AMEA-nın Tarix İnstitutunda yeni şöbələr və bölmələr yaradılıb
İranın dini lideri İran İslam Cümhuriyyətinin Konstitusiyasının 110-cu maddəsinə görə ümumi siyasətinin müəyyən olunmasını və nəzarətini həyata keçirir. Dini lider silahlı qüvvələrin Baş komandanıdır, hərbi kəşfiyyat və təhlükəsizlik əməliyyatlarını idarə edir, müharibə elan etmədə və ya sülh elan etmədə tək səlahiyyətli şəxsdir. Məhkəmənin, dövlət radio ve televiziyasının, hərbi və daxili qüvvələrin komandanları, İslam İnqilabımühafizələri dəstəsinin baş komandanı və 12 üzvlü Nəzarət Şurasının 6 üzvü Dini Lider tərəfindən təyin edilir.
İran İslam Respublikasının siyasi sistemi
İranda yaranmaqda olan sosial-siyasi böhran şahın bütün səylərinə baxmayaraq daha da genişləndi və artıq 70-ci illərin sonlarında özünün son həddinə çatdı. Getdikcə daha çox bəlli olurdu ki, yuxarıdan edilən «ağ inqilab» və ya şahın İranı dövlətin iştirakı ilə Avropa kapitalizmi yoluna gətirmək və ölkənin sürətli inkişafına nail olmaq kursundan narazı qüvvələrin sayı nəinki artır, onlar nəinki öz narazılıqlarını dilə gətirirlər, həm də işdə bunu göstərirdilər. Yuxarıda ölkənin müxtəlif yerlərində baş verən çıxışlar haqqında danışdığımızdan yenidən həmin hadisələri təkrarlamağa ehtiyac yoxdur. İnqilabi hadisələr isə 1978-ci ilin yanvarında başladı. Bunun da səbəbi o idi ki, həmin vaxt Qumda hökumətə qarşı etiraz nümayişləri gedirdi və onu yatırmaq üçün silaha əl atıldı. Nümayişçilərdən ölənlər və yaralananlar oldu. Ölənlərin 40-cı günündə baş verən qanlı hadisəyə etiraz olaraq ölkənin müxtəlif şəhərlərində, xüsusi ilə Təbrizdə yeni çıxışlar baş verdikdə hökumət qüvvələri iştirakçılara yenidən atəş açdılar.
1979-cu ilin 16 yanvarında şah Məhəmməd Rza Ş.Bəxtiyarın tövsiyəsi ilə İranı, çox ehtimal ki, müvəqqəti olaraq düşüncəsi ilə tərk etdi. Bu xəbər xalqda çox böyük ruh və həvəs yaratdı. Xalq küçələrə töküldü, şahın portretləri cırılır, onun şərəfinə qoyulmuş abidələr darmadağın edilirdi. Fevralın 1-də Humeyninin mühacirətdən qayıtmasını xalq böyük bir coşqu ilə qarşıladı. Humeyni isə elə ilk çıxışında bildirdi ki, mübarizəni şahlıq rejiminin yıxılmasına kimi davam etdirmək lazımdır və ümumxalq seçkisi yolu ilə «həqiqi Müəssisələr Məclisi» yaradılmasının tərəfdarıdır.
1979-cu ilin 9-10 fevralında Tehranın yaxınlığındakı aviasiya bazasında baş verən hadisələr Humeyni və onun başçılıq etdiyi ruhanilərin qorxduğu və çəkindiyi prosesin real olduğunu təsdiqlədi. Belə ki, aviabazada olan texniklərə qarşı şah qvardiyası dəstəsinin hücum təşkil etməsi paytaxt əhalisinin silahlı mübarizəyə qalxması üçün bir siqnal oldu. Bazada işləyən və hücuma məruz qalanların köməyinə ilk olaraq fədailər, mücahidlər və Tudə partiyasının üzvləri gəldilər. Onlar şah qvardiyası dəstəsinin hücumunun qarşısını aldılar və geri oturtdular. Bundan sonra isə Tehranda hakimiyyətin əsas dayaq məntəqələrinə-polis şöbələrinə, jandarma və polis idarəsinə, SAVAK-ın qərargahına hücuma keçdilər. Üsyan başlandı və az sonra radio verilişləri, televiziya mərkəzi, məclis binası tutuldu. Tehrandan sonra bir sıra əyalət mərkəzlərində də silahlı üsyanlar oldu və ümumiyyətlə üsyan ölkənin başlıca şəhər və əyalətlərini bürümüşdü. Vəziyyət son dərəcə ağırlaşmışdı. Ölkə böyük qırğınlarla üz-üzə qalmışdı. Bunun nəticələrinin məsuliyyətini dərk etmək zorunda qalan Ali Hərbi Şura öz bitərəfliyini bildirirdi və ordu birləşmələrinə kazarmalara çəkilmək əmri verildi. Baş nazir Ş.Bəxtiyar ölkəni tərk etdi. Şah tərəfdarlarının sonuncu müqavimət ocaqları artıq fevralın 12-də söndürüldü. Beləliklə də şah və şahlıq rejiminə qarşı aparılan mübarizə uğurla nəticələndi və bu hadisə İran tarixinə Fevral inqilabı adı ilə yazıldı.
Fevral silahlı üsyanı qalib gəldi. Lakin bu qələbə 1978-ci ilin yanvarında şaha və şahlığa qarşı başlanmış hərəkatın ilk günlərindən bir yerdə olan siyasi qüvvələrin birliyinin sonu oldu. İranın gələcəyinin necəliyi uğrunda mübarizə kəskin qarşıdurma forması aldı. Ən sonda bu qarşıdurmalar şiə ruhanilərinin qələbəsi ilə başa çatdı. Bu ondan irəli gəldi ki, birincisi, ruhanilər xalq kütlələrinə təsir etmək baxımından daha böyük imkanlara malik idilər və ikincisi, onların xalqı öz arxasınca aparmaqda hamıdan güclü və nüfuzlu olan ayətullah Humeyni kimi lideri var idi. İran xalqının çox böyük əksəriyyəti məhz Humeyninin göstərişlərinə əməl edirdi. Ruhanilərin öz rəqibləri üzərindəki bu qələbəsi İranda islam dövləti yaratmaq ideyasının reallaşmasına yol açdı. Onlar hakimiyyətə yiyələnə bildilər, inqilabın gedişi zamanı yaranmış təşkilatları özlərinin dayaqlarına çevirməyi bacardılar. Yerlərdə yaranmış islam inqilab komitələrinin məqsəd və məramları üzə çıxdı, inqilab məhkəmələri islam inqilab tribunallarına çevrildilər. Bütün bunlardan əlavə ruhanilər özlərinin silahlı dayağı və arxası kimi «islam inqilabının keşikçiləri» korpusunu yaratdılar. Polis və jandarma orqanları və eləcə də ordu bu korpusun nəzarəti altına keçdi. Ayrı-ayrı müəssisə və təşkilatlarda yaranmış özünüidarə orqanları mollaların rəhbərlik etdiyi «islam komitələri» oldu. Məscidlərin nəzdində yaranmış komitələrlə birlikdə bu «islam komitələri» yerlərdə yeni rejimin aşağı bazasını təşkil etdilər. «İnqilab keşikçiləri» və «islam komitələri» yerlərdə tam hakimiyyət sahibi oldular. Onlar heç bir qanun-qayda gözləmədən nə istəyirdilər, onu edirdilər. Xoşlarına gəlməyən kim vardısa həbsə alır, sonra da köhnə rejimin tərəfdarı kimi edam etdirirdilər. Bu yolla minlərcə adam öldürüldü. Beynəlxalq Əfv Təşkilatının məlumatına görə 1979-cu ilin fevralından 1981-ci ilin ortalarına kimi edam olunanların sayı 3.350 nəfər, 1981-ci ilin iyul-oktyabr aylarında 1800 nəfər olmuşdur. Beləliklə də İran yeni bir qorxu, yeni bir dəhşət içində yaşayırdı.
Bununla yanaşı rejimə bir hüquqi forma verilməsi işi də aparıldı. 1979-cu ilin 30-31 martında referendum keçirildi. Səsvermədə iştirak edənlərin 99%-i monarxiyanın ləğv edilməsi və İran İslam Respublikası yaradılması tərəfdarı olduğuna səs verdi. 1979-cu ilin 1 aprelində İran İslam Respublikasının yaradıldığı elan edildi.
İran İslam Respublikası siyasi cəhətdən bir islam respublikasıdır. Teokratik quruluşu sahib olmaqla bərabər konstitusiyaya malik bir dövlətdir. İnzibati cəhətdən 28 ostana, o da özlüyündə 282 şəhristana bölünür. Ostanlar bunlardır: Şərqi Azərbaycan (Təbriz), Qərbi Azərbaycan (Urmiya), Ərdəbil (Ərdəbil), İsfahan (İsfahan), Elam (Elam), Buşehr (Buşəhr), Tehran (Tehran), Çaharmahal və Bəxtiyari (Şəhrokürd), Xorasan (Məşhəd), Xuzistan (Əxvaz), Zəncan (Zəncan), Səmnan (Səmnan), Sistan və Bəlucistan (Zahidan), Fars (Şiraz), Qəzvin (Qəzvin), Qum (Qum), Kürdistan (Sənəndəc), Kirman (Kirman), Kirmanşah (Kirmanşah), Kuhqiluye və Boerəhməd (Yəsuc), Gülistan (Gürqan), Gilan (Rəşt), Lorestan (Xürrəmabad), Mazandaran (Sari), Mərkəzi (Ərək), Hörmüzqan (Bəndər-Abbas), Həmədan (Həmədan), Yəzd (Yəzd).
İran İslam Respublikasının konstitusiyası 1979-cu ilin 24 oktyabrında qəbul edilmiş, 3 dekabr 1979-cu ildə isə qüvvəyə minmişdir. Bütün bunlara baxmayaraq İran İslam Respublikasının Konstitusiyası 1989-cu ilin 28 İyununda aşağıdakı dəyişikliklər üzrə referenduma çıxarılmışdır:
1) İran İslam Respublikasının Konstitusiyasında bütün maddələr, fəsillərin başlanğıcı və müqəddimədə “Milli Şura Məclisi” ifadəsi “İslam Şurası Məclisi” ilə dəyişdirilir.
2) Doqquzuncu fəslin 1-ci bölməsinin adı “Cümhuriyyət başçısı və nazirlər” kimi dəyişdirilir, həmin fəslin 3-cü bölməsinin adı (143-cü maddədən əvvəl) “II bölmə” kimi dəyişilir, “II bölmə – Baş nazir və nazirlər” adı (133-cü maddədən əvvəl) buraxılır.
3) 5, 57, 60, 64, 69, 70, 85, 88, 89, 91, 99, 107, 108, 109, 110, 111, 112, 113, 121, 122, 124, 126, 127, 128, 130, 131, 132, 133, 134, 135, 136, 137, 138, 140, 141, 142, 157, 158, 160, 161, 162, 164, 173, 174 və 175-ci maddələrə düzəliş, dəyişiklik və əlavələr edilir. 1979-cu ildə qəbul edilmiş Konstitusiyanın maddələrinin yerini tutur, 176 və 177-ci maddələr isə Konstitusiyaya yeni əlavədir. Bütütn düzəliş, dəyişiklik, yerbəyeretmə və əlavələr48 maddədə öz əksini tapmışdır.
İranın dini lideri İran İslam Cümhuriyyətinin Konstitusiyasının 110-cu maddəsinə görə ümumi siyasətinin müəyyən olunmasını və nəzarətini həyata keçirir. Dini lider silahlı qüvvələrin Baş komandanıdır, hərbi kəşfiyyat və təhlükəsizlik əməliyyatlarını idarə edir, müharibə elan etmədə və ya sülh elan etmədə tək səlahiyyətli şəxsdir. Məhkəmənin, dövlət radio ve televiziyasının, hərbi və daxili qüvvələrin komandanları, İslam İnqilabımühafizələri dəstəsinin baş komandanı və 12 üzvlü Nəzarət Şurasının 6 üzvü Dini Lider tərəfindən təyin edilir.
Məşvərət Şurası öz səlahiyyətləri çərçivəsində İran dini liderini seçə və vəzifəsindən kənarlaşdıra bilər. Məşvərət Şurası Dini Liderə qanuni fəaliyyəti məsələsində müşavirlik edir. Məşvərət Şurası, ildə bir dəfə toplanır, 8 illiyinə ümumi səsvermə ilə seçilən 86 “bacarıqlı və istedadlı” fəqihdən formalaşır. Prezident və parlament seçkilərində olduğu kimi Nəzarət Şurasının namizədlərinin yetərliliyini müəyyən edir. Şura Dini Lideri seçir ve Dini Lideri hər zaman vəzifədən çıxarma məsələsində konstitusiyadan qaynaqlanan səlahiyyəti vardır. Bütün toplantıları və sənədləri çox gizlidir və Şuranın Dini Liderin qərarlarının hər hansı bir ilə ziddiyyət təşkil edən qərarı yoxdur.
Konstitusiya 9-cu fəsildə 113-cü maddəyə görə İran Prezidentin Dini Liderdən sonra ən yüksək dövlət rəhbəri olaraq tanıyır. Prezident dörd illiyə ümumi səsvermə ilə seçilir və yenidən yalnız bir dəfə seçilə bilər. Prezidentliyə namizədlər İslam inqilabının ideyalarına bağlılıqlarından əmin olmaq üçün mütləq Nəzarət Şurasından icazə almalıdır. 115-ci maddəyə görə prezident aşağıdakı keyfiyyətələrə sahib olmalıdır: Əslən iranlı, İran vətəndaşı, müdrik və tədbirli, əmanət və təqva sahibli, mömin və İran İslam Respublikasının əsaslarına və ölkənin rəsmi məzhəbinə etiqad bəsləməlidir. Prezident, Konstitusiyanın həyata keçirilməsindən və hər məsələdə son sözü demə səlahiyyətinə sahip olan Dini Liderə bağlı olan məsələlər xaricində icra hakimiyyətin həyata keçirir. Prezident Nazirlər heyətini təyin edir və onlardan məsləhət alır, hökumət qərarlarını yönləndirir və qanunvericiliyin qarşısına çıxacaq hökumət siyasətini müəyyən edir. Prezidentə bağlı olan 8 nəfərlik köməkçilər şurası və 22 nəfərdən formalaşan, İslam Şurası Məclisi tərəfindən təsdiqlənən Nazirlər heyəti vardır. Bir çox başqa dövlətdə tətbiq olunmanın əksinə olaraq İranda hökumət orduya nəzarət eləməz. Prezident Daxili İşlər və Müdafiə Nazirini təyin etsə də, Məclisdə bu iki nazirlik üçün etimad rəyi alınmadan öncə Dini Liderin açık dəstəyini alması bir adətdirtir. İranın indiki prezidenti Mahmud Əhmədinejat 2005-ci il İrandakı Prezident seçkilərində seçilmiştir və ardıyca 2009-cu ildə keçirilən seçkilərdə mübahisəli bir şəkildə təkrar prezident olmuştur.
2008 ildən etibarən İran İslam Şurası Məclisi tək palatalıdır. İran inqilabından əvvəl qanunverici orqan iki palatalı idi, ancaq İran Senatı yeni Konstitusiyada ləğv edilmişdir. Konstitusiyanın 6-cı fəslinin 62 və 63–cü maddəsinə əsasən İran Məclisi dörd illiyinə seçilən 290 üzvdən ibarətdir. Məclis qanunverici fəaliyyətini davam etdirir, beynəlxalq müqavilələri dəyərləndirir və milli büdcəni təsdiqləyir. Bütün məclis üzvləri və Məclisdəki bütün qanunverici fəaliyyəti Nəzarət Şurası tərəfindən təsdiq edilməlidir.
91-ci maddəyə görə Nəzarət Şurası 6 illiyə seçilən və 6 üzvü Dini Lider tərəfindən təyin edilən 12 üzvdən ibarətdir. Digərləri İran Məhkəməsi tərəfindan namizəd göstərilən hüquqşünaslar arasından İran Məclisi tərəfindən seçilir. Şura konstitusiyanı izah edir və Məclis qərarlarını ləğv edə bilər. Əgər bir qanun konstitusiya və ya Şəriət ilə uyğun deyilsə Məclisə düzəltilmək üçün təkrar geri gönderilir. Ziddiyyətli görünsə də Şura İran Konstitusiyasına əsaslanarak parlament üzvlərini veto etmə səlahiyyətinə də malikdir.
Dini Lider məşvərət və müəyyən etmə şurası Məclis və Nəzarət Şurası arasındaki anlaşılmazlıqlarda həll etmə səlahiyyətinə malikdir və Dini Lideri ölkədə ən güclü icraedici səlahiyyət verməklə ona müşavirlik xidməti göstərir.
Dini Lider, sıra ilə Ali Məhkəmə və Baş prokuroru təsdiq edən Məhkəmə Sisteminin Rəhbərini təyin edir. Bu proses konstitusiyanın 12-ci fəslinin 156-cı maddəsinə görə tənzimlənir. Sülh və cəza məsələləri ilə məşğul olan məhkəmələri də özündə ehtiva edən müxtəlif tipli məhkəmələr və milli təhlükəsizlik kimi önəmli təklükəsizlik məsələlərinə baxan “inqilab məhkəmələri” də vardır. İnqilab məhkəmələrinin qərarları qətidir və kassasiya verilə bilməz. Xüsusi Din Adamları Məhkəməsi, dinlə bağlı məsələlərə baxdığı kimi, din adamları tərəfindən işləndiyi önə sürülən cinayətlərə baxır. Normal mühakimə işinin xaricində çalışır və yalnız Dini Lidere qarşı səlahiyyətlidir. Məhkəmələrin qərarları kəsindir ve appelyasiya şikayəti verilə bilinməz.
ƏDƏBİYYAT SİYAHISI
1. Rafiq İsmayıl, Nərgiz Axundova: Asiya və Afrika ölkələrinin çağdaş tarixi. II kitab. Bakı, 2000
2. İran İslam Cümhuriyyətinin əsas qanunu. Bakı, 1993
AMEA-nın Tarix İnstitutunda yeni şöbələr və bölmələr yaradılıb
Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. Bu barədə “Report”a institutun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Elmi Şuranın iclasında Azərbaycan tarix elminin gələcək perspektivləri müzakirə olunub. İnstitutda Azərbaycan tarixinin müxtəlif dövrlərini və beynəlxalq münasibətlər tarixini araşdıracaq yeni şöbə və bölmələrlə yanaşı, AMEA-nın Rəyasət Heyətinin qərarı əsasında yaradılan, ümumdünya tarixini araşdıracaq yeni bölmələr fəaliyyət göstərəcək. Tarix İnstitutunda yeni şöbələr – “Azərbaycan xalqına qarşı soyqırımların tarixi”, “Azərbaycanın sovet dövrü tarixi”, “Azərbaycan Respublikasının tarixi”, “Mənbəşünaslıq və tarixşünaslıq”, “Azərbaycanın sənətkarlıq tarixi”, “Azərbaycan mədəniyyəti tarixi”, “Beynəlxalq münasibətlər tarixi”, “Azərbaycan – Rusiya əlaqələri tarixi”, “İctimaiyyətlə əlaqələr” şöbələri və yeni elmi bölmələr – “Azərbaycan Atropatena tarixi”, “Azərbaycanın erkən orta əsrlər tarixi (III – XI əsrlər)”, “Azərbaycanın XII – XVIII əsrin 30-cu illəri tarixi”,“Beynəlxalq münasibətlər tarixi”, “Azərbaycanın xarici siyasəti tarixi”, “Amerika ölkələrinin tarixi”, “Avropa ölkələrinin tarixi” yaradılıb. Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bildirib ki, Azərbaycanın dövlətçilik tarixi, xüsusən müstəqillik dövrünün araşdırılması ilə bağlı tədqiqatlar daha da genişləndiriləcək, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətçilik tariximizdəki mühüm xidmətlərinə həsr olunmuş əsərlər yazılacaq. Y.Mahmudov qeyd edib ki, gələn il yeni üçcildlik “Azərbaycan tarixi” kitabının nəşrinə başlanacaq. Elmi Şurada bildirilib ki, Həsən bəy Rumlunun “Əhsən ət-təvarix” əsərinin I cildi Azərbaycan dilinə tərcümə olunub və çapa hazırlanır. Tərcüməçi isə tarix üzrə elmlər doktoru, professor Şahin Fazildir. İnstitut direktoru qeyd edib ki, Nadir şah Əfşarı Azərbaycan xalqına olduğu kimi təqdim etmək lazımdır: “Nadir şah yeni dövlət qurmayıb, o, sadəcə Səfəvilərdən sonra Əfşarlar sülaləsinin əsasını qoyub. Azərbaycan tarixində dini barışığa cəhd edən görkəmli şəxsiyyətlərimiz olub: Uzun Həsən, Gödək Əhməd, II İsmayıl, Nadir şah Əfşar və b”. İclasın sonunda Yaqub Mahmudov Tarix İnstitutunun yeni strukturunu elan edib və strukturu Elmi Şura üzvləri yekdilliklə təsdiq edib.
YENİ KİTABLAR – Prezident Kitabxanası
YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi P R E Z İ D E N T K İ T A B X A N A S I –––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––– 63.3(5) Asiya tarixi 186. 63.3(5)6я73 İ 82 Azərbaycan dilində İsmayılov, Rafiq bəy İsmayıl oğlu. Asiya və Afrika ölkələrinin çağdaş tarixi: 1945 – 2000-ci illər: dərs vəsaiti / R. İ. İsmayılov, N. Ç. Axundova I kitab: Uzaq, Cənub – Şərqi, Cənubi və Mərkəzi Asiya ölkələri / elmi red. İ. Musayev.- Bakı: Adiloğlu, 2005.- 406 s.; 500 nüs. Annotasiya: Kitab Uzaq, Cənub-Şərqi, Cənubi və Mərkəzi Asiya ölkələrinin ikinci dünya savaşından günümüzə qədər olan tarixindən bəhs edir. Çağımızda dəyişən dünya şərtlərinin Yaponiya, Çin, Koreya, Cənub-Şərqi Asiya, Hindistan, Pakistan və s. kimi ölkələrin tarixindən yan keçməməsi, region ölkələrinin dünya tarixində yerinin və rolunun artması, onların istər siyasi, istər də iqtisadi cəhətdən inkişaf etmiş Qərb ölkələri ilə inteqrasiyası və bu zəmində ayrı-ayrı ölkələrin öz inkişaf kursunu müəyyənləşdirməsi məsələlərinin tərəfsiz tarixçi baxımından araşdırılması və dəyərləndirilməsi kitabın məzmununu təşkil edir. 187. 63.3(5-6)6я73 İ 82 188. 63.3(5) Ö 98 İsmayılov, Rafiq bəy İsmayıl oğlu. Asiya və Afrika ölkələrinin çağdaş tarixi: 1945-ci ildən sonrakı dövr: dərslik / R. İ. İsmayılov, N. Ç. Axundova, A. R. Bağırova II kitab: Güney – Batı Asiya və Quzey Afrika ölkələri / elmi red. A. Abasbəyli.- Düzəldilmış və əlavələr edilmiş II nəşri.- Bakı: Adiloğlu, 2004.- 656 s.; 500 nüs. Annotasiya: Kitab İran, Türkiyə, ərəb ölkələri və İsrailin ikinci dünya savaşından sonrakı dövr tarixindən bəhs edir. Burada hər bir ölkənin tarixinin ümumi və xüsusi cəhətləri ayrılıqda öyrənilir, siyasi və sosial-iqtisadi həyatda baş verən proseslər araşdırılır. Region ölkələrinin inkişaf istiqamətlərini müəyyənləşdirən daxili və xarici amillərin rolu və yeri tərəfsiz tarixçi baxımından təhlil olunur. Türk dilində Özügedenlı, Osman Gazi. Turco – Iranica: ortaçağ türk – iran tarihi araştırmaları / O. G. Özügedenlı.- İstanbul: Kaknüs, 2006.- 528 s.; 80
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi P R E Z İ D E N T K İ T A B X A N A S I –––––––––––––––––––––––––––––––––––––––––––––––––––––––– 189. 63.3(5) А 39 Rus dilində Акимушкин, Олег Федорович. Средневековый Иран: Культура, история, филология / О. Ф. Акимушкин; Российская Академия Наук, Институт Востоковедения Санкт-Петербургский филиал.- СПб.: Наука, 2004.- 404 с.;- (Восток: Общество, культура, религия) 1200 экз. Аннотация: Автор – ведущий специалист в области истории, истории культуры и литературы Ирана, Центральной Азии, Восточного Туркестана, истории рукописной книги, каллиграфического искусства, книжной миниатюры мусульманского Востока. Книга объединила работы автора, написанные за последние годы. Издание открывает научную серию, призванную восполнить серьезную лакуну, образовавшуюся на протяжении последних лет. Серия объединит монографические исследования ведущих специалистов-востоковедов и станет прекрасным памятником достижениям целого поколения петербургских ученых. 190. 63.3(5)-7 Г 85 191. 63.3(5-6)6я73 Р 61 Грицак, Елена Николаевна. Тибет / Е. Н. Грицак.- М.: Вече, 2005.- 224 с.: 8 вкл. л., ил., цв.ил.;- (Памятники всемирного наследия) Аннотация: Священная Шангрилла, Земля Снегов, Крыша Мира – такие имена давались на Западе таинственному буддистскому королевству Тибет, спрятанному от любопытных глаз среди Гималайских вершин. На протяжении долгих лет Тибет оставался для ученых закрытым миром монахов и буддистских святынь. “Священный город” Лхаса – столица Тибета – лишь несколько лет назад приоткрыл свои двери для туристов. Очередная книга серии “Памятники всемирного наследия” знакомит читателей с историей Тибета, его богатым духовным и культурным наследием. Родригес, Александр Мануэльевич. История стран Азии и Африки в новейшее время в вопросах и ответах : учебное пособие / А. М. Родригес.- М.: ТК Велби: Изд-во Проспект, 2006.- 264 с.; 3000 экз. Аннотация: В учебном пособии освещены события истории 81
- Page 1 and 2: Azərbaycan Respublikası Prezident
- Page 3 and 4: Azərbaycan Respublikası Prezident
- Page 5 and 6: Azərbaycan Respublikası Prezident
- Page 7 and 8: Azərbaycan Respublikası Prezident
- Page 9 and 10: Azərbaycan Respublikası Prezident
- Page 11 and 12: Azərbaycan Respublikası Prezident
- Page 13 and 14: Azərbaycan Respublikası Prezident
- Page 15 and 16: Azərbaycan Respublikası Prezident
- Page 17 and 18: Azərbaycan Respublikası Prezident
- Page 19 and 20: Azərbaycan Respublikası Prezident
- Page 21 and 22: Azərbaycan Respublikası Prezident
- Page 23 and 24: Azərbaycan Respublikası Prezident
- Page 25 and 26: Azərbaycan Respublikası Prezident
- Page 27 and 28: Azərbaycan Respublikası Prezident
- Page 29 and 30: Azərbaycan Respublikası Prezident
- Page 31 and 32: Azərbaycan Respublikası Prezident
- Page 33 and 34: Azərbaycan Respublikası Prezident
- Page 35 and 36: Azərbaycan Respublikası Prezident
- Page 37 and 38: Azərbaycan Respublikası Prezident
- Page 39 and 40: Azərbaycan Respublikası Prezident
- Page 41 and 42: Azərbaycan Respublikası Prezident
- Page 43 and 44: Azərbaycan Respublikası Prezident
- Page 45 and 46: Azərbaycan Respublikası Prezident
- Page 47 and 48: Azərbaycan Respublikası Prezident
- Page 49 and 50: Azərbaycan Respublikası Prezident
- Page 51 and 52: Azərbaycan Respublikası Prezident
- Page 53 and 54: Azərbaycan Respublikası Prezident
- Page 55 and 56: Azərbaycan Respublikası Prezident
- Page 57 and 58: Azərbaycan Respublikası Prezident
- Page 59 and 60: Azərbaycan Respublikası Prezident
- Page 61 and 62: Azərbaycan Respublikası Prezident
- Page 63 and 64: Azərbaycan Respublikası Prezident
- Page 65 and 66: Azərbaycan Respublikası Prezident
- Page 67 and 68: Azərbaycan Respublikası Prezident
- Page 69 and 70: Azərbaycan Respublikası Prezident
- Page 71 and 72: Azərbaycan Respublikası Prezident
- Page 73 and 74: Azərbaycan Respublikası Prezident
- Page 75 and 76: Azərbaycan Respublikası Prezident
- Page 77 and 78: Azərbaycan Respublikası Prezident
- Page 79: Azərbaycan Respublikası Prezident
- Page 83 and 84: Azərbaycan Respublikası Prezident
- Page 85 and 86: Azərbaycan Respublikası Prezident
- Page 87 and 88: Azərbaycan Respublikası Prezident
- Page 89 and 90: Azərbaycan Respublikası Prezident
- Page 91 and 92: Azərbaycan Respublikası Prezident
- Page 93 and 94: Azərbaycan Respublikası Prezident
- Page 95 and 96: Azərbaycan Respublikası Prezident
- Page 97 and 98: Azərbaycan Respublikası Prezident
- Page 99 and 100: Azərbaycan Respublikası Prezident
- Page 101 and 102: Azərbaycan Respublikası Prezident
- Page 103 and 104: Azərbaycan Respublikası Prezident
- Page 105 and 106: Azərbaycan Respublikası Prezident
- Page 107 and 108: Azərbaycan Respublikası Prezident
- Page 109 and 110: Azərbaycan Respublikası Prezident
- Page 111 and 112: Azərbaycan Respublikası Prezident
- Page 113 and 114: Azərbaycan Respublikası Prezident
- Page 115 and 116: Azərbaycan Respublikası Prezident
- Page 117 and 118: Azərbaycan Respublikası Prezident
- Page 119 and 120: Azərbaycan Respublikası Prezident
- Page 121 and 122: Azərbaycan Respublikası Prezident
- Page 123 and 124: Azərbaycan Respublikası Prezident
- Page 125 and 126: Azərbaycan Respublikası Prezident
- Page 127 and 128: Azərbaycan Respublikası Prezident
- Page 129 and 130: Azərbaycan Respublikası Prezident
- Page 131 and 132: Azərbaycan Respublikası Prezident
- Page 133 and 134: Azərbaycan Respublikası Prezident
- Page 135 and 136: Azərbaycan Respublikası Prezident
- Page 137 and 138: Azərbaycan Respublikası Prezident
- Page 139 and 140: Azərbaycan Respublikası Prezident
- Page 141 and 142: Azərbaycan Respublikası Prezident
- Page 143 and 144: Azərbaycan Respublikası Prezident
- Page 145 and 146: Azərbaycan Respublikası Prezident
- Page 147 and 148: Azərbaycan Respublikası Prezident
- Page 149 and 150: Azərbaycan Respublikası Prezident
- Page 151 and 152: Azərbaycan Respublikası Prezident
- Page 153 and 154: Azərbaycan Respublikası Prezident
- Page 155 and 156: Azərbaycan Respublikası Prezident
- Page 157 and 158: Azərbaycan Respublikası Prezident
- Page 159 and 160: Azərbaycan Respublikası Prezident
- Page 161 and 162: Azərbaycan Respublikası Prezident
- Page 163 and 164: Azərbaycan Respublikası Prezident
- Page 165 and 166: Azərbaycan Respublikası Prezident
- Page 167 and 168: Azərbaycan Respublikası Prezident
- Page 169 and 170: Azərbaycan Respublikası Prezident
- Page 171 and 172: Azərbaycan Respublikası Prezident
- Page 173 and 174: Azərbaycan Respublikası Prezident
- Page 175 and 176: Azərbaycan Respublikası Prezident
- Page 177 and 178: Azərbaycan Respublikası Prezident
- Page 179 and 180: Azərbaycan Respublikası Prezident
- Page 181 and 182: Azərbaycan Respublikası Prezident
- Page 183 and 184: Azərbaycan Respublikası Prezident
- Page 185 and 186: Azərbaycan Respublikası Prezident
- Page 187 and 188: Azərbaycan Respublikası Prezident
- Page 189 and 190: Azərbaycan Respublikası Prezident
- Page 191 and 192: Azərbaycan Respublikası Prezident
- Page 193 and 194: Azərbaycan Respublikası Prezident
- Page 195 and 196: Azərbaycan Respublikası Prezident
- Page 197 and 198: Azərbaycan Respublikası Prezident
- Page 199 and 200: Azərbaycan Respublikası Prezident
- Page 201 and 202: Azərbaycan Respublikası Prezident
- Page 203 and 204: Azərbaycan Respublikası Prezident
- Page 205 and 206: Azərbaycan Respublikası Prezident
- Page 207 and 208: Azərbaycan Respublikası Prezident
- Page 209 and 210: Azərbaycan Respublikası Prezident
- Page 211 and 212: Azərbaycan Respublikası Prezident
- Page 213 and 214: Azərbaycan Respublikası Prezident
- Page 215 and 216: Azərbaycan Respublikası Prezident
- Page 217 and 218: Azərbaycan Respublikası Prezident
- Page 219 and 220: Azərbaycan Respublikası Prezident
- Page 221 and 222: Azərbaycan Respublikası Prezident
- Page 223 and 224: Azərbaycan Respublikası Prezident
- Page 225 and 226: Azərbaycan Respublikası Prezident
- Page 227 and 228: Azərbaycan Respublikası Prezident
- Page 229 and 230: Azərbaycan Respublikası Prezident
- Page 231 and 232: Azərbaycan Respublikası Prezident
- Page 233 and 234: Azərbaycan Respublikası Prezident
- Page 235 and 236: Azərbaycan Respublikası Prezident
- Page 237 and 238: Azərbaycan Respublikası Prezident
- Page 239 and 240: Azərbaycan Respublikası Prezident
- Page 241 and 242: Azərbaycan Respublikası Prezident
- Page 243 and 244: Azərbaycan Respublikası Prezident
- Page 245: Azərbaycan Respublikası Prezident
Comments are closed, but trackbacks and pingbacks are open.