Qədim Azərbaycan ərazisinə türk tayfalarının yerləşməsi-TARİXİ FAKT
“Aygün Cinema”da “Adam” filminə möhtəşəm, şou proqramlı “İmza Günü” keçirilib. Tədbirdə tanınmış müğənnilərin ifası gələn qonaqları şənləndirdi. “Elin Kursu”nun tələbələrinin möhtəşəm performansları qonaqların diqqətini cəlb edib. “Aygün Cinema”nın rəhbər
Asiya/ Haqqinda Melumat – Vikipedia
Bu vikidə “Asiya/” səhifəsini yaradın! Həmçinin, axtarışınız əsasında çıxan nəticələrə baxın.
Ön Asiya , Qərbi Asiya və ya Cənub-Qərbi Asiya — Asiyada coğrafi region. Coğrafi baxımdan Zaqafqaziya, Kopetdağ, Kiçik Asiya , İran yaylası, Mesopotamiya.
16 KB (1.816 söz) – 17:15, 14 mart 2023
Asiya – Avropa ilə birlikdə Avrasiya materikini əmələ gətirir. Asiya şimaldan cənuba (adalarla birlikdə) — 10,5 min km, qərbdən şərqə — 12,5 min km məsafədə.
45 KB (4.203 söz) – 17:10, 14 mart 2023
Mərkəzi Asiya və ya Orta Asiya — Mərkəzi Asiyanın siyasi və coğrafi adlandırılması, 1924–1925-ci illərə qədər “Türküstan” adlanırdı. Qazaxıstan, Özbəkistan.
6 KB (580 söz) – 17:17, 14 mart 2023
Cənub-Şərqi Asiya — Çin, Hindistan və Avstraliya arasında makroərazini əhatə edən region. Hind-Çin yarımadasını, Malay arxipelaqını və Asiya -Sakit okean.
2 KB (197 söz) – 17:21, 14 mart 2023
Kiçik Asiya — Qara dəniz, Mərmərə dənizi, Egey dənizi və Aralıq dənizlərinin əhatə etdikləri yarımada. Avropadan Bosfor və Dardanel boğazları ilə ayrılır.
2 KB (172 söz) – 01:16, 7 may 2022
image layout frameless
FIBA Asiya , FIBA üzvləri olan 44 Asiya basketbol federasiyasının birləşdiyi konfederasiyadır. FİBA Asiya Rəsmi Vebsaytı Arxivləşdirilib 2010-01-05 at.
8 KB (23 söz) – 00:22, 24 iyun 2022
image layout frameless
Bu siyahıda Asiya qitəsində olan şəhərlər ölkələrinə görə sıralanmışdır. Asiya Asiya ölkələrinin siyahısı.
2 KB (13 söz) – 19:44, 18 avqust 2021
Cənubi Asiya (benq. দক্ষিণ এশিয়া, mald. ދެކުނު އޭޝިޔާ, qüc. દક્ષિણ એશિયા, hind दक्षिण एशिया, kann. ದಕ್ಷಿಣ ಏಷ್ಯಾ, marathi दक्षिण आशिया, nep. दक्षिण एशिया.
1 KB (65 söz) – 17:20, 14 mart 2023
image layout frameless
Asiya ( Asiya , q.yun. Ἀσία ) – qədim yunan mifologiyasının personajlarından biri. Pilosdan gələn mətnlərdə bu, Potniya epitetidir. Müasir alimlərin fərziyyələrinə.
894 bayt (87 söz) – 15:09, 6 yanvar 2020
image layout frameless
Asiya depressiyası və ya Cənubi Asiya depressiyası — yay aylarında Asiya qitəsi üzərində yaranan alçaq təzyiq sahəsi. İyulda mərkəzində, yəni Əfqanıstan.
732 bayt (82 söz) – 00:17, 7 may 2022
Asiya fili (lat. Elephas maximus) — asiya filləri cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 5,5 – 6,4 m. Çiyinlərində hündürlüyü 2,5-3 metrdir. Çəkisi.
3 KB (372 söz) – 00:13, 4 dekabr 2022
Asiya Oyunları — Beynəlxalq Olimpiya Komitəsinin dəstəyi ilə, Asiya Olimpiya Komitəsinin isə birbaşa təşkilatçılığı ilə keçirilən çox idman növlü tədbir.
5 KB (199 söz) – 13:56, 10 sentyabr 2022
image layout frameless
Asiya Super Kuboku (ingl. Asian Super Cup) AFK Çempionlar Liqası və Asiya Kuboklar Kuboku qalibləri arasında keçirilən beynəlxalq futbol yarişıdır. Turnirə.
3 KB (67 söz) – 19:44, 30 noyabr 2016
Asiya camışı, Hindistan camışı və ya Su camışı (lat. Bubalus bubalis – Boşbuynuzlular fəsiləsinin Öküzlər yarımfəsiləsinə aid heyvan növü.Hind vəhşi camışı.
2 KB (122 söz) – 12:26, 8 avqust 2021
image layout frameless
Asiya Kuboklar Kuboku Asiya Futbol Konfederasiyası (AFK) tərəfindən təşkil olunan futbol turniridir. 1991-ci ildə start verilən turnir AFK-ya daxil olan.
8 KB (83 söz) – 17:38, 5 dekabr 2016
Asiya Futbol Konfederasiyası, (ing. Asian Football Confederation qısaca AFC) Asiya’da futbolu idarə edən qürumdur. 8 May 1954-cü ildə Filippinin paytaxtı.
5 KB (290 söz) – 11:50, 10 sentyabr 2018
image layout frameless
Asiya Oyunlarında voleybol — 1958-ci ildən tətbiq edilir. İlk dəfə yalnız kişilərin voleybolu proqramda idisə 4 il sonra qadınların voleybolu da proqrama.
14 KB (45 söz) – 11:54, 20 yanvar 2022
Şimali Asiya — Bu region Asiya qitəsinin çox böyük bir hissəsini tutmuşdur . İnzibati cəhətdən Rusiya Federasiyasının Ural dağların dan şərqdə yerləşən.
3 KB (358 söz) – 17:13, 14 mart 2023
Şərqi Asiya (çin. 东亚, kor. 동아시아, yap. 東アジア) — Asiyanın şərq hissəsi. Sakit okeana yumşaq, subtwropik və tropik zolaqlara yaxımdır. Relyefi mürəkkəb dağ.
2 KB (167 söz) – 13:59, 19 fevral 2023
Asiya -Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) — Asiya -Sakit okean regionu boyunca azad ticarət və iqtisadi əməkdaşlığı inkişaf etdirməyə çalışan 21 üzv.
3 KB (299 söz) – 15:19, 8 mart 2023
Azərbaycanca Vikipediyada baxın: Asiya azərbaycanca: Asiya Mənalar : (Coğrafiya, qitələr) Əsasən şimal yarımkürəsində yerləşən qitə.
28 dekabr 1803 – cü il tarixli məktub: “… Mən öz etiqadıma görə Asiya məğrurluğuna nifrət edirəm. Sel kimi axacaq insan qanı vicdanımı ağrıtmasın deyə
orduya onun tarixi keçmişini tanıtmaqdır. Səməd bəy Mehmandarov Əfqanıstan Asiya üçün döyüş meydanı olub, var və olacaq. Corc Kurzon Göydə iki günəş ola
dünya ədəbiyyatında demonizm ənənəsi”. Bakı: Elm, 1991, 224 səh. “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları”(Ermənilər və gürcülər Qafqaz Oğuz Albaniyası
Qədim Azərbaycan ərazisinə türk tayfalarının yerləşməsi-TARİXİ FAKT
Azərbaycan ərazisi bineyi-qədimdən türk tayfalarının vətəni olub. Bu barədə Sonxeber.az-a tarixçi alim Kərəm Məmmədov məlumat verib.
Qədim dövrlərdən Azərbaycan ərazisində məskunlaşmış kimmer-iskit-sak tayfaları burada öz varlıqlarını qorumaq üçün Əhəmənilərə, Makedoniyalı İskəndərə, daha sonra isə onun varislərinə qarşı mübarizə aparmalı oldular. Dionisi Periegetin yazdığına görə II əsrin II yarısında Azərbaycanın şimal – qərbində yaşayan türklər Makedoniyalı İskəndər tərəfindən Pireneylərdən köçürülmüş iberlərlə amansız savaşlar aparmışdılar”.
Bununla yanaşı Azərbaycana yeni türk tayfalarının axınları da davam edirdi. Belə tayfalardan biri bulqarlar idi. Mənbələrdə eradan əvvəl II əsrin II yarısında bulqarların Böyük Qafqaz dağlarını aşaraq Azərbaycanda məskunlaşdıqları haqqında geniş məlumat verilir. Azərbaycan Respublikasının cənub-şərqindəki Bulqarçay bulqarların burada məskunlaşmaları ilə bağlıdır.
II əsrin II yarısından etibarən Cənubi Qafqaza bulqarların bir qolu olan barsillərin yürüşləri başladı. 198-ci ildə türk tayfalarından olan barsillər Çola (Dərbənd) qapılarından keçərək Kür çayının hər iki sahillərinə yerləşdilər. Alban əsilzadələri ilə barsillər arasında sıx qohumluq əlaqələri yarandı. Barsillərin Azərbaycan ərazisinə növbəti gəlişləri 216 – cı ildə olmuşdu. Onların məskunlaşdıqları Azərbaycan əraziləri latın mənbələrində Bersiliya, ərəb mənbələrində isə Berşaliya (Borçalı) adlandırılır. Barsillərin Azərbaycanın böyük bir hissəsində hökmranlıqları hunların axınlarına qədər davam etmişdir”. Türklərin şəcərə kitabında Toğarmanın oğulları olan on türk tayfası içərisində barsillərin adları 5-ci yerdə çəkilir.
Antik mənbələrdə II əsrdən başlayaraq Azərbaycanda kaspilərlə və albanlarla qonşuluqda yaşayan türk mənşəli hun tayfalarının adları çəkilməyə başlayır. Bu mənbələr hunları “hökmdar iskitlər” adlandırırdılar. Əhəməni mənbələri isə hunların eradan əvvəl VI – V əsrlərdən indiki Azərbaycan ərazisində yaşadıqlarını qeyd edirlər.
226-cı ildə Sasanilər sülaləsindən olan Ərdəşir Parfiya sülaləsi olan Arşakiləri hakimiyyətdən devirərək özünü indiki İran və ona qonşu olan ərazilərin hökmdarı elan etdi. Sasanilərin hakimiyyətə gəlməsilə Cənubi Qafqazda ağalıq etmək uğrunda hunlar,Sasanilər və Roma arasında uzunsürən müharibələr başladı. Arşakilərin Cənubi Qafqazda hakimiyyətdə olan nümayəndələri Sasanilərə qarşı iberlərlə, albanlarla və hunlarla əlbir hərəkət edirdilər.
III-IV əsrlərdə Yuxarı İkiçayarası, Suriya və Cənubi Qafqaz uğrunda Sasanilərlə Roma arasında qanlı müharibələr aparıldı. Bu müharibədə Qafqaz uğrunda mübarizə Sasanilər üçün xüsusi əhəmiyyət daşıyırdı. Bu müharibələrdə iştirak edən üçüncü tərəf isə türklər idilər. Şimalda yaşayan türk tayfalarının axınlarının əsas məqsədləri Azərbaycan türklərinin bu iki imperiya arasındakı mübarizələrdə qorunması idi. IV əsrin əvvəllərində 20 minlik hun ordusu bir tərəfdən Sasanilər, digər tərəfdən romalılar tərəfindən sıxışdırılan Muğan hakimi Sanatürkün çağrışı ilə onun köməyinə gəldi. Van gölü sahillərində yerləşən,Romanın müttəfiqi olan Ərmən hakimliyinin paytaxtı hunlar tərəfindən ələ keçirildi.
387 – ci il Sasani-Roma müqaviləsindən sonra Cənubi Qafqaz Sasanilərin nəzarətinə verilsə də yerli türk tayfalarının müqaviməti, bölgəyə yeni türk axınları ilə yanaşı İranın şərq qonşuluğunda – Orta Asiyada yaşayan türklərin hücumları burada Sasanilərin şəriksiz hökmranlığa nail olmasına əngəl törədirdi.
395 – ci ildə Sasanilərə və Roma imperatorluğuna sarsıdıcı zərbələr endirən hunlar Ön Asiyanın xeyli hissəsi və Cənubi Qafqaz üzərində nəzarəti ələ keçirdilər. Mənbələrin verdiyi məlumata görə bu yürüşə “hökmdar iskitlərin ” nəslindən olan Vasix və Kursix başçılıq edirdilər. İstər Roma, istərsə də Sasanilər türk tayfalarının Azərbaycana davamlı axınları,onların bölgədəki qədim türklərlə qaynayıb qarışmaları nəticəsində bölgədə çoxluq təşkil etmələrindən narahat olur və bu prosesə müqavimət göstərirdilər. Bu məqsədlə Sasanilər Dərbənd səddini inşa etdirmiş və Xəzər sahili boyunca indi tat adlandırılan soydaşlarını yerləşdirmişdilər. Romalılar isə Daryal keçidini möhkəmləndurmiş və hakim olduqları bölgələrdə xristianlığı yaymaqla möhkəmlənmək istəyirdilər.
Mədəniyyət Baxılıb: 9653 Tarix: 14 oktyabr 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
DİGƏR MARAQLI XƏBƏRLƏR
“Joker”: Dəli gülüşün faciəsi
Bu payızdan nümayişə çıxarılan “Joker” filmi elə ilk dəqiqələrdən tamaşaçını tamamilə çulğalayaraq unudulmaz təəssüratlar bəxş edir. Bədheybətli süjetinə baxmayaraq, filmdəki aktorların yüksək peşəkarlığı və hərarətli səhnələri tamaşaçıya dərin həyəcanlı anlar yaşadır. Filmin süjeti insan şəxsiyyətini
11 oktyabr 2019
Xərçəng xəstəliyindən əziyyət çəkən tanınmış aktrisamızın SON HALI – FOTO
Əməkdar artist Kübra Əliyevanın yeni fotosu yayılıb. xəbər verir ki, hava limanında çəkilən fotonu aktrisanın oğlu Ayaz Bayramov sosial şəbəkədə paylaşıb. A.Bayramov fotonu anasını Türkiyəyə yola salarkən çəkib. Xatırladaq ki, Kübra Əliyevanın qızı uzun müddətdir ki, Ankara şəhərində yaşayır. Qeyd edə
11 oktyabr 2019
Danimarkada “Azərbaycan” ansamblı fəaliyyətə başladı – FOTO/VİDEO
Danimarkada Azərbaycan musiqilərini təbliğ etmək üçün “Azərbaycan” ansamblı fəaliyyətə başlayıb. Bu barədə -a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. “Azərbaycan” ansamblı Danimarkada Azərbaycan musiqilərini təbliğ edən, Danimarka Azərbaycan Dostluq Cəmiyyətini
Sevdiyi qıza görə bıçaqlanan XALQ ARTİSTİ
a istinadən Ramiz Novruzov haqda maraqlı yazını təqdim edir. İnsanın müxtəlif hallarının, fərqli ovqatlarının şahidi olandan sonra onun insanlığı haqda təsəvvür formalaşır. Daha doğrusu, təsəvvür belə formalaşarsa düzgün olar. Onu həmişə gülərüzlü, xoşsimalı görmüşəm, amma kövrəlməyinin də şahidi olmuşam
Azərbaycan kəlağayısı və Qarabağ atları İstanbulda – VİDEO
İstanbulda təşkil olunan və dördüncüsü keçirilən IV Etnospor Mədəniyyət Festivalının açılışı olub. 16 ölkənin qatıldığı tədbirin açılış günündə ölkəmizi Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və Rəqs Ansamblı 50 nəfərlik heyətlə təmsi
“80 illik ömrümdə bir dəfə də olsun əməliyyat olunmamışam” – Teymur əmi
Azərbaycanın xalq artisti, xanəndə Teymur Mustafayev səhhəti ilə bağlı açıqlama verib. xəbər verir ki, o bununla bağlı ATV televiziyasından yayımlanan “Şou Atv” proqramında qonaq olarkən bildirib: “Mən bu 80 illik ömrümdə bircə dəfə də olsun xəstəlik keçirməmişəm, əməliyyat olunmamışam
“O insan məni ana edib, son nəfəsimə qədər. ” -Könül Xasıyevadan etiraf
Azərbaycanın xalq artisti, xanəndə Könül Xasıyeva efirdə etiraf edib. xəbər verir ki, o bununla bağlı müğənni ATV televiziyasından yayımlanan “Şou Atv” proqramında qonaq olarkən bildirib: “Kaş heç vaxt tanımasaydım dediyim insanlar var.Hər birimizin qəlbində yaratdığımız ideal bir sevg
“Fuad Poladov həmin hadisədən sonra çox ağır xəstəliyə tutuldu və vəfat etdi” — Afaq Bəşirqızı – VİDEO
Xalq artisti Afaq Bəşirqızı İTV-də yayımlanan “3D” verilişinin qonağı olub. -ə istinadən xəbər verir ki, öz sözünü deməyi bacaran aktrisa Fuad Poladovun ölümünü teatrdan ayrılması ilə əlaqələndirdi:. “Fuad Poladov haqsızlığı götürmədi. O, öz sözünü deməyi bacaran bir insan idi. Yəni bel
“Adam” filminin “İmza Günü” keçirildi – VİDEO – FOTO
“Aygün Cinema”da “Adam” filminə möhtəşəm, şou proqramlı “İmza Günü” keçirilib. Tədbirdə tanınmış müğənnilərin ifası gələn qonaqları şənləndirdi. “Elin Kursu”nun tələbələrinin möhtəşəm performansları qonaqların diqqətini cəlb edib. “Aygün Cinema”nın rəhbər
Azərbaycan Milli Elmlər Akademiyası
AMEA-da “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” əsərinin müzakirəsi keçirilib
AMEA-nın Ədəbiyyat İnstitutunun Elektron akt zalında tanınmış ictimai-siyasi xadim, filoloq, tarixçi, türkoloq, professor Əjdər İsmayılovun təkrar nəşr olunmuş “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” əsərinin elmi müzakirəsi keçirilib.
Tədbiri AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Əjdər İsmayılovun zəngin elmi yaradıcılığından bəhs edib. Bildirib ki, bir sıra fundamental monoqrafiyaların, araşdırmaların müəllifi olan Əjdər Tağıoğlunun Azərbaycanın ictimai-siyasi həyatında da mühüm xidmətləri var. Onun “Hüseyn Cavidin tarixi dramları”, “Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi” mövzusunda elmi araşdırmaları cavidşünaslıqda ciddi əsərlərdən hesab olunur.
İ.Həbibbəyli bildirib ki, kitab ömrünün 30 ildən çoxunu qədim Ön Asiya və Ön Qafqaz türk tayfalarının araşdırılmasına həsr edən alimin çoxillik tədqiqatları nəticəsində ərsəyə gəlib. O, nəşrin erməni və muzdlu ermənipərəst tarixçilərin qədim türk torpaqları ilə əlaqədar XVIII əsrin əvvəllərindən bu günümüzədək “Böyük Armeniya” uydurması ilə bağlı kilsə əfsanə və rəvayətlərini, qondarma iddialarını alt-üst etdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, kitabda zəngin tarixi faktlar əsasında rusdilli nəşrlərdə coğrafi ərazi adı “Armeniya” olan sözün mənşəyinin izahı da verilir.
Qeyd olunub ki, tarixi sənədlər, xəritə və fotolarla zəngin olan əsərin elmi redaktorları tarix elmləri doktorları Tofiq Məmmədov və Kamal Əliyev, rəyçiləri isə professorlar Qəzənfər Kazımov və Elməddin Əlibəyzadədir.
AMEA-nın vitse-prezidenti yenidən işıq üzü görmüş kitabın tarixçilər, tədqiqatçılar, həmçinin tələbə və doktorantlar üçün dəyərli mənbə olduğunu bildirib.
Daha sonra akademik Möhsün Nağısoylu, AMEA-nın müxbir üzvü Vəli Əliyev, tarix üzrə elmlər doktoru, dosent Qasım Hacıyev, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə, “Turan Araşdırma Mərkəzi” İB-nin sədr müavini Cavid İsmayıl, yazıçı, publisist Yunus Oğuz və digərləri çıxış edərək Ə.İsmayılovun tarixşünaslığımız üçün maraqlı məqamları araşdırdığını, tariximizin qaranlıq qalan səhifələrinə toxunduğunu söyləyib, nəşrin erməni yalanlarına qarşı tutarlı cavab olduğunu bildiriblər.
Sonda çıxış edən professor Əjdər İsmayılov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
Comments are closed, but trackbacks and pingbacks are open.