Riyaziyyat üzrə bilik yarışında Bakı Dövlət Universitetinin tələbələri qalib gəliblər
Azərbaycan məktəblilərinin Respublika Fənn Olimpiadasının başlanmasına sayılı günlər qalıb. 18-20 aprel tarixlərində keçiriləcək növbəti olimpiadada respublika üzrə 450 şagird iştirak edəcək.
BDU-da Riyaziyyat üzrə bilik yarışının ikinci və final mərhələsi başa çatıb (FOTO)
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Riyaziyyat üzrə bilik yarışının ikinci və final mərhələsi başa çatıb.
Trend-i buradan izləyin
Bakı Dövlət Universitetində (BDU) Təhsil Nazirliyi SABAH qrupları layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Riyaziyyat üzrə bilik yarışının ikinci və final mərhələsi başa çatıb.
Universitetdən Trend-ə verilən məlumata görə, bilik yarışı 8 ali təhsil müəssisəsini əhatə edibr. Yarışlar riyaziyyat üzrə Bakı Dövlət Universitetində, Müəllimlik üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetində, İnformasiya Texnologiyaları üzrə Azərbaycan Texniki Universitetində keçirilib. Yarışın birinci mərhələsinin nəticələrinə əsasən, 300-dən çox tələbə ikinci mərhələdə iştirak etmək hüququ qazanıb. İkinci mərhələnin sonunda birinci mərhələni uğurla keçənlərə sertifikatlar verilib və final mərhələyə keçənlər müəyyən edilib. Yazılı şəkildə aparılan final mərhələsində qaliblər müəyyən edilib. I, II və III yerlərin qalibləri BDU tələbələri olub. I və II yerləri Riyaziyyat müəllimliyi ixtisasının tələbələri Süleyman Bağırov və Aytac Nəbiyeva, III yeri isə Əfsanə Rzazadə tutub.
Riyaziyyat üzrə bilik yarışında Bakı Dövlət Universitetinin tələbələri qalib gəliblər
Bakı Dövlət Universitetində (BDU) Təhsil Nazirliyinin “SABAH” qrupları layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş riyaziyyat üzrə bilik yarışının final mərhələsi başa çatıb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, bilik yarışı 8 ali təhsil müəssisəsini əhatə edib. Yarışlar riyaziyyat üzrə Bakı Dövlət Universitetində, müəllimlik üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetində, informasiya texnologiyaları üzrə Azərbaycan Texniki Universitetində keçirilib.
Yarışın birinci mərhələsinin nəticələrinə əsasən, 300-dən çox tələbə ikinci mərhələdə iştirak etmək hüququ qazanıb. İkinci mərhələnin sonunda birinci mərhələni uğurla keçənlərə sertifikatlar verilib və final mərhələyə keçənlər müəyyənləşdirilib.
Yazılı şəkildə aparılan final mərhələsində qaliblər müəyyən olunub. Birinci, ikinci və üçüncü yerlərə BDU-nun tələbələri layiq görülüblər. Birinci və ikinci yerləri riyaziyyat müəllimliyi ixtisasının tələbələri Süleyman Bağırov və Aytac Nəbiyeva, üçüncü yeri isə Əfsanə Rzazadə tutub.
Bilik yarışması başlayır
Azərbaycan məktəblilərinin Respublika Fənn Olimpiadasının başlanmasına sayılı günlər qalıb. 18-20 aprel tarixlərində keçiriləcək növbəti olimpiadada respublika üzrə 450 şagird iştirak edəcək.
Qeyd edək ki, hələ sovet dövründən keçirilən bilik yarışması böyük ənənəyə malikdir. Eyni zamanda, o dövrdən başlayaraq, təkcə ittifaq səviyyəsində deyil, respublika, şəhər və rayon səviyyəsində də olimpiadalar keçirilib. Ölkəmiz müstəqillik qazanandan sonra şagirdlərimiz təkcə ölkə səviyyəsində deyil, həmçinin beynəlxalq olimpiadalara qatılırlar. Ancaq ölkədə keçirilən bilik yarışması son iki ildə müəyyən dəyişikliklərə imza atıb. Təhsil naziri Mikayıl Cabbarovun xüsusi diqqət göstərdiyi olimpiadanın keçirilməsində kütləviliyi və obyektivliyi təmin etmək, ədalətli rəqabət mühiti yaratmaq və istedadlı uşaqları vaxtında müəyyən edib potensialını düzgün istiqamətə yönləndirmək istiqamətində mühüm addımlar atılıb. Hazırda olimpiadaların keşirilməsi Təhsil Nazirliyinin prioritet sahələrindən birinə çevrilib.
Kütləviliyi və bərabər şəraiti təmin etmək
Nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdir müavini Emin Əmrullayev “Kaspi”yə açıqlamasında olimpiadanın keçirilməsi istiqamətində həyata keçirilən dəyişikliklərdən danışaraq, qeyd etdi ki, ötən ildən başlayaraq olimpiadalarda ədalətliliyin təmin olunması baxımından mühüm addımlar atılıb. Belə ki, əvvəllər suallar bir mənbədə hazırlanırdısa, indi müxtəlif mənbələrdən hazırlanan sualların ən uyğunu münsiflər heyətinin iştirakı ilə seçilib həmin gün şagirdlərə təqdim edilir: “Növbəti addım kimi olimpiadaların keçirilmə qaydalarını yenilədik. Kütləviliyi və bərabər şəraiti təmin etmək üçün rayonlarda təşkil olunan olimpiadaların birinci mərhələsini test formatına keçirdik. Bu, həm sürətli, həm də ədalətli yoxlamanı təmin edirdi. Belə ki, biz nisbətən fərqlənən şagirdləri seçməli idik. Ötən il olimpiadada 8 fənn üzrə 4-5 minə yaxın şagird iştirak etdi. Beynəlxalq olimpiada fənləri ilə birgə tarix, Azərbaycan dili və ilk dəfə olaraq coğrafiya fənlərini siyahıya əlavə etdik”. Nazirlik rəsmisinin qeyd etdiyinə görə, bu mərhələlər müstəqil olaraq rayonlar tərəfindən keçirilir. Nəticələr Təhsil Nazirliyi tərəfindən təhlil olunmaqla yanaşı, qaliblər də nazirlik tərəfindən müəyyənləşdirilir və yerlərə müəyyən siyahılar göndərilir: “Həmçinin əsas dəyişikliklərdən biri respublika turunun iki mərhələdə keçirilməsidir. Əvvəlki qaydalara görə, hər bir bölgə öz nümayəndəsini müəyyən edərək, respublika turuna göndərirdi. Sonra respublika turunun final mərhələsindən öncə zona müsabiqəsi xarakteri daşıyan yarımfinal mərhələsi təşkil etdik. Həmin mərhələdə 4500-ə yaxın şagird iştirak etdi. Ölkənin 15 bölgəsində bu yarışları keçirdik ki, respublika olimpiadasının final mərhələsinin iştirakçılarını müəyyənləşdirək”.
E.Əmrullayev iki gün sonra start götürəcək olimpiadaya hazırlıqdan danışaraq qeyd etdi ki, bu il final mərhələsində də edilən dəyişikliyə görə bayram əhval-ruhiyyəsi daşıdığından olimpiadanın beşulduzlu oteldə üç gün ərzində keçirilməsi qərara alınıb. Belə ki, bu müddət bir sıra yeniliklərin tətbiq edilməsinə də imkan yaradıb: “Birinci gün təlimatlandırma işləri, ikinci gün müsabiqə keçirilir. Müsabiqə bitəndən dərhal sonra uşaqlara düzgün cavablar veriləcək və nəticələr elan olunacaq. Şagird qiymətləndirmə meyarları ilə tanış olacaq. Bu, onlarla münsiflər heyəti arasında şəffaflığın yaranması üçün həyata keçirilir. Əgər şagird ona qarşı ədalətsizliyin olduğunu deyirsə və ya hər hansı texniki səhv baş veribsə, apellyasiya şikayəti verə bilər. Növbəti gün – aprelin 20-də həmin şikayətlərə baxılacaq. Məsələləri müzakirə etdikdən sonra tam siyahı müəyyənləşdiriləcək və yerlər elan olunacaq”.
Həmçinin, builki meyara görə, olimpiadaya gələn şagirdlərin hər bir fənn üzrə yarısı I-III yerlər üçün medalla təltif olunacaq. Olimpiadanın digər iştirakçılarına da sertifikatlar veriləcək. Bundan əlavə, bu ildən başlayaraq, olimpiada beynəlxalq olimpiada standartlarına uyğun olaraq aşağı və yuxarı yaş qrupları arasında iki hissəyə bölünüb. Şagirdlər müəyyən kriteriyalarla seçilir. Belə ki, hər fənn üzrə 40 nəfər yuxarı yaş, 20 nəfər aşağı yaş qrupuna daxildir. Kriteriyaya görə, ən yaxşı yazanların 50 faizi medalla təltif olunacaq. Bu, beynəlxalq olimpiadaların komanda seçimində nəzərə alınır. Həmçinin uşaqlara qiymətli hədiyyələr və ən yüksək nəticə göstərən bir şagirdə isə “Birincilərin birincisi” mükafatı təqdim olunacaq.
E.Əmrullayevin sözlərinə görə, yerli olimpiadalar beynəlxalq olimpiadalara hazırlıq, komandanın formalaşdırılması və şagirdlər arasında rəqabət yaratmaq, istedadları müxtəlif səviyyədə üzə çıxarmaq məqsədi daşıyır.
Riyaziyyatdan qızıl medalçımız yoxdur
E.Əmrullayev ölkənin elmi potensialını ortaya qoymaq baxımından beynəlxalq olimpiadaların böyük rol oynadığını qeyd etdi. Əsasən beş fənn – riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə keçirilən beynəlxalq olimpiadaların qalibləri dünyanın nüfuzlu univesitetlərində oxumaq imkanı əldə edirlər. Belə ki, beynəlxalq riyaziyyat olimpiadasının bürünc mükafatçıları dünyanın istənilən universitetində tam təqaüdlə təhsil almaq imkanına malikdirlər. Eyni zamanda, fizika, informatika və s. fənlər üzrə keçirilən olimpiadalar da bu cür nüfuz qazanıb: “Bizim ölkəmizdən olan şagirdlərin də ötən illərdə qazandığı uğurlar var. Beynəlxalq olimpiadanın gümüş mükafatçısı Cəfər Cəfərov, fizika olimpiadasının qızıl mükafatçısı Tural Bədirxanlı, həmçinin hər il Moskva Dövlət Universitetinin keçirdiyi Mendeleyev olimpiadasının və s. qalibləri var”.
Qeyd edək ki, bu olimpiadanın nəticəsi olaraq regional beynəlxalq olimpiadalara seçimlər aparılır. Belə ki, bu il ən yüksək yarış sayılan beynəlxalq riyaziyyat olimpiadası Tayvanda, informatika olimpiadası Qazaxıstanda, fizika üzrə Hindistanda, kimya Bakıda, biologiya olimpiadası da Tayvanda keçiriləcək. Həmin olmpiadalarda iştirak etmək üçün azərbaycanlı şagirdlərdən ibarət komanda formalaşıb. Nazirlik rəsmisi bildirdi ki, hər il beynəlxalq olimpiadalarda şagirdlərimiz müəyyən medallar qazanırlar: “Olimpiadada qızıl medal qazanmaq boks olimpiadasında qızıl medal qazanmaqdan asan deyil. Beynəlxalq olimpiadada 40-50 şagird qızıl medal qazanır və onlar fenomenal şagirdlər hesab olunurlar. Bizim riyaziyyat olimpiadasından qızıl medalımız yoxdur. Təbii ki, bu, bizim istəyimizdir. Beynəlxalq səviyyədə gümüş medal qazanan şagirdi adətən dünya universitetləri özləri dəvət edir və ona tam təqaüd ödəyirlər. Həmin uşaqlar xaricdə təhsilə gedir, daha sonra doktorantura təhsili alırlar. Çox istərdik ki, onların bir qismi nə vaxtsa qayıdıb gəlsin. Ancaq dünyada elm qloballaşma istiqamətində gedir və fundamental biliklərə sahib olan alimlər intellektual mərkəzlərdə işləmək istəyirlər”.
Ümid edirik ki.
Olimpiadaya hazırlıqdan danışan nazirlik rəsmisi bildirdi ki, şagirdlər artıq 8-ci sinifdə fənlər üzrə məktəb proqramını bitirməlidirlər: “O dərəcədə istedadlı olmalıdırlar ki, 9-cu sinifdən artıq onlara ali səviyyədə olan dərslər tədris olunmağa başlasın. Əsas yanlış təəssüratlardan biri odur ki, valideynlər çox vaxt elə hesab edirlər ki, əgər uşaqları məktəbdə əlaçıdırsa, demək, mütləq olimpiadada qalib olmalıdırlar. Ancaq olimpiadanın, xüsusən respublika turunun sualları məktəb proqramından çətin olur. Bu, olimpiadanın qaydasıdır və dünyanın hər yerində belədir. Çünki olimpiada istedadlı uşaqlar üçündür. Biz hər fənn üzrə ölkənin ən yaxşı 40 uşağını seçirik. Bu, müəyyən mənada çevik zəka və istedad tələb edir”.
E.Əmrullayev bildirdi ki, olimpiadada istirak edəcək uşaqlar aşağı siniflərdən məqsədyönlü şəkildə bu prosesə cəlb olunmalıdırlar: “Sevindirici haldır ki, bu gün belə uşaqlarımız var. Belə qruplar bu il yaradılıb. Məsələn, Riyaziyyat Təmayüllü Liseydə belə baza yaratmışıq. Ümumiyyətlə, Bakı və Sumqayıt şəhərindən 60-a yaxın şagird hazırlığa cəlb olunub. Davamlı olaraq biz bunu həyata keçirəcəyik. Ümid edirik ki, yayda olimpiadalarda daha yaxşı nəticə əldə edəcəyik”.
E.Əmrullayev rəqəmlərə istinad edərək, keçən illə müqayisədə rayon turlarında iştirak edənlərin sayının 5 dəfə artdığını qeyd etdi. Belə ki, keçən il rayon turunda 5-6 min şagird iştirak edibsə, bu il olimpiadaya 22 min uşaq qoşulub: “İnanırıq ki, gələn il bu rəqəm daha çox olacaq. Zona turunu keçib respublika olimpiadasına vəsiqə qazanmaq böyük göstəricidir”.
Nazirlik rəsmisinin fikrincə, tarix, Azərbaycan dili və ədəbiyyatı üzrə olimpiada keçirmək çox çətindir. Belə ki, bu istiqamətdə daha çox müsabiqə keçirmək olar: “Azərbaycan dilində zona olimpiadası keçirsək belə, orada qalib gələn şagird yalnız respublika turunda iştirak edə bilər. Çünki beynəlxalq olimpiadada Azərbaycan dili fənni yoxdur”. Coğrafiya fənninin respublika olimpiadasına daxil edilməsinə gəlincə, artıq coğrafiya üzrə də beynəlxalq olimpiada keçirilməyə başlayır: “Bu da müxtəlif ölkələrin tədris proqramının fərqli olmasından irəli gəlir. Məsələn, bizdə biologiya fənni üzrə belə problem var. Ənənəvi biologiya məzmunumuz beynəlxalq olimpiadanın biologiya məzmunu ilə o qədər də üst-üstə düşmür”.
Nazirlik rəsmisi hesab edir ki, olimpiadada uşaqların iştirakı istiqamətində rayon təhsil şöbələri də fəal olmalıdır. Bundan əlavə, olimpiada ilə bağlı Azərbaycan dilində dərs vəsaitlərinin çatışmazlığı var: “Biz bu istiqamətdə vəsaitlər çap etməyə başladıq. Artıq riyaziyyat və informatika fənləri üzrə oxşar vəsait çap etmişik. Fizika üzrə belə proqram hazırlanır. Amma proqram olaraq 5 fənn üzrə vəasitlər hazırdır. Əgər məktəblər istəyirsə ki, uşaqlar bu istiqamətdə hazırlaşsınlar, biz onlara bu proqramları veririk”.
Birincilik uğrunda
Bakı Avropa Liseyinin XI a-1 texniki təmayüllü sinif şagirdi Elçin Lətifli respublika olimpiadasına həvəslə hazırlaşdığını bildridi. Belə ki, o, hələ IX sinifdə oxuyanda məktəb və rayon turunun qalibi kimi respublika riyaziyyat olimpiadasında III yerə sahib olub: “Olimpiadada riyaziyyat fənni üzrə iştirak edəcəyəm. Hesab edirəm ki, ilk üçlükdə yer alacam”.
E.Lətifli hesab edir ki, şagirdlər olimpiadada iştirak edəndə daha çox təcrübə toplayır və bu, onlara gələcək təhsillərində kömək edir: “Olimpiadada məktəb proqramları fərqli olur. Daha çox paraqrafa əsaslanmır, ümumi bölməni bildikdə məsələləri həll edə bilirsən. Arzum birinci yeri tutmaq və beynəlxalq olimpiadaya qatılmaqdır”.
Comments are closed, but trackbacks and pingbacks are open.