Quliyev elman müasir özbək ədəbiyyatı tarixi
qarşılıqlı əlaqə prosesində olmuşdur. Yazılı ədəbiyyatda da bu cür əlaqə, ənənə yaxınlığı özünü göstərmiş və
Nizami Gəncəvi yaradıcılığı azərbaycan-özbək ədəbi əlaqələri baxımından
Tədqiqatlara istinadən, Nizami “Xəmsə”sinin ən qədim variantı Özbəkistan Əlyazmalar Fondundan, Nəvai əsərlərinin ən qədim nüsxələri Azərbaycan Əlyazmalar İnstitutundan əldə edilmişdir. Bu o deməkdir ki, Azərbaycan-özbək ədəbi əlaqələrinin tarixi yüzilliklərə gedib çıxır.
Ədəbiyyatda təsir məsələsi: Bəli, Azərbaycan – özbək ədəbi münasibətləri nəinki Nizami Gəncəvinin yaşadığı dövrdən, hətta ondan da irəliki zamanlardan qol-budaq atmaqdadır. Nizami “Xəmsə”si Özbəkistanın da qiymətli ədəbi xəzinəsi sayılır. Yazıçı-dramaturq Kamil Yaşen yazır ki, böyük şairin vəfatından on illərlə sonra, Orta Asiyanın monqollar tərəfindən işğal olunduğu dövrdə Xarəzmdə naməlum özbək müəllif “Müftah ül – ədl” adlı bədii əsər yaratmışdı. Bu əsərin əsasını Nizaminin “Şah və iki bayquş” haqqında hekayəti təşkil edirdi. Nizamişünasların qənaətinə görə, özbək ədəbiyyatına Nizaminin təsiri belə başlamışdı. Məhəmməd Əli “Ecazkar Nizami” araşdırmasında qeyd edir ki, XIV əsrdə, daha dəqiq, 1330-1340-cı illərdə özbək şairi Qütb Xarəzm “Xosrov və Şirin” əsərini ana dilinə çevirərkən poemaya yeni hadisələr daxil etmişdi və buna görə də, Nizami əsərinin özbək variantı bir növ orijinal kimi səslənir. Müasir dövrümüzdə Özbəkistanda dərc olunmuş beşcildlik “Özbək ədəbiyyatı tarixi” kitabında da Nizaminin özbək ədəbiyyatının inkişafındakı müsbət təsiri xüsusi qeyd edilmişdir. Cığatay (özbək) “Xosrov və Şirin”in müəllifi Qütb Xarəzmi Nizamidən öyrəndiyini etiraf edərək yazmışdır:
Qazantək qaynayıb sevda yetirdim,
Nizami balından halva bişirdim.
Bir çox mənbələrə istinadən deyə bilərik ki, Nizami irsi Özbəkistanda Nəvai dövrünə qədər də geniş yayılmışdır, sevilmişdir. Özbək ədəbiyyatının klassiki Nəvainin dahi Nizaminin təsiri ilə “Xəmsə” yaratması, sonralar da Azərbaycanın ən görkəmli sənətkarlarının Nəvaidən öyrənməsi və başqa bu kimi faktlar ədəbiyyat tariximizdə az deyildir. Qafur Qulamın yazdığı kimi –
Şagirdlər qəlb evinin parlayan çırağıdır,
Ustadı ötən şagird – ustadın bayrağıdır.
Mərifət insana xas, könül göz bulağıdır,
Yurdu sevənlər üçün yurd bir çiçək bağıdır,
Yurdsevərlər bu bağda olar Şirin, ya Fərhad.
Biri-birinə şagird, biri-birinə ustad.
Nəvai “Heyrət ül-Əbrar” (“Nəciblərin heyrəti”) əsərində Nizamini öz ustadı və ilhamvericisi hesab etmiş, ona səcdə qılmış, onu “pir”, “Xızr” adlandırmış, “Xəmsə”sini “Beş xəzinə” deyə şərəfləndirmişdir. Nəvai hər dastanının başlanğıcında Nizamiyə məhəbbət və hörmət əlaməti olaraq xüsusi səhifələr yazmışdır. “Gəncə günəşi elə bir bayraq qaldırdı ki, söz ölkəsini bir qələmlə birləşdirdi, dostlaşdırdı”. Azərbaycanın böyük oğlu Nizamini tərifləməkdən doymayır, ona layiq əsərlər yazır. Nəvai bir başqa səhifədə yazmışdır: “Gəncəli Nizami şeirini öz gövhərləri ilə bəzədi. O, dünyanı cəvahiratla doldurdu. Onun cəvahirləri göyün ulduzları kimi saysız-hesabsızdır. Elə adam tapılmaz ki, böyük Gəncəlinin incilərini qiymətləndirməsin. Qulaqlarda cingildəyən ləl – cəvahirat ağızlarda dolaşacaq, o, heç vaxt torpağa düşməyəcəkdir. Onlar qulaqdan ürəyə keçəcək, ürəyi zənginləşdirəcəkdir. Eh! Nizami, mən səninlə müqayisə etmək üçün sənə bərabər adam tapmadım”. “Leyli və Məcnun” poemasında isə öz ustadı haqqında yazarkən belə demişdir:
Sal daşdan o qurdu beş uca qala,
Beş gizli xəzinə çıxdı aşkara,
Qala dövrəsində bu tikdi qəsr, –
Zinəti deyilsin əsrbəəsr.
Həm çölünə vurdu incə naxışlar,
Həm də içində zər parladı par – par.
Ecazla sehrdə var bir təfavüt:
Birinci – Kəbədir, ikincisə – büt.
Nəvai Bayqara sarayında işlədiyi zaman Nizaminin “Xəmsə”sini xüsusi xəttatlara bir neçə variantlarda yazdırmışdır. Hətta daha maraqlı bir nüsxəsi – olduqca orijinal və bir nadir əlyazma nüsxəsini misal göstərmək istərdik. Bu əlyazma nüsxəsində Nəvai öz “Xəmsə”sini Nizaminin “Xəmsə”si ətrafına dairəvi şəkildə yazdırmışdır. Nəvainin Nizami yaradıcılığına olan məhəbbətinə heyranlığına valeh olan rus şairi N.Tixonov yazmışdır: “Nəvai şir idi, şirin həndəvərində dolanırdı və şir ilə mübarizədə salamat qalmışdı. Çünki Nəvai Nizaminin rəqibi yox, müttəfiqi idi”.
Akademik Həmid Araslı yazır ki, XV əsr ədəbiyyatı nümayəndələri Lütfi, Xarəzmi, Durbək, Gədai, Ətai, Səkkaki kimi görkəmli sənətkarlar Nizami irsindən faydalandıqlarını əsərlərində dönə-dönə etiraf etmişdilər Nəvai zamanında Heydər Xarəzmi ustad saydığı Nizaminin “Sirlər xəzinəsi”nə müraciət edərək onu tərcümə etmiş və bu adda özü də “Məxzən ül – əsrar” əsərini yazmışdır, əsərin müqəddiməsində deyir:
Şeyx Nizami nəfəsindən can tapıb,
Mənasından hökmlə – fərman tapıb.
Dünyada mən Heydəri – sahib hünər,
Əldə etdim bu qədər dürrü – gövhər.
1987-ci ildə Özbəkistanda çap olunmuş “Nəvai antologiyası”na Heydər Xarəzminin bu əsəri də daxil edilmişdir.
Xalq şairi Qafur Qulamın misralarıdır-
Azərbaycan xalqının ölməz şeiri, sənəti,
Qədim zamandan bəri dostlara həyat verib.
Atamız Nizaminin hikmətdə məharəti,
Şərqdə çox şairlərə ilhamdan qanad verib.
Böyük nəvaişünas alim Cənnət Nağıyeva “Klassiklərimizin əsərləri Nəvainin kitabxanasında” tədqiqat əsərində Nəvai dövründə yazılmış Nizami əlyazma nüsxələri haqqında dəyərli məlumatlar aşkara çıxarmışdır: “Nəvai klassik Şərq ədəbiyyatını mükəmməl bilən, epik şeirin ustadı Nizami ənənələri ilə tərbiyələnən, Azərbaycan ədəbiyyatı ilə bağlı olan şairlərdən idi. Nizami əsərlərinin günümüzə gəlib çıxan ən mükəmməl, olduqca gözəl xətlə yazılmış nüsxələri məhz Nəvai dövrünə aiddir, daha doğrusu, birbaşa Nəvainin tapşırığı ilə hazırlanmışdır. Bütün bunlardan əlavə, Orta Asiya söz sənətkarlarının Nizami yaradıcılığı ilə əsrlər boyu davam edən ədəbi əlaqələrini təsdiqləyən başqa bir çox əlyazmaları da Nəvainin əlində – onun kitabxanasında olmuş, həmin dövrün məhsulu kimi bu günə qədər gəlib çatmış və öz tarixi-ədəbi əhəmiyyətini saxlamışdır. Nizami və Əmir Xosrov, Nizami və Nəvai, Nizami və Caminin “Xəmsə”lərindən seçilmiş əlyazmalarına SSRİ-nin kitab xəzinələrində rast gəlmək olur”. Tədqiqatçı bu araşdırmasında Nizami əlyazmalarının yazılma tarixini, cildini, səhifəsini və s. aydın şəkildə təsvirini qələmə almışdır. Nizaminin Nəvai dövrünə aid olan dörd əlyazması üzərində xüsusi dayanaraq aydın şərhlər vermişdir.
Bertels öz tədqiqatında Nəvainin Nizami ecazına dair fikirlərini belə şərh etmişdir. “Şəriətdə ecaz peyğəmbərin öz peyğəmbərliyini sübut üçün göstərdiyi möcüzəyə deyilir. Məsələn, Məhəmməd üçün belə bir sübut Quran hesab olunur. Nizami poemasını Quranla müqayisə etməklə Nəvai həmin əsərin misli-bərabəri olmadığını etiraf etmiş olur”. Özbək ədəbiyyatşünası Məhəmməd Əli “Ecazkar Gəncəvi” məqaləsində Nizaminin özbək ədəbiyyatına təsirindən, Nizami irsinin özbək ədəbiyyatşünaslarının tədqiqində xüsusi yeri olduğunu etiraf etmişdi. Məqalədə Y. Bertelsin fikrinə istinad edilərək göstərilir ki, “Nizami sənətinin müxtəlif ədəbiyyatlarda doğurduğu əks-səda intəhasız və misilsizdir. Bunu bir çox ədəbiyyatlarda Nizamiyə bolluca yazılan nəzirələr də təsdiqləyir: – məsələn, farsca – qırx iki, özbəkcə – iki, türkcə iki və s. Eyni zamanda Nizami qüdrətidir ki, sözü-sovu dünyaya yayılmışdır. Nizami elmi ilə dünyaya bələd idi. Xarəzm şahzadəsi Nazpəri surətinin bədii tərənnümü təsdiqləyir ki, şair o xalqın tarixini, etnoqrafiyasını, adət-ənənəsini, mədəniyyətini, coğrafiyasını gözəl bilirmiş”.
Əldə olunan ədəbi faktları bir-bir təhlil süzgəcindən keçirməkdə məqsəd Nizami yaradıcılığının özbək ədəbiyyatına təsir məsələsini aydınlaşdırmaqdır. Ümumilikdə isə beşcildlik “Özbək ədəbiyyatı tarixi” akademik kitabında Nizaminin özbək ədəbiyyatının inkişafındakı müsbət təsiri əhatəli qeyd edilmişdir.
Ədəbiyyatşünaslıqda tədqiqi: Özbəkistanda müxtəlif zamanlarda müxtəlif elmi mənbələrdə – kitab və toplularda, qəzet və dərgilərdə Nizami yaradıcılığı, onun ayrı-ayrı əsərləri haqqında elmi-tənqidi məqalələr, araşdırmalar nəşr olunmuşdur. 1940-cı illərdə Nizami və Nəvainin yubiley günləri çərçivəsində bu səpgidə xeyli elmi məqalələr yazılmış və dərc edilmişdir. Akademik Həmid Araslının iki xalqın ədəbiyyatları arasında gördüyü işləri saymaqla başa gələn deyil. Onun elə həmin illərdə Nəvai ilə bağlı Azərbaycanda gördüyü işlər haqqında dəfələrlə yazılıb, elə bu sətirlərin müəllifi də “Azərbaycan-özbək ədəbi əlaqələri” monoqrafiyasında da qeydlərini bildirmişdir. H.Araslı 1940-ci ildə yazdığı “Nizami və Nəvai” adlı tədqiqatı özbək elmi-nəzəri fikrində yüksək dəyərləndirilmiş, neçə-neçə tədqiqat işi üçün ilk mənbə sayılmışdır. Özbəkistan Dövlət Pedaqoji İnstitutunun elmi əsərləri seriyasından nəşr olunan “Dil və ədəbiyyat məsələləri” toplusunun (XXIX cild, 1961) 56-89-cu səhifələrində H.Araslının “Nizami irsi dünya mədəniyyəti xəzinəsində” adlı məqaləsində Nizaminin özbək ədəbi meydanında, ədəbiyyatşünaslıq elmində rolundan bəhs edilir.
Akademik Vahid Abdullayev, akademik Vahid Zahidov, professor Səidəxan Nərzullayeva, professor Şahməhəmməd Şahməhəmmədov və bir çox məşhur özbək alimləri elmi araşdırmalarında Nizami irsinin öyrənilməsi, özbək ədəbiyyatına təsiri və ədəbiyyatşünaslığında tədqiqi məsələlərinə xüsusi önəm vermişdilər. Adları çəkilən özbək alimləri vaxtilə doktorluq dissertasiyalarını Nizami yaradıcılığı kontekstində elmi-nəzəri problemə həsr etmiş və Bakıda – AMEA Nizami adına Ədəbiyyat İnstitutunda müdafiə etmişdilər.
“Nizami elə bir mədəndir ki, onun yatağı Gəncədir. Bu mədənin qəlbi inci yatağıdır. Fikri, amalı və xəzinədarı Nizamidir. Onun dili bu xəzinədən incilər çıxarır. “. Akademik V. Zahidovun “Nizami Gəncəvi və özbək ədəbiyyatı” məqaləsindən götürdüyümüz bu fikirlər elmi-ədəbi faktor kimi də ədəbiyyatşünaslığımızda qiymətlidir. Akademik V.Zahidov qeyd edir ki, “Azərbaycan xalqını vəsf eləmək mənim üçün çox çətindir. Çünki o, hər cəhətdən kamal zirvələrinə çatmış, tarixin sınaqlarından üzüağ və mətin çıxmış əzəmətli bir xalqdır. Bu xalqın bədii dühasından danışmaq istəsək, böyük Nizaminin dünyaşöhrətli “Xəmsə”sini xatırlamalıyıq. “Xəmsə” – Azərbaycan möcüzəsidir. Sənətin və bədiiliyin dünya tarixində yeni və parlaq mərhələsidir, bəşəriyyətin şah əsəridir”.
Maqsud Şeyxzadənin yetişdirməsi olan filologiya elmləri doktoru, professor Natan Mallayevin “Nizami Gəncəvinin irsi və onun təlim-tərbiyəvi əhəmiyyəti” adlı monoqrafiyası xüsusi əhəmiyyət kəsb edir. Monoqrafiyanın əsas məziyyəti ilk mənbələr, naməlum qaynaqlar əsasında yazılmasıdır. Kitab Nizaminin fəaliyyətinin və ədəbi irsinin tədqiqi tarixi, həyatı və yaradıcılığı bölmələrini özündə birləşdirən “Nizami Gəncəvi”, “Şairin lirikası”, “Xəmsə” ədəbi irsinin dünya miqyasında əhəmiyyəti” və “Nizami ədəbi irsinin dünya miqyasında əhəmiyyəti” hissələrindən ibarətdir. Bu hissələr arasında qırılmaz əlaqə vardır. Kitabın maraqlı cəhətlərindən biri də odur ki, müəllif dünya xalqlarının ədəbiyyatşünaslığında Nizaminin tədqiq tarixinə toxunur və bu tədqiqatların əhəmiyyətini aydınlaşdırır. Əsərdə Nizami irsinin tədqiqatçılarına yeni səpkidə yanaşır, onun ədəbi məktəbini davam etdirdiklərinin səciyyəvi əlamətlərini açıb göstərir. Xosrov Dəhləvinin, Əbdürrəhman Caminin, Əlişir Nəvainin, Məhəmməd Füzulinin, İohan Hötenin və başqalarının Nizami irsindən nə məqsədlə istifadə etmələrini təhlil edir və bu “təlim-tərbiyə məktəbi”nin çoxsahəli, bəşəri, dünyəvi elementlərini bir sistemə salır. Kitabda həmçinin Özbəkistan ədəbiyyatşünaslığında Nizami Gəncəvi ilə bağlı tədqiqatlar təhlil olunur, eləcə də Nizami əsərlərinin tərcümə, təbdil və nəşr prinsiplərindən bəhs edilir.
Məhəmməd Əli araşdırmalarında öz fikirlərini üç aspekt daxilində açıqlayır. İlk olaraq, Nizaminin novatorluğundan bəhs edərək onun nəinki özbək xalqına, bütövlükdə türk dünyasına doğurduğu şəfəqdən, nurdan bəhs edir, elmi-nəzəri baxışları ilə gəldiyi qənaəti təsdiqləməyə cəhd edir. İkincisi, onun Şərq dünyası ədəbiyyatlarına olan təsirindən, bu təsirin nəticəsi olaraq yaranan “Xəmsə”lərdən, Nizaminin müraciət etdiyi mövzulardan yaranan yeni əsərlərdən söz açır və onları ümumiləşdirmə müstəvisində açıqlayır. Nəhayət, Nizami aləmində, Şərq poeziyasında ilk dəfə olaraq insan şəxsiyyətinin bütün mənəvi zənginliyi və parlaqlığı, ziddiyyətləri, müzəffər yüksəlişi və acınacaqlı rəzaləti ilə göstərilməsi şərhini yekunlaşdırır.
Görkəmli ədəbiyyat xadimləri S.Erkinovun və M.Qənixanovun “Nizami Gəncəvi” əsərində dahi şairin özbək elmi-nəzəri fikrində tutduğu mövqeyi, onun özbək ədəbiyyatına, ədəbiyyatşünaslığına olan təsirindən, ümumiyyətlə, özbək ədəbiyyatında Nizami ənənələrindən danışılır. Ədəbiyyatşünas H.Həmidinin “Əski Şərq dühaları” irihəcmli kitabında da Nizami ənənələrindən ətraflı söz açılmışdır. Ümumiyyətlə, dahi Nizami haqqında özbək alimləri, tədqiqatçıları xeyli sayda elmi-nəzəri əsərlər yazaraq dərc etdirmişlər.
Əsərlərinin nəşri: Nizami Gəncəvinin əsərləri özbək oxucuları arasında qədimdən bəri şöhrət tapmışdır. Müasir dövrümüzdə də bu iş ənənəvi olaraq daim davam etdirilir. Özbəkistan dövrü mətbuatında da Nizami Gəncəvinin qəzəlləri, poemalarından parçalar (“Yeddi gözəl”dən, “Leyli və Məcnun”dan, “Sirlər xəzinəsi”ndən, “İsgəndər və çoban” və s. əsərləri) dərc edilmişdir.
Nizami Gəncəvinin 800-illiyi ərəfəsində, Özbəkistan Dövlət Nəşriyyatı 1947-ci ildə (Böyük Vətən müharibəsinin baş verməsi ilə əlaqədar olaraq yubiley nəşri sonrakı illərdə həyata keçirilmişdir) şairin poemalarından parçaları “Güldəstə” adı altında ayrıca kitab halında çap etmişdir. XIX yüzilliyin ikinci yarısında böyük özbək şairi Məhəmməd Rza Agahi Xivə xanı Firuzun sifarişi ilə Nizaminin “Yeddi gözəl” poemasını nəsrlə tərcümə etmişdir. Özbək ədəbiyyatşünası Məhəmməd Əli yazır ki, həmin əsər Agahinin yeni nəşr olunmuş (təxm. 1988-ci ildə) dördcildlik külliyatına daxil edilmişdir.
1983-cü ildə Nizaminin özbəkcə yüz minlik tirajla yeni bir kitabı- “Seçilmiş əsərləri” nəfis tərtibatda çapdan çıxmışdır. Kitabın giriş hissəsində dahi şairin ədəbi şəxsiyyəti və irsi haqqında elmi – nəzəri fikirlər yer almışdır. Kitabın şeirlər – lirika hissəsində Nizami Gəncəvinin qəzəlləri, rübailəri, qəsidələri, qitələri, hikmətli sözləri, eləcə də “Sirlər xəzinəsi”ndən, “Yeddi gözəl”dən parçalar təqdim olunur (tərcümələr Şahislam Şahməhəmmədovundur). Kitaba tərcüməçi, filologiya elmləri doktoru, Firdovsi adına respublika mükafatının laureatı, professor Ş.Şahməhəmmədov müqəddimə yazmış, kitabın sonunda izahlı lüğət vermiş, illüstrasiyaların götürülmə mənbəyini qeyd etmişdir. “İncilər ümmanı” kitabında Nizami Gəncəvinin əsərlərindən ibarət nümunələr nəşr edilmişdir. 2005-ci ildə Daşkənddə dahi şairin iki əsəri ayrıca kitablarda nəşr olundu: “Leyli və Məcnun” və “Xosrov və Şirin” əsərləri fars dilindən özbəkcəyə tərcümə olunaraq yeni nəsil oxuculara təqdim olunmuşdur.
Daşkənd Pedaqoji İnstitutu Nizaminin adını daşıyır. Müəllimlər yetişdirən ocağa Şərq şairləri müəlliminin adı nəsib olmuşdur. Özbəkistan Əlyazmalar İnstitutunun zəngin muzeyinin ilk otağı klassik ustad Nizamiyə həsr olunub. Hətta Nəvai əlyazmasını əldə edən bu muzeydəki həmin otaqda Nizaminin şəkli, əsərlərindən illüstrasiyalar, ilk “Xəmsə” müəllifinə həsr olunan tablolar, döymə işləri, xalça, bədii yazılar, kitab vitrinləri və başqa eksponatlar vardır.
Nəticədə, Azərbaycan klassik ədəbiyyatının, ilk növbədə, Nizami, Nəsimi, Füzuli kimi bədii söz bahadırlarının yaradıcılığı, onların özbək ədəbiyyatının tərəqqisində və yeni-yeni ənənələrlə zənginləşməsində danılmaz rolu və böyük təsiri özbək ədəbiyyatşünaslarının, yazıçılarının və mətnşünaslarının daim tədqiqat obyekti, ilham mənbəyi olmuşdur.
Heydər Əliyev və Azərbaycan ədəbiyyatı
Yaşadığı ömrünün hər anını milli dirçəlişin və bəşəri dəyərlərin inkişafına həsr edən dahi lider Heydər Əliyev daim ziyalılara diqqətlə yanaşırdı. Bunu ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra 21 sentyabr 1993-cü ildə AMEA-da ziyalılarla görüş keçirməsi də təsdiq edir.
Hakimiyyəti boyu ziyalıların və ziyalılığın himayədarı olan Heydər Əliyev ədəbiyyat insanlarına həmişə diqqət göstərmişdir. İstər yazarların, istərsə də, ədəbiyyatşünasların dayağı olan ulu öndər ədəbiyyata dərindən bələd olmuş və sözə sevgi ilə yanaşmışdır. Bunu onun hələ sovetlər dönəmində yazarların V, VI, VII, IX qurultaylarında iştirak etməsi də sübut edir.
O, həmin qurultaylarda iştirak etməklə qurultay iştirakçılarına stimul verir, ədəbiyyatın inkişafı üçün şərait yaradırdı. Ulu öndər Heydər Əliyevin söz adamlarına diqqəti və qayğısı bununla kifayətlənmirdi. Qüdrətli Azərbaycan ədəbiyyatı tarixinin müasir dövrdə mühafizəçisinə çevrilirdi. Ölkənin bütün hüdudlarını əhatə edən ayrı-ayrı bölgələrdə yerli şəraitin tələblərinə uyğun milli mədəniyyət ocaqlarının və abidələrinin yaradılmasına xüsusi əhəmiyyət verirdi. Deyilən fikirlərə sübut olaraq hələ sovetlər vaxtı yaradılmış ədəbiyyat ocaqlarını misal göstərə bilərik.
Ulu öndər hakimiyyətə gəldiyi ilk dönəmlərdə – 12 avqust 1969-cu ildə Qazaxda Molla Pənah Vaqifin ev muzeyinin yaradılması qərarının verilməsi öz dövrü üçün böyük ədəbi hadisə olmaqla yanaşı, milli hadisə idi. 1978-ci ildə isə Şamaxıda Ədəbiyyat Muzeyi yaratmaq haqqında qərar qəbul edilməsi həmin bölgənin tarixi şöhrətini daha da artırdı
Tarixə nəzər saldıqda görürük ki, Heydər Əliyev 60-70-ci illərdə olduğu kimi, 80-ci illərdə də ədəbiyyatın keşiyində xüsusi inamla dayanmışdır. 1980-ci ilin 11 dekabrında Naxçıvan şəhərində Hüseyn Cavid kimi bir şəxsiyyətin ev muzeyinin yaradılması qərarına imza atmaq həmin zaman kəsiyi üçün əvəzolunmaz iş idi. Bunu Hüseyn Cavidin faciəvi həyat tarixçəsinə əsaslanaraq söyləmək daha inandırıcı olar. Bir imperiyanın məhv etdiyi bir dahini hələ o imperiyanın mövcud olduğu bir zamanda vətəninə qaytarmaq tarixi ədalətsizlik üzərində milli qələbə idi.
Görülən ədəbiyyatyönlü işlər bunlarla kifayətlənmirdi. Heydər Əliyev 15 yanvar 1982-ci ildə Şuşada M.P.Vaqifin məqbərəsinin açılışında iştirak edir. Bu hadisənin tarixi əhəmiyyətini həmin tədbirin iştirakçısı və şahidi olmuş şairlərimiz sonralar əsərlərində xüsusilə qeyd etmişlər. Onlardan biri də Cabir Novruzdur. O, “Şuşa yolu” poemasında həmin açılış mərasiminin incəliklərinə belə toxunur: «Mənfur, paxıl ermənilər məzlum-məzlum baxırdılar, süzürdülər. Özlərini üzürdülər… Vaqifin bu mavzoleyinin onlar üçün göz dağı olduğunu bilirdilər”.
Bütün bunlarla yanaşı, hakimiyyətdə olduğu dövrün birinci mərhələsində istər müasir, istərsə də klassik şair və yazıçıların yubileylərinə xüsusi qayğıkeşliklə yanaşmasını unutmaq olmaz. 1969-cu ildə ölkə rəhbəri təyin edilən Heydər Əliyev 1970-ci ildə Rəsul Rzanın 60 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasına nail olur. Bu, o dövrün yazarlarına böyük etimadın göstəricisi idi. Bu göstərici hər il daha da artır, daha geniş arenanı əhatə edirdi. Belə ki, 1973-cü ildə həm Nigar Rəfibəylinin 60, həm də Nəbi Xəzrinin 50 illik yubileyləri böyük təntənə ilə gerçəkləşdirilir.
Klassiklərə olan diqqətdən danışarkən ilbəil keçirilən yubiley tədbirlərini xatırlamaq lazımdır. 1972-ci ildə Nəriman Nərimanovun 100 illik yubileyi qeyd edilməklə bərabər, heykəlinin ucaldılması ədəbiyyat tariximiz üçün önəmli hadisə idi. Həmçinin 13 sentyabr 1973-cü ildə bəşəri klassikimiz İmadəddin Nəsimin 600 illik yubileyinin Bakı ilə yanaşı Moskvada da keçirilməsi bütün imperiyanı Azərbaycana diqqət ayırmağa sövq etmək demək idi. Nəticədə 1980-ci ildə Bakıda İ.Nəsimin abidəsi qoyuldu.
Qarşıdan bəşəri şair Nizami Gəncəvinin yubileyi gəlirdi. Bu münasibətlə 6 yanvar 1979-cu ildə „Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul edilir. Dövrün bütün ziddiyyətlərinə baxmayaraq, qərarda Nizami Gəncəvinin məhz Azərbaycan şairi olmasının qabarıq vurğulanması əsas önəmli fakt idi. Bu o demək idi ki, böyük bir imperiya Nizami Gəncəvini Azərbaycanın şairi olaraq öyrənir və təbliğ edirdi. Qərarın icrasından irəli gələrək, 1981-ci ildə şairin 840, 1991-ci ildə isə 850 illiyi dövlət səviyyəsində keçirilmişdir.
Heydər Əliyevin hakimiyyəti dövründə həyata keçirilən bəzi yubiley mərasimlərinə nəzər salaq. Yubilyarlar müxtəlif zümrələri əhatə edirdi. Məsələn: 1974-cü ildə 90 illiyi keçirilən Hüseyn Cavid repressiya qurbanı olmuşdur. 25 may 1979-cu ildə romantik şair Məhəmməd Hadinin 100 illiyi, 17 oktyabr 1980-ci ildə isə mollanəsrəddinçi tənqidi realist şair Əliqulu Qəmküsarın 100 illiyi qeyd edilmişdir. 12 iyul 1982-ci ildə isə xanım şair Mirvarid Dilbazinin 70 illiyi dövlət səviyyəsində keçirilmişdir.
Heydər Əliyevin sovet hakimiyyəti dövründə yazarlara olan etimadını və qayğısını sadaladığımız faktlarla məhdudlaşdırmaq olmaz. O həmçinin 27-31 oktyabr 1980-ci il Bakıda keçirilən dünya yazıçılarının “Ədəbiyyatların dostluğu-xalqların dostluğudur” Ümumittifaq Konfransını təşkil edərək, dünya yazıçılarını bir araya yığmağı bacarmışdır. Zamana və məkana diqqət yetirsək görərik ki, o cür tarixi dönəmdə bu qədər dünya yazarları Moskvaya yox, məhz Bakıya gətirilmişdir.
Bu hadisədən cəmi bir il sonra 12 iyun 1981-ci ildə yazarların VII qurultayında Heydər Əliyev birbaşa Cənub ədəbiyyatı məsələlərinə toxunur. Bunun təfərrüatlarını Vilayət Quliyevin tərtib etdiyi „Ədəbiyyatın yüksək borcu və amalı” kitabında görmək olur. Kitabda 1969-1999-cu illər Heydər Əliyevin ədəbiyyatla bağlı fəaliyyəti əhatə olunmuş, çıxışlarından sitatlar verilmişdir. Həmin sitatlardan birində deyilir: “Respublika Yazıçılar İttifaqının tərkibində Cənubi Azərbaycandan olan ədəbiyyatçılar da məhsuldar işləyirlər… Ümumiyyətlə, Cənubi Azərbaycanla ədəbi əlaqələri möhkəmləndirmək, mədəniyyətin və mənəvi yaradıcılığın bütün sahələrində geniş əlaqələri inkişaf etdirmək, bizdə toplanmış zəngin bədii-estetik təcrübəni qələm yoldaşlarına vermək barədə düşünmək lazımdır” (səh. 146).
Ulu öndər 29 oktyabr 1997-ci ildə „Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalanmışdır. Ümumiyyətlə, söz adamlarına qarşı göstərilən dövlət qayğısı ölkəmiz müstəqillik qazandıqdan sonra da davam etdirilmişdir.
90-cı illərdə ölkəmizin düçar edildiyi ədalətsiz müharibənin fəsadlarına baxmayaraq, Heydər Əliyev yenə də ədəbiyyat sahəsinə öz diqqət və qayğısını azaltmırdı. 1994-cü ildə satirik qələm ustası Cəlil Məmmədquluzadənin 125 illik yubileyinin keçirilməsi həmin çətinliklər dövründə böyük hadisə idi. Həmçinin Azərbaycanın azadlıq mücadiləsində fərqlənən şairlərin dövlət tərəfindən mükafatlandırılması milli müstəqilliyə xidmət edirdi. 1995-ci ildə ilk dəfə Heydər Əliyev tərəfindən Bəxtiyar Vahabzadəyə verilən “İstiqlal” ordeninə sonralar Məmməd Araz və Xəlil Rza Ulutürk də layiq görülmüşdür.
Dahi lider Heydər Əliyev 6 noyabr 1996-cı ildə Türk Dünyası Yazıçılarının III Qurultayında çıxışı zamanı bəşəri və ortaq türk abidələrinin adlarını vurğulamaqla böyük türk coğrafiyasının xəritəsini cızmışdır: „Qədim dövrlərdə “Dədə Qorqud”, „Manas”, “Alpamış”, „Koroğlu” dastanları, xalqlarımızın hamısına mənsub olan dahi şairlərimiz, yazıçılarımız – Nizami, Yunus Əmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məhtimqulu, Abay və digərləri xalqlarımızın tarixini, mənəvi dəyərlərini əks etdirən, xalqlarımızı dünyada tanıdan ölməz əsərlər yaratmışlar…”
Heydər Əliyev sovet hakimiyyəti illərində olduğu kimi müstəqilik illərində də yazıçıların qurultayında iştirak etmişdir. 1997-ci ilin oktyabrında Azərbaycan Yazıçılar Birliyinin X qurultayında iştirakı və söylədiyi “Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm” – sözləri ədəbiyyata böyük sevginin ifadəsi idi. Həmin qurultayın səmərəli nəticəsi olaraq Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanları olan „Azərbaycan”, “Ulduz”, „Qobustan” jurnalları və “Ədəbiyyat qəzeti” dövlət tərəfindən maliyyələşdirilərək nəşr edilməyə başladı.
Heydər Əliyevin ədəbiyyat sahəsində xidmətlərindən söz düşəndə onun folklora və folklor nümunələrinə biganə olmadığını da söyləmək lazımdır. 1997-2000-ci illərdə „Dədə Qorqud” dastanının Bakı ilə yanaşı, Drezden və YUNESKO-da yubileyinin təşkili buna örnəkdir. 2000-ci ildə “Kitabı-Dədə Qorqud” eposunun 1300 illiyi münasibətilə həyata keçirilən silsilə tədbirlər nəinki folklorşünaslığa, o cümlədən ədəbiyyatşünaslığa böyük təkan verdi. Bu ənənəni davam etdirəm Prezident İlham Əliyev 28 dekabr 2013-cü ildə „Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında” və 20 fevral 2015-ci ildə “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” sərəncam imzalamışdır.
»Dədə Qorqud” eposuna verilən dövlət dəyəri milli kimliyə verilən əvəzolunmaz dəyər idi. Heydər Əliyevin bu tipli xidmətlərini nəzərə alan beynəlxalq qurumlar onun fədakarlıqlarını dəyərləndirməyi də unutmamışlar. 1986-cı ildən təsis edilən Beynəlxalq Atatürk Sülh Mükafatının 1 noyabr 1999-cu ildə Heydər Əliyevə verilməsi də həmin dəyərin bir parçasıdır. Bundan bir il sonra 22 iyun 2000-ci il Moskvada azərbaycanlıların ümumrusiya konqresində çıxış edən ulu öndər bir daha hər bir azərbaycanlının yanında olmaqdan qürurlandığını sübut edir. Harada yaşamasından asılı olmayaraq milli dövlətçilik marağına xidmət etməli olduqlarını vurğulayır. Öz fəaliyyətində bunun ən yaxşı nümunəsini göstərir. 9 mart 2001-ci ildə paytaxtımızda Atatürk Mərkəzinin yaradılması ilə ulu öndərin milli xidmətlərinə daha bir töhfə əlavə olunur.
Heydər Əliyev yalnız ədəbiyyatın yox, həmçinin ədəbiyyatın əsas istinadgahı olan dilin də inkişafını diqqətdən kənarda saxlamamışdır. 18 iyun 2001-ci il «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” AR Prezidentinin fərmanı ilə rus dilinin hegemonluğunu azaltdı. Bir neçə ay sonra, 1 avqust 2001-ci ildə „Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərman verilməklə kiril əlifbasının yarım əsrdən çox davam edən hökmranlığına son qoyulmuşdur. 4 yanvar 2003-cü il “Azərbaycan Respublikası Dövlət dili haqqında” Azərbaycan Qanunu”nun tətbiq edilməsi barədə” fərman isə bütün bu işlərin məqsədyönlü həyata keçirilməsinə zəmin yaratdı.
Heydər Əliyevin ədəbiyyat adamlarına qarşı sevgisi birtərəfli olmamış, onlar da daim bu şəxsiyyətin fəaliyyətini müxtəlif janrlarda olan əsərlərlə işıqlandırmışlar. Hələ sovetlər zamanında, 1974-cü ildə Cənubi Azərbaycan şairi Bulud Qaraçorlu Səhəndin yazdığı „Elimin dayağı, yurdumun fəxri Heydər müəllimə” şeiri sonralar çoxlu ardıclılar tərəfindən davam etdirilmişdir. Müstəqillik dövründə eyni mövzulu çoxlu lirik şeirlər yazılmaqla bərabər irihəcmli poemalar da qələmə alınmışdır. Bu əsərlərə nümunə olaraq Elxan Zal Qaraxanlının “Anıt məzar dastanı”, Zəlimxan Yaqubun „Əbədiyyət dastanı”, Sabir Mustafanın “Qayıdış”, Ramiz Məmmədzadənin „Zirvə”, Fikrət Qocanın “Gərək bu günləri görəydin özün”, Fəridə Ləmanın „Onu zaman seçib”, Rəfiq Zəka Xəndanın “Heydər baba”, Elman Həbibin „Heydərnamə”, Ramiz Duyğunun “Prezidentin ürəyi”, Ramiz Heydərin „İlhamlı gələcək”, Mirkazım Seyidovun “Heydər dühası” və s. göstərə bilərik. Eyni zamanda Heydər Əliyevin obrazı yaradılmış səhnə əsərlərinə Hidayətin „Burdan bir atlı keçdi” pyesini, Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı”, Aqşin Babayevin „Xilaskar” tamaşalarını, İftixar Priyevin “Qurtuluş dastanı” dramını misal gətirə bilərik.
Bir nüansa da toxunmaq lazımdır ki, Heydər Əliyevin həyat və fəaliyyəti yalnız bədii əsərlərdə deyil, tədqiqat əsərlərində də əksini tapmışdır. Bu əsərlərdən biri ilk nəşri 1998-ci ildə, ikinci nəşri 2009-cu ildə olmuş „Heydər Əliyev və Azərbaycan Ədəbiyyatı” kitabıdır. 2010-cu ildə AMEA Ədəbiyyat İnstitutu tərəfindən təqdim olunan bu kitab ədəbiyyat sahəsi üzrə Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür. Bunlardan əlavə, Tərlan Novruzovun “Heydər Əliyev və ədəbiyyat məsələləri” kitabları, eləcə də Elmira Axundovanın 2014-cü ildə çap olunmuş 6 cildlik „Heydər Əliyev: şəxsiyyət və zaman” publisist romanı da ulu öndərin ədəbiyyatla bağlılığı barədə qələmə alınıb.
Göründüyü kimi, Heydər Əliyev hər bir ədibə xüsusi qayğı göstərmiş, onların layiqli dəyərlərini almalarına şərait yaratmışdır.
Müəllif: Gülnar Səma
Mənbə: artkaspi.az
- Teqlər:
- Azərbaycan ədəbiyyatı
- , Heydər Əliyev
- , Heydər Əliyevin dövründə Azərbaycan ədəbiyyatı
- , ədəbiyyat haqqında
- , “Dədə Qorqud eposu
- , Ulu öndər Heydər Əliyev
- , Heydər Əliyev sovet hakimiyyəti illərində
Bir millətik, iki dövlət Eyni arzu, eyni niyyət
yazmaq), obyektiv işıqlandırmaq, təbliğ etmək imkanı və hüququ qazana bildi.
Azərbaycanda milli müstəqillik əldə olunduqdan sonra ali məktəblərin filologiya fakültələrində ilk dəfə
tədris olunan “Türk xalqları ədəbiyyatı” fənni də bilavasitə bu zərurətdən doğmuş və bu ehtiyaca xidmət kimi
nəzərdə tutulmuşdur. Bu fənnin tədrisi prosesində nəinki keçmiş sovet məkanında yaşayan ayrı-ayrı türk
xalqlarının, eləcə də zəngin ədəbiyyatı olan Türkiyə türklərinin ədəbiyyatının öyrənilməsi də qarşıya məqsəd
qoyulmuşdur. Təbii ki, türk xalqlarının zəngin ədəbi-bədii nümunələri həm ümumtürk konsepsiyası, həm də
milli türk ədəbiyyatının özünəməxsusluğu, fərdi yaradıcılıq xüsusiyyətləri baxımından tədris olunmalıdır. Eyni
zamanda bu fənnin tədrisi zamanı türk xalqlarının mədəniyyətinə digər dünya xalqlarının mədəniyyətindən
təcriddə, ayrılıqda yox, vəhdət, qarşılıqlı əlaqə və bağlılıq şəraitində münasibət bildirilməlidir. Çünki
inkaredilməz faktdır ki, türklərin qədim folklor irsi Misir və ümumən Yaxın və Orta Şərq ədəbi abidələri ilə
qarşılıqlı əlaqə prosesində olmuşdur. Yazılı ədəbiyyatda da bu cür əlaqə, ənənə yaxınlığı özünü göstərmiş və
hazırda da göstərməkdədir.
Müstəqillik dövründə türk xalqları ədəbiyyatı problemlərinin araşdırılması ən aktual məsələlərdən
birinə çevrilmişdir. Qeyd etməliyik ki, Azərbaycan türkologiyası müstəqillik dövründə yeni inkişaf mərhələsinə
qədəm qoymuş və türkoloji problemlər müxtəlif aspektlərdən araşdırma obyektinə çevrilmişdir.
2007-ci ildə ADPU-da yaradılmış “Türk araşdırmaları” elmi-tədqiqat mərkəzi bilavasitə türk xalqları
ədəbiyyatının problemlərinin öyrənilməsi ilə məşğuldur. Mərkəzin tədqiqat hədəfi türk mənşəli xalqların ən
qədim dövrdən çağdaş mərhələyə qədər yaratmış olduğu mədəni irsi öyrənməkdir. Biz burada türk xalqları
ədəbiyyatını həm ayrı-ayrı xalqların ədəbiyyatı, həm də vahid sistem daxilində ümumtürk kontekstində tədqiq
etməyi qarşıya məqsəd qoymuşuq. 2007-ci ildən bu günə qədər keçən 10 il müdddətində mərkəzdə türk
xalqları ədəbiyyatı problemlərinə dair 13 kitab, 150-dən çox məqalə çap edilmişdir. Mərkəzin əməkdaşları bu
müddət ərzində 40-dan çox beynəlxalq və 30 respublika elmi konfranslarında iştirak etmişlər.
Mərkəzin elmi rəhbəri professor Elman Quliyev türk xalqları ədəbiyyatının ən qədim dövrdən müasir
mərhələyə qədərki problemlərinə dair çoxsaylı kitab və məqalələrin müəllifi kimi tanınır. Onun müxtəlif
illərdə yazmış olduğu «Müasir özbək ədəbiyyatı tarixi» (Bakı, 1999), «Türkiyə türk ədəbiyyatı» (Bakı, 2003),
«Özbək ədəbiyyatı» (Bakı, 2009), «Türk xalqları ədəbiyyatının yaradıcılıq problemləri» (Bakı, 2010,
həmmüəlliflərlə), «Şərq xalqları ədəbiyyatı» (2 cilddə, Bakı , 2011), «Orta əsrlər türk xalqları ədəbiyyatı» (Bakı,
2010), «Qədim və orta əsrlər türk xalqları ədəbiyyatı» (Bakı, 2012) «Türk xalqları ədəbiyyatı» (Bakı, 2009;
2011, 2014) adlı kitabları türk xalqları ədəbiyyatının problemlərini öyrənmək baxımından əhəmiyyət kəsb
edir. Onu da qeyd edək ki, müəllif türk xalqları ədəbiyyatının tədris keyfiyyətinin səmərəliliyini artırmaq və
onun tədrisinin düzgünlüyünü təmin etmək məqsədilə «Türk xalqları ədəbiyyatı» (Bakı, 1998), «Şərq xalqları
ədəbiyyatı» (Bakı, 1998), «Ümumtürk ədəbiyyatı» (Bakı, 2005), «Qədim türk ədəbiyyatı» (Bakı, 2010),
«Türkiyə türk ədəbiyyatı» (XIX-XX əsrlər) (Bakı, 2011), “Türk və Şərq xalqları ədəbiyyatı” ( Bakı, 2015) tədris
proqramlarını tərtib etmişdir. Onun türk ədəbiyyatı problemlərinin öyrənilməsi sahəsində xidmətləri yüksək
qiymətləndirilmiş, 1999-cu ildə «Mirzə Uluğbəy» (Özbəkistan) mükafatı almış, 2007-ci ildə C.Rumi – 800
(YUNESKO) müsabiqəsinin laureatı, iki dəfə «İlin alimi» (2007, 2010) və «İlin müəllimi» (2011)
müsabiqələrinin qalibi olmuşdur. O, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 18 aprel tarixli
sərəncamı ilə «Tərəqqi» medalı ilə təltif edilmiş, elmin inkişafı və türk ədəbiyyatı problemlərinin öyrənilməsi
sahəsindəki uğurlarına görə «Ən yaxşı tədqiqatçı vətənpərvər alim» qızıl medalına (2011), Türkiyə
Respublikasının Azərbaycandakı səfirliyinin xüsusi Dövlət təşəkkürünə (2012), «Qızıl qələm» mükafatına
(2013), Prezident təqaüdünə (2014), «Cəfər Cabbarlı mükafatı»na (2015), Azərbaycan-Türkiyə elmi-ədəbi
əlaqələrinin genişlənməsində xidmətlərinə və türk xalqları ədəbiyyatı problemlərinin araşdırılması sahəsində
fəaliyyətinə görə TÜRKSOY-un medalına (2017) layiq görülmüşdür.
Professor Elman Quliyev bir çox beynəlxalq elmi konfranslarda məruzə ilə çıxış etmiş, elmi əsərləri
Türkiyə, İran, İraq, Türkmənistan, Şimali Kipr və s. xarici ölkələrdə çap edilmişdir.
Tədqiqatçı alimin türk xalqalrı ədəbiyyatı problemləri ilə bağlı araşdırmalarında türk dastan yaradıcılığı,
ümumtürk yazılı ədəbiyyatı, Türkiyə türk, özbək, türkmən, qazax, qırğız, tatar ədəbiyyatları əsas tədqiqat
obyektinə çevrilmişdir. Alim bu ədəbiyyatların xüsusiyyətlərinə uyğun olaraq problemə həm milli ədəbiyyat,
Azərbaycan – Türkiyə münasibətləri II beynəlxalq elmi konfransının materialları
həm də ümumtürk ədəbiyyatı kontekstində münasibət bildirir. Bu səbəbdəndir ki, onun araşdırmalarında türk
dastanları, Mahmud Kaşqarlı, Yusif Balasaqunlu, Əhməd Yəsəvi və s. sənətkarlar daha çox ümumtürk
dəyərləri nöqteyi-nəzərindən tədqiq olunmuşdur. Lakin konkret olaraq İbrahim Şinasi, Ziya Paşa, Tofiq Fikrət,
Nazim Hikmət, Əlişir Nəvai, Qafur Qulam, Musa Aybək, Dövlətməmməd Azadi, Məxtumqulu Fəraqi, Abay
Kunanbayev, Oljas Süleymenov, İsmayıl Qaspiralı, Çingiz Aytmatov və onlarla digər türk xalqalrı ədəbiyyatı
nümayəndələri milli türk ədəbiyyatı problemləri daxilində araşdrırılmışdır. Professor Elman Quliyev öz
araşdırmalarında qədim türk epos, şeir, nəsr nümunələrini, intibah dövrünü (XI-XIII əsrlər), orta əsrlər
ədəbiyyatını (XIV-XVII əsrlər), yeni dövr ədəbiyyatını (XVIII-XIX əsrlər), müasir və ən yeni dövr ədəbiyyatını (XX
əsr, XIX əsrin 90-cı illəri) tədqiq etmiş, hər dövrün xüsusiyyətlərini bugünkü türkologiyamızın qarşıya qoyduğu
tələblər baxımından təhlil etməyi bacarmışdır.
Abbasova Aytən Şahid qızı 2007-ci ildən “Türk araşdırmaları” elmi-tədqiqat laboratoriyasında kiçik elmi
işçi vəzifəsində çalışır. Laboratoriyada fəaliyyət göstərdiyi müddət ərzində elmi və nəzəri cəhətdən hazırlıqlı
olması ilə seçilən Aytən Abbasova türk xalqları ədəbiyyatı problemləri ilə bağlı həm ölkəmizdə, həm də
ölkəmizdən kənarda (Türkiyə, Qırğızıstan, Bosniya, Türkmənistan) keçirilən nüfuzlu beynəlxalq konfranslarda
dəfələrlə məruzə ilə çıxış etmişdir. Aytən Abbasovanın həm ölkəmizdə, həm də Türkiyədə, İraqda, Ukraynada
dərc olunan nüfuzlu elmi jurnallarda da bir neçə elmi məqaləsi çap olunmuşdur. Eyni zamanda o,
“Türkxalqları ədəbiyyatının yaradıcılıq problemləri” (Bakı, 2010, həmmüəlliflərlə) adlı dərs vəsaitinin də
“Türk araşdırmaları” elmi-tədqiqat mərkəzində fəaliyyət göstərdiyi müddətdə elmi işçi Aytən Abbasova
ona verilən elmi-tədqiqat işlərini uğurla tamamlamışdır. Təhvil verdiyi elmi-tədqiqat işləri tədqiqat apardığı
mövzuların aktuallığı, problemə düzgün yanaşması, çoxsaylı ədəbiyyatlardan istifadəsi ilə laboratoriya
əməkdaşları, o cümlədən fakültənin professor-müəllim heyəti tərəfindən hər zaman bəyənilmiş, müsbət
rəylər almışdır. “XX əsrin 20-50-ci illərində Türkiyədə ədəbi mühit və Nazim Hikmət”; “Nazim Hikmət
poeziyasının mövzu və ideyası”; “Nazim Hikmət dramaturgiyasında dramatik xarakter və bədii konflikt”;
“Ömər Seyfəddinin həyatı, dövrü, mühiti və ədəbi faəliyyət dairəsi”; “Ömər Seyfəddinin hekayələrində həyat
həqiqətlərinin bədii əksi”; “Ömər Seyfəddinin bədii nəsrində dövrün ictimai-siyasi səciyyəsi”; “XX əsrin II yarısı
Krım türk bədii nəsri yeni inkişaf mərhələsində; “Cengiz Dağcının romanlarında türk milli-mənəvi ideallarının
təzahürü” adlı elmi-tədqiqat işləri bu qəbildəndir. Ancaq qeyd etməliyik ki, Aytən Abbasova mövzular
üzərində tədqiqat apararkən özündən əvvəlki tədqiqatlardan bəhrələnməklə kifayətlənməmiş, adı çəkilən
sənətkarların yaradıcılığına tamam fərqli prizmadan yanaşmışdır. Bildiyimiz kimi, XX əsr Türkiyə ədəbiyyatında
özünəməxsus yer tutan, qiymətli ədəbi irsə malik olan Nazim Hikmət özünün romantik ruhlu, coşğun pafoslu
əsərləri ilə müasir türk ədəbiyyatının inkişafına böyük təkan vermişdir. Böyük sənətkarın həyatı və yaradıcılığı
siyasi görüşləri və əqidəsinə görə uzun müddət vətənində geniş tədqiq olunmamışdır. Azərbaycanda Sovet
dövründə bir neçə tədqiqatçı sənətkarın yaradıcılığının tədqiqi ilə məşğul olsa da, N.Hikmətin yaradıcılığının
günün tələbləri baxımından araşdırılmasına ehtiyac var idi. Bu baxımdan Aytən Abbasovanın yazdığı elmi-
tədqiqat işləri, mövzu ilə bağlı dərc etdirdiyi məqalələr (Nazim Hikmətin dövrü və ədəbi mühiti. Pedaqoji
Universitet Xəbərləri. Təbiət, humanitar və pedaqoji-psixoloji elmlər seriyası. Bakı, ADPU, 2009, №1, səh.122-
125;Nazim Hikmətin dram yaradıcılığında “Kəllə” pyesinin yeri. Azərbaycanda Atatürk Mərkəzinin Bülleteni.
Bakı, “Elm və təhsil”, 2010, 2 (34) səh.68-73; Nazim Hikmət türk lirik şeirinin ustadı kimi (I məqalə).
Azərbaycanda Atatürk Mərkəzinin Bülleteni. Bakı, “Elm və təhsil”, 2010, 3 (35), səh.57-68; Nazim
Hikmət türk lirik şeirinin ustadı kimi (II məqalə). Azərbaycanda Atatürk Mərkəzinin Bülleteni. Bakı, “Elm və
təhsil”, 2010, 4 (36), səh.48-60; Nazim Hikmət dramaturgiyasında dramatik xarakter və bədii konflikt (I
məqalə). Azərbaycanda Atatürk Mərkəzinin Bülleteni. Bakı, “Elm və təhsil”, 2011, 2 (38), səh.35-44; Nazim
Hikmət dramaturgiyasında dramatik xarakter və bədii konflikt (II məqalə). Azərbaycanda Atatürk Mərkəzinin
Bülleteni. Bakı, “Elm və təhsil”, 2011, 3 (39), səh.30-40) xüsusi əhəmiyyətə malikdir.
Elmi işçi Aytən Abbasovanın apardığı tədqiqatlardan bəhs edərkən onun Ömər Seyfəddin haqqında olan
araşdırmalarını da xüsusi vurğulamalıyıq. XIX əsrin sonu XX əsrin əvvəllərində Türkiyədə qaynar ictimai-siyasi
hadisələrin baş verdiyi bir dövrdə ədəbiyyatın yeniləşməsi və milliləşməsi uğrunda yorulmadan mübarizə
aparan Ömər Seyfəddinin türk dilinin saflığı uğrunda, türk realist nəsrinin, xüsusilə də hekayə janrının
inkişafında əvəzsiz xidmətləri olmuşdur. Tədqiqatçı dəyərli sənətkarın əsərlərini mövzu və ideya baxımından
qruplaşdırmış, türkçülük və millətçilik ruhu ilə zəngin dəyərli əsərləri uğurla təhlil etmişdir. Dövri mətbuatda
Comments are closed, but trackbacks and pingbacks are open.