Qəribə adamın müdrikliyi.
47.Seçilmiş əsərləri R.Taqor
Qəribə adamın müdrikliyi.
. Biz bir-birimizi doğulmazdan öncə tanımışıq. Torpağımızı tanıdığımıza görə, eyni bulaqlardan su içdiyimizə görə, eyni səmanın altında eyni havanı udduğumuza görə, eyni çəmənliyin ətrindən bihuş olduğumuza görə, eyni çayda (göldə) çimib, eyni günəşin şüaları altında isindiyimizə görə, eyni nəğmədən öyüd aldığımıza görə, eyni papaq qoyan kişilərdən tərbiyə aldığımıza görə.
. Bizim evin yaxınlığndakı, el arasında “Kolxoz həyəti”, “Aşırlının qabağı” kimi adlanan böyük düzənlikdə kəndimizin uşaqları “Südlü sümük”, “Atinni”, “Papaqaldıqaç”, “Çilingağac”, “Köçgetdi”, “Eşşəkbeli”, “Çalağan çardağı”, “Toqqadöydü”, “Löpük coj”, “Dirədöymə”, “Qığmərə”. oynayardılar. Əlbəttə bunlar bir az mənim yaşımdan qabağın söhbətləridir. Mən məktəbə gedən vaxtlarda artıq bizim kəndə də tək-tük televizor gəlmişdi. Ancaq mənim dünyaya gəlişimdən əvvəlki illərdə dediyim o böyük düzdən keçənlərin arasında gələcəyin böyük yazıçısı Seyran Xanlarov da olmuşdu.
O bir dəfə mənə dedi:
– Mən səni bələkdən tanıyıram, çünki sən anadan olanda, mən artıq 17-18 il idi ki, sənin atanın qardaşı oğlu idim.
Amma buna baxmayaraq mən az qala doğulandan, ən geci onun adını ilk dəfə eşidəndən başlayaraq ən müxtəlif situasiyalarda və ən müxtəlif şəkildə onunla tanış olmağa başlamışam.
Axı o, məni tanısa da mən onu tanımırdım.
. İndi çox adam onun haqqında yazır. Bu gün onun 70 yaşı tamam olur. Yubiley yaşıdır. Xüsusilə də məşhur yazıçı üçün bu əlamətdar yubileydir. Son 50 ildə Azərbaycan ədəbiyyatında, özünün ifadəsi ilə desək, Azərbaycan ədəbiyyatının “ərazisində” özünə yer eləmiş və illər keçdikcə o yeri möhkəmləndirmiş, indi isə tamamilə özəlləşdirmiş yazıçının bayramı münasibətilə əksər saytlar, qəzetlər, ümumiyyətlə, ölkə mətbuatı onun haqqında yazır, onun müsahibələrini, haqqında dostlarının, həmkarlarının, ailə üzvlərinin müsahibə, ürək sözləri və rəylərini dərc edir. Bütün bunlar, əlbəttə, yaxşıdır. Əladır. Ancaq, mənim fikrimcə Seyran Səxavət haqqında bir neçə söz də biz deməliyik. Biz – yəni, yağlıvəndlilər. Çünki o, əvvəlcə yağlıvəndlidir, hər şeyin – uğurların da, şöhrətin də, biliklərin də əvvəli məhz bizim kənddən başlayır. Bu mənada biz bir az da onun şəriki kimi çıxış edirik.
***
O, tərcümeyi halında yazır: “. Mən Allah bəndəsi Seyran Səxavət 1946-cı il mart ayının 23-də Quzey Azərbaycanın Qarabağ bölgəsi, Füzuli (Qarabulaq) rayonu, Yuxarı Yağlıvənd kəndi, Koxalı obası, Muradxanlı məhəlləsində qəbristanlıqla üzbəüz evimizdə, ziyalı ailəsində dünyaya gəlmişəm. Öləcəyim günü bimirəm, yoxsa onu da yazardım.
İlk bədii yazım 1962-ci ildə “Qızıl Araz” qəzetində dərc olunub. ”.
Bir yağlıvəndli olaraq onun “sahib çıxmağa” iddia etdiyi Yağlıvənd “var-dövləti”nə biz də şərikik, bizim də iddiamız var. Əsas fərq, əsas məsələ odur ki, Seyran müəllim, tutaq ki, Əsgərxan bulağından məndən qabaq su içib, amma o da var ki, ondan da qabaq o bulaqdan su içən olub. Ondan sonra da olub və inanıram ki, gələcəkdə də olacaq. Ancaq, birmənalı olaraq hamımız razılaşırıq ki, Seyran Səxavət YAĞLIVƏNDİN DÜNYA ƏDƏBİYYATINA BƏXŞ ELƏDİYİ ƏN BÖYÜK YAZIÇIDIR! Əlbəttə, yağlıvəndli olmayan adamlar dərhal deyə bilər ki, o boyda yazıçını bir kənd səviyyəsinə endirmək nəyə lazımdır. Hətta bunu nadanlıq hesab edə bilərlər. Amma Yağlıvənd adlı bir dünyaya bələd olan hər kəs bilir ki, Seyran Səxavətin bugünkü səviyyədə yazıçı olmasının ən birinci və ən əsas səbəbi məhz YAĞLIVƏNDLİ olmasıdır. . Və özünün də etiraf etdiyi kimi, bütün ömrü boyu yazdıqları da məhz Yağlıvənd haqqındadır. Düzdür, o, özü bunu “ömrüm boyu özümü yazıram” şəklində ifadə edir. Lakin, biz bunu “ömrüm boyu Yağlıvəndi yazıram” kimi başa düşürük. Bizim və ümmuiyyətlə, heç kimin qarışa bilməyəcəyi yeganə məsələ isə Əsgərxan bulağından su içməsinə də, Qara Quzeyin təpəsindən dünyaya baxmasına da, hələ “bir qarış” vaxtlarından Bakıdan “yekə-yekə” məktublar almasına da onun və başqalarının haradan və necə baxmasıdır. Və bu baxışı müəyyən edən də məhz Tanrının ona bəxş elədiyi təbii istedaddır. Hamının gözünün qabağında olan, hamının baxdığı, lakin heç də hamının görə bilmədiyini görə bilmək bacarığını ona verən İSTEDAD!
Yəqin məhz buna görə də o, demək olar ki, bütün əsərlərinin girişində qeyd edir ki, “Mənim yazdıqlarımın hamısı Dünyanın Mən baxan tərəfdən görünən hissəsidir.
Əziz oxucu, gəl bir az da mən baxan tərəfdən bax Dünyaya, nə vaxt darıxsan, çıxıb gedərsən. ”
Amma, onun baxmadığı, baxa bilmədiyi, baxmağa imkan, vaxt, fürsət, bucaq tapmadığı səmti də var Dünyanın. İndi biz də buradan birlikdə onun baxdığı Dünyaya onun qəhrəmanlarının, qohumlarının, dostlarının və . onun əsərlərinin qəhrəmanlarının qohumlarının-doğmalarının baxdığı tərəfdən baxacağıq. Qoy Seyran Səxavət də bir az biz baxan tərəfdən baxsın bu Dünyaya. 70 illik yubileyində.
***
. Əvvəlcə yerinə düşməsə də, acı sözlərdən başlayaq və tərcümeyi halından gətirdiyimiz kiçik sitata əsas iradımızı bildirək ki, sonrakı söhbətimiz çox rəvan olsun. Həm də “Yüz acını yeyərlər bir şirinin xatirinə” atalar sözümüzün Seyran Səxavətə aid söhbətdə “İki acı deyək yüz şirinin xatirinə” şəklində interpretasiyası o qədər də qıcıq doğurmaz məncə. Məsələ burasındadı ki, tarixdə heç zaman və heç yerdə “Yuxarı Yağlıvənd” adlı kənd olmayıb və indi də yoxdur. Deməli, Seyran Xanlarov da heç vaxt bu adda kənddə doğula bilməzdi. Onun doğulduğu və hazırda Rusiya və Ermənistanın işğalı altında olan kəndin adı sadəcə Yağlıvənddir. Digər “Yuxarı Yağlıvənd” tərəfdarları üçün də bildirək ki, o biri Yağlıvəndin, yəni işğaldan azad edilmiş və hazırda gündən-günə gözəlləşməkdə, çiçəklənməkdə olan və Seyran Əsgər oğlunun da doğulmadığı, amma, məsələn, yazıçı-tədqiqatçı Ənvər Çingizoğlunun doğulduğu kənd isə Araz Yağlıvəndi adlanır. Və bu Sovet hökumətinin qəsdən iki yerə parçaladığı və hər birində ayrıca kolxoz qurduğu Yağlıvəndin bölünməsindən sonra belə adlanıb: Yağlıvənd və Araz Yağlıvəndi. Bütövlükdə Yağlıvənd camatının dədə-baba yurdu olan ikinci kənd məhz Araz çayının qırağında olduğuna görə bu “təxəllüsə” layiq görülüb. Son yüz ildə rəsmi dövlət orqanları tərəfindən verilmiş heç bir sənəddə, o cümlədən də Seyran müəllimin özünə aid sənəddə, məsələn, orta məktəbi bitirərkən aldığı kamal attestatında, doğum yeri göstərilən şəxsiyyət vəsiqəsində də “Yuxarı” sözü yoxdur. Ona görə də Seyran Səxavət kimi böyük yazıçının istənilən halda nümunə olduğunu nəzərə alaraq bu qeydləri yazmağı lazım bildik.
Yağlıvənd nümayəndələrindən biri, orta məktəbdə Seyran Xanlarovun şeypur varisi (bu barədə bir az sonra oxuyacaqsınız) Arzuman Dibəkdaşlının sözlərinə görə yazıçı “Koxalı obası, Muradxanlı məhəlləsi” ifadələrində də yanlışlığa yol verib. Çünki, onun dediyinə görə, məhəllənin adı “Koxalı” deyil, “Kavxalı”dır. “Muradxanlı” isə məhəllə deyil, tayfadır. Yəni “Muradxanlı” deyilən bir məhəllə yoxdur, olmayıb, “Muradxanlı” Seyran Səxavətin də mənsub olduğu tayfanın adıdır. Uşaqdan böyüyə, demək olar ki, istisnasız olaraq hamısının gözəl səsi, oxumaq istedadı olan, tarixin müəyyən təlatümlarində “Muradxanlı” nişanını “Muradov” soyadına dəyişməyə məcbur olmuş bu tayfadan görkəmli adamalr çıxıb ki, onlardan biri də vaxtilə bütün Azərbaycanda müstəsna istedadına, xüsusilə də Qarabağda virtuoz muğam ifaçılığına görə məşhur olmuş Xanəndə Əvəzdir. Əvəz Muradovun qızı isə Azərbaycanın dövlətçilik tarixində Yağlıvənddən çıxmış ən yüksək dövlət vəzifəsində çalışan Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, seçiciləri tərəfindən “Qarabağın Baharı” kimi fəxri el adına layiq görülmüş Bahar Muradovadır. (Yeri gəlmişkən, onların hər ikisinin də – həm Seyran Səxavətin, həm də Bahar Muradovanın gözəl səsi var və muğam və xalq mahnılarımızı əla ifa edə bilərlər.) Yəni, Muradxanlı tayfasının nümayəndəsi hamı kimi ölkənin və dünyanın müxtəlif yerlərində yaşaya bilər, ona görə də bu məhəllə deyil.
***
. O, qəribə adam təsiri bağışlayır. Özü demişkən, sanki bütün həyatı proqramlaşdırılıb və o, həyatını, ömrünü bu proqram üzrə yaşayır. 70 illiyi münasibətilə verdiyi müsahibələrdən birində: “. Hər insanın içində bir proqram var. Mənim içimdə Seyran Səxavət ssenarisi var. 70 ildi Allahın mənə yazdığı Seyran Səxavət ssenarisini oxuyuram. Hələ bitməyib. Mən orda baş roldayam. Bu ssenari oxunub qurtaranda artıq mən olmayacam…” deyir. Lakin həmin tarixi, yəni “olmayacağı” vaxtı da yuxarıda bir parçasını qeyd etdiyimiz qəribə tərcümeyi halında da qəribə şəkildə təqdim edir ”… Öləcəyim günü bimirəm, yoxsa onu da yazardım. ”.
Qeyd etdiyi, baş rolda və 70 ildir oxumaqda olduğu Seyran Səxavət ssenarisi məhz bizim kənndən başlayıb. Və yazdıqlarının hamısından qazandıqlarına, dediyim kimi, biz də şərikik. Yəni həm şöhrətinə, həm maddi sərvətinə. Məsələn, ondan söz düşən bütün məclislərdə, qohumu olan da, olmayan da, şəxsən tanıyan da, tanımayan da fəxrlə “bizim kənddəndir”, “mənim qohumumdur” deyə bilər. Xüsusilə də mən. Çünki, biz həm həmkəndliyik, həm həmkarıq, həm qohumuq, həm də dostuq! Üstəgəl mən onun daimi oxucularından, pərəstişkarlarından və təbliğatçılarından biriyəm. Digər tərəfdən onun işıq üzü görmüş, hamısını oxuduğum, bir çoxunu əzbər bildiyim əksər əsərlərinin əsas qəhrəmanları da onun özü kimi mənim də yaxın qohumlarımdır.
Onun daim çiçəkləməkdə olan və müntəzəm və yaxşı bar verən ədəbi-bədii ağacının ilk becərəni, ilk su verəni mənim mamam (bizlərdə atanın bacısına mama deyirlər), Qarabağda ali təhsil almış ilk qadınlardan biri, kəndimizdə isə birincisi olan Sona Əsədova olub. Bəli, mənim ilk Azərbaycan dili və ədəbiyyat müəllimim və mamam olan Sona müəllim həm də Seyranın həm atasının yaxın qohumu, həm də ilk Azərbaycan dili və ədəbiyyat müəllimi, ən sevimli müəllimlərindən biri olub. Elə Seyran Xanlarov da mamamın ən sevimli şagirdlərindən biri imiş.
***
. O, məndən 17 və ya 18 yaş böyükdür. Ona görə iki rəqəm deyirəm ki, bizim kəndin bəzi nümayəndələri deyir ki, Seyran müəllim əslində 1945-ci ildə doğulub. Amma bunun sübutu olmadığı kimi fərqi də yoxdur. Əsas məsələ odur ki, o, doğulub və bizim kənddə doğulub. Biz isə hərəmiz bir vaxtda ondan müəyyən müddət sonra dünyaya gəlmişik və onu tanımışıq, sevmişik, əsərlərini bir vaxtlar qoynumuzda-qoltuğumuzda gəzdirmişik. Ancaq onun özü ilə şəxsi tanışlıqdan əvvəl adı ilə, səs-sorağı ilə tanış idik. Bu tanışlıq “salnaməsinə” o zmanlar kənd yerlərində dəbdə olan dava-dalaş tarixçələri də daxildir. Məsələn, biz uşaq olan vaxtlarda danışırdılar ki, Yağlıvəndin köhnə klubunda kinoya toplaşdıqları zaman cavanlardan biri hələ orta məktəbin orta siniflərində oxuyan gələcəyin böyük yazıçısının yaxın qohumu olan qızlardan birinə nəsə deyir. Seyran özündən 4-5 yaş böyük olan oğlanın üstünə atılır. Düzdür, ona gücü çatmır, hələ üstə gəl iki yağlı şillə də yeyəsi olur. Amma ətrafdakı adamların hamısının rəğbətini qazanır. Qorxmadığına, cəsarətinə və təəssübkeşliyinə görə.
Başqa bir “rəvayətdə” isə qəhrəman birmənalı olaraq Seyrandır. Orta məktəbi bitirib Bakıda, başqa yerlərdə ali məktəbə daxil olan cavanlar kəndə gələndə hökmən məktəbə də baş çəkib “özlərini göstərərmişlər, qıza-zada baxarmışlar”. Və Azərbaycan Dövlət Universitetində oxuyan şıq geyimli bir tələbə məktəbin darvazası ağzında dayanıb, “özünü göstərir, qıza-zada baxır”mış. Dərsdən sinif yoldaşları ilə çıxan Seyran yenə də özündən 6-7 yaş böyük cavanın üstünə atılır. O, indi artıq 10-cu sinifdə oxuyur, özü də köhnə klubun yanındakı zəif uşaq deyil. Bu dəfə o, qonağı iki şilləyə qonaq edir.
***
. Seyranın liderlik xüsusiyyətlərinin üzə çıxmasının da müəyyən tarixi var. 1950-ci illərin sonlarında Yağlıvənd kənd məktəbi onillik təhsil verən yeganə orta məktəb idi. Yaxın ətrafda olan bütün kəndlərin – Qacar, Dilağarda, Divanallar, Veysəlli, Qaraməmmədli, Dövlətyarlı, Qərbənd, Zərgər kimi kəndlərin, hətta bəzən Araz Yağlıvəndinin də şagirdləri yuxarı sinifləri oxumaq üçün Yağlıvəndə gəlirmişlər. Hətta kənd orta məktəbinin başqa kəndlərdən gələnlər üçün öz yataqxanası da olub. Həmin dövrdə gənc Ulduz müəllimə bizim kəndə ərə gəlir və onu orta məktəbdə pioner baş dəstə rəhbəri təyin edirlər. Məhz həmin Ulduz müəllimin təklifi ilə xüsusi musiqi istedadı olan Muradxanlı Seyran məktəbin pioner dəstəsinin şeypurçalanı olur. Və o, bu işdə pioner yaşı başa çatıb komsomol sıralarına keçənədək davam edir. Komsomola keçdikdən sonra isə öz şeypurunu və şeypurçalan vəzifəsini yuxarıda tərcümeyi-halına aid qeydlərimizdə tənqidi fikirlərini verdiyimiz Arzumana təhvil verir.
***
. Sonrakı ədəbi-bədii yaradıcılığında xüsusi yer tutacaq qəhrəmanlardan, obrazlardan biri olan Qaçay müəllimlə də həyatının paralel getməsinin maraqlı tarixçəsi var. Həmin Ulduz müəllimin rəhbərliyi ilə o dövrün ən məşhur səhnə əsəri olan, 3-4 il əvvəl dünyasını dəyişmiş və hələ də xalqın kütləvi şəkildə dəlicəsinə sevdiyi, xalqın ürəyində çağlayan sevgiyə görə yalnız Stalinlə müqayisə edilə bilən (hətta Stalindən də çox sevilən, çünki Stalinə olan xalq məhəbbətində bir qorxu təkanı da var idi) Səməd Vurğunun “Vaqif” əsərini Yağlıvənd kənd orta məktəbində tamaşaya qoyurlar. Təxminən 1959-1960-cı illərdə. Əsərin əsas obrazlarından olan Şah Qacar rolunu Seyran Xanlarovdan 2-3 yaş böyük olan, mənim böyük qardaşım Əhliman Kərimli oynayır. Seyran və onun sinif yoldaşı, sonralar bəzi hekayələrində “Qaçay müəllim”, “Qaçaqaç” romanında isə “Qaçay” kimi yer alan Ağayar Alıyev (onun rəsmi sənədlərdə adı Ağayar olsa da hamı Qaçay kimi tanıyır) qılınclaşan gürcülərin rolunu oynayırlar. Mənə elə gəlir ki, bunun əsas səbəbi Seyranın da, Qaçayın da zahirən işıqlı, göyçək, ağbəniz və sarışın olmaları olub. Hə, axı Seyrana orta məktəbi qurtarıb kənddən gedənədək camaat elə həm də Sarı deyirmiş. Yeri gəlmişkən, Qaçay müəllim obrazı da məni Seyran Səxavətin qonorarına şərik edir, çünki Ağayar – Qaçay müəllim anamın doğmaca əmisi oğludur. Söhbət anamın qohumlarından düşmüşkən dərhal onu da qeyd edim ki, yazıçının avtobioqrafik romanı olan “Qaçaqaç”dakı II Dünya müharibəsinin qəhrəmanı poçtalyon Balaca da anamın doğmaca əmisidir.
***
. Bizim ilk şəxsi, canlı, üzbəüz tanışlığımız onun öz toy gününə təsadüf edib. Dəqiq xatırlamıram, çünki onda uşaq idim, neçə yaşım olduğu yadımda deyil. Onun da yaşı eləcə. Çünki biz əslində o vaxtlar tarixlə, günlə, saatla yaşamırdıq. Amma indiki hesabla hesablasaq, məncə 1970, ya da 1971-ci il idi. Və onda mənim 7-8, onun isə 25-26 yaşı olardı.
Atamın həm qohumu, həm də yaxın dostu olan, kəndimizin baş mühasibi, bir müddət əvvəl Yağlıvənddən köçüb Füzuli şəhərində yaşamağa başlayan Əsgər müəllimin oğlu Seyranın toyuna bizi də, daha doğrusu atamı da ailəlikcə dəvət etmişdilər. Təbii ki, başqa cür ola da bilməzdi. Çünki, artıq qeyd etdiyim kimi. onlar həm qohum, həm də ilk bünövrəsi qohumluğa görə qoyulsa da qohumluq həddini-sərhəddini çoxdan keçmiş yaxın dost idilər. Bu dostluğun meyvəsi kimi çəkilmiş, sonralar onların hələ sağlığında böyüdülmüş qoşa şəkil, atamın və Əsgər əmini birgə portreti indi də Xanlarovların, yəni Seyran Səxavətin evində saxlanılır.
Anamın “toya “soubeşiyimi” də (mən 3 qız və 4 oğlandan sonra doğulmuş, qızlardan birinin körpə ikən tələf olmasından sonra qalan 7 uşağın sonuncusu, ailənin sonbeşiyi idim) aparacam” sözlərinə atamın mənə baxaraq gülümsəməsi artlıq razılıq əlaməti idi.
Qarabulaqdan sonra işğalçı rus ordusunun polkovniki Koryaqinə görə “Qaryagin” adlandırılan, 1959-cu ildə dahi Məhəmməd Füzulinin şərəfinə Füzuli adı verilən rayonun mərkəzində – Füzuli şəhərinin ən yaxşı yerində – əvvəllər Proletar küçəsi, sonralar isə dəyişdirilərək Rüstəm Əliyev küçəsi adlandırılan küçədəki evləri yerləşən həyətin iri darvazası açıq idi. Bizi qarşılayan adamlar içəri dəvət etdilər, bəyin anası ilə anamın, atası ilə atamın qucaqlaşıb öpüşməsindən, qarşılıqlı “mübarək-xoşgəldin” mübadiləsindən sonra qadınlar anamı evə apardı, kişilər isə atamla məni mənim körpə gözlərimdə ucu-bucağı görünməyən mağara. Məclisin başında oturan xanəndə atamı görən kimi ayağa durdu. Əlindəki qavalı sürətlə və güclü bir təkanla göyə atdı. Qaval fırlana-fırlana harasa getdi. Mənə elə gəldi ki, qaval daha qayıdıb gəlməyəcək. Amma göz qırpımı “saatında” qaval geri qayıtdı (sonralar eşitdim ki, xanəndələr arasında atamla yaxşı münasibəti olan məşhur xanəndə Ağabala Abdullayev qədər ustalıqla qaval oynadan ikinci bir xanəndə yoxdur) və onu elə havadaca tutan xanəndə qulağının dibinə aparıb zil səslə oxumağa başladı:
Özünə qurbanam, gəl,
Sözünə qurbanam, gəl!
Qadanı mən alım, gəl-gəl,
Başına mən dönüm tez gəl.
Sonra xanəndə oxumağını kəsib qavalı masanın üstünə qoydu, irəliyə çıxıb atamla qucaqlaşdı, çox mehriban görüşdülər. Xanəndə yerinə qayıdanda atam görünür yaranmış fasilə-fürsətdən istifadə edərək cibindən bir 25-lik çıxarıb qavalın içinə qoydu. Xanəndənin etirazını görcək qıvraq əlini pulun üzərinə qoyub başını buladı. Sonra bizi yuxarı başda artıq hazırlanmış yerə apardılar. Çox qısa müddətdən sonra mən mağardan doydum və çölə çıxmaq istədim. Atam darvazadan küçəyə çıxmamağımı tapşırıb uşaqlarla oynamağa buraxdı. Bax, təzə bəyi də məhz bu “azadlığa çıxanda” gördüm. Tay-tuşlarının arasında. Uca boylu, şıq geyinmiş, sarışın telli cavan hələ də yadımdadır.
***
. Sonralar mən onunla Ukraynada da “tanış oldum”. Ali təhsil aldığım 5 il ərzində orada mətbuatla, ədəbiyyatla, mədəniyyət və incəsənətlə ciddi maraqlanırdım. Ədəbiyyat, teatr dərnəklərinə gedir, yerli şairlərə qoşulub oxucularla görüşlərdə iştirak edir, dövri mətbuatda müntəzəm çıxış edirdim. Yazılarım, şeirim dərc olunurdu. Ukrain dilində oxuduğum jurnallardan biri də “Kolos” idi. Və. . Və günlərin bir günündə aldığım jurnalı vərəqləyərkən “. Azərbaycanın cavan, istedadlı və tanınmış yazıçılarından biri Seyran Səxavətin” “Baxram Koratan” hekayəsinə rast gəldim! Bunun sevincini 30 il keçəndən sonra necə ifadə etmək olar görəsən?! Hər halda gec də olsa təxminən 2700 kilometrlik bir məsafədə əmioğlunu o səviyyədə sevindirə bilən 40 yaşlı yazıçıya çatmalı olan və o zamandan indiyədək gələn minnətdarlığı indi bildirməyi də özümə borc bilirəm. Deyəsən indiyədək onun mənə olan şərikli qonorar borcunun hamısını bircə bu sevincə dəyişmək olar. Və onu da qeyd edim ki, Seyran Səxavətin Ukraynada ukrain dilində hekayəsi çap olunmuş jurnalı da ilk dəfə Azərbaycana, ən azı Füzuliyə və Yağlıvəndə gətirmək və doğmalara çatdırmaq sevincini də mən yaşadım.
Amma o hekayədəki Bəhram da bizim qohumumuzdu. İşin yaxşı tərəfi, potensial münaqişəni aradan qaldıra bilən tərəfi odur ki, mənim iddia etdiyim adamların çoxu həm də onun öz qohumlarıdır. Hətta bəziləri ona daha yaxındır. “Yüz ilin kişisi” kimi bir hekayə həsr etdiyi, başqa əsərlərində, xüsusilə də “Qaçaqaç” romanında dəfələrlə xatırladığı “Bəylər Dədə” isə özcənə babasıdır.
***
. Bizim bir tanışlığımız da məşhur rəssam Maral Rəhmanzadənin “vasitəsi” ilə olub. Anam və onun həm qohumunun həyat yoldaşı, həm qonşumuz və ən əsası isə anamın yaxın rəfiqəsi olan Maral xalam Füzuliyə getmişdilər. Onlar yanaşı yeriyəndə kənardan çox maraqlı görünürdülər. Anam uca boylu, nəcim, Maral xalam isə dərhal nəzərə çarpacaq dərəcədə gödək və kök qadın idi. Hər ikisi 12 taxta tuman, yaxası düyməli qofta geyinir, başlarına şal örtür, alınlarına qəşbeh bağlayardılar. Rəssam Maral Rəhmanzadə ilə təsadüfən rastlaşmaqla adi adamların belə marağını çəkən bu qadınlara onun da diqqətini cəlb edirlər. Rəssam onlara yaxınlaşır, salamlaşıb, bir az söhbət etdikdən sonra şəkillərini çəkmək üçün icazə istəyir. Anamgil əvvəl razı olmurlar. Maral xanım: “Sayad xanım, Maral xanım, mən Bakıdan gəlmişəm, rəssam Maral Rəhmanzadəyəm, burada Seyran Səxavətin atası evində, Xanlargildə (yazıçının böyük qardaşı) qonağam. İstəsəniz sonra şəkildən sizin üçün də göndərərəm, gəlib, ya da adm göndərib onlardan götürə bilərsiniz. Sizin geyim formanız mənim çox xoşuma gəlir, bir rəssam kimi mənim üçüm çox maraqlıdır. Xahiş edirəm ki, imtina etməyəsiniz.” – deyir. Anam, “Elə bilin ki, o ev mənim qaynım evidir, Seyran mənə öz balam kimi əzizdir. Bir şəkil çəkmək nədir ki, istədiyin qədər çəkə bilərsən” – deyə cavab verir. Maral Rəhmanzadə biri arıq-uzun, digəri kök-gödək olmaqla tumanlı-şallı-şamaxılı-qəşbehli kənd qadınlarının bir neçə şəklini çəkir. Ayrılanda da deyir ki, şəkli Xanlargildən götürə bilərsiniz.
Bu xəbəri eşidən Maral xalamın həyat yoldaşı, bir az əsəbi olan, Alverdi kişi ağacını götürüb arvadını cəzalandırmaq istəyəndə canını qurtarmaq istəyən Maral xalam bütün günahın anamda olduğunu söyləmişdi. O da aradakı yolu keçib bizə gəlmişdi. Anam atasının doğmaca xalası oğlu olan Alverdiyə izah etdi ki, şəklimizi çəkən qadın Əsgər müəllimin qonağıdı. Bununla da məsələyə xitam verildi.
Sonralar həmin fotolar əsasında Maral Rəhmanzadə bir neçə “Qarabağ qadınları” portreti yaratmışdı.
***
. Atamın avtomobil qəzasında həlak olmasından cəmi bir il sonra Əsgər əmi də vəfat etdi. Bütün Yağlıvənd Füzuli şəhərinə axışdı. Seyran Səxavətin də, mənim də yaxın qohumumuz olan Əlisəfa (hazırda məcburi köçkün kimi Hacıqabul rayonunda yaşayır) mənə təklif etdi ki, Əsgər əminin yasına biz də gedək. Getdik, amma biz bir az gec, camaat dağılandan sonra getdik. Seyran müəllim və Bakıdan gəlmiş bir neçə tanınmış və hörmətli yazıçı və şair bağda qoyulmuş iri masa ətrafında çay içirdilər. Qucaqlaşıb öpüşdükdən, bizim başsağlığı “dil-ağız”ımızı dinlədikdən sonra bizi Bakıdan gələn hörmətli qonaqlara təqdim etdi. Açığı biz də çox sevindik ki, belə adamlarla bir süfrədə əyləşib çay içirik. Sonra Seyran müəllim bizdən hal-əhval tutmağa başladı. Biləndə ki, mən universiteti bitirib təyinatla Şuşaya getmişəm və hazırda da orada işləyirəm, bir az da yazı-pozu ilə məşğul oluram, çox sevindi. Dedi:
– Şuşada Əli Mahmud var, tanıyırsan onu?
– Bəli (Əli müəllim o zaman “Şuşa” qəzetinin redaktor müavini idi).
– Şuşaya qayıdanda gedərsən onun yanına, deyərsən ki, mən Seyranın əmisi oğluyam. Sonrası ilə sənin işin yoxdu, nə lazımdı o özü edəcək. Yaxşımı?
Susduğumu görüb, bir də soruşdu:
– Yaxşımı, əmi oğlu?
– Yox! – kobud cavab verdim.
O, təəccüblə əvvəl mənim, sonra da qonaqların üzünə baxdı, üzünü mənə çevirdi:
– O nə deməkdi, niyə?
– Əli Mahmudun bir işi olanda məndən xahiş eləyir! – mən əlbəttə, zarafat edirdim.
Qonaqlar da, Seyran da əslində yas yerində olduğumuzu unudub qəhqəhə çəkdilər.
– Əmi oğlu, yenə Bəxtiyar Vahabzadənin yanına desəydin getmək olardı, yoxsa. – Əlisəfa söhbətə qoşuldu.
– Əmi oğlu, bizim özümüzü Bəxtiyar Vahabzadəyə tapşıran lazımdı. – Bunu da qonaqlardan biri dedi.
– Gördünüz? – Seyran müəllim üzünü Bakıdan gələnlərə tutdu, – bax bu, Yağlıvənd deməkdi. Özü də hələ bu Yağlıvəndin ən sakit cavanlarıdı. Hələ yolunuz kəndimizə düşsə nələr görərsiniz.
***
“. – Əslində heç kim xalq üçün yazmır. Yalandan xalqın boynuna minnət qoyurlar. Yazıçı da, rəssam da minnət qoyur. Xanəndə deyir ki, 60 il bu xalqa qulluq eləmişəm. Mahnı oxuyub, pulunu almısan də (gülür). Mənim yaxşı bir eqoizmim var. Yazanda özümə xidmət etmişəm ki, yüngülləşim. Xırda-xuruş nə yaradıcılığım varsa, mən elə bil “şvetski” stol açmaqla əslində özümə xidmət etmişəm. Oxucu da kitabımı oxuyubsa özünə xidmət edib. ” – Seyran Səxavət bu sözləri təzəlikcə deyib. Yəni bizim bu günlərimizdə, 70 yaşının tamam olmasına bir neçə gün qalmış. Bunu oxuyandan sonra yuxarıda adını çəkdiyim Arzuman müəllimə müraciət etdim:
– Aranızda cəmi 3 yaş fərq var. Seyran Səxavətin bütün həyatı, yaradıcılığı gözünün önünə keçib. Səncə doğrudanmı, o bir yazıçı kimi xalqa qulluq etməyib?
Cavab belə oldu:
– Hər işə, hər sözə müxtəlif məna vermək olar. Bütövlükdə əgər yazıçı ədəbiyyata, indiki halda Azərbaycan ədəbiyyatına xidmət edirsə, deməli həm də Azərbaycan ədəbiyyatının məxsus olduğu Azərbaycan xalqına xidmət edir. Amma konkret Seyrandan bir şair kimi danışsaq, onun şairliyindən indiki nəsillərin xəbəri olmasa da, bizim vaxtımızda, yəni Seyranın şair vaxtlarında cavan qızlar, oğlanlar onun şeirlərini kəsib özləri ilə gəzdirirdilər. Əzbər bilirdilər.
***
Tanışlığımız davam etdi. Seyran Səxavətin onlarla şeirini oxudum. 1962-ci ildə, onun 16 yaşı olanda çap edilmiş ilk şeirindən tutmuş məşhur şeirlərinədək. Bəzilərini hətta əzbərlədim də.
Sonra “Hamı elə bilirdi”dən başlayaraq hekayələrini oxudum. Onun müstəqilliyimizin bərpa olunmasından əvvəl yazdığı, yəni Azərbaycan Sovet ədəbiyyatına məxsus olan sonuncu hekayəsi 1987-ci ildə qələmə aldığı “Qaçay müəllim” hekayəsidir. Seyran müəllimin yaradıcılığına bələd olanların bu hekayədən də xəbəri var təbii ki.
Bu əsərin də əsas qəhrəmanları mənim qohumlarımdır. Əsas qəhrəman Qaçay müəllim yuxarıda qeyd etdiyim kimi, dayım (anamın doğmaca əmisi oğlu), onun “işpionluğundan” şübhələnən Qoruqçu Şükür isə anamın (həm də Qaçay müəllimin) əmisidi (atasının doğmaca əmisi oğludur). Qoruqçu Şükürə bir az dəli-dolu xasiyyəti olduğuna görə həm də Dəli Şükür deyirmişlər. Həmin hekayə çap olunub yayıldıqdan, xüsusilə də bizim kənddə məlum olduqdan sonra oxucuların həm xoşuna gəlmişdi, həm də gəlməmişdi. Hekayədən inciyənlərdən biri də Dəli Şükürün – Qoruqçu Şükürün qızı, indi artıq rəhmətlik Bayaz xalam olur. Atasının bu şəkildə qələmə verilməsi onun bərk xətrinə dəymişdi. Amma artıq iş-işdən keçmişdi, kitab da çıxmış, camaat da oxumuşdu.
Qaçay müəllimin böyük qardaşı (mənim də dayım, yəni anamın əmisi oğlu) Vətən Əliyev Yağlıvənd və qonşu Qaraməmmədli kəndlərini əhatə edən “Ukrayna” sovxozunun baş mühasibi idi. Bir gün Bayaz xalam baş mühasibin sovxozun idarəsindəki kabinetinin pəncərəsini tıqqıldadır. Başını qaldıran əmisi oğluna (ataları əmioğlu idi) işarə edir ki, çölə çıx. Baş mühasib onu içəri dəvət edir ki, əmi qızı, gəl içəri, sözünü de. Əmiqızı içəri girmir, təkid edir ki, əmioğlu çıxsın. Əmioğlu onun xətrinə dəymək istəmir. Durub çıxır çölə. Bayaz xalam onun qoluna girib idarədən xeyli aralayıb, bağdakı ağacların birinin altına çəkir. Ağzını Vətən müəllimin qulağına yaxınlaşdırıb deyir:
– Əmi oğlu, qağamın adı yazılan varağı cırdım!
Baş mühasib söhbətin nədən getdiyini göydə tutub deyir:
– Lap yaxşı eləmisən, əlinin də içindən gəlib. Heç kim sənə heç nə eləyə bilməz. Durmuşam arxanda dağ kimi, gəl bəri.
Bəli, Bayaz xalam Seyran Səxavətin kitabındakı “Qaçay müəllim” hekayəsində adı çəkilən Qoruqçu Şükürə aid vərəqləri cırıb atmış, bununla da yazıçıdan acığını çıxmışdı.
***
Bir gün kəndə – Yağlıvəndə gəlirmiş. (Adam olduğu yerə “bura” dediyi kimi, mən də düz 22 il 8 aydır ki, işğal altında olan kəndimizdən söz düşəndə elə bilirəm ki, elə kəndimiz “bura”dır.) Öz məhəllələrinə – Kavxalıya az qalmış uzaqdan görür ki, uzun müddət “Ukrayna” sovxozunun direktoru olmuş ağsaqqal Tapdıq əminin arvadı, Seyranın maması (atası Əsgər müəllimin doğmaca əmisi qızı, yazıçının bir çox əsərində sevə-sevə “Bəylər Dədə” kimi oxucuya təqdim etdiyi İsmayıloğlu Bəylərin qızı), Seyran da daxil olmaqla yaxın qohumlarının əzizləyərək “Xeti mama” dediyi Xeyransa xanım öz əmisi oğlu Eyvazxan kişi ilə baş-baçşa verib nə isə danışır (üç qardaşdan birinin nəvəsi yazıçının atası Əsgər müəllim, birinin nəvəsi Xeyransa xanım, birininki də Eyvazxan kişidir). Seyran Səxavət “Volqa”da onunla birlikdə gələn yazıçı qonaqlarına deyir:
– Bax, o arvad mənim mamamdı, o da əmimdi. İndi mən ona sataşajam, görün nə cavab verəjək.
Maşından düşür və uzaqdan uzuağa çağırır:
– Aya-ya-a, Xeti mama, Xeti mama!
– Nədi qadaalım?! – Xeyransa xanım Yağlıvənd ləhcəsi ilə cavab verir.
– A, o kişi kimidi heylə, bu axşamın toranında baş-başa verib danışırsan orda?
– Kişi dəyil ha, qadaalım, Eyvazxan əmindi.
. Xeyransa mama baş-başa verib danışdığı kişinin yad adam olmadığını demək istəyirdi.
. Şuşanın işğalından sonra Bakıya gəlməyə məcbur oldum. Burada “Qarabağ” və “Şimali Azərbaycan” qəzetlərində işlədiyim vaxtlarda Seyran Səxavət tez-tez “Azərbaycan” nəşriyyatının 2-ci mərtəbəsində “Bərəkət” qəzetinin redaksiyasında olurdu. Açığı heç bilmirdim orada işləyir, yoxsa elə-belə Vaqif Bəhmənlinin yanına gəlib-gedr. Bir gün onun yanına getdim. Ondan müsahibə almaq istədiyimi bildirdim. Mənim başa düşmədiyim bir cavab verdi və mən ondan incidim:
– Sizin ən qəliz suallarınıza cavab verməyə hazıram! – dedi.
Mən onu başa düşmədim, çünki heç bir halda Seyran Səxavət mənimlə “Siz” deyə danışmamalı idi. Yox, əgər belə danışırdısa, deməli, sadəcə olaraq məni tanımayıb. Hər iki halda mənim xətrimə dəyirdi. Ona görə də iraq böyüklüyündən “hərcayı” sözə yağlıvəndli kimi “mərcayı” cavab vermək qərarına gəldim. Onun “Sanatoriya” povestindəki Mərdan yadıma düşdü. Və eynən Mərdan kimi ətrafıma baxıb, soruşdum:
– Kimin?
– Ən qəliz suallara cavab verə bilərəm!
– Bəs axı deyirsiniz “Sizin”?
İkimiz də güldük. Onun o zaman məni tanıyıb-tanımadığına hələ də əmin deyiləm. Amma müsahibədən vaz keçdim.
. Və indiyədək də baş tutmayıb.
***
Haqqında danışdığımız Qaçay müəllim (sənəddə adı Ağayar) Seyran Səxavətin sinif yoldaşıdır. Onunla yanaşı həmin sinifdə həmin Qoruqçu Şükürün prototipi olan Şükür kişinin qızı Ana, sonralar kimya müəllimi olan, mənim xalam oğlu Bəylər, mühəndis olan Eyvaz, rus dili müəllimi olan Eyzangül, mühasib olan Əzizgül və başqaları da oxumuşdu. Seyran Səxavətlə mən evlənəndən bir müddət sonra Bakıdakı görüşlərimizdən birində soruşdu:
– Əmoğlu, yoldaşın haralıdı?
– Öz kəndimizdən.
– Kimlərdəndi?
– Qədirlilərdən, Vətənin qızıdı.
– Bıy, əmoğlu, mənim bacım qızın almısan ki!
– Necə yəni?
– Sənin qaynanan Əzizgül mənim sinif yoldaşım olub, 10 il bir partada oturmuşuq, bacı-qardaş olmuşuq.
Bu tanışlığımızın davamı idi.
***
1996-cı ildə onun 50 illik yubileyi keçirilirdi. Mətin Mirzə adlı bir gənc tribunaya qalxdı. Dedi ki, hər kəsin bir atası olur. Mənim isə iki atam var. Onlardan birincisi mənim bioloji atam, hamınızın tanıdığınız Mikayıl Mirzədir. İkinci və mənəvi atam isə Seyran Səxavətdir. O, hələ heç kimin tanımadığı cavan bir uşağın altı hekayəsini birdən “Ulduz” jurnalında çap etmişdi. Bu ilk hekayəsi çap olunan gəncə tarixdə misli görünməyən bir etimad idi. Bax, o gənc mənəm və ona görə də Seyran Səxavəti özümün mənəvi atam hesab edirəm.
Xalq artisti Afaq Bəşirqızı isə mikrofonu götürərək “Buradan möhtərəm prezidentimizə müraciət edirəm. Möhtərəm prezident, Seyran Səxavət Xalq Yazıçısı adına layiqdir, xahiş edirəm ki, onun bu adını verəsiniz” dedi. Qeyd edim ki, onda hələ yazıçının “Bəhanə”si, “Nekroloq”u, “Yəhudi əlifbası”, “Qaçaqaçı”, iki cildlik “Seçilməmiş əsərləri” yaranmamışdı.
Həmin məclisdə mərhum şair Mərkəz Qcaraın “Kərim Kərimli də çıxış etsin!” təklifinə etiraz etmişdm: “Mən hələ Seyaran Səxavət haqqında söz demək mərtəbəsinə qalxmamışam.”
Tanışlığımız hələ davam edirdi.
***
2000-ci illərin əvvəli idi. O zaman Hökumət evinin yaxınlığındakı Beynəlxalq Mətbuat Mərkəzində tez-tez keçirilən tədbirlərin birindən çıxıb aşağı – həyətə düşəndə gördüm ki, məşhur yazıçı Seyran Səxavət siqaretin kötüyünü çeynəyə-çeynəyə var-gəl edir. Yaxınlaşdım, görüşdük. Gördüm ki, bulud kimi dolub, himə bənddi. İstədim fikrini dağıdam. Torpağı sanı yaşasın, rəhmətlik Xanəhməd oğlu Famil əmisi kimi ağzımı açmağa qoymadı. Birbaşa “hücuma” keçdi:
– Kərim, Mədinə mamam öldü!
Mədinə mama Seyran Səxavətin atası Əsgər müəllimin əmisi qızıdı. Böyük bəyin gəlinidi. Mədinə xanımın həyat yoldaşı rəhmətlik Əvəz kişinin atası Böyük bəy isə Qarabağ xanlığının banisi Pənah xanın nəslindən olan Behbud bəyin oğlu, Qarabağda məşhur adamlardan Şıxalı bəyin, Zəngəzur qəzasının pristavı Həsənalı bəyin qardaşı oğludur.
Mədinə xanımın vəfat etməsini mən təxminən 10 gün əvvəl eşitmişdim. Ailə üzvlərimizdən onun yasına gedən də olmuşdu. (Qarabağlılar bütün ölkəyə səpələndiyindən qohum-əqrabanın xeyir-şərinin hamısında iştirak etmək mümkün olmur. Bəzən məcbur olub, qardaşlar arasında kimin hara getməsi barədə məsləhətləşməli olursan.) Ona görə də təəccüb etdim ki, necə ola bilər ki, Mədinə mamanın vəfat etməsini Seyran müəllim indi eşitsin! Cavab verdim:
– Allah rəhmət eləsin, ay Seyran müəllim, mən bunu neçə gündü.
– Hə, rayondaydım, yeddisini verib gəlmişəm.
– Seyran müəllim, indi elə çətin zəmanədi ki, ölüm adiləşib, xüsusilə də bədbəxt hadisələr çoxalıb, cavan-cavan adamlar dünyasını dəyişir, nə qədər gəncimiz Qarabağda şəhid oldu. Mədinə mama, torpağı nurla dolsun, doxsanı haqlamışdı, dünyanı görmüşdü, qəriblikdə dəfn olunmaqdan başqa bir dərdi də yox idi.
– Ə, yox e, Mədinə mamam.
Tamam kövrəlib. Ona necə təsəlli vermək barədə düşünməyə macal tapmamış, birdən qolumdan tutdu:
– Kərim, Hilizəni gördüm!
– Hilizə hara, sən hara? – zarafat eləyib könlünü açmaq istədim. İşarəni yazıçının 1986-cı ildə yazdığı “Madonnanın əri Fərəməz kişi” hekayəsinə vurmaq istəyirəm. Seyran Səxavətin həmin hekayəsinin qəhrəmanı olan Fərəməz kişinin prototipi Hilizənin əri, anamın anasının əmisi oğlu olan rəhmətlik Fərəməz kişidir.
– Ojağın külü, sinif yoldaşımdı dana! – gülümsəyərək sırf yağlıvəndli kimi cavab verdi.
– Yəqin yas yerində görüşdünüz.
– Hə, bir də görürəm bir qadın mənə yaxınlaşıb, başaa dönüm, ay Seyran, nətərisən, deyir. Üzünə baxıram, elə bil dünyanın xəritəsidi. İynənin ucu boyda qırışsız yer yoxdu. Heyrətlənirəm. Gülə-gülə qayıdasan ki, tanımadın məni? Deyirəm yox. Deyir, Hilizəyəm dana, ojağın külü.
***
2000-ci ilin parlamet seçkilərində deputatlığa namizədliyim qeydə alınandan, təbliğat-təşviqat işləri başlayandan sonra məşhur yazıçı Seyran Səxavət mənim haqqımda “İndi qeyrət meydanıdır. ” adlı bir yazı yazaraq seçicilərə müraciət etmişdi: (Ümid edirəm ki, 15 ildən artıq vaxt keçdiyinə görə oxucular bu sitatı təvazökarlıqdan kənar addım kimi qiymətləndirməyəcək) “. Kərim Kərimlini doğulduğu gündən – bələkdən tanıyıram. Bütün nəslinə-kğkünə bələdəm. Bir qələm sahibi kimi o, həqiqətin tərəfində olmuş, sözün “boy-buxununa”, çəkisinə fikir vermişdir. Bütün varlığı qədər sevdiyi Qarabağı və Azərbaycanın mənəvi zirvəsi hesab etdiyi Şuşanı qaytarmaq, düşmən tapdağından xilas etmək üçün dəridən-qabıqdan çıxıb və bu gün də başından keçməyə hazırdır. Kərim Kərimli Qarabağın, küll halında Azərbaycanın çox qeyrətli oğludur. Bu baxımdan qeyrətli seçicilərmizin hamısını Kərim Kərimliyə səs verməyə çağırıram və deyirəm ki, indi qeyrət meydanıdır, qeyrətinizi göstərin, qeyrətinizə qurban!”
. Və mənə elə gəlir ki, seçkiyə gələn seçicilərin 83 faizinin səsini toplamağımın 10 səbəbindən biri də bu müraciət idi.
***
. Seyran Səxavət haqqında bir əhvalatı da mənə hələ 5 il əvvəl şeirlərini XXI əsr Azərbaycan poeziyasının addım səsləri adlandırdığım, Azərbaycan ədəbiyyatının “ərazisində” özünə təzə “yer götürmüş” yağlıvəndli gənc və istedadlı şair Elşad Ərşadoğlu danışıb. Deyir, bir dəfə Seyran Səxavət, Ağa Laçınlı və İsa İsmayılzadə qatarda harasa gedirmişlər. Kupedə bekarçılıqdan Azərbaycanın yazıçı və şairlərinin siyahısını tutmağa başlayırlar. Yada düşən hamının adını yazıb qurtarandan sonra bir-bir “istedadsızların” adlarını pozmağa başlayırlar. Axrda siyahıda cəmi 3 nəfərin adı qalır: Seyran Səxavət, Ağa Laçınlı və İsa İsmayılzadə. Arada İsa İsmayılzadə nəyə görəsə kupedən çıxır. O çıxan kimi rəhmətlik Aöğa müəllim deyir ki, Seyran, bunun adını poz, bundan şair olmaz. İsa İsmayılzadə qayıdandan bir müddət sonra Ağa Laçınlı da çıxası olur. Dərhal İsa İsmayılzadə deyir ki, Seyran bunun adını da poz, bunun harası, nəyi istedadlıdı, bu şair deyil. Seyran qələmi götürüb onun da adının üstündən xətt çəkir. Ağa müəllim də qayıdır və xeyli müddət heç biri yerindən tərpənmir. Bir müddətdən sonra Seyrandan soruşurlar ki, niyə heç durub çölə çıxmırsan, siqaret çəkməyə, su başına. Seyran özünəməxsus yumorla cavab verir:
– Qağa, mən Azərbaycan ədəbiyyatını başsız-sahibsiz qoyub heç hara gedə bilmərəm.
***
Bizi Yağlıvənd adlı bir kənd gözləyir. İndi başsız-sahibsiz qalmış bir kənd. O kənddə vaxtilə dahidən dəliyə qədər ancaq yaxşı adamlar yaşayıb. O kəndin sakinləri Fərhadlılar, Qədirlilər, Muradxanlılar, Dadşlılar, Kalbayı Həsənxanlılar, Aşırlılar, Külədərlilər kimi tayfalrı can deyib, can eşidərək ürək ürəyə yaşayırdılar. Və o kənddə 1946-cı il mart ayının 23-də Kavxalı obasının Muradxanlı tayfasında Allah bəndəsi Seyran Səxavət adlı bir oğul doğulub. O oğul ki, Azərbaycanda həm filologiya üzrə və həm də texnika üzrə elmlər doktor olan yeganə şəxs, şair, professor Elçin İskəndərzadə dahi adlandırır və “Seyran Səxavətin təkcə “İt intervüsü” hekayəsi belə Nobel mükafatına layiqdir” deyir. Elçin müəllim haqlıdır. Mən də Seyran Səxavətə Nobel mükafatını arzu edirəm (hələ Azərbaycanın Xalq Yazıçısı olmasa da), lakin, Böyük Yazıçıya ən böyük arzum məhz Yağlıvənd Mükafatıdır. O Mükafat bizi gözləyir. Qeyd etdiyimiz O KƏNDİN DÜNYA ƏDƏBİYYATINA BƏXŞ ETDİYİ ƏN BÖYÜK YAZIÇIYA və hamımıza qismət olsun.
54 ildən bəri ədəbiyyatı “öz ərazisinə çevirməklə məşğul olduğu, çevirə bildiyi” kimi Yağlıvəndi də ÖZ ƏRAZİSİNƏ, ÖZ KƏNDİNƏ çevirə bilsin!
Məhz Yağlıvənddə Yağlıvəndin ƏN QƏRİBƏ ADAMI ola bilsin!
Qərib yox, məhz Qəribə adamı!
YAĞLIVƏND ADAMI.
Kərim Kərimli
Qəribə adamın müdrikliyi.
Kulis Seymur Baycanın “İşıqlı ferma” hekayəsini təqdim edir.
Gənc və perspektivli bəstəkar Murad Pirverdi maşınla öz kəndlərinə gedirdi. Bəstəkar nazik parçadan ağ yay kostyumu geyinmişdi. Boğazı düymələnməmiş göy köynəyinin üstündən qırmızı rəngli yüngül qalstuk bağlamışdı. Maşın irəliyə doğru hərəkət etdikcə onun artıq dən düşmüş yumşaq saçlarını oynadırdı. Gənc bəstəkar gözlərini qıyaraq çöllərə tamaşa edirdi.
Yayın əvvəli idi. Parlaq günəş sarı buğda zəmilərinin içindəki kombaynları dənizdə üzən balaca gəmilərə oxşadırdı. Hər yerdə kolxozçular gözə dəyirdi. Şən mahnılar oxuya-oxuya, zarafatlaşa-zarafatlaşa işləyən güllü paltar geyinmiş kolxozçu qadınlar və qızlar çəmənlikdəki lalələrə bənzəyirdilər. Məhsul yığımı haqqında məqalə yazmaq üçün qəzetlərdən kolxozlara ezam olunmuş müxbirlər əllərində dəftər-qələm dayanmadan işləyən kolxozçuların arasında gəzib qeydlər götürürdülər.
Bu mənzərələr sanki nə əvvəli, nə də axırı olan dastan söyləyirdi. Havadan təzə buğda qoxusu gəlirdi. Yoldan tez-tez taxıl və samanla dolu maşınlar gəlib keçirdi. Bəstəkar bu maşınlarda oturmuş zəhmətkeş, sağlam, gündən bədənləri qaralmış gənclərə diqqətlə baxsa da heç birini tanıya bilmirdi. O, kənddən çoxdan çıxmışdı. Axırıncı dəfə kəndə gəldiyi zamandan isə səkkiz il keçmişdi. Buna səbəb bəstəkarın kəndlərinə qarşı soyuqluğu deyildi. Sadəcə vaxtı olmurdu. Tələbəlik illəri, bir-birinin ardınca yazdığı uğurlu və uğursuz əsərlər, konsertlər, qastrollar, iclaslar , qurultaylar, yaradıcılıq ezamiyyətləri, Soçi, Yessentuki, Kislovodsk, Moskva, Leninqrad, Kiev.
Bütün bunlar bəstəkarın başını o qədər qatmışdı ki, illərin bu qədər sürətlə gəlib-keçməsinə özü də təəccüb edirdi. Hər gördüyü mənzərədən həyəcanlanmayan bəstəkar bu dəfə kəndlərinə girəndə bərk həyəcanlandı. Bu həyəcana səbəb kənddə daşdan tikilən üstü qırmızı kirəmitli yaraşıqlı və səliqəli evlər idi. Geniş həyət darvazalarının sağ və sol tərəflərinə mavi rəngli skamyalar qoyulmuşdu. Bəstəkar kəndlərində aparılan abadlıq işləri haqqında bir-iki dəfə qəzetlərdə məqalələr oxumuşdu, lakin o, qısa zaman içində bu qədər abadlıq işinin aparılmasının, bu qədər iş görməyin mümkün ola biləcəyini təsəvvürünə gətirə bilməzdi. Sovet hökuməti qurulmazdan əvvəl bu kəndin adamları yerin altında qazmalarda yaşayırdılar. Kənddə yalnız bir adamın evi yerin üstündə yerləşirdi. O ev də kəndin ağasının evi idi.
Bəstəkar həyət darvazasından ata yurduna girəndə on dörd yaşlı bir qızın həyətdə ağac suladığını gördü. Qızın saçları səliqə ilə hörülmüşdü. Hörüyünün uclarına ağ lent bağlanmışdı. Əynində qısaqol sarı rəngli don var idi. Bəstəkar ondan soruşdu:
– Ay qız, bəs Telli arvad hardadı?
Qız bəstəkara baxıb gülümsədi, əlindəki qara rəngli rezin borunu ağacın dibinə atıb quş kimi yüngül addımlarla ona sarı gəldi:
– Xoş gəlmisiniz, yoldaş bəstəkar. Telli nənə fermaya gedib – deyib balaca, qəşəng əlini irəli uzatdı.
Bəstəkar qızın əlini yüngülcə sıxaraq soruşdu:
– Sən kimin qızısan?
– Firuzənin qızıyam. Telli nənə fermaya gedəndə evin açarını bizə verdi ki, qapı-bacadan muğayət olaq.
– Yadında saxla, soruşanda kimin qızısan, adam anasının adını çəkməz, atasının adını çəkər.
– Nə bilim, uşaqlıqdan nəsə belə öyrənmişəm. Soruşanda kimin qızısan, həmişə anamın adını deyirəm.
– Bəs məni necə tanıdın?
– Niyə tanımayım? Azərbaycan pioneri qəzetində sizin haqqınızda məqalə yazmışdılar. Şəkiliniz də var idi.
– Yazmışdılar ki, siz öz əsərlərinizdə vətənimizin gözəlliklərini, zəhmətkeş insanların sadəliyini gözəl tərənnüm edirsiniz.
– Yazmışdılar ki, əsərləriniz günü-gündən püxtələşir. İndi də böyük inqilabçı Orconikidze haqqında əsər yazmağa hazırlaşırsınız.
– Az yazıblar. Bu ağacları anam özü əkib?
– Yox, ağacları komsomolçular əkiblər. Biz pionerlər isə ağaclara qulluq edirik. Ağacları sulayırıq, dibini belləyirik, qıraqlarına çay daşları düzürük. Söz vermişik ki, qısa müddətdə bütün kəndin ərazisini yaşıllıqla bürüyək.
– Çox gözəl təşəbbüsdür. Təbiəti qorumaq, təbiəti sevmək lazımdır. Həmişə belə gözəl işlərlə məşğul olun.
– Bəs kommunistlər nə edirlər?
– Kommunistlər kənddə böyük mədəniyyət evi tikirlər.
Bu sözləri deyəndə qızın səsində qürur hiss olunurdu.
– Kənd üçün yaxşıdır
– Ağlın nə kəsir, camaata bir xeyri dəyəcək?
– Mənim sualım sənə qəribə görünə bilər. Rayonlarımızın, kəndlərimizin çoxunda mədəniyyət evlərini görk üçün tikirlər. Desinlər ki, filan kolxozun da mədəniyyət evi var.
– Hər halda bizimkilər yuxarıdan malades almaq üçün tikməzlər.
– Bizə hər şeydən əvvəl mədəniyyət lazımdır, mədəniyyət. Bizim camaatın ən əsas dərdi mədəniyyətsizlikdir. Mədəniyyət gərək burda olsun.
Bəstəkar sağ əlinin barmaqlarını yığıb yumruğunu üç dəfə alnına vurdu. Yumruqla başın təmasından çox gözəl səs yarandı. Bu səs qızın çox xoşuna gəldi. Ona elə gəldi ki, bu cür gözəl səs yalnız bəstəkarların başından çıxa bilər.
– Demək sən Telli nənənin qızı olmusan.
– Kənddəki qızların hamısı Telli nənənin qızları deyilmi?
– Mən də gecə-gündüz fikir edirdim ki, görəsən arvad tək-tənha bu evdə necə yaşayır. Yaman nigaran idim ondan. İndi mən onu görmək üçün bura gəlmişəm, o da fermaya gedib. Bu bir az yaxşı olmadı.
– Siz maşınla üç saata fermada ola bilərsiz.
– Bəyəm fermaya maşın yolu var?- bəstəkar təəccüblə soruşdu.
– Əlbəttə var, keçən il fermaya yaxşı yol çəkmişik-qız sevinclə cavab verdi.
– Nə yaxşı- bəstəkar saatına baxdı. Deməli indi çıxsaq üç saatdan sonra Telli nənənin hüzurunda olarıq.
Maşın bir saata qədər zəmilərin arası ilə yol gedəndən sonra yuxarı, dağlara tərəf qalxmağa başladı. Elə bil buralara bahar təzədən qayıtmışdı. Dağların döşündə saysız-hesabsız lalələr qızarırdı. Müxtəlif quşların səsi eşidilirdi. Havadan dağ nanəsinin və kəklikotunun ətri gəlirdi. Üstü yosunlu daşların çalalarında yağışdan qalma sular parıldayırdı. Yolun kənarında bir at, iki eşşək otlayırdı. Otlayıb doymuş bir inək başını dik tutaraq uzaqlara baxırdi. Bu mənzərələr bəstəkarı uzaq günlərə apardı. O, uşaq olarkən bu yerlərdən çox gəlib-getmişdi. O vaxtlar adamlar bu yolu iki-üç günə gedib-gələrdilər. Bəstəkar yaratdığı əsərlərdə vətəninin gözəlliklərini tərənnüm edərkən bu yerləri çox xatırlamışdı.
Yavaş-yavaş axşam düşür, üfüqdəki buludlar tünd-bənövşəyi rəng alır, arada külək əsir otları, kolları tərpədirdi. Nəhayət, ətrafı qaranlıq bürüdü. Bu qaranlıqda dağlar daha böyük, daha əzəmətli və bir az da qorxulu görünürdü. Maşın indi yola işıq sala-sala gedirdi. Birdən onlar uzaqda qaranlığın içində yüzlərlə işığın sayrışdığını gördülər.
– Bu tərəflərdə kənd yoxdur. Bu işıqlar harda yanır görəsən?
Bəstəkar sualına cavab tapmaq üçün azca dikilib diqqətlə irəli baxdı. Amma nə qədər diqqətlə baxsa da sualına cavab tapmadı.
– Başım çıxmır. Bəlkə cinlər özlərinə toy edirlər?
Bu zarafat sürücünü bərk qorxutdu. Başını azca sağa çevirib həm də qabağa yola baxa-baxa ehtiyatla dedi:
– Murad müəllim, sizdən bir xahişim var.
– Xahiş edirəm cinlərdən danışmayın.
– Qorxuram. Uşaqlıqda cinlər haqqında o qədər qorxulu nağıllar eşitmişəm ki, indi böyüyüb yekə kişi olsam da cin qorxusu hələ də canımdan çıxmayıb.
Gənc və perspektivli bəstəkar bərkdən güldü.
– Qorxma. Sovet hökuməti qurulandan sonra daha burda cin qalmayıb. Hamısı qaçıb gedib kapitalist ölkələrinə. Saysız-hesabsız quruculuq işlərinin getdiyi yerdə cin qala bilməz.
Cavabı bəstəkarın özünün də xoşuna gəldi. Düşündü ki, bu mövzuda balaca yığcam bir əsər də yazmaq olar. Araya sükut çökdü.
İyirmi dəqiqədən sonra maşın yan-yana düzülmüş və elektrik işığında divarları ağaran evlərin qabağında dayandı. İri qoyun itləri qəzəblə hürüşərək, tökülüb maşını dövrəyə aldılar. Bir gənc oğlan itləri qovub maşına yaxınlaşdı. Bəstəkar maşının qabağına çıxan gənc oğlandan soruşdu:
– Cavan oğlan, bura hansı kənddir?
– Bura kənd deyil, bura Canbul Cabayev adına kolxozun fermasıdır-oğlan fəxrlə cavab verdi.
Çox arıq olmasına baxmayaraq, yaraşıqlı bir oğlan idi. Yaşı iyirmi beşdən artıq olmazdı. Bəstəkar bu arıq gəncdə tükənməz bir qüvvə, həyata güclü bir bağlılıq hiss etdi. Elə bil o, bu saat səni heyrətdə qoyan fövqəladə bir iş görəcəkdi. Elə bil başqalarının bilmədiyi bir çox sirlər ona məlum idi.
Elektrik işığında divarları ağaran evlərdən birindən qoca qadın çıxdı:
– A bala, o gələn kimdir?
Bəstəkar bu səsi dərhal tanıdı.
– Demək bura kənd deyilmiş, ferma imiş – deyərək bəstəkar həyəcanlı halda maşından düşdü.
O, kənarda dayanmış itlərdən qorxa-qorxa ehtiyatlı addımlarla elektriklə işıqlandırılmış voleybol meydançasından keçərək səs gələn evə tərəf getdi. Meydançanın kənarlarına ağaclar əkilmişdi. Ağacların arasına Əlişir Nəvainin balaca heykəli qoyulmuşdu. Evin qarşısında dayanmış qoca qadın əlini elektrik işığından qamaşan gözlərinin üstünə qoyub irəli baxırdı. Bəstəkar qadına yaxınlaşıb onun beş addımlığında dayanıb gülümsədi. Yalnız bu zaman ana öz oğlunu tanıdı və qollarını geniş açdı. Bu görüşü təsvir etməkdə qələm acizdir…
Ana üzünü, boyca özündən hündür olan oğlunun geniş sinəsinə qoymuşdu. Ana oğlunun ürək çırpıntılarını eşidirdi. Bu, güclü bir həyatın səsi idi. Bu geniş sinəni, bu oğulu dünyaya bu üzü qırışmış qadın vermişdi. Ana öz qüdrətiylə fəxr edirdi. Onun sümükləri çıxmış quru əlləri oğlunun qollarından yapışmışdı. Ana bu qollardakı yaratmaq qüvvətini hiss edirdi. Sanki qarının bütün duyğuları bir anda baş qaldıraraq fövqəladə bir sürətlə işləyirdi.
– Bu gün gözüm elə hey yol çəkirdi. Demə sən gəlirmişsən… Uşaqlar elə hey səndən giley eləyirlər. Deyirlər oğlunun şəklini görürük, amma üzünü görə bilmirik. Mən də deyirəm təki canı sağ olsun, əlbət işi-gücü çoxdur.
– Elədir, ana! İşim çox olur – oğul astadan cavab verdi.
– Bilirəm. Hamımızın işi çoxdu. İşimiz çoxdur, vaxtımız az. Çatdırmaq olmur. Burda dayanma. Keç içəri.
Ana oğlunu irəli buraxıb geniş, səliqəli, işıqlı otağa keçirtdi. Böyük stolun ərafına düzülmüş stullardan birinə oturdub özü isə çay və yemək hazırlamağa başladı. O, mətbəxdən çıxıb tez-tez oğluna yaxınlaşır, sual verir, cavab alırdı. Fermanın əməkdaşları bir-bir evə girir, bəstəkarla utana-utana, çəkinə-çəkinə salamlaşır və stol arxasında əyləşirdilər. Ana hərənin qarşısına bir stəkan çay qoydu. Sonra stolun üstünə pendir, tərəvəz salatı, soyutma ət, çörək düzdü. Bir neçə dəfə mətbəxə gedib-gəldi. Hər dəfə də mətbəxdən qayıdanda ana eyni sözləri təkrar edirdi :
– Əvvəlcədən bilsəydim, ürəyin nə istəsəydi bişirərdim.
Oğul da hər dəfə eyni sözü təkrar edirdi:
– Narahat olma, hər şey yaxşıdı. Mən qarın açmağa gəlməmişəm, səni görməyə gəlmişəm.
Fermanın əməkdaşları bəstəkarla söhbətə başlamağa utanırdılar. Onlar üçün şəklini mərkəzi qəzetlərdə gördükləri adamla söhbət etmək çətin idi. Çoxsaylı xahişlərdən sonra ana nəhayət stol arxasında oturdu. Fermanın əməkdaşlarını bir-bir oğluna təqdim etdi:
– Bax, bu bizim fermanın mal həkimidir-ana, qara kostyumun altından ağ köynək geyinmiş, yaşıl qalstuk bağlamış, qısaboylu, kök oğlanı göstərdi.
Sonra başını qəhvəyi rəngli məxmər kostyum və qırmızı ipək köynək geyinmiş oğlana tərəf çevirərək dedi:
– Bu da bizim fermanın müdürüdür. Yerdə qalanlar da bizim fermanın çobanlarıdır.
Bayaq itləri qovub bəstəkarı qarşılayan arıq oğlan da çobanların arasında idi.
– Sənin işlərin necədir, ana? Yenə əvvəlki kimi sağa bilirsənmi?
– O gün rayon qəzetində şəkli çıxmışdı-baytar həkim dedi.
– Qocalıb. Deyirəm əşi get otur evdə, istirahət elə… – Ferma müdiri zarafatla dedi.
– Onu görməyəcəksən! – Ana ferma müdirinin sözünü kəsdi. – Bundan sonra yetmiş il yaşasam da yenə də evdə oturmaram. Mənə nə olub ki, siz işləyəsiniz, mən də kənarda durub tamaşa edəm.
Ana bu sözləri çox böyük qızğınlıqla deyirdi. Oğlu gözlərini qırpmadan ona baxırdı. Bu balaca qadındakı həyat eşqi, işləmək həvəsi onda fərəh doğururdu.
– Dur bir gör sürücü necə oldu? – ana hirsli halda baytar həkimə baxdı.
Baytar həkim ayağa qalxmaq istəyirdi ki, sürücü özü gəlib çıxdı.
– Keç, əyləş, bala- ana sürücüyə yer göstərdi.
– Bu işıq hardandı, ana? – Bəstəkar bu sualı verib başının üstündə yanan, evə gur işıq saçan elektrik lampasını göstərdi.
– Mirran kəndi yadındadırmı?
– İndi orda böyük kalxoz qurublar. Yekə bir stansiya tikiblər. İşığı ordan alırıq.
– Vermirdilər. Telli nənəni saldıq üstlərinə. O qədər gedib gəldi ki, axırda razı oldular-ferma müdiri bu sözləri deyərək gülümsədi.
Bu zaman bayırda bir inək mələdi.
Ana özü-özü ilə danışırmış kimi başını baytar həkimə çevirmədən dedi:
– İki saatdan sonra verəcəm- baytar həkim qolundakı saata baxdı.
Araya sükut çökdü. Ferma əməkdaşlarının sifətlərində birdən-birə qayğılı ifadə yarandı. Sanki hansısa ümumi bir qayğı bir anda onları məclisdən uzaqlaşdırdı. Ana dodaqlarını sıxaraq qarşısındakı bir nöqtəyə baxırdı.
– Bu axşam da dilini ota vurmadı.
Bəstəkar maraqla soruşdu:
– Bir yaxşı inəyimiz var. İki gündü xəstələnib. Heç nə yemir. Tapa bilmirik dərdi nədir- baytar həkim cavab verdi
Ananın sifətindəki qayğılı ifadə bəstəkara uşaqlıqdan tanış idi. Hər dəfə o, xəstələnəndə ananın üzündə belə bir qayğılı ifadə yaranırdı. Ana həmişə anadır-bəstəkar düşündü.
– İnəklərin hamısı yerli cinsdəndir?
– Xeyr, Rusiya cinsindən olan inəklərimiz də var. İndi çalışırıq ki, inəklərimizin çoxu rus inəkləri cinsindən olsun. Özünüz bilirsiniz ki, bizim inəklər həm cır olur, həm də az süd verir. Amma rus cinsindən olan inəklər…
– Bəs rus cinsindən olan inəklər yerli şəraitə alışa bilirlərmi?
– Hamısı baxmaqdan asılıdır. Əvvəllər saxlamağın qaydasını bilmirdik. Ona görə xəstələnəni çox olurdu. Yavaş-yavaş öyrənirik. O gün iclasımız var idi. Telli nənə təklif elədi ki, bir-iki adam göndərək Rusiya kolxozlarına, gedib görsünlər orda inəkləri necə saxlayırlar. Biz də belə qərara gəldik ki, elə Telli nənənin özünü göndərək Rusiyaya. Gedib orda Rusiya kolxozçularından rus cinsindən olan inəkləri saxlamağı öyrənsin.
– Deməli, Telli nənə tezliklə yaradıcılıq ezamiyyətinə gedəcək?- bəstəkar gülümsədi.
– O nə deməkdir?- ana ciddi halda soruşdu.
– Məsələn, necə ki, məni əsər yazmaq üçün Soçiyə, Yessentukiyə, Kislovodskiyə göndərirlər, səni də inək saxlamağı öyrənmək üçün Rusiya kolxozlarına göndərəcəklər…
– Bəs necə? – ana oğlunun nə demək istədiyini başa düşərək onun sözünü kəsdi. – Sən öyrənmək istədiyin kimi biz də öyrənmək istəyirik. Öyrənmək heç vaxt gec deyil. Hələ öyrənməli o qədər şeylər var ki… Bilirsən, oğul, baxıb görürəm ki, dədə-baba qaydasıyla daha iş aşmır. İstəyirsən sağıcı ol, istəyirsən çoban, istəyirsən bəstəkar, hamıya elm lazımdır. Biz də çalışırıq ki, fermamız daima inkişaf eləsin. İnəkləri işıqlı tövlələrdə saxlayaq.
Ana vəcdlə danışırdı. Ana danışdıqca bəstəkarın ürəyi qürurla dolurdu. O, anasının mədəniləşmək, öyrənmək, müasirləşmək həvəsi ilə fəxr edirdi.
Bayaq itləri qovan çoban bəstəkara diqqətlə baxıb dedi :
– Yoldaş bəstəkar, sizə bir sual vermək istəyirəm.
– Buyurun. Ürəkli olun. Siz mənə ürəyiniz istəyən sualı verə bilərsiniz.
– Təşəkkür edirəm. Bu, çox böyük etimaddır. Mən bir dəfə “Vokruk sveta” jurnalında oxumuşdum ki, Almaniyada inəkləri Motsartın musiqilərinin sədaları altında sağırlar. Deyilənə görə Motsartın əsərlərinə qulaq asan inəklər başqa inəklərə nisbətən daha çox süd verirlər. Bu nə dərəcədə doğrudur? Burda məntiq varmı?
– Belə bir məqalə mən də oxumuşdum. Burda həqiqət payının nə dərəcədə olduğunu deyə bilmərəm.
– Bəs siz bir bəstəkar kimi necə düşünürsünüz, əgər biz də öz inəklərimizi Motsartın əsərləri ilə tanış etsək, onların südü arta bilərmi?
– Mənə elə gəlir ki, bizim inəklər Motsartın əsərlərini o qədər də yaxşı başa düşməzlər. Motsartın əsərləri alman inəkləri üçündür. Çünki alman inəkləri dünyaya göz açan gündən Motsartın əsərlərinin ruhuna uyğun bir mühitdə böyüyürlər.
– Sizin sözünüzdən mən belə başa düşdüm ki, bizim inəklər muğamlara, xalq mahnılarına qulaq assalar daha uğurlu nəticələr əldə edə bilərik. Biz müasir həyatın nəbzini tutmaqla bərabər, keçmişimizi də yaddan çıxarmamalıyıq. Gözəl ənənələrimizi həmişə yaşatmalıyıq.
– Hər inəyin öz musiqisi olmalıdır. Məncə biz öz inəklərimiz üçün xüsusi əsərlər yazmalıyıq. Geriyə qayıdanda bəstəkar dostlarımla bu barədə fikir mübadiləsi aparacağıma söz verirəm. Bu işlə mütəxəssislər məşğul olmalıdırlar. Hər hansı səhv addım böyük faciələrlə nəticələnə bilər.
Hamı fikrə getdi. Hər kəs özlüyündə səhv addım atılarkən hansı faciələrin baş verə biləcəyini ehtimal etməyə çalışırdı.
Evin yuxarı başında yerləşən şkafda müxtəlif kitablar düzülmüşdü. Burda müasir Azərbaycan və rus yazıçılarının, Balzakın, Defonun, Mayn Ridin, Jül Vernin və başqalarının əsərləri, kənd təsərrüfatına, maldarlığa, siyasi məsələlərə aid kitablar vardı. Bəstəkar kitabları göstərib soruşdu:
– Bu kitabları kim gətirib?
– Mən gətirmişəm. Rayon mərkəzi kitabxanasının müdirinə məktub yazdım. Sağ olsun. Xahişimə müsbət cavab verdi. Bizim üçün üç min ədəd kitab ayırdılar. Kolxozun iclasında qərara gəldik ki, hər bir zəhmətkeşin evində kitabxana olmalıdır. Həftədə iki dəfə yığışıb oxuduğumuz əsərləri müzakirə edirik.
Gənc çobanın qarşısında qalın bir kitab vardı. Çobanın yana daranmış saçı, arıq üzü, düz burnu, şabaladı gözləri arasında bir ahəng hiss olunurdu. Lakin qarşısındakı qalın kitab bu ahəngi pozurdu. Arıq bir adamın belə qalın kitab oxuması bəstəkara maraqlı gəldi.
– Üzr istəyirəm, kitaba baxmaq olarmı?
– Əlbəttə. Buyurun. Borcumuzdur.
Bəstəkar kitabı alıb əvvəlcə müəllifin və əsərin adını oxudu – Leon Feyxtvanger. “Qəribə adamın müdrikliyi”- sonra kitabı vərəqlədi:
– Necədir? Xoşunuza gəlirmi?
– Doğrusunu desəm o qədər də xoşuma gəlmir?
– Niyə? Səbəb nədir?
– Bağışlayın, mən deyəsən fikrimi düzgün ifadə etmədim. Əsər xoşuma gəlir, əsərin qəhrəmanı xoşuma gəlmir. Ora gedir, bura gedir. Baş açmaq olmur həyatdan nə istəyir. Adamı təngə gətirir. Bütün bunlara birtəhər dözmək olar, amma mən adamların sözləri ilə əməlləri arasında ziddiyyət görəndə dözə bilmirəm. Böyük şəxsiyyətlərin yazdıqları ilə hərəkətləri arasındakı ziddiyyətlər həmişə məni çaşdırır. Jan Jak Russo cəmiyyətin ədalətsizliklərindən danışır, uşaqları necə tərbiyə etmək haqqında öyüd-nəsihət verir, belə bir dahi insan öz övladlarını anadan olan kimi uşaq evinə atırmış.
– Bizim üçün onların fikirləri maraqlıdır. Adamlar ölüb gedir, fikirlər, ideyalar isə yaşayır. Həyat müvəqqəti, sənət isə daimidir.
– Düzdür, amma məncə irəli sürdüyün ideyanı ilk növbədə özünə tətbiq etmək, dediyin sözlərin doğru olduğunu öz həyatınla sübut etmək hər bir insanın vətəndaşlıq borcudur. Məsələn, biz bilirik ki, həqiqi vətəndaş cəmiyyətin xeyrini öz şəxsi mənafeyindən həmişə üstün tutmalıdır. Bu öz-özlüyündə bir ideyadır. Lakin bir anlığa təsəvvür edək ki, bizlərdən hər birimiz bu ideyanı təbliğ etdiyimiz halda, gecə-gündüz yalnız və yalnız öz xeyrimiz haqqında düşünürük. Onda vəziyyət necə olar? Əlbəttə ki, bu zaman heç bir ideya səmərə verməz.
Elə adamlar var ki, sözdə həqiqəti qəbul edirlər, başqasına məsləhət verəndə yaxşı danışırlar, amma dediklərini həyata keçirmək məqamı gəlib çatanda geri çəkilirlər, arxaya qaçırlar. Çünki hər yaxşı fikrin əmələ çevrilməsi üçün zəhmət lazımdır. Hər həqiqət həyatda ağır müqavimətlərə rast gəlir. Bəzən həqiqət insanın öz ürəyinin müqavimətləri ilə qarşılaşır. Bu müqavimətləri qırmaq üçün insanın fikri açıq, iradəsi möhkəm olmalıdır. Biz unutmamalıyıq ki, öz xeyrini güdüb başqalarını yaddan çıxartmaq bizim böyük məqsədimizə uyğun gəlmir. Bu bir növ xüsusiyyətçilikdir. Biz belə hallarla qəti mübarizə aparmalıyıq. Biz ancaq özümüzü düşünə bilmərik. Biz sosializm cəmiyyətinin adamlarıyıq. Ancaq öz xeyrini güdənlər isə burjuaziya qalıqlarıdırlar. Biz keçmiş cəmiyyətin zəhərini damarlarımızdan damcı-damcı sıxıb çıxarmalıyıq. Ancaq o zaman, tam azad, rahat nəfəs ala bilərik.
Bir adamın fikri hökm şəklini alanda, bir adamın fikri bütöv kolxozun, rayonun, hətta bütün xalqın fikrini əvəz edəndə ağır nəticələr verir. Şəxsin fikir və iradəsinin bütün cəmiyyətin fikir və iradəsindən üstün olması məqbul sayılsaydı, o zaman şahları, sultanları, imperatorları taxt-taxdan düşürməyə ehtiyac yaranmazdı. Ağıl ağıldan üstündür. Təəssüf ki, bizim cəmiyyətdə elə adamlar var ki, bu hikmətli atalar sözünü unudur. İş başına keçəndə özünü hamıdan üstün tutur, hamıya yuxarıdan aşağı baxır. Özünü hamıdan ağıllı hesab edir. Əkinçiyə də, fəhləyə də, müəllimə də, həkimə də, yazıçıya da göstəriş və ağıl vermək iddiasına düşür. Nə desə gözləyir ki, hamı çəpik çalıb, alqışlayıb, “bəli, doğrudur”, “düz buyurursunuz”, “siz bizim hamımızdan ağıllısınız” qışqırsınlar. Belələri elə bilir ki, xalq yüksək vəzifə ilə bərabər hamının əvəzinə düşünmək, hamının əvəzinə hökm vermək ixtiyarını da onlara vermişdir. Bu cür qənaətə gəlmək onları ağılsız hərəkətlər etməyə sövq edir. Nəticədə çox adamın səadəti pozulur, axırda da özləri də bədnam olurlar…
İndi gənc çobanın səsində bir qətiyyət və amansızlıq var idi. Çobanın fikirlərini belə qətiyyətlə ifadə etməsi bəstəkarın çox xoşuna gəldi. Bu son vaxtlar kəndlərdə aparılan mədəniləşmə və müasirləşmə siyasətinin, quruculuq işlərinin bariz nəticəsi idi. Bu siyasətin nəticəsində zəhmətkeşlərin təbiətində olan yaratmaq meyli öz həqiqi istiqamətini tapmışdı. Məclisin digər iştirakçıları diqqətlə bəstəkarla çobanın söhbətinə qulaq asırdılar. Yavaş-yavaş onlar da söhbətə qoşuldular. Bütün günü işləyib yorulduqlarına baxmayaraq, onlar maraqla bəstəkarı dinləyir, yalnız musiqi dünyası barəsində deyil, müxtəlif ölkələr, şəhərlər, atom silahı, sülh və müharibədən, gələcəkdən də suallar verirdilər. Bəzən biri o birinin sualına cavab verirdi, axırda da hamısı bəstəkarın son sözünü gözləyirdi. Bəstəkar hiss edirdi ki, günəşin tunc rəngə boyadığı, zəhmətdə bərkimiş bu adamlar ona baxanda, səsini eşidəndə ləzzət alır, yorğunluğu unudaraq dincəlirdilər. Bəstəkar hiss edirdi ki, zəhmətkeşlərə lazımdır, onlara faydası dəyir, ürəklərində xoş duyğular, gələcəyə inam oyadır.
Əgər bayırda itlər bərkdən, topayla hürüb səs-küy salmasaydılar bu söhbət uzun çəkəcəkdi.
Gənc çoban – itlər canavara hürür – dedi və özünü təlaşla çölə atdı. Digər çobanlar, ferma müdiri, baytar həkim də çobanın dalınca çölə qaçdılar. Bəstəkar da çölə çıxmaq istəyəndə ana dilləndi:
– Sən getmə. Qal burda.
– Qorxuram sənə bir şey ola.
– Nədən qorxursan, o qədər adamın arasında canavar gəlib məni yeməyəcək ki…
Bəstəkar onun qorxmaz olduğunu ta uşaqlıqdan bəri həmişə şübhə altına alan anasını tənəli baxışlarla süzüb başını buladı, bayıra çıxdı. Çöldə itlərin səsi bir-birinə qarışmışdı. Arada bir güllə açıldı. Ani yanıb-sönən qığılcımdan bəstəkar davanın voleybol meydançasından o tərəfdə, ferma işıqlarının çatmadığı yerdə, qaranlıqda getdiyini müəyyən etdi. O ucadan qışqıran ferma müdirinin sözlərini eşitdi :
– Atma, güllə itə dəyər.
İtlərdən hansısa bərk zingildədi. O biri itlərin daha dəhşətli hürüşündən bəstəkar itlərin artıq canavarla tutuşduqlarını hiss etdi. Boğuşan, hürüşən dəstə indi evlərə tərəf yaxınlaşmaqda idi. Görünür itlər canavarın qabağını kəsmişdi. O, amansız hücumdan qorunaraq özünü gah bu, gah da o biri itin üstünə atırdı. Yenə də ferma müdirinin səsi eşidildi:
Az qala bütün çölü sarsıdan çığırtı qopdu. Vuruşmanın son nöqtəyə çatdığı hiss edilirdi. Doğurdan da azca keçməmiş qanlı boğuşma və hürüşmələr yavaşıdı. Nəhayət kəsildi. Çobanlar canavarın leşini sürüyüb voleybol meydançasının ortasına gətirdilər. Hamı meydançaya yığıldı. Canavarın dərisi parça-parça olmuş, boğazı çeynənmiş, qarnı sökülmüşdü. Ferma müdiri üzünü gənc çobana tutub dedi:
– Yeri get kök toğlulardan birini çıxart. İtlərə quyruq vermək lazımdır. Quyruğunu itlərə verərik, ətini özümüz yeyərik.
Gənc çoban qaçaraq ağıllardan birinə getdi. Ferma müdiri bəstəkardan soruşdu:
– Yoldaş bəstəkar, necədir, həyatımız xoşunuza gəlirmi?
Bəstəkar düşünmədən cavab verdi:
– O qədər xoşuma gəlir ki, elə bilirəm yuxudayam.
İnsanın canına xoş bir üşütmə salan sərin dağ mehi əsərək voleybol meydançasının ətrafına əkilmiş ağacların nazik budaqlarını, yarpaqlarını titrədirdi…
- Opera və Balet Teatrı premyeraya hazırlaşır
- Yerdən məktublar – Mark Tven
- Darıxan adam haqqında bir neçə fraqment – Mahir N. Qarayev yazır…
Rəsul Cəfərov, Anar Məmmədli və Rəşadət Axundovun həbsdə oxuduğu kitablar
Martın 17-də prezident İlham Əliyevin sərəncamı ilə əfv sərəcamı imzalanıb.
Əfv olunan məhbuslar içərisində Beynəlxaq insan hüquqları təşkilatlarının siyasi məhbus hesab etdiyi şəxslər də var.
Qaynar.info azad edilən siyasi məhbus hüquq müdafiəçisi Rəsul Cəfərovun, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin və NİDA Vətəndaş Hərəkatının üzvü Rəşadət Axundovun həbsxana zamanı oxuduğu kitabların siyahısını yayıb.
1. Борис Акунин, “Черный Город”
2. Сергей Довлатов, “Встретились, Поговорили”
3. Aqata Kristi, “Şərq Ekspresində ölüm”
4. John Grisham, “A time to kill”
5. Sharon Pywell, “everything after”
6. Graham E. Fuller, “Turkey and the Arab Spring”
7. Paulo Coelho, “The Alchemist”
8. Vaclav Havel, “Letters to Olga”
9. Patrick Suskind, “Parfümer”
10. Qan Turalı, “Doqquz hekayə”
11. Suzanne Collins, “Mockingjay”
12. Michael Connelly, “The Lincoln Lawyer”
13. Вернар Вербер, “Энциклопедий Относительного и Абсолютного знания”
14. Cinayet Mecellesinin kommentariyasi
15. Cinayet Prosessual Mecellenin kommentariyasi
16. George Orwell, “Animal farm” (rus diline tercumesi)
17. Ray Bradbury – “Farenheit 451” (rus diline tercumesi)
18. Nial Fergusson – “Civilization”.
1. ABŞ xalqları tarixi, Hovard Zinn
2. Lion Feuxtvanger, “Qəribə adamın müdrikliyi və ya Jan-Jak Russonun ölümü və ölməzliyi” və “Lautenzak qardaşları” romanları
3. Mixail Şoloxov, “Sakit Don” romanı
4. Andrey Platonov, “Takir” və “Can” povestləri,
5. Heynrix Mann, “Təbəə” romanı
6. Corc Oruell, “Heyvanıstan” və “Kataloniyaya məhəbbətlə” romanları;
7. Vladimir Nabokov, “Lujin müdafiəsi”və “Obskur kamerası” romanları;
8. Luis Sinkler, “Eurosmit” romanı
9. Joze Saramaqo, “İsanın incili” romanı;
10. Stefan Sveyq, “Erazm Roterdamlı”, “Yad qadının məktubu”, “Dəhşətli sirr” və “Qorxu” əsərləri;
11. Çarlz Bukovski, “Poçt idarəsi”;
12. Rabindranat Taqor, “Fəlakət”və “Ev və Dünya” romanları
13. Herman Hesse, “Yalquzaq” və “Knulp” romanları,
14. Heinrix Böll, “Bir təlxəyin düçüncüləri” və “O illərin çörəyi”;
15. Erix Maria Remark, “Lissabon gecəsi”;
16. Alber Kamu, “Taun”, “Çöküş” və “Yabançı”;
17. Бертран Рассел, История западной философии
18. Жан-Жак Руссо, Исповедь
19. Борис Пастернак, Доктор Живаго
20. Франишек Яноух, Нас сблизила пражская весна
21. Эрих Фромм, Бегство от свободы, Душа человека и Искусство любить
22. Michael Sandel, Justice What is the Right thing to do?
23. Naom Chomsky, Occupy
24. Friederik Hayek, The Constitution of Liberty
25. The Oxford Handbook of the Welfare State,
26. The Politics of Democratic Socialism, Evan Dublin
27. John Maynard Keynes, General theory of Employment, Interest and money;
28. Edward Said, Orientalism
29. Milton Friedman, Democracy and Capitalism;
30. Joseph Schumpeter, Democracy, Socialism and Capitalism;
1.Cinayət və Cəza, Karamazov qardaşları, İdiot, Şeytanlar, Alçaldılmışlar və təhqir edilmişlər F.Dostoyevski
2.Hərb və Sülh, Anna Karenina, EtiraflarL. Tolstoy
3.Seçilmiş əsərləri, Atalar və oğullar, Rudin İ. Turgenyev
4.Seçilmiş əsərləri A.Çexov
5.Master və Marqarita, İt ürəyi – M.Bulqakov
6.Müfəttiş, Ölü canlar Qoqol
8.Arbat övladları A. Rıbakov
9.Generation П V.Pelevin
11.Seçilmiş əsərləri Şoloxov
12.Səfillər, Paris Notr dam kilsəsiViktor Hüqo
13.Povestlər (Qorio ata, Qobsek, Polkovnik Şaver və s …) Onore de Balzak
14.Qızılgülün adı, Esselər U.Eko
15.Varoluşun dözülməz yüngüllüyü M.Kundera
16.Patriarxın payızı, Yüz ilin tənhalığı, Polkovnikə məktub yoxdur, Qırmızı bazar ertəsi Q. Markez
17.Siçanlar vəadamlar Con Steynbek
18.Dəmir daban, Martin İden C. London
19.Amerika faciəsi, Kerri bacı T.Drayzer
20.Pereyra iddia edir – Antonio Tabukki
21.Mən necə idiot oldum? M. Paj
22.Seçilmiş əsərləri (dram əsərləri),Kəmalüddövlə məktubları M.F.Axundov
23.Çovdarda uçurumdan qoruyan C.Selincer
24.Çərpələng uçuran, Və dağlardan səda gəldi X.Hüseyni
26.Nə etməli? – Çernışevski
28.Qərb cəbhəsində dəyişiklik yoxdur – E. M. Remark
29.Ana ürəyi, Mənim mübarizəm – Seymur Baycan
30.Imperatorun sifarişi-hekayələr,Məhkəmə – F.Kafka
31.Yad, Taun – A.Kamyu
32.Üzüyola Luiza, Teatr S.Moem
33.Balaca şahzadə – Antuan de Sent Ekzüperi
34.Seçilmiş əsərləri Ə.Əyilisli
35.Dünənin dünyası S.Sveyq
38.Studentlər, Bir cavanın dəftəri Y.V.Çəmənzəminli
39. Həmidə Cavanşir:Xatirələrim M.Vəzir
40.Don Kixot – Servantes
41.Norveç meşəsi – H.Murakami
42.Cənnətdə bir iblis – H.Miller
43.İvan Denisoviçin bir günü – A.Soljenitsin
45.Kar, Kafamda bir tuhaflık – O.Pamuk
47.Seçilmiş əsərləri R.Taqor
48.Zərdüşt belə deyirdi F.Nitşe
49.1984, Heyvanıstan C.Oruell
50.Diktaturadan demokratiyaya doğruC.Şarp
51.Strateji dinc mübarizə :Əsas prinsiplər R. Helvey
52.İmperiya, Şahənşah R.Kapuşinski
53.Saraysız başkan J. Mujika A.Danzavə E. Tulbovitz
54.Maçinli kız için ev A.Nesin
55.Gündəliklər və məktublar , Leninə qarşı Trotski, Xəyanətə uğrayan inqilab, Stalin, Terrorizm və kommunizm L.D.Trotski
56.Marksın insan konsepsiyası E.Fromm
57.Marks nəyi səhv edirdi? Bakunin
58.Dinlə kiçik adam V.Reyx
59.İqtidarı anlamaq N.Chomsky
60.Abim Deniz C.Dündar
61.İsim Şehir Artist Y.Özdil
62.Uğur Mumcuyu kim öldürdü ? A.Gerger
63.Çe Gevaranın son sirri, Ədəbi portretlər M.Süleymanov
64.Qadağan olunmuş kitab R.Raufoğlu
65.Kişilərin kitabı Oşo
66.Cəhənnəm iztirabları- hekayələr
67.7 məhbusun hekayəsi-hekayələr
68.Eğlencesini yitiren ülke C.Özdemir
69.Susqunluğun anatomiyası , The Garden party and other plays, Letters to Olga V.Havel
70.7 habits of highly effective people S.Covey
71.Drop the pink elephant B. McFarlan
72. Analysis for financial management R. C.Higgins
73. Valuation Measuringand managing the value of companies T. Copeland T.Keller J.Murin
74.Azadlıq haqqında C.S. Mill
75.İsrailin beka stratejisi ve kürtlerL.Eroğlu
77.Evarist Qalua L.İnfild
78.On bir gecə – Rasim Qaraca
79.Hekayələr Rafiq Tağı
80.Человек из Зардоба Р. Бадалов
81.Oktyabra məktublar E.Astanbəyli
Comments are closed, but trackbacks and pingbacks are open.