Hər gün yeni bir kitab
Hüseyn İlqaroğlu 20 May 2022
Dr. Riçard Karlson “Xırda şeyləri dərd etməyin” PDF
Həmişə qəzəbli olduğumuz anlarda “xırda şeylər”i beynimizdə canlandırıb, həqiqətən də “böyük məsələ” həddinə çatdırırıq. Guya haqlı çıxmağımız xoşbəxtliyimizdən daha əhəmiyyətlidir. Lakin heç də belə deyil. Əgər daha sakit həyat keçirmək istəyirsinizsə, haqlı sayılmağın özünüzü xoşbəxt etməkdən daha vacib olmadığını başa düşməlisiniz. Xoşbəxtliyə gedən yol, mühakimələri bir kənara atıb, sevgi əlini uzatmaqdan keçir. Qoyun başqaları haqlı çıxsın. Bu sizin haqsız olduğunuz mənasına gəlmir. Hər şey yoluna düşəcəkdir. Siz işin ucunu buraxmaqla rahatlıq və haqlı olmaq növbəsini başqalarına ötürməklə sevinc hissi yaşayacaqsınız. Əlinizi uzadıb haqlılığı başqalarına verdikdə onlar da sizə qarşı daha az mühafizəkar davranıb, mehriban olacaqlar. Çox vaxt onlar da sizə əl uzadacaqlar. Amma əgər bu ehtimal özünü təsdiqləməsə də, qətiyyən ürəyinizə salmayın. Daha çox sevgi dolu bir dünya yaratmaq üçün öhdənizə düşəni etməklə qazandığınız daxili sakitlik sizə bəs edər.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
Dr. Riçard Karlson “Xırda şeyləri dərd etməyin” PDF
Xırda şeyləri dərd etməyin
Həmişə qəzəbli olanda “xırda şeylər”i böyüdürük. Sanki haqlı çıxmağımız hər şeydən vacibdir. Hətta xoşbəxtliyimizdən də. Amma heç də belə deyil. Əgər rahat yaşamaq istəyiriksə, bizim üçün xoşbəxtlikdən vacib heç nə olmamalıdır. Xoşbəxtliyə gedən yol ittihamı bir kənara atıb sevgiylə əl uzatmaqdan keçir. Qoy başqaları haqlı çıxsın. Bu bizim haqsız olmağımız demək deyil. Hər şey zamanla yoluna düşəcək. Biz haqlı olmaq növbəsini başqalarına ötürməklə sevinc hissi yaşayacağıq. Əlimizi uzatdığımız adamlar bizimlə mehriban olacaqlar. Onlar da bizə əl uzadacaqlar. Bu ehtimal özünü doğrultmasa belə ürəyimizə salmamalıyıq. Daxili sakitliyimiz bizə bəs edər.
Oxşar kitablar
Xalqların və kütlənin psixologiyası
Gustave Lebon
Cild : Yumşaq
Uğurun yeddi mənəvi qanunu
Deepak Chopra
Cild : Yumşaq
İnsanların oynadığı oyunlar
Erik Berne
Cild : Yumşaq
Mənəvi inqilab
Jiddu Krishnamurti
Cild : Yumşaq
Seksuallığın psixologiyası
Sigmund Freud
Cild : Yumşaq
Həyat mozaikasının beş əsas fraqmenti
Cim Ron
Cild : Yumşaq
Həyata HƏ demək
Viktor Frankl
Cild : Qalın
Xırda şeyləri dərd etməyin
Dr. Riçard Karlson
Cild : Yumşaq
Stokda yoxdur
Hər bir kişinin qadınlar haqqında bilməli olduğu vacib sirlər
Barbara De Angelis
Cild : Yumşaq
Hər bir qadının kişilər haqqında bilməli olduğu vacib sirlər
Barbara De Angelis
Cild : Yumşaq
Qadınlar nə istəyir-Kişilər nə verir
Mustafa Kılınç
Cild : Yumşaq
Atomik vərdişlər
James Clear
Cild : Yumşaq
Açıq ürək
Dalay Lama
Cild : Yumşaq
NLP / Gizli təsirin qızıl sirləri
Michael Hall
Cild : Yumşaq
Stokda yoxdur
Sadəcə, dinlə
Mark Qoulston
Cild : Yumşaq
Aforizmlər
Sigmund Freud
Cild : Yumşaq
Psixo 101
Pol Klaynmen
Cild : Yumşaq
Bədən dili
Joe Navarro
Cild : Yumşaq
Kişilər Marsdan, qadınlar Veneradandır
John Gray
Cild : Yumşaq
Varlı ata, kasıb ata
Robert T. Kiyosaki
Cild : Yumşaq
Axın
Mihay Çiksentmihayi
Cild : Yumşaq
Psixopat qarmağı
Aud Dalsegg
Cild : Yumşaq
Psixoterapiya vergisi
İrvin Yalom
Cild : Yumşaq
Təhtəlşüurun gücü
Joe Dispenza
Cild : Yumşaq
Rəylər
Hüseyn İlqaroğlu 20 May 2022
Öz həyatını dəyişməkdə qərarlı olan hər kəsə tövsiyə edirəm! Bu kitabın mənim həyatımda xüsusi yeri var!
Hüseyn İlqaroğlu 20 May 2022
Öz həyatını dəyişməkdə qərarlı olan hər kəsə tövsiyə edirəm! Bu kitabın mənim həyatımda xüsusi yeri var!
Rasul Hasan 24 August 2021
Kitab haqqında yaxşı sözlər demək olar ancaq
Dr. Riçard Karlson – Xırda şeyləri dərd etməyin
Bu kitabı hər gün “xırda şeyləri böyütməmə”yin nə qədər əhəmiyyətli olduğunu yadıma salan qızlarım Cezzi və Kennaya həsr edirəm. Hər ikinizi də çox sevirəm. Özünüz kimi olduğunuz üçün təşəkkür edirəm.
Mənim nəslimin ən böyük kəşfi – bir insanın davranışını dəyişdirməklə həyatını da dəyişdirə biləcəyini öyrənməsidir. Uilliyam Ceyms Pis xəbərlə və ya çətin insanla qarşılaşanda, yaxud böyük məyusluq hissi keçirəndə əksəriyyətimizin davranışını nəticəsi bizə uğur gətirməyəcək vərdişlər müəyyənləşdirir. Dərhal həddindən artıq reaksiya verərək, hadisəni böyüdürük; vəziyyəti asanlıqla boşlamır, diqqətimizi həyatın yalnız mənfi cəhətlərinə yönəldirik. Kiçik detallar əl-qolumuzu bağlayır. Hirslənib sakitliyimizi itirdiyimiz və narahat edildiyimiz vaxtlarda göstərdiyimiz yersiz reaksiyalar nəinki bizi məyus edir, hətta əslində istədiyimizi qazanmağımıza da mane olur. Buna görə də vəziyyəti tam görə bilmirik və diqqətimizi mənfi cəhətlər üstündə cəmləyib, bizə kömək etmək istəyən başqa adamları da narahat edirik. Sözün qısası, həyatımızı sanki fövqəladə vəziyyətdə olan kimi yaşayırıq. Təlaşla problemləri həll etmək üçün ora-bura qaçanda, əslində, sadəcə problemləri artırmaqla məşğul oluruq. Hər şey bizə dünyanın sonu kimi göründüyü üçün həyatımızı dalbadal gələn “faciələr”lə boğuşaraq keçiririk. Bir müddətdən sonra, həqiqətən də, hər şeyi dünyanın axırı kimi görməyə başlayırıq. Bu zaman gözümüzdən qaçan məqam problemlərimizə olan münasibətimizin bunları nə qədər tez və təsirli şəkildə həlli ilə bağlı olmasıdır. Ümidvaram ki, siz də tezliklə həyata daha sakit reaksiya vermək vərdişinə yiyələndikcə o günədək “aşılmaz” görünən problemlərin daha asan “həll olunduğunu” kəşf edəcəksiniz. Hətta stress yarada bilən “ciddi” problemlər də sizi əvvəlki kimi sarsıtmay acaqdır. Yaxşı ki, həyata başqa baxış da mövcuddur. Qatqat yumşaq və həssas olan bu variant həm həyatı daha asanlaşdırır, həm də insanı şəraitə daha tez uyğunlaşdırır. Həyatı bu tərzdə yaşamaq üçün köhnə vərdişi, yəni “reaksiya göstərmə”yi yeni alışqanlıqla, təzə nöqteyi-nəzərlə dəyişdirməkdir. Bu yeni vərdiş bizi daha zəngin və məmnunedici bir həyatla təmin edəcək. Bu kitabın ana fikrini çox yaxşı işıqlandırdığı üçün başıma gəlmiş bir hadisəni sizinlə bölüşmək istəyirəm. Bu, məni həm çox mütəəssir edən, həm də əhəmiyyətli bir dərsi vurğulayan bir əhvalatdır. Görəcəyiniz kimi, əhvalatda bəhs olunan hadisədə bir azdan oxuyacağınız kitabın toxumu əkilmişdir. Bir il bundan əvvəl xarici naşirlərdən biri “You Can Feel Good Again” (“Yenə yaxşı hiss edə bilərsiniz”) adlı kitabımın həmin ölkədəki nəşri üçün məşhur yazıçı Dr. Vayne Dyerdən təqdimat yazısı almağımı xahiş etdi. Ona Dr. Dyerin bundan əvvəlki ktabım üçün belə bir yazı yazdığını, amma bunu yenə də edib-etməyəcəyini bilmədiyimi dedim. Amma bir dəfə də cəhd edəcəkdim. Nəşr aləmində həmişə olduğu kimi, ona xahiş məktubu yazdım, amma xəbər ala bilmədim. Bir müddət keçəndən sonra Dr. Dyerin çox məşğul olduğu, ya da təqdimat üçün yazı yazmaq istəmədiyi qənaətinə gəldim. Bu qərarına hörmətlə yanaşdım və naşirimə kitabın reklamında onun adından istifadə etməyəcəyimizi bildirdim. Mənim fikrimcə, məsələ bağlanmışdı.
Yükləməyə Keç [140,77 Kb] [ : 24848] –>
Comments are closed, but trackbacks and pingbacks are open.