Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova
Tələbələrin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.
Qədim yunan diplomatiyasi yeganə gözəlova
Y unanıstanın e.ə.VIII -VI əsrlərə qədər olan dövrünü əsasən arxeoloji qazıntılar nəticəsində öyrənmək mümkündür. Yeganə yazılı əsər Homerin “İlliada” və “Odisseya” əsərləri, habelə Herodotun “Tarix” əsəridir. Bu əsərlərdə yunan-Troya və yunan-İran müharibələri ilə bağlı maraqlı materiallara rast gəlinir.
Qədim Yunanıstan təkcə sivilizasiyanın erkən vətəni deyil, həm də dövlətlərarası münasibətlərin konkret məzmuna malik olduğu ölkələrdən biridir. Yunan şəhər dövlətləri — polislər öz aralarında müəyyən ittifaqlar yaradırdılar ki, bunlar məbəd ittifaqları adlanırdı. Bu zəmində Anfiktoniya və Prokseniya institutları bərqərar olmuşdur. Xeyli sonralar ostrakizm yolu ilə ana şəhərdən qovulanlar yeni koloniyalar yaradarkən özləri ilə yunan-şəhər dövlətlərinə məxsus olan ənənələri də aparmışlar.
Afina və Sparta şəhər-dövlətlərinin ittifaqları bərqərar olandan sonra yunan diplomatiyasında və hərbisiyasi tarixində dualizm qəti olaraq bərqərar olmuşdur.
Yunanlarda belə bir məsəl var idi: «Adına bir məzar-təpə ucalt, matəm saxla ona». Söhbət kenatafdan ( hərfi mənası: boş məzar) gedir. İtkin düşənlərin və ya hər hansı səbəbdən cənazəsi ələ gəlməyən adamların adına məzar təpəciyi düzəltmək bir adət idi.
Qədim Yunan mədəniyyətinə tədqiqatçılar xüsusi əhəmiyyət verirlər, bunun öz izahı var. Belə ki, Qədim Yunanıstanda yaranan mədəniyyət müasir dövrün sivilizasiyasının təməli olmuşdu. Bu dövrdə yaranmış və inkişaf etmiş bir sıra elmlər: riyaziyyat, hücum, təbiətşünaslıq, astronomiya və s.müasir elmdə çox hallarda ehkama çevrilmişdi. Qədim Yunan mədəniyyəti dünya sivilizasiyasının inkişafında güclü təsir göstərmişdir.
Qədim Şərq mədəniyyətləri – Mesopotamiya, Fələstin, Finikiya, Suriya, Hettlər, Elam, İran ilk sivilizasiyalarının təməlini qoymuş, sonralar sönməyə başlayaraq b.e.ə.I minillikdə zəngin Şərq mədəniyyətinin davamı Aralıq dənizinin ərazilərində yerləşən regionlarında davam etmişdi. Qeyd olunan regionda b.e.ə.VII əsrdən başlayaraq Yunanıstan mədəniyyət mərkəzinə çevrilmişdi. Yunanıstan qədim dövrlərdə yaranmış sivilizasiyalarının bir növ varisi olmuş, sonralar onu daha da zənginləşdirmişdi. Qədim yunan mədəniyyətinin yaranmasına Krit-Miken, Finikiyalılar, Misir, İran sivilizasiyalarının böyük tövhəsi olmuşdu.
Qədim Yunanıstan (Qədim Ellada) tarixi şərti olaraq doqquz inkişaf mərhələlərinə bölünür:
1)Paleolit dövrü
2)Neolit dövrü
3)İlk və orta tunc dövrü
4)Tunc dövrünün son mərhələsi
5)Dəmir dövrü
6)Polis quruluşunun yaranması və inkişafı
7)Quldarlıq quruluşunun klassik dövrü
8)Ellinizm inkişafı və möhkəmlənməsi
9)Ellenizm dövlətlərinin tənəzzülü, Roma tərəfindən Yunanıstanın işğal edilməsi.
Qədim Yunanıstan mədəniyyətinin keçdiyi tarixi yol adətən Krit-Miken dövründən başlanır. Egey mədəniyyəti – Qədim Yunanıstanda tunc dövrünə 9 e.ə.təqribən 28-12-ci əsrlər) aid arxeoloji mədəniyyətin şərti adı. Krit-Mikenin yüzlərlə abidəsi tədqiq olunmuşdur. Krit-Miken mədəniyyətinə aid Minoy mədəniyyəti (e.ə.təqribən 3-2-ci minilliklər) mərkəzi Knos olan Krit dövlətində yaranmışdı. Knosda saray qalıqları, sərdabalar, miss və tuncdan əmək aləti, silahlar və s. aşkar edilmişdir. Kritdə piktoqrafik yazı sistemi yayılmışdır. Balkan yarımadasında Minoy mədəniyyəti ilə eyni dövrdə yaranan Ellada mədəniyyəti də Krit-Miken mədəniyyətinə aiddir. Ellada mədəniyyətinin son mərhələsi Mikena mədəniyyəti ilə səciyyələnir. Mikenada müdafiə tikililəri, saraylar, hökmdar sərdabası, ticarət-sənətkarlıq məhəllələrinin qalıqları aşkar edilmişdir. Kiklad mədəniyyəti (Mərkəzi Melos) e.ə.təqribən 1400 ildən sonra Minoya və Ellada mədəniyyətinin təsirinə məruz qaldı. Avroa ərazisində Krit-Miken mədniyyət dövründə ilk dəfə sinifli cəmiyyət və dövlət, yazı yaranmış, memarlıq, heykəltəraşlıq və s.yüksək inkişaf etmişdi.
Knoss sarayı divarları gözəl freskalarla bəzədilirdi. Bu təsvirlər bu gün bizlərə qədim Kritlilərin həyat və məişəti, mədəniyyəti, dini mərasimləri haqqında zəngin məlumatlar verir. Krit rəssamları insan fiqurlarının təsirinə Misir Kanonları ruhunda yanaşırdılar. Təbiətin təsviri o qədər realist ruhda idi ki, insan təsvirləri bu rəsmlərə bütövlük, dolğunluq bəxş edirdi. Krit həyatında din əhəmiyyətli dərəcədə böyük rol oynayırdı. Lakin bura da xüsusi məbədlər və kahin kastaları yox idi. Əvvəlcədən Kritdə çar hakimiyyətinin xüsusi forması olan teokratiya mühüm yer tuturdu. Bu hakimiyyətdə kübar və ruhuani hakimiyyət bir adamın üzərinə düşürdü. Çar sarayı universal funksiyaları yerinə yetirirdi, o eyni zamanda həm dini, inzibati, həm də təsərrüfat mərkəzi idi. B.e.ə.XVI əs rvə XV əsrin I yarısında Knoss mədəniyyətinin çiçəklənmə dövrü b.e.ə.XV əsrin axırlarında tənəzzülə uğramağa başlayır. Vulkan püskürməsi nəticəsində şəhər yerlə-yeksan olmuşdu. Krit mədəniyyət mərkəzindən Yunanıstanın əyalətinə çiçəklənməyə başlayır. Kritdə olduğu kimi, Miken mədəniyyətində də əsas mərkəzlər saraylar idi. Bunlardan Ən əhəmiyyətlilərini arxeoloqlar Miken, Tirinfe, Pilos, Afinada tapmışlar. Kritin yerini tutan Miken mədəniyyəti öz təsirini Egey ərazisinin hüdudlarından uzuaqlarda da göstərə bilmişdir. Onun izlərini Kiçik Asiya, Kipr, İtaliya, Hətti Misirdə də tapmaq mümkündür. Mikenlilərin dominantlığına b.e.ə.XII əsrdə bir çox xalqları, o cümlədən dorilərin burada gəlməsi son qoyuda. Bununla əlaqədar, Miken mədniyyətinin bir çox mərkəzləri barbarlar tərəfinən zəbt olundu. İqtisadi resurslarla zəngin, yüksək mədəniyyət, yaxşı hazırlanmış hərbi maşina xas axey dövlətlərinə vəhşilər qarşısında möhkəm dayanmaq nəsib olmadı. Hər şeydən əvvəl, buna başlıca səbəb bu dövlətlərin daxili zəifliyini, xalqın narazılığı, çoxsaylı hərbi münaqişə və müharibələrdə maddi və sinsani resurslarının əldən getməsi idi. Ona görə, kiçik bir daxili təkan dövlətin dağılmasına zəmin yaradırdı. Miken mədəniyyəti bizim e.ə.XII əsrin sonralarına qədər inkişafı etmiş, sonralar isə əldə olunmuş zəngin Miken mədəniyyəti o biri xalqların sivilizasiyalarına daxil olmuşdu.
B.e.ə.XI-IX əsrlərin Qədim Yunan mədəniyyəti Homer dövrü adlanır. Homerin məşhur “İliada” və “Odisseya” əsərləri ilə dünya ədəbiyyatı siyahısına töhfə bəxş etmişdir. Bu dövrün mədəniyyətinin inkişafının əsas meyarı yunanların təsərrüfat həyatında ümumi-xüsusi münasibətlərin təsdiqlənməsi hadisəsi oldu. Bu özlüyündə siniflərin təşəkkülünə zəmin yaratdı və cəmiyyətin sosial strukturunu müəyyənləşdirdi. Yeni ictimai şərait insanın dünya, həyat haqqında təsəvvürlərini dəyişdi ki, bu da, xüsusilə, bədii praktikada, yeni sənətdə özünü daha bariz şəkildə təzahür etdirdi.
Mifologiya yunan bədii mədəniyyətində nağıl-dini çərtilik gətirməklə, həyatın bədii tərzdə dərki üçün əhəmiyyətli rol oynamışdı. Həyat yeni tərzdə – allah və mələklərlə təzahür tapır. Qədim yunanların şüurunda Olimp allaşları insana xas hisslərə, əməllərə malik olmaqla zadəgan-aristokratlar, rəhbər, hakim və çarlar idi. Bunlar hər bir möcuzəni , sehri həyata keçirən obrazlar idi.
Homer dövrünün bədii mədəniyyətindəki bəzi xüsusiyyətlər, əvvəlki tarixi dövrlərin mədəniyyət və incəsənətindən qalsa da, əvvəllərə bənzəməyən, keyfiyyətcə yeni bir mədəniyyət yaranırdı. Homer dövründə yunanlar öz allahlarına müqəddəs mağara, düzənliklərdə etiqad edirdilər. Həmin dövrün memarlıq sənəti haqqındakı təsəvvürlər tikililərin qalmış bünövrələri. Keramik vaza və qablar üzərindəki taxta saray və məbədlərin təsvirləridir.
Yunan mədəniyyətində Homer dövrünün sonlarına yaxın sənətin spesifik, səciyyəvi, təkrarolunmaz xüsusiyyətləri, təzahür tapmata başlayır ki, bunlardan ilk növbədə, bütün yunan mədəniyyətin aid olan kosmoloji xüsusiyyətdir. Bu xüsusiyyətin əsas mahiyyətini bütün mədəni hadisələrin dünya qanunua uyğun nizamlanması məsələsi təşkil edir. Yunan mədəniyyətində bütün əsrlərdə kosmos və təbiət büütn şeylərin ölçüsü kimi insanla nisbətdə götürülür.
B.e.ə.VIII əsrin ortaları VI əsrin axırları arxaik dövr kimi qiymətləndirilərək Yunanıstanda müstəqil polisləirn təşəkkül tapdığı çağdır. Əhalinin kəmiyyətcə artması, şumlanmış torpaqların azlığı polislərin çox hissəsii ticarətin, ərazi ekspansiyasının inkişaf etdirilməsinə sövq etdi. Bu hadisə tarixdə “böyük kolonizasiya” kimi tanınaraq bədii mədəniyyətin inkişafına şərait yaratdı.
Arxaik dövrdə memarlıq tikililərin tipləri əsasən məbədlərlə izah edilir. Arxaik dövrdə memarlığın vahid dili – order sistemi yaradırdı. Order sisteminin mahiyyətini inşaatda vahid ölçü moduldan istifadəni nəzərdə tuturdu. Bu xüsusiyyət tikililərə məxsusi bütövlük verirdi. Orderin ən qədim növlərindən biri dorik üslubudur. Dorik sütunlar özünün gözəl fiziki kamilliyi ilə kişi bədəninin təcəssümü idisə, ionik sütunlar öz incə və bəəyi ilə qadın bədəninə daha yaxın idi.
Yunan sənətkarları məbədləri zövqlə bəzəyir, ən əsası isə bunları müxtəlif allahların şərəfinə həsr edirdilər.
Arxaik dövrdə müqəddəs yerlərin tikintisi də üstünlük təşkil etdi. Bu müqəddəs yerlər qədim yunanların həyatında mühüm əhəmiyyətə malik idi. Qədim ənənələr həyata keçirilən bu yerlər tədricən sənət mərkəzlərinə çevrildilər. Arxaik dövrün məbədləri əsasən dorik üslubla tikilirdi.
Arxaik dövr incəsənətinin mühüm sahələrindən birini də heykəltəraşlıq təşkil edirdi. Bu sənət növündən olan nümunələr təkcə məbədləri bəzəmir, həm də dini mədəniyyətin aparıcı tərkib hissələrindən biri saylıırdı.
Rəngkarlıqdan danışdıqda, mütləq arxaik dövrünün vaza üzərindəki təsvirlərindən bəhs etmək yerinə düşərdi. Qabların səthindəki rəngkarlıq onları xalça kimi bəzəyirdi. Bu üslübü, adətən oriyentallıq kimi qələmə verirdilər. Bu xüsuüsiyyət, yunanların ornament sənətində çox şeyi məhz şərqdən götürməklə izah edilirdi.
Arxaik çağın xüsusiyyətlərindən birini də elmin inkişafı təşkil edirdi. Xüsusilə, fəlsəfi sistemin – naturfəlsəfənin əsasının qoyulması ilk antik fəlsəfi məktəbin yaranmasınan sübutu idi. Naturfəlsəfənin nümayəndələri Aləmi, dünyanı vahid maddi varlıq kimi qəbul edərək onun qanunauyğunluqlarını təhlil etməyə cəhd göstərmişlər.
Pifaqor və onun ardıcılları, mövcud cisimlərin mahiyyətini kəmiyyət münasibətlərində görürdü. Bu, riyaziyyat, astronomiya, müsiqi nəzəriyyəsinin inkişafı üçün çox əhəmiyyətli bir nəticə idi. Dövrün ən nəhəng filosoflarından biri Heraklit(b.e.ə.554-483) idi. O, materiyanın əsasını alovda görürdü. Onun fikrincə təbiətdə və cəmiyyətdə daim hərəkət, əbədi mübarizə mövcuddur. Həyat, cəmiyyət dəyişikliyə məruz qalır.
Fəlsəfi məktəblə yanaşı, arxaik çağda ədəbiyyat da inkişaf edirdi. Bu dövrün ədəbiyyatında əsas yenilik eposdan tədricən lirik poeziyaya keçid olur.
B.e.ə.VI əsrə doğru yunan ədəbiyyatında təmsil xüsusi bir janr kmi təşəkkül tapır. Onun görkəmli nümayəndəsi Ezop hesab edilir. Onun təmsillərinin sujetləri sonrakı tarixi dövrlərdə də aparıcı yer tutmağa başlayır.
Klassik dövr mədəniyyəti
Qədim yunan mədəniyyətinin çiçəklənmə dövrlərindən birini də b.e.ə.VI əsrləri əhatə edən klassik dövr təşkil edir. Bu dövr erkən klassika (b.e.ə.VI-V əsrin I yarısı), orta klassika (b.e.ə.V əsrin ortaları) və son klassika (b.e.ə.V-VI əsrin sonları) çağlarına bölünür.
Erkən klassika dövrdə incəsənətdə ciddi üslub başlıca yer tutur. Bu tarixi dvrdə ictimai-siyasi şəraitdəki vəziyyətlə bağlı idi. Yunanıstanın Fars hökuməti ilə mübarizəsi, yunan şəhər-dövlətlərində (polislərdə) demokratiyanın güclənməsi ilə izah edilməyə başlayır. Arxaik dövrdəki tiranlıq artıq keçmişdə qaldı. Tarix səhnəsində vətəndaş, insan başlıca fiqur kimi əsas yer tutdu. Bu isə incəsənətdə mübarizə və döyüşlərlə bağlı hadisələrə üstünlük verilməsinə səbəb oldu.
B.e.ə.V əsrin 60-cı illərində Olimpiyada məşhur Zevsin məbədi ümumellin cəmiyyətinin əsas müqəddəs yerlərindən biri kimi qiymətləndirilir.
Erkən klassikanın məşhur əsərlərindən biri də “Disk atan oğlun” heykəlidir. Onun yaradıcısı məşhur Miron idi. O, dövrünün ruhuna tam uyğun şəkildə yaradılmışdır. Afina Akropolundakı “Afina və Mars” adlı heykəltəraşlıq qruppu da bu sənətdən əhəmiyyətlidir.
Orta klassika Yunan incəsənəti b.e.ə.V-VI əsrlərdə çiçəklənir. Farsların dağıntılarında sonra şəhərlərin dirçəldilməsi, məbədlərin bərpası və yenilərinin tikintisi, ictimai bina və digər müqəddəs tikililərin inşası başlıca yer tutur. Afinada b.e.ə.449-cu ildən başlayaraq Perikl adlı yüksək təhsilli bir şəxs hakimlik edərək öz ətrafına Elladanın bütün zəkalı insanlarını cəlb edir. Orta klassik dövr mədəniyyətin hərtərəfli şəkildə inkişafı ilə səciyyələnirdi.
Dövrün ən məşhur müdriki Sokrat (b.e.ə.470-399) idi. Onun fəlsəfəsinə görə mütləq həqiqət, mütləq etik dəyərlər mövcuddur ki, bu da allah tərəfindən idarə olunur. Bu filosof özündən əvvəlki müdriklərin ənənəvi problemlərinə nəzər yetirmədən əsas diqqəti insana – onun təbiəti, imkan və tərbiyəsinə yönəldir. İnsanın mövcudluğunun və inkişafının başlanğıcını Sokrata görə ağıl təşkil edir.
Bu çağın digər müdrik filosofu Demokrit idi. O, fəlsəfəyə atomist nəzəriyyənin müddəalarını gətirmişdi. Demokritə görü təbiət, materiya böünməyən atom zərrəciklərindən ibarətdir. Filosofun digər bir müddəası ondan ibarətdir ki, səbəbsiz hadisə yoxdur: təbiət və hadisələrin məqsədi yoxdur, lakin bütün hadisələr şərtidir. Materiya əbədidir, onun təşəkkülü izaha ehtiyac duymur, yalnız dəyişiklikləri öyrənmək, təhlil etmək mümkün və lzaımdır, bunu isə allahsız və inamsız da etmək olar.
Orta klassik dövründə ədəbiyyatda irəliləyiş Esxil, Sofokl, Evripid, Aristofan kimi yazarların adı ilə bağlıdır. Esxil klassik yunan faciəsinin banisi hesab edilir. Teatra dekorasiya, maskaların daxil edilməsi Esxilin adı ilə bağlıdır.
Dövrün digər faciə ustadı Sofokl hesab edilir. Onun çar Edip haqqındakı məşhur faciəsində dövrün bütün xüsusiyyətləri öz əksini tapmışdı.
Klassik dövrünün məşhur komediya ustadı Aristofan hesab edilir. O, öz komediyalarında siyasi məzmun və aktuallıq səciyyəsi verirdi. Onun komediyalarında bu motivi aydın şəkildə görmək mümkündür.
Qədim yunan son klassikası dövründə mədəniyyət üçün klassik bir mərhələsini əhatə edir. Afina və Sparta arasındakı müharibə siyasi böhranla müşahidə olunurdu ki, bu da sənətdə özünü aydın formada təzahür etdirirdi.
Yunan mədəniyyətinin son klassika çağında memorial abidələr, xüsusilə qəbirüstü nümunələrin tikilməsi xüsusi bir janr kimi təşəkkül tapdı.
Son klassika dövrünün məşhur filosofları Platon və Aristotel idi. Beləliklə, qədim yunan mədəniyyətində klassika dövrünün, onun ayrı-ayrı çağların çox böyük rolu vardır
sgəndər öləndən sonra yunanlar və makedoniyalılar şərqə axışmağa başladılar. Şərqin çoxdan salınmış şəhərləri dirçəlib böyüdü. Nil çayı deltasında e.ə. III əsrdə salınmış İsgəndəriyyə Misirin üçüncü paytaxtı, dünyanın ən zəngin şəhəri oldu. Nil çayını Qırmızı dənizlə birləşdirən kanaldan başlanan karvan yolu İran körfəzinə, oradan da Hindistana gedirdi. İsgəndəriyyəyə Misirdən taxıl və papirus, Nubiyadan qızıl və fil sümüyü, Avropadan və Asiyadan müxtəlif mallar gətirilirdi. Şəhərin qarşısındakı Faros adasında 140 m hündürlüyündə İsgəndəriyyə mayakı tikilmişdi. Bu, dünyanın yeddi möcüzəsindən biri idi. İsgəndəriyyədə dəbdəbəli padşah sarayları, gimnaziyalar, rəsədxana, kitabxana və s. var idi. Burada Musey, yəni muzların məbədi yerləşirdi. (Yunan əfsanələrində elm və incəsənəti himayə edən ilahələr muza adlanırdı) E.ə. III əsrin əvvəllərində yaradılmış musey antik dünyanın əsas elm mərkəzlərindən biri idi. Burada görkəmli alimlər (Arximed, Evklid və b.), filosoflar, şairlər işləyib yaratmışlar. Burada olan kitabxananın fondunda 700 min kitab var idi. Demək olar ki, bütün elm sahələrində alimlər çalışırdılar. E.ə. 47-ci ildə İsgəndəriyyə kitabxanası yandı, sonra bərpa edildi. Onu eramızın 391-ci ilində fanatik xristianlar dağıtdı, VII-VIII əsrlərdə isə ərəblər tamamilə məhv etdi.
Elmi əsərlər, əsasən, dana və quzu dərisindən düzəldilmiş perqament üzərində yazılırdı. Bu dəri Kiçik Asiyadakı Perqam şəhərində hazırlandığı üçün belə adlanırdı.
Beləliklə, e.ə. III-II əsrlərdə Aralıq dənizi sahillərində elm ən yüksək inkişaf səviyyəsinə çatmışdı. E.ə. III əsrdə İsgəndəriyyədə ən məşhur alim Evklid (e.ə. III əsr) çalışırdı. O, İsgəndəriyyə məktəbinin ilk riyaziyyatçısı idi. Evklid alqoritmi, Evklid fəzası, Evklid həndəsəsi onun adı ilə bağlıdır. Arximed (e.ə. 287-212) Siciliyadan buraya işləməyə gəlmişdi. «Mənə dayaq nöqtəsi verin, yeri tərpədim», «evrika» kəlamları onun adı ilə bağlıdır. Arximed qanununu o kəşf etmişdir. Sirakuz şəhərinin müdafiəsi zamanı II Pun müharibəsində öldürülmüşdür.
Sadə dori üslubu dəbdəbəli padşah saraylarını memarlıq cəhətdən təmin etmirdi. E.ə. III-II əsrlərdə yaraşıqlı korinf sütunla rı geniş yayıldı. İncəsənətdə insanın daxili aləmini açmaq, onu canlı göstərmək cəhdi əsas yer tuturdu. Şərqin incəsənət mərkəzlərindən biri Perqam şəhəri idi. Burada Olimp allahlarının Nəhənglər üzərində qələbəsini əks etdirən, 140 m uzunluğunda, 2 m hündürlüyündə relyef yaradılmışdı. Burada insan obrazları çox canlı təsvir olunmuşdu.
Beləliklə, e.ə. III-II əsrlərdə yunan və şərq mədəniyyətlərinin yaxınlaşıb qovuşması nəticəsində hər iki mədəniyyətin ən gözəl xüsusiyyətlərini əxz etmiş «ellin mədəniyyəti» yarandı.
Afinada quldarlıq təsərrüfatı. İran-Yunan müharibəsindən sonra da Afina dəniz ittifaqı fəaliyyət göstərdi. Afina bu ittifaqın donanma və qoşunundan, xəzinəsindən istədiyi kimi istifadə edirdi. Afinalılar öz şəhərlərinin ətrafına müdafiə divarları çəkdilər. Afinalılar «dəniz sahibləri» sayılırdılar. Onun 6 kilometrliyində olan körfəzdə Pirey limanı salındı. Şəhərdən limana qədər hündür divarlar çəkilmişdi. Dünyanın müxtəlif ölkələrindən Afinaya məhsullar gətirilirdi, buradan isə Afinada istehsal olunan məhsullar aparılırdı. Tacirlər Afinaya gətirdikləri mal üçün ticarət vergisi (gömrük) verirdilər. E.ə. V əsrdə Afina Yunanıstanın ən varlı şəhər dövləti oldu.
Afinanın sərvəti qala divarlarının tikilməsinə, möhtəşəm məbədlərin, ictimai binaların, heykəllərin yaradılmasına sərf olunurdu. Bu isə bənnaların, sənətkarların və başqalarının işlə təmin olunmasına şərait yaradırdı. Hərbi donanma gəmiqayıranların, dənizçilərin, avar çəkənlərin yaşamasına imkan verirdi. Yunanıstanda böyük qul bazarları var idi. Ən böyük qul bazarlarından biri Xios adasında idi. Bu bazarda gündə 10 min qul satılırdı. Qul əməyindən ən çox filiz mədənlərində, daş karxanalarında, sənətkarlıq emalatxanalarında, kənd təsərrüfatında. ev qulluqçuluğunda istifadə olunurdu. Quldarlar qulları «İnsan ayaqlı» adlandırırdılar.
Marafon döyüşü. İran-Yunan müharibəsi e.ə. 500-449-cu illərdə olmuşdu. İran şahı I Dara (522-486) Egey dənizindəki adaları, onun şərq, şimal sahillərini tutdu və bütün Yunanıstanı təhlükə altına aldı. Anadoludakı yunan şəhərləri olan İoniya şəhərləri Miletin başçılığı ilə İrana qarşı üsyan etdilər. Afina və Eretriya onlara kömək etdi. Lakin üsyan yatırıldı. I Dara Afinanı cəzalandırmaq üçün Afinadan 42 km aralı olan Marafon düzünə(Attikaya) qoşun çıxartdı. Afinalılar 10 min qoşun topladılar. Afinaya gedən yolu kəsdilər, təpələrdə yerləşdilər. E.ə. 490-cı il sentyabrın 13-də Marafon vuruşması başlandı. Afina qoşunlarının strateqi Miltiad əsas qüvvələri cinahlarda yerləşdirdi, ortada zəif qüvvələri qoydu. İranlılar hücuma keçib yunan qoşunlarının mərkəzi hissəsini məğlub etdilər, qalib gəldiklərini güman edib irəli getdilər. Yunanlar cinahlardan iranlıları sıxışdırdı və məğlub etdi. Bir nəfər Afinalı 42 km qaçaraq özünü Afinaya çatdırmış və uca səslə demişdir: «Afinalılar, sevinin, biz qalib gəldik!». Bu igidin xatirəsinə 42 kilometrlik Marafon qaçışı yarışları keçirilir. Marafon döyüşündə yunanların əldə etdiyi qənimətlə heykəltəraş Fidi Afinanın heykəlini düzəltdi.Fermopil döyüşü. I Daranın oğlu Kserks (486-465) e.ə. 480-cı ildə Orta Yunanıstana hücum etdi. O, Şimali Yunanıstanı ələ keçirdi. Bütün yunan-şəhər dövlətləri iranlılara qarşı birləşdilər
Tarix və arxeologiya departamentinin müdiri: Roza Arazova
Dünya sivilizasiyaları tarixi, xüsusilə qədim Şərqin sivilizasiyalarının tarixi, antik sivilizasiya və orta əsrlərin Avropa və müsəlman sivilizasiyalarının tarixi tarix elmi üçün yenə də aktual qalmaqdadır. Bu da ilk növbədə, sivilizasiyaların mərkəzləri olan bölgələrdə baş vermiş hadisələrin özəlliyi, dünya tarixinə göstərmiş olduğu böyük təsirilə bağlıdır. Misir və Mesopotamiyanın qədim dövlətləri, yunan və Roma sivilizasiyaları, Xalqların böyük köçü, Bizans mədəniyyəti, Renessans, Böyük Coğrafi kəşflər, müstəmləkəçilik sisteminin yaranması, Reformasiya, böyük Avropa inqilabları bu tip hadisələrdəndir ki, müasir dünyanın inkişafına təsiri yenə də davam edir. “Dünya sivilizasiyaları tarixi” fənni bu özəlliklərin üzə çıxarılması və tədrisi məqsədi daşıyır.
Fənnin ümumi tədrisi prosesində tələbələrdə:
- Şərq və Qərb Avropa sivilizasiyalarının fərqli və oxşar cəhətləri araşdırılacaq;
- Avropa cəmiyyətinin Şərq sivilizasiylarından üstün olmadığı, əksinə onun bu sivilizasiyalardan bir çox şeyləri əxz etdiyi xüsusi vurğulanacaq;
- Avropanın və müsəlman Şərqinin orta əsrlər tarixinin, yeni və müasir tarixinin başlıca inkişaf xüsusiyyətləri öyrəniləcək;
- Dünya sivilizasiyaları haqqında tam təsəvvür formalaşacaqdır.
Tələbələrin bütün dərslərdə iştirakı vacibdir. Tələbə müəyyən üzürlü səbəblərdən (xəstəlik, ailə vəziyyəti və s.) dərslərdə iştirak edə bilmirsə, o zaman bu haqda fakültə dekanlığına məlumat təqdim etməlidir. Fənn üzrə ümumi dərs saatlarının 20 faizindən çoxunda iştirak etməyən tələbə imtahana buraxılmır.
Dərsə gecikmələr və ya digər dərs pozuntuları
Dərsə gecikən tələbə auditoriyaya buraxılmır. O, yalnız növbəti dərsdə iştirak edə bilər.
Yoxlama işi
Yoxlama işində iştirak etməyən tələbə qeyri-müvəffəq qiymət alır. Əgər tələbə üzürlü səbəbdən yoxlama işində iştirak edə bilməmiş və bu haqda dekanlığa məlumat vermişsə, o zaman həmin tələbə yoxlama işini növbəti həftə yaza bilər.
Tələbələrin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur.
Aralıq və yekun imtahanının mövzuları tələbələrə imtahandan əvvəl verilir. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.
Fənni bitirmək qaydası
Universitetin qaydalarına uyğun olaraq kursu bitirmək üçün ümumi müvəffəqiyyət faizi 60 və daha çox hesab edilir. Kəsiri olan tələbə bu fənni növbəti semestr və ya növbəti il təkrarən götürə bilər.
İmtahan qaydalarının pozuntuları
Aralıq və yekun imtahanları vaxtı tələbə tərəfindən imtahanın gedişinin pozulması, imtahanda istifadəsinə yol verilməyən əlavə vəsaitlərdən (kitab, konspekt-dəftər, mövzunun yazıldığı vərəq, telefon, diktofon, mikrodinləyici qurğu və s.) istifadə edilməsi və köçürmə qadağandır. Bu qaydaya əməl etməyən tələbə imtahan zalından çıxarılır, onun imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiymətlə imtahandan kənarlaşdırılır.
Tələbənin davranış qaydaları
Dərs zamanı dərs prosesini pozmaq və qeyri-etik hərəkətlər etmək, yersiz və icazəsiz müzakirələr aparmaq, mobil telefondan, dinləyici qurğu və radiodan istifadə etmək, həmin dərsə aid olmayan digər fəaliyyətlə (kitab oxumaq, yazmaq, şəkil çəkmək və s.) məşğul olmaq qadağandır.
Y.Yusifov. Qədim Şərq tarixi. Bakı, 2003
V Mövzu Qədim Yunanıstanda diplomatiya və səfirlik işi
5.1. Qədim yunan polisləri arasında münasibətlər və səfirlik işi
Yunanıstanın diplomatik əlaqələrinin öyrənilməsi Roma hüququnun öyrənilməsinə çıxış hesab edilə
bilər. Yunanıstan üçün həmişə dualizm xas olmuşdur. Bu Yunanıstanın birləşməsi uğrunda mübarizədə
təcəssüm olunur. Yunanıstanın e.ə.VIII -VI əsrlərə qədər olan dövrünü əsasən arxeoloji qazıntılar nəticəsində
öyrənmək mümkündür. Yeganə yazılı əsər Homerin “İlliada” və “Odisseya” əsərləri, habelə Herodotun “Tarix”
əsəridir. Bu əsərlərdə yunan-Troya və yunan-İran müharibələri ilə bağlı maraqlı materiallara rast gəlinir.
Qədim Yunanıstan təkcə sivilizasiyanın erkən vətəni deyil, həm də dövlətlərarası münasibətlərin
konkret məzmuna malik olduğu ölkələrdən biridir. Yunan şəhər dövlətləri – polislər öz aralarında müəyyən
ittifaqlar yaradırdılar ki, bunlar məbəd ittifaqları adlanırdı. Bu zəmində Anfiktoniya və Prokseniya institutları
bərqərar olmuşdur. Xeyli sonralar ostrakizm yolu ilə ana şəhərdən qovulanlar yeni koloniyalar yaradarkən özləri
ilə yunan-şəhər dövlətlərinə məxsus olan ənənələri də aparmışlar.
Afina və Sparta şəhər-dövlətlərinin ittifaqları bərqərar olandan sonra yunan diplomatiyasında və hərbi-
siyasi tarixində dualizm qəti olaraq bərqərar olmuşdur. Bu dualizm özünü 1-ci və 2-ci Afina dəniz ittifaqları
dövründə aydın şəkildə göstərmişdir. Klassik dövr diplomatiyası üçün xarakterik cəhətlərdən biri də məbəd
ittifaqlarının mövcudluğudur. Bir qayda olaraq 12 yunan polisi bir məbəd ittifaqını yaradırdı. Bunların
içərisində ən böyük nüfuza malik olanları Delfi və Fiv məbəd ittifaqları idi. Hər bir məbəd ittifaqına 12 kahin
daxil idi. Onlara ağsaqqal başçılıq edirdi. Onun başlıca vəzifəsi məbəd İttifaqları arasında əlaqələri qoruyub
saxlamaq, sülhü təmin etmək, habelə lazım olarsa müharibəni elan etməkdən ibarət idi.
Ənənəyə görə, yunan polislərindən heç biri digərinə dərhal müharibə elan edə bilməzdi. Bunun üçün 40
günlük müddəti başa vurmaq lazım idi. Bu müddətdə sülhə nail olunmurdusa, ağsaqqal müharibə elan edən
dövlətin adından müharibə elan olunan dövlətin ərazisinə bir ucu yandırılmış, o biri ucu isə qana batırılmış cida
atardı. Sülh elan olunması müharibənin nəticəsindən asılı olurdu və ağsaqqalların köməyi ilə sülh sazişi konkret
müddət üçün imzalanırdı.
Siyasi dualizmlə yanaşı yunan polisləri arasında iqtisadi əlaqələrə ciddi diqqət verilirdi ki, bu zaman
prokseniyadan istifadə olunurdu. Hər hansı yunan şəhər dövləti başqa şəhərə göndərilən elçinin zəngin ailədən
olmasına, soyadının qədim olmasına çalışırdı. Elçi göndərilən şəxs qonşu polisin xalq yığıncağı qarşısında çıxış
etmək üçün hazır olmalı idi. Buna görə elçiyə üzərinə mum çəkilmiş taxta lövhənin üzərinə səlahiyyətləri
yazılmış iki lövhə verilirdi. Lakin diplomu olan şəxs gedəcəyi şəhərdə özünə proksen-himayəçi tapmalı idi.
Məhz proksen onu xalq yığıncağına təqdim edə bilərdi. Yunan diplomatiyasında ritorik-diplomatiya məktəbləri
mühüm rol oynayırdı.
Yunan şəhər dövlətlərinin hamısı öz koloniyalarına malik idilər. Lakin həmin koloniyalar çox keçmədən
güclü siyasi vahidlərə çevrilirdilər. E.ə.VIII-VI əsrlərdə yunan koloniyaları Qara dənizin şərq sahillərindən
tutmuş Aralıq dənizi boyunca yayılmışdı. Yunan koloniyaları Yunanıstanın qədim Şərqin müxtəlif ölkələri ilə
əlaqələrinin genişlənməsində mühüm rola malik olmuşlar.
Mövcud tədqiqatlarda Homer dövrü diplomatiyası e.ə.XII-VIII əsrlərdə aid edilir. Homerin “İlliada” və
“Odiseya” əsərlərinin təhlili göstərir ki, bu əsərlərin materialları e.ə.III minilliyin problemləri ilə səsləşir. Homer
də yunan şəhər dövlətləri arasındakı dualizmi siyasi rəqabət və iqtisadi əlaqələrlə bağlayırdı.
“İlliada” əsərinin təhlili göstərir ki, qədim yunanlar o dövrki dünyanın məlum ölkələrinin hamısı – üç
qitə haqqında kifayət qədər elmi biliklərə malik olmuşlar. Qədim Yunanıstanda da şərqdə olduğu kimi
koalisiyların yaranması xarici təhlükə ilə bağlı olurdu. Məlum olduğu kimi, yunan şəhər dövlətlərinin ən böyük
ittifaqı e.ə. 479-cu ilə aid olan və Peloponnes müharibələri dövründə dağılan I Afina dəniz ittifaqı və e.ə. 379-
da yaranan II Afina dəniz ittifaqından ibarət olmuşdur.
İranda Əhəmənilər sülaləsi bərqərar olduqdan sonra Aralıq dənizindən keçən ticarət yollarının tutulması
onun başlıca arzusu olmuş və e.ə. 500-cü ildə başlanan yunan-İran müharibəsi buna xidmət etmişdi. İstər I Dara,
istərsə də varisi Kserks onilliklər boyu apardığı müharibələrlə Elladaya yiyələnməyə çalışırdılar. Sonralar
Panellin konqresində məhz bununla bağlı İrana müharibə elan olunması məsələsi dəfələrlə səslənmişdi. Hətta
diplomatiya ilə hərbi işi paralel aparan Makedoniya çarı II Filip belə Şərq yürüşünün alovlu carçısı olmuşdur.
Yunan şəhər-dövlətləri möhkəmləndikcə və İranla müharibələr fasiləsiz xarakter aldıqca, bu şəhər dövlətlərin
vahid ittifaqda birləşməsi ideyası ciddi şəkildə müzakirə obyektinə çevrilməkdə idi. Məhz bu zəmində
birləşmənin Makedoniya və Afina layihələri meydana gəlmişdi.
Hələ Yunan-İran müharibələri dövründən Afina Yunanıstanın bir sıra şəhər-dövlətlərini öz ətrafında
birləşdirməyə nail olmuşdu. İttifaqın xəzinəsi Parfenon məbədində saxlanırdı. Afinanın əsas məqsədi hərbi və
siyasi yolla yunan şəhərlərinin hamısını öz ətrafında birləşdirməkdən ibarət idi. E.ə.V-IV əsrlərdə Yunanıstanın
başlıca qorxusu İrandan və Makedoniyadan idi. Təsadüfi deyil ki, e.ə.443-429-cu illərdə Afinanın strateqi olmuş
Perikl Yunanıstanın birləşdirilməsinin özünəməxsus layihəsini hazırlamışdı
24
Periklin layihəsinə görə, yunan şəhərləri Afinanın ətrafında gözlənilən təhlükələrə qarşı birləşməli
idilər. Bu məqsədlə Panellin konqresi çağırılmalı idi. Lakin Perikl öz layihəsini reallaşdıra bilmədi. Çünki yunan
polislərinin bir qismi müxtəlif səbəblərdən Spartaya meyilli idilər. Təsadüfi deyil ki, Yunanıstana xas olan
siyasi dualizm Peloponnes müharibələri dövründə öz siyasi zenitinə yüksəlmişdi. Əslində Peloponnes
müharibələri Makedoniya çarlığının gücləndiyi dövrdə dəniz ittifaqını dağıtmaqla Yunanıstanı həm İran, həm də
Makedoniya qarşısında tərksilah olunmuş vəziyyətdə qoydu. Digər tərəfdən Sparta Afina dəniz ittifaqının gücü
qarşısında İranla yaxınlaşmağa başladı ki, bu da bir sıra müqavilələrdə öz əksini tapmışdır.
Lakin yunan şəhər-dövlətlərinin birləşməsi prosesi Makedoniya çarlığı tərəfindən reallaşdı. Çarlığın
tarixi e.ə.VII-V əsrlərə, xüsusilə V Filippin dövrünə gedib çıxır. E.ə.IV əsrin ortalarında Makedon tayfalarının
hamısı IV Filipp tərəfindən birləşdirilmiş və qüdrətli monarxiya aparatı yaradılmışdı. Yeni döyüş qaydası olan
falanqa ellin şəhər- dövlətləri üzərində qələbə çalmağa şərait yaradırdı. II Filipp hərbi qüvvədən daha çox
diplomatiyaya üstünlük verirdi. Tədricən şəhər- dövlətlərinin bir qismi Makedoniya tərəfə keçmişdi. II Filipp də
Periklin müəllifi olduğu Panellin konqresinin keçirilməsində maraqlı idi. Bu konqreslərdə özü şəxsən iştirak
edir və bildirirdi ki, yunanlarla makedoniyalılar ümumi düşmənə qarşı birləşməyə borcludurlar. Yunanıstanın
birləşdirilməsi yolunda ən mühüm hadisə e.ə.338-ci ildə baş vermiş Xeroneya döyüşü olmuşdur. Xeroneya
döyüşü ilə Yunanıstanın istiqlaliyyəti də məhv oldu, yerində vahid dövlət yarandı.
II Filipp Perikldən sonra ikinci şəxs idi ki, Panellin konqresinin çağırılması uğrunda mübarizə aparırdı.
Xeroneya döyüşündən sonra Fiv və Fokida məbəd ittifaqları arasında yaranmış ziddiyyətlərdən istifadə edən II
Filipp Fiv tərəfindən münaqişəyə qoşulur. Bu Fiv məbəd ittifaqına fokidalıların qarət etdiyi 10 min talant vəsaiti
geri qaytarmağa imkan verir. Xeroneya döyüşündən sonra II Filipp Panellin konqresini çağırmaqla iki başlıca
məqsədə nail olmaq istəyirdi.
– Yunan şəhər dövlətləri üzərində hegemonluğu təmin etmək.
– İranla müharibə məsələsində yunan şəhərlərinin müttəfiqliyini qazanmaq.
Məhz II Filippin təhriki ilə e.ə.337-ci ildə Korinf şəhərində sinedron-məclis çağırılır. II Filipp yunan
dilində pis danışmasına baxmayaraq məclisdə çıxış edərək öz missiyasını nəzərə çatdırır və yunan şəhər-
dövlətləri arasında düşmənçiliyi pisləyir. İki yüz ildən bəri davam edən və Yunanıstana böyük bəlalar gətirən
yunan-İran müharibələrinin qisasının alınmasını tələb edən II Filipp öz populyarlığının zirvəsində idi. Korinf
məclisi İrana müharibə elan edir. Müharibə üçün məqam əlverişli seçilmişdi. E.ə.336-cı ildə gərgin saraydaxili
çəkişmələrdən sonra III Dara hakimiyyəti ələ almışdı.
II Filippin Yunanıstanı birləşdirməsi və Afina dəniz ittifaqına mənsub olmuş donanmaya sahiblənməsi
ona Kiçik Asiyaya yürüş üçün geniş imkan yaratmışdı. Lakin baş vermiş faciəli hadisə onun həyatəna son
qoydu. Şərq yürüşünə rəhbərlik Makedoniyalı İsgəndərin payına düşdü. İsgəndərin şərq yürüşü e.ə.334-325-ci
illər arasındakı onillik dövrü əhatə edir. Şərq yürüşündə məqsəd Kiçik Asiyadakı yunan şəhərlərini İranın
təsirindən azad etmək və «demokratiyanı» bərpa etməkdən ibarət idi. İsgəndərin hərbi qüvvələri təxminən 100
min nəfərə yaxın idi, halbuki Əhəmənilərin silahlı qüvvələri bundan on dəfələrlə çox idi.
İsgəndərin Kiçik Asiyaya çıxışı maneəsiz baş verdi. Çünki təzəcə hakimiyyətə gəlmiş III Dara
İsgəndərin məqsədindən xəbərdar olsa da öz hərbi qüvvələrini qaydaya sala bilməmişdi. E.ə.334-cü ildə Qranik
çölündə baş vermiş döyüş III Daranın hərbi qüvvələrinin məğlub olması ilə nəticələnmişdi. Lakin e.ə.333-cü
ildə baş verən İss döyüşü yalnız İsgəndərin sərkərdəlik bacarığı nəticəsində Makedoniyanın xeyrinə həll oldu.
İss döyüşündən sonra Babil hökmdarı Mazun, Atropat, habelə III Daraya sadiq olmuş 2 şəhər hakimi İsgəndərin
hakimiyyətini qəbul edirlər.
İsgəndərin e.ə.332-ci ildə baş vermiş Misir yürüşü xilaskarlıq yürüşü kimi qəbul edilir. Lakin Qəza və
Tir şəhərləri müqavimət göstərdikdən sonra təslim olurlar. İsgəndərin Misir yürüşü nəticəsində Misir onun
hakimiyyətini qəbul edir. İsgəndər Misir fironu və Ra allahının oğlu elan edilir. Həmin ildə İsgəndəriyyə
şəhərinin əsası qoyulur. Burada tikilən Mayak dünyanın ikinci möcüzəsi sayılır. İsgəndərin zərbələri altında İran
Əhəmənilər dövləti e.ə. 330-da dağılır. Dara özünün sevimli sərkərdəsi Bes tərəfindən öldürülür.
İsgəndərin Orta Asiyaya yürüşü e.ə. 328-327-ci illərə aiddir. Yürüşdən sonra İsgəndər Hindistan
səfərinə başlayır və Hindistanın şimal-qərb bölgəsi Makedoniya imperiyasının hakimiyyəti altına keçir. İsgəndər
e.ə. 325-ci ilin sonunda yürüşü başa vurur və su yolu ilə öz qoşunlarını Mesopotamiyaya qaytarır. İmperiyanın
ərazisi canişinliklərə bölünür və paytaxt kimi Babil şəhəri seçilir.
Comments are closed, but trackbacks and pingbacks are open.