Siyasi qloballaşma: xüsusiyyətləri və nəticələri
Guya qloballaşma, sərhədlərin itməsi mənasına gəlməsinə baxmayaraq, planetin bir çox yerində bunun nəticəsi tamamilə əksdir.
Bakı
Beynəlxalq
Humanİtar Forumu
Во втором Бакинском международном гуманитарном форуме приняли участие 548 человек, представляющих 65 стран и 4 авторитетных международных организаций. Из них 10 человек – это бывшие главы государств, 11 – лауреаты Нобелевской премии, 5 – авторитетные почетные профессора мира (Emeritus professor), 10 – руководящие должностные лица, представляющие авторитетные международные организации, 55 – видные общественные и политические деятели.
V. XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar
- Virtual reallıq və cəmiyyətin inkişafı
- Gənc nəslin formalaşmasında virtual universitetlərin rolu
- Nəsillərin qarşılıqlı münasibətlərinin problemləri və perspektivləri
İŞTİRAKÇILARIN SİYAHISI
DƏYİRMİ MASALAR
PROQRAM
BƏYANNAMƏ
V. XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar
“XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar” adlı dəyirmi masanın xülasəsi İkinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar” mövzusunda “dəyirmi masa” 5 oktyabr 2012-ci il tarixində “Hyatt Regency” otelinin Quba zalında keçirildi. Dəyirmi masa aşağıdakı üç işçi bölmədən ibarət olmuşdur: Virtual reallıq və cəmiyyətin inkişafı Gənc nəslin formalaşmasında virtual universitetlərin rolu Nəsillərin qarşılıqlı münasibətlərinin problemləri və perspektivləri Dəyirmi masa Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmovun ümumi moderatorluğu ilə həyata keçirildi. Dəyirmi masada 120 nəfər, o cümlədən dünyanın 20 ölkəsini təmsil edən 40 xarici qonaq və əsasən BDU-nun professormüəllim heyətindən ibarət olan 80 nəfər Azərbaycan vətəndaşı iştirak etmişdir. Dəyirmi masanın proqramına uyğun olaraq birinci bölmədə əsas moderator kimi ABŞ- ın Stenford Universitetinin Fizika Departamentinin professoru, Nobel mükafatı laureatı Robert B. Laflin, onun köməkçiləri kimi Qırğızıstan Hökuməti yanında Qırğızıstan Dövlət Hüquq Akademiyasının rektoru Kanat Kerzbekoviç Kerzbekov və Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, professor Kazımzadə Aydın Həsən oğlu nəzərdə tutulmuşdur. İkinci bölmədə əsas moderator Bakı Dövlət Universitetinin rektoru, akademik Məhərrəmov Abel Məmmədəli oğlu, onun köməkçiləri isə Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin müdiri, professor Eden Mamut (Rumıniya) nəzərdə tutulmuşdur. Üçüncü bölmədə əsas moderator Rusiya İEA-nın akademiki, “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin Şərqşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Aleksey Aleksandroviç Maslov, onun köməkçiləri isə Gürcüstan Milli Elmlər Akademiyası, ictimai elmlər şöbəsinin akademik katibi, akademik Roin Viktoroviç Metreveli və Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor Əliyeva İradə Nurəddin qızı nəzərdə tutulmuşdur. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov dəyirmi masanı giriş sözü ilə açaraq qonaqları və iclas iştirakçılarını salamladı və beynəlxalq tədbirin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, artıq ikinci dəfədir ki, Azərbaycan bu cür mötəbər tədbirə ev sahibliyi edir. Keçənilki Forumdan fərqli olaraq bugünkü tədbirdə daha çox – 2 dünyanın 70 ölkəsindən 700-yə qədər qonaq iştirak edir. Bu göstərici tədbirə verilən önəmi sübut edir. “Dəyirmi masa”da işçi bölmələrdə maraqlı məsələlər müzakirə olunacaq, humanitar siyasətin əhəmiyyəti, gələcəyi barədə diskussiyalar aparılacaqdır. Abel Məhərrəmov mövzunun əhəmiyyətini vurğulayaraq bildirdi ki, bəşəriyyət son hədəf olaraq qlobal vətəndaş cəmiyyəti yaratmaq istəyir və buna belə Forumlar təkan verir. Artıq dünyanın aparıcı dövlətlərinin əksəriyyəti bu istiqamətdə strategiyasını müəyyənləşdirmişdir. Prinsip isə ondan ibarətdir ki, hər bir ölkə daxildə islahatlar aparmaqla yanaşı, qlobal dünya haqqında düşünməlidir. Sonra Dəyirmi masa Nobel mükafatı laureatı, ABŞ-ın Stanford Universitetinin professoru Robert Laflinin moderatorluğu ilə “Virtual reallıq və cəmiyyətin inkişafı” mövzusunda işçi bölmədə işini davam etdirdi. Bu bölmədə müxtəlif mövzularda çıxışlar dinlənilmişdir. Çıxış edənlər belə bir mötəbər tədbirin təşkilinə görə Azərbaycan Prezidentinə və hökumətinə minnətdarlıq etmişlər. R.Laflin demişdir ki, bu gün insanlar arasında olan çox çevik ünsiyyət müəyyən problemlər yaradacaqdır. Ona görə də biz qloballaşan dünyada yeni imkanlar tapıb bu problemlərin həllinə çalışmalıyıq. Müzakirə olunan məsələ də çox aktualdır və ümid edirəm ki, Bakı Beynəlxalq Humanitar Forumunda biz bu və digər suallara cavab tapacağıq. Sonra o, “Karbohidrogen enerjisinin gələcəyi” mövzusunda qısa məruzə ilə çıxış etdi. Yaponiya xarici işlər nazirinin sabiq müavini Akiko Yamanaka “XXI əsrdə insan təhlükəsizliyinin perspektivləri” mövzusunda məruzə ilə çıxış etmişdir. O demişdir ki, XX əsrdə soyuq müharibə başa çatandan sonra təhlükəsizlik məsələsi forma və mahiyyətini dəyişmişdir. Son zamanlar baş verən hadisələr, təbii fəlakətlər bizi bu məsələlərə daha ciddi yanaşmağa, metod və metodologiyanı dəyişməyə vadar edir. Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə bu tədbirin keçirilməsini yüksək qiymətləndirirəm. Bu, həm də Azərbaycanın qlobal təhlükəsizliyə verdiyi önəmin göstəricisidir. Azərbaycan bu gün təkcə regionda deyil, bütün dünyada sülhə və təhlükəsizliyə böyük töhfələr verir. Gənc, müstəqil bir dövlətin Əfqanıstanda, Kosovoda, İraqda sülhyaratma əməliyyatlarında iştirak etməsi çox böyük məsələdir. Azərbaycan təbii ehtiyatların qorunmasında, beynəlxalq əməkdaşlıq, ərzaq təhlükəsizliyi, alternativ enerji sahəsində çox böyük rol oynayır. Hesab edirəm ki, bu tədbirdə çıxış edənlər, eləcə də bizim digər dostlarımız Azərbaycana dəstək verməliyik. 3 Daha sonra Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun təkamül epistemologiyası sektorunun müdiri, fəlsəfə elmləri doktoru Yelena Knyazeva “Mürəkkəblik nəzəriyyəsi əsasında qlobal meyillərin strateji görünüşü”, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin fəlsəfə kafedrasının müdiri, Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti, fəlsəfə elmləri doktoru Aleksandr Çumakov “Qloballaşma: reallıq və dünyanın inkişaf perspektivləri”, Rusiyanın Geoiqtisadiyyat və Qlobalistika İctimai Elmlər Akademiyasının prezidenti, iqtisadiyyat elmləri doktoru Ernest Koçetov “Dünyanın dərkinin qlobal metodologiyasında humanitar sıçrayış (“faza keçidi” və onun metodoloji və nəzəri dərki)”, Bakı Dövlət Universitetinin professoru Çingiz İsmayılov “Virtual reallıq məkanı transformasiya məkanı kimi”, BDUnun professoru Fikrət Əfəndiyev “Virtual reallıq və informasiya cəmiyyəti” mövzularında məruzələrlə çıxış etmişlər. Çıxışlarda qloballaşma proseslərinin cəmiyyətə təsiri, eyni zamanda, qloballaşmanın yaratdığı problemlərin həllində səylərin birləşdirilməsi ilə bağlı təkliflər səslənmişdir. BDU-nun rektoru Abel Məhərrəmovun moderatorluğu ilə keçən ikinci işçi bölmədə “Gənc nəslin formalaşmasında virtual universitetlərin rolu” məsələsi müzakirə olunmuşdur. Rektor “Virtual təhsil: nailiyyətlər, problemlər, perspektivlər” mövzusunda çıxış edərək bildirmişdir ki, müasir gənclik virtual informasiyaya, auditoriyaya daha çox maraq göstərir. Bugünkü müzakirələrdə biz yaşlı nəsillə gənc nəslin düşüncə tərzindəki fərqləri aydınlaşdırmalı, gənclər üçün daha doğru olan yolu müəyyən etməliyik. Fondazione Salvemini beynəlxalq təhsil proqramının Cenevrə şöbəsinin müdiri Roberto Bonininin “Beynəlxalq tələbə mobilliyi və qloballaşan dünyada universal ali təhsil”, Pakistan Milli Müdafiə Universitetinin beynəlxalq əlaqələr kafedrasının müdiri Məhəmməd Xanın “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar”, T.Şevçenko adına Kiyev Milli Universitetinin rektoru, akademik Leonid Vasilyeviç Quberski “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar”, BDU-nun hesablama-riyaziyyat kafedrasının müdiri Qalina Mehdiyevanın “Qloballaşma şəraitində cəmiyyətin inkişafında gənclərin rolu və onların inkişafında elektron təhsilin rolu”, Qara Dəniz Hövzəsi Universitetləri Şəbəkəsinin müdiri, rumıniyalı professor Eden Mamutun “Kütləvi açıq onlayn kurslar virtual təhsildə yeni yanaşma kimi”, AMEA-nın müxbir üzvü, BDU-nun faydalı qazıntılar kafedrasının müdiri Vasif Babazadənin “Müasir dünyada əxlaqi dəyərlərin və əqidənin virtual sivilizasiyası. Azərbaycan: keçmişi, indisi və gələcəyi”, BDU-nun beynəlxalq ümumi hüquq kafedrasının müdiri Rüstəm Məmmədovun “Qlobal hüquq qaydası universitetdən başlayır” mövzularında məruzələri maraqla 4 qarşılanmışdır. Məruzələrdə vurğulanmışdır ki, müasir dünyada insanların düşüncə tərzi auditoriya ilə virtual universitet arasındakı münasibətlərə uyğun olaraq dəyişir. Azərbaycan dövləti, hökuməti və buna müvafiq olaraq gəncliyi də bu proseslərdən nəinki kənar qalmamış, eyni zamanda, onların fəal iştirakçısına çevrilmişdir. “Dəyirmi masa”nın üçüncü işçi bölməsində Rusiya İctimai Elmlər Akademiyasının akademiki, Milli Tədqiqat Universitetinin şərqşünaslıq şöbəsinin müdiri Aleksey Maslov moderatorluq etmişdir. Bölmə iclası “Nəsillərin qarşılıqlı münasibətlərinin problemləri və perspektivləri” mövzusuna həsr olunmuşdur. İclasda Gürcüstan Milli Elmlər Akademiyasının ictimai elmlər şöbəsinin akademik katibi Roin Metreveli “Qloballaşmanın perspektivləri və Qafqaz regionu”, Bolqarıstan Elmlər Akademiyasının vitse-prezidenti, professor Svetlana Emilova Kujumdziyeva “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar (Bolqarıstan Elmlər Akademiyasında kilsə musiqisinin tədqiqi əsasında)”, Qazaxıstanın “Nur Otan” Milli Demokrat Partiyasının təhlil, proqnoz və sosial təşəbbüslər mərkəzinin rəhbəri Kazbek Kazkenov “XXI əsr: çağırışlar, yoxlamalar, istiqamətlər”, Rusiya Federasiyasının Rəssamlıq Akademiyasının akademiki Yuri Borev “Qloballaşma və incəsənət”, Macarıstanın Dünya İqtisadiyyatı İnstitutunun professoru Andras İnotai “Qloballaşma və onun siyasətə, iqtisadiyyata və cəmiyyətə təsiri”, T.Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunun direktoru, professor Valeri Kopeyka “Distant təhsil Ukraynada ağıllı cəmiyyətin formalaşması amili kimi”, BDU-nun professoru Şahlar Əsgərov “Dayanıqlı insan inkişafı”, BDU-nun kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, professor Kamil Səlimov “Varislik gələcək nəsillərin inkişafını müəyyənləşdirən amillərdən biri kimi”, AMEA-nın müxbir üzvü, BDU-nun psixologiya kafedrasının müdiri Bəxtiyar Əliyev “Tranzitar cəmiyyətdə nəsillərarası münasibətlər”, Fransanın Nitsa Universitetinin iqtisadiyyat üzrə professoru Jan Pol Kişah “ Qloballaşma proseslərinə tarixi baxış” və İordaniya-Azərbaycan Dostluq Cəmiyyəti adından Emili Naffa “Yeni liberal qloballaşmanın xarakteristikaları” mövzusunda məruzələr etmişlər. Qeyd edək ki, son iki çıxış proqramdan kənar olaraq məruzəçilərin öz arzuları ilə həyata keçirilmişdir. Çıxışlarda regional problemlərin, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gənc nəslin inkişafına, qloballaşma proseslərinə mənfi təsiri pislənmiş və bu cür təcavüzlərə son qoyulması tələb olunmuşdur. 5 İclasda, həmçinin T.Şevçenko adına Kiyev Milli Universitetinin rektoru,akademik Leonid Vasilyeviç Quberski, İordaniya-Azərbaycan Cəmiyyəti adından xanım Emili Nofa və başqaları çıxış edərək, belə bir mötəbər tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycan dövlətinin başçısına, dəyirmi masanın təşkilinə görə BDU-nun rektoruna və əməkdaşlarına minnətdarlıq etmişlər. İclasın sonunda Forumun Bəyannamə layihəsi müzakirə edilmişdir və dəyirmi masa iştirakçıları yekdilliklə Bəyannamə layihəsinin əsas kimi qəbul edilməsinə tərəfdar olduqlarını bildirmişlər. Forum çərçivəsində BDU-nun rektoru, akademik Abel Məhərrəmov Kaliforniyanın Stenford Universitetinin professoru, fizika üzrə Nobel mükafatı laureatı Robert Betts Laflini, Amerika astrofiziki, ABŞ-ın Massaçusets Texnologiya Universitetinin alimi, Nobel mükafatı laureatı Corc Fitzgerhald Smutu və kimya üzrə Nobel mükafatı laureatı Markus Rudolf Arturu qəbul edib. Universitet haqqında məşhur alimlərə məlumat verən akademik Abel Məhərrəmov BDU-nun yaranma və inkişaf tarixindən, bu təhsil ocağının beynəlxalq əlaqələrindən, əməkdaşlıq etdiyi aparıcı universitetlərdən, tanınmış assosiyasiyalar və qurumlarla əlaqələrindən, beynəlxalq qrant layihələrində iştirakından danışıb. Nanotexnologiya və innovasiyalardan də danışan rektor, azərbaycanlı alimlərin ABŞ-dan olan həmkarlarının bu sahədəki təcrübələrindən yararlandıqlarını da diqqətə çatdırıb. Nobel mükafatı laureatları Laflin Robert Betts, Corc Fitzgerhald Smut və Markus Rudolf Artur fizika və kimya fakültəsinin müəllim və tələbələrinə mühazirə oxuyub, verilən suallara ətraflı cavab veriblər. BDU-nun Nanoaraşdırmalar laboratoriyasında olan məşhur alimlər, orada aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olub, bu işlərə yüksək qiymət veriblər. Alimlər tədqiqat işlərinin elm tutumlu istehsal sahələri ilə əlaqələr qurulması istiqamətində öz məsləhətlərini də veriblər. BDU-nun rektoru, akademik Abel Məhərrəmov həmçinin Yaponiyanın sabiq Xarici İşlər Vitse-Naziri və Nümayəndələr Palatasının keçmiş üzvü, hal-hazırda Çiba Ticarət Universitetindəki Elmlər Akademiyasının professoru, Beynəlxalq Siyasi Tədqiqatlar İnstitutunda tədqiqat üzrə məsləhətçi, Vilton Parkda baş məsləhətçi və Yaponiyanın Xarici İşlər Nazirliyində Beynəlxalq Sülh Əməkdaşlığı üzrə Məsləhət Qrupunun üzvü Akiko Yamanakanı qəbul edib. Rektor öncə qonağa universitet haqqında məlumat verib. BDUnun beynəlxalq əlaqələrindən, Yaponiya Universitetləri ilə əməkdaşlığından, həmçinin sədri olduğu Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun fəaliyyətindən bəhs edib. Prezident İlham Əliyevin Yaponiya ilə münasibətlərə xüsusi önəm verdiyini 6 deyən Abel Məhərrəmov əlaqələrdə təhsil siyasətinin xüsusi yer tutduğunu bildirib. Bu siyasətin həm Qərbə, həm də Şərqə inteqrasiya olduğunu deyən rektor 2000-ci ildən BDUda yapon dilinin tədris edildiyini və universiteti bu ixtisas üzrə 70-dən çox məzunun bitirdiyini diqqətə çatdırıb. Abel Məhərrəmov həmçinin Yaponiyada elmin, texnologiyanın sürətlə inkişaf etdiyini vurğulayıb və Bakı Dövlət Universiteti olaraq Yaponiya elminə böyük önəm verdiklərini deyib. Akiko Yamanaka da öz növbəsində Azərbaycan-Yaponiya münasibətlərinin inkişafından razılıq ifadə edib, əlaqələrin daha da genişlənməsində maraqlı olduqlarını bildirib. Görüşdə Yaponiyanın ölkəmizdəki səfiri Şusuke Vatanabe də iştirak edib.
Siyasi qloballaşma: xüsusiyyətləri və nəticələri
The siyasi qloballaşma Qloballaşma fenomeninin son illərdə təqdim etdiyi cəhətlərdən biridir. Səlahiyyətlərin milli hökumətlərdən millətlərarası təşkilatlara ötürülməsi, beynəlxalq ədalət yaratmaq cəhdləri və miqrasiyanın artması bu fenomenin xüsusiyyətlərindəndir.
Qloballaşmanın təbiət baxımından olduqca iqtisadi olmasına baxmayaraq, bir çox qərarın arxasında siyasətin dayandığını unutmaq olmaz. Bazarın liberallaşdırılması və ya tariflərin ləğvi böyük şirkətlərin böyük təsiri ilə olsa da, siyasi hakimiyyət sahələrindən müəyyən edilir.
Bu prosesin nəticələri çox müxtəlifdir. Milliyyətçiliyə son qoymaq üçün iddia edilən sərhədlərin bulanması ilə qarşılaşan daha çox milli quruluşa qayıtmaq istəyən çoxsaylı hərəkətlər ortaya çıxır.
Şübhəsiz ki, siyasi qloballaşmanın həm üstünlükləri, həm də mənfi tərəfləri var. Hələ də inkişaf etməkdə olan bir fenomen olduğundan yolun sonunda daha çox çəkiləcəyini söyləmək çətindir.
xüsusiyyətləri
Hakimiyyətin mərkəzsizləşdirilməsi
Siyasi qloballaşmanın ilk xüsusiyyəti ənənəvi olaraq milli hökumətlər tərəfindən həyata keçirilən gücün bir hissəsini öz üzərinə götürən fövqəlmilli təşkilatların yaradılmasıdır. Bu, dövlətlərin suverenliyini itirməsinə bərabərdir.
Daha böyük beynəlxalq əməkdaşlıq
Qloballaşmanın bu tərəfi, tək bir ölkənin həll etməkdə çətinlik çəkəcəyi problemləri həll etmək üçün beynəlxalq əməkdaşlığı artırmağa çalışır.
Böyük bir nümunə qlobal istiləşməyə qarşı mübarizədir; Bunu dayandırmaq üçün siyasət hazırlamaq üçün hər hansı bir fəaliyyət mümkün qədər çox ölkənin iştirakı tələb olunur.
Eynilə, bu əməkdaşlıq planetin bəzi yerlərində aclığı azaltmaq və ya silahlı qarşıdurmaları dayandırmağa çalışmaq üçün müqavilələrə çevrilir.
Universal ədaləti axtarın
Son illərdə soyqırımı və ya bəzi diktatorların hərəkətləri kimi xüsusilə ağır cinayətləri mühakimə etmək üçün bir neçə beynəlxalq tribunal yaradıldı.
Bu məhkəmə instansiyaları arasında Haaqa Ceza Məhkəməsi və ya keçmiş Yuqoslaviyanın hərbi cinayətlərinə həsr olunmuş məhkəmə var.
Bu sistemin işləməsi üçün əsas element Dövlətlərin öz səlahiyyətlərini tanıması və bəzilərinin (xüsusən də böyük güclərin) suverenliyini itirmək istəməməsidir.
Münaqişələrdən çəkinin
Bu qloballaşan tərəfdən çıxan təşkilatlar dünyada müharibə qarşıdurmalarından qaçmağa çalışdılar. Avropa İttifaqından tutmuş müxtəlif BMT qurumlarına qədər bu missiya var, baxmayaraq ki bu günə qədər uğurları kifayət qədər məhduddur.
Azad ticarət
Bu xüsusiyyət iqtisadi sahəyə tamamilə daxil olsa da, bunu dünyada tətbiq etməyə başlayan hökumətlər idi. Bu şəkildə son dövrlərdə müxtəlif ölkələr arasındakı ticarət müqavilələri davamlı olmuşdur.
Əsas məqam ticarətin sərbəst gedə bilməsi üçün hər hansı bir tarif maneəsini (idxal və ixrac vergiləri) aradan qaldırmaqdır.
Nəticələr
Siyasi qloballaşmanın irəliləməsi hələ də inkişaf etməkdə olan nəticələrə səbəb oldu, buna görə onları yüz faiz göstərmək çətindir. Hər halda, olduqca vacib olanlardan bəzilərinə işarə edə bilərsiniz.
Ultrasyonalist qrupların artması
Guya qloballaşma, sərhədlərin itməsi mənasına gəlməsinə baxmayaraq, planetin bir çox yerində bunun nəticəsi tamamilə əksdir.
Bir tərəfdən, əhalinin müxtəlif sektorları, fövqəlmilli olan yeni güc mərkəzlərinin cəmiyyətin həqiqi problemlərindən uzaq olduğunu düşünürlər.
Milli hökumətlərin suverenliyinin itirilməsi və iqtisadi qloballaşmanın bəzi təsirlərindən narazılıq güclü ultra millətçi hərəkatların meydana gəlməsinə səbəb olur.
Hətta müəyyən Avropa ölkələrində hakimiyyətə çatan bu qruplar, beynəlxalq təşkilatlara verilmiş gücləri bərpa edərək güclü dövlətlərə qayıtmağın tərəfdarıdırlar. Eynilə, hər ölkənin ənənələrinə qayıdışı müdafiə edirlər.
Miqrasiya
Son illərdə az inkişaf etmiş ölkələrdən mühacirət çox artmışdır. Bəzi müəlliflər bunu nəzəri olaraq bu ölkələrdə iqtisadi böyüməyə üstünlük verməli olan qloballaşmanın uğursuzluğu ilə günahlandırırlar.
İqtisadi müstəvini kənara qoyaraq, bəzi qloballaşma müdafiəçiləri planetin müəyyən bölgələrinə demokratiya gətirəcəyini, onları sakitləşdirərək sabitləşdirəcəyinə diqqət çəkdilər.
Reallıq budur ki, bu baş verməyib və hətta bu cəhdlərin bir hissəsi əks nəticəyə səbəb oldu.
Demokratik seçili orqanların gücünün itirilməsi
Daha əvvəl də qeyd edildiyi kimi, milli hökumətlər səlahiyyətlərinin bir hissəsini beynəlxalq təşkilatlara təhvil verdilər; Ancaq bu gün böyük qərar qəbul etmə qabiliyyətinə sahib çoxmillətli və ya təzyiq qruplarının gücü də artdı.
Daha yaxşı formalaşmış və daha çox kosmopolit vətəndaşlıq
Müsbət cəhətlər arasında təhsilə çıxışın dünya miqyasında artdığını qeyd etmək lazımdır. Bu gün savadlılıq səviyyəsi tarixdə görünməmiş dərəcədə artmışdır.
Yeni texnologiyaların da məlumatların hər kəsə açıq olması ilə çox əlaqəsi var. İnternet biliyin də qloballaşdığını göstərir.
Nəhayət, ultra-milliyyətçi böyüməyə baxmayaraq, dünyanın daha kosmopolit bir konsepsiyası olan əhalinin əksəriyyəti (ən azı Qərbdə) var.
İnsan hüquqlarının genişləndirilməsi
Siyasi qloballaşma insan haqlarının planetin böyük bir hissəsinə çatmasına nail oldu. Fərqli cinsi, siyasi və ya sosial seçimlərə qarşı tolerantlıq cəmiyyətlərin yaxşı bir hissəsində tətbiq edilmişdir.
Üstünlük
– Siyasi qloballaşmanın əsas üstünlüklərindən biri əməkdaşlıq, iqlim dəyişikliyinə qarşı mübarizə və ticarət kimi məqamları təşviq etmək üçün həm milli, həm də beynəlxalq qanunvericilik dəyişikliyini təşviq etməsidir.
– Böyük texnoloji inkişaf insan münasibətlərinin güclənməsinə səbəb oldu. Məlumat əldə etmək hər zamankindən daha çoxdur.
– Bu davamlı təcrübə və həyat tərzi mübadiləsi tolerantlığı artırdı. Əxlaqi dəyərlər qloballaşdı və bəzi qərəzləri geridə buraxdı; bu yolla etika universal hala gəldi
Dezavantajları
– Siyasətin Dövlətlərə aid bir şey kimi qavranılması ilə millətlərarası təşkilatların tələb etdiyi şeylər arasında az-çox görünən qarşıdurma baş verir. Bu, əhalini təsir edən, uzaqdakı orqanların təmsil olunduğunu hiss etməyən gərginliyə səbəb olur.
– Əhalinin bir hissəsi də milli kimliklərinin və mədəniyyətlərinin silinəcəyindən qorxurlar. Bu, təkcə inkişaf etməkdə olan ölkələrdə deyil, Avropanın millətçi seçimlərin intibahının yaşandığı bəzi bölgələrdə baş verir.
– Ən pessimist müəlliflər siyasi qloballaşmanın iqtisadi ilə birlikdə neo-müstəmləkəçilik və ya neoimperializmin ortaya çıxmasına səbəb olma riski barədə xəbərdarlıq edirlər. Silahla hakim olmaq əvəzinə böyük güclərin mədəni və ya iqtisadi nəzarəti olardı.
İstinadlar
- Garcia, Jambell, Pulgar, Nora. Qloballaşma: siyasi, iqtisadi və sosial aspektlər. Scielo.org.ve saytından bərpa edildi
- Botero Montoya, Rodrigo. Qloballaşma və siyasət. Larepublica.co saytından əldə edilmişdir
- Schpeir Carrera, Maria Elisa. Qloballaşmanın üstünlükləri və mənfi cəhətləri. Lanacion.com.ar saytından əldə edilmişdir
- Qlobal Siyasət Forumu. Siyasətin qloballaşması. Globalpolicy.org saytından əldə edilmişdir
- Mandelson, Peter. Qloballaşma Siyasəti. Yaleglobal.yale.edu-dan əldə edildi
- Hilton Kök, Hong Zhang. Qloballaşmanın qırılmış vədi. Usnews.com-dan əldə edildi
- Luard, Evan. Siyasətin Qloballaşması: Müasir Dünyada Siyasi Fəaliyyətin Dəyişən Odaklığı. Foreignaffairs.com saytından əldə edildi
- Guptara, Prabhu. Qloballaşma: Pros və Eksiler Luarasi-univ.edu.al-dən bərpa edildi
Müasir döVRÜn qlobal problemlərinin təSNİfati
1. Müasir dövrdə tarixin tərəqqisi bəşəriyyəti elə qlobal- sosial problemlər qarşı-sında qoymuşdur ki, onların həllinin keçikdirilməsi bütövlükdə bəşəriyyətin özünün mövcudluğunun təhlükə altına alınması, dünya sivilizasiyasının naliyyətlərinin məhv olması demək olardı. Müasir dünya mürəkkəbdir, bir-birilə mübarizə aparan meyillərlə aşılanmış, zidiyyətlərlə doludur. Dünyamız həyacanlar və ümidlər dünyasıdır. Yer kürəsi heç bir zaman bu cür siyasi və fiziki yük ağırlığına məruz qalmamışdır. İnsan heç vaxt təbiətdən bu qədər bac almamış, onu çıxılmaz fəlakətlərə dücar etməmiş və özü yaratdığı vasitələr qarşısında bu qədər aciz qalmamışdır.
Deməli, insanın təbiət və cəmiyyətdən daha çox mənfəət götürmək hərişliyi ol-duqca kəskin və mürəkkəb iqtisadi, sosial-mənəvi, siyasi, hərbi, müdafiə, əhali, təbiətin mühafizəsi və s. problemlər doğurmuşdur ki, onlar da qlobal problemlər adlanır. De-məli, müasir dövrdə bəşəriyyətin mövcudluğu üçün mühüm əhəmiyyət kəsb edən və ictimai tərəqqinin ondan asılı olduğu problemlərin məcmusu qlobal problemlər adlanır. Məs. dünya istilik nüvə müharibəsi təhlükəsinin qarşısını almaq və sülh şəraitinin təmin edilməsi; insanların həyat səviyyəsinin yüksəldilməsi və gəlir fərqlərinin silin-məsi , yer kürəsində işsizlik, aclıq, savadsızlıq və s. təhlükənin aradan qaldırılması, əhalinin sürətlə artması, onların tələbatının ödənilməsi, “demoqrafik partlayışın” tən-zim ediməsi, ətraf mühitin, havanın, suyun, atmosferin çirkləndirilməsinin qarşısının alınması, bəşəriyyətin ərzaq və sənaye məhsullarına, enerji mənbələrinə artan tələbatı-nın ödənilməsi, ETİ-in dağıdıcı, mənfi nəticələrinin aradan qaldırılması və s. müasir dövrün qlobal problemlərinə misal göstərmək olar. Həmin problemlər insanın təbiətdən tamahkarlıqla istifadə etməsinin, ETT –nin daha çox mənfəət götürmək məqsədinə tabe edilməsinin, təbiətin geoloji və bioloji qanunauyğunluqlarına məhəl qoyulmamasının, ictimai inkişafda kortəbiilik və təsərrüfat quruculuğunda pozğunluq və anarxiyanın olması, hərbiləşdirmənin və s. nəticəsidir. Başqa sözlə , müasir dövrün problemləri- XX əsrin 2-ci yarısındakı sosial-iqtisadi inkişafın və ETT-nin kortəbiiliyinin təbii-tarixi nəticəsidir.
Beləliklə, müasir dövr elə qlobal problemlər qarşısındadır ki, onların həll edilməsi bütün dövlət və millətlərin, yer kürəsinin bütün xalqlarının birləşməsini, onların birgə səyini tələb edir. Ümumbəşəri, qlobal problemləri bir dövlətin və ya dövlətlər qrupu-nun qüvvəsi ilə həll etmək olmaz. Burada ümumdünya miqyasında əməkdaşlıq, qarşı-lıqlı fəaliyyət zəruridir. Yaşadığımız dövrün tələbi belədir.
Deməli hazırda bəşəriyyətin mövcudluğu üçün qlobal təhlükə yaranmışdır ki, heç bir dövlət, heç bir millət ondan kənarda qala bilməz. Bu qlobal təhlükə bəşəriyyətin qlobal vəhdətini, qlobal siyasət yürüdülməsini, planetar birlik, birgə mübarizə tələb edir.
Hər cür geniş şəhatəli hadisələri “qlobal” adlandırmaq olmaz. Burada müxtəlif mövqelər mövcuddur. “Qlobal” problemlərin meyarı müxtəlif şəkildə təhlil olunur. Birinci mövqeyə görə “qlobal problemlər” aşağıdakı meyarlarla müəyyən olunur:
a) miqyası v\ə əhəmiyyətinə görə ən geniş , bütün dünya ölkələrini əhatə edən; b) bütün sahələri əhatə edən; v) ümumbəşəri, planetar səciyyə daşıyanş
İkinci mövqeyə görə “qlobal problemlər” üçün dörd cəhət əsas götürülməlidir: a) o hadisələr “qlobal” xarakter daşıyır ki, onlar ictimai tərəqqiyə mane olur və siviliza-siyanı məhv etmək təhlükəsi yaradırlar; b) onlar bütün xalqların, dövlətlərin və bütün bəşəriyyətin mənafeyinə toxunurlar; v) onlar özlərində ictimai və təbii prosesləri bir-ləşdirərək, sosial- təbii və biososial mahiyyət daşıyırlar; q) onların həll edilməsi bey-nəlxalq əməkdaşlıq tələb edir.
Müasir dövrdə qlobal problemləri belə qrublaşdırmaq olar: a) planetar, bəşəri, təhlükə doğuran ictimai-iqtisadi, sosial-siyasi qlobal problemlər: müharibə və sülh problemləri , hərbiləşmə, iqtisadi fəlakətlər: aclıq, işsizlik, mənzilsizlik, əhali təbəqələri arasında gəlir fərqlərinin kəskin sürətdə artması, siyasi idarəçilik və tənzimləmə zid-diyyətləri və s.; b) planetar təbii təhlükə doğuran qlobal problemlər: təbiətin mühafizə-si və ondan səmərəli istifadə edilməsində törədilmiş bəşəri problemlər: yer altı və yer-üstü sərvətlərin, dəniz və okenaların sərvətlərinin tükənməsi təhlükəsi, təbii yaşayış vasitələrinin: torpaq, su, hava, meşə, atmosfer və s. çirkləndirilib yararsız hala salın-ması, enerji mənbələrinin tükənmək təhlükəsi vəs. v) əhali artımı və mənəvi tənəzzüllə bağlı meydana çıxan demoqrafik- mənəvi qlobal problemlər: əhalinin sürətlə artması və yaşayış vasitələrinin isə zəif inkişaf etməsi, insanların ərzaq və zənaye malları ilə təmin olunmasındakı böhranlı vəziyyət, “demoqrafik partlayış”, elmi-texniki tərəqqinin doğurduğu neqativ sosial-mənəvi nəticələr , bəşəriyyətin gələcəyi üçün yaranmış ümidsizlik və mənəvi tənəzzül və s.
2. Qlobal müharibə və sülh problemləri.
Hazırda bəşəriyyət bütün Yer kürəsini məhv edəcək dünya raket-nüvə müharibəsi təhlükəsi doğurmuşdur. Hələ müəyyən dairələrdə həmin təhlükəni artırmağa, mühari-bələr vasitəsilə öz ərazilərini genişləndirməyə çalışanlar, “ulduz müharibələri” proq-ramları hazırlayanlar, kosmosdan müharibə məqsədilə istifadə etməyə çalışan qüvvələr az deyildir. Odur ki, bütün dünyanın sülhsevər qüvvələri birləşməli, sülhün və təhlükə-sizliyin təmin edilməsi uğrunda fəal mübarizəyə qoşulmalıdırlar.
Müharibə -dövlətlər və xalqlar arasında aparılan mütəşəkkil silahlı mübarizədir, siyasətin zor vasitəsilə silah gücünə həyata keçirilməsidir. İbtidai cəmiyyətdə qəbilə və tayfalar arasında da müəyyən müharibələrin olmasına baxmayaraq, müharibələr məna-feləri bir-birinə zidd olan dövlətlərin və siniflərin meydana çıxması nəticəsində siya-sətin silah gücünə həyata keçirilməsi vasitəsi kimi əmələ gəlmişdir. Müharibə vasitəsi kimi xüsusi mütəşəkkil qüvvə-ordu formalaşmışdır. Müharibə siyasətlə əlaqədar olsa da, müharibə yalnız siyasi hadisə deyildir, o həmçinin “siyasətin əsil silahıdır”, siyasi münasibətlərin həyata keçirilən davamıdır.
Deməli, müharibə- güc işlətməyin müəyyən formasıdır. Müharibələr siyasi güc göstərməyin, siyasətin xüsusi formada həyata keçirilməsidir, siyasətin davamıdır. Mü-haribələri iki qrupa ayırmaq olar: ədalətli və ədalətsiz , işgalçı və müdafiə müharibə-ləri. İşgalçılıq məqsədi daşımayan, öz ölkəsinin azadlığı və istiqlaliyyəti uğrunda hə-yata keçirilən müharibələr ədalətlidir. Başqa- dövlətlərin ərazisini qarət etmək, başqa xalq və millətləri əsarət altına almaq uğrunda aparılan müharibələr isə ədalətsiz müha-ribələrdir. Bəzən ədalətli müharibələr ədalətsiz müharibələrə çevirilə bilər. Məs. Napo-leonun apardığı müharibələr əvvəlcə Fransanın azadlığı uğrunda ədalətli müharibə idi, sonra isə o, Fransanın ərazilərindən kənara çıxmaqla başqa əraziləri zəbt etməklə ədalətsiz müharibəyə çevrildi.
Müharibələr bəşəriyyətə ölüm, fəlakət və dağıntı gətirdiyi üçün onun qarşısının alınması həmişə çox mühüm dünyagörüşü və fəlsəfi- qlobal problem olmuşdur. Qədim Yunan filosofu Heraklit ədalətsiz müharibələrə qarşı çıxaraq demişdir: “Müharibə, hər şeyin allahı və hər şeyin şahidir. O, birini qul, digərini isə ağa, azad insan edir”. İnti-bah dövrünün humanistləri, XVIII əsr fransız maarifçiləri, Kant və b. müharibələrə cid-dii etraz etmişlər , sülhü təmin etmək üçün konkret fikirlər söyləmişlər. Lakin onlar müharibələrin obyektiv sosial-siyasi əsaslarını düzgün göstərə bilməmişlər.
Müharibələr bəşəriyyətə həmişə fəlakət gətirmişdir.
Yer üzərində qədim dövrlərdən 1980-ci illərə qədər 14.550 böyük və kiçik miq-yaslı müharibələr olmuşdur. İki dünya müharibələri də buraya daxildir. Həmin müha-ribələrdə ölənlərin, aclıq və xəstəliklərdən məhv olanların sayı 3,6 milyard nəfərdir. İki dünya müharibəsi nəticəsində isə 130 milyondan çox insan tələf olmuşdur. Təkcə 2-ci dünya müharibəsində təqribən 82 milyon nəfərdən çox insan məhv edilmiş, minlərlə şəhər və yüz minlərlə yaşayış məntəqəsi tamamilə dağdılmışdır.
Müasir elmi-texniki naliyyətlərin hərbi məqsədlərə tabe edildiyi dövrdə mühari-bələr daha dağdıcı xarakter alır. Müasir səraitdə müharibələr üçün bir sıra obyektiv sosial-iqtisadi və siyasi səbəblər qalsa da, müharibənin qarşısını almaq da mümkündür. Bu məqsədlə hazırda ən dəhşətli istilik-nüvə müharibələrinin (bu zaman Yer üzərin-dəki bütün canlılar, bütün maddi aləmin məhv olması təhlükəsi vardır) qarşısını almaq üçün bütün mütərəqqi qüvvələri öz səylərini birləşdirməlidir. Dünyanın sülhsevər qüv-vələri birləşərək sülhü qoruyub saxlamaq və müharibənin qarşısını almaq imkanı yara-dır. Sülhün qorunub saxlanması üçün yeni siyasi təfəkkürün başlıca tələbləri bunlardır; istilik- nüvə müharibəsinin qarşısını almaq, kosmosdan dinc məqsədlər üçün istifadə etmək, müxtəlif sosial- iqtisadi quruluşlu ölkələrin dinc yanaşı yaşaması; sürətlə silah-lanmanın dayandırılması və tərksilah; beynəlxalq əməkdaşlıq prinsiplərinə əməl olun-ması; sülhün və xalqların təhlükəsizliyinin təmin olunması və s.
3. Qlobal ekoloji problemlər.
Müasir qlobal problemlərin müəyyən qismi təbiət-cəmiyyət, təbiət-insan qarşılıqlı münasibətlərindəki tarazılıq qanunauyğunluqlarının pozulması, təbiəti daha çox istis-mar etmək sahəsində daim artan insan fəaliyyəti nəticəsində baş vermişdir. Məhz bu-nun nəticəsidir ki, yer təkindəki sərvətlərin , təbii ehtiyatların tükənməsi təhlükəsi; ətraf mühitin, hava hövzəsi və okeanların çirklənməsi; əhalinin yaşayış vasitələri ilə təmin olunmasının getdikcə pisləşməsi, təbii mühitin mühafizəsinin pozulması və s. kəskin problemlər meydana gəlmişdir. Bunları “Ekoloji böhran” adlandırmaq olar: təbiət, su, torpaq sürətlə çirklənir, insan öz mövcudluğunu təhlükə altına alır.
Buna görə də təbiət-insan münasibətlərində yeni ekoloji təfəkkür, ekoloji dünya-görüşü formalaşdırmaq zərurəti meydana çıxmışdır. Ancaq bu yolla təbiətdən qanuna-uyğun və məqsədəuyğun istifadə etmək olar. Planetar səciyyə daşıyan və həll edilməsi zəruri olan həmin kəskin və mürəkkəb zidiyyətlərin məcmusu qlobal ekoloji problem-lər adlanır. Qlobal ekoloji problemlərlə xüsusi elm-ekologiya məşğul olur. Son dövr-lərdə bəşər cəmiyyəti ilə coğrafi- təbii mühitin qarşılıqlı münasibətini, ekoloji vəziyyə-tin insanın sağlamlığı və genefonduna təsiri xüsusiyyətlərini öyrənən xüsusi elm sahə-si-sosial ekologiya da meydana gəlmişdir. İnsanın təbiətlə qarşılıqlı münasibəti çox mühüm sosial-iqtisadi və mənəvi- psixoloji əhəmiyyət kəsb etmiş , qlobal problemə çe-virilmişdir. Geniş mənada təbiət öz forma müxtəlifliyi ilə insanı əhatə edən bütün dün-yadır, mövcuddur. Müəyyən mənada isə təbiət-təbiətşünaslıq elmlərinin öyrəndiyi tədqiqat obyektidir. Təbiət- bəşər cəmiyyətinin mövcudluğu və inkişafını şərtləndirən təbii şəraitin məcmusu, ilkin əsası kimi çıxış edir. Məhz bu baxımdan təbiət və cəmiy-yət qarşılıqlı vəhdətdə birləşir, təbiətə insanın münasibəti formalaşır, insan təbiəti öz məqsədlərinə uyğun istiqamətləndirməyə çalışır. Bu mənada təbiət anlayışına həm cəmiyyətin, mövcudluğu üçün, həm də insanın öz mövcudluğu üçün yaratdığı maddi şəraitin məcmusu kimi də baxılır.
Deməli, insanla təbiət arasındakı qarşılıqlı münasibət əbədi bir zərurətdir. Təbiət və cəmiyyət arasındakı qarşılıqlı əlaqə və münasibətin əsasında isə insan fəaliyyəti durur. Təbiət materialına əsaslanan insan fəaliyyəti sosial-sinfi mənafelərə tabe edil-dikdə, qeyri-hümanist məqsədlər daşıdığı zaman, dağdıcı qüvvəyə çevirilir.
F.Engels “Təbiətin dialektikası” əsərində qeyd edir ki, insanın böyüklüyü ondadır ki, o, təbiət qanunauyğunluqlarını öyrənir, “təbiəti öz məqsədlərinə tabe olmağa məc-bur edir”. İnsanın təbiətdən istifadəsi həmişə müəyyən şüurlu məqsədə tabe olmalı, ölçüdən çıxmamalıdır. Təbii-sosial sərvətlərdən vəhşicəsinə istifadə olunması fəlakət-lər doğurur.
Bəşər tarixində təbiət və cəmiyyət arasındakı qarşılıqlı münasibətləri, məhsuldar qüvvələri və istehsal münasibətlərinin inkişaf yetginliyi səviyyəsinə görə üç mərhələni qeyd etmək olar:
1- ci mərhələ , istehsalın, xüsusilə məhsuldar qüvvələrin aşağı inkişaf səviyyəsi ilə şərtlənən, əsasən təbiətin hazır məhsullarının mənimsənilməsi ilə səciyyələnir. Bu dövrün dünyagörüşü üçün təbiətdən asılılıq, onu sığınmaq vərdişləri xas idi.
2-ci mərhələ- əkinçilik və maldarlığın meydana çıxması ilə başlanır. İndi iqtisadi inkişaf anacaq təbiətdə mövcud olanı yığıb-toplamaq deyil, istehsal etməyə əsaslanır. Adətlər təkmil-ləşir, neolit inqilabi baş verir. İnsanın həyat tərzi dəyişir, sinfi cəmiy-yətə keçid dövrü başlanır, yeni-yeni istehsal vasitələri meydana çıxır, əkinçilik və hey-vandarlıq əsas istehsal növü olaraq qalır. Bu dövrdə təbiət və cəmiyyət arasında mü-vazilik getdikcə pozulur. Meşələrin qırılması, kanalların çəkilməsi, geniş tikinti işləri-nin aparılması, iri suvarma sistemlərinin yaradılması və s. ilə insanın təbiət üzərində ağalığı özünü möhkəmləndirir. Bunların nəticəsində təbii proseslər pozulur, münbit ərazilər quraqlıqla məhsulsuzlaşır, tədricən təbiət də insandan intiqam alır.
3-cü mərhələ – qüdrətli məhsuldar qüvvələrin yaradılmasına gətrib çıxaran sənaye çevrilişləri ilə başlanır. Bu dövrdə insanın təbiətə təsiri sənaye istehsalı vasitəsilə həya-ta keçirilir. Belə ki, ətraf mühit insanın mənafeyinə uyğun olaraq dəyişdirilməsinə baş-lanılır. Bu isə insanın təbiəti həddindən çox istismar etməsinə və ekoloji müvazinətin pozulmasına gətrib çıxarır. Bəşəriyyət bu məqsədlə texniki istehsal vasitələrinin yara-dılması, təkmilləşdirilməsi və tətbiqi ilə təbii ehtiyatlardan acgözlüklə istifadə edir, ət-raf mühiti çirkləndirmək və zəhərləndirməkdən çəkinmir. Müasir dövrü də əhatə edən bu 3-cü mərhələ insanın təbiət üzərində təkcə ağalığı ilə deyil, həm də yaranmış “eko-loji partlayış” qarşısında özünün də acizliyi ilə səciyyəvidir. Bu mərhələdə bəşəriyyət təbii mühitin , bütövlükdə yer kürəsinin yaşaya bilib bilməməsi məsələsi ilə üz-üzə dayanmışdır. Cəmiyyətdə təbii sərvətlərin hədsis istismar edilməsi, kortəbii istifadə edilməsi – “ekoloji böhranın” əsas səbəbidir. Istehsal obyektləri, müəssisə və idarələr zərərli tullantılarla atmosferi, çayları, gülləri, okeanları çirkləndirirlər. Bu proses güc-lənmiş, qarşısıallınmaz təhlükəyə çevirilmişdir. Bu təhkükəli vəziyyətin doğura bilə-cəyi nəticələri indi dünya ictimayyəti, alimlər, siyasi və ictimai xadimlər dərk edir, bu sahədə əhalidə səmərəli ekoloji şüur formalaşdırmağı tələb edirlər.
Üçüncü mərhələ üçün insanların dünyagörüşündə bir tərəfdən “ekoloji böhran” təhlükəsinin doğurduğu acizlik və ümidsizlik hissləri, digər tərəfdən isə texniki vasitə-ləri təkmilləşdirmək yolu ilə təbiəti daha çox “ram etmək”, ekoloji ziddiyyətləri aradan qaldırmağa inam hissələri səciyyəvidir.
XX əsrin ortalarından sonra xüsusilə ETİ-nin yaratdığı texniki vasitələrin mey-dana çıxması və onların vasitəsilə insanın təbiətə daha dağdıcı təsir etməsi imkanlarını təbiət-cəmiyyətin qarşılıqlı münasibətlərində 4-cü mərhələ hesab etmək olar.
Hazırda insan qüdrəti təbiət sərvətlərini o qədər mənimsəmişdir ki , onun tükən-məsi təhlükəsini yaratmışdır. XX əsr, ETİ sayəsində insanın təbiəti istismar etməsi çıxılmaz nöqtəyə çatmışdır. Bu vəziyyət isə insan- təbiət münasibətlərində planetar qlobal problemləri doğurmuşdur. Həmin problemlər sırasında enerji, maddi sərvətlər, materiallar ehtiyatının tələbatdan geri qalmasını; okeanların və atmosferin çirklənməsi; təbiətin istismarının olduqca güclənməsi və s. xüsusilə qeyd etmək olar. Həmin prob-lemlər həll etmədən işsizlik, aclıq, savadsızlıq, dilənçilik kimi sosial bəlaları aradan qaldırmaq mümkün deyildir.
Müasir sosial-siyasi və ekoloji şəraitdə həmin qlobal problemləri həll etmək mümkündür. Həmin problemlərin həll edilməsi bütün millət və dövlətlərin eyni dərə-cədə dərk edərək onların aradan qaldırılması uyğrunda birgə səy göstərməsindən, bey-nəlxalq qlobal idarəçilik təşkil edilməsindən, “hərtərəfli beynəlxalq təhlükəsizlik sis-temi yaradılmasından” ibarətdir.
Müasir dövrdə “ekoloji problemləri” həll etmək ətrafında bir çox ideoloji cərə-yanlar, konsepsiyalar və baxışlar mövcuddur. Hələ XIX əsrdə amerikan alimi D.P. Marş ətraf mühitin, təbiətin mühafizəsi haqqında proqram hazırlamışdı. XX əsrdə fran-sız və holland alimləri P.Blaş, Y.Bryun, E.Martoni və M.Sor “insan coğrafiyası” haq-qında konsepsiya yaradaraq planetdə baş verən hadisələrin , insanın coğrafi landşafta təsirinin səmərəli yollarını təhlil etmişlər. XX əsrin 20-30- cu illərində biosifera və onun neosferaya çevrilməsi haqqında B.İ.Vernadski təlimi meydana çıxdı. Burada insanın sosial fəaliyyətinin geoloji nəticələrinə dair yeni baxış irəli sürüldü. Çikaqo məktəbi nümayəndələri (R.Rarin, E.Berdjess, R.D.Makenzi) urbanizasiya prosesini, ekoloji vəziyyətini və s. öyrənmək sahəsində maraqlı fikirlər irəli sürmüşlər. Bu sahədə 1968-ci ildə təşkil olunmuş “Roma klubu” mühüm yer tutur. 30 ölkənin 100-dən artıq alimini, ictimai xadimi əhatə edən “Roma klubu”nun təşkil edilməsindən məqsəd müasir ETİ və ekoloji şəraitlə əlaqədar cəmiyyət inkişafını daha dərindən öyrənmək, mənfi ekoloji nəticələri aradan qaldırmaq, qlobal –sosial problemləri həll etmək üçün yollar axtarmaq, bu sahədə ayrı-ayrı dövlətlərə tövsiyələr verməkdir. “Roma klubu” nun ən görkəmli nümayəndələri D.Medous, C.Forrestyer (ABŞ), E.Pestel (AFR), Y. Tinbergen (Hollandiya), U.Kolombo (İtaliya), D.Qabara (İngiltərə) və b. 1968-1985- ci illərdə “Dünya dinaümikası”, “İnkişafın sərhədləri”, “Dönüş nöqtəsi” və s. kimi əsər-lərində dünya ölkələrinin “qlobal ekoloji fəlakət” dən xilas olmaq üçün təkliflər verir-lər.
Respublikamızda təbiətin mühafizəsinin qanun qüvvəsində olmasına baxmayaraq, bir sıra müəssisə və təsərrüfatlarda ekoloji mədəniyyət səviyyəsi çox aşağı düşmüşdür. Abşeron neft tullantıları min hektarlarla münbit torpağı yararsız hala salmışdır.
4. Demoqrafik partlayış və onun həll edilməsi.
Hər bir ədalətli cəmiyyətin ən ali məqsədi əhalinin daim artan maddi və mənəvi tələbatını daha tam ödəməkdən ibarətdir. Lakin cəmiyyət miqyasında əhalinin maddi və mənəvi tələbatının ödənilməsi nisbidir, mütləq təminatdan söhbət gedə bilməz. Çün-ki əhalinin daim artması, müharibələr, sosial-iqtisadi böhranlar, işsizlik, aclıq, xəstə-liklər və i.ax. əhalinin təlabatının ödənilməsi ilə əlaqədar olaraq cəmiyyətin qarşısında mürəkkəb problemlər qoyur. Həmin problemlər bəzən hətta “demoqrafik” partlayış səviyyəsinə yüksəlir.
Hazırda dünya əhalisinin sayı 5,5 milyardı ötüb keçmişdir. Həmin əhalinin yaşa-yış vasitələrinə tələbatının ödənilməsi çox ciddi problemlər , “demoqrafik partlayış” təhlükəsi doğurur. Həmin problemlər bunlardır: əhalinin sürətlə artmasının tənzimlən-məsi, əhalinin daha çox sənayeləşməsi və böyük şəhərlərdə mərkəzləşməsi, urbaniza-siya prosesi; əhalinin sürətlə artması ilə əlaqədar olaraq onun maddi və mənəvi sər-vətlərə olan təlabatının ödənilməsinin cətinlikləri; ET tərəqqinin doğurduğu sosial- mənəvi nəticələrin insanlarda düşgünlük inamsızlıq əhval- ruhiyyəsi; yeni-yeni maddi ehtiyatlar, ərzaq və enerji mənbələri axtarmaq zəruruiliyi; işsizlik, sağlamlıq, təhsil- tərbiyə , psixoloji pessimizm ziddiyyətləri, bütövlükdə mənəvi tənəzzül hallarının ara-dan qaldırılması məsələləri; Spid, xərcəng, ürək-damar və digər xəstəliklərin əhalinin yaşayış tərzinətəsri.
Müasir dünyada əhali sürətlə artır, onların yaşayış vasitələri, maddi nemətlərlə tə-min edilməsi məsələləri getdikcə daha çox kəskinliklə qarşıya çıxır.
Başlıca qlobal problemlərdən biri də insanın fiziki və mənəvi sağlamlığının təmin edilməsidir. Hədsiz kimyavi maddələrin, kübrələrin, dərmanların işlədilməsi, ağır informasiya axını, urbanizasiya prosesi, texnikləşmiş səhər həyatının həyacanları və s. insan sağlamlığına, psixikasına mənfi, dağdıcı təsir edir.
Müasir bürjua sosioloqlarından E.Pendel, V.Fokt “yaşayış təhlükədədir”, “əhali 2 dəfədən də çox azaldılmalıdır” ideyalarını təbliğ edərək qeyd edirlər ki , əhalinin ölüm faizinin aşağı düşməsi dəhşətli faciədir. Bu atom bombasından daha təhlükəlidir. Odur ki, onlar əhali artımının qarşısını almaq üçün kütləvi dölsüzləşdirməni, xəstəlikləri “ən demokratik üsullar” ağılandırırdılar.
Lakin XX əsr sosiologiyasında “torpağın münbitliyi azalıb”, “maddi ehtiyatlar tükənir” ideyalarına qarşı optimist mövqelər daha güclüdür. Brazilya iqtisadcı alimi Yozus de Kastro hesablamışdır ki, hazırda bəşəriyyət 6.5 milyard hektar torpaq sahəsi becərə bilər, halbuki indi cəmi 800 milyon hektardan bir qədər artıq torpaq sahələri becxərilir. Yəni ümumi imkandan 8 dəfə az. Sosioloq Cen Boyd Orr hesablamışdır ki, hazırda bəşəriyyətin sahib olduğu sərvətlər ədalətlə bölünərsə, 6 milyard əhalini maddi nemətlərlə tam təmin etmək mümkündür. Buraya dəniz və okeanların sərvətlərini də əlavə etsək onda 10-11 milyard əhalini yaşayış vasitələri ilə təmin etmək olar.
Deməli, əhalinin yaşayış vasitələri ilə təmin edilməsinə ümidsizliklə yanaşmağa əsas yoxdur.
Qlobal demoqrafik problemlərin həlli həm sosial-siyasi, həm mənəvi, həm də elmi- texniki amillərlə vəhdətdə zəruridir.
5. Gələcək cəmiyyət inkişafının proqnozlaşdırılması problemi.
İnsan həmişə xoşbəxt gələcək arzusu ilə yaşamışdır. İnsan bəzən “xoşbəxt gələ-cəyin” təminatını subyektiv amillə izah etmiş, onun insanın əməyi və yaradıcı fəaliy-yəti ilə qurulacağına inamı artmış və onu daim fəal mübarizəyə ruhlandırmışdır. Bu sahədə qabaqgörənlik ideyalarına əsaslanmışdır.
Qabaqgörənlik – hazırda mövcud olmayan, lakin inkişaf prosesində özünün po-tensial imkanlarını büruzə verən , obyektiv və subyektiv əsasları qərarlaşmaqda olan gələcək haqqındaq bilikdir. Gələcəyin obyektiv və subyektiv potensial imkanları özünü maddi-texniki və sosial iqtisadi şəraitdə, intellektual potensialda, insan fəaliyyətində qarşıya qoyulmuş məqsəd aydınlığında, sosial və siyasi qüvvələrin nisbətində və s. göstərməlidir. Qabaqgörənlik biliyi məhz qeyd etdiyimiz amillərin dərin elmi təhlili əsasında meydana çıxmalıdır. Qabaqgörənliyin qnoseoloji əsaslarını –ali əsəb sistemi-nin fəaliyyəti, xüsusilə onun bəzi formalarının kerçəkliyi qabaqlayaraq əks etdirməsi qabiliyəti təşkil edir. Bu əsasda insan fəaliyyəti ətraf gerçəkliyi həm nəzəri, həm də praktik olaraq daha dərindən dərk edir. İstehsal inkişafının zəruri inkişaf meylinin düz-gün dərk edilməsi insana 5-10 illik gələcəyi deyil, bütöv bir epoxanı müəyyənləşdir-məyə dair qabaqgörənlik biliyi verə bilər.
Lakin gələcək tarixi perspektivin müəyyən edilməsi çox vaxt ehtimal xarakteri daşıyır. Qabaqgörənliyin dəqiqliyində, gələcək haqında elmi proqnoz verilməsində “hansı gələcəkdən” bəhs olunması da mühüm rol oynayır: yaxın gələcək, uzaq və çox uzaq gələcək. Bunlar həm də gələcəyin dövrləridir.
Yaxın gələcək haqında artıq indi elmi məlumat və faktlar mövcuddur. Bu faktlara əsasən elm 20-30 il qabağı dəqiq görə bilir. Məs. demoqraflar 5 il bundan əvvəl müəy-yən etmişlər ki, XX əsrin sonunda dünya əhalisi 6 milyard, 2025-ci ildə isə 8 milyard olacaqdır.
Elmi qabaqgörənlik və sosial proqnozlaşdırmada çox saylı elmi və xüsusi metod-lardan , məntiqi və texniki vasitələrdən istifadə olunur: ekstrapolyasiya (müəyyən bir sahəyə aid olan hadisələrin, məfhumların, qanunauyğunluqların başqa sahəyə, dövrə də aid edilməsi); tarixi analogiya; kompyuter modelləşdirilməsi; gələcəyin ssenarisi; eks-periment qiymətləndirmə və s.
Elmi qabaqgörənlik və sosial proqnozlaşdırmanı məzmun və məqsədinə görə 4 əsas növə bölmək olar: axtarici; normativləşdirmə; analitik ; xəbərdaredici proqnozlar.
1) axtarici proqnozlar – bugünkü gerçəkliyin real faktik təhlili əsasında gələ-cəyi müəyyən etməkdir.
2) normativləşdirici proqnozlar – müəyyən naliyyətlərə istinadən gələcəyin haq-qında konkret inkişaf planı və proqqamları yaratmaq üçün tövsiyələr verməkdir;
3) analitik proqnozlar – gələcəyin müəyyən edilməsi üçün elmi cəhətdən istifadə olunan metod və vasitələrin idrakı əhəmiyyətini müəyyənləşdirməkdir;
4) xəbəredici proqnozlar – gələcək haqqında təqdim olunmuş müəyyən ideyanın kütlələrin şüur və əxlaqına təsirinin vaxtında qarşısının alınması məqsədilə xəbərdarlıq etməkdir.
Hazırda gələcək namionə futuroloji tədqiqatlarla elmlər kompleksi məşğuldur. Gələcəyin real perspektivlərinin müəyyənləşdirilməsində elmlərin inteqrasiyası, xüsu-silə hümanitar, təbii-elmi və texniki biliklərin vəhdəti yeganə qabaqgörənlik təminatı verə bilər.
Comments are closed, but trackbacks and pingbacks are open.