Qara mühasibatlığ”a qarşı kart sistemi işə salınır
İqtisadi məsələlər üzrə hüquqşünas Eldar Qocayev bildirdi ki, əmək münasibətlərində bu cür üsulların tətbiqi ən birincisi şəffaflığın təmin edilməsi üçündür: “Çünki, özəl şirkətlərin vergidən yayınmasının qarşısını alır. Ancaq söhbət ondan gedir ki, burada digər həvəsləndirici amillər olmalıdır. O zaman özəl şirkətlər ediləcək həmin dəyişikliyə həvəslə gedərlər. Çünki, özəl şirkətlərin ikili mühasibatlıqdan istifadə etməsinin əsas səbəblərindən biri onlara yanaşmanın ikili standartla olmasıdır. Dövlət qurumları tərəfindən özəl şirkətlərlə davranışda da şəffaflıq kifayət qədər təmin olunmalıdır. Yəni, Rusiyadakı üsulu ölkəmizdə də tətbiq etmək olar. Ancaq bunun üçün ilk növbədə özəl şirkətlərlə şəffaf rəftar da olunmalıdır. Əks təqdirdə əmək haqlarının kartla verilməsində də ikili mühasibatlığı qurmaq çətin məsələ deyil. Bütün üsulların əvvəlində onun təminatı məsələsi dayanır”.
Radil fətullayev beynəlxalq mühasibatlığa giriş
Radil Fətullayev : “Biznes strukturlarının sayı artdıqca mühasiblərə olan ehtiyac da artacaq” Vüqar Bayramov: “Mühasiblərə olan tələbin artması son zamanlar iqtisadiyyatda tətbiq edilən yeni qaydalarla bağlıdır”
Son dövrlər tanınmış şirkətlərin, bankların iş elanlarında mühasibə tələbin əhəmiyyətli dərəcədə artması müşahidə olunur. Müətəxəssislər tələbin artmasının gözlənilən olduğunu deyirlər. Bunu həm mövcud maliyyə vəziyyəti, həm də ixtisaslı kadr problemi ilə əlaqələndirirlər.
Müsahibatlıq məsələləri üzrə ekspert Radil Fətullayev bildirdi ki, 9 fevral 2017-cı il tarixdə kommersiya təşkilatları üçün milli mühasibat uçot standartı tətbiq olundu: “Yeni standartlar yeni uçot sisteminin tətbiq olunmasını tələb edir. Bu da beynəlxalq mühasibat standartlarını bilən mühasiblərə olan tələbi artırıb. Eyni zamanda 2017-ci ildə Vergilər Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, əlavə dəyər vergi ödəyiciləri aprel ayından, sadələşdirilmiş vergi ödəyiciləri isə 1 yanvar 2018-ci il tarixindən etibarən elektron qaimə-faktura təqdim etməlidirlər. Vergilər Məcəlləsinə edilən digər dəyişikliklər – hesabat formaları ilə bağlı dəyişikliklər, «ASAN imza»nın Dövlət Sosial Müdafiə Fonduna hesabatda tələb olunması yeni elektron sistemi bilən mühasiblərə tələbi artırıb.
Araşdırmalar göstərir ki, mövcud olan mühasiblərin böyük əksəriyyəti köhnə mühasibliklə işləyən şəxslərdərdir. Ancaq yeni mühasibatlıq sistemi yeni kadrlara ehtiyacı artırıb. Bu, həm beynəlxalq mühasibtlığı, həm elektron sistemi bilən, «ASAN imza» ilə hesabatları bacaran mütəxəsisslərə tələbi artıracaq. Yəni, problemin kökü peşəkar mühasiblərin az olmasıdır. Hazırda gənclərin arasında baş mühasib kimi fəaliyyət göstərə biləcək mütəxəssislərin sayı azdır. Həmçinin beynəlxalq mühasibatlığı praktikada tətbiq edən və onu yerli mühasibatlıq sisteminə uyğunlaşdıran ixtisaslı kadrların sayı azdır. Bu işdə ali məktəblərin də üzərinə məsuliyyət düşür. Hansı ki, çox vaxtı bunu mühasibatlıqdan dərs deyən kurslar həll etməyə çalışırlar. Odur ki, tədris sistemini yeniyə uyuğnlaşdırmaq lazımdır. Gələcəkdə tədris müəssisələri biznesin tələbatına uyğun mühasiblər yetişdirməlidirlər”.
Radil Fətullayev mühasiblərə tələbin artmasının bir səbəbi kimi də Azərbaycanda günü-gündən artan yeni sahibkarlıq subyektlərini göstərir: “Hər müəssisənin müsahiblik işini görəmk üçün ən azı bir mühasib lazımdır. Bu gün Azərbaycanda 200 mindən çox müəssisə var. Hətta getdikcə fərdi sahibkarlar belə öz uçotlarını sərbəst şəkildə aparmaqda çətinlik çəkirlər. Yəni, onlara da mühasib lazımdır. Ümumiyyətlə, biznes strukturlarının sayı artdıqca mühasiblərə olan ehtiyac da artacaq”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov ümumiyyətlə, mühasiblərə hər zaman ehtiyacın olduğunu bildirdi: “O baxımdan mühasibin axtarılması günün tələbidir. Digər tərəfdən, bu, həm də son zamanlar tətbiq edilən qaydalarla bağlıdır.
Son dövrlər banklarda nağdlaşdırma ilə bağlı limitlər tətbiq edilir. Əvvəlki dövrlərdə kassir həm də mühasib rolunu oynaya bilirdi. Ümumiyyətlə, bir mühasib bir neçə şirkətdə mühasiblik edə bilirdi. Ancaq artıq bank transfertlərinin payı artdığı üçün hətta kiçik müəssisələrdə belə ayrıca mühasiba ehtiyac var. Ona görə də hər bir müəssisə üçün ayrıca mühasib axtarmaq zəzurəti yaranıb. Odur ki, mühasiblərə olan tələbin artması son zamanlar iqtisadiyyatda tətbiq edilən yeni qaydalarla bağlıdır. Digər məqam isə ixtisaslı kadr problemidir.
Ümumiyyətlə, Azərbaycanda hər zaman bu problem yaşanıb. Düzdür, son dövrlər bu istiqamətdə xeyli irəliləyişlər əldə edilib. Xaricdə oxuyub məzun olanların, eyni zamanda innovativ olaraq müxtəlif beynəlxalq kurslarda iştirak edənlərin sayında artım var. Amma bununla belə problemin tamamilə həll olunduğunu söyləmək çətindir. Məhz kadr çatışmazlığı da bu gün mühasibə tələbin artmasının bir səbəbidir O baxımdan indi hər bir şirkət peşəkar mühasibə sahib olmağa çalışır. Ancaq bütün hallarda mühasiblərə tələb hər zaman olacaq”.
Mübariz BAYRAMOV
“Qara mühasibatlığ”a qarşı kart sistemi işə salınır
Rusiya Federasiyası əmək münasibətlərini şəffaflaşdıran daha bir metoda əl atıb. Belə ki, özəl şirkətlər də əmək haqqının ödənilməsində kart sisteminə keçir. Məqsəd vergidən yayınmanın və ikili mühasibatlığın aradan qaldırılmasıdır. Hətta o da bildirilir ki, işçi kartı verən bankı özü seçə bilər. “Qara mühasibatlığ”ın daha çox özəl şirkətlərin payına düşdüyünü nəzərə alsaq, oxşar praktikanın Azərbaycanda da tətbiqini məqbul sayanlar az deyil. Ancaq məsəəlyə fərqli yanaşan mütəxəssislər də var.
İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin eksperti Radil Fətullayev bildirir ki, onsuz da Azərbaycandakı kommersiya mərkəzlərinin böyük əksəriyyəti kart sistemi ilə işləyir: “Amma heç də bütün əmək haqqını kartla vermirlər. Düzdür, kart sisteminə keçmək nağdsız hesablaşmaların artmasına gətirib çıxarır. Bu da ikili mühasibatlığı müəyyən səviyyədə aradan qaldıran amildir. Amma tam aradan qaldıra bilməz. Bu, dolayı həll yoludur. Odur ki, Rusiyada tətbiq edilən üsul Azərbaycanda da eyni effekt verə bilməz.
İşin əsas səbəblərini aradan qaldırmaq lazımdır. İkili mühasibatlığın tamam aradan qaldırılmasını başqa yolları da var. Bu, o qədər də çətin proses deyil. Bunun üçün ilk növbədə ölkəmizdə beynəlxlaq mühasibatlıq sisteminin şərtləri tətbiq edilməlidir. Bunlar da “Mühasibat uçotu haqqında” qanunda göstərilib. Amma bildiyimiz kimi, Azərbaycan beynəlxalq standartlara keçid şəraitindədir. Odur ki, dövlət hələlik bu şərtləri vergi ödəyicilərin üzərinə məcburi şəkildə qoymayıb. Bundan başqa, Vergilər Məcəlləsində son edilmiş dəyişikliyə görə, sadələşdirilmiş vergi dövriyyəsi 150 mindən manatdan 120 minə endirildi. Bunun nəticəsində kiçik sahibkarlar gəlir dövriyyəsini azaltmaq üçün müxtəlif yollar axtardılar. Fikrimcə, Azərbaycan kimi ölkədə həmin məbləğ 120 min yox, ən azı 500 min manat olmalıdır. Bununla da sadələşdirilmiş vergi ödəyiciləri daha çox vergi ödəyərlər. İkili mühasibatlığa o qədər də meyl etməzlər. Həmçinin, əmək haqqında vergi yükü çox olduğu üçün vergi ödəyiciləri vergidən yayınmaq istəyirlər. Bunu da “qara mühasibatlıq” yolu ilə edirlər. Yəni, sosial vergi yükü azaldılmalıdır. O zaman sahibkarlar işçilərlə əmək müqaviləsi bağlamaqda maraqlı olacaqlar. Eyni zamanda bu gün bazarda kifayət qədər faktorşik firmalar var. Onlar sənəd satmaq işi ilə məşğuldurlar. Bunlar da “qara mühasibatlığ”ın artmasına gətirib çıxarır”.
İqtisadi məsələlər üzrə hüquqşünas Eldar Qocayev bildirdi ki, əmək münasibətlərində bu cür üsulların tətbiqi ən birincisi şəffaflığın təmin edilməsi üçündür: “Çünki, özəl şirkətlərin vergidən yayınmasının qarşısını alır. Ancaq söhbət ondan gedir ki, burada digər həvəsləndirici amillər olmalıdır. O zaman özəl şirkətlər ediləcək həmin dəyişikliyə həvəslə gedərlər. Çünki, özəl şirkətlərin ikili mühasibatlıqdan istifadə etməsinin əsas səbəblərindən biri onlara yanaşmanın ikili standartla olmasıdır. Dövlət qurumları tərəfindən özəl şirkətlərlə davranışda da şəffaflıq kifayət qədər təmin olunmalıdır. Yəni, Rusiyadakı üsulu ölkəmizdə də tətbiq etmək olar. Ancaq bunun üçün ilk növbədə özəl şirkətlərlə şəffaf rəftar da olunmalıdır. Əks təqdirdə əmək haqlarının kartla verilməsində də ikili mühasibatlığı qurmaq çətin məsələ deyil. Bütün üsulların əvvəlində onun təminatı məsələsi dayanır”.
Beynəlxalq biznes
Dərs vəsaiti ali təhsil ocaqlarının dövlət təhsil standartlarında ―Beynəlxalq biznes‖ ixtisası üzrə nəzərdə tutulmuş tələblərə uyğun olaraq yazılmış və ―Beynəlxalq biznes‖ fənninin əsas bölmələrini əhatə edir. Dərs vəsaitinin hər fəslində mövzular sistemləşdirilmiş və Azərbaycan Respublikasında ―Beynəlxalq biznes‖in idarə edilməsi haqqında kompleks fikir formalaşdırmışdır. Dərs vəsaiti ümumi iqtisadiyyat üzrə təhsil alan tələbələr, magistrlər, aspirantlar, müəllimlər və habelə müasir bazar iqtisadiyyatı şəraitində ―Beynəlxalq biznes‖ ilə maraqlanan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
Beynəlxalq təcrübə göstərir ki, düyanın heç bir ölkəsi xarici iqtisadi əlaqələr qurmadan öz milli iqtisadiyyatının normal inkişafını təmin edə bilməz. Ölkələr arasında bu əlaqələr çoxşaxəlidir və onun müxtəlif formaları mövcuddur. Beynəlxalq iqtisadi münasibətlərin 2\3 hissəsindən çoxu beynəlxalq biznes əlaqələrinin payına düşür. Kommersiyasız biznesin qeyri-mümkünlüyü hamı üçün bəllidir. Bununla əlaqədar dərs vəsaitində bu zərurətin açıqlanması ilə bərabər, Beynəlxalq biznesin mahiyyəti, məzmunu, məqsədi, Beynəlxalq biznesin növləri və beynəlxalq biznesin təşkili formaları, Beynəlxalq biznesin sferası, Dünya maliyyə mühiti, Beynəlxalq biznesin inkişaf istiqamətləri, Beynəlxalq ticarətin mahiyyəti və əlamətləri, Kapitalın beynəlxalq hərəkəti, Beynəlxalq injinirinq xidməti, Beynəlxalq biznesdə qiymətin əmələ gəlmə strategiyası, İdxal və ixrac sövdələşmələrində danışıqların aparılması, Azərbaycanın neft strategiyası və beynəlxalq biznesdə onun rolu, Böyük ipək yolunun beynəlxalq biznesin inkişafına təsiri, Beynəlxalq biznesdə marketinq, Beynəlxalq icarə münasibətləri, Valyuta risklərinin idarə olunması və biznesmenlərin əməyinin qiymətləndirilməsindən, yüksək ixtisaslı, saf əqidəli biznesmenlərin yetişdirilməsi zərurətindən geniş söhbət açılır. Dərs vəsaiti beynəlxalq biznes ilə bilavasitə bağlı olan bu məsələlərin əlaqə və ardıcıllığı nəzərə alınmaqla tərtib edilmişdir.
―Beynəlxalq biznes kursunun təklif olunan məzmunda və quruluşda tədrisi ―Beynəlxalq biznes‖ ixtisası üzrə ―bakalavr‖ səviyyəsində hazırlanan mütəxəssislərə fənn haqqında zəruri biliklərin əldə edilməsinə imkan verəcəkdir. Hazırki dərs vəsaitində hər şeydən əvvəl beynəlxalq biznes sahəsində fəaliyyət göstərən mütəxəssis ticarət biznesinin müvəffəqiyyətli fəaliyyət göstərməsi üçün, həm də beynəlxalq biznesin öyrənmək üçün lazımi biliklər əldə etməsinə xidmət edir. Bu biliklər olmadan mürəkkəb bazar iqtisadiyyatı şəraitində müasir beynəlxalq biznes fəaliyyətini qurmaq qeyri–mümkündür. ―Beynəlxalq biznes‖ kursunun öyrənilməsi bakalavr səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulur.
Comments are closed, but trackbacks and pingbacks are open.