Press "Enter" to skip to content

Azərbaycanın Dövlət Neft Şirkəti dəniz neft yatağında maili quyuların qazılmasını başa çatdırıb

vk.com/club152685050 | vk.com/id446425943 təhlükəsiz aparılmasının təşkili üzrə sənədləri müvafiq qaydada işləyir və təsdiq edir. Bu tədbirlər istehsalat prosesinin bütün iştirakçıları üçün mütləqdir. 3.6.6. Yer təkinin istifadəçisi (sifarişçi) tərəfindən küt quyular meydançasına müvafiq qaydada cavabdeh iş rəhbəri tə’yin edilir (lazımi səlahiyyətlər verilməklə). 3.6.7. Küt quyular meydançasında işlərin təhlükəsiz aparılmasının təşkili qaydası aşağıdakıları nəzərdə tutmalıdır: – işlərin və əməliyyatların ardıcıllığını, eyni vaxtda aparıldıqda onların başlaması qaydasını; – işin gedişi və keyfiyyətinə, onların təhlükəsiz aparılması səviyyəsinə operativ nəzarət sistemini; – təşkilatların öz aralarında və küt quyular meydançasında cavabdeh iş rəhbəri ilə qarşılıqlı hərəkət etmək qayda və şərtlərini. 3.6.8. Nəqliyyatın, xüsusi texnikanın qəza vəziyyəti yarandıqda (qazneftsu təzahürü, açıq fontanlar və s.) adamların küt quyular meydançasından təxliyə qaydası qəzaların ləğv olunması planında nəzərə alınmalıdır. 3.6.9. Vışka-bucurqad blokunu yeni nöqtəyə (pozisiyaya) çəkdikdə, həmçinin vışkaları sınaqdan keçirdikdə və quyuda mürəkkəb qəza işləri apardıqda qonşu obyektlərdə bütün işlər dayandırılmalıdır. Adamlar təhlükəli zonadan (vışkanın hündürlüyü üstəgəl 10 metr məsafəyə) uzaqlaşdırılmalıdırlar (bilavasitə işin görülməsi ilə məşğul olan işçilərdən başqa). 3.6.10. Küt quyular meydançasında təhlükəli işlərin görülməsi bu Qaydaların tələblərinə müvafiq olaraq, küt quyular meydançasında işə cavabdeh rəhbər tərəfindən verilən tapşırıq-buraxılışa əsasən aparılmalıdır. 3.6.11. Qazmadan çıxmış (qurtarmış) quyuların mənimsənilməsi bu Qaydaların tələbləri və Azdövdağtexnəzarət Komitəsinin əlavə tələbləri nəzərə alınmaqla aparılmalıdır.

3.6. Küt üsulla quyuların qazılması

3.6.1. Bu tələblər neft və neft-qaz yataqlarında küt quyuların tikilməsinə şamil edilir. Qaz faktoru 200 m 3 /tondan artıq olduqda layihə sənədləri bu Qaydalara müvafiq əlavə təhlükəsizlik tədbirlərini özündə əks etdirməlidir. 3.6.2. Küt quyular meydançasının hazırlanması və tikilməsi, işlərin görülməsi qaydası, quyuların istismarına dair layihə sənədlərinin işlənməsi, təhlükəli istehsalat obyektlərinin məhdud ərazidə sıxlığı sənaye təhlükəsizliyinin təmin edilməsini və quyuların qazılması, mənimsənilməsi, istismarı və tə’mirinin eyni vaxtda aparılmasını nəzərə almaqla bu Qaydaların tələblərinə uyğun olmalıdır. 3.6.3. Küt quyuların meydançasında istehsalat, köməkçi və məişət obyektlərinin yerləşdirilməsinin baş planı, istehsalın xüsusiyyətlərini, sanitariya norma və qaydalarını nəzərə almaqla, bu Qaydaların tələblərinə uyğun olmalıdır. 3.6.4. Quyunun tikilməsinin işçi layihəsi yer təkinin istifadəçisinin (sifarişçinin) tapşırığı ilə qanunvericiliklə müəyyən edilmiş qaydada işlənməlidir. Küt quyular meydançasında quyu ağızlarının yerləşmə qaydası Azdövdağtexnəzarət Komitəsinin tələblərinə müvafiq olmalıdır. Küt quyular meydançasında yerləşən quyuların sayı, bütün quyuların debitlərinin ümumi cəminin qiyməti ilə məhdudlaşmalı və 5000 ton/sutkadan (neft üzrə) artıq olmamalıdır. 3.6.5. Müxtəlif xarakterli işlərin (qazma, mənimsəmə, istismar, neft-qazçıxarma avadanlığının quraşdırılması və s.) eyni vaxtda aparılmasında sənaye təhlükəsizliyini tə’min etmək məqsədi ilə yer təkinin istifadəçisi və ya onun səlahiyyətli nümayəndəsi küt quyular meydançasında işlərin

vk.com/club152685050 | vk.com/id446425943 təhlükəsiz aparılmasının təşkili üzrə sənədləri müvafiq qaydada işləyir və təsdiq edir. Bu tədbirlər istehsalat prosesinin bütün iştirakçıları üçün mütləqdir. 3.6.6. Yer təkinin istifadəçisi (sifarişçi) tərəfindən küt quyular meydançasına müvafiq qaydada cavabdeh iş rəhbəri tə’yin edilir (lazımi səlahiyyətlər verilməklə). 3.6.7. Küt quyular meydançasında işlərin təhlükəsiz aparılmasının təşkili qaydası aşağıdakıları nəzərdə tutmalıdır: – işlərin və əməliyyatların ardıcıllığını, eyni vaxtda aparıldıqda onların başlaması qaydasını; – işin gedişi və keyfiyyətinə, onların təhlükəsiz aparılması səviyyəsinə operativ nəzarət sistemini; – təşkilatların öz aralarında və küt quyular meydançasında cavabdeh iş rəhbəri ilə qarşılıqlı hərəkət etmək qayda və şərtlərini. 3.6.8. Nəqliyyatın, xüsusi texnikanın qəza vəziyyəti yarandıqda (qazneftsu təzahürü, açıq fontanlar və s.) adamların küt quyular meydançasından təxliyə qaydası qəzaların ləğv olunması planında nəzərə alınmalıdır. 3.6.9. Vışka-bucurqad blokunu yeni nöqtəyə (pozisiyaya) çəkdikdə, həmçinin vışkaları sınaqdan keçirdikdə və quyuda mürəkkəb qəza işləri apardıqda qonşu obyektlərdə bütün işlər dayandırılmalıdır. Adamlar təhlükəli zonadan (vışkanın hündürlüyü üstəgəl 10 metr məsafəyə) uzaqlaşdırılmalıdırlar (bilavasitə işin görülməsi ilə məşğul olan işçilərdən başqa). 3.6.10. Küt quyular meydançasında təhlükəli işlərin görülməsi bu Qaydaların tələblərinə müvafiq olaraq, küt quyular meydançasında işə cavabdeh rəhbər tərəfindən verilən tapşırıq-buraxılışa əsasən aparılmalıdır. 3.6.11. Qazmadan çıxmış (qurtarmış) quyuların mənimsənilməsi bu Qaydaların tələbləri və Azdövdağtexnəzarət Komitəsinin əlavə tələbləri nəzərə alınmaqla aparılmalıdır.

vk.com/club152685050 | vk.com/id446425943 3.6.12. Küt quyular meydançasında növbəti quyunun qazılması ilə eyni vaxtda əvvəl qazılmış quyularda əlavə məhsuldar qatların açılması ilə bağlı işlərin (o cümlədən əsas quyu lüləsindən üfqi ayrılmaların qazılması yolu ilə) görülməsinə icazə verilir. 3.6.13. Qazma qurğusunun sökülməsi və ya vışka-bucur- qad və digər blokların küt quyular meydançasındakı axırıncı qazılmış quyudan çıxarılması, onların küt quyular meydançasında nəqli təhlükəli zonada yerləşən bütün istismar quyuları dayandırıldıqdan sonra aparılmalıdır. 3.6.14. Qazma icraçısı tərəfindən növbəti quyunun təhvili və sifarişçi tərəfindən onun qəbulu görülən işlərin keyfiyyətinin tədqiqindən sonra aparılır və hər iki tərəfin imzası ilə aktla təsdiqlənir. Təhvil verilən quyunun vəziyyəti (istismar kəməri kipliyə sınaqdan keçirilib; istismar kəməri perforasiya olunub və quyu daxili avadanlıq endirilib; quyunun tikintisi tam başa çatdırılıb və s.) podrat (icra) işinin yerinə yetirilməsinə dair müqavilə ilə tə’yin olunur. Quyunun istismara verilməsi sifarişçi tərəfindən qoyulmuş qaydada aparılır.

vk.com/club152685050 | vk.com/id446425943 3.7. Tullanışa qarşı avadanlığın quraşdırılması və istismarı 3.7.1. Qazmada qazneftsu təzahürləri gözlənildikdə konduktorda, aralıq kəmərində, həmçinin məhsuldar laylar açılan zaman istismar kəmərinin içərisində iş aparıldıqda istismar kəmərində tullanışa qarşı avadanlıq (preventor) quraşdırılmalıdır. Qoruyucu kəmərlər bir-biri ilə kəmər başlıqları ilə bağlanılmalıdır. TQA-nın və kəmər başlıqlarının quraşdırılması və istismarı üzrə təlimat istehsalçı zavodlar tərəfindən verilən texniki şərtlərə əsasən müəssisə tərəfindən işlənilir və onun texniki rəhbərliyi tərəfindən təsdiq olunur. Kəmər başlığının, preventorlar blokunun və manifoldun işçi təzyiqi qazmanın hər mərhələsində quyuda qazma məhlulunun lay flüidi ilə və ya qaz-məhlul qatışığı ilə tam dəyişdirilməsi və açıq fontanda quyu ağzının kipləşdirilməsi şəraitində hesablanmış qoruyucu kəmərin kipliyə yoxlanma təzyiqindən az olmamalıdır. 3.7.2. Quyunun kəsilişin konkret dağ-mədən-geoloji xüsusiyyətindən asılı olaraq preventor yığımı, manifold, preventorların hidravlik və drosselləmə idarəetmə pultları, separator və məşəl (fakel) qurğuları aşağıdakı texnoloji əməliyyatları yerinə yetirmək üçün seçilir: – qazma boruları quyuda olduqda və ya olmadıqda quyu ağzının kipləşdirilməsi; – qəbul edilmiş texnologiya üzrə quyudakı flüidin yuyulub çıxarılması; – qazma boru kəmərinin preventoru bağladıqdan sonra onun sıxaclarında (plaşka) oturdulması; – qazma kəmərinin kəsilməsi; – quyunu boğarkən onun vəziyyətinə nəzarət; – qazma kəmərinin tutulmasının qarşısını almaq üçün onun qaldırılıb-endirilməsi;

vk.com/club152685050 | vk.com/id446425943 – quyu ağzı kip bağlanandan sonra qazma kəmərinin bir hissəsinin və ya bütövlüklə qaldırılıb-endirilməsi. 3.7.3. TQA-nın quraşdırılması və birləşdirmə sxemi qazma müəssisəsi tərəfindən işlənilir, sifarişçi, Azdövdağtexnəzarət Komitəsi və FQDHH ilə razılaşdırılır və müəyyən edilmiş qaydada təsdiq edilir. Bu zaman aşağıdakı müddəaları rəhbər tutmaq lazımdır: a) Normal təzyiqli neft və su layları ilə təmsil olunmuş, öyrənilmiş kəsilişi açdıqda konduktor və ya texniki kəməri buraxdıqdan sonra qazma kəmərinin endirilmiş halında (və ya onsuz) quyunun kipliyini təmin etmək üçün quyu ağzına iki preventor (onlardan biri universal) quraşdırılır. b) Yüksək anomal təzyiqli neft, qaz və su horizontları açdıqda quyuda biri universal olmaqla üç və ya dörd preventor qoyulur. Quyu ağzında gözlənilən izafi təzyiq 100 kqq/sm 2 (10MPa)-dan aşağı olduqda, kəsici plaşkalı preventorun qoyulmasının vacibliyi layın xüsusiyyətinə əsasən (flüidin tərkibi, keçiriciliyi, məsaməliyi, debiti və s.) Azdövdağtexnəzarət Komitəsi və FQDHH ilə razılaşdırılaraq müəssisə tərəfindən müəyyən edilir. c) Quyuda dörd preventor, onlardan biri kəsici plaşkalı, o biri universal preventor olmaqla, aşağıdakı hallarda quraşdırılır: – anomal yüksək təzyiqli və hidrogen-sulfidin həcmi miqdarı 6%-dən artıq olan layları açdıqda, həmçinin quyu ağzında hidrogen-sulfid 6%-ə qədər və izafi təzyiq 350 kqq/sm 2 (35MPa)-dan artıq olduqda; – germetikləşmiş quyu ağzında izafi təzyiqdə, boruların endirilməsi və qaldırılması texnologiyasından istifadə olunduqda. 3.7.4. Qazılan quyuda quyu ağzında TQA-ın quraşdırıl- masında bu Qaydaların 3.7.3 bəndinin tələblərindən kənara çıxmalara müəssisə tərəfindən hərtərəfli əsaslandırılmalar təqdim edildikdən və Fontana qarşı dağmədənxilasetmə

vk.com/club152685050 | vk.com/id446425943 hərbiləşdirilmiş hissəsi ilə razılaşdırıldıqdan sonra Azdövdağtexnəzarət Komitəsinin xüsusi icazəsi ilə yol verilir. 3.7.5. Boğücü (qluşenie) və tənzimləmə (drosselləmə) bloklarından məşələ qədər atqı xətləri xüsusi dayaqlara möhkəm bərkidilməli, quyu ağzına nisbətən maili olmaqla istehsalat və məişət qurğularından kənara istiqamətləndirilməlidir. Xətlərin uzunluğu olmalıdır: – qaz amili 200 m 3 /t-dan az olan neft quyuları üçün – azı 50 metr; – qaz amili 200 m 3 /t-dan çox olan neft quyuları, həmçinin qaz və kəşfiyyat quyuları üçün – azı 100 metr. Xətlər və onlara qoyulan siyirtmələrin daxili diametrləri xaçvari birləşmələrdəki daxili diametrlə eyni olmalıdır; siyirtmələr blokundan sonra onların diametrinin 30 mm-ə qədər artırılmasına icazə verilir. Atqı xətlərinin uclarından qazma qurğusunun obyektlərinə aid olmayan bütün kommunikasiyalara və qurğulara qədər olan məsafə bütün kateqoriyalı quyular üçün 100 m-dən az olmamalıdır. 3.7.6. Quyu ağzında gözlənilən təzyiq 350 kqq/sm 2 (35MPa)-dan artıq olan quyularda 3 tənzimlənən drosseli olan (ikisi məsafədən, o biri isə əl ilə idarə olunan) zavodda hazırlanmış blok quraşdırılmalıdır. Digər hallarda ikidən az olmayaraq məsafədən idarə olunan tənzimləyici blok qoyulur. 3.7.7. Boğucu və tənzimləmə (drosselləmə) bloklarında qoyulan manometrlərin, qoruyucu kəmərin və TQA-ın birgə sınaq təzyiqindən 30% artıq olan yuxarı hədd ölçü diapazonu olmalıdır. 3.7.8. TQA ölkədə və xaricdə zavod şəraitində hazırlanmış qovşaq və detallardan yığılmalıdır. FQDHH-nin razılığı ilə müəssisələrin istehsalat xidmət bazalarında təsdiq edilmiş texniki şərtlərə uyğun hazırlanmış ayrı-ayrı detalların

vk.com/club152685050 | vk.com/id446425943 və qovşaqların istifadəsinə icazə verilir. Hazırlanan qovşaq və detalların pasportu olmalıdır. 3.7.9. Preventorları və hidravlik sistemləri idarə etmək üçün əsas köməkçi idarəetmə pultları quraşdırılmalıdır. Əsas idarəetmə pultu – quyu ağzından 10 metrdən az olmayan məsafədə, rahat və təhlükəsiz yerdə quraşdırılmalıdır. Köməkçi idarəetmə pultu bilavasitə qazmaçının pultunun yanında quraşdırılır və o, məhsuldar və qazneftsu təzahürlü laylar açıldıqda operativ hazırlıq rejiminə qoşulur. 3.7.10. Preventorun plaşkalarını əl ilə hərəkətə gətirmək üçün nəzərdə tutulmuş şturvallar rahat yerdə quraşdırılmalı və onun partlayışdan mühafizəli çıraqlarla işıqlandırılması və sığınacağı olmalıdır. Sığınacağın divarında şturvalın fırlanma istiqaməti, preventoru bağlamaq üçün lazım olan dövrlərin sayı göstərilməlidir. 3.7.11. Neft və qazla doymuş kollektorları açarkən buruqda iki kürəli kranın olması vacibdir. Bunlardan biri aparıcı boru ilə onun qoruyucu keçiricisinin arasında qoyulur, digəri isə ehtiyatda saxlanılır. Anomal yüksək təzyiqli layları açdıqda buruqda 3 ədəd kran olmalıdır. Kranlardan biri aparıcı boru ilə fırlanğıc arasında, ikincisi aparıcı boru ilə onun qoruyucu keçiricisi arasında qoyulur, üçüncüsü isə ehtiyatda saxlanılır. Kürəli kranların hamısı açıq vəziyyətdə olmalıdır. Kürəli kranlardan əlavə buruqda, açıq vəziyyətdə qoymaq üçün tərtibatı olan iki əks klapan olmalıdır, bunlardan biri işçi, digəri ehtiyat. 3.7.12. Preventorlar xaçvari birləşmə və əsas siyirtmə ilə birlikdə quyu ağzında quraşdırılmazdan əvvəl su ilə pasportda göstərilən işçi təzyiqə yoxlanmalıdır. Gövdənin qaynaqlı və torna (tokar) təmirindən sonra, preventorlar sınaq təzyiqinə yoxlanılmalıdır.

vk.com/club152685050 | vk.com/id446425943 Kəsici plaşkalı preventorlar, stenddə plaşkaların bağlı vəziyyətində işçi təzyiqə yoxlanılmalıdır, preventorun iş qabiliyyəti isə plaşkaları açıb-bağlamaqla yoxlanılmalıdır. Yoxlamanın nəticələrinə görə akt tərtib edilməlidir. 3.7.13. Preventor qurğusu quraşdırıldıqdan və ya növbəti qoruyucu kəmər buraxıldıqdan sonra, sement stəkanını qazmazdan əvvəl preventor qurğusu yüksək təzyiq manifoldunun son siyirtməsinə qədər su (və ya azotla) ilə qoruyucu kəmərin sınaq təzyiqinə yoxlanılmalıdır. Atqı xətləri axırıncı siyirtmədən sonra su ilə aşağıdakı təzyiqə sınanmalıdır: – 50 kqq/sm 2 (5 MPa) – 21 MPa (210 kqq/sm 2 ) qədər təzyiqə hesablanmış TQA üçün; – 100 kqq/sm 2 (10 MPa) – 21 MPa-dan (210 kqq/sm 2 ) artıq təzyiqə hesablanmış TQA üçün. Sınanmanın nəticələrinə görə akt tərtib edilməlidir. 3.7.14. Preventor qurğusu quraşdırıldıqdan və qoruyucu kəmərlə birlikdə sınaqdan keçirildikdən, qoruyucu kəmər arxasındakı sement halqası sınaqdan keçirildikdən sonra quyunun qazılmasını FQDHH-nin nümayəndəsinin icazəsi olduqda davam etdirmək olar. 3.7.15. Plaşkalı preventorlar vaxtaşırı açılıb-bağlanmağa yoxlanılmalıdır. Yoxlamanın dövriliyi qazma müəssisəsi tərəfindən müəyyənləşdirilir (həftədə bir dəfədən az olmayaraq). 3.7.16. Preventorun sıradan çıxmış hissəsini və ya preventor yığımının hər-hansı qovşağını dəyişdikdə, quyu ağzında plaşkaları dəyişdikdə, preventor qurğusu kəmərin sınaq təzyiqinə bərabər təzyiqlə əlavə olaraq sınanmalıdır. Sınanmanın nəticələrinə görə akt tərtib edilməlidir. 3.7.17. Quyu ağzında qoyulan preventorun plaşkaları istifadə olunan qazma borularının diametrinə uyğun olmalıdır.

vk.com/club152685050 | vk.com/id446425943 Yığımda kəsici plaşkalı preventor olmadıqda, aşağı preventorda boğuq plaşkalar quraşdırılmalıdır. 3.7.18. Qazma boruları müxtəlif ölçülü olduqda, qəbul körpüsündə xüsusi sınaqdan çıxmış, keçiricisi və kürəli kranı olan, diametri və möhkəmlik xüsusiyyətinə görə istifadə olunan qazma kəmərinin yuxarı seksiyasına müvafiq olan qazma borusu olmalıdır. Qazma borusu və kürəli kran qırmızı rənglə rənglənməlidir. 3.7.19. Yüksək təzyiqli (anomal lay təzyiqli) layları açılmış quyulara qoruyucu kəmərlər buraxıldıqda və quraşdırılmış universal preventor quyu ağzındakı təzyiqə müvafiq olmadıqda, preventorlardan birinin plaşkası buraxılan qoruyucu kəmərin diametrinə uyğun plaşkalarla dəyişdirilməlidir və ya qəbul körpüsündə qoruyucu kəmərə uyğun keçiricisi və müvafiq təzyiqə sınaqdan keçirilmiş açıq vəziyyətdə kürəli kranı olan qazma borusu olmalıdır. 3.7.20. Xidmət heyətinin quyu ağzında qoyulan TQA-ya maneəsiz yaxınlaşması üçün buruğun altında döşəmə quraşdırılmalıdır. 3.7.21. Quyu ağzında tullanışa qarşı birləşmənin yuxarı hissəsinin bütün sxemləri, açıq fontanların ləğvi işini asanlaşdırmaq məqsədi ilə flans makarası, sökülüb-yığılan qıf (voronka) və nov sistemi nəzərdə tutulmalıdır. 3.8. Qazneftsu təzahürlərinin və açıq fontanların qarşısının alınması 3.8.1. Qazneftsu təzahürü mümkün olan quyularda işləmək üçün xüsusi hazırlıq keçmiş qazmaçılar və mütəxəssislər buraxılır. Bu kadrların biliyinin yoxlanılması və yenidən hazırlanması 3 ildə bir dəfədən az olmayaraq aparılır. 3.8.2. Mümkün flüid təzahürlü layı və ya bir neçə layı açmazdan əvvəl qazneftsu təzahürlərinin qarşısının alınması

vk.com/club152685050 | vk.com/id446425943 üzrə tədbirlər işlənməli, həyata keçirilməli və aşağıdakılar görülməlidir: – qazma briqadası üzvləri 248 -ə əsasən qazneftsu təzahürlərinin ləğvi zamanı təcrübi tədbirlər üzrə təlimatlandırılmalıdırlar; – qazma avadanlığının, TQA-nın, alət və tərtibatların vəziyyəti yoxlanılmalıdır; – təlim həyəcanı. Növbəti təlim həyəcanlarının dövriliyi (vaxtı) qazma müəssisəsi tərəfindən müəyyənləşdirilir; – obyektin qazma məhlulunun operativ ağırlaşdırılmasına və onun ehtiyatlarının hazırlanma və ya buruğa gətirilməklə artırılmasına hazırlığının qiymətləndirilməsi. 3.8.3. Qazneftsu təzahürləri aşkar edildikdə qazma növbəsi quyu ağzını və qazma boruları kanalını kipləşdirməli, bu barədə qazma müəssisəsinin rəhbərliyinə məlumat verməli, təzahürlərin ləğvi üzrə təlimata uyğun fəaliyyət göstərməlidir. Qazma borularını kipləşdirməmişdən əvvəl, dayaq borusunda (stoyakda) və boru arxası fəzada manometrin göstəriciləri götürülməlidir. 3.8.4. Qazneftsu təzahürləri zamanı preventorları bağladıqdan sonra quyu ətrafında, mümkün qrifon əmələ gəlməsinə nəzarət təşkil olunmalıdır. 3.8.5. Qazma boruları kəmərinin qaldırılması zamanı qazneftsu təzahürlərinin və quyu divarlarının uçulmasının qarşısını almaq üçün quyuya qazma məhlulu əlavə edilməlidir. Əlavəetmənin rejimi, quyu ağzında səviyyənin saxlanılmasını təmin etməlidir. Quyuya əlavə edilən (doldurulan) qazma məhlulunun xüsusiyyətləri quyuda olan məhluldan fərqlənməməlidir. 3.8.6. Qazma borularının endirilməsi vaxtı sıxışdırılıb çıxarılan və onların qaldırılmasında əlavə edilən məhlulun həcminə nəzarət olunmalıdır və endirilən və ya qaldırılan qazma borularının metalının həcmi ilə müqayisə olunmalıdır.

vk.com/club152685050 | vk.com/id446425943 Əlavə edilən qazma məhlulunun həcmi ilə qaldırılan boruların metalının həcmi arasındakı fərq 0,5 m 3 -dən artıq olduqda qaldırma prosesi dayandırılmalı və qazneftsu təzahürlərində qazma növbəsinin təlimatla nəzərdə tutulmuş tədbirləri həyata keçirilməlidir. 3.8.7. Yüksək təzyiqli anomal layları açmazdan əvvəl və sonra, qaldırma-endirmə əməliyyatından, geofiziki tədqiqatlardan, təmir işlərindən və boş dayanmalardan sonra quyunun yuyulmasını bərpa etdikdə qazma məhlulunun sıxlığına, özlülüyünə, qazlılığına nəzarət olunmasına qazma məhlulunun dövranı (sirkulyasiyası) bərpa edildikdən sonra tezliklə başlanılmalıdır. 3.8.8. Qazlı horizontları açdıqda və quyunun gələcək dərinləşməsində (növbəti qoruyucu kəmər buraxılanadək) qazma məhlulunun qazla doymasına nəzarət olunmalıdır. Qazma məhlulunun dövranının (sirkulyasiyasının) bütün dövrü (sikl) boyunca onun xüsusiyyətləri bərabərləşdirilməyincə, qazma kəmərini qaldırmaq qadağandır. 3.8.9. Məhsuldar qazlı layı qazarkən mexaniki sürət o həddə qədər məhdudlaşdırılmalıdır ki, qazma məhlulunun deqazasiyası təmin olunmuş olsun. 3.8.10. Əgər qazma məhlulunda qazın həcmi miqdarı 5%-dən artıq olarsa məhlulun deqazasiyası (qazsızlaşdırılması), məhlulun qazla doyması (layın işləməsi, qazın qazılmış süxurlarla daxil olması, köpüklənmə və s.) səbəblərinin aşkar edilməsi və aradan qaldırılması üçün tədbirlər görülməlidir.

vk.com/club152685050 | vk.com/id446425943 3.8.11. Qazneftsu təzahürlərində qazma məhlulunun udulması baş verən quyuda qazma boruları kəmərinin qaldırılmasına, quyunu ağzına kimi doldurduqdan və qazma kəmərinin qaldırılıb-endirilməsi üçün lazım olan vaxt ərzində məhlulun daşması olmadıqda, başlamağa icazə verilir. 3.8.12. Qazma məhlulunun (suyun) hissə-hissə və ya tam udulması ilə müşahidə olunan və flüid təzahürü mümkün olan quyuların qazılması layihəsi sifarişçi ilə razılaşdırılmış xüsusi plan üzrə aparılmalıdır. 3.8.13. “Vannalar” (neft, su, turşu) qoyularkən qazma məhlulunun və vanna mayesinin sütununun yaratdığı hidrostatik təzyiq lay təzyiqindən artıq olmalıdır. Hidrostatik təzyiq lay təzyiqindən aşağı düşdükdə və ya onun aşağı salınmasına ehtiyac duyulduqda, qazma kəmərinin dartılıbburaxılması üzrə işlər boruarxası fəza kipləşdirilməklə və qazma borularına kürəli kran qoyulmaqla yerinə yetirilməlidir. Bu zaman 248 -in tələblərinə uyğun təhlükəsizlik tədbirləri yerinə yetirilməlidir. 3.8.14. Qazneftsu təzahürlərinin və açıq fontanların ləğvi üçün lazım olan avadanlıq, xüsusi tərtibat, alətlər, materiallar, FMV-lər qazma müəssisələrinin və ya ixtisaslaşmış təşkilatların (xidmətlərin) qəza-ehtiyat anbarlarında həmişə tam hazır vəziyyətdə olmalıdır. 3.8.15. Qazma məhlulunun daşması («sifon») və «porşenləşmə» hallarında qazma kəmərinin qaldırılması qadağandır. Bu hallar əmələ gəldikdə qaldırma əməliyyatı dayandırılmalı, quyu qazma boru kəməri qaldırılıb-endirilməklə və fırladılmaqla yuyulmalıdır. Qazma məhlulunun daşmasının («sifon»un) qarşısını almaq mümkün olmadıqda, qazma boru kəmərinin qaldırılması elə sürətlə aparılmalıdır ki, bu zaman quyudan çıxan və quyuya doldurulan məhlulların həcmləri bərabər olsun.

vk.com/club152685050 | vk.com/id446425943 «Porşenləşmə»ni aradan qaldırmaq mümkün olmadıqda (qazma kəmərinin aşağı hissəsində tıxacın olması və ya quyu lüləsinin daralması) qaldırma əməliyyatını quyunu yumaqla, boruları rotorla fırlatmaqla və boruları şurfdan qəbul körpüsünə atmaqla aparmaq lazımdır. 3.8.16. Açıq fontanların ləğvi ilə bağlı işlər, FQDHH-nin işçilərinin qüvvəsi ilə müvafiq qaydada yaradılmış qərargahın (ştabın) işlədiyi xüsusi plan üzrə 249 uyğun aparılmalıdır. Qərargah işlənmiş tədbirlərin yerinə yetirilməsi üçün tam məsuliyyət daşıyır. 3.8.17. Məhsuldar horizontu açmazdan əvvəl və açılmış kəsilişdə neftqazlı çöküntülər, həmçinin digər yüksək təzyiqli horizontlar olduqda obyektdə xəbərdaredici yazılar asılmalıdır: «Diqqət! Məhsuldar lay açılıb!». «Quyunun doldurulmaması fontana səbəb ola bilər!». 3.9. Qazmadan çıxmış quyuların mənimsənilməsi və sınağı 3.9.1. Quyuların mənimsənilməsi və sınağı üzrə işlərə aşağıdakı şərtləri təmin etdikdən sonra başlamaq olar: – istismar kəmərinin arxasında sement məhlulunun qalxma hündürlüyü və əmələ gələn sement sütununun keyfiyyəti layihəyə və yerin təkinin mühafizə tələblərinə cavab verdikdə; – istismar kəməri şablonlandıqdan (içərisi yoxlanıldıqdan), kəmər başlığı və preventor qurğusu ilə birlikdə sınaq təzyiqlə yoxlanıldıqdan, quyu ağzında gözlənilən təzyiqdə germetik olduqdan sonra; – quyu ağzı preventor qurğusu ilə birlikdə, manifold bloku və atqı xətləri təsdiq olunmuş sxemə müvafiq təchiz edildikdə və birləşdirildikdə;

vk.com/club152685050 | vk.com/id446425943 – kəmərlərarası fəzada təzyiq olmadıqda. Müəssisənin baş mühəndisinin sədrliyi altında geoloji-tex- niki, baş energetik, təhlükəsizlik texnikası xidmətlərinin işçilərinin və məsul iş icraçısının iştirakı ilə yaradılmış komissiya tərəfindən quyu yoxlanılır və quyunun hazırlıq aktı tərtib edilir [258]. Azdövdağtexnəzarət Komitəsinin, FQDHH-nin və Yanğın Təhlükəsizliyi xidmətinin nümayəndələri adı çəkilən komissiyanın işində iştirak edir və aşkar edilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra quyunun mənimsənilməsi və sınağı işlərinə icazə verirlər. 3.9.2. Istismar kəmərinin perforasiyasından əvvəl quyu ağzı təsdiq edilmiş sxem üzrə perforasiya siyirtməsi ilə təchiz edilməli, quyu isə sıxlığı texniki layihənin tələblərinə cavab verən qazma məhlulu ilə doldurulmalıdır. Doldurulmuş perforatoru quyuya buraxmazdan əvvəl görülən hazırlıq işləri, bu Qaydaların tələblərinə müvafiq olaraq yerinə yetirilməlidir. 3.9.3. Perforasiya zamanı işi aparanlar tərəfindən quyu ağzında mayenin səviyyəsinə nəzarət edilməlidir. Onun aşağı düşməsinə yol verilməməlidir. 3.9.4. Fontan armaturu quyu ağzında quraşdırılmazdan əvvəl sınaq təzyiqə yoxlanmalıdır, quraşdırıldıqdan sonra isə istismar kəmərinin kipliyə yoxlama təzyiqinə bərabər olan təzyiqlə sınanmalı və müvafiq akt tərtib edilməlidir. 3.9.5. Quyunun mənimsənilməsi üzrə kompleks işlər aşağıdakıları təmin edən tədbirləri nəzərdə tutmalıdır: – layın ikinci açılmasında tıxanmaya (zakuporka) yol verməməli; – quyudibi zonada layın bütövlüyünün (skeletinin) saxlanmasını; – lay suyunun və qazın «qaz papağı»ndan yarıb keçməsinin qarşısının alınmasını; – layın kəmiyyət və keyfiyyət xarakteristikalarının və

vk.com/club152685050 | vk.com/id446425943 geoloji-fiziki parametrlərinin təyin olunması üçün termohidroqazdinamiki tədqiqatların aparılmasını; – quyudibi zonanın keçiriciliyinin saxlanması, bərpası və artırılmasını; – – nəzarətdən çıxmış qazneftsu təzahürlərinin və açıq fontanların qarşısının alınmasını; – yerin təkinin və ətraf mühitin mühafizəsini. 3.9.6. Layın quyudibi zonasının möhkəmliyi və sement halqasının bütöv saxlanması yol verilən depressiya ilə təmin edilir, depressiyanın həcmi isə layihə tələbləri və quyunun faktiki vəziyyəti nəzərə alınmaqla, sifarişçinin razılığı ilə müəssisə tərəfindən təyin olunur. 3.9.7. Flüidin laydan axması reqlamentləşdirilən depressiyaların yaranması yolu ilə aşağıdakıların hesabına əldə olunur: – qazma məhlulunun kiçik sıxlıqlı məhlulla, texniki su və ya qazsızlaşdırılmış neftlə əvəz olunması. Bu zaman ardıcıl olaraq əvəz olunan məhlulların sıxlıqları arasındakı fərq 0,5- 0,6 q/sm 3 -dən artıq olmamalıdır; sıxlıqlar arasındakı fərq çox olduqda laya əks təzyiqin aşağı salınması tempi məhdudlaşdırılmalıdır; – köpükləndirici sistemlərdən istifadə olunması. 3.9.8. Istismar kəmərində məhlulun səviyyəsinin svablama yolu ilə ya da quyu nasoslarından istifadə etməklə aşağı endirilməsi, qonşu quyulardan təbii qazdan ya da təsirsiz qazdan quyuların mənimsənilməsində istifadə olunması müəssisə tərəfindən işlənilmiş təhlükəsizlik texnikası üzrə təlimatlara müvafiq olaraq yerinə yetirilməlidir. Məhlulun səviyyəsinin endirilməsi üçün havadan istifadə olunması qadağandır. 3.9.9. Quyu ağzında izafi təzyiqi olan quyularda dərinlik ölçü işlərinin aparılması parametrləri quyunun işləmə

Azərbaycanın Dövlət Neft Şirkəti dəniz neft yatağında maili quyuların qazılmasını başa çatdırıb

Azərbaycan, Bakı, 20 may/ Trend / Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neft Daşları” Neftqazçıxarma idarəsi üçüncü neft-qaz sahəsində iki maili quyunun qazılmasını başa çatdırıb. Bu barədə ARDNŞ -nin çərşənbə axşamı yayılan məlumatında deyilir. Hazırda quyuların mənimsənilməsi üzrə iş aparılır. Hər quyudan sutkada 10 ton neft hasil etmək planlaşdırılır.

Yatağın ilkin mənimsənilməsində iki maili quyunun qazılması üzrə işlər başa çatdırılıb. Bu quyuların mənimsənilməsi üzrə işlər artıq başa çatdırılıb. Bu quyulardan sutkalıq neft hasilatı 15 ton təşkil edəcək.

ARDNŞ geoloqlarının qiymətləndirmələrinə görə, “Neft Daşları” yatağında neftin qalıq həcmi 30 mln. ton təşkil edir. Dövlət Neft Şirkəti 2010-cu ilədək yataqdan neft hasilatını artırmaq üçün, 78 yeni quyu qazacaq, yeni platformaların tikintisi planlaşdırılır.

Son illərdə “Neft Daşları” yatağında iki platforma istismara verilib. Onlardan biri – beş blokdan ibarət 1887 saylı platforma 36, ikinci 2387 saylı platforma 12 quyuya hesablanıb. Bu platformalardan intensiv qazma işləri başlayıb və artıq 11 quyu istismara verilib.

Bu il “Neft Daşları”da 12 quyunun qazılması üçün 2521 saylı daha bir platformanı istismara vermək planlaşdırılıb.

Bu il “Neft Daşları” yatağında ümumilikdə 20 quyu qazılacaq.

“Günəşli’’ yatağında növbəti quyu qazılır

SOCAR-AQŞ Günəşli yatağındakı 7 saylı stasionar dəniz özülündən 318 saylı quyuda qazma işlərinə başlayıb.

Oxu.Az-a şirkətdən verilən məlumata görə, 318 saylı quyunun Fasilə Lay Dəstəsinə (FLD) qazılması planlaşdırılır və quyunun layihə dərinliyi 2900 metr təşkil edir.

“SOCAR-AQŞ həmişə olduğu kimi bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək”, – deyə müəssisədən bildirilib.

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

Qeyd edək ki, SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və “Abşeron Qazma” Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir.

Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Hazırda SOCAR-AQŞ dayaz sulu ‘“Günəşli” yatağında yerləşən 7 və 11 saylı, “Ümid’’ yatağının 1 saylı, “Qərbi Abşeron”yatağının 20 saylı və‘’Bulla’’ yatağının 6 saylı Dərin Dəniz Stasionar Özüllərində (DDSÖ) qazma işləri aparır.

Comments are closed, but trackbacks and pingbacks are open.