Press "Enter" to skip to content

Azərbaycana qış fəslinin daxil olacağı vaxt AÇIQLANDI

Onun sözlərinə görə, dekabrın 22-də qış Günəş duruşu zamanı Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26.2⁰) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.

Bax-a-Bax :))

Maraqlı Şəkillərin & Videoların & Söhbətlərin Dünyası.

Səhifələr

  • Ana Səhifə
  • Əlavə Məlumatlar
  • Bloq Haqqında

2013/01/02

Qış Fəslinin Gözəl Mənzərələri (34 Şəkil)

Hər fəslin hər gözəlliyi olsa da, qış fəsli bir ayrı gözəldir. Yəqin ki, onu gözəlləşdirən və fərqləndirən ən əsas özəlliyi də “sahib olduğu” qar yağışıdır. İlin yalnız bu fəslində qara rast gəlmək olur və kiçikdən böyüyə hər kəsin qarla olan əyləncə dövrü başlanır. Qışı sevdirən digər bir cəhət də, bu fəsildə ən çox sevilən bayramlardan biri olan Yeni ilin keçirilməsidir. 31 dekabr hər ilin sonuncu günüdür, sonrakı gün artıq yeni təqvim ilinin başlanğıcıdır. Hər insan yeni ilə yeni ümidlərlə, arzularla girir, çünki.

Düzdür, bizim ölkəmizdə iqlim o qədər də soyuq deyil, bəzi regionlarımız istisna təşkil edir, sözsüz ki. Xüsusilə də, qış fəslində Aran rayonlarına qarın yağması əsl möcüzə hesab olunur. Bəzi problemləri nəzərə aldıqda isə, heç ölkəyə qar yağmasa daha yaxşıdır. Əhalinin evlərini qızdırma problemi, avtomobillərin hərəkət problemi, qar əridikdən sonra isə fəlakət vəziyyətinə düşən şəhərlər, kəndləri xatırladıqda, bizə qar yaraşmır fikrini xatırlayır insan. Bütün bunlara baxmayaraq, qış yenə də gözəl fəsildir, hər tərəfin ağ rəngə bürünməsi, təbiətin müvəqqəti “ölməsi”, daha sonra yazda yenidən “dirilməsi”nə şahidlik etməkdən daha gözəl heç nə ola bilməz. =)

Azərbaycana qış fəslinin daxil olacağı vaxt AÇIQLANDI

“2022-ci ildə qış fəsli Azərbaycana 22 dekabr saat 01:48:12-də daxil olacaq”.

Bunu Oxu.Az-a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin astrofizika kafedrasının fizika üzrə fəlsəfə doktoru, dosent Xıdır Mikayılov deyib.

Onun sözlərinə görə, dekabrın 22-də qış Günəş duruşu zamanı Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26.2⁰) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə, gecənin uzunluğu isə 14 saat 42 dəqiqə 38 saniyə olacaq.

X.Mikayılov bildirib ki, qış fəsli 88 gün 23 saat 36 dəqiqə davam edəcək.

Yerin Günəşə ən yaxın məsafədən (periheli) keçmə vaxtı 4 yanvar saat 10:54-də olacaq, məsafə 147 105 052 km təşkil edəcək.

Planetimizin Günəşə ən uzaq məsafədən (afeli) keçmə vaxtı 4 iyul saat 11:12-də olacaq, məsafə isə 152 098 455 km təşkil edəcək.

Sayad Həsənli

Qışda harada və neçəyə dincəlmək olar?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən turizm eksperti Kənan Hənifəyev bildirib ki, bu qış vətəndaşlar istirahət etmək üçün qış turizm kurortları olan şimal və şimal qərb rayonlarımıza üz tutacaqlar: “Bu bölgələrə kütləvi turist axını Yeni il ərəfəsində nəzərdə tutulur. Turizm şirkətləri əsasən bir-iki günlük tur paketləri təqdim edirlər. Səyahət paketləri sorğular nəticəsində tələbata uyğun hazırlanır. Bir günlük turların qiymətləri 23-25 manatdan başlayır. Hazırda bu istiqamətdə turlar az-az baş tutur. Qar yağdıqdan sonra isə regionlara kütləvi turların baş tutacağını gözləyirik. İki günlük turlar isə 75 manatdan başlayır. Bura nəqliyyat, qidalanma, hoteldə qalma kimi xidmətlər daxildir. Regionlarda hotellərin özlərinin təklif etdiyi qiymətlər də var. Bu qiymətlər hotellərin ulduzuna və otaqların sayına görə dəyişir. Ortalama qiymət 80-120 manat civarında dəyişir”, – turizm eksperti deyib.

Qız turizmi üçün xaricdə istirahətə gəldikdə isə K.Hənifəyev bildirib ki, hazırda belə turların sayı az olsa da, təşkil edilir:

“Vətəndaşlarımız qış istirahəti üçün xaricə də gedir. Lakin hazırda dünyada pandemiya davam etdiyindən xaricə istirahətə gedənlərin sayı azalıb. Hazırda bu turlar əsasən Naxçıvan ərazisindən keçməklə Türkiyə şəhərlərinədir. Belə turların qiyməti bir nəfər üçün 200-250 dollar civarında dəyişir və bir həftəlikdir. Bundan başqa Avropa ölkələrinə qrup turları da təşkil olunur. Pandemiya ilə əlaqədar səyahət qadağaları aradan qaldırılarsa, daha çox ölkəyə səfər baş tuta bilər”, – K.Hənifəyev qeyd edib.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.