Qurğuların sınağı və zəlzələyə davamlılığı
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, Bakıda binalar tikilməzdən əvvəl ərazinin seysmoloji vəziyyəti öyrənilməlidir. Bakıda yan-yana dayanan binaların biri 8, biri 9 ballıq zəlzələyə davamlı nəzərdə tutulur: “Mikrorayonlaşdırma xəritəsinə uyğun binalar tikmək olmaz. Seysmoaktiv ərazilərdə bu xəritələrlə işləmək olmaz. Bu prosesdə xəritə yox, seysmoaktiv vəziyyət dəyərləndirilməlidir.
Paytaxtda binalar zəlzələyə nə qədər davamlıdır?
Heç bir ölkə təbii fəlakətdən sığortalanmayıb. Bu gün Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində ölənlər və yaralananlar var. Bundan başqa zəlzələ nəticəsində Diyarbəkir, Malatya, Osmaniye və Şanlıurfa əyalətlərində ciddi dağıntılar var. Azərbaycan seysmoloji zonada yerləşir və hər an bu cür arzuolunmaz hadisələr baş verə bilər.
Bəs, görəsən yaşadığımız evlər, paytaxtda durmadan inşa edilən çoxmərtəbəli binalar, Sovet dövründən qalan, istismar müddətini başa vuran köhnə binalar zəlzələ qarşısında duruş gətirə bilərmi?
Məsələ ilə bağlı Trend-ə açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, hazırda tikilən binalar sovet vaxtı tikilən binalardan zəlzələyə daha davamlıdır.
“Son illərdə tikintilərin müvafiq normalara əməl olunmaqla aparılmasına nəzarət gücləndirilib. Bir neçə ildir ki, ölkəmizdə tikilən hünüdürmərtəbəli binalar həm şaquli həm də üfüqi bir-birinə bağlanır. Bu səbəbdən belə binalar zəlzələyə daha davamlı olur. Ancaq həmin binaların neçə ballıq zəlzələyə davamlı olduğunu demək çətindir. Təbii ki, binaların zəlzələyə davamlılığı bilavasitə təbii hadisə zamanı üzə çıxa bilər. Sovet dövründən qalan, istismar müddətini başa vuran köhnə binaların təbii fəlakət qarşısında duruş gətirməsi titrəyişin müddətindən aslıdır. Baş verə biləcək zəlzələ nəticəsində, seysmik göstəricilərin dayanıqlılığı yüksək olsa belə, bu binaların əksəriyyəti qəzalı vəziyyətə düşə bilər.”
Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, Bakıda binalar tikilməzdən əvvəl ərazinin seysmoloji vəziyyəti öyrənilməlidir. Bakıda yan-yana dayanan binaların biri 8, biri 9 ballıq zəlzələyə davamlı nəzərdə tutulur: “Mikrorayonlaşdırma xəritəsinə uyğun binalar tikmək olmaz. Seysmoaktiv ərazilərdə bu xəritələrlə işləmək olmaz. Bu prosesdə xəritə yox, seysmoaktiv vəziyyət dəyərləndirilməlidir.
8 ballıq zəlzələ zonası ilə müqayisədə 9 ballıq ərazidə tikinti apararkən, hesablanmış normativlərə görə 40 faiz əlavə vəsait qoyulmalıdır.
“Xüsusi dəmir-beton sütunlar, onların ölçüləri, armaturlar və digər ölçülər nəzərə alınmalıdır. Əgər 8 ballıq zonada bina 1 milyon manata başa gəlirsə, 9 ballıqda 1 milyon 400 min manata başa gələcək. Tikinti şirkətləri əlavə vəsait xərcləmək və bunun vergisini vermək istəmirlər. 2019-cu ildən bəri Bakıda tikinti şirkətləri tikinti ərazisinin seysmoloji xəritəsi ilə bağlı Respublika Seysmoloji Mərkəzə müraciət etmir”, – deyə Q. Yetirmişli qeyd edib.
Milli.Az
Qurğuların sınağı və zəlzələyə davamlılığı
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrasında “Seysmoizoledici qurğusu olan bina və qurğuların zəlzələyə davamlığının tədqiqi” mövzusunda elmi seminar keçirilib. Seminarda kafedranın əməkdaşları və dəvət olunmuş mütəxəssislər iştirak ediblər.
AzEdu.az xəbər verir ki, seminarda çıxış edən kafedranın dosenti Tükəzban Həsənova dünyanın bir çox ölkələrində baş vermiş zəlzələlərin təsirindən binaların zədələnmə dərəcəsinin müəyyənləşdirilməsi metodlarından, bu istiqamətdə aparılan elmi-tədqiqat işlərindən danışıb. O qeyd edib ki, binaların zəlzələyə davamlığının qiymətləndirilməsi, karkas binaların hündürlüyünə qoyulan məhdudiyyətlərin araşdırılması hazırda inşaat konstruksiyalarının aktual problemlərindəndir.
Məruzəçi karkas binalarla bağlı aparılan elmi-tədqiqat işlərinə də toxunub. O bildirib ki, eksperimental elmi tədqiqatların analizi nəticəsində karkas binaların yüksək intensivlikli seysmik yüklərə parametrlərinin təyin olunması mümkündür.
Sonda məruzə ətrafında müzakirələr təşkil olunub.
Azərbaycan alimləri bina və qurğuların zəlzələyə davamlığını müzakirə ediblər
Azərbaycan alimləri bina və qurğuların zəlzələyə davamlığını müzakirə ediblər Azərbaycan Memarlıq və İnşaat Universitetinin Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrasında “Seysmoizoledici qurğusu olan bina və qurğuların zəlzələyə davamlığının tədqiqi” mövzusunda elmi seminar keçirilib.
9 Fevral , 2023 17:42
https://static.report.az/photo/0b7f216b-d912-3a59-afc6-f9fc2245424e.jpg
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrasında “Seysmoizoledici qurğusu olan bina və qurğuların zəlzələyə davamlığının tədqiqi” mövzusunda elmi seminar keçirilib. Bu barədə “Report”a AzMİU-dan məlumat verilib. Seminarda kafedranın əməkdaşları və dəvət edilmış mütəxəssislər iştirak ediblər. Bina və qurğuların istismarı və rekonstruksiyası kafedrasının dosenti Tükəzban Həsənova geniş məruzə ilə çıxış edib. Alim çıxışında dünyanın bir çox ölkələrində baş vermiş zəlzələlərin təsirindən binaların zədələnmə dərəcəsinin müəyyənləşdirilməsi metodlarından, bu istiqamətdə aparılan elmi-tədqiqat işlərindən danışıb. O, qeyd edib ki, binaların zəlzələyə davamlığının qiymətləndirilməsi, karkas binaların hündürlüyünə qoyulan məhdudiyyətlərin araşdırılması hazırda inşaat konstruksiyalarının aktual problemlərindəndir. Tükəzban Həsənova məruzəsində karkas binalarla bağlı aparılan elmi-tədqiqat işlərinə də toxunub. O, bildirib ki, eksperimental elmi-tədqiqatların analizi nəticəsində karkas binaların yüksək intensivlikli seysmik yüklərə parametrlərinin (həddi halda) təyin olunması mümkündür.
Comments are closed, but trackbacks and pingbacks are open.