Press "Enter" to skip to content

Qızıl yel dən necə qurtulaq? Azərbaycanlı həkimdən ÖNƏMLİ MƏSLƏHƏTLƏR

Qızılgülün əsas müalicəvi komponenti efir yağıdır. Qızılgülün efir yağı çox güclü stimullaşdırıcı, bərpaedici, cavanlaşdırıcı tərirə malikdir.

Qızılgül ürəyi, sinirləri müalicə edir. Faydalı RESEPTLƏR

Qızılgül yağı, qızılgül dəmləməsi qədim zamanlardan müalicəvi vasitə kimi tanınır və geniş istifadə olunur.

Qədimdə sinir sistemi, ağciyər, ürək, böyrək, dəri xəstəlikləri zamanı qızılgüldən hazırlanmış tinkturalar, yağlar, dəmləmələr çox geniş istifadə olunurdu. Dahi Avisennanın elmi əsərlərində qızılgül haqqında məlumatlar, müalicəvi reseptlər var.

Qızılgülün əsas müalicəvi komponenti efir yağıdır. Qızılgülün efir yağı çox güclü stimullaşdırıcı, bərpaedici, cavanlaşdırıcı tərirə malikdir.

Qızılgülün faydaları:

– ürək-damar sisteminə çox müsbət təsir edir – ürək əzələsini möhkəmləndirir, aterosklerozun qarşısını alır, damarlarda spazmları azaldır, ürək ağrıları zamanı faydalıdır

– sinir sisteminə sakitləşdirici təsir edir, nevroz, stress, depressiya zamanı çox faydalıdır

– mədə-bağırsaq sisteminə antiseptik təsir göstərir, mikrobları öldürür

– immun sistemini möhkəmləndirir

– angina zamanı müalicəvi təsir edir

– baş ağrısını və menstruasiya ağrılarını azaldır

– orqanizmi cavanlaşdırır və tonuslaşdırır

– dəri xəstəlikləri, yaralar, yanıqlar zamanı dərinin bərpasını sürətləndirir

– kosmetologiyada çox geniş istifadə olunur – dərini təmizləyir, cavanlaşdırır, təravətləndirir

– damaqların itihabı, stomatit zamanı qızılgül suyu ilə qarqara çox yaxşı müalicəvi təsir edir

– nəfəs yolları mikroblardan və selikdən təmizləyir .

Müalicəvi reseptlər:

1. 1/2 stəkan qızılgül ləçəklərinin üzərinə stəkanın yuxarısına qədər isti su tökün, 30 dəqiqə dəmləyin və bu dəmləməni gün ərzində kiçik qurtumlarla için. Bu dəmləmə ürək, sinir sistemi xəstəlikləri zamanı çox faydalıdır, həzm sisteminə antiseptik təsir göstərir. Angina, stomatit, damaq iltihabları zamanı bu dəmləmə ilə qarqara edin.

2. 1/2 l-lik bankaya qızılgül ləçəkləri yığın. Bankanın yuxarısına qədər ilıq zeytun yağı tökün. Bankanı 14 gün ərzində sərin qaranlıq yerdə saxlayın. 14 gündən sonra yağı süzün. Bu yağ müxtəlif dəri xəstəlikləri, yaralar, yanıqlar zamanı çox yaxşı müalicəvi təsir edir.

3. Baş ağrıları, miqren tutması zamanı kiçik ləyənə qızılgül yarpaqları qoyun, üzərinə isti su tökün. Ləyəni xəstənin yanında qoyun. Ətirli buxar çox yaxşı sakitləşdirir, ağrıları azaldır.

4. Nevroz, stress, depressiya zamanı qızılgül yağı əlavə olunmuş vannalar çox faydalıdır.

5. Kosmetologiyada qızılgül losyonları, maskaları və s. geniş istifadə olunur. Ev şəraitində də belə losyon hazırlamaq olar. 1/2 stəkan qızılgül ləçəklərinin üzərinə stəkanın yuxarısına qədər araq tökün və 10 gün sərin qaranlıq yerdə saxlayın. Sonra losyonu süzün. Belə losyon dərini təmizləyir, dərinin yağlılığını azaldır, rəngini yaxşılaşdırır.

6. Qızılgül çayı çox faydalı müalicəvi və profilaktik vasitədir. İmmun sistemini, ürəyi möhkəmləndirir, sakitləşdirir, iltihabları azaldır.

1 xörək qaşığı təzə və ya 1 çay qaşığı quru qızılgül yarpaqları 1 stəkan isti suda dəmlənilir və adi çay kimi içilir. Çaya bal, limon əlavə etmək olar.

Saglamolun.Az

“Qızıl yel”dən necə qurtulaq? – Azərbaycanlı həkimdən ÖNƏMLİ MƏSLƏHƏTLƏR

Son iki ay ərzində insanlar arasında yüksək qızdırma, tərləmə, halsızlıq, ürək bulanma kimi şikayətlərlə müşahidə edilən infeksion xəstəliklərin yayılması artıb. Fəsillə əlaqədar olaraq bəzən bunu revmaztizm, hətta qrip hesab edərək həkimə müraciət etməkdən yayınan xəstələr olur. Təbii ki, həkim müayinəsi olmadan problemin əsas səbəbini müəyyən etmək olmaz. Həkimlər isə bu simptomların el arasında “Qızıl yel” kimi tanınan infeksion xəstəlikdə də rast gəlindiyini deyirlər. Bəs bu xəstəlik nədən yaranır? Xəstəliyə yoluxmamaq üçün nə etmək lazımdır? Gecikdirilmiş müalicə hansı fəsadlara səbəb ola bilər?

Milli.Az bildirir ki, bütün bu suallara isə publika.az-ın bu dəfəki müsahibi, tibb elmləri üzrə fəlsəfə doktoru Şükür Eyvazov cavab verib.

– Həkim, son vaxtlar tez-tez rast gəlinən, el arasında “Qızıl yel” kimi tanınan infeksion xəstəliyin yaranma səbəbləri nədir?

– İmmunitet zəifliyindən bədənə düşən infeksiyadır. Bütün infeskiyalar kimi orqanizm müqaviməti zəif olduqda bu kimi xəstəliklər yarana bilir. Bu infeksiya digərlərindən fərqli olaraq bədəndə uzun müddət qalır. Bütün xəstəliklərdə olduğu kimi bu xəstəliyin də dəqiq diaqnozunu qoymaq və düzgün müalicə təyin etmək üçün xəstələrin həkimə vaxtında müraciət etməsi vacibdir.

– Bu xəstəliyin simptomlarını bəzən qrip, revmatizm, yüngül soyuqdəymə ilə qarışıq salıb həkimə müraciət etmirlər. Bu da ağırlaşmalara səbəb olur. Xəstəliyin xüsusi əlamətləri varmı?

– Ümumilikdə bütün infeksion xəstəliklər titrəmə, ümumi zəyiflik, baş ağrıları, əzələ ağrıları, bir sıra hallarda – ürək bulanması və qusma, ürək döyüntülərinin artması, həmçinin bədən hərarətinin 39-40°C qədər yüksəlməsi və s. əlamətlərlə müşahidə edilir. Yəni, minlərlə xəstəlik bu əlamətləri verə bilər. “Qızıl yel” xəstəliyinin dəqiq diaqnozunu qoymaq üçün onun əsas əlaməti – bədənin aşağı ətraflarında qızartılar olmalıdır. Əgər bu əlamətlərlə yanaşı, xəstəliyin əsas xüsusiyyəti yoxdursa, ona “Qızıl yel” demək olmaz. İnfeksion xəstəlik dəridə tam yayılmış, hissı-hissə qızartılar, yerli ağrı və s. ilə özünü büruzə verir. Bu kimi problemlərdə pasiyentlər həkimə iki istiqamətdə – dermatoveneroloq (Dəri-zöhrəvi həkimi) və ümumi cərraha müraciət etməlidirlər. Xəstəliyin müalicəsi ilə hər iki sahənin həkimi məşğul olur. Yüngül formalarda dəri həkimi, orta və ağır dərəcəli formalarda isə cərrahlar müalicə üsulu tətbiq edirlər. Xəstəliyin dərəcələri olduqca fərqlidir. Belə ki, yüngül dərəcəli “Qızıl yel” ilkin başlanğıc mərhələsində ambulator müayinə şəraitində müalicə yazılaraq, evə buraxılır. Orta və ağır dərəcəli formalarda isə mütləq şəkildə xəstəxanada stasionar müalicə tətbiq edilir.

– Xəstəliyin müalicə prosesi haqqında məlumat verərdiz.

– İnfeksion xəstəliklərin müalicəsində mütləq şəkildə antibiotiklər təyin edilir. Xəstənin bütün ümumi yoxlanışları aparılır, əvvəl keçirdiyi xəstəliklər varsa, onlar nəzərə alınaraq müalicə yazılır. Son zamanlar bu xəstəliyin müalicəsində 8-9 antibiotik qruplarından, əsasən “Sefalosparin”, “Penissilin” və “Ftorxinolon” qrupu antibiotiklərdən istifadə edilir. Yüksək hərarət olduğu üçün bədən temperaturunu tənzimləmək və orqanizmə infeksion xəstəliklə mübarizə aparmağa şərait yaratması üçün qızdırma salıcı preparatlardan istifadə olunur. Bu eyni zamanda xəstələrdə yüksək qızdırma anında tənəffüs sistemində, ürək-damar sistemində, beyində müəyyən dəyişikliklərin yaranmasının qarşısını almağa kömək edir. Çünki bəzən bu dəyişikliklər geri dönülməz fəsadlara yol aça bilər. Paralel olaraq antibiotik müalicəsi zamanı göbələk əleyhinə preparatlar da təyin edilir. Savadlı həkim hər bir təyinat üzrə müalicə zamanı bütün dərmanların əks göstərişilərini nəzərə alaraq təyin edir.

– Heç olurmu ki, orqanizm antibiotiklə müalicəyə cavab verməsin? O zaman xəstəliklə necə mübarizə aparılır?

– Bəzən olur, bəli. Orqanizm müalicəyə cavab vermədikdə, biz məcbur oluruq qanın əkilməsi ilə və yerli nahiyyədən nümunələr götürərək törədicini təyin edək. Bu proses ümumilikdə 3-4 gün zaman alır. Həmin müddət ərzində təyin edilən antibiotiklər davam etdirilir. Laborotoriya cavabları gəldikdən sonra törədicinin hansı antibiotikə qarşı daha həssas olduğu müəyyən edilir və müalicə həmin qrup antibiotiklərlə davam etdirilir.

– Bildiyim qədər yoluxucu xüsusiyyətə malik ola bilir.

– Xəstəlik ilkin, kəskinləşmə və hətta yüngül formalarda belə yoluxucu xarakter daşıyır. Lakin, ağır və kəskinləşmiş formalar, bəli, yoluxma riskini artırır. Bu hallarda pasiyentlər xəstəxana şəraitində saxlanılır. Bədəndə xəstəliyin müşahidə edildiyi nahiyyələrə gün ərzində steril sarğılar qoyulur, tez-tez sarğılar dəyişdirilir. Belə olan halda yoluxma riski xəstəxana şəraitində minimuma endirilir.

– Bu xəstəlik əsasən hansı yaş qrupu insanlarda müşahidə edilir?

– Bu xəstəlik ümumilikdə bütün yaş qruplarında rast gəlinə bilər. Sadəcə olaraq nadir hallarda da olsa, azyaşlı uşaqlarda və 60 yaşdan yuxarı şəxslərdə daha riskli və ağır keçir. Birinci ona görə ki, uşaq orqanizmi hələ tam oturuşmamış olur. İkinci halda isə yaşlı nəsildə orqanizm belə deyək, sönməyə doğru gedir, funksiyası zəifləyir və bu səbəbdən də müqavimət göstərə bilmir.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Dibçək güllərinə qulluq

Güllərin bizə daim belə gözəlliklər bəxş etməsi üçün bizlər də onların qayğısına yaxşı qalmalıyıq,onlara vaxtında qulluq etməliyik.

Bunun üçün sadəcə olaraq bir neçə qaydaya əməl etmək lazımdır:

1.Alçaq gülləri şüşənin qabağına, birinci cərgəyə düzmək lazımdır. Hündürlər isə onlardan sonra yerləşdirilməlidir. Onda həm alçaq , həm də hündür güllər işıq və havanı lazımi qədər ala bilərlər.

2. Pəncərəyə çox qalın pərdə asmaq məsləhət görülmür.

3. Otağın havasını tez-tez dəyişmək lazımdır.

Qışda nəfəsliyi açmalı, yayda isə pəncərəni həmişə açıq qoymalı. Güllərə mütləq təmiz hava lazımdır. Qışda nəfəslik açıq olan müddətdə güllərə soyuq olmasın deyə,onların üstünə qəzet örtmək məsləhət görülür.

4.Gülləri otağı qızdıran cihazlardan uzaqda saxlamaq lazımdır.

5.Gülləri yazda əkmək lazımdır. Özü də cavan güllər olsun, çünki bu zaman onlar yaşayacaqları şəraitə yaxşı alışırlar.

6. İşlənmiş dibçəklər gülləri əkmək , yerini dəyişmək üçün yararlıdır. Ancaq əvvəlcə dibçəyi isti su ilə yaxşı-yaxşı yumaq, qaynar suda saxlamaq lazımdır ki, içində kif qalmasın. Təzə dibçəkləri də yarım saat suda saxlamaq lazımdır.

7. Əgər dibçəyə şitil və ya kök buraxmış gövdə əkirsənsə, torpaq bir qədər bərk olmalıdır, xüsusilə dibçəyin qıraq hissələri. Əkib qurtarandan sonra güllərə çoxlu su töküb, kök atana qədər kölgəli yerdə saxlamaq lazımdır.

8.Cavan bitkilərin yerini hər il yaz vaxtı – aprel , may aylarında, özlərini yaxşı hiss edən iri güllərin yerini isə iki – üç ildən bir dəyişmək lazımdır.

9.Qışda gülləri səhər vaxtı və az sulamaq lazımdır , yayda isə axşam sulamalı, suyu da bol tökməlisən.

10.Yayda gülləri hər gün, qışda isə gec – gec sulamaq lazımdır.

11.Dibçəyin qırağına çırtma vurun , əgər dibçəkdəki torpaq qurudursa, dibçəyin səsi cingiltili çıxacaq, rütubətlidirsə ,

onda boğuq səs eşidiləcək.

12.Güllərə çoxlu su vermək , onların quru qalmasından daha çox qorxu törədir. Güllərə heç vaxt onlara lazım olan qədərdən artıq su vermək olmaz.

Maraqlı Baxılıb: 7883 Tarix: 02 sentyabr 2014
f Paylaş

Digər yazılar

Üzüklər və barmaqlar

Üzüklər və barmaqlar. Qədim zamanlarda üzükləri yalnız bəzək əşyası kimi qiymətləndirmirdilər, hətta onları magik qüvvəyə malik olan atribut və talisman kimi daşıyırdılar. Məhz bu səbəbə görə də insanlar nikahlarını ela

Bürclərə görə saç rəngləri

Saç qadınlar üçün imtina edilməz bir ünsür və çox əhəmiyyətlidir. Saç modellərinə diqqət etdikləri kimi saç rənglərini də tez-tez dəyişdirirlər. Qoç bürcü saç rəngi:. Qoç qadını lider tiplidir və diqqət çəkməyi çox sevər

Kim hansı ayda doğulub? Aylara görə XARAKTERİNİZ

Yanvar. Hirsli və ciddi biridir. Öyrənməyi və öyrətməyi sevir. Ağıllı və planlı iş görür. Duyarlı və dərin hissləri olan biridir. Romantikdir, uşaqları sevir, tez qısqanandır. Fevral. Dəyişkəndir. Özünə güvəni yoxdur. Düzgündür

Həftənin neçənci günü doğulmusunuz? SİZİN HAQQINIZDA.

1. Bazar ertəsi doğulan. Qadın. Zərif, həssas, duyumlu, arzu-həvəsi olan xanımlardandır. Uyğunlaşmağı, güzəştə getməyi bacarır. O, tək yaşayanda əziyyət çəkir. Hisslərinin hərarətini bölüşməyə adam axtarır. Əsl qadın həyat

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

Üzüyü hansı barmağımıza taxdıqda bizi nə cür tanıdır

Məlumdur ki, qızılı ən çox sevən və ən çox istifadə edən də xanımlardır! Hər bir xanım istəyər ki, hansısa məclisə gedərkən elə geyinib, elə bəzənsin ki daha cəlbedici və gözəl görünsün. Lakin məhz hansısa məclislər deyil

Azərbaycanda bayram günləri

1) Azərbaycan Respublikasının bayramları aşağıdakılardır: . Yeni il bayramı (yanvarın 1 və 2-si) . Qadınlar günü (martın 8-i) . Faşizm üzərində qələbə günü (mayın 9-u) . Respublika günü (mayın 28-i) . Azərbaycan xalqını

Sodanın faydaları

Yəqin ki, hər birimizin mətbəxində başqa vasitələr kimi sodaya da yer ayırmısınız. Ən çox şirniyyat məmulatlarında çox işlətdiyimiz sodanın ev işlərində, təbabətdə, kosmetologiyada da xeyirli vasitə kimi işləndiyini bilirsinizmi?

Dəyərli məsləhətlər

1-Göyərtilər daha təravətli qalsın deyə, göyərtini bükdüyünüz paketin içərisinə bir neçə qənd qoyun. Bu zaman göyərtiləri uzun müddət təravətli saxlamaq mümkündür. 2-Limondan çoxlu şirə əldə etmək üçün onu sıxmazdan əvvə

Comments are closed, but trackbacks and pingbacks are open.