Press "Enter" to skip to content

Radiojurnalistika: tarix və dil

Əski Azərbaycan yazısını keçməyimizin səbəbi mətbuat tarixini keçməyimizdir. XX əsrin əvvəlindəki mətbuatımız əski Azərbaycan yazısı ilə yazıldığına görə biz onu originaldan oxumaq üçün bu yazını bilməliyik. Məncə bu fənlər seçmə fənn kimi qoyulmalıdı. Məsələn mən heç vaxt jurnalistika tarixini araşdırmayacam çünki həvəsim yeni mediayadır. Mətbuat tarixi isə elə Əkinçinin, Molla Nəsirəddinin ətrafında fırlanıb qaldı.

İki ilin təhlili

Artıq iki ildir ki, BDU-nun Jurnalistika fakültəsində təhsil alıram və qərara gəldim ki, bu iki il ərzində keçdiyimiz fənləri təhlil edim. Ümumilikdə indiyə qədər 8-i ixtisas olmaqla 18 fənn keçmişik:

1. Jurnalistikaya giriş

1-ci kursun ilk ixtisas fənnidir. Fakültəyə yeni gəlmiş tələbəyə jurnalistikanın nə olduğunu anladan və sevdirən bu fənn olmalı idi amma olmadı. Elə ilk dərsdən tarixlər, illər, adlar bir sözlə əzbərçilik başladı.

2/3. Azərbaycan tarixi/Azərbaycan dili

11 il məktəb və 2 il hazırlıqda keçdiklərimizi 1 yarımil yenidən keçdilər. Məncə bu fənlərdən imtahan olmamalı idi çünki onsuzda biz bunlardan imtahan verib daxil olmuşduq.

4. Ədəbiyyat

2 il ərzində keçdiyimiz ən bedirici fənlərdən oldu. 3 yarımil davam edən fənndi özü də. Məhz bu 3 yarımıilin bəhrəsidir ki, bəzi jurnalistikada oxuyan tələbələr şeir, hekayə, nağıl yazıb oldular jurnalist-yazar, nəğməkar şair.

5. İngilis dili

Jurnalistə ixtisas biliklərindən sonra ən çox lazım olan dil bilikləridi. İngilis dilini isə biz cəmi 2 yarımil keçdik. Tək-tük maraqlı keçilən fənlərdən idi.

6. İdman

7. Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi (1-2)

2 yarımil davam edən fəndi. Guya o qədər böyükdür ki, yarısını bir yarımil, yarısını da o biri yarımil keçirlər. Davam edən bir şey olmadı “Jurnalistikaya Giriş” fənnində harda idiksə orda da qaldıq. Fənnin adında “təcrübə” sözünün olduğuna aldanmayın. Ən böyük təcrübəmiz “Uşaqlar, vərəq və qələm çıxarıb özünüzdən bir xəbər yazın” cümləsindən ibarət oldu.

8. Rus dili

2 yarım il keçildi. İlk yarım il imtahan verdik amma 2-ci yarım il fakültətiv oldu. Ümumiyyətlə bizim fakültədə dil dərslərinə önəm verilmir.

9. KİV-in texnika və texnologiyası

Tələbələrin mikrafonla ilk tanışlığı bu dərsdən başlayır dərs özü isə 1-ci kursun 2-ci yarımilindən. Mikrafonla tanışlığı gecikdiriblər məncə. Müəllimin “Tutacaq yeri belə uzun olur (əli ilə göstərir) başı da yumru” cümləsinə qədər çox şey gözləyirdim bu fəndən. Bu fənni iki müəllim keçirdi bizə amma ikisi də tam bu fənnə aid məlumatları vermirdi. Kimin hansı sahədən məlumatı daha çoxdusa ondan danışırdı.

10. Nitq mədəniyyəti

Bir cümlə deyə bilərəm: Nitq və mədəniyyət adına heçnə yox idi bu fəndə.

11. Jurnalist etikası

120 səhifəlik kitabın bir cümlə ilə qarşılığı var: Jurnalist qərəzsiz, vicdanlı, dürüst və dəqiq olmalıdır. İmtahanı da bu cümlənin başqa formaları ilə yola vermişdim.

12. Seçmə fənn: Fəlsəfə-Politologiya

Ümumiyyətlə bir jurnalisti fəlsəfə və politologiya kimi fənlərdə seçim qarşısında qoymaq günahdı. İkisi də lazımdı hətta vacibdi. Mən fəlsəfəni seçmişdim. Fəlsəfə fakültəsinin 4 ilə keçdiyini bir yarımilə beynimizə doldurmağa çalışdılar.

13/14. Əski Azərbaycan yazısı/Mətbuat tarixi

Əski Azərbaycan yazısını keçməyimizin səbəbi mətbuat tarixini keçməyimizdir. XX əsrin əvvəlindəki mətbuatımız əski Azərbaycan yazısı ilə yazıldığına görə biz onu originaldan oxumaq üçün bu yazını bilməliyik. Məncə bu fənlər seçmə fənn kimi qoyulmalıdı. Məsələn mən heç vaxt jurnalistika tarixini araşdırmayacam çünki həvəsim yeni mediayadır. Mətbuat tarixi isə elə Əkinçinin, Molla Nəsirəddinin ətrafında fırlanıb qaldı.

15. Radiojurnalistikanın əsasları

Bu iki il ərzində nə öyrəndimsə bu dərsdən öyrəndim. Həm müəllimlər həvəsli idi həm də dərs özü maraqlı və sözün əsl mənasında praktik idi.

16. Yeni mediaya giriş

Müəllim yaxşıdırsa bu dərs çox maraqlı keçəcək. Bizim bəxtimiz gətirdi müəllimimiz əla idi bu il. Bəxti gətirməyən qruplar da var idi.

17. Mülki müdafiə

Bütün fakültələrdə məcburi keçirilən ən mənasız fəndir. Əzbərçilikdən başqa bir şey deyil. Fövqaladə hal olsa əzbərlədiklərimizdən heç birini edən deyilik. Deyirlər guya maarifləndirmək məqsədilə keçilir bu fənn. Bəs onda niyə imtahan veririk ki ilin sonunda? Yarımil ərzində maarifləndik bəsimizdi.

18. Seçmə fənn: Mədəniyyətşünaslıq/Gender/İqtisadiyyat

Mən bu üç fənni eşidəndə elə bilirdim ki, mədəniyyətşünaslığı seçsəm hansısa bir media orqanının mədəniyyət şöbəsinə müxbir kimi hazırlanacam. Ciddi şəkildə belə düşünürdüm. Sevinirdim ki, bizdə də ixtisaslaşma oldu. Amma gəldi yenə tarix çıxdı. Filan əsrdə filan qayanın üstündə filan yazı yazılmışdı.

Mənə elə gəlir ki, 1 il normal fənlər keçsələr univeristeti çox rahat bitirə bilərik. Boş yerə 4 il süründürürlər bizi. Bu fakültə isə fırlanan çarx kimidi hər yarımil olduğun yerə qayıdırsan.

Radiojurnalistika: tarix və dil

Elxan Xanəlizadə XX əsrin üçüncü onilliyi ABŞ insanlarının gündəlik həyatına daxil olan və kütləvi populyarlıq qazanan radionun əsas uğur amili musiqi idisə, dördüncü onilliyin ilk illərində Böyük Britaniya vətəndaşlarının maraq dairəsini “BBC” fərqli bir yolla əhatə edərək özünə çəkdi. “BBC”-nin tarixində ən parlaq dövr məhz həmin – 1932-1938-ci illər olub. Radionun auditoriyası 1932-ci ildə 5 milyon idisə, 1938-ci ildə bu rəqəm daha fantastik həddə çataraq, ölkə əhalisinin 98 faizini təşkil edib. Radioların tarixini araşdıran mütəxəssislər bildirir ki, “BBC”-nin “qızıl dövr” yaşadığı 30-cu illərdə dinləyiciyə musiqi ilə bərabər operativ və qısa informasiyanın çatdırılması bu radionun auditoriyasının sürətlə çoxalmasına səbəb olub. Bu isə özlüyündə yeni bir peşənin – radiojurnalistikanın yaranmasına və inkişafına zəmin yaradıb. Maraqlıdır ki, qərb ideologiyasına qarşı çıxan, sovet rejimini vəsf etməkdən başqa heç bir mütərəqqi iş görməyən kommunist efirləri “BBC”-dən təxminən 40 il sonra parlaq dövr yaşayıb. Sovet vətəndaşları “onsuz da radionun nə deyəcəyini bilirik” münasibətini göstərməklə, radionu televiziyaya qurban veriblər. Yalnız 80-ci illərin ikinci yarısında, Qorbaçovun yenidənqurma siyasətindən cuşa gələn yeni sovet efirləri eşidildi. Artıq sovet dinləyiciləri efirdə “Zaman, hadisələr, insanlar”, “Yer və insanlar”, “Gənc ailə”, “Burada və indi”, “Gəlin, danışaq” və s. kimi dinləyiciyə açıq olan senzurasız proqramlar dinləməyə başladı. Nəticəsi də o oldu ki, radio yarandığı gündən ilk dəfə SSRİ əhalisinin 90 faizi radio dinləyicisinə çevrildi. “Yunost” və “Mayak” radiolarının auditoriyası mərkəzi televiziyanın auditoriyasından çox oldu. Bunun əsas səbəbi isə efirin dinləyicilərin üzünə açılması idi. Sovet jurnalistika məktəbi yalnız 80-ci illərdə anladı ki, indiyədək hazırlanan radiojurnalistlər canlı efirdə açıq müzakirələrə və qismən senzurasız efirə yaramırlar. Həmin dövrdə yayımlanan “Burada və indi” verilişi isə sovet radiosunun tarixinə yazıldı. Verilişdə SSRİ-nin və dünyanın müxtəlif yerlərində olan hadisələr canlı efirdə müzakirə olunurdu, həmçinin, studiyada olan qonaqlarla hadisə ocağında olan radiojurnalist arasında telefon bağlantısı yaradılırdı (“Burada və indi” adında veriliş Azərbaycanda 2000-ci illərin əvvəllərində “Antenn” FM-də əyləncə xarakterli olub, hazırda isə ATV efirində şou-biznesə həsr edilib. Hətta Rusiyanın Birinci kanalı bu adla verilişi məhz problemlər və müzakirələr üzərində qurmuşdu). 1986-cı ilin oktyabrında SSRİ-də ilk dəfə sıravi dinləyici ilə telefon bağlantısı quruldu və bundan sonra efirə yayımlanan verilişlərin əksəriyyətində telefonla canlı ünsiyyət yaradıldı. Elə həmin il SSRİ-ABŞ radiokörpüsü təkcə sovet dinləyiciləri üçün deyil, Amerika insanları üçün də yaddaqalan tarixi hadisəyə çevrildi. Canlı yayımla iki saat ərzində Moskva universitetinin tələbələri ABŞ-ın Cənubi İllions ştatının universitet tələbələri ilə ölkələr arasındakı vəziyyəti müzakirə etdilər (SSRİ-ABŞ arasında telekörpü radiokörpüdən bir qədər əvvəl baş tutmuşdu və indiyədək Vladimir Pozner SSRİ teleməkanında ABŞ-la ilk telekörpü yaradan TV aparıcısı kimi yadda qalıb). İlk radiokörpünün aparıcısı olan radiojurnalist Aleksandr Slonimerov sonrakı illərdə “Moskva-Vaşinqton” radiokörpüsünün də aparıcısı oldu. Xüsusi olaraq efirə hazırlaşdırılan Slonimerovun yerli və amerikan dinləyicilərlə maraqlı, hazırcavab ünsiyyəti təkcə sovet auditoriyasının deyil, eləcə də Amerika dinləyicilərinin diqqətini çəkirdi.

Radio efirində olan bu yeniliklər onun nüfuzunu və təbii ki, auditoriyasını genişləndirirdi. Lakin uzun illər ərzində formalaşan qərb efirləri ilə eyni səviyyədə efir formalaşdırmaq elə də asan başa gəlmirdi. Bir-birinə zidd ideologiyaların fərqli məktəbləri radiojurnalistikaya da öz mənfi təsirini açıq göstərirdi (Bura daxil olan səbəblərdən bəziləri də, efirdə sözü vaxtında və cəsarətlə demək, senzuradan qorxmamaq kimi psixoloji gərginlik baryerini aşmaq qəhrəmanlığıdır). Amerika və Avropa ölkələrində radiojurnalistikanın özünəməxsus tələbləri var. Sovet məktəbinin yaradıcısı olan Rusiya 90-cı illərdə qərbdən bəhrələnərək, öz yeni modelini qura bilsə də, Azərbaycan bu sahədə çox geri qalıb. Hələ də Rusiyada bəziləri hesab edirlər ki, müasir rus radiojurnalistikası sovet məktəbindən xilas ola bilməyib. Bu fikri irəli sürən qərb düşüncəli rus radiojurnalistlərinin görünür, Azərbaycandakı efirlərdən xəbərləri yoxdur. Yerli radiojurnalistika bu gün FM dalğalarında öz təsirini hiss etdirmək gücündən çox uzaqdır. Nəzərə alsaq ki, FM-də yayımlanan radiolarda radiojurnalist fəaliyyətini göstərəcək heç bir proqram şəbəkəsi qurulmayıb, onda radiojurnalistikanın ölkədəki səviyyəsinin dəyişəcəyindən danışmaq tezdir. Bunun ilk günahkarı təbii ki, jurnalist hazırlığı ilə məşğul olan fakültələrdir. Özəl ali məktəblərin tələbələri təcrübə keçmək şansına malik olmasalar da, Bakı Dövlət Universitetinin tələbələri minimum dövlət və ictimai radioda təcrübə keçirlər. (oxu: keçmirlər!) Təcrübə deyəndə, tələbələrin hansısa kanalın ofisində vaxt keçirmələri xatırlanır. Formal təcrübə günləri və qiymətləndirmələr gələcək üçün kadr hazırlamır. Radiojurnalistikanın dili efir tarixi qədim olan bütün ölkələrdə inkişaf etsə də, Azərbaycanda radio dilinin nəzəriyyəsi hələ də yaradılmayıb. Ölkəmizdə efir danışığı haqqında birmənalı təsəvvür yoxdur və hazırda efirdə istifadə olunan dil pozuntuları müxtəlif tərəflərə yozulur. Belə demək mümkündürsə, efir danışığı iki qütbə ayrılıb: ədəbi dil normalarından istifadə edən dövlət radiosunun dili və onun alternativi olan bütün digər radioların (ləhcəli) qarmaqarışıq dili. Bu halda tərəflərin hamısı öz dilini düzgün olan yol kimi təlqin edir. Bu cür şəraitdə radiojurnalistikanın nəinki dili, ümumiyyətlə özü də inkişaf etmir. Yerli efirlərdə gündəlik aparıcılara qulaq asan dinləyici efir dilinin və estetikasının pozulmasını adi hal kimi qəbul etməyə məcbur olur. Xural” qəzeti, İl: 9, sayı: 032 (440),21-27 avqust 2011-ci il

Radiojurnalistikanın əsasları

JURNALİSTİKA
FAKÜLTƏSİ

  • Fakültə haqqında
  • Elmi şura
  • Dekanlıq
  • Kafedralar
  • Laboratoriyalar
  • Metodiki vəsaitlər və tədris proqramları
  • İmtahanlar
  • Dərs cədvəli
  • Tələbə həyatı
  • Görkəmli məzunlar
  • Əməkdaşlarımız KİV-də
  • Konfranslar
  • BDU TV
  • Tələbə Gənclər Təşkilatı
  • MD şöbəsi

Azərbaycan Radiosunun əməkdaşları Jurnalistika fakültəsində

Bu gün Azərbaycan Radiosunun “Xalq yaradıcılığı” və “Gənclik” redaksiyalarının baş redaktorları Tahir Talıblı və Aybəniz Məmmədəliyeva Jurnalistika fakültəsinin qonağı olublar. Tələbələr “Radiojurnalistikanın əsasları” fənnində Azərbaycan radiosunda səslənən verilişləri müəlliflərlə birgə müzakirə ediblər. 43 ilə yaxın radio efirində olan “Bulaq” verilişinə qulaq asmaqla yanaşı irad və təkliflər də qəbul edilib. Qonaqlar radionun qapılarının hər bir tələbəyə açıq olduğunu bildiriblər. Bunun praktik işləmək istəyən tələbələr üçün bir şans olduğu vurğulanıb. Açıq dərs disskusiya şəklində davam edib. Müzakirələrdə fənn müəllimləri Aynur Nəsirova, Şəhanə Sultanova, Güney Mahmudova ilə yanaşı Televiziya və radio jurnalistikası kafedrasının müəllimləri Sevil Həsənova və Sevinc Məmmədova da iştirak ediblər.

Fotoreportaj :ERCAN QIZILBUĞA
IIkurs tələbəsi

Comments are closed, but trackbacks and pingbacks are open.