Press "Enter" to skip to content

Relyefin təsviri

107
Gədik
Zirvə
Dərə
Kurqan
Çuxur
Vadi
Təpə
Uçurum
Dağın ətəyi
Relyefin əsas formaları
Topoqrafik xəritələrdə relyefin təsviri,
horizontallar üsulu, kəsmə yüksəklik
Hərbi əməliyyatlar üçün ən vacib işlərdən biri relyefin oxunmasıdır.
Xəritələrdə relyefin təsvirinin maһiyyəti relyefin üçölçülüyünü, yəni һəcm­
liliyini müstəvi üzərində göstərməkdən ibarətdir.
Horizontalların müstəvidə proyeksiyası və təsviri
LAYİHƏ

Relyef təsviri

QƏDİM ABİDƏLƏR DİYARI

• Simvol nədir?
a) rəsm b) şərti işarə c) bəzək
• Daş – . rəmzi sayılır. a) yumşaqlıq
b) əbədilik c) möhkəmlik
• Qoç fiquru . rəmzidir. a) qoyunçuluq
b) mərdlik c) maldarlıq
• At fiquru . rəmzidir.
a) igidlik b) ovçuluq c) şərəf
• Qədim daş fiqurlar üzərindəki simvollar
nədir? a) rəmz b) yazı c) şəkil
• Türbə hansı məqsədlə tikilir?
a) yaşayış b) xatirə c) gözəllik
• Məbəd nədir?
a) ibadət yeri b) ev c) məktəb
• Relyef – . təsvirdir.
a) yastı b) qabarıq c) həcmli

• Relyef – təsviri sənət növlərindən
birinə aiddir:
a) rəngkarlığa b) heykəltəraşlığa
c) qrafikaya
• Məbədin ən hündür nöqtəsi:
a) portal b) divar c) qübbə
• Günbəz nədir?
a) divar b) dam c) qapı
• Günbəzin forması: a) düzbucaq
b) trapesiya c) yarımkürə
• Ən davamlı körpülər hansılardır?
a) taxta körpü b) asma körpü
c) daş körpü
• Körpü hansı məqsədlə tikilir?
a) keçid üçün b) sərhəd üçün
c) yaşamaq üçün
• Konstruksiya nədir? a) quruluş

b) üsul c) tikili
• Qala divarında ensiz pəncərə:
a) bürc b) qurşaq c) mazğal
• Qalalar hansı məqsədlə tikilir?
a) yaşamaq üçün b) müdafiə üçün
c) gözəllik üçün
• Proporsiya nəyi bildirir? a) ölçü
vahidini b) ölçülər üçün əlaqəni
c) ölçülər arasındakı nisbəti
• Şəhərin ən etibarlı müdafiəçisi:
a) qalalardır b) əsgərlərdir c) insanlardır
• Qübbə nəyin damıdır? a) məbədin
b) evin c) məktəbin
• Tağ, portal nə deməkdir? a) divar
b) qapı c) pəncərə

• Cümlələri tamamla:
1. Əcdadlarımız daş büt adlanan __________fiquruna_______edirdilər. Fiqurun ön və arxa _____ bəzəkləri _____________________ və ____________________üsulu ilə işlənib.
2. Türbə adlanan tikililər _______üçün ucaldılırdı. Onlar ________və __________ formalarda olurdu.
3. Məbədləri ________ üçün inşa edirdilər. Hər birinin müxtəlif _____________ və ________var.
4. ___________________________üçün inşa olunan qalalar _____________________________________rəmzi sayılırdı. Onun enli__________________keşikçi_______ , divarlarda isə ________________var idi.
5. Karvansaralar____, ____, ____müvəqqəti qalması üçün tikilirdi. Karvansara hücrəsi ___üçün nəzərdə tutulurdu.
6. Sarayın divanxanasında__________, __________elan edilirdi.

• Tikililər haqqında bildiklərini qeyd et.

Qeyd. Müəllim tapşırığı bir tikili üzərində də qura bilər.

Tikilinin adı
Forması
Xüsusiyyətləri
İnşaat materialları

1. Abidə nə üçün ucaldılır?
2. Türbələr nə üçün tikilir?
3. Şəhəri niyə qoruyurdular?
4. Məbədin əsas hissələri hansılardır?
5. Körpülərin oxşar və fərqli xüsusiyyətləri hansılardır?
6. Qala divarlarının bürcləri, qüllələri nə üçündür?
7. Karvansaraların digər tikililərdən fərqli xüsusiyyətləri nədir?
8. Karvansara və sarayın fərqli cəhətləri hansılardır?

Relyefin təsviri

Coğrafi obyektlər hündürlüklərinə görə bir-birindən fərqlənir. Obyektlərin hündürlüyü nisbi və mütləq ola bilər. Əgər nöqtənin hündürlüyü okean və ya dəniz səviyyəsindən hesablanırsa, bu, mütləq hündürlük adlanır. Plan və xəritədə verilmiş hündürlüklər relyefin mütləq hündürlüklərini göstərir.

Yer səthində bir nöqtənin digər nöqtəyə şaquli xətt üzrə hündürlük fərqinə nisbi hündürlük deyilir. Nisbi hündürlüyü nivelir vasitəsilə ölçürlər.

Planda relyef horizontalların köməyi ilə təsvir olunur. Fiziki xəritələrdə isə bu məqsədlə rənglərdən istifadə olunur.

Horizontal (izohipslər) – eyni mütləq hündürlüyə malik nöqtələri birləşdirən qapalı əyri xətlərdir. İki qonşu horizontal arasındakı hündürlük fərqinə kəsmə yüksəklik deyilir. Planın hər yerində horizontallar arasında kəsmə yüksəklik eyni olur. Horizontalların bir-birinə yaxın çəkilməsi yamacın dikliyini, aralı çəkilməsi isə relyefin hamar və ya az meyilli olduğunu göstərir. Yamacın meyilliliyi berqştrix vasitəsi ilə müəyyən edilir. Berqştrix horizontala perpendikulyar çəkilmiş, səth sularının axım istiqamətini göstərən qısa xətlərdir. Berqştrixin istiqaməti relyefin qabarıq (təpə, dağ və s.) və ya çökəklik olmasını müəyyən etməyə imkan verir. Qabarıq relyef formalarında berqştrixin istiqaməti – kənara, çökək relyef formalarında isə, əksinə – mərkəzə doğru çəkilir. Relyefin formasını horizontallar üzərində yazılan rəqəmlərə əsasən də müəyyən etmək mümkündür. Çünki horizontal üzərində yazılan hündürlüklərin yuxarı hissəsi mütləq yüksəkliyin artma istiqamətinə yönəlmiş olur.

Miqyassız şərti işarələr

106
Miqyassız şərti işarələr
iqtisadi və başqa baxımdan xüsusi əһəmiyyəti
olan, lakin saһəcə kiçik olduğu üçün miqyasa görə xəritədə təsvir edilməsi
mümkün olmayan obyektləri təsvir etmək üçün işlədilir (yol göstəriciləri, su qu­
yuları və s.).
İzaһedici şərti işarələr
xəritədə təsvir edilmiş obyektlərin əlavə xüsusiyyət­
lərini göstərir. Məsələn, meşənin konturu daxilində ağacın növünü göstərən işarə
(yazı), çayın axın istiqamətini və suyun sürətini göstərən ox, rəqəm və s.
Yer səthi relyefinin əsas formaları haqqında məlumat
Yer səthinin relyefi topoqrafik xəritələrdə mükəmməl və dəqiq təsvir edilir.
Onun asanlıqla oxunması vacib şərtlərdən biridir. Yerin fiziki səthinin əmələ
gətirdiyi birgə forma relyef adlanır.
Relyefin əsas formaları aşağıdakılardır:
Ayrıca yerləşmiş və ətraf saһədən əksər һalda konusvarı şəkildə yük­
sələn relyef formasına
dağ (təpə)
deyilir. Dağın (təpənin) ən һündür
nöqtəsi zirvə, yan sətһi isə yamac adlanır. Dağın (təpənin) ətraf saһə
ilə birləşmə xəttinə onun
ətəyi
deyilir.
Çuxur
(çala)
Dağın (təpənin) əksi olan qapalı çökəkliyə
çuxur
deyilir. Çuxurun yan
sətһi yamacları əmələ gətirir. Çuxurun ətraf saһə ilə birləşdiyi xəttə qaş
deyilir.
Silsilə
Müəyyən istiqamətdə uzanaraq tədricən alçalan yüksəkliyə
silsilə
deyi­
lir. Silsilənin iki yamacı onun ən һündür һissəsində birləşərək (suayı­
rıcı) əmələ gətirir.
Dərə
Silsilənin əksinə olaraq müəyyən istiqamətdə uzanan və tədricən
alçalan uzunsov çökəkliyə
dərə
deyilir. Əksər һallarda dərələr çay
yatağı olur. Yataqları geniş dərələrdən fərqli olaraq yamacları dik və
dar dərələr (
yarğanlar
) əsasən yumşaq süxurların yayıldığı saһələrdə əmələ
gəlir. Ot və kol bitkiləri ilə örtülən və genişlənən yarğanlara qobu deyilir. Dərə­
nin yamacları və ya dənizin saһilləri ilə uzanan az meyilli, yaxud yastı pilləvarı
saһələrə terras deyilir. Çox dik (sıldırım) yamaca
uçurum
deyilir.
Gədik
İki qonşu dağ yamaclarının birləşdiyi alçaq yerə
gədik
deyilir. Dağlıq
yerdə yollar gədikdən keçir. Ona görə də dağlarda gədiyə
aşırım
,
dağ
keçidi
də deyilir.
Dü ­
zənlik
Meyilliliyi cüzi olan һamar relyef formasına
düzənlik
deyilir. Yüksəkliyi
200 m­dən az olan düzənlik
ovalıq
adlanır.
Dağ
(təpə)
LAYİHƏ

107
Gədik
Zirvə
Dərə
Kurqan
Çuxur
Vadi
Təpə
Uçurum
Dağın ətəyi
Relyefin əsas formaları
Topoqrafik xəritələrdə relyefin təsviri,
horizontallar üsulu, kəsmə yüksəklik
Hərbi əməliyyatlar üçün ən vacib işlərdən biri relyefin oxunmasıdır.
Xəritələrdə relyefin təsvirinin maһiyyəti relyefin üçölçülüyünü, yəni һəcm­
liliyini müstəvi üzərində göstərməkdən ibarətdir.
Horizontalların müstəvidə proyeksiyası və təsviri
LAYİHƏ

108
Relyefin xəritədə təsviri nəticəsində:
– nöqtələrin mütləq və nisbi yüksəkliklərini;
– yamacların istiqamətini, mayilliliyini, kəmiyyət göstəricilərini təyin etmək
mümkündür.
Hazırda ən geniş tətbiq edilən üsul
horizontallar üsuludur. Relyefin xəri­
tələrdə təsviri üçün horizontallar riyazi baxımdan dəqiq üsul sayılır.
Yüksəklikləri eyni olan nöqtələri birləşdirən səlis əyri xəttə horizontal deyilir.
Başqa sözlə desək, һorizontallar yerin səviyyə sətһinə paralel olan sətһlərlə
relyefin kəsişmə xətləridir. Belə sətһlərə kəsmə səthi deyilir.
Relyefi xəritədə һorizontallarla təsvir etmək üçün bir һorizontal kifayət deyil.
İki qonşu kəsmə sətһi (səviyyə sətһi) arasında qalan şaquli məsafəyə kəsmə
yüksəklik deyilir.
Bəzi relyef formalarının horizontallarla təsviri
Xəritələrdə bəzi horizontalların yüksəkliyi yamacın yüksələn istiqamətində
olmaq şərtilə yazılır. Kəsmə yüksəkliyini bilməklə bir horizontalın yüksəkliyinə
görə digər horizontalların da yüksəkliyini təyin etmək olar.
Horizontallarla təsvir edilmiş xəritə müxtəlif hərbi əməliyyatlarda geniş isti­
fadə edilir. Relyefi daha mükəmməl təsvir etmək məqsədilə topoqrafik xəritə­
lərdə horizontallarla yanaşı, mütləq yüksəkliklər də yazılır.
Xəritədə terras tinlərinin, uçurumların, yarğanların, kurqanların və s. relyef
elementlərinin nisbi yüksəklikləri də yazılır. Bu elementləri horizontallarla təsvir
etmək mümkün deyil.
LAYİHƏ

109
1. Relyef və hidroqrafiya arasında asılılığı izah edin.
2. Sizcə, hərb işində meşənin konturu daxilində ağacın növünü göstə­
rən işarə, çayın axın istiqamətini və sürətini göstərən ox və rəqəm nə
qədər faydalıdır?
3. Sizcə, dağlıq ərazidə gədiyə nəyə görə aşırım, dağ keçidi deyirlər?
4. Dərə olan ərazidə döyüş əməliyyatları planlaşdırarkən nələri nəzərə
almaq lazımdır?
5. Motoatıcı taqım komandiri olaraq taqımın dayaq məntəqəsini ha­
rada hazırlayardınız? Fikrinizi əsaslandırın.
Sual və tapşırıqlar
20. XƏRİTƏ ÜZƏRİNDƏ COĞRAFİ VƏ DÜZBUCAQLI
KOORDİNATLARIN TƏYİN EDİLMƏSİ
Ərazidə, yaxud xəritə üzərində verilmiş hər hansı bir nöqtənin (hədəfin)
yeri başlanğıc kimi qəbul edilmiş xətlərə və ya müstəviyə nəzərən təyin edilir
ki, buna da koordinat sistemi deyilir. Bu xətlər koordinat oxları, müstəvilər isə
koordinat müstəviləri vəzifəsini daşıyır. Koordinat sistemində nöqtənin müs­
təvi üzərində, yaxud fəzada yerini təyin edən bucaq və ya xətti kəmiyyətlər
koordinatlar adlanır.
Topoqrafik xəritələrdə coğrafi və düzbucaqlı koordinatlar haqqında hansı
məlumatlar var?
Yer səthindəki nöqtələrin yerini həll edilən məsələnin xarakterindən və tələb
olunan dəqiqlikdən asılı olaraq müxtəlif koordinat sistemlərində təyin edirlər. Bu
dərsimizdə hərbi topoqrafiyada ən geniş tətbiq olunan coğrafi və düzbucaqlı
koordinat sistemləri ilə tanış olacağıq.
Yer səthindəki nöqtələrin yerinin bucaq koordinatları (enlik və uzunluq) ilə ifadə
edilməsi üsulunu astronom Hipparx (e. ə. 150 – 100­cü illər) hazırlamışdır. XIX
əsrin sonlarına qədər dünya xəritələrində ekvator xətti sıfırıncı en dairəsi qəbul
edilmişdisə də, başlanğıc meridian ayrı­ayrı ölkələrdə müxtəlif idi. 1884­cü
ildən bütün ölkələr üçün Qrinviç meridianı başlanğıc götürülür.
LAYİHƏ

Comments are closed, but trackbacks and pingbacks are open.