Qərib məmmədov mahmud xəlilov ekoturizmin potensiali
7.1.3. Mülayim zonanın qışda yarpağı tökülən meşələri (enliyarpaqlı
QƏRİb məMMƏdov, mahmud xəLİlov
məsələləri ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Ecology, Environment and Man
Garib Shamil oglu Mammadov
Mahmud Yusuf oglu Khalilov
The development history of the science of ecology, basic principals of general ecology, studies on
biosphere, man ecology, anthropogenic influence on biosphere and questions of its influence on human
health are widely elucidated in the book.
The book is intended for wide reader mass.
© «Elm» nəşriyyatı, 2006
I FƏSİL. EKOLOGİYA ELMİNİN İNKİŞAF TARİXİ
Azərbaycanda ekologiya elminin tarixi
I HİSSƏ. ÜMUMİ EKOLOGİYA
II FƏSİL. HƏYAT (YAŞAYIŞ) MÜHİTİ VƏ
EKOLOJİ FAKTORLAR
2.2. Orqanizmin həyatında fiziki və kimyəvi faktorların əhəmiyyəti
2.2.1. Temperaturun orqanizmə təsiri
2.2.2. İşıq və onun orqanizmlərin həyatında rolu
2.3. Orqanizmlərin həyatında suyun rolu
2.3.1. Su orqanizmlərinin su-duz mübadiləsi
2.3.2. Dünya okeanının ekoloji zonaları
2.3.3. Su mühitinin əsas xassələri
2.4. Temperatur və rütubətliyin birgə təsiri
2.5. Atmosfer qazları – ekoloji faktor kimi
2.6. Edafik faktorlar, onların bitki və torpağın flora-faunasının həyatında rolu
– Torpağın canlı sakinləri (orqanizmləri)
2.7. Yanğınlar ekoloji faktor kimi
III FƏSİL. POPULYASİYALAR
3.1. Növün populyasiya strukturu
3.2. Populyasiyanın ayrılma dərəcəsi
3.3. Populyasiyanın təsnifatı
3.4. Populyasiyanın bioloji strukturu
3.5. Bitkilərdə populyasiyanın yaş strukturu
3.6. Heyvanlarda populyasiyanın yaş strukturu
3.7. Populyasiyanın məkan (ərazi) strukturu
3.8. Heyvan populyasiyasının etoloji strukturu
3.9. Populyasiyanın dinamikası
3.9.1. Say dinamikasının tipləri
3.9.2. Say dinamikası faktorları
3.9.3. Senopopulyasiyanın dinamikası
3.9.4. Populyasiyanın homeostazı
IV FƏSİL. BİOSENOZLAR (BİOTİK QRUPLAŞMALAR)
4.1. Biosenozun strukturu
4.1.1. Biosenozun növ strukturu
4.1.2. Biosenozun ərazi (məkan) strukturu
4.2. Biosenozda orqanizmlərin əlaqələri
4.5. Mutalizm (simbioz)
4.9. Ekoloji sığınacaq (ekoloji məskən, ekoloji mövqe,ekoloji yuva, ekoloji
V FƏSİL. EKOLOJİ SİSTEMLƏR
5.1. Ekosistemin enerjisi
5.2. Bioloji toplantı prinsipləri
5.3. Ekosistemin bioloji məhsuldarlığı
5.4. Ekoloji piramidalar
5.5. Ekosistemin dinamikası
5.1.1. Tsikllik dəyişmə, sutkalıq tsikllər
5.2.2. Mövsümi tsikllər
5.2.3. Çoxillik dəyişkənlik (tsikllik)
5.2.4. Ekoloji suksessiyalar
– İlkin (birinci) və ikinci (törəmə) suksessiyalar
VI FƏSİL. BİOSFER
6.1. Canlı maddə və biosferdə həyatın paylanması
6.2. Təbiətdə maddələrin dövranı
6.2.1. Təbiətdə maddələrin böyük (geoloji) dövranı
6.2.2. Biosferdə maddələrin kiçik (biogeokimyəvi) dövranı
6.3. Ən mühüm biogen maddələrin biogeokimyəvi tsiklləri
VII FƏSİL. LANDŞAFT ƏSASINDA BİOSFERİN TƏBİİ
EKOSİSTEMLƏRİNİN TƏSNİFATI
7.1. Yerüstü biomlar (ekosistemlər)
7.1.2. Boreal (şimal) iynəyarpaqlı meşələr
7.1.3. Mülayim zonanın qışda yarpağı tökülən meşələri (enliyarpaqlı
7.1.4. Həmişəyaşıl enliyarpaqlı subtropik meşələr
7.1.5. Mülayim zonanın bozqır ekosistemləri
7.1.6. Səhra ekosistemləri
7.1.7. Çapparal ekosistemləri
7.1.8. Tropik bozqırlar və savannalar
7.1.9. Yarım həmişəyaşıl mövsümi (yarpağı tökülən) tropik meşə
7.1.10. Cırtdan şam və ardıc ekosistemləri
7.1.11. Həmişəyaşıl tropika «yağışlı» meşə ekosistemləri
7.2. Şirinsulu ekosistemlər
7.2.1. Lentik ekosistemlər (göllər, prudlar)
7.2.2. Lotik ekosistemlər (çaylar, bataqlıqlar)
7.3. Dəniz ekosistemləri
VIII FƏSİL. İNSAN EKOLOGİYASI
8.1. İnsanın biososial təbiəti və ekologiya
8.2. İnsan bioloji növ kimi
8.3. İnsan populyasiyası
8.4. Yerin təbii resursları-insanın həyat faktoru kimi
IX FƏSİL. ANTROPOGEN EKOSİSTEMLƏR
9.1. İnsan və ekosistemlər
9.2. Kənd təsərrüfatı ekosistemləri
9.3. Təbii və aqrosistemlərin müqayisəli xüsusiyyətləri
9.4. Sənaye şəhər ekosistemləri (landşaftları)
X FƏSİL. EKOLOGİYA VƏ İNSAN SAĞLAMLIĞI
10.1. Təbii ekoloji faktorların insanın sağlamlığına təsiri
10.2. İnsanın tələbatları
10.3. Risk faktoru
10.4. Üstünlük təşkil edən risk faktorları və müasir cəmiyyətdə onların
10.5. Genetik faktorlar və onların insan sağlamlığına təsiri 203
10.6. Ətraf mühitin vəziyyəti və onun insanın sağlamlığına təsiri
10.7. Tibbi təminat və onun insanın sağlamlığına təsiri
10.8. Həyat şəraiti və tərzi, onların insan sağlamlığına təsiri
ƏTRAF MÜHİT VƏ İNSAN
XI FƏSİL. ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ VƏ
ONUN ƏHALİNİN SAĞLAMLIĞINA TƏSİRİ
11.1. Atmosfer havasında ən çox yayılan çirkləndirici maddələr və onun
əhalinin sağlamlığına təsiri
Asılı hissəciklər
– Karbon 1 – oksid
– Flüor və flüortərkibli birləşmələr
– Kükürd tərkibli birləşmələr
– Digər maddələr (stirol, hidrogen-xlorid, amonyak, fenol, formaldehid, ftalat-
XII FƏSİL. KİMYƏVİ MADDƏLƏRLƏ ÇİRKLƏNMƏ VƏ
ONUN ƏHALİNİN SAĞLAMLIĞINA TƏSİRİ
12.1. Ağır metallarla çirklənmə və onun insan sağlamlığına təsiri
12.1.1. Qurğuşun (Pb)
12.1.3. Kadmium (Cd)
12.2. Davamlı üzvi çirkləndiricilər və onların insanın sağlamlığına təsiri
12.2.2. Polixlorlu bifenillər
12.2.3. Pestisidlərin ətraf mühitə və sağlamlığı təsiri
12.2.5. Politsiklik aromatik karbohidrogenlər
12.3. Uçucu üzvi birləşmələr
XIII FƏSİL. ATMOSFERDƏ RADİOAKTİVLİK VƏ
ƏHALİNİN SAĞLAMLIĞI
13.1. Yerin təbii radiasiya fonu
13.2. Antropogen radiasiya fonu
13.3. Atmosferin texnogen radioaktivliyi və əhalinin sağlamlığı
XIV FƏSİL. ATMOSFERİN NƏQLİYYAT VƏ
SƏNAYE TULLANTILARI İLƏ ÇİRKLƏNMƏSİ
14.1. Fotokimyəvi duman
14.2. Turş yağışların ətraf mühitə təsiri
14.3. Ozon təbəqəsinin dağılması
XV FƏSİL. ENERGETİKA VƏ EKOLOGİYA
15.1. Enerji resursları və ondan istifadə
15.2. Energetikanın ekoloji problemləri
15.2.1. Bərpa olunmayan enerji mənbələrindən istifadənin ekoloji problemləri
a) İstilik elektrik stansiyaları
b) Atom elektrik stansiyaları
15.2.2. Bərpa olunan enerji mənbələrinin ekoloji xarakteristikası
a) Su elektrik stansiyaları
Azərbaycanın su anbarları
b) Külək energetikası
ç) Günəş enerjisindən istifadə (Helioenergetika)
c) Geotermal energetika
d) Dəniz energetikası
e) Hidrogen energetikasına keçid
j) Azərbaycanda energetika
XVI FƏSİL. İQLİMİN QLOBAL DƏYİŞMƏSİ VƏ
ONUNLA ƏLAQƏDAR YARANAN PROBLEMLƏR
16.1. İqlim və iqlim əmələ gətirən faktorlar
16.2. İqlimin insanın təsərrüfat fəaliyyətində əhəmiyyəti
16.3. İqlimin dəyişməsi
16.3.1. Geoloji dövrlərdə iqlimin dəyişməsi
16.4. İnsanın təsərrüfat fəaliyyətinin iqlimin dəyişməsinə təsiri
16.5. Parnik (istilik) effekti. Temperaturun yüksəlməsi
16.6. İqlimin qlobal dəyişməsinin təbii və sosial-iqtisadi nəticələri
16.6.1. Buzların (buzlaqların) əriməsi
16.6.2. Dünya okeanı vilayətində dəyişikliklər
16.6.3. Dağıdıcı tufanlar və qasırğalar
16.6.4. İqlimin istiləşməsinin kənd təsərrüfatına və bitki örtüyünə təsiri
16.6.6. Qlobal istiləşmənin aqroiqlim resurslarına və kənd təsərrüfatı
istehsalının məhsuldarlığına təsiri
16.6.7. İqlimin istiləşməsinin əhalinin sağlamlığına təsiri
16.6.8. Atmosfer havasının yüksək temperaturunun əhalinin sağlamlığına
16.7. İqlimin istiləşməsinin qarşısının alınması tədbirləri
16.8. Azərbaycanda iqlim dəyişkənliyi
XVII FƏSİL. HİDROSFERİN ÇİRKLƏNMƏSİ VƏ
İNSAN SAĞLAMLIĞI
17.1. Materik sularından istifadə
17.2. Quru sularının çirklənməsi və insan sağlamlığı
17.3. Azərbaycan Respublikası çaylarının ekoloji problemləri
17.3.1. Kür və Araz çaylarının ekoloji vəziyyəti
17.4. Dünya okeanı və dənizlərin çirklənməsi
17.4.1. Okean və dənizlərin ağır metallarla çirklənməsi
17.4.2. Dəniz və okeanların qorunması
17.5. Xəzər dənizinin ekoloji vəziyyəti
17.5.1. Xəzərin neft və neft məhsulları ilə çirklənməsi
XVIII FƏSİL. LİTOSFERƏ ANTROPOGEN TƏSİR
18.1. Yerin təkinə təsir
18.2. Faydalı qazıntıların çıxarılması və istifadəsinin ətraf mühitə təsiri
18.3. Dağ süxurlarına və massivlərinə təsir
18.4. Torpaq örtüyünə antropogen təsir
18.4.2. Azərbaycanda eroziyaya uğramış torpaqların ekoloji problemləri
18.5. Torpaq və insan sağlamlığı
18.6. Nitrat və nitritlərin insan sağlamlığına təsiri
18.7.1. Azərbaycanda səhralaşma problemi
18.8. Həyatın təkamülündə və Yer üzərində bioloji müxtəlifliyin
qorunmasında torpağın əhəmiyyəti
XIX FƏSİL. BİTKİ ÖRTÜYÜNÜN ƏTRAF MÜHİTDƏ VƏ
İNSAN HƏYATINDA ROLU
19.1. Meşə örtüyünün ətraf mühitə təsiri
19.2. Təbii otlaqların vəziyyəti
19.3. Bioloji müxtəliflik (BM)
19.3.1. BM-in ekoloji və iqtisadi əhəmiyyəti
19.3.2. İnsanın BM-ə təsiri
19.4. Azərbaycanda bioloji müxtəlifliyin qorunması problemi
19.5. Dərman bitkilərindən istifadə
19.6. Müxtəlif xəstəliklər zamanı tərəvəz şirələrindən istifadə
XX FƏSİL. TƏBİƏTİN MÜXTƏLİF İSTİQAMƏTLİ
DƏYİŞDİRİLMƏSİ VƏ İNSAN SAĞLAMLIĞI
20.1. Əkinçilik və insan sağlamlığı
20.2. Meşədən istifadə və insan sağlamlığı
20.3. Süni su anbarları və insan sağlamlığı
20.4. Quraqlıq ərazilərin suvarılması və insan sağlamlığı
20.5. İzafi rütubətlik və bataqlaşmış ərazilərin qurudulması və insan
20.6. Heyvandarlığın intensivləşdirilməsi və insan sağlamlığı
20.7. Tikinti işləri və insan sağlamlığı
XXI FƏSİL. BİOSFERƏ XÜSUSİ TƏSİR NÖVLƏRİ
21. Ətraf mühitin akustik (səs) çirklənməsi və sağlamlığa təsiri
21.1. Səs və vibrasiyanın ətraf mühitə və insana təsiri
21.2. Mühitin elektromaqnit çirklənməsi və onun insanın sağlamlığına təsiri
XXII FƏSİL. BİOSFERƏ EKSTREMAL TƏSİR
22.1. Kütləvi qırğın silahlarının ətraf mühitə təsiri və ekoloji nəticələri
22.2. Müharibələrin ətraf mühitə təsiri
22.3. Nüvə silahlarının ətraf mühitə təsirinin nəticələri
22.4. Texnogen ekoloji qəzaların təsiri
XXIII FƏSİL. TƏBİİ FƏLAKƏTLƏR
23.2. Azərbaycanda güclü küləklər
23.6. Tropik tsiklonlar
23.8. Leysan yağışları, dolu
23.9. Sel hadisələri
23.11. Qar uçqunu
23.12. Quraqlıq və quru küləklər
23.13.1. Palçıq vulkanları
XXIV FƏSİL. ƏTRAF MÜHİTİN SOSİAL FAKTORLARI
24.1. Papiros (siqaret) çəkmə və onkoloji xəstəliklər
24.2. Narkomaniya və toksikomaniya
İnsan təbiətin bir hissəsi olub onunla sıx bağlıdır. İnsanın həyatında və fəaliyyətində təbiətin rolunu
qiymətləndirmək olduqca çətindir. Təbiət insanların yaşayış mühiti vəzifəsini görür, onun vəziyyəti cəmiyyətin
rifah və inkişaf səviyyəsini təyin edir.
Hələ XX əsrin başlanğıcında yer kürəsinin əhalisi təmiz hava alır, saf su içirdilər. Dünya sonsuz, təbii
sərvətlər isə tükənməz hesab edilirdi. Lakin bir neçə onilliklərdən sonra dünya olduqca təhlükəli ekoloji fəlakət
hüdudunda qaldı. Ekoloqların fikrincə əgər bəşəriyyət bu yolu davam etdirərsə, yaxın bir neçə nəsildən sonra
onu fəlakət gözləyir.
XX əsrin ikinci yarısından başlayaraq əhalinin sürətlə artımı və elmi-texniki inqilab biosferdə deqradasiya
proseslərinin əlamətlərini yaratdı. Milyon illər ərzində formalaşan təbii ekosistemlər ciddi dəyişikliyə məruz
qalaraq insanın xarici təsirinə qarşı davamsız vəziyyətə düşdü.
XX əsrin əvvəlində Yer üzərində əhalinin sayı cəmi bir milyarda yaxın idi, əsrin sonunda isə, yəni bir əsr
ərzində bu rəqəm 6 dəfə artaraq 6 milyarda çatdı. Ekoloqların əksəriyyəti belə hesab edirlər ki, təbii resursların
tükənməməsi və texnogen fəaliyyət nəticəsində dəyən ziyanın təbii yolla bərpa olunması üçün Yer üzərində
əhalinin sayı 1-1,5 mlrd. nəfər hüdudunda olmalıdır.
Elmi-texniki inqilab həyatda məlum olmayan və ağıla sığmayan çox böyük gərginliklər yaratdı: aviasiya və
avtomobil nəqliyyatı, nüvə energetikası, kimya sənayesi və s. Bu və digər sahələr təbiət üçün zərərli olmaqla
yanaşı, həm də təbii resursların azalmasına, bəzən tükənməsinə səbəb oldu. Belə ki, materiallardan və enerjidən
istifadə XX əsrdə son dərəcə sürətlə artaraq, hətta əhali artımını da keçdi. Enerjidən istifadə 10 dəfə, material-
lardan istifadə isə 9 dəfə çoxaldı.
İnsan fəaliyyəti və onun təbiətlə qarşılıqlı əlaqəsi bu gün dünya əhalisinin əksəriyyətinin həyat şəraitinin
dəyişməsinə səbəb oldu. Antropogen fəaliyyətin nəticələri aşağıdakı kimi təzahür olunur.
Meşələrin məhv edilməsi, bozqırların (çöllərin) şumlanması, meliorasiya, süni göllərin və dənizlərin
yaradılması, meqapolislərin salınması, yol, kanal və trasların tikilməsi nəticəsində yer səthinin landşaftı dəyişir.
Təbii ekosistemlərin sahəsi hər il 1 % sürətilə azalır, o cümlədən meşələrin (xüsusilə tropik meşələrin) sahəsi
ildə 200 min ha azalır, səhraların sahəsi isə ildə 60 min km
genişlənir. Hazırda pozulmayan (təbii)
ekosistemlərin yalnız 40 %-ə qədəri qalmışdır.
Atmosferdə parnik (istilik) effekti yaradan toz və qazların toplanması nəticəsində yerin istilik balansı
dəyişir, qlobal istiləşmə baş verir.
Ozon təbəqəsinin ildə 1-2 % nazilməsi, ozon «bacalarının» (deşiklərinin) əmələ gəlməsi müşahidə
Torpağın deqradasiyası (şorlaşma, şorakətləşmə, eroziya, münbitliyin aşağı düşməsi) baş verir.
Şəkil 1. Ekologiya elmlərinin strukturu
Torpaqda, suda, havada zərərli maddələr toplanır.
Okeanın səviyyəsi qalxır (ildə 2 mm-dən 1 sm-ə qədər)
Bitki və heyvanların bilavasitə məhv edilməsi və antropogen mühitin onlara mənfi təsiri, həmçinin yeni
heyvan cinslərinin və bitki çeşidlərinin yaradılması və onların yeni sahələrə köçürülməsi, nəticəsində növ, popu-
lyasiya və ekosistemlər səviyyələrində növ müxtəlifliklərinin aşağı düşməsi (kasatlaşması) hesabına bitki örtüyü
və heyvanat aləminin tərkibi dəyişir.
Zərərli fiziki sahələrin (səs, infrasəs, elektromaqnit sahəsi) təsiri yaranır və intensivliyi yüksəlir.
Texnogen qəzaların və təbii fəlakətlərin sayı, onların vurduğu ziyanlar, ölümün sayı hər il 5-10 % artır.
Həyatın (yaşayışın) keyfiyyəti (genetik və yeni xəstəliklər, immun statusu) müəyyən dərəcədə pisləşir.
Ekoloji tarazlığı, onun mürəkkəb və bir-birilə sıxı bağlı mexanizmlərini, ətraf mühitin (təbiətin) insanın
təsirinə reaksiyasını, təbii sistemlərə yol verilə biləcək yükü bilmədən, yəni ekoloji biliyə dərindən yiyələnmədən
təbiətdən, onun ehtiyatlarından səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı (davamlı) halda saxlamağı
proqnozlaşdırmaq mümkün deyildir. Bu baxımdan ekologiya elminə tələbat və maraq günü-gündən artır.
«Ekologiya» termini canlı orqanizmlər arasında və onların olduğu mühitlə qarşılıqlı əlaqəni öyrənən
biologiyanın bir bölməsi kimi ilk dəfə 1866-cı ildə alman təbəitşünası Ernest Hekkel tərəfindən irəli sürülmüşdür.
Qeyd etmək lazımdır ki, tipik elmi fənn kimi ekologiya XX əsrin əvvəlində formalaşmışdır, geniş elmi
istimaqət kimi isə bu elm sahəsi yalnız 1960-cı illərin ortalarında qiymətləndirildi. Bu dövrdə ilk dəfə insanın Yer
üzərindəki fəaliyyətinin nəticələri nəzəri cəlb etdi və bu nəticələrin çox hallarda müsbət olmadığı aşkar olundu,
«ekologiya» sözü dedikdə ətraf mühitin vəziyyətini səciyyələndirən geniş məlumatlar və onun insanın
sağlamlığına təsiri başa düşüldü. Tədris və elm sahələrində insan fəaliyyətinin ekolojiləşdirməkdə müəyyən ekoloji
elmlər sisitemi yarandı.
Hazırkı dövrdə geniş eksperimental və nəzəri materiallar əsasında ekologiya elminə təbii mühit və onun in-
sanla – insan cəmiyyəti ilə qarşılıqlı təsiri haqqında təbiət və sosial elmlərin məlumatlarını birləşdirən-sintez
edən kompleks elmi istiqamət kimi baxmalıdır. Bununla əlaqədar ekologiya elminin xüsusi sahələri meydana
gələrək sürətlə inkişaf etməyə başladı. (şəkil 1,2.)
Qərib məmmədov mahmud xəlilov ekoturizmin potensiali
Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin “Turizm ili” elan edilməsinə həsr edilmişdir “Azərbaycan ekoturizm potensialı” kitabı Azərbaycan və ingilis dillərində nəşr olunmuşdur.
“Şərq – Qərb” nəşriyyatında işıq üzü görmüş iki cilddən ibarət kitab Azərbaycanın ekoturizm potensialına, onun təbiəti, təbii sərvətləri və mədəni irsinə həsr edilmişdir.
Nəfis tərtibatlı, yüksək zövqlə hazırlanmış ikicildliyin həmmüəllifləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov, coğrafiya elmləri doktoru Mahmud Xəlilov və biologiya üzrə fəlsəfə doktoru Vüqar Kərimovdur.
Hər iki cilddəki məlumatlar iqtisadi-coğrafi rayonlar və inzibati vahidlər əsasında, onların fiziki xəritələri də daxil olmaqla verilmişdir. Təbii sərvətlər relyef, geoloji quruluş, səth suları, iqlim, torpaq örtüyü, bioloji müxtəliflik, tarixi-etnoqrafik və s. mövzular üzrə qruplaşdırılmışdır. Təbiət abidələri bioloji, geoloji və paleontoloji təsnifat əsasında verilmişdir. Bir sıra nadir təbiət abidələri, nəsli kəsilməkdə olan bitki və heyvan növləri haqqındakı məlumatlar, onların fotoşəkilləri ilk dəfə olaraq təqdim edilmişdir. Kitabda həmçinin Azərbaycanın zəngin mədəni irsi, tarixi-mədəni abidələri, etnoqrafik xüsusiyyətləri də öz əksini tapmışdır. Verilmiş məlumatlar yüksək keyfiyyətli illüstrativ materiallarla müşayiət edilərək ən yeni və ciddi mənbələr əsasında hazırlanmışdır.
Birinci cildi 360 səhifədən ibarət “Azərbaycan ekoturizm potensialı” kitabında 864 şəkil yerləşdirilmişdir. Bu cild Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz, Şəki-Zaqatala və Lənkəran-Astara iqtisadi-coğrafi bölgələrini əhatə edir.
İkinci cildi 420 səhifə olan kitabda 934 şəkil verilmişdir. Bu cilddə Kür-Araz, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın, Gəncə-Qazax, Naxçıvan iqtisadi-coğrafi bölgələri əhatə olunmuşdur.
Hər iki cildin ümumi redaktoru mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, elmi redaktorları isə akademik Akif Əlizadə, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri İlham Ələkbərov və Tariyel Talıbovdur.
Azərbaycan təbiəti və təbii sərvətləri, mədəni irsi haqqında sistemli elmi-tədqiqat və informasiya mənbəyi olan bu monoqrafiyalar ekologiya və ekoturizm sahələri üzrə mütəxəssislər, ali məktəb tələbələri, elmi mütəxəssislər üçün dəyərli vəsait olmaqla yanaşı, turistlər və geniş oxucu kütləsi üçün də əhəmiyyətlidir.
“Azərbaycan ekoturizm potensialı”
«Azərbaycan ekoturizm potensialı» kitabı Azərbaycan və ingilis dillərində işıq üzü görüb. Prezident İlham Əliyev tərəfindən 2011-ci ilin «Turizm ili» elan edilməsi çərçivəsində hazırlanan kitab ölkəmizin ekoturizm potensialına, təbii sərvətlərinə və mədəni irsinə həsr edilib.
”Şərq-Qərb” nəşriyyatında nəfis tərtibatda çap edilən ikicildliyin həmmüəllifləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov, coğrafiya elmləri doktoru Mahmud Xəlilov və biologiya üzrə fəlsəfə doktoru Vüqar Kərimovdur.
Nəşrin ümumi redaktoru mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, elmi redaktorları akademik Akif Əlizadə, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri İlham Ələkbərov və Tariyel Talıbovdur.
Hər iki cilddəki məlumatlar iqtisadi-coğrafi rayonlar və inzibati vahidlər əsasında, onların fiziki xəritələri də daxil olmaqla verilib. Təbii sərvətlər relyef, geoloji quruluş, səth suları, iqlim, torpaq örtüyü, bioloji müxtəliflik, tarixi-etnoqrafik və s. mövzular üzrə qruplaşdırılıb. Bir sıra nadir təbiət abidələri, nəsli kəsilməkdə olan bitki və heyvan növləri haqqında məlumatlar, onların fotoşəkilləri ilk dəfə olaraq təqdim edilib. Kitabda Azərbaycanın zəngin mədəni irsi, tarixi-mədəni abidələri, etnoqrafik xüsusiyyətləri də öz əksini tapıb. Məlumatlar yüksək keyfiyyətli illüstrativ materiallarla müşayiət edilir.
Azərbaycan təbiəti və təbii sərvətləri, mədəni irsi haqqında sistemli elmi tədqiqat və informasiya mənbəyi olan bu monoqrafiyalar ekologiya və ekoturizm sahələri üzrə mütəxəssislər, ali məktəb tələbələri, tədqiqatçılar üçün dəyərli vəsait olmaqla yanaşı, turistlər və geniş oxucu kütləsi üçün də əhəmiyyətlidir.
Comments are closed, but trackbacks and pingbacks are open.