə doğru aparan addımlar atmaqdan ibarət deyil. Daha çox öz maraqlarının təmin edilməsi ilə liderlik etməkdir!

Bu zaman həmin qüvvələr özlərinin inkişafına üstünlük verməkdən çox, digərlərinin inkişafını ləngitməyə meyl edirlər. Bu da qlobal miqyasda kifayət qədər çətinliklər, süni maneələr yaradır. Dünyanın müxtəlif regionlarında, maraqların toqquşma sahələrində münaqişələr yaranır. Bununla bağlı kifayət qədər misallar mövcuddur. Məsələn, ABŞ-Çin münasibətləri Cənubi Çin dənizində ticarətə nəzarət ucbatından gərgin məzmun alıb. Vaşinqton Pekinə qarşı ticarət vergiləri siyasətini xeyli kəskinləşdirib. Amerika Avropa, Rusiya, Türkiyə və başqa dövlətlərə qarşı da eyni proteksionist mövqedən çıxış edir. Ekspertlər hesab edirlər ki, bütün bunlar ABŞ-ın sürətlə dəyişən dünyada liderlik mövqeyini saxlamağa çalışması ilə bağlıdır.

Bəs Ümumdünya Ticarət Təşkilatının (ÜTT) bu tendensiyaya təsiri yoxdurmu? Mütəxəssislərin fikrincə, demək olar ki, yoxdur. Bunun iki anlamı var. Birincisi, bütövlükdə dünyada elə bir beynəlxalq təşkilat mövcud deyildir ki, beynəlxalq hüquq normaları çərçivəsində supergüclərə təsir edə bilsin. Onda onlar niyə mövcuddurlar? Formallıq xatirinə, yoxsa gözlərə kül üfürmək üçün? Yəni böyük güclərə beynəlxalq təşkilatlar öz maraqlarını pərdələmək və törətdikləri cinayətləri ört-basdır etmək, imkan olanda ona hüquqi don geyindirmək üçünmü lazımdır? Dağlıq Qarabağda, Ukraynanın şərqində, Suriyada, İraqda, Əfqanıstanda və başqa məlum yerlərdə törədilən cinayətləri beynəlxalq təşkilatlar “pərdələyəcəksə”, hansı qloballaşmadan danışmaq olar? İkincisi, beynəlxalq təşkilatlarda ciddi islahatlar aparmaq lazımdır. Yaxud fərqli tənzimləmə mexanizmləri işləmək gərəkdir. Təəssüf ki, bunların heç biri hələ yoxdur.

Bunun necə reallaşa biləcəyini də dünyada çox gözəl bilirlər. Ədalət, beynəlxalq hüquq, ikili standartlardan imtina, fərqli mədəniyyət və din mənsublarına tolerant yanaşma! Bu, seçim məqamı deyil, bəşəriyyətin varlığının təməl şərtlərdir. Əks halda, boşuna müzakirələr “acı bağırsaq” kimi uzanacaq.

Bütün bunları nəzərə alan bir qrup insan illərdir ki, bu kimi qlobal forumları fitə basaraq hegemon dövlətləri planetin bütün problemlərində günahlandırırlar. Antiqlobalizm hərəkatı Qərbdə yaranmış, tədricən başqa ölkələrdə də gündəmə gəlmişdir. Amerikasayağı qloballaşmanın rəmzləri 1999-cu ildə diqqəti daha çox cəlb etməyə başladı. Həmin il antiqlobalistlər ÜTT-nin görüşünün təxirə salınmasına nail ola bilmişlər. Artıq iqtisadi qloballaşma tərəfdarlarının demək olar ki, hər bir görüşü, istər ümumdünya iqtisadi forum, istərsə də “böyük səkkizlərin” görüşü antiqlobalistlər tərəfindən ciddi etiraz aksiyaları ilə qarşılanır. Amerikasayağı qloballaşmanın əleyhdarları öz hərəkatlarını “yeni antikorporativ hərəkat”, “qlobal demokratiya uğrunda hərəkat” adlandırırlar.

Antiqlobalist təşkilatlarının da adları rəngarəngliyi ilə fərqlənir: “Şans-2000”, “Qara blok”, “Qloballaşma üçün maneə”, “Ədalət naminə səfərbərlik”, “Sinfi müharibə”, “İnsan və heyvanların birləşmiş cəbhəsi”, “Planetin dostları” və s. Bəzi rəylərə görə, bu gün 120-yə yaxın belə təşkilat fəaliyyət göstərir.

“Antiqlobalistlər”in əksəriyyətinin əsas məqsədi ədaləti bərpa etməkdir. TMK-ların planetar səviyyədə mütləq hakimliyi onları qane etmir. Mövcud vəziyyəti onlar varlı ölkələrdə cəmləşmiş maddi vəsait və ehtiyatların yenidən bölüşdürülməsi hesabına dəyişdirməyi təklif edirlər.

Beləliklə, bu gün dünyanın gələcək inkişaf perspekivi qloballaşmanın daha da geniş vüsət alması ilə bağlıdır. Bu prosesin bəşəriyyəti hara gətirəcəyini isə, zaman göstərəcək.

Qloballaşma və onun nəticələri

Mövzu üzrə iş: “Qloballaşma” mövzusunda ətraflı cavab hazırlamalısınız. Bunun üçün mövzunu əhatə edəcək plan hazırlayın. Plan 3 fəsildən çox olmamalıdır. Hər fəsildə isə 2-3 altplan ola bilər.

-Müasir dünyada Azərbaycan Respublikasının rolu

Müasir dünyanın müxtəlifliyi

-Dünya müxtəlifliyinin əsas amilləri

-Təbii şərtlərin müxtəlifliyi

– Demoqrafik şəraitdə fərqlər

– Sosial və siyasi şəraitin xüsusiyyətləri

-Tarixi qələbələrin xüsusiyyətləri

– mədəni, mənəvi və mənəvi ənənələrdəki fərqlər

-İrqi və etnik müxtəliflik

– İqtisadi inkişaf səviyyəsinin xüsusiyyətləri

– Xüsusi həyat tərzi

Müasir dünyanın birliyi

Dünyanın birliyinin əsas amilləri

Planetin demək olar ki, bütün ölkə və bölgələri bir məlumat axınına qatılmışdır

Bir hissədən digərinə hərəkət sürəti dünya hərəkəti üçün əlçatan olur

Bəşəriyyətin məhv olması təhlükəsi- bütün insanların marağına təsir göstərməlidir.

Müasir texnologiyanın xarakteri

İstehsal, bazar həqiqətən qloballaşmışdır, sənaye münasibətləri müasir insanlığın birliyi üçün əsas olmuşdur.

Problemlərin həlli yalnız dünya ictimaiyyətinin birgə səyləri ilə mümkündür.

“Dünya qapanıb. Yer kürəsi vahid olub. . Bütün əhəmiyyətli problemlər qlobal problemlər halına gəlmişdir”.K.Yaspersin bu sözlərinin problem və manasını müəyyənləşdirin.

Qloballaşma planetin müxtəlif ölkələrinin iqtisadi, informasiya və mədəni məkanlarının vahid sisteminə birləşmə prosesidir.

Beynəlxalq Valyuta Fondu (BVF) qloballaşmanın dörd əsas aspektini qeyd etmişdir:

-Ticarət və valyuta əməliyyatları

-Kapital və investisiya hərəkətləri

-Miqrasiya və insanların hərəkəti

Qloballaşma prosesinə baxışlar:

  • Qlobalistlər bölünürlər;
  • Milli iqtisadiyyatın inkişafı vahid dünya iqtisadiyyatının formalaşmasına aparıb çıxardı: Bu isə Dünya bazarlarının, transmilli şirkətlər və maliyyə qruplarının, beynəlxalq əmək bölgüsünün, iqtisadi maraq və dünya miqyasında təsirlərin artmasına səbəb oldu.

Şirvan şəhəri T.Bağırov adına 11№-li tam orta məktəbin tarixçi(tarix müəllimi), “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi Əsədov Seyyub Əsəd oğlu

Comments are closed, but trackbacks and pingbacks are open.