Press "Enter" to skip to content

Qəbul və buraxılış imtahanlarının tarixi dəyişdiriləcək? ARAŞDIRMA

Tarix müəllimi Pərviz Ağalarov isə imtahan tarixlərinin dekabr ayında elan olunmasını təqdirəlayiq hesab edir: “Əvvəllər imtahanın tarixi qeyri-müəyyən qalırdı. Bu baxımdan, bu addım alqışlanmalıdır. Amma bütövlükdə bəlli tarix olmalıdır ki, uşaqlar hər il imtahanın nə vaxt keçiriləcəyini dəqiq bilsinlər. Hesab edirəm ki, bunu hətta daha tez elan etmək lazımdır, qoy şagirdlər qabaqcadan bilsinlər və imtahana hazırlaşsınlar”.

I qrup üzrə qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan keçirilən şəhər və rayonlarda 90 imtahan binası, 1603 imtahan zalı ayrılıb.

İmtahanların idarə olunmasına 90 ümumi imtahan rəhbəri, 265 imtahan rəhbəri, 2007 nəzarətçi-müəllim, 247 buraxılış rejimi əməkdaşı, 90 bina nümayəndəsi ayrılıb.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

5 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunacaq və onlar yay qəbul imtahanlarına da buraxılmayacaq.

İmtahanda 21 753 abituriyentin iştirakı nəzərdə tutulurdu. İmtahanda 19 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin “Teleqram” kanalına (https://t.me/stateexamcenter), digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.

5 iyun saat 16:00-da DİM-in “Youtube” kanalı və “Facebook” səhifəsi vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm I, həm də IV ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Qəbul və buraxılış imtahanlarının tarixi dəyişdiriləcək? – ARAŞDIRMA

2023/2024-cü tədris ili üçün qəbul və buraxılış imtahanlarının əvvəlki illərlə müqayisədə daha tez keçirilə biləcəyi ilə bağlı yayılan xəbərlər ali məktəbə qəbulu hədəfləyən şagirdlərdə, həmçinin onların valideynlərində narahatlıq yaradıb. Dövlət İmtahan Mərkəzindən isə bildirirlər ki, imtahan tarixlərinin irəli və ya geri çəkiləcəyi ilə bağlı yayılan fikirlər doğru deyil.

“Kaspi” qəzeti mövzunu araşdırıb:

“Ali məktəblərə qəbul imtahanlarının cədvəli bu il dekabrın 15-dək elan olunacaq. İmtahan vaxtları Elm və Təhsil Nazirliyi ilə razılaşdırılacaq”. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin bu günlərdə açıqladığı fikirlər orta təhsil pilləsi ilə vidalaşmaqda olan, ali məktəbə qəbulu hədəfləyən şagirdlərdə və onların valideynlərində narahatlıq yaradıb. Belə ki, DİM sədrinin açıqlaması mediada və sosial platformalarda 2023/2024-cü tədris ili üçün qəbul və buraxılış imtahanlarının əvvəlki illərlə müqayisədə daha tez keçiriləcəyi kimi xarakterizə olunub. Üstəlik “Qəbul və buraxılış imtahanları bu tarixdə keçirilə bilər”, “İmtahanların vaxtı dəyişdi” və s. kimi xəbərlər də valideyn və imtahana hazırlaşan şagirdlərdə psixoloji gərginliyi artırır. Valideynlər hazırlıq keçən övladlarının dərs yükünün artırılacağından, keçirilən proqramları təkrarlamağa vaxt qalmayacağından narahatlıq keçirirlər. Onların fikrincə, 11-ci sinif üçün qəbul imtahanlarının vaxtı qabağa sürüşdürülərsə, dərs proqramı başa çatmayacaq. Digər tərəfdən, 2008-ci ildə qəbul edilmiş kurikulum standartları tədris ilinin sonunda yekunlaşmalıdır.

Uşaq proqramı başa çatdıra bilməsə.

Valideynlər hesab edirlər ki, şagirdlərin həssas dönəmində imtahan tarixlərinin dəyişdirilməsi ilə bağlı yayılan açıqlamalar onlara psixoloji təsir edə bilər.

“Oğlum gecə-gündüz qəbul imtahanlarına hazırlaşır. Məktəbdən gəlib bir tikə yemək yeyəndən sonra hazırlıq müəllimlərinin yanına tələsir. Deyilənə görə, imtahanların vaxtı dəyişdirilib qabağa çəkiləcək. Qorxuram uşaq proqramı başa çatdıra bilməsin. Uşağın proqramı tamamlamaması bir yana, hər bir buraxılış sinif şagirdi deyə bilər ki, mən imtahanı vermişəm, sonra məktəbə niyə getməliyəm?” , – deyə valideyn Ə.Məmmədov narahatlığını bölüşür.

Qeyd edək ki, bundan əvvəlki illərdə DİM imtahanların vaxtını yanvar ayında açıqlayıb. Yaranan narahatlıq da bu tədris ilində imtahan vaxtının nisbətən tez – dekabr ayında açıqlanacağı ilə bağlıdır.

Narahatlığa əsas yoxdur

Hərçənd Dövlət İmtahan Mərkəzi mövzu ilə bağlı ünvanladığımız sualın cavabında abituriyent və valideynlərin narahatlığına heç bir əsas görmür. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Xanlar Xanlarzadə bildirdi ki, imtahan tarixlərinin irəli və ya geri çəkiləcəyi ilə bağlı yayılan fikirlər doğru deyil: ”Ona görə də narahatlığa ehtiyac yoxdur. Növbəti ay ərzində müvafiq qrafik ictimaiyyətə təqdim olunacaq”.

Qaydalar tez-tez dəyişəndə.

Təhsil ekspertləri isə hesab edir ki, bu kimi dəyişikliklər təhsil alanlar, onların valideynləri, bütövlükdə təhsil ictimaiyyəti arasında müəyyən çaşqınlıq yaradır. “İstəsək də, istəməsək də razılaşmaq zorundayıq ki, təhsilin keyfiyyətinə nail olmağın əsas şərtlərindən biri də təhsilin bir sistem kimi oturuşmasıdır”, – deyə qeyd edən təhsil eksperti Nadir İsrafilovun fikrincə, bəlkə də islahatların istədiyimiz axarda inkişaf etməməsinin bir səbəbi də qaydaların tez-tez dəyişdirilməsidir: “Təsadüfi deyil ki, xüsusilə son zamanlar ali təhsilin hamı üçün əlçatanlığının təmin olunması əsas gətirilərək, test sisteminin artıq özünü doğrultmadığı iddiasında olanların, imtahanların sadələşdirilməsi və hətta ləğv olunması barədə fikir söyləyənlərin sayı durmadan artmaqda davam edir. Xüsusilə də buraxılış və qəbul imtahanları ilə bağlı aparılan dəyişikliklər, imtahan müddətlərinin önə və geriyə çəkilməsi ilə bağlı qrafiklər heç də hamı tərəfindən birmənalı qarşılanmır. O da aydındır ki, istənilən dəyişikliklərlə bağlı hər bir yanaşma proqram tələbləri və tədris materialının yüngülləşməsinə hesablanmalı olduğu kimi, imtahan prosesinin də sadələşməsinə və obyektivliyinə, təhsilin pillələri arasında uzlaşmanın yaradılmasına xidmət etməli olduğu halda, bu və ya digər variantın tətbiqi imtahan verənlərin hazırlıq səviyyəsinə və adaptasiya prosesinə heç də mənfi təsirsiz ötüşmür”.

“Təkpilləli vahid imtahan sisteminə keçidin zamanı çatıb”

Ekspertin fikrincə, ali məktəblərə qəbul imtahanlarının cədvəlinin bu ilin dekabrın 15-dək elan olunacağı və imtahan vaxtlarının Elm və Təhsil Nazirliyi ilə razılaşdırılacağı ilə bağlı məsələyə də yanaşma birmənalı olmayacaq: “Kimlərsə hesab edəcək ki, keçən illə müqayisədə imtahanların önə çəkilməsi növbəti ildə ali məktəblərə qəbul prosesinin gecikməsinin qarşısını alacaq, digərləri isə hesab edəcək ki, ali məktəblərə qəbul imtahanları öncəki illərlə müqayisədə daha tez keçirilərsə, şagirdlər üçün mənfi tərəfi qısa vaxtda hazırlaşmaları olacaq. Bu mənada elm və təhsil naziri Emin Əmrullayevin media üçün keçirdiyi son brifinqində vurğuladığı kimi, biz əzbərlənməli, əvvəldən həlli məlum olan məsələlərin öyrədilməsinə diqqət edirik. Biz qiymətləndirməni, qəbul imtahanlarının strukturunu dəyişdirmədən bu kimi problemləri aradan qaldıra bilməyəcəyik. Hesab edirəm ki, artıq, təkpilləli vahid imtahan sisteminə keçidin zamanı gəlib çatıb. Belə bir dəyişikliyin edilməsi məzunların imtahana hazırlaşmalarının optimallaşdırılmasına və DİM-in imtahanlarla bağlı qrafikinin rasionallaşdırılmasına gətirib çıxarar”.

Qoy şagirdlər qabaqcadan bilsinlər

Tarix müəllimi Pərviz Ağalarov isə imtahan tarixlərinin dekabr ayında elan olunmasını təqdirəlayiq hesab edir: “Əvvəllər imtahanın tarixi qeyri-müəyyən qalırdı. Bu baxımdan, bu addım alqışlanmalıdır. Amma bütövlükdə bəlli tarix olmalıdır ki, uşaqlar hər il imtahanın nə vaxt keçiriləcəyini dəqiq bilsinlər. Hesab edirəm ki, bunu hətta daha tez elan etmək lazımdır, qoy şagirdlər qabaqcadan bilsinlər və imtahana hazırlaşsınlar”.

Gələn ilin buraxılış və qəbul imtahanların tarixləri açıqlanıb – QRAFİK

Gələn ilin buraxılış və qəbul imtahanların tarixləri açıqlanıb – QRAFİK 2023-cü ildə keçiriləcək buraxılış və qəbul imtahanların tarixləri açıqlanıb.

14 Dekabr , 2022 10:39
https://static.report.az/photo/81948f16-ffd4-3081-8b35-5476e66e5551.jpg

  • Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona
  • Peşə liseylərinin buraxılış imtahanı
  • Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona
  • Peşə liseylərinin buraxılış imtahanı

Peşə liseylərinin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı

• Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

• Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (11 illik);

• Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı (11 illik);

• Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

• Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – III zona

Azərbaycan dili imtahanı (dövlət dili kimi, 9 və 11-ci sinif, cari və əvvəlki illərin məzunları üçün (1-ci cəhd))

• əvvəlki illərin məzunları üçün 9 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

• kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı (9 illik);

• müsabiqədə buraxılış imtahanında verdiyi dildən (bölmədən) fərqli bölmə üzrə iştirak etmək istəyənlər üçün əlavə imtahan (9 illik);

• Aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

• eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı (9 illik)

Rezidentura səviyyəsinə qəbul imtahanı (1-ci mərhələ, I cəhd)

QƏBUL İMTAHANI – III ixtisas qrupu üzrə (1-ci cəhd)

QƏBUL İMTAHANI – II ixtisas qrupu üzrə (1-ci cəhd)

III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan

I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə əlavə imtahan

QƏBUL İMTAHANI – IV ixtisas qrupu üzrə (1-ci cəhd)

QƏBUL İMTAHANI – I ixtisas qrupu üzrə (1-ci cəhd)

Magistratura səviyyəsinə qəbul imtahanı (2-ci cəhd)

Azərbaycan dili imtahanı (dövlət dili kimi, 9 və 11-ci sinif, cari və əvvəlki il məzunları üçün (2-ci cəhd))

QƏBUL İMTAHANI – III ixtisas qrupu üzrə (2-ci cəhd)

QƏBUL İMTAHANI – II ixtisas qrupu üzrə (2-ci cəhd)

III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan

Rezidentura səviyyəsinə qəbul imtahanı (1-ci mərhələ, II cəhd)

QƏBUL İMTAHANI – I ixtisas qrupu üzrə (2-ci cəhd)

QƏBUL İMTAHANI – IV ixtisas qrupu üzrə (2-ci cəhd)

I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə əlavə imtahan

Rezidentura səviyyəsinə qəbul imtahanı (2-ci mərhələ)

Comments are closed, but trackbacks and pingbacks are open.