Press "Enter" to skip to content

Ali riyaziyyat (I hissə)

Universitetlərin birinci semestrində Xətti cəbrin elementləri və analitik həndəsəp ilə paralel olaraq tələbələr üçün Riyazi analizə girişə adlı mühazirə də oxunur. Həmin mühazirənin məzmunu kitabın IX-XVIII fəsillərinə uyğundur.

“Ali riyaziyyat” dərsliyi çapdan çıxıb

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Misir Mərdanov, institutun şöbə müdiri, professor Ramiz Aslanov və Bakı Dövlət Universitetinin (BDU) dosenti Sevda İsayevanın həmmüəllifi olduqları “Ali riyaziyyat” dərsliyi işıq üzü görüb.

Akademiyadan Mektebgushesi.az -a bildirilib ki, “Təhsil” nəşriyyatında çap olunan dərslik on fəsil və üç əlavədən ibarətdir. Nəşr riyaziyyatın xətti cəbr və analitik həndəsənin elementləri, riyazi analizə giriş, inteqral hesabı, çoxdəyişənli funksiyalar, kompleks ədədlər, adi diferensial tənliklər, xüsusi törəməli diferensial tənliklər, ehtimal nəzəriyyəsi və riyazi statistikanın elementləri bölmələrini əhatə edir.

Dərslik BDU-nun Kimya və Coğrafiya fakültələrinin tədris planlarına və proqramlarına uyğun hazırlanıb. Vəsaitdən BDU-nun riyaziyyat ixtisası istisna olmaqla, digər ixtisaslarda təhsil alan tələbələri, eləcə də başqa universitetlərin tələbələri və müəllimləri istifadə edə bilərlər.

Like this:

Like Loading.

Related

  • ← Müəllimlərin nəzərinə -Kurikulum üzrə situasiya tipli sual nümunələri
  • Yay imtahan sessiyasına hazırlıq məsələləri müzakirə olunub →

Ən çox oxunanlar

  • Azərbaycan elm və təhsil. “SCimago” (Scimago Institutions Rankings) reytinq agent.
  • “Müəllim və həkimlər təqa. Nadir Israfilov: “Təqaüd yaş həddinin dəyişdirilməsi yo.
  • “Elə “Novruzlu” günlərimi. Novruz bayramı ərəfəsi, gəncliyimin “oğlan çağı” idi.
  • Tələbələrin yataqxanalard. Azərbaycanda yeni tədris ili başlayandan tələbələrin ya.
  • Uşaqlara işgəncə verilən. Bakıda azyaşlıların işgəncələrə məruz qaldığı idd.
  • LDU –da bayram ovqatlı No. Lənkəran Dövlət Universitetində (LDU) xalqımızın milli.
  • Görkəmli dramaturq, şair. Bu gün Azərbaycanın görkəmli dramaturqu, şairi və n.
  • Təhsil haqqı artan univer. Bu ildən bəzi dövlət və özəl universitetlər.
  • Elm və təhsil naziri Vətə. Vətən müharibəsi qazisi Ceyhun Qürbət oğlu Qurban.
  • Azərbaycan sevdalısı Nuri. Cümhuriyyət tariximizin varis.
  • Bakı məktəblisi dünyanın. Fizika fənni üzrə dəfələrlə milli və beynəlxalq olimpia.
  • Ekspert: “Sertifikasiya”. Belə bir prosedur sovet dönəmində də olub, ancaq, bu də.
  • Qəbul və buraxılış imtaha. I,II,III və IV ixtisas qrupları üzrə qəbul və buraxılı.
  • LDU-da olimpiada qaliblər. Lənkəran Dövlət Universitetində (LDU) 26 mart.
  • Nəzər Sultanlı: Şagird şə. Cəmiyyət inkişaf etdikcə müəllim qarşısında duran vəzi.
  • Dövlət bayrağımız: Üç rən. Yüz ilə yaxın bir müddətdir ki, Üçrəngli dövlət bay.
  • Psixologiya elmi haqqında. Psixologiya elmi qədim tarixə malikdir.Psixoloji anlay.
  • MDU rektoru beynəlxalq tə. Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin B.
  • 192 tələbə kollec, 960 tə. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhs.
  • “Maşa və ayı”nın yeni böl. “Maşa və ayı” cizgi filminin yeni bölümü Azərbayc.
  • Azərbaycanda Novruz bayra. Azərbaycanda bu gün Novruz bayramı qeyd edilir.
  • Qarabağ bizimdir, Qarabağ. “1990-cı illərin əvvəllərində, o vaxt Azərbaycanda.
  • Dovşan ilində bizi nə göz. Qoroskopa əsasən, bu dovşan bütün bürclərə stabil.
  • “İstedadlı şagird üçün is. Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən “İste.
  • “Dərs vaxtı”nın 31 mart c. “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “D.

Arxiv

VOEN 1303384232
12.08.2013 – cu ildə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmışdır. Mətbu nəşrləri reystrinə daxil edilmə nömrəsi: N3782

Məktəb guşəsi saytı 2016 – cı ildən fəaliyyət göstərir.
Bütün hüquqlar qorunur ©

Əlaqə

  • Bakı şəhəri, H. Əliyev küç ev 92a mən 31
  • [email protected]
  • +994 070 320 38 51
  • +994 55 774 84 44
  • Facebook
  • Twitter

Ali riyaziyyat (I hissə)

Bakı Biznes Universitetinin tələbələri üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 08.04.2010-ci ildə təsdiq olunmuş “Ali riyaziyyat” proqramı əsasında yazılmış bu dərs vəsaiti I hissəsində Çoxluqlar, çoxluqlar üzərində əməllər, mütləq qiymət haqqında teoremlər, funksional asılılıqlar, funksiyanın limiti və kəsilməzliyi, törəmə, törəmənin tətbiqləri, qeyri –müəyyən və müəyyən inteqrallar, məxsusi inteqrallar, çoxdəyişənli funksiyaların diferensial və inteqral hesabı, diferensial tənliklər və ədədi sıralar və s. bu kimi məsələlər ətraflı şərh edilmişdir. Dərs vəsaitindən digər ali və orta məktəblərinin professor-müəllim və tələbələri də istifadə edə bilərlər.

Ali təhsil sisteminin yenidən qurulması tələbə kontingentindən dərin və möhkəm riyazi biliyə malik olmağı, riyaziyyatı müasir elmi məsələlərin həllinə tətbiqetmə bacarığı və müstəqil işləmə vərdişi tələb edir. Gələcək iqtisadi kadrların hazırlandığı ali məktəblərdə öyrənilən fənlər arasında riyaziyyatın xüsusi əhəmiyyəti vardır. İqtisadiyyatın ən müxtəlif sahələrinə riyazi metodlar geniş tətbiq edilir. Tələbələrin riyazi biliyini yüksəltmək, onların yaradıcı təfəkkürünü, şəxsiyyətini, məntiqi və fərdi düşünmə qabiliyyətini və istedadlarını inkişaf etdirmək, müstəqil işləmə və hesablama aparmaq vərdişlərini artırmaq üçün “Ali riyaziyyat” kursu mühüm əhəmiyyətə malikdir. Bakı Biznes Universitetinin tələbələri üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 08.04.2010-cu ildə təsdiq olunmuş “Ali riyaziyyat” proqramı əsasında yazılmış bu dərs vəsaiti iki hissədən ibarətdir. I hissədə çoxluq, mütləq qiymət haqqında teoremlər, funksiyalar, funksiyaların limiti, kəsilməzliyi, törəmə, diferensial, qabarıq və çökük əyrilər, Lopital qaydası, qeyrimüəyyən və müəyyən inteqrallar, inteqrallama üsulları, qeyri məxsusi inteqrallar, çoxdəyişənli funksiyaların diferensial hesabı, diferensial tənliklər, ədədi sıralar və s. bu kimi mövzular ardıcıllıqla və oxunaqlı şəkildə şərh edilmişdir. Hər bir mövzu və fəslin sonunda nəzəri materialların tələbələr tərəfindən daha yaxşı qavranılması üçün məsələ və misallar həll edilmişdir. Dərs vəsaitindən digər iqtisad yönümlü Universitetlərin professor-müəllim və tələbələri də istifadə edə bilərlər.

Yükləməyə Keç [3,92 Mb] [ : 12495] –>

Ali Riyaziyyat – R.Məmmədov 1-ci hissə PDF

Dərslik universitetlərin tələbələri üçün Təhsil Nazirliyi tərəfindən 1974-cü il ildə təsdiq olunmuş ali riyaziyyat proqramı əsasında tərtib olunmuşdur.

Dərslik iki hissədən ibarətdir: xətti cəbrin elementləri və analitik həndəsə: birdəyişənli funksiyaların diferensial hesabı.

Bu hissələrin hər birinin ayrılıqda (lakin paralel olaraq) və ya ikisini də birlikdə qarışıq şəkildə tədris etmək olar.

Kitabın oxuculara təqdim olunan birinci hissəsi Azərbaycan Dövlət Neft Akademiyasında tələbələr üçün birinci semestrdə oxunan €Xətti cəbrin elementləri və analitik həndəsəp adlı mühazirənin məzmununu əhatə edir. Burada matrislər və deter- minantlar, xətti tənliklər sistemi və vektorlar cəbri kimi həmişə ali texniki institutlarda keçilən bəhslərlə yanaşı, xətti çevirmələr də sadə və konkret şəkildə şərh edilir. Yeni ali riyaziyyat proqramında analitik həndəsənin çox qısa keçirilməsi nəzərdə tutulur. Buna görə də VI-VIII fəsillərdə analitik həndəsədən ancaq ənənəvi materiallar verilir.

Universitetlərin birinci semestrində Xətti cəbrin elementləri və analitik həndəsəp ilə paralel olaraq tələbələr üçün Riyazi analizə girişə adlı mühazirə də oxunur. Həmin mühazirənin məzmunu kitabın IX-XVIII fəsillərinə uyğundur.

Dərslikdə verilmiş hər bir nəzəri təklif misallarla izah olunur və onların tətbiqi üçün kifayət qədər misal və məsələlər verilir. Mühəndislər üçün lazım olan təqribi ədəd, sadə təqribi hesablama

Comments are closed, but trackbacks and pingbacks are open.