Qədim və orta əsrlər kitabxana tarixi
Qədim dövrdə Assuriya Mesopotamiyanın mərkəzində yerləşən Assur (və ya Assur) şəhərinin ətrafında olan kiçik əraziləri əhatə edirdi. Bu şəhər e.ə. III minillikdə eyni adlı baş tanrının şərəfinə inşa edilmişdir və e.ə. XXI əsrdə Ur şəhərinin Şumer çarlarına tabe olmuşdur. Assurla bərabər daha bir neçə şəhər – Kalhu, Ninova və Arbela (zamanımızda İraqın Ərbil şəhəridir) – gələcək güdrətli dövlətin bünövrəsini təşkil etmişdir. Bu yerlərin samilərdən ibarət olan əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğul olurdu.
Qədim və orta əsrlər kitabxana tarixi
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Azərbaycanın qədim və orta əsrlər hərb tarixi
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Qədim və orta əsrlər kitabxana tarixi
Dağlıq Qarabağ (1988-1993)
Xankəndi (18.09.1988)
Əskəran (19.10.1991)
Hadrut (19.11.1991)
Xocalı (26.02.1992)
Şuşa (08.05.1992)
Laçın (17.05.1992)
Xocavənd (02.10.1992)
Kəlbəcər (3-4.04.1993)
Ağdərə (07.07.1993)
Ağdam (23.07.1993)
Cəbrayıl (23.08.1993)
Füzuli (23.08.1993)
Qubadlı (31.08.1993)
Zəngilan (30.10.1993)
Azərbaycanda milli azadlıq hərəkatı XX əsrin əvvəllərində(1900-1907)
| Müəllif: | Джаваншир Гусейнов |
| Çap olunub: | 2001 |
| Səhifələrin sayı: | 256 |
| Dili: | rus |
| Yüklənilib: | 17312 |
Yüklə (.pdf | 1.546 MB)
Hakimiyyət və insanlar – 1945-1953
| Müəllif: | Эльдар Исмаилов |
| Çap olunub: | 2003 |
| Səhifələrin sayı: | 344 |
| Dili: | rus |
| Yüklənilib: | 9574 |
Yüklə (.pdf | 1.345 MB)
“Alban tarixi” Musa Kalankatulu mənbə kimi
| Müəllif: | Маммедова,Ф. |
| Çap olunub: | 1977 |
| Səhifələrin sayı: | 198 |
| Dili: | rus |
| Yüklənilib: | 20572 |
Yüklə (.pdf | 1.274 MB)
1905-1906-cı illərdə erməni müsəlman davası
| Müəllif: | Mir Möhsün Nəvvab |
| Çap olunub: | 1993 |
| Səhifələrin sayı: | 128 |
| Dili: | azərbaycan |
| Yüklənilib: | 10502 |
Yüklə (.pdf | 1.089 MB)
1918-ci il Şamaxı soyqırımı
| Müəllif: | Seyfəddin Qəniyev |
| Çap olunub: | 2003 |
| Səhifələrin sayı: | 170 |
| Dili: | azərbaycan |
| Yüklənilib: | 9057 |
Yüklə (.pdf | 1.573 MB)
1918-ci il qırğınları
| Müəllif: | Vaqif Arzumanlı |
| Çap olunub: | 1995 |
| Səhifələrin sayı: | 92 |
| Dili: | azərbaycan |
| Yüklənilib: | 5722 |
Yüklə (.pdf | 0.544 MB)
1918-ci il qırğınları. Tarixi araşdırmalar
| Müəllif: | V. Arzumanlı, V. Həbiboğlu, K. Muxtarov |
| Çap olunub: | 1995 |
| Səhifələrin sayı: | 90 |
| Dili: | azərbaycan |
| Yüklənilib: | 6864 |
Yüklə (.pdf | 0.603 MB)
1918-ci ilin martı. Bakı
| Müəllif: | С.Рустамова |
| Çap olunub: | 2009 |
| Səhifələrin sayı: | 864 |
| Dili: | rus |
| Yüklənilib: | 10360 |
Yüklə (.pdf | 3.941 MB)
1918. İstiqlal yürüşü
| Müəllif: | Yusif Ağayev |
| Çap olunub: | 2009 |
| Səhifələrin sayı: | 416 |
| Dili: | azərbaycan |
| Yüklənilib: | 8916 |
Yüklə (.pdf | 4.888 MB)
1920-ci ildə Qarabağ döyüşləri
| Müəllif: | Şəmistan Nəzirli |
| Çap olunub: | 2009 |
| Səhifələrin sayı: | 480 |
| Dili: | azərbaycan |
| Yüklənilib: | 7889 |
Yüklə (.pdf | 2.279 MB)
31 mart soyqırımı: 1918-1920-cı illər mətbuatında
| Müəllif: | Akif Aşırlı |
| Çap olunub: | 2011 |
| Səhifələrin sayı: | 100 |
| Dili: | azərbaycan |
| Yüklənilib: | 5803 |
Yüklə (.pdf | 3.252 MB)
Abbas Mirzə və Azərbaycan
| Müəllif: | Əminə Pakrəvan |
| Çap olunub: | 2010 |
| Səhifələrin sayı: | 336 |
| Dili: | azərbaycan |
| Yüklənilib: | 9629 |
Yüklə (.pdf | 1.436 MB)
Ağa Musa Nağıyev
| Müəllif: | Manaf Süleymanov |
| Çap olunub: | 1994 |
| Səhifələrin sayı: | 40 |
| Dili: | azərbaycan |
| Yüklənilib: | 8531 |
Yüklə (.pdf | 0.567 MB)
Ağqoyunlu – Osmanlı müharibəsi (1472 – 1473-cü illər)
| Müəllif: | Агаев Юсиф, Ахмедов Сабухи |
| Çap olunub: | 2006 |
| Səhifələrin sayı: | 127 стр |
| Dili: | rus |
| Yüklənilib: | 10603 |
Yüklə (.pdf | 1.113 MB)
Ağqoyunlu və Səfəvi Dövlətləri ilə Qərbi Avropa ölkələrinin əlaqələri
| Müəllif: | Махмудов Я. М. |
| Çap olunub: | 1991 |
| Səhifələrin sayı: | 180 |
| Dili: | rus |
| Yüklənilib: | 18807 |
Yüklə (.pdf | 1.782 MB)
Qədim və orta əsrlər kitabxana tarixi
Aydın Əlizadə
Qədim Assur imperiyası: tarix, mədəniyyət, din
Qısa tarix
Assuriyanın tarixi üş əsas dövrə bölünür: qədim (e.ə. XX-XVI-ci əsrlər), orta (e.ə. XV-XI-ci əsrlər) və yeni (e.ə. X-VII-ci əsrlər).
Qədim dövrdə Assuriya Mesopotamiyanın mərkəzində yerləşən Assur (və ya Assur) şəhərinin ətrafında olan kiçik əraziləri əhatə edirdi. Bu şəhər e.ə. III minillikdə eyni adlı baş tanrının şərəfinə inşa edilmişdir və e.ə. XXI əsrdə Ur şəhərinin Şumer çarlarına tabe olmuşdur. Assurla bərabər daha bir neçə şəhər – Kalhu, Ninova və Arbela (zamanımızda İraqın Ərbil şəhəridir) – gələcək güdrətli dövlətin bünövrəsini təşkil etmişdir. Bu yerlərin samilərdən ibarət olan əhalisi əsasən əkinçilik və heyvandarlıqla məşğul olurdu.
Assurun ticarət və karvan yollarının kəsişən yerində yerləşirdiyinə görə, onun hakim zümrəsi tədricən qüvvətlənmiş və öz təsir dairələrini genişləndirməyə çalışırdı. Assurlu İluşuma (e.ə.XX-XXI əsrlər) müstəqilliyə nail olmuş və öz qonşularına qarşı hərbi yürüşlər etmişdi. O dövrdə Assurda hələ çarlıq qurulmamışdır. İdarəçilik şəhər şurası və kahinlər tərəfindən həyata keçirilirdi. İluşuma baş kahin olmuş və işşiakkum (sümercə ensi[ak]) adini daşıyırdı.
Sonra Assur hökmdarı I Şəmşi-Ədad (e.ə. 1813-1781 illər) şimali Mesopotamiya və Suriyada bəzi əraziləri ələ keçirmişdi. O həmdə şərq istiqamətində hurrilərlə savaşlar aparırdı. Bu savaşlar nəticəsində Assus böyük və güclü imperiyaya çevrilmişdi. I Şəmşi-Ədad isə özünü çarların çarı (şahinşah) elan etmişdi. Onun məmurlardan ibarət dövlət aparatı var idi. Ölkə vilayətlərə (xəlsumlara) bölünmüş və onları çara tabe olan canişinlər idarə edirdilər. Ordu peşəkar əskarlərdən və yığma qoşundan ibarət olmuşdu. Bütün əhali isə dövlətə vergilər verirdi.
Lakin I Şəmşi-Ədadın varisləri Babil çarı Hammurapiyə (e.ə. 1810-1750 illər) məğlub olmuş və Assur Babilin tərkibinə qatılmışdır. E.ə. XVI-XV-ci əsrlərdə isə assurlular Mitanni dövlətinə məğlub olaraq, ondan asılı vəziyyətinə düşmüşdürlər.
E.ə. XV-ci əsrdə assurlular yenə də gücləndilər. Bu dirçəliş dövrünə orta Assur dövrü deyilir. Onlar misirlilərlə ittifaqa girərək, rəgiblərini məğlub etməyə başladılar. Çarlar I Ədad-Nərari və I Səlmanasar Mitanni üzərində qələbəyə nail oldular. Çar I Tikulti-Ninurta Suriyaya qarşı uğurlu yürüş təşkil etdi, sonra isə Babili ələ keçirdi. Bu gələbələrdən sonra Assur çarları Cənubi Qafqaza qədər irəliləyə bilmişdırlər. Lakin e.ə. XII əsrdə ardı-arası kəsilməyən savaşlar Assuriyanı zəyiflətmişdi.
Bundan sonra Assur çarı I Tiqratpalasarın (e.ə. 1115-1077 illər) dövründə imperiya yenə də güclənmişdir. Ətraf ölkələrin zəyifliyindən istifadə edərək o, yenə da Suriyaya və Cənubi Qafqaza uğurlu yürüşlər təşkil edə bilmişdir.
Eyni zamanda Assur-Babil savaşları da aparılırdı.E.ə. XII-XI-ci əsrlərdə Assuriya üzərinə Ərəbistan yarımadasından gələn köçəri arami tayfaları basqınlar etməyə başlamışdırlar. Onlar kütləvi şəkildə Assuriya ərazisinə köçürdülər. Tədricən aramilər yerli əhali ilə qarışdılar. Bu hadisələr yenə də imperiyanın dağılmasına gətirib çıxarmışdır.
Kalhuda tapılmış, üzərində buzovu əmizdirən inək relyefi olan lövhə. E.ə. VIII-ci yüzillik, Yeni Assur dövrü. Bağdad müzeyi.
E.ə. IX-cu əsrdə öz güdrətini bərpa edərək, Assur dövləti Mesopotamiyanın şimalında və Suriya istiqamətində uğurlu savaşlar aparmışdır. Nəticədə onun orduları Aralıq dənizinin sahillərinə çıxa bilmişdilər. Suriya və Finikiyanın şəhərləri onlara vergilər verməyə başladılar. Bu istilaların nəticəsində regionda dəniz və qurudan keçən bütün ticarət yolları assurluların nəzərəti altına keçmişdi. Şərq istiqamətində isə assur qoşunu midiyalıları məğlub etmişdi. Bütün bu qələbələri II Assurnəsirapal (e.ə. 883-859 illər) və onun oğlu III Səlmanasar (e.ə. 859-824 illər) çarları əldə etmişdirlər. III Səlmanasarın dövründə şimalda Urartu dövləti ilə də savaşlar gedirdi.
Aparılan uğurlu savaşlar imperiya xəzinəsinə külli miqdarda sərvət gətirmişdi. Bunun nəticəsinda Assur və bir sıra başqa şəhərlərdə böyük həcmli inşaat işləri aparılırdı: yeni yollar, məbədlər, saraylar, qalalar qurulurdu. Bu dövr ərzində Assur çarları iqaməkgahlarını yeni paytaxta – Kalhu (və ya Nəmrud) şəhərinə köçürmüşdülər. Bu şəhərdə də eyni inşaat işləri aparılırdı.
Lakin e.ə. IX-cu əsrin sonu, VIII-ci əsrin əvvəlində Assuriya yenə də zəyifləmişdi, ardı-arasi kısilməyən savaşlarla davam gətirə bilmirdi. İmperiyanın ayrı-ayrı yerlərində üsyanlar başlamışdır. Onların yatirılması üçün əlavə qüvvələrə ehtiyac duyulurdu. Eyni zamanda daxildə də parçalanma baş vermişdi: tacir zümrəsi, ticarətlərinə ziyanlı olduğuna görə, savaşlara son qoyulmasını tələb edirdi, qoşun başçıları isə qənimətlər əldə etmək üçün savaşları davam etdirmək istəyirdilər.
Bu zaman şimalda güclənən Urartu dövləti e.ə. 746-745 illərdə assurluları məğlub etmişdi. Bunun nəticəsində
Assur goşunları tərəfindən geniş istifadə
edilən cəng arabası. Çar Assurbanapalın sarayında
tapılmış lövhə. Britaniuya muzeyi, London
Ondan sonra hakimiyyətə kələn V Səlmanasar bu siyasəti davam etmişdir, lakin saray çevrilişi nəticəsində onu çar II Şarrumken (e.ə. 722-705 illər) əvəz etmişdir. Yunanlar ona Sarqon deyirdilər. Onun çarlığı zamanı assurlular İsrail çarlığını darmadağın etmiş, əhalisini isə vətənlərindən başqa yerlərə köçürmüşdür. Daha sonra o Urartu dövlətinə ağır zərbələr endirmiş və Babil uğrunda savaşlar aparmışdır.
Şarrumkenin oğlu Sanheriv (Sinaherib) (e.ə. 705-681 illər) də Babil uğrunda savaşlar aparmışdır. Qərb istiqamətinə assurlular e.ə. 701-ci ildə Yəhudi çarlığına qarşı hücuma keçərək,
Çar II Assurnəsirpalın sarayının önündə Qanadlı Assur öküzü (E.ə. 883–859)
Metropolitan incəsənət muzeyi, Nyu-York.
onun baş şəhəri Qüdsü müasirəyə almışdı. Yəhudilər assurlulara vergi vermək məcburiyyətində qalmışdırlar. Sonra Assur qoşunu Misirə tərəf irəliləmişdir, lakin burada onlan Sanherivin saray çevrilişi nəticəsində qətlə yetirildiyi xəbərini aldılar.
Sanherivdən sonra hakimiyyət onun oğlu Assurahiddinə (yunanca Asarhaddon) (e.ə. 681-669 illər) keçmiş və o atasının istilaçı siyasətini davam etdirmişdi. O şimalda Finikiya şəhərlərinə qarşı yürüşlər etmiş, Kıbrıs (Kipr) adasını öz hakimiyyətinə tabe etmişdir. E.ə. 671-ci ildə, o Misiri ələ keçirib, özünü həmdə Firon elan etmişdi. Sonra o üsyan etmiş Babilə qarşı yürüşə başlamış, lakin yürüş zamanı vəfat etmişdi.
Nəhayət hakimiyyətə sonuncu güdrətli Assur çarı Assur-banu-apli (Assurbanapal) gəlmişdir (e.ə. 669-626 illər). O çox savadlı və ağıllı adam olmuşdur: bir neçə xarici dilləri, ədəbiyyatı, riyaziyyatı, astronomiyanı və bir sıra başqa elmləri bilirdi. O maarifçiliklə məşğul olmuşdur. Assurbanapal bizim zamanəmizə qədər çatmış məşhur kitabxana yaratmışdır. Orada 20000-ə yaxın gil lövhələrində yazılmış müxtəlif mətnlər yerləşdirilmişdir. Bundan başqa, onun hakimiyyəti zamanı böyük həcmli inşaat işləri həyata keçirilirdi.
Lakin o zaman dövlət işləri heç də yaxşı vəziyyətdə olmamışdır. Assus hakimiyyətinə qarşı bir çox vilayətlərdə – Kıbrısda, Suriyada, Misirdə, Elamda, Midiyada, Babildə – üsyanlar başlamışdır. Xarici vəziyyət də gərginləşmişdir, urartulular və mannalılar Assura qarşı savaşlara başlamışdırlar. Yalnız e.ə. 639-cu ilə qədər gedən ardı-arası kəsilməyən qanlı savaşlar nəticəsində Assurbanapal bu üsyanların əksəriyyətini yatırıb, xarici müdaxilənin isə qarşısını ala bilmişdir. Lakin bu Assuriyanın sonuncu uğurları olmuşdur.
Qədim Ninovanın
giriş qapısı
Mədəniyyət
Çar Assurbanapalın kitabxanasında tapılmış yazılı gil lövhəsinin nümunəsi. Britaniya muzeyi, London.
Assurlular gil lövhələri üzərində yazılmış yazılı ədəbiyyat nümunələrini yaratmışdırlar.
Onların da hərflərı paz şəkilli olmuşdur. Lakin akkad və sümerlərdən fərqli olaraq, onların yazıları, çağdaş yazılar kimi, horizontal sıra ilə yazılmışdır. Bundan başqa, bəzi hallarda, onlar daş, taxta və Misirdən gəlmiş papiruslar üzərində yazırdılar. Ola bilər ki, Assuriyada məktəblər və hətta universitetlər olmuşdur. Hər halda arxeoloji qazıntılar zamanı bunlara bənzər binalar və buna işarə edən bəzi yazılar tapılmışdır.
Şadupum adlı qədim şəhərin xarabalıqlarında isə, arxeoloqlar gil lövhələri üzərində yazılmış riyazi və həndəsi mətnlər aşkar etmişdilər. Onlardan birində yunan alimi Evklidosun adı ilə bağlı olan düzbucaqlıüçbucaqların bənzərliyi teoreması isbat olunmuşdu [1] . Deməli bunu assurlular yunanlardan 17 əsr öncə bilmişdilər.Yuxarıda deyildiyi kimi, Ninova şəhərində çar Assurbanapalın kitabxanasında minlərlə yazılı gil lövhələri tapılmışdır. Onların məzmunu əsasən dini və qismən elmi (riyazi və astronomik) xarakterlidir. Bəzi lövhələr
Assurbanapalın, Esarhaddonun, Sanherivin və başqa Assur çarının qələbələri və hərbi yürüşləri, onların quruculuq işləri haqqında məlumatlar verir. Bu kitabxanada həmdə çarın və onun sərkərdələrinin çoxlu sayda ordunun vəziyyəti haqqında bəhs edən yazışmaları (məktubları), diğər dövlət sənədləri, xəritələr, müqavilələr də tapılmışdır.Assurluların təsviri incəsənəti əsasən hərbi və dini mövzulara həsr edilmişdir. Çar saraylarında onların qələbələrini, ova çıxmalarını, dini mərasimləri, saray həyatını əks etdirən barelyeflər, daş divarların üzərində həkk olunmuş təsvirləri tapılmışdır. Bu mövzular Assuriyada inkişaf etmiş heykəltəraşlıq sənətində də təkrar olunmuşdur. Çar saraylarının önündə insan başlı qanadlı öküz heykəlləri qurulmuşdur. Bu mifik heyvanlar çarın mistik qoruyucuları kimi təsəvvür edilirdi.
Çar II Assurnəsipal və onu qoruyan tanrı. Ermitaj muzeyu, Sankt-Peterburq
Din
Tanrı Assur, relyef,
e.ə. IX əsr
Assurluların panteonu 7000-dən çox tanrı və tanrıcıqlardan ibarət olmuşdur. Onlardan üçü baş tanrı sayılırdı: Assur, Ramman və İştar.
Ən tanrı hesab edilən Assurun əvvəllər təbiət və göylərin tanrısı olması ehtimalı vardır. Sonra onun şərəfinə şəhər adlandırılmışdır. O bütün tanrıların çarı, yerin və göyün tanrısı, Assur dövlətinin himayəçisi və qoruyucusu hesab olunurdu. Onun adı ilə imperiyanın uğurlarını bağlıyırdılar. Assurlular inanırdılar ki, dövlətlərinin düşmənləri Assurun da düşmənləridir və o, onları məhv etməyə qadirdir. “Enuma eliş” dastanının Assur variantında dünyanı yaradan tanrı Mərduk deyil (babillilərdə olduğu kimi), Assurdur.
Hesab edilirdi ki, çarlar onun əlindən hakimiyyəti alırlar və savaşlarda əldə edilən qənimətləri ona qurban verirdilər. Onu günəş üzərində əlində dartılmış oxu tutan qanadlı tanrı obrazında təsvir edirdilər. Bu cür rəsm və barelyeflər çarların geyimlərində, saraylarında, möhürlərində həkk olunmuşdur. Buna bənzər təsvirlər assur ordularının bayraqlarında həkk çəkilirdi. Assura çoxlu dualar edilirdi və gimnlər oxunurdu.
Tanrı Ədad,
e.ə. VII-ci
yüzillik. Luvr, Paris
İştar ilahəsi
Britaniya muzeyi
Onun şərəfinə keçirilən bayramlar zamanı insanlar özlərini döyür, zədələr yetirir, hətta axtalayırdılar. Bundan başqa, onlar məbədlərdə bir birləri ilə kütləvi cinsi əlaqələrə girirdilər. Bu azqınlığı İştar kultunun kahinələri qızışdırırdılar. Onlar erotik rəqslər ifa edərək, bayram şənliklərinə gələn kişi və qadınları cinsi əlaqələrə həvəsləndirirdilər və özləri də bu əməlləri edirdilər [2] . Homoseksual əlaqələr də geniş yayılmışdır. İştara ibadət edən hər bir qadın həyatında heç olmasa bir dəfə məbəddə yadelli kişi ilə cinsi əlaqəyə girməli idi [3] . Ümumiyyətlə əxlaqsızlıq bütün Mesopotamiyanı bürümüşdür. Qədim yunan tarixçisi Herodotos (e. ə. 484-425 illərdə yaşamışdır) yazırdı ki, Babildə doğulan hər bir qadın heç olmasa həyatında bir dəfə Iştar məbədinə kəlməli və burada yadelli ilə cinsi əlagəyə girməli, o isə buna görə ona pul verməlidir [4] . Bu halda verilən pul müqəddəs sayılırdı. Qadınlar müəyyən olunmuş yerlərdə dayanırdırlar. Yadellilər isə oraya gəlib, onları seçirdilər.
Göründüyü kimi, Mesopotamiyada və Yaxın Şərqdə bütpərəstlik insanları bəzi hallarda kütləvi əxlaqsızığa sövq edirdi. Quran (26: 161-166 və 11: 82-83) və Əhdi Ətiqdə (Yaradılış, 19) olan Lut peyğəmbərin əhvalatı məhz bu cür halları təsvir etmişdir. Orada Allah,
məğrur bir imperiya xalqına çevrilmişdirlər. Onlar uzun müddət Yunus peyğəmbəri qəbul etməmiş, ona qarşı çıxış etmişdilər. Buna ğörə də Yunus şəhəri tərk etmək qərarına gəlmişdir. Lakin Allah ona qayıtmağı və xalqı ilə daha 40 gün qalmağı əmr etmişdir. Geriyə qayıdan Yunus bir müddət Allahın əmrinə tabe olaraq Ninovada yenə insanları düz yola dəvət etmiş, lakin yenə də heç bir nəticə əldə etməmiş, vaxtından tez şəhəri tərk etmişdir. Yunus gedəndən sonra şəhər sakinləri uzaqda dəhşətli qara buludları müşahidə edərək, Allahın qəzəbinə duçar olduqlarını və məhv olacaqlarını anladılar. Bundan sonra onlar əməllərindən peşman olaraq Allah qarşısında tövbə etdilər və Allah onları bağışlayıb buludları geri qaytardı. Yunus peyğəmbər isə dənizə düşərək nir böyük balıq tərəfindən udulmuş, və bir neçə gün onun qarnında olmuşdur. Orada o Allahdan bağışlanmasını istəmiş, sonra balığın qarnından çıxaraq, yenidən Ninovaya qayıtmışdır. Onu gözləyən tövbə etmiş şəhər sakinləri ona tabe olmuşdur. Sonra Yunus peyğəmbər onlara dinin əsaslarını öyrətmişdir.
Bəzi xristian müəllifləri hesab edirlər ki, Yunus peyğəmbər Assur çarı III Ədadnerarinin (e.ə. 810-783) dövründə yaşamışdır [5] . Bu dövrdə Assuriya zulmkar və istilaçı siyasətindən əl çəkmişdir. Lakin sonra hakimiyyətə gələn çarlar yenidən istilaçı və cinayətkar siyasətlərini həyata keçirməyə başlamış, xalqları qırmış və köçürmüş, assur xalqı isə yenidən bütpərəst olmuş və çirkin həyat tərzi sürmüşdür. Bütün bunlara görə Allah Assuru məhv etmişdir. Keşmişdə ən böyük və güclü imperiyadan yalnız xarabalıq qalmışdır. Keçmiş dövlətlərin və xalqların Allahın qəzəbinə kəlməsi və onların məhv edilməsi haqqında ayələr Quranda da vardır.
Ninova şəhərində İştar ilahəsinin məbədi civarında tapılmış çılpaq qadın fraqmenti. E.ə.1070-1056 illər. Britaniya muzeyi, London
[1] “За рубежом”. 1973г., № 28, ноябрь.
[2] Гладкий В.Д. Древний мир, Энциклопедия, в 2 т., Донецк, МП „Отечество», 1997, т. 1, с. 295.
Comments are closed, but trackbacks and pingbacks are open.