Azərbaycan haqqında maraqlı faktlar
Dünyanın ilk Miniatür Kitab Muzeyi İçərişəhərdə yerləşir. Bu qeyri-adi muzey dünyanın ən böyük miniatür kitab kolleksiyası kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilib. Zərifə Salahovanın şəxsi kolleksiyasının nümayiş olunduğu bu muzeydə 5500-dən artıq kitab sərgilənir. Muzeyin ən kiçik eksponatı isə yalnız lupa ilə oxumaq mümkündür.
Qənirə pirquluyeva azərbaycan numuzimatikasının əsasları
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Numizmatikanın əsasları
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Azərbaycan haqqında maraqlı faktlar
Azərbaycan haqda bilmədiyimiz hələ nə qədər maraqlı və eyni zamanda, təəccübləndirici məlumatlar var. Bəs siz bunları bilirsinizmi?
Odlar Yurdu
Azərbaycanı həm də “Odlar Yurdu” adlandırırlar. Bunun bir neçə səbəbi var. “Azərbaycan” sözünün təxmin edilən mənalarından biri “alov qoruyucusu” deməkdir. Bundan başqa, ölkəmiz neft və təbii qaz ehtiyatları ilə zəngindir və qədimdə atəşpərəstliyin mərkəzi olmuşdur. Bu gün də Yanardağ və Atəşgahı ziyarət edənlər və Alov qüllələrini görənlər bu adın həqiqiliyinə əmin ola bilərlər.
Multikultural ənənələr
Azərbaycan qədim İpək Yolunun üzərində yerləşdiyi üçün karvan yolları ilə müxtəlif xalqlardan olan çoxsaylı tacir və səyyahlar ölkəmizdən keçiblər. Məhz bu, xalqımızın tolerant və fərqli mədəniyyətlərə hörmətlə yanaşmasında mühüm amillərdən olmuşdur. Dünyəvi ölkə olan Azərbaycanda müxtəlif dinlərə etiqad edənlər, eləcə də azsaylı xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayırlar.
Qadınların seçki hüququ
1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin və xalqımızın tarixində mühüm iz buraxıb. Məhz AXC dövründə – 1918-ci ildə qadınlara seçki hüququnun verilməsinə dair qərar qəbul olunmuşdur. Bununla da, Azərbaycan müsəlman Şərqində bu yenilikçi addımı atmış ilk ölkə olmuş və hətta əksər Qərb ölkələrini də qabaqlamışdır. AXC ənənələrini bu gün Azərbaycan Respublikası davam etdirir.
Palçıq vulkanları mərkəzi
Azərbaycan palçıq vulkanlarının sayına görə dünya rekordçusudur – hesablamalara görə, ölkəmizdə 350-dən çox palçıq vulkanı mövcuddur. Bu da dünyadakı bütün palçıq vulkanlarının təxminən yarısı deməkdir. Bu qeyri-adi landşaft formasına Bakı ətrafı, Xəzər dənizi və sahillərində daha çox rast gəlinir. Dünyanın ən böyük palçıq vulkanları da Azərbaycandadır.
Miniatür Kitab Muzeyi
Dünyanın ilk Miniatür Kitab Muzeyi İçərişəhərdə yerləşir. Bu qeyri-adi muzey dünyanın ən böyük miniatür kitab kolleksiyası kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilib. Zərifə Salahovanın şəxsi kolleksiyasının nümayiş olunduğu bu muzeydə 5500-dən artıq kitab sərgilənir. Muzeyin ən kiçik eksponatı isə yalnız lupa ilə oxumaq mümkündür.
Neft nailiyyətləri
Azərbaycan neft sənayesi tarixində bir sıra ilklərə imza atıb. 1901-ci ildə Bakı dünya neftinin yarısından çoxunu, İkinci Dünya Müharibəsi illərində isə SSRİ-də hasil olunan neftin təxminən 75%-ni, tank və təyyarələr üçün yanacağın böyük hissəsini təmin etmişdir. İlk neft tankeri, neft boru xətti, avtomatik üsulla qazılmış neft quyusu da Bakının zəngin neft tarixi ilə bağlıdır.
Xəzərin sahilində
Azərbaycan şərq sərhədləri dünyanın ən böyük gölü Xəzərin suları yuyur. Xəzər yalnız neft və qaz yataqları ilə deyil, həm də nərə balıqlarının təbii məskəni kimi tanınır. Bakı, Lənkəran və Xaçmazda mövcud çimərliklər isə yerli və xarici turistlərin sevimli istirahət mərkəzləridir. Bakı Xəzər sahilində ən böyük şəhərdir. Burada regionun ən böyük limanı fəaliyyət göstərir və Avropanın ən uzun dənizkənarı bulvarlarından biri yerləşir.
Heydər Əliyev Mərkəzi
Dünya şöhrətli memar Zaha Hadid tərəfindən layihələndirilmiş Heydər Əliyev Mərkəzi onun son işlərindən biridir. Bu memarlıq incisi 2014-cü ildə London Dizayn Muzeyinin “İlin dizaynı” mükafatına layiq görülüb. Görünüşü, forması və bəyaz rəngi ilə hər kəsin qəlbini fəth edən bu bina müasir Bakının simvoluna çevrilib. Mərkəzdə maraqlı muzeylər və sərgilərə baş çəkə, konsertlərin tamaşaçısı ola bilərsiniz.
Qarabağ atı
Azərbaycanın əvəzolunmaz qürur mənbəyi Qarabağ atıdır. Bu atlar sürətli və dözümlü olduqlarına görə yüksək qiymətləndirilir. Qarabağ atlarının şabalıdı rəngi isə onların fərqləndirici əlamətlərindəndir. Ağdamda Qarabağ atı cinsinin inkişaf etdirilməsi üçün Qarabağ Atçılıq Kompleksi fəaliyyət göstərir. 1956-cı ildə Qarabağ atı Britaniya kraliçası II Yelizavetaya hədiyyə olaraq verilmişdir.
Xalçaçılıq
Azərbaycanda özünəməxsus naxış, rəng və motivləri ilə seçilən yeddi xalçaçılıq məktəbi mövcuddur. Azərbaycan xalçaları mürəkkəb toxunma texnikası, saplarının təbii rənglənmə metodu və uzunömürlü olmasına görə bütün dünyada məşhurdur. Dünyanın ən iri xalça kolleksiyalarından biri məhz Azərbaycan Xalça Muzeyində qorunur. Bu muzey formasına görə bükülmüş xalçanı xatırladır.
Azərbaycan dövlətləri
Azərbaycan xanlıqları — XVIII əsrin 40-cı illərində indiki Azərbaycan Respublikası və Cənubi Azərbaycan ərazisində yaranmış müstəqil feodal dövlətlərinə tarixşünaslıqda verilən ad. Şəki və Quba xanlıqları istisna olmaqla digər xanlıqlar əsasən Nadir şah Əfşarın 1747-ci ildə qətlindən sonra meydana gəlmiş, XIX əsrin 20-30-cu illərində mərhələ-mərhələ Qacar İran dövlətinin və Rusiya İmperiyasının nəzarəti altına keçmişlər.
Şimali Azərbaycan ərazisində
- Bakı xanlığı — XVIII əsrdə Azərbaycanın şərq hissəsindəki xanlıqlardan biri. XVIII əsrdə Azərbaycan ərazisində bir sıra müstəqil xanlıqlar, o cümlədən Bakı xanlığı yaradıldı. Bakı xanlığına Mirzə Məhəmməd xan (1747-1768-ci illər) başçılıq edirdi.
- Cavad xanlığı — bir çox Azərbaycan xanlıqları kimi İran şahı Nadir şah Əfşarın ölümündən sonra yaranmışdır. İndiki Azərbaycan Respublikasının ərazisində Qarabağ xanlığı ilə Şamaxı xanlığının və Salyan sultanlığının arasında yerləşirdi.
- Dərbənd xanlığı — XVIII ərdə indiki Azərbaycan ərazisində mövcud olan xanlıqlardan biri. Azərbaycanın ən qüdrətli xanlıqlarından biri sayılan Dərbənd xanlığı 1918-ci ildə Rusiyaya birləşdirilib. Rusiyaya birləşdirilərkən Dərbənd xanlığının sahəsi 7 min kv. km. idi.
- Gəncə Xanlığı — XVIII əsrin ortalarında, paytaxtı Gəncə şəhəri olmaqla yaranan Azərbaycan Xanlıqlarından biridir. Şimali Azərbaycan ərazisində yaranmış xanlıqlar arasında Qarabağ və Gəncə xanlıqları özünəməxsus yer tuturdu. Bu xanlıqlar uzun müddət Səfəvi imperatorluğunun mühüm inzibati-ərazi vahidlərindən biri olan Qarabağ (və ya Gəncə) bəylərbəyiliyi ərazisində meydana çıxmışdı.
- Irəvan xanlığı (ingiliscə: Erivan khanate) — 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra əsası qoyulmuş müstəqil xanlıq. Ərazisi müasir Ermənistanı habelə indiki Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarını və indiki Türkiyənin İğdır vilayətini əhatə etmişdir.
- Lənkəran xanlığı və ya Talış xanlığı — Azərbaycan xanlıqlarından biri olmuşdur.
- Naxçıvan xanlığı — 1747-1828-ci illərdə Azərbaycan ərazisində mövcud olmuş feodal dövləti. 18-ci əsrin ortalarında Azərbaycanın şimalında yaranmış xanlıqlardan biri də Naxçıvan xanlığı olmuşdur. Xanlığın ərazisi Zəngəzur dağlarından Araz çayının vadisinə qədər olan torpaqları əhatə edirdi. İrəvan, Qarabağ və Maku xanlıqları ilə həmsərhəd idi.
- Qarabağ xanlığı — 1748-1805-ci illərdə müasir Azərbaycan ərazisində, Kür və Araz çayları arasındakı sahədə mövcud olmuş feodal dövlət, xanlıq. Digər Azərbaycan xanlıqları kimi Səfəvilərin süqutundan sonra yaranmış və Rusiyanın Qafqazı işğalı zamanı zəbt edilmişdir.
- Quba xanlığı — XVIII əsrin ortalarında yaranmış, Azərbaycan xanlıqlarından biri. Quba xanlığı Azərbaycanın şimal-qərbində yerləşirdi. 18-ci əsrin birinci yarısında indiki Quba, Dəvəçi, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının ərazisin Quba xanlığı şəklində birləşdirilmişdir. Əvvəlcə bu xanlığın mərkəzi Xudat şəhəri idi, lakin az sonra Quba xanı Hüseynəli Qubanı öz xanlığının mərkəzinə çevirdi və öz iqamətgahını Qubaya köçürdü.
- Şamaxı xanlığı — XVIII əsrdə indiki Azərbaycan ərazisində feodal dövlət olmuşdur. Şamaxı xanlığında iihakimiyyətlilik mövcud olmuşdur. Bir hissəsində Məhəmməd Həsən xan, digər hissəsində isə Məhəmməd Səid və Ağası qardaşlarının hakimiyyəti mövcud idi. 1763-cü ildə Məhəmməd Səid xan Şamaxı xanlığını birləşdirdi və xanlığın mərkəzi Şamaxı şəhəri oldu. 1767-ci ildə Quba və Şəki xanlıqları Şamaxıya hücum etdi və ərazisi onlar arasında bölüşdürüldü. 1790-cı ildə Şirvan xanları hakimiyyətləri bərpa etdilər.
- Şəki xanlığı — paytaxtı Nuxa (Şəki) şəhəri olmaqla, 1445-ci ildə yaranmışdır.
Cənubi Azərbaycan ərazisində
- Ərdəbil xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin 40-cı illəri — XIX yüzilin əvvəlləri). Ərazisi Talış, Qaradağ, Təbriz, Marağa və Gilan xanlıqları ilə hüdudlanırdı. Mərkəzi Ərdəbil şəhəri.
- Marağa xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin 40-cı illəri — XIX yüzilin 20-ci illəri). Cənubdan Saqqız mahalı, şərqdən Miyanə, şimaldan Təbriz, qərbdən Urmiya gölü və Sulduz mahalı ilə hüdudlanırdı. Mərkəzi Marağa çəhəri.
- Maku xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin 40-cı illəri — 1922-ci il). Mərkəzi Maku çəhəri. Xoy, Qaradağ, Naxçıvan, İrəvan xanlıqları və Osmanlı imperiyası ilə hüdudlanırdı.
- Qaradağ xanlığı — 1747-ci ildə yaranmış və Cənubi Azərbaycanda (indiki İran ərazisində) feodal dövlət olmuşdur. Mərkəzi Əhər şəhəri idi. Qərbdən Xoy xanlığı, Şərqdən Lənkəran xanlığı, cənubdan Təbriz və Ərdəbil xanlıqları ilə həmsərhəd idi.
- Sərab xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin 40-cı illəri — XIX yüzilin əvvəlləri). Ərazisi Ərdəbil, Qaradağ, Təbriz, Marağa xanlıqları və İranla hüdudlanırdı. Mərkəzi Sərab çəhəri.
- Təbriz xanlığı – mərkəzi Təbriz şəhəri olmaqla Azərbaycan xanlıqlarından biridir. Ən görkəmli xanlarından biri Əmir-Aslan Xan olmuşdur. Onun hakimiyyəti dövründə Təbriz xanlığı Ərdəbili, Xalxalı, Azərbaycanın cənub torpaqlarının bir hissəsini tutmaqla sərhədlərini xeyli genişləndirdi. Lakin çox keçmədi ki, Təbriz xanlığı Fateh-Əli xan Əfşar tərəfindən ələ keçirildi və Təbriz onun ölkəsinin paytaxtına çevrildi. Təbriz xanlığının idarə edilməsi Nəcəf-Qulu xana tapşırılır. Fateh-Əli xanın ölümündən sonra Təbriz xanlığı yenidən müstəqillik əldə edir.
- Urmiyə xanlığı (ingiliscə: Khanate of Urmia) – XVIII əsrin ortaları və 1868/1869-cu illər arasında, mərkəzi Urmiyə şəhəri olmaqla, Cənubi Azərbaycanın qərbində yerləşmiş ən nüfuzlu xanlıqlardan biri olmuşdur.
- Xoy xanlığı — Cənubi Azərbaycan ərazisində (indiki İran dövləti) xanlıq. (XVIII yüzilin ortaları — sonları). Mərkəzi Xoy şəhəri. Naxçıvan, Maku, Urmiya, Təbriz xanlıqları və Türkiyə ilə hüdudlanırdı.
Azərbaycanın müasir tarixi
- Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) 1918-1920
Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) — Yaxın Şərqdə ilk demokratik dövlət. ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi. 13983,1 km² ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu. - Azərbaycan SSR (1920-1991)
Azərbaycan Sovet Sosialist Respublikası - Azərbaycan Milli Hökuməti (1945-1946)
Azərbaycan Milli Höküməti (AMH; ingiliscə: Azerbaijan People’s Government; rusca: Азербайджанское народное правительство) və ya 21 Azər Hərəkatı — 1945-ci ilin noyabr ayından 1946-cı ilin noyabr ayına qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş muxtar sosialist hökümət. AMH-nin paytaxtı Təbriz şəhəri olmuşdur. Cəmi bir il mövcud olmasına və bilavasitə Sovet İttifaqının İrana qarşı siyasi, ideoloji və hərbi müdaxiləsi nəticəsində yaranmasına baxmayaraq, AMH tarixdə ilk dəfə Cənubi Azərbaycanda müstəqil müasir milli dövlətçilik cəhdi olmuşdur. Sovet ordusu İrandan çəkildikdən sonra, dekabr 1946-da İran ordusunun hissələri Təbriz şəhərinə daxil olaraq Azərbaycan Milli Hökümətinə son qoymuşlar. - Müstəqil Azərbaycan (18 oktyabr 1991-ci il)-hazırda mövcud olan bu ölkədə yaşayırıq.
- Teqlər:
- Azərbaycan tarixi
- , Azərbaycan
Comments are closed, but trackbacks and pingbacks are open.