Press "Enter" to skip to content

SOCAR-da işə qəbul prosesinin mərhələləri: Detallar barədə REPORTAJ FOTO

DİM-də işçi qruplarının iclasları keçirilib

Dövlət Qulluğu Müsahibə Üçün suallar və cavabı

1)Sual —-Siz dövlət qulluqcususuz və KİV sizdən fəaliyyətlə bağlı inforasiya istəyir, siz isə informasiya vermirsiz. Bu halda hansı etik davranış qaydasını pozmuş olursuz?

Cavab—-İctimai etimad

2)Sual —-Hansi secki sistemleri var?

Cavab—-Majoritar ve proporsional

3)Sual —–Dovlet orqanlarindaki vezifeler neye esasen inzibati ve yardimci vezifelere bolunur?

Cavab—–Funksiyasının mezmununa selahiyyet menbeyine ve tutulma usullarına görə

4)Sual ——Sərəncam mahiyətli sənədlər hansılardı?

Cavab——Qərarlar,sərəncamlar,əmrlər

5)Sual—–Sənəd necə rəsmiləşdirilir?

Cavab—-sənədin imzalanması,təsdiq edilməsi və ona möhür vurulması vasitəsilə

6)Sual—-Dövlət qulluqçuları üçün vəzifə maaşlarının məbləği nəyə əsasən müəyyən edilir?

Cavab—-Dövlət qulluğu vəzifələrinin təsnifatına uyğun

7)Sual——Vəzifəli səxs kimdir?

Cavab—-İnzibati vəzifə tutan ve hakimiyyət səlahiyytləri alan şəxs dövlət qulluqçusu vəzifəli səxsdir

8)Sual——-Dərkənar nədir?

Cavab—–Dövlət orqanın rəhbərinin sənədin yuxarı sol küncündə icraçıya aid yazdığı qeyd tapşırıq.

9)Sual——-Konstitusiyanın əsas subyektləri kimlərdir?

Cavab—–Dövlət və xalq

10)Sual——- Dövlət qulluqçusu hansı halda intizam məsuliyyətinə cəlb olunur?

Cavab———Ona həvalə olunmuş vəzifələrin yerinə yetirmədikdə və ya lazımi şəkildə yerinə yetirmədikdə, dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər əməl etmədikdə

11)Sual——- Dövlətin əsaslari hansılardır?

Cavab—– Azərbaycan dövləti,dövlət başçısı,dövlətinin rəmzləri, dövlət dili, pul vahidi,ərazi və s.

12)Sual—— Xidməti davraniş nədir?

Cavab———- Dövlət qulluqçusunun qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir.

13)Sual—— Azərbaycan Respublikasının Prezidenti nələrin təminatçısıdır?

Cavab———– Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının.

14)Sual——-Kimlər tətil edə bilməzlər?

Cavab—–Silahlı qüvvələrdə ve digər silahlı birləşmələrdə xidmət edən hərbi qulluqçular və mülki şəxslər

15)Sual——–Məlumat münasibətlərinin subyektləri kimlərdi?

Cavab—–Fiziki və huquqi şəxslər

16)Sual——-Dövlət qulluqçusu rotasiyası nə deməkdir?

Cavab—-Səmərəli fəaliyyətin artırılması məqsədilə yerdəyişmə

17)Sual——-Dövlət dili haqqında qərar nə vaxt qəbul edilib?

Cavab———27 iyun 1918-ci ildə

18)Sual——İyerarxiya-nə deməkdir?

Cavab—-Bütöv bir sistemin hissələrinin aşağıdan yuxarıya doğru tabeçilik əlaqəsi əsasında düzümü,yerləşməsi

19)Sual——Dövlət qulluğuna imtahan verməklə hansı hüquqlarınızı həyata keçirmiş olursunuz?

Cavab—-maddə 35-Əmək, maddə 55- Dövlətin idarə olunmasında iştirak etmək və maddə 57- Müraciət etmək-hüquqlarını, beraberlik huququ

20)Sual—–Azərbaycan Respublikasının Konstitusiyasina əsasən hansı dinlərin yayılması və təbliği qadanağandır?

Cavab—İnsan ləyaqətini alçaldan və insanpərvəlik prinsiplərinə zidd olan

21)Sual——İdarəyə daxil olmuş məktuba necə baxılır?

Cavab—-Müəyyən edilmiş qaydada və müddətdə baxılır və cavab verilir qanuna əsasən

22)Sual——Dövlət qulluqçusu hansı müddətdə intizam tənbeh tədbirindən şikayət verə bilər?

Cavab—-7 iş günü ərzində

23)Sual——İxtisas dərəcəsi dövlət qulluqçusuna hansı huququ verir?

Cavab—-Inzibati vəzifə tutmaq,əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək

24)Sual——Maraqların toqquşması dedikdə nə başa düşürsüz?

Cavab—- Dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət başa düşülür.

25)Sual——Dövlət qulluqçusu ixtisas dərəcəsindən nə vaxt məhrum olur?

Cavab—-A.R vətəndaşlığından çıxdıqda

26)Sual——- Dövlət qulluğu andı hansı münasibətləri təsdiq edir?

Cavab—– AR ilə dövlət qulluqçusu arasında açıq hüquqi borc və sədaqət münasibətlərini

27)Sual——- Dövlət qulluqçunun əlavə təhsili nə üçün əsasdır?

Cavab—– Dövlət qulluqçusunun ehtiyat kadrlar siyahısına daxil edilməsi,daha yüksək vəzifəyə təyin olunmasi,dövlət qulluqçusun şəxsi təşəbbüsü

28)Sual——- Qanunvericilik sisteminin ardicilliği necədir?

Cavab—– Konstitutsiya, referendumla qəbul edilmiş aktlar,qanunlar,fərmanlar,nazirlər kabinetinin qərarları,Mərkəzi Icra Hakimiyyətilərin normativ hüquqlu aktları

29)Sual——- Normativ hüquqi aktlar nəyə əsaslanmalıdır?

Cavab———-Hüquqa və haqq-ədalətə

30)Sual——- Azərbaycan ərazisi vahiddir, toxunlmazdır, bölünməzdir dedikdə nə başa düşülür?

Cavab—– Ərazinin vahidliyi dedikdə, respublika ərazisinin yalnızAzərbaycana məxsus olması, toxunulmazlığı dedikdə, ərazinin sabitliyi üçün onun pozulmazlığının mühafizə olunması,bölünməzliyi dedikdə isə, onun başqa dövlətlərə verilməsinin vəya müvafiq dövlət qurumları yaradılması məqsədiləbölünməsinin yolverilməzliyi başa düşülür

31)Sual——- Struktur bölmə nədir?

Cavab—–Orqanın səlahiyyətlərinin bir hissəsini həyata keçirən qurumdur.

32)Sual—— Qeyri-normativ hüquqi aktlar hasıdır?

Cavab—–MM qərarları,Prezdentin sərəncamları,Nazirlər Kabinetinin sərəncamları

33)Sual——– Dövlət qulluqçusuna ixtisas dərəcəsi nə vaxt verilir?

Cavab——İlk dəfə daimi dövlət qulluğuna qəbul olunduqda

34)Sual——-Referendumla elaqedar muracietlere neye uygun olaraq baxilir?

Cavab——Seçki məcəlləsinə uyğun

35)Sual———Kimlər dövlət dilini mükəmməl bilməli ve Az dilində səlis danişmalıdır?

Cavab——-AR ərazisində fəaliyyət göstərən TV və radio qurumlarının aparıcıları

36)Sual———Ailə nədir ?

Cavab——-Ailə nigah və ya qan qohumluğuna əsaslanan qarşılıqlı mənəvi məsuliyyətlə bağlı olan kiçik sosial birlikdir

37)Sual———Hansı məzuniyyət növləri var?

Cavab——Ödənişli,ödənişsiz,sosial,yaradıcılıq,təhsil

38)Sual———Elektron hokumet nedir ?

Cavab—–Elektron hokumet vahid,pencere sistemine keciddi, dovlet orqanlarinin vahid pencerede birlesdirilmesidi. Esas ustunlukleri surundurmecilik ve korrupsiya hallarinin alinmasinda, gosterilen xidmetlerin daha keyfiyyetki, deqiq ve suretli olmasi ile seciyyevidir

39)Sual——–İkili tabelikde olan yerli orqanlar dedikde nə bawa düşürük?

Cavab——Həm nazirliklərə həmdə icra hakimiyyətlərinə tabe olan orqanlar

40)Sual——–Əmək mecellesine esasen işçinin 1 iş günü ilə novbeti iş günü arasındaki gündelik istirahət vaxti azi neçə saat olmalıdır?

Cavab———-12 saat

41)Sual——–Konstitusiyanın prinsipləri nədir?

Cavab–1Hüququn aliliyi prinsipi;

2.Hakimiyyətin bölgüsü prinsipi;
3. Hamının qanun qarşısında bərabərliyi;
4. Hüquq və azadlıqların üstünlüyü prinsipi;
5. İnsan və vətəndaşın hüquq və azadlıqlarının real təminatı prinsipi.
6. Qarşılıqlı məsuliyyət, yəni şəxsin dövlət və dövlətin şəxs qarşısında məsuliyyət prinsipii;
7. Məhkəmə hakimiyyətinin müstəqilliyi prinsipi.

42)Sual——Vetendaslarin muracietlerine baxilmasi qaydasi haqqinda qanun kimlere samil edilmir?

Cavab—- məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində müraciət etmiş vətəndaşlara

43)Sual—– Korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri?

Cavab— 1)Dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər.2) xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər.3) inzibati vəzifə tutan dövlət qulluqçuları.4) yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər.

44)Sual—– İnzibati vezife tutan sexsin statusu ne ile mueyyen olunur?

Cavab—- Orqanın səlahiyyətini təsdiq edən qanunvericilik aktları və vəzifə təlimatları ilə

45)Sual—— Məlumat mənbələri hansılardır?

Cavab——Məlumatları əks etdirən sənədlər və başqa daşıyıcılar, kütləvi informasiya vasitələrinin məlumatları, açıq çıxışlar

46)Sual—–Kimlərin toxunulmazlıq hüququ var?

Cavab——-Prezidentin,hakimlərin,baş nazirin,deputatların

47)Sual—-Dövlət qulluqçuların pensiya təminatı nədən aslıdır?

Cavab—–Dövlət qulluğunda xidməti illərindən və dövlət məvacibinin məbləğindən aslıdır

48)Sual——Suveren hüquq nədir?

Cavab——–Azərbaycan xalqının sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etməkdir

49)Sual——-Blanksız tərtib olunmuş sənədlər dedikdə nə başa düşürsüz?

Cavab——–Sənədin üzərində sənədin növü yazılmır və iki vəya daha artıq təşkilat adından hazırlanarkən tərtib olunur.

50)Sual——Rekvizitlər hansılardır?

Cavab——-AR dövlətgerbi,təşkilatın adı, təşkilatın poçt indeksi, unvanı, məlumat almaq üçün telefon nömrəsi, faksın nömrəsi və elektron poçtu(varsa)

SOCAR-da işə qəbul prosesinin mərhələləri: Detallar barədə REPORTAJ + FOTO

Şirkətdə çalışmaq istəyən şəxsləri əsasən prosesə necə qoşula biləcəkləri maraqlandırır. İlk növbədə vakansiya olduqda şirkətin careerssocar.az saytına yerləşdirilir. Vakansiya üzrə CV göndərən hər bir şəxsə “müraciətiniz qəbul edildi” şəklində mesaj gəlir. Bundan sonra CV-lər dəyərləndirilir və vakansiyaya uyğun bütün namizədlər imtahana dəvət edilir. Nəhayət, imtahandan uğurla keçmiş şəxslər ikinci mərhələdə iştirak etmək şansı əldə edirlər.

Bəs, proses tam detalları ilə necə irəliləyir?

Oxu.Az olaraq, SOCAR-da işə qəbul prosesinin hansı mərhələlərdə həyata keçirildiyini araşdırmaq üçün birbaşa normativlər əsasında peşə sınaq imtahanı və müsahibədə iştirak etdik.

Bu məqsədlə Bakı Olimpiya Stadionuna yollandıq. Burada imtahan mərhələsindən keçmiş namizədlərin fiziki hazırlıqları normativlər əsasında yoxlanılır və daha sonra müsahibə mərhələsinə başlanılır. Hazırda atıcı (mühafizəçi) vakansiyası üzrə müraciət edən namizədlərin işə qəbulu həyata keçirilir.

SOCAR-ın Təhlükəsizlik idarəsinin insan resursları şöbəsinin rəisi Misir İsmayılov prosesi və Dövlət Neft Şirkətində mühafizəçi kimi çalışmağın əhəmiyyətindən danışır. O deyir ki, ilk növbədə prosesin tamamilə şəffaf keçirilməsinə diqqət yetirilir. Onun sözlərinə görə, şirkətdə çalışmaq istəyənlər xüsusilə dələduzların tələsinə düşməkdən qaçınmalıdırlar:

“İnsanlardan CV hazırlamaq üçün ödəniş tələb edirlər. Daha sonra bu sənədin mütləq qəbul olunacağını deyir və buna görə də ödəniş alırlar. Lakin nəzərə alın ki, istənilən şəxsin CV-i SOCAR-a daxil olduqda ona “müraciətiniz qəbul edildi” formasında bildiriş göndərilir. Sırf bu bildirişi əsas götürərək insanlara artıq sənin işinə baxılacaq deyirlər. Həmçinin, ödəniş tələb etməklə test suallarını da təqdim edəcəklərini bildirirlər. Lakin, onsuz da test sualları SOCAR-ın saytında yerləşdirilir”.

Misir İsmayılovun sözlərinə görə, SOCAR-ın nəzarətində olan bütün müəssisələr stratejik obyektlər olduğundan və burada tez alışmağa meyilli maddələr saxlanıldığından obyektin mühafizəsini təmin etmək böyük məsuliyyət və hazırlıq tələb edir.

“Hazırkı vakansiya üzrə imtahan mərhələsindən keçən 144 nəfərdən 40 nəfərin SOCAR-da işlə təmin olunması gözlənilir”

SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəis müşaviri Səbuhi Şəldiyev deyir ki, konkret vakansiya üzrə 725 nəfər müraciət edib və onlardan 691 nəfər test imtahanına çağırılıb:

“Stadionda isə test mərhələsindən keçmiş 144 nəfərin fiziki göstəriciləri peşə sınaq imtahanı çərçivəsində yoxlanılır və onlar növbəti – müsahibə mərhələsinə keçirlər. Hər gün 30 namizədin göstəricilərinə baxılır. Şəhid ailəsi üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təminatına SOCAR-ın Təhlükəsizlik İdarəsində xüsusi diqqət yetirilir”.

Prosesin şəffaflığını təmin etmək məqsədilə imtahan həm SOCAR-ın İnsan Resusrları Departamentinin, həm də şirkətin Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən izlənilir.

Burada minimum normativlər mövcuddur: ən azı 6 dəfə turnikdə dartınmaq və 100 metr məsafəni ən gec halda 16 saniyəyə qət etmək. Əgər, turnikdə 6 dəfədən az nəticə göstərsəniz, növbəti – qaçış mərhələsinə buraxılmırsınız. Qaçış mərhələsində isə 100 metr məsafəni 16 saniyədən gec qət etsəniz, müsahibə mərhələsinə keçidiniz təmin edilmir.

Peşə sınaq imtahanı çərçivəsində prosesi izləyərkən diqqətimi çəkən SOCAR əməkdaşlarının namizədlərə bu mərhələdə verdikləri motivasiya və dəstək oldu. “Daha cəld ol, tez qaç, davam et, dayanma. ” – kimi çağırışlar istənilən halda namizədlərin müsahibə mərhələsinə keçidinə stimul yaradır.

Minimum göstəriciləri təqdim edə bilməyənlərdən isə hər hansı bir iradının və ya sualının olub-olmadığı da soruşulur. Düzü, nəticəni göstərə bilməyənlərin hər hansı bir iradının olduğunu müşahidə etmədik, çünki tələblər çox sadə idi. Beləliklə, kiçik olimpiya oyunları ab-havasında keçən peşə sınaq imtahanından sonra minimum göstəriciləri əldə edən namizədlərin sahə üzrə bilik və davranış səriştələri müsahibə zamanı qiymətləndirilir.

“Proses necə lazımdırsa, elə də həyata keçirildi. Hər hansı bir qeyri-qanuni proses müşahidə etmədim”

Müsahibədə iki nəfər SOCAR əməkdaşı iştirak edir. Müşahidə etdiyimiz müsahibə isə təhlükəsizlik sahəsi üzrə mütəxəssis Elçin Qurbanov və müvafiq idarənin insan resursları şöbəsinin rəisi Misir İsmayılov tərəfindən həyata keçirilirdi. Suallar iki istiqamətdə idi: şəxsin mühafizə bilikləri – mühafizə, fövqəladə hallar, yanğın təhlükəsizliyi və s. yoxlanılırdı və insan resursları şöbəsinin nümayəndəsi beş kriteriya üzrə namizəddə nizam-intizam, etik davranış, dürüstlük, şifahi özünüifadə, həmçinin onun vakansiyaya marağını ölçürdü. Qiymətləndirmə 5 ballıq bölgü üzrə aparılır. Müsahibədən keçmək üçün minimum 3 bal lazımdır.

Müsahibədə iştirak edən namizəd Rəsul Məmmədli bizə vakansiya üzrə necə müraciət etdiyindən danışır:

“SOCAR-ın saytında mühafizəçi üzrə vakansiyaya rast gəldim və CV göndərdim. Bu zaman müraciətimin qəbul olunduğu barədə bildiriş aldım. Daha sonra məni imtahana çağırdılar. 20 sual verildi və onlardan 15-ni cavablandırdım. Suallar asan idi. İmtahan kompüter vasitəsilə keçirilirdi. 20 suala 40 dəqiqə vaxt verilmişdi. Proses necə lazımdırsa, elə də keçirildi. Hamı öz bildiyini yazdı və imtahandan çıxdı. Hər hansı bir qeyri-qanuni proses müşahidə etmədim”.

Nəzərə alın ki, fiziki cəhətdən bütün normativlərə cavab verə bilsəniz də, müsahibədə də özünüzü təsdiq etməlisiniz. Müsahibədə yaxşı nəticə göstərmək üçün həm sualları diqqətlə dinləməli və təmkinli olmalı, həm də təqdim edilən problemli hadisələrlə bağlı çıxış yollarınız çox olmalıdır. Eyni zamanda alternativ çıxış yolları barədə də fikir irəli sürməli və qərar verməyi bacarmalısınız. Burada sizin fərqli situasiyalarda davranış və vəziyyətdən çıxış yollarınız öyrənilir. İstiqamət eyni olsa da, bir gün ərzində verilən suallar növbəti gün müsahibədə təkrarlanmır. Bir müsahibə təxminən 15 dəqiqədən 25 dəqiqəyə uzana bilir.

Müsahibə mərhələsinə keçən növbəti namizəd Elvin Lətifov deyir ki, vakansiyalarla və test üzrə imtahan sualları ilə SOCAR-ın rəsmi saytında tanış olub:

“SOCAR-ın vakansiyaları ilə saytdan tanış oldum və davamlı izləməyə başladım. Saytdan əldə etdiyim suallar üzrə imtahana hazırlaşdım və iştirak edib növbəti mərhələyə keçdim. İlk dəfədir ki, SOCAR-a müraciət edirəm”.

Bizə verilən məlumata görə, SOCAR-da mühafizəçi kimi fəaliyyət göstərən şəxslərin əməkhaqqısı 600-700 manat arasında dəyişir və iş saatına, dəyişən fəaliyyət şəraitinə görə əməkhaqqı daha da yüksək ola bilir.

Qeyd edək ki, SOCAR üzrə yaranan vakant yerlərə ilk növbədə şirkətin öz əməkdaşlarının o, cümlədən boşdayanmada olan və sərbəstləşən işçilərin qəbulu həyata keçirilir. Artıq bir neçə əməkdaş SOCAR tərkibində fəaliyyət istiqamətini dəyişərək, Təhlükəsizlik İdarəsində dayanıqlı işlə təmin olunub. Bununla belə sərbəstləşən işçilərin bəziləri Təhlükəsizlik İdarəsinin peşə tələblərini qarşılamadığından və ya özləri fəaliyyət istiqamətini dəyişmək istəmədiyindən vakant yerlərə kənardan işə qəbul həyata keçirilir.

Nigar Məmmədova

FOTO: Firudin Səlimov

Qəbul və sınaq sualları

2020-09-21 13:28:00

Qəbul imtahanlarında açıq suallar, situasiya tipli nümunələr salınmamalıdır, çünki…- POLEMİKA

DİM tərəfindən keçilən buraxılış və qəbul imtahanlarında testlərlə yanaşı, situativ tipli tapşırıqlar da təqdim olunur. Situativ tipli suallar müəllimlər tərəfindən yoxlanılır. Maraqlıdır, sualların yoxlanış prosesində obyektivlik meyarı nə dərəcədə qorunur? Müəllimin zehni və fiziki yorğunluğu bu prosesə təsir edirmi? AzEdu.az mövzu ilə bağlı təhsil ekspertlərinin fikirlərini təqdim edir: “Qəbul imtahanlarında salınan situasiya tipli suallar müəllimlər tərəfindən yoxlanılır və tapşırıqlar üzrə qiymətləndirilmə aparılır. Bu zaman müəllimlərin fiziki yorğunluğu və diqqətin yayınması halları ola bilir. DİM bu kimi halların yaşanmaması üçün bu sualları 2 müəllimə yoxladır. Bundan sonra isə sistem tərəfindən yoxlanılır. Bu mərhələlərin birində səhvə yol verildikdə digərində aradan qaldırılır”. Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirdi. O, qeyd etdi ki, qəbul imtahanında açıq tipli suallar prosesi ləngidir: “Düşürəm ki, bu prosesdə ümumiyyətlə insan əməyindən istifadə olunmasaydı yaxşı olardı. İmtahanda açıq tipli sualların salınmasını düzgün hesab etmirəm. Test tipli suallar tez bir zamanda yoxlanılır və nəticələr bəlli olur. Bütün proses daha çevik baş verir. Açıq tipli sualların salınmaması daha məqsədəuyğun hesab oluna bilər”. Tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədov mövzu ilə bağlı açıqlamasında qeyd etdi ki, tarix fənnindən açıq tipli sualların yoxlanışı zamanı hər hansı hallara yol verilmir: “Başqa fənləri deyə bilmərəm, DİM-də tarix fənnindən situasiya tipli suallar 98% düzgün yoxlanılır. Hətta problem yaranarsa, əksər vaxtlarda bu abituriyentin xeyrinə həll olunur. Tarixçi olduğum üçün digər fənlərdəki vəziyyətlə bağlı fikir bildirə bilmirəm”. “Dövlət İmtahan Mərkəzində bütün imtahan sessiyasında obyektivlik meyarına diqqət edilir. Situativ sualları adətən bunker müəllimlər yoxlayırlar və onlar toplu şəkildə bir yerə oturmurlar, xüsusi ayrılmış otaqlarda işləyirlər. Bütün məlumatlar şifrələnir və kimə aid olması bilinmir. Mübahisəli məsələlər hər zaman abituriyentin xeyrinə həll olunub”. Bu fikirləri təhsil eksperti Məlahət Mürşidli bildirdi. O, fiziki gücü əlverişsiz olan müəllimin yoxlama prosesindən uzaqlaşması gərəkdiyini vurğuladı: “Sualların yoxlanılması zamanı müəllimin zehni yorğunluğu prosesə təsir edə bilər. Lakin DİM-də bu kimi halların baş verməsinə şərait yaradılmır. Bütün müəllimlərin istirahətinə diqqət edilir. Əgər müəllim özündə halsızlıq, yorğunluq halı hiss edirsə, özü ərizə yazaraq bu prosesdən kənarlaşmalıdır”

Firayə Allahverdiyeva

Bu bölməyə aid digər xəbərlər

DİM-də işçi qruplarının iclasları keçirilib

2023-03-17 16:29:00

“Abituriyentlərə ixtisas seçən ekspertlər peyda olub” – DİM sədri

2023-03-17 12:36:00

İmtahanlarda zəif nəticə göstərənlər aşağı qiymətlərlə oxuyanlardır

2023-03-17 12:22:00

Riyaziyyat fənninə aid yazılı cavablar araşdırılacaq – DİM

2023-03-17 11:51:53

İmtahanın çətinliyi ilə bağlı iddialar əsassızdır – DİM sədri

2023-03-17 11:39:00

Sənəd verə bilməyənlərə yenidən imkan yaradılacaq – Abituriyentlərə ŞAD XƏBƏR

2023-03-17 11:37:00

İmtahanda qayda pozanlar özləri məsuliyyət daşıyacaq – XƏBƏRDARLIQ

2023-03-17 11:21:52

Məleykə Abbaszadə: Bu il abituriyentlərin sayı artıb – STATİSTİKA

2023-03-17 11:06:33

Şagirdlərin imtahanla bağlı narazılığı əsassızdır – DİM

2023-03-17 10:08:00

DİM TKT imtahanına qeydiyyat elan edir

Comments are closed, but trackbacks and pingbacks are open.