Nitq mədəniyyəti/Natiqlik sənətinin yaranma tarixi
Əsasən Latın dilində inkişaf etsə də, əsrlər boyu fərqli Roma müəllifləri Yunan dilində yazmağa davam etdilər.
Natiqlik sənətinin tarixinə dair
Öz tarixi keçmişinə görə çox qədim zamanları əhatə edən natiqlik sənətinin ilk rüşeymləri Misirdə, Çində, daha sonra Ərəbistanda təşəkkül tapmışdır. Qədim zamanlarda xalqın böyük hörmətini qazanmış nüfuzlu və istedadlı natiqlər Şərq bəlağətini (fikrin, aydın, incə və gözəl ifadə olunması) və fəsahətini (aydın danışma və ya fikrin aydın ifadəsi) yüksək səviyyəyə qaldırmışlar. Lakin sonralar süquta uğrayan natiqlik sənəti Avropada böyük inkişaf yoluna qədəm qoymuşdur. Öz inkişaf və mədəniyyətinə görə həmişə Şərqə borclu olan Avropa bu sənətin də ilk rüşeymlərini qoca Şərqdən əxz etmişdir.
Natiqlik sənəti Avropada, xüsusilə Qədim Yunanıstanın paytaxtı Afinada geniş şəkildə yayılmağa və inkişaf etməyə başladı. Qədim Yunanıstanda incəsənətin bir çox növlərilə yanaşı (memarlıq, poeziya, heykəltəraşlıq) ritorika sənəti də yüksəliş pilləsinə qədəm qoyurdu. Bir çox ritorlar (natiq, müəllim mənalarını ifadə edir) meydana gəlirdi. Bu sənət Afinada daha geniş vüsət almışdı. Xüsusilə, Solonun hakimiyyətə gəlməsi (B.e.ə. 594-cü il), apardığı islahatlar, borcların ləğv edilməsi, qulların azad olunması natiqlik sənətinin inkişafına güclü təkan verdi. Bu islahatlardan sonra hər kəs hüququnu müdafiə etmək imkanı əldə etdi. Lakin bunu hər adam bacarmadığı üçün məhkəmələrdə xüsusi adamlar fəaliyyət göstərməyə başlayır ki, onlar da loqoqraflar adlanırdı.
Natiqlik sənətinin atası sayılan məşhur siyasi və ictimai xadim Demosfen bu dövrdə yetişib fəaliyyətə başladı.
Natiqlik sənətini yüksəklərə qaldırmış, natiqlik məktəbi yaratmış bu şəxsiyyət neçə-neçə ritorların yetişməsinə köməklik göstərmişdir. Hətta bir çox natiqlər, müəllimlər öz nitqlərini Demosfenin təsiri ilə qurmuşdu. Təsadüfi deyil ki, vaxtı ilə M.P.Siseron «Kim Demosfen kimi olmaq istəmirsə, o, natiq deyil» fikrini irəli sürmüşdür.
Demosfen bu şan-şöhrətə birdən-birə gəlib çatmamışdı. Bu, uzun illərin, gərgin zəhmətin, mübarizə və mətin iradənin hesabına başa gəlmişdi. Həyata fiziki cəhətdən qüsurlu gələn Demosfen (o, çox əsəbiymiş, «r» səsini düzgün tələffüz edə bilmirmiş, danışan zaman çiynini çəkirmiş və s.) ilk növbədə bu qüsurları aradan qaldırır. O, dəniz qırağına gedir, ağzına xırda daş atıb, gur səslə nitq söyləyir. Çox çəkmir ki, onun nisbətən yekə dili normal hala düşür və pəltəkliyi aradan qalxır. Sonra özündən hündür olan yerdə qılınc asır və çiyni üzərində saxlayır. Çiynini atdığı zaman qılınca toxunur. Qılıncın verdiyi ağrı hesabına bu qüsurunu da aradan qaldırır. Nəhayət, dostu Satirin məsləhətilə səs tembrindən, intonasiyadan düzgün istifadə Demosfenə müvəffəqiyyət gətirir. Əvvəllər qışqıra-qışqıra danışıb özünü yoran, hətta nitqi yarımçıq qalan, istehzalara, lağlağı gülüşlərə məruz qalan Demosfen inadkarlığı sayəsində gözəl bir natiqə çevrilir. İlk qələbəsini qohumları üzərində qazanan Demosfen beş dəfə nitq söyləyir. Bu zaman ona məşhur loqoqraf İsey yaxından köməklik göstərir. Atasının var-dövlətinə sahib çıxmış bu adamlarla mübarizə aparan Demosfen ədaləti bərpa edir. Var-dövləti geri qaytara bilməsə də, ədalətsiz qəyyumluq edən bu adamları məğlub edir. Elə həmin vaxtdan da natiqlik sənətinə dərindən bələd olmağa çalışır. Ömrünün qırx iki ilini bu sənətə həsr edir. Böyük nailiyyətlər əldə edir. Hələ gənc yaşlarında loqoqraf kimi fəaliyyət göstərən Demosfen «Malikanəyə ziyan vuran Kallik əleyhinə» və «Cehiz haqqında Spudi əleyhinə» adlı məşhur nitqlərini yazır. Elə bu dövrdə natiqlik sənətindən dərs deyib müəllimlik edir. Müəllimlik etdiyi illərdə o, ritorikanın sirlərinə dərindən bələd olur, tədqiqat aparır, əldə etdiyi nəticələri nitqində müvəffəqiyyətlə işlətməyə nail olur. Natiqliyin tələblərindən irəli gələn prinsipləri əsas götürən Demosfen onlara ciddi əməl edirdi. Bu tələblər aşağıdakılardır:
- Materialın toplanması,
- Məzmun və formaya uyğun plan tərtib edilməsi,
- Ardıcıllığın gözlənilməsi
- Üslubi çalarların işlənməsi,
- Nitqdə intonasiyadan, orfoepiyadan, səs tembrlərindən düzgün istifadə olunması.
Demosfen bütün nitqlərində giriş, əsas hissə, nəticədən istifadə etmiş və nitqini hissələrə bolmüşdür. Elm aləminə Demosfenin 61 nitqi və 6 məktubu məlumdur. Onlardan 9-u rus dilinə tərcümə olunmuşdur. Bu nitqlər arasında Esxinin əleyhinə yönəlmiş nitqi xüsusi yer tutur. Demosfen Esxinin çar Filipplə olan yaxın münasibətini güclü tənqid atəşinə tutur və Demosfenin «Esxin Filipplə əməkdaşlıq edirdi, bu çox dəhşətdir, ey Yer kürəsi, ey Allahlar! Məgər bu doğru deyil?» kimi müraciətləri, xitabları kütlənin qəlbinə yol tapırdı. Bundan sonra Demosfen yazır: «Mən ona görə səndən yaxşı vətəndaş olmuşam ki, hamıya fayda verən iş görmüşəm, sən isə heç bir təklif irəli sürməmisən, qərar qəbul etməmisən… Əksinə, son hadisələr aydınlaşdırdı ki, sən elə işlər görmüsən ki, onları yalnız ən yararsız adamlar, dövlətimizin qəddar düşmənləri görə bilər… Dövlətimizin qəddar düşmənləri olan Aristart, Naksosda, Aristoley, Fasosda afinalıların dostlarını məhkəməyə cəlb etdiyi kimi, Esxin də Afinada Demosfeni ittiham edir».
Doxsan səhifədən ibarət olan bu nitqdə Demosfen Esxini tam məğlub edir və Xalq Məclisi tərəfindən ona verilən «qızıl çələng» mükafatının ədalətli olduğunu sübut edir. Demosfenin bu çıxışı Siseron tərəfindən latın dilinə, daha sonra isə rus dilinə (üç dəfə 1784, 1873, 1887) tərcümə olunmuşdur. Bu məğlubiyyətin səbəblərini aydınlaşdıran Esxin, Demosfeni «əjdaha» adlandırmışdır. Bundan əlavə, Demosfenin «Ktesifontun müdafiəsi» adlı nitqi də dövrünün nadir incilərindən sayılırdı. Esxinin nitqinin əleyhinə yazılmış bu nitq də suallarla, müraciətlərlə nəzəri cəlb edir. Filippi müdafiə edən Esxinlə mübarizədən qalib çıxmış Demosfen çarın özü ilə də mübarizə aparmaqdan çəkinmir. Onun Filippə qarşı söylədiyi nitqlər bir neçə hissədən ibarətdir. Məsələn, nitqlərinin birində «Bəli sizi gözləyən təhlükə başqa təhlükələrə bənzəmir. Axı Filipp bizi sadəcə özünə tabe etmək fikrində deyil, dövlətimizi tamamilə məhv etməyə çalışır». «Dövlətin daxilində fəaliyyət göstərən düşmənləri əzmədən, onların havadarları olan xarici düşmənləri məğlub etmək olmaz». Mən vicdanlı vətəndaşın vəzifəsini onda görürəm ki, o, dövləti xilas etməyi gözəl nitq soyləyib «şöhrət qazanmaqdan üstün tutsun». Demosfenin Filipp əleyhinə yazdığı silsilə nitqlər natiqlik sənətində əvəzolunmaz bir mənbə kimi həmişə diqqət mərkəzində durur. Yorulmaz ictimai-siyasi xadim Demosfen bir müddət dövlət işlərində çalışmış, hətta maliyyə işlərinə rəhbərlik etmişdir. Afina divarlarının bərpasına rəhbərlik edən 27 üzvdən biri olan Demosfen tikintiyə və yoxsul kəndlilərə şəxsi vəsaitindən xeyli pul xərcləmişdir.
Məhz, bu fəaliyyətinə görə Xalq Məclisi tərəfindən “Qızıl çələng”lə mükafatlandırılmışdır (onu bu mükafata təqdim edən Ktesifont olmuşdur). Esxin bu mükafatın verilməsinin əleyhinə çıxmışdır. Nəticədə isə ağır məğlubiyyətə uğramışdır. Vətəni uğrunda canını qurban verən, alovlu natiq Demosfenin olümünə səbəb Aleksandrın hakimiyyəti illərində xəzinədar işləyən Qapralın Afinaya gəlib sığınacaq alması olur. Bu məsələ ilə əlaqədar Demosfen Hiperid ilə dostluq əlaqələrini kəsir. Antipatr və Aleksandrın anası Qapralın vətəndaşlıq qəbul etməsinə etiraz edirlər. Qapral Afinadan qaçır. Demosfen isə məsuliyyətə cəlb olunur. O, doğma vətənindən getməyə məcbur olur. Alksandrın olümü (e.ə.323-cü il) Afinalıları yenidən üsyana qaldırır. Demosfen də üsyana qoşulur və yenidən Afinaya qayıdır. Lakin Antipatrın hakimiyyətə gəlməsi və demokratiyanı boğması, hər şeyi alt-üst edir. Hiperid öldürülür. Arki tərəfindən axtarılan Demosfen isə Kalavri adasındakı Poseydon ibadətgahında tutulur. Düşmənlər inandırmağa çalışır ki, o, əfv olunacaq, heç bir cəza çəkməyəcək. Demosfen onlara inanmır və bir məktub yazmaq üçün icazə istəyir. Ona icazə verilir. Demosfen isə qələmində gizlətdiyi zəhəri udur və e.ə. 322-ci ildə keşməkeşli həyatını sona çatdırır. Ölümündən yarım əsrə yaxın bir vaxt keçəndən sonra (42 il) Demosfenə Afinada əzəmətli heykəl qoyulur. Üzərində isə «Demosfen, qoy ağlın kimi, səndə elə bir qüdrətli güc yaransın ki, hətta Makedoniyalı Aresin özü də yunanları məğlub edə bilməsin» sözləri həkk olunur.
Ümumiyyətlə, Yunanıstanda natiqlik məktəbinin yaranmasında xalq təxəyyülü, Homerin «İliada» və «Odisseya» əsərləri, Solonun islahatları, ölkənin iqtisadi, mədəni, siyasi inkişafı mühüm rol oynamışdır.
Bu illərdə yetişən və tarixi mənbələrdə yeddi müdrik adlanan natiqlərin adı bu gün böyük hörmətlə yad edilir. Kleobu, Pittak, Biant, Periandr, Xilon, Solon, Fales. Bunların içərisində ən məşhuru Solondur. Vətənindən didərgin düşən Solon bir müddət Misirdə, sonra Kiprdə yaşayır. İlk dəfə Kiprdə Sol şəhərinin bünövrəsini qoyur. Onun beş min adda yaradıcılıq məhsulu miras qalmışdır. Səksən yaşında ikən Kiprdə vəfat edir.
Ümumiyyətlə, yunan natiqlik məktəbinin bir çox nümayəndələrindən Antifont, Andokit, Lisi, İsey, İsokrat, Demosfen, Hiperid, Likurq, Esxin, Dinarx və başqalarının əsərləri böyük maraq doğurur. Yunan natiqlik məktəbinin nümayəndələri haqqında dolğun məlumat verən dilşünas Kamil Əliyev onların həyat və yaradıcılığını geniş işıqlandırmağa nail olmuşdur. Adları qeyd olunan nümayəndələrlə yanaşı Aristotelin natiqlik sənətinin nəzəri əsaslarını elmi surətdə əlaqələndirən məşhur «Ritorika» əsəri böyük maraq doğurur.
Tisi və Koraksı «Ritorika»nın ilk müəllifləri olmuşlar. Afinaya isə «Ritorika»nı Koraksıdan dərs almış Qorki gətirmişdir. Daha sonralar «Ritorika» yazmaq, onu dərslik kimi istifadə etmək geniş vüsət almışdır. İstər Yunanıstanda, istərsə də Romada yazılan «Ritorika»lar içərisində Aristotelin, Siseronun, Kvintillianın əsərləri daha çox şöhrət qazanmışdır.
Hələ müəllimi Platon sağ olarkən natiqlik sənətindən dərs deyən Aristotel şagirdlərə mühazirənin mətnlərini köçürməyi tövsiyə edirdi. Platon öləndən sonra Aristotel Afinanı tərk edir. Bir müddət Filippin oğlu Aleksandra dərs deyir. Müəlliminin mühazirələrilə yanaşı, öz nəzəri biliyini də mühazirəyə əlavə edir. Az vaxtda Aristotel yenidən Afinaya qayıdır və oxuduğu mühazirələrin mətnlərini bir yerə toplayıb onları təkmilləşdirir. Natiqlik sənətinə yeni bir «Ritorika» qədəm qoyur. Aristotelin yazdığı «Ritorika» digərlərindən onunla fərqlənirdi ki, bu əsərdə ilk dəfə olaraq dil, üslub, nitq haqqında yeni və orijinal fikirlər söylənilirdi. Burada
- nitqin tərtibi,
- natiq üçün lazım olan şəxsi keyfiyyətlər,
- nitq texnikası, tətbiq olunan vasitələr və s. kitabın əsas məziyyətlərindən biri idi.
Kitab üç hissədən ibarətdir. Birinci hissə dildən, ikinci hissə üslubdan, üçüncü hissə nitqdən bəhs edir. Burada üsluba daha çox fikir verən müəllif üslubu nitqin predmetinə uyğun qurmağı tövsiyə edirdi. Üslubun isə əsas xüsusiyyəti onun aydın olması ilə bağlıdır.
Müəllif aydınlığı, təbii və səlis danışmağı, inandırmanı nitq üçün əsas amil hesab edirdi. Aristotel natiqlik sənətinin beş əsas prinsipini xüsusi olaraq qeyd edirdi:
- Materialın toplanması və hazırlanması;
- Plan tutulması, materialın məzmun və formaya uyğun tərtib edilməsi. Sübut və faktlardan düzgün istifadə olunması;
- Materialın yadda saxlanması və ardıcıllığın gözlənilməsi;
- Nitqdə şifahi şərhin, üslubi çalarlığın gözlənilməsi;
- Nitqdə intonasiyadan, orfoepiyadan, səs tembrindən düzgün istifadə olunması.
Tarixin amansızlığına düçar olan Yunanıstan öz siyasi azadlığını itirməklə bərabər, natiqlik sənətini də yavaş-yavaş itirməyə başlayır. Beləliklə, Avropanın başqa bir ölkəsi estafeti ələ alıb, natiqlik sənətini uğurla davam etdirir. Qədim və ulu dünyanın başqa bir ölkəsi, Roma bu ağırlığı öz çiyinləri üzərinə alır.
Qədim Romada natiqlik məktəbi
Roma natiqlik məktəbinin yaranmasında əsas amilləri Yunanıstanın zəifləməsi və yüksək təbəqənin ondan üz döndərməsi oldu. Romanın güclü inkişafı, Yunanıstanı öz əyalətinə çevirməsi natiqlik məktəbinin yaranmasına gətirib çıxardı. Roma natiqlik məktəbi yunan natiqlik məktəbinə nisbətən daha azad və demokratik idi. Əgər Yunanıstanda yalnız qullar nitq söyləyib özünü müdafiə edirdisə, Romada hər bir vətəndaş bu hüquqa malik idi. Lakin buna baxmayaraq, nitqin priyomları, məktəblərdə tədris, yunan ritorlarının əsərləri bir mənbə kimi Roma natiqlərinə öz təsirini göstərirdi. Bu dövrdə Romada Katon, Antoni Mark, Qay Qrakx, Tiberi Qrakx və başqa natiqlər yetişmişdi. Tədqiqatçılar bu natiqlərin əsərlərini araşdırarkən bəlli olub ki, bəzi natiqlərin əsərləri tam şəkildə, bəzisinin isə yaradıcılığından kiçik, cüzi bir hissə miras qalmışdır. Roma natiqlik sənətinin ən görkəmli nümayəndəsi Mark Tulli Siseron hesab olunur. Elm aləmində yüz beş nitqinin olması haqqında məlumat olan, lakin onlardan əlli səkkizinin bizə gəlib çatması onun haqqında söz deməyə əsas verir. Mark Tulli Siseron ilk nitqini 81-ci ildə, iyirmi yeddi yaşında olarkən söyləmişdir. Bu nitq Publinin mülki işi ilə bağlı olmuşdur. İkinci nitqi isə Romada dövlətli adamlardan biri olan Sekst Rostsinin ölümü ilə əlaqədar olmuşdur. Roma küçələrinin birində qətlə yetirilən Rostsinin oğluna da sui-qəsd hazırlanır. Təsadüf nəticəsində sağ qalan oğul, qəsdçilər tərəfindən “ata qatili” kimi ittiham olunur. O dövrün adlı-sanlı natiqləri susduğu halda gənc natiq Mark Tulli Siseron müdafiə nitqi söyləyir. Sonra qədim Yunanıstana səfər edir, Antioxun mühazirələrinə qulaq asır və təcrübəsini daha da artırır.
Siseron həm də dövlət işlərində çalışıb xalqın hörmətini qazanmışdı. Dövlət xəzinəsinə nəzarətçi kimi rəhbər vəzifədə çalışan Siseron xalqa və vətəninə namusla xidmət etmişdir. Siserondan sonra bu vəzifəyə gələn Verres xalqı soyur, talayırdı. Siseron isə xalqın təkidi ilə onu məhkəməyə verir. Məhkəmə Verresi külli miqdarda pulla cərimə edir. Siseron sonra daha böyük xalq məclislərində, yığıncaqlarında çıxışlar edib, böyük hörmət qazanır. Hətta tarixdə böyük sərkərdə kimi tanınan Qney Pompeyin baş komandan seçilməsi zamanı nitq söyləyən Siseron danışmağı özünə şərəf bilir. Xalqın ona göstərdiyi hörməti yüksək qiymətləndirir.
Siseron öz siyasi nitqlərini 64-cü ildə konsul seçiləndən sonra söyləməyə başlayır. Bu illər onun yaradıcılığının çiçəklənmə dövrü hesab olunur. Siyasi arenada isə Siseron ən böyük səhvini edir. Lutsi Katilianın təşkil etdiyi sui-qəsddə iştirak edənlərdən beş nəfəri məhkəməsiz edam etdirir. Bu onun düşmənlərinin fəallaşmasına səbəb olur. Katilianın tərəfdarı Klodi xalq tribunu seçilir və Siserona qarşı hücuma keçir. Siseron Romanı tərk edir, Yunanıstana gəlir. Onun evi, malikanəsi müsadirə olunur. Bir il yeddi aydan sonra Romaya qayıdan Siseron evini, malikanəsini məhkəmə vasitəsilə geri qaytarır. Onun Romaya qayıtmasına yaxından köməklik edən nüfuzlu şəxslərdən asılı vəziyyətə düşür. Hətta, Publi Setsi kimi şəxslər haqqında müdafiə nitqi də söyləyir. Kiligiyada prokonsul (51-ci ildə) işləyir. Vaxtı qurtaran kimi yenə Romaya qayıdır. Qalmaqallı Roma yenə Siseronu rahat buraxmır, hakimiyyət uğrunda mübarizə, xalq iğtişaşları məşhur natiqi ağuşuna alır.
Siseron Mark Antoniyə qarşı cidd-cəhdlə mübarizə aparmağa başlayır, alovlu nitqlər söyləyir. Böyük Demosfenin şərəfinə bu nitqlərini «filippika» adlandırır. Bu çıxışlar isə ona həyatı bahasına başa gəlir. Mark Antoni hakimiyyətdə nüfuzlu bir şəxs kimi məşhur olur. Bu nüfuzundan istifadə edərək alovlu natiq, vətənpərvər, dövlət xadimi Siseronun başını və yazı yazan sağ əlini kəsdirir. Bu tarixdə ən dəhşətli ölümlərdən biri idi. Onun yazdığı «Natiq haqqında», «Brut», «Natiq», məşhur «Ritorikası» natiqlik sənətində əbədi, həmişəyaşar bir həyat qazandı. Roma imperatorluğu natiqlik sənətinin süquta uğramasına səbəb oldu.
Qədim Yunanıstanda və Romada təşəkkül və tərəqqi tapmış, uzun tarixi yol keçmiş natiqlik sənəti durğunluq illərini yaşamağa başlayır. Bu durğunluq XVIII əsrə qədər davam edir. XVIII əsrdən başlayaraq, burjua zülmünə və istismara qarşı baş verən iğtişaşlar, mitinqlər natiqlik sənətinin inkişafına təkan verdi. Qərbi Avropadakı bu dirçəliş XIX əsrin əvvəllərində daha geniş şəkil almağa başlayır. Bu illəri tədqiqatçılar renessans dövrü adlandırır. «Renessans» fransız sözü olub, mədəniyyətin, ictimai-siyasi həyatın oyanması, dirçəlməsi deməkdir. Xüsusilə, Fransada, Almaniyada, İtaliyada, Avstriyada baş verən burjua-demokratik inqilabları bir çox natiqlərin yetişməsinə səbəb oldu. Məsələn, Fransada Jerbye, Koşen, Tarja, Jül, Laşo, Favr, Demanj, Düpen, Almaniyada Robert Blyum, Sikizmund, Borkheym, Vilhelm Volf kimi natiqlər yetişmişdir. Xüsusilə, Fransada Demosfenin, Lisinin, Siseronun nitqləri tərcümə olunub, öyrənilməyə başlanmışdı. Fransada fəaliyyət göstərən andlı məhkəmə prosesi daha geniş vüsət almışdı. Məsələn, Fransa ordusunun kapitanı Alfred Dreyfusu vətənə xəyanət üstündə həbs edirlər. Məşhur yazıçı Emil Zolya buna etirazını bildirərək xalqa və prezidentə müraciət edir. On iki il davam edən bu işi üç natiq — Mornar, Labori, Mano müdafiə edir. Bu məhkəmə natiqliyində Yunanıstan natiqlik məktəbinin təsiri açıq-aşkar duyulmaqdadır. Fransızlar da Yunanlar kimi əsas diqqəti nitqin üslubuna, ardıcıllığına, aydınlığına, dəqiqliyinə, təsirliliyinə, emosionallığına verirdilər. Fransa natiqlik məktəbi bir çox ölkələrə müsbət təsirini göstərdi. Almaniyada natiqlik məktəbinin nümayəndəsi Avqust Bebel hamının sevimlisinə çevrilmişdi. Onun dərin məzmunlu nitqi xalqın rəğbətini qazanmışdı. Bu sözləri xalq seçkilərində gözəl və aydın çıxışları ilə radikalların qələbəsini təmin edən Vilhelm Volfun da ünvanına söyləmək olar.
XIX əsrdə Rusiyada natiqlik sənətinin inkişafı geniş vüsət almış, fəhlə hərəkatı natiqlik sənətinə güclü təsir göstərmişdi. Demosfenin, Siseronun, Lisinin bir neçə nitqi rus dilinə tərcümə olundu. Böyük mütəfəkkir Lomonosov natiqlik sənəti haqqında (1748-ci il, «Kratkoe rukovodstvo krasnoreçiu») yazdığı əsəri çap etdirdi. Əsərdə yunan «Ritorikası»nın təsiri özünü tam aydınlığı ilə göstərir. Müəllif, natiqin və dinləyicinin əhval-ruhiyyəsini əsas şərt kimi qəbul edir. Gertsen, Stankeviç, Xomyakovun rəhbərliyi altında bir çox dərnəklər fəaliyyətə başlayır. Rus natiqləri «Ritorika»nı əzbərləyib, kor-koranə öyrənməyin əleyhinə çıxır. Belinski yazırdı: «Əgər siz natiq olmayanlarda natiqlik sənəti haqqında təsəvvür yaratmaq, natiq olmaq istəyənlərə isə köməklik göstərmək istəyirsinizsə, «Ritorika» yazmayın, bütün xalqların müxtəlif dövrlərdə fəaliyyət göstərmiş məşhur natiqlərinin nitqlərini toplayın, bu natiqlərin hər birinin həyatı haqqında geniş məlumat verin, siz belə bir kitabla həm natiqlərə, həm də natiq olmayanlara boyük xidmət göstərirsiniz». Rus natiqlik məktəbinin xarakteri özündən əvvəlki sələflərindən onunla fərqlənirdi ki, Rusiyada nitqlər kütləvi xarakter daşıyırdı. Əvvəlkilərdə isə məhkəmə natiqliyi hakim mövqe tuturdu. Fəhlə sinfindən S.H.Xolturin, P.A.Alekseyev, Q.P.Petrovski, A.J.Badayev, İ.V.Babuşkin və digərlərinin adı tarixdə fəhlə-natiq kimi həkk olunmuşdu.
- Teqlər:
- natiqlik
- , natiqliyin tarixi
- , ritorika
Nitq mədəniyyəti/Natiqlik sənətinin yaranma tarixi
Tarixi qaynaqlardan məlum olur ki, lap qədim zamanlardan məzmunlu, aydın, yığcam, təsirli nitqə malik olan adamlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Nitqin gözəlliyi və ona sahib olmağın yolları böyük şəxsiyyətlərin daima diqqəti mərkəzində olmuşdur.
Miladdan əvvəl Qədim Misirdə, Hindistanda, Çində, Babilistanda və digər bir sıra yerlərdə görkəmli natiqlər yetişmişdir. Lakin natiqlik sənətinin, gözəl nitqin, nitq mədəniyyətinin əsl vətəni qədim Yunanıstan olmuşdur. Natiqlik də bir elm kimi Yunanıstanda meydana gəlmiş, inkişaf etmişdir. Qədim Yunanıstanın ictimai-siyasi həyatındakı mübarizələr, iqtisadiyyatda baş verən irəliləyiş, elmi tərəqqi ilə bağlı Afina şəhər dövlətində natiqlik sənəti inkişaf etməyə başlayır. Ölkəni idarə edənlər ideyalarını müdafiə etmək, məqsədlərini kütlələrə çatdırmaq məqsədilə sözdən, natiqlik sənətindən təsirli və kəsərli silah kimi istifadə etməyə çalışırdılar. Eramızdan əvvəl VII-IV əsrlərdə fəaliyyət göstərən yunan natiqlik məktəbi Aristotel, Antifont, Andokid, Lisiy, İsey, İsokrat, Molon, Kvintilian, Demosfen, Hipeorid, Likurq, Esxil, Dinarx kimi görkəmli natiqlər yetirmişdir. Onlar natiqlik sənətini, onun nəzəriyyəsini, təlimini qurmuş və sistemini yaratmışlar. Həmin məktəblərdə dərs deyən Aristotel, Qorqiy, Frasimax, İsokrat, Demosfen, Esxin kimi görkəmli natiqlər bu sənəti həm nəzəri, həm də praktik şəkildə öyrənənlərə aşılamışlar. Bu dövrdə natiqlik sənətinin nəzəriyyəsindən bəhs edən “Ritorika” elmi də yaranır və inkişaf edir. Ritorika e.ə.V əsrdə Qədim Yunanıstanda yaranmış, III-II əsrlərdə orada, e.ə.I əsrdə Romada sistemləşdirilmişdir. Aristotel, Siseron, Kvintilian ritorikanın görkəmli nəzəriyyəçiləri olmuşdur. Sonralar ritorika termini zahirən qəşəng, dəbdəbəli, lakin məzmun və dil cəhətdən zəif, bəsit əsərlər, sözçülük mənalarında işlənmişdir. Dövrün tarixi şəraitindən qaynaqlanan natiqlik sənəti bizim eradan əvvəl V və IV əsrlərdə özünün çiçəklənmə dövrünü keçirir. Qədim yunan ritorikası, orada işlədilən terminlər bu gün belə qiymətlidir, diqqəti cəlb edir və ixtisas sözləri kimi işlədilir.
Antik yunan natiqlik sənətinin yaranması və inkişafında Aristotelin xüsusi rolu olmuşdur. Aristotel e.ə.335-ci ildə “Ritorika” adlı əsərini yazıb natiqlik sənətinin elmi əsaslarını vermiş, sənəti insan fəaliyyətinin xüsusi növü kimi qiymətləndirmiş, natiq nitqinin quruluşunu, üslubunu, orfoepiyasını, ifadəlilik vasitələrini geniş şəkildə izah etmişdir. “Ritorika” əsəri üç hissədən ibarətdir:
a) Nitqin tərtibi prinsipi;
b) Natiq üçün lazım olan şəxsi keyfiyyət və qabiliyyət;
c) Nitqin texnikası, vasitələri və priyomları.
Aristotel nitqin üsluba, məqsədə və şəraitə uyğun qurulmasına daha çox fikir verir və göstərirdi ki, üslubun əsas mahiyyəti onun aydınlığı ilə bağlıdır. Üslub nitqin predmetinə uyğun olmalıdır. Aristotel natiqin məharətinin beş cəhətini xüsusi qeyd edirdi:
1. Materialın icadı və onun hazırlanması.
2. Planın tərtibi. Materialın plan üzrə müvafiq formaya salınması.
3. Həmin materialın öyrənilməsi və yadda saxlanılması.
4. Materialın şifahi şərhinin ədəbi-üslubi cəhətdən işlənməsi.
5. Nitqin söylənilməsi, orfoepiya (ədəbi tələffüz), intonasiya, emosiya və s. məsələlərin nəzərə alınması və onlara əməl olunması.
Aristotel yaxşı nitq üçün materialın düzgün seçilməsi, planın tutulması, onun mükəmməl öyrənilməsi, söyləmə zamanı uyğun üslubun müəyyənləşdirilməsi, orfoepik və intonasiya qaydalarına əməl edilməsi, emosiyaların özünəməxsus forma ilə verilməsini mühüm şərt sayırdı.
Qədim Yunanıstanda natiqlik sənətinin inkişafına güclü təsir göstərən səbəblərdən biri də Solon qanunları olmuşdur. Bu qanunlara görə hər bir afinalı məhkəmədə öz hüququnu müdafiə etməyi bacarmalı idi . Belə bir tələb əsasında afinalılar hüquqi biliklərə yiyələnməyə, həm də öz hüquqlarını müdafiə etmək üçün aydın, təsirli, məntiqli, rabitəli danışmağa xüsusi səy göstərirdilər. O zaman məhkəmədə vəkillər fəaliyyət göstərmədiyindən vətəndaşlara loqoqraflar kömək edirdilər. Loqoqraflar hüquqi təhsil almış adamlar idilər, onlar xüsusi muzdla məhkəmədə baxılacaq işin məzmun və mahiyyəti ilə bağlı nitqlər yazırdılar. İşi məhkəməyə düşən afinalı həmin nitqi əzbərləyir və məhkəmə prosesində özünü müdafiə edirdi. Lisi, Hiperid, Esxin, Trasimax, Demosfen öz dövrlərinin görkəmli loqoqrafları, natiqləri olmuşlar. Bunlardan Demosfen antik natiqliyin yaranması və inkişafında xüsusi rol oynamışdır. Demosfenin yaradıcılığı dünya natiqlik mədəniyyətinin inkişafında mühüm mərhələdir. Demosfen xalq qarşısında çıxış etməyi uşaq ikən arzu edirdi. Hələ gəncliyində Demosfen öz müəllimindən onu məşhur natiqlərin dilinə qulaq asmaq üçün məhkəmə iclasına aparmağı xahiş edir. Oğlan xalqın natiqləri necə alqışladığını görür və qəlbləri fəth edən natiqlik sənətinin gücünə heyran olur. O, həmyaşıdları ilə oynadığı bütün digər oyunları atır və natiqlik sənətinin öhdəsindən gəlməyə çalışır. O, qətiyyətlə natiq olmaq qərarına gəlir.
Demosfenin natiqlik sənətinə yiyələnməsi heç də asan yolla olmamışdır. Belə ki xalq qarşısında gənc natiqin ilk çıxışı uğursuz qurtarır: səs-küy, gülüş izdihamı ona nitqini bitirməyə imkan vermir. Bu uğursuzluq tamamilə təbii idi. Çünki Demosfenin səsi çox aşağı tonda idi, danışığı ifadəsiz idi. O kəkəliyir, “r” və “1” səslərini düzgün tələffüz etmirdi. Onun çiyinlərini çəkmək vərdişi var idi və ictimaiyyət qarşısında özünü idarə edə bilmirdi. Onun xalq yığıncağı qarşısındakı ikinci çıxış etmək səyi dil baxımından uğursuz olmuşdur. O ruhdan düşmüş və üzünü örtmüş halda, evə tələsir və heç hiss etmirdi də ki, onun izi ilə məşhur Afina aktyoru gəlir. Onlar birlikdə yol gedirlər. Demosfen öz uğursuzluğu barədə dostuna acı-acı şikayətlənməyə başlayır və deyir ki, xalq dilin dərin məzmununu qiymətləndirmir və anlamır. “Hər şey belədir, -aktyor cavab verir, – amma mən sənə kömək etməyə çalışacağam. Mənə Sofokl və ya Evripidadan parça oxu”. Demosfen oxuyur. O qurtaranda aktyor şeiri yenidən özü oxuyur. Bu zaman Demosfenə elə gəlir ki, sanki o, tamamilə digər şeiri eşidir. O, indi başa düşürdü ki, nitq gözəlliyinə onda olmayan dilin ifadəliliyi ilə nail olunur və o, ikiqat səylə işə başlayır. Nəticə etibarı ilə, Demosfen öz dilinin çatışmazlığını islah etməyi qərarlaşdırır. Heç kimin ona mane olmaması üçün tənha bir yerə çəkilir, gündə bir neçə saat tələffüzünün anlaşılmazlığını düzəltmək üçün tapşırıqlarla məşğul olur. O, ağzına daşlar toplayır və ucadan danışmağa çalışır. O, dağa qalxarkən və ya dəniz sahilində gəzərkən şeirləri ucadan tələffüz etməyi öyrənir və öz səsi ilə dalğaların səsini boğmağa çalışırdı. Demosfen danışarkən çiynini atmağı tərgitmək üçün tavandan asılı cidanın altında durarmış. Bəzən gənc iki ay, üç ay, nəhayət heç evdən bayıra çıxmır və nəhayət, tamamilə səs və jestə yiyələnir. Uzun və israrlı səylərdən sonra Demosfen öz məqsədinə nail olur və görkəmli natiqə çevrilir. Amma o, hazırlaşmadan heç vaxt danışmaz, həmişə yazılmış mətni əzbərdən öyrənərdi; axşamlar lampanın işığında o, çıxışa səylə hazırlaşar, diqqətli tərzdə hər bir sözü götür-qoy edərdi. Bütün bunların nəticəsində böyük natiq rəqiblərinin tənqidinə tuş gəlir. Onlar Demosfenin ilham və təbii istedadının olmadığını iddia edirlər. Bir dəfə rəqiblərindən biri onu tənqid edir: “Sənin dilindən yağ iyi gəlir”, daha doğrusu, “sən bütün gecəni yağ çırağının işığının altında oturursan”. Uzunmüddətli məşqlər Demosfeni natiqlik sənətinin zirvəsinə yüksəltdi. Hətta rəqibləri belə onun natiqlik məharətinin gücünü və ustalığını etiraf etməyə məcbur olurlar. Onun dilinin qeyri-adi sadəliyinin ifadəsi ən böyük duyğu və düşüncələri, aydınlıq və inandırıcılıq gücü ilə birləşir. Demosfen həmişə öz nitqinin məzmununa ciddi şəkildə sadiq qalır, boş cəfəngiyatı sevmirdi. O, nitqini sakit şəkildə deyirdi, dinləyicilərin ağlına təsir edərək, onları duyğu hissi ilə fəth edirdi, müdafiə edilən işin düzgünlüyündə onlara həddindən artıq inanırdı. Siseron onun haqqında demişdir: “Kim Demosfen olmaq istəmirsə, o natiq deyil”.
Demosfenin 30 yaşı olanda, o, artıq dövlət işlərində iştirak etməyə başlayır və natiqlik istedadının var gücü ilə Yunanıstanın bütün təhlükəli düşmənlərinə – Makedoniya çarı Filippə qarşı belə çıxır. Onun vətənə olan hədsiz sevgisi böyük natiqi makedoniyalılara və onların bütün Yunanıstandakı yardımçılarına qarşı mübarizəyə ilhamlandırır.
Demosfen natiqlik sənəti nəzəriyyəçilərindən biri idi. O, ritorika ilə bağlı bir sıra əsərlər yazmış, bu elmi nəzəri və praktik cəhətdən şərh etmiş, faydalı fikirlər söyləmişdir. Məsələn, ona görə, natiqlik sənətində aşağıdakı tələblərə əməl olunmalıdır: 1) materialın toplanması; 2) materialın məqsədəuyğun söylənilməsi üçün planın tərtibi; 3) nitqin məzmununun öyrənilməsi, mənimsənilməsi; 4) məzmunun dinləyicilər qarşısında söylənilməsi.
Demosfenin tələffüzü aydın, anlaşıqlı idi. O, özünün dərin məntiqi, rəngarəng intonasiya çalarları, müraciət formaları, ritorik sualları ilə dinləyiciləri cəlb edə bilirdi. Demosfen nitqlərində Afinanın satqın və fəaliyyətsiz hakimlərini ifşa edir, onları ədalətli olmağa çağırırdı. Məhz bu keyfiyyətlərinə görə afinalılar böyük inamla danışan Demosfenin nitqinə həvəslə qulaq asır, onu axıra qədər dinləyirdilər.
Afina şəhər dövlətinin tənəzzülü ilə bağlı yunan natiqlik sənətində də geriləmələr baş verir. Gözəl nitq öz siyasi xarakterini itirir, canlı, konkret şəraitdən uzaqlaşır, daha çox təntənə nitqinə çevrilir. Yunan natiqliyinin tənəzzülündən sonra onun mərkəzi qədim Romaya köçür. Roma demokratiyası üçün günün tələblərinə cavab verən, canlı fəaliyyətdə olan natiqlik sənəti lazım idi. Bu ehtiyac Roma natiqlik sənətinin yaranması və inkişafına güclü təkan verirdi. Qədim dünyanın bu dövləti natiqlik sənətinə bir sıra görkəmli şəxsiyyətlər bəxş etmişdir. Katon, Qrakxi, Antoni Mark kimi söz ustaları Roma natiqlik məktəbinin yetişdirmələri olmuşlar. Bunların içərisində bir natiq kimi dünya şöhrəti qazanmış görkəmli dövlət xadimi, mütəfəkkir Mark Tuli Siseron xüsusilə fərqlənirdi. Siseron natiqlik sənəti ilə bağlı “Natiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlik haqqında” və “Natiq” traktatlarını yazmışdır. Bu üç traktat natiqlik sənətinin tarixi, üslubiyyat, nitq mədəniyyəti məsələlərinin nəzəri və praktik şərhi baxımından çox əhəmiyyətlidir. Bu əsərlərdən ikisində (“Natiqlik haqqında”, “Brut, yaxud məşhur natiqlik haqqında”) Siseron dövrün məşhur natiqləri ilə aparılan dialoqlarla natiqlik sənətinin mahiyyəti, bu sənətin fəlsəfəyə münasibəti kimi məsələləri şərh etmiş, özünün təsəvvür etdiyi ideal natiq surətini yaratmışdır. Üçüncü traktatda (“Natiq” əsərində) müəllifin natiqlik sənəti barədə qiymətli fikirləri söylənilmişdir: “Natiq olmaq üçün birinci və zəruri şərt təbiətin ona bəxş etdiyi istedaddır”. “Əgər istedad insanın gözəlliyidirsə, bu gözəlliyin rəngi natiqlikdir”. “Ancaq müdrik adam həqiqi natiq ola bilər, . kim gözəl danışırsa, o, bütün xeyirxah cəhətləri özündə təcəssüm etdirir və buna görə də müdrikdir”. Siseron həm də yeni natiqlər üçün maraqlı praktiki göstərişlər və tövsiyələr, öz nitqindən nümunələr verir, “nitq stili” nəzəriyyəsini ifadə edir, öz sələflərini xarakterizə edir və müasirləri ilə mübahisəyə girişir. Siseron yaxşı, müstəqil natiq olmaq üçün geniş fəlsəfi təhsili vacib hesab edirdi və əxlaqi və siyasi xarakterli fəlsəfi problemlərə az diqqət yetirirdi.
Siseronun nitqindəki süjet xətti və məqamına görə işlədilən natiqlik priyomları diqqəti cəlb edir. Xatırladaq ki, yunan dilini gözəl bildiyi üçün Demosfenin nitqlərində ritorika məktəblərində təbliğ olunan “attika üslubu”ndan geniş istifadə etmişdir. Siseron eyni sxemliliyi, demək olar ki, gözləmişdir: giriş, təhkiyə və fikri təsdiq edən sübutlar, faktlar, nəticə. Natiq nitqinin təhkiyə hissəsini daha təsirli, daha maraqlı qurmağa çalışmış, yeri gəldikcə tarixi lətifələrdən, haqqında danışdığı hadisələrdən, atalar sözü və xalq məsəllərindən, bədii sual, xitab və nidalardan, antitezislərdən məharətlə istifadə etmişdir. Siseronun nitqlərindən 53-ü tamamilə saxlanılmışdır, 35-ni isə başlıqlarla tanıyırıq. Onun “Natiqlər barəsindəki” traktatı zəmanəmizə qədər məhkəmə ritorikasının dərs vəsaiti kimi xidmət edir. Natiqlik məharəti qarşısında duran vəzifələri Siseron aşağıdakı kimi qısaca ifadə edir: «Forumda və məhkəmədə çıxış edən, sübut etməyi, məftun etməyi və inandırmağı bacaran adamı gözəl natiq hesab etmək olar. Sübut etmək vacibdir, məftun etmək zövqverəndir, əgər işi udmaq istəyirsənsə, məhz bu sonuncu xüsusiyyət daha vacibdir; natiqlər qarşısında nə qədər vəzifələr dayanır, nə qədər natiqlik istedadı növləri mövcuddur: incəliklə sübut etmək lazımdır, ölçü ilə məftun etmək, hərarətlə inandırmaq; bütün bunlara natiqin gücü daxildir». Siseron uzunmüddətli natiqlik fəaliyyətində müxtəlif qəbildən olan dinləyicilər qarşısında müxtəlif məsələlər barəsində – məhkəmədə vətəndaş və cinayət məsələləri üzrə, senatda və komitiorumda siyasi mövzular barəsində çıxış etməli olmuşdur. Məhkəmə işlərində Siseron əksər hallarda müdafiəçi kimi çıxış etmişdir.
Siseronun nitqinin daha zəif tərəflərini onların quruluşunda hesab etmək olar. Siseron əvvəlcədən özünə nitq planı təyin edən və ona qəti surətdə əməl edən, özünü qibtə ilə yaşca ondan böyük olan Qortensiya ilə müqayisə edir; Siseron daha fəal və emosionaldır, əksinə, Qortensiya isə özü ifadə etdiyi plandan tez-tez uzaqlaşırdı. Onun nitqinin digər böyük çatışmazlığı bir fıkrin və ya eyni fikirlərin gərəksiz uzunçuluq və təkrarlardan ibarət olmasıdır.
Qədim Roma natiqlik məktəbinin nümayəndələrindən biri də Mark Fabiy Kvintilian olmuşdur. O, natiqlik nəzəriyyəçisi kimi tanınmışdır. Açdığı ritorika məktəbi ona şöhrət gətirmişdi. Kvintilian “Natiqlik təhsili” adlı kitabdan ibarət əsər yazmışdı. Həmin kitabda natiqlik sənətinin elementləri və ritorikanın mahiyyəti, nitq üzərində işin mərhələləri (mövzunun seçilməsi, yerləşdirilməsi, yadda saxlanılması, nəqli, aydın tələffüzü), natiqlik sənətinə, natiqlərin fəaliyyətinə verilən tələblər şərh olunmuşdur. Kvintilian natiqlik sənətinə yiyələnməyi təhsilin zirvəsi hesab edirdi. O, bunu obrazlı şəkildə belə ifadə edirdi: “Şair doğulurlar, natiq isə olurlar. Natiqlik sənətinə isə təlimin köməyi ilə yiyələnmək mümkündür”.
Qədim Romada natiqlik sənətinə böyük maraq göstərilirdi. Adamlar məşhur söz ustalarının nitqini öyrənir, hətta çox halda əzbərləyirdilər. Danışanlar öz fikirlərini əsaslandırmaq üçün lazım gəldikdə natiqin nitqindən müəyyən parçaları nümunə kimi verir, ona istinad edirdilər. Roma natiqlik sənətinin inkişafı üzün sürmür. Respublikanın süqutundan sonra natiqlik sənəti tənəzzülə doğru gedir. İmperiya natiqliyin qarşısını alır, bu sənət din xadimlərinin əlində moizə söyləmək, dini qanunları, ehkamları təbliğ etmək vasitəsinə çevrilir.
İstifadə olunmuş ədəbiyyat siyahısı [ redaktə ]
1. Babayev A.M. Azərbaycan dili və nitq mədəniyyəti (ali məktəblər üçün dərslik). Bakı, “Elm və təhsil”, 2011
2. Abdullayev N.Ə. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2013
3. Qasımov Ə.Ə. Bakı Universitetinin xəbərləri (sosial-siyasi elmlər seriyası). Nitq mədəniyyətinin tarixi. Siseron, Sokrat, Demosfen. Bakı, 2013
Roma ədəbiyyatı: xüsusiyyətləri, janrları, temaları, əsərləri
The roman ədəbiyyatı Eramızdan əvvəl 8-ci əsrdə ortaya çıxmasından bəri qədim Romada inkişaf edən biridir. eramızın 5-ci əsrində tənəzzülə qədər və əsasən Latınca yazılmış və səhnələşdirilmişdir, baxmayaraq ki, yunan dilində bəzi mətnlər də olmuşdur.
Roma ədəbiyyatı Latın ədəbiyyatından imperiyanın hüdudlarından kənara çıxması ilə fərqlənir: Latın mətnləri Qərbi Roma İmperiyasının süqutundan sonra, Avropanın müxtəlif krallıqlarında, İntibahın başlanğıcına qədər, İntibah dövrünə qədər davam etdirildi. Avropa milli mədəniyyətlərindəki müasir dillər.
Tarixi kontekst
Roma, eramızdan əvvəl 753-cü ildə şəhəri quran Səbin, Latın və Etrusk qəbilələrinin koalisiyasından böyüdü. və eramızdan əvvəl 509-cu ilə qədər idarə olunurdu. seçmə bir monarxiya yolu ilə. O il kral sürgün edildi və cümhuriyyət quruldu, Romanın genişlənməsinə başladığı bir dövr.
Romanın genişlənməsi və daxili ziddiyyətlər – patriuslar və plebeylər arasında, konsullar və senat arasında – M.Ö. 23-cü ildə Oktavianın şahzadə təyin edilməsi ilə respublikanın sona çatmasına və imperatorluğun başlanmasına səbəb olacaq. tarix Octavio Augusto olaraq.
Bu dövr, 5-ci əsrdə imperiyanın bölünməsinə və sonrakı Qərbi Roma İmperiyasının dağılmasına qədər davam etdi.
Roma ədəbiyyatının mərhələləri
Bu kontekstdə Roma ədəbiyyatı ən azı dörd mərhələyə bölünə bilər: Romanın mənşəyindən Yunan dünyası ilə təmasa (e.ə. III əsr); III əsrdən Cümhuriyyətin sonuna qədər (M.Ö. 23); Octavian Augustus dövrü (M.Ö. 23 – MS 14); və 14-cü ildən bəri Qərbi Roma İmperiyasının süqutuna qədər.
Yunan dünyası ilə təmasda olmaq üçün Roma mənşəyindən
Təxminən 500 ili əhatə edən bu dövrdə Latın Romalıların dili olaraq birləşdirildi və o dövrdən çox az mətn qalmasına baxmayaraq qanunlar yazıldı və dini mahnı parçaları qorunub saxlanıldı.
Atellanalar kimi bəzi bayram və kəndli praktikaları gələcək Roma teatrının əsasını təşkil edir.
III əsrdən respublikanın sonuna qədər
Bu dövr Romalıların hüquq və fəlsəfədən ədəbiyyat düzəltmə yoluna qədər müxtəlif yollarla qəbul etdikləri Yunan mədəniyyəti ilə qarşılaşma ilə xarakterizə olunur.
Yunanıstandan gətirilən əsas ədəbi janrların inkişaf etdiyi və satira, tarix və ritorika kimi Roma mənşəli olanların meydana çıxdığı və böyüdüyü bir mədəniyyət baxımından zəngin bir dövrdür.
Bu dövrün referens şəxsləri şairlər Catullus və Lucretius, siyasətçi və natiq Marko Tulio Cicerón’un yanında komediya müəllifləri Plautus və Terence’dir.
Octavio Augusto
O, ilk Roma imperatorudur və hakimiyyəti dövründə uzun bir barış dövrü – “Augusta Barışı” və sənətdə əks olunan firavanlıq var. Ədəbiyyatda Yunanıstandan gətirilən bütün janrlar çiçəklənir və Latınlaşdırılır, səhnə sənətləri və nəsr inkişaf edir.
Bu, Roma ədəbiyyatının qızıl dövrü sayılır, çünki “Avqustan Barışı” dövründə Virgilio, Horacio, Ovidio və Tibulo kimi şairlər əsərlərini inkişaf etdirir, Livy və Vitruvius kimi nasirlər.
Post-klassik dövr (Avqustun ölümündən imperiyanın süqutuna qədər)
Roma ədəbiyyatının özünü Yunan mədəniyyətinin dominant təsirindən qismən qurtardığı və daha çox tematik azadlıqla inkişaf etdiyi bir dövrdür.
Bununla birlikdə, eyni zamanda orta əsrlərdə inkişaf edəcək olan Roma mədəniyyəti üçün yeni istiqamətləri təyin edən Xristianlığın genişlənmə dövrüdür.
Xristianlığın hökm sürməsindən əvvəl bu dövrün görkəmli müəllifləridir, Phaedrus, Seneca, Petronio, Persio, Martial və Apuleyo, başqaları arasında.
Roma ədəbiyyatının xüsusiyyətləri
Yunan təsiri
Roma ədəbiyyatı Yunan mədəniyyətindən yüksək dərəcədə təsirlənmişdir, lakin Yunan janrlarını Roma mədəniyyətinin dəyərlərinə və ənənələrinə uyğunlaşdırmağı bacarmışdır.
Səhnə sənətləri, xüsusən də komediyaya yaxın olanlar, Yunan mədəniyyətinin gəlməsindən əvvəl çox inkişaf etmişdilər və bu səbəbdən də komediyanın Yunanıstandan fərqli olaraq faciədən daha çox ağırlığı var.
Açıq xarakter
Roma dövlətinə bənzər, imperatorluğun hər tərəfindəki təsirlərə və müəlliflərə açıq bir ədəbiyyatdır, buna görə Afrika, Yunanıstan və ya İspaniyadan olan müəlliflərin Romada yaxşı bir qəbul etməsi qeyri-adi olmayacaqdır.
“Kölə” mənşəyi
Başlanğıcda ədəbiyyat kölə əməyi idi, baxmayaraq ki, Livio Andrónico və ya Publio Terencio Afro kimi elmi kölələrdən bəhs olunurdu və bu, eramızdan əvvəl ikinci əsrə qədər olmazdı. patrislər və ya adi insanlar tərəfindən tətbiq olunmağa başlayanda.
Roma ədəbiyyatında Yunan dilindən fərqli olaraq nəsr həm tarixi, həm də naturalist danışıqda, həm də povest bədii ədəbiyyatında daha böyük bir inkişafa çatacaqdır.
Əsasən Latın dilində inkişaf etsə də, əsrlər boyu fərqli Roma müəllifləri Yunan dilində yazmağa davam etdilər.
Roma ədəbiyyatının janrları
Epik poeziya
Böyük işlərə həsr olunmuş poeziya, Roma ədəbiyyatında Livy Andronikin Homerin tərcümələri sayəsində çox erkən başladı və Avqust dövründə, Virgilin ən əhəmiyyətli əsəri olan zirvəsinə çatdı. Aeneid.
Didaktik şeir
Eposun alt növü hesab olunur və məqsədi fəlsəfi fikirləri öyrətmək və ya ötürmək idi və onun Roma ədəbiyyatındakı ən böyük nümayəndəsi Lucretiusun əsəridir, Şeylərin təbiətindən.
Lirik poeziya
Lirika da Yunan mədəniyyətinin təsiri altında inkişaf etmiş və sevgi və ya gündəlik həyat mövzularında dövr etmişdir. Romalılar lirik şeirləri qoşma misralarda, altıbucaqlı, elegiya və sapik misralarında yazırdılar. Bu janrda, digərləri arasında Catullus, Horacio və Ovidio fərqləndi.
Satira
Yunanlara az borclu və ya heç bir şeyə borc olmayan bir janrdır və məqsədi, siyasi və ictimai həyatın şeir və nəsrlə tənqidi idi. Başqaları arasında satirik yazarlar Catulo, Horacio və Juvenal kimi fərqləndilər.
Epiqram
Bu qısa janr cənazə tərif mətnlərindən yumor və ağıl ayələrinə qədər inkişaf etmişdir. Marsialın epiqramları məşhurdur.
Nağıl
Yunanıstandan miras qalan başqa bir növ, Romada əsas nümayəndəsi olan Fedrusa sahib olacaq heyvanların rol aldığı əxlaqi əhvalatlar.
Faciə
Yunan dramaturgiyasından, xüsusilə Euripidesdən ilham almış və ən görkəmli müəllifi, Stoik düşüncənin yayılması ilə məşhur olan Seneca idi. Bu janr Romada Yunanıstandakı kimi eyni əhəmiyyətə malik deyildi.
Komediya
Bu janrın məqsədi bəzən adətlərin müəyyən bir tənqidini özündə cəmləşdirə bilən qarışıqlıq şəraitində şənlik yaratmaq idi. Yunan ənənəsi ilə zənginləşsə də, komediya onsuz da Roma mədəniyyətində güclü köklərə sahib idi və faciədən daha vacib idi.
Tarix
Romanın qurulmasından bəri ən vacib hadisələrin tərtib edilməsi, Roma cəmiyyətinin ən çox bəyəndiyi fəaliyyətlərdən biri idi. Ən görkəmli tarixçilər Tito Livio, Tacitus və Suetonio idi.
Natiqlik
Yunanistanın təsiri altında dünyaya gələn bu növ, xalq arasında yaxşı danışma sənəti, çıxışların siyasi həyatda oynadığı rola görə, Roma mədəniyyətində çox vacib idi. Bu janrda iki fiqur diqqət çəkdi: Cicero və Quintiliano.
Roman
Yunan mənşəli, bir və ya daha çox personajın qarışıqlıqlarını izah edən və Romada iki böyük nümayəndənin olduğu Petronio və Apuleyo olan son bir janrdır.
Əsərlərdə tez-tez görünən mövzular
Romalıların becərdikləri janrların müxtəlifliyini nəzərə alaraq, əhatə olunan mövzular, Roma mənşəyindən Roma cəmiyyətinin siyasi həyatının və adətlərinin tənqidinə qədər geniş bir spektrə malikdir.
Şeirlərində bunlar ölkə həyatının tərifindən, ümidsiz sevgiyə və ya digər şairlərə edilən pis hücumlara qədərdir. Nəsrdə, xüsusilə tarixdə, Roma xalqının yaddaşını qorumağa və demək olar ki, bütün bilinən dünyanı praktik olaraq mənimsədiklərini əsaslandırmağa çalışdılar.
Buna qanuni və fəlsəfi mətnləri əlavə etsək, şübhəsiz ki, Roma ədəbiyyatı, yunanla yanaşı, Qərb mədəniyyətinin əsas sütunlarından biridir.
Nümayəndələr və görkəmli əsərlər
Müxtəlif janrlarda yazılmış Roma müəlliflərinin geniş siyahısının xaricində müasir ədəbiyyata təsiri olan və bu gün də oxunmağa davam edənlərdən bəhs edəcəyik.
Epik poeziya
Müzakirə və təsir yaratmağa davam edən ən görkəmli müəllif Virgil (M.Ö. 70-BC-19) müəllifidir Aeneid, Troya’dan xilas olanlar tərəfindən qurulan və imperator Octavian Augustus’a həsr olunmuş bu mətnə görə Romanın köklərini qeyd etməyə həsr olunmuş bir mətn.
Virgilio, kimi digər əsərləri ilə də tanınır Bucolik və GürcüDante kimi müəlliflərə böyük təsir göstərəcək, bu müəllifi özünün əsas xarakterinə çevirəcək İlahi Komediya.
Lirik poeziya və epiqramlar
Lirik poeziya və epiqramlarda dörd müəllif müasirliyi ilə seçilir:
Catullus (eramızdan əvvəl 87-BC-57)
Catullus əsasən əsl adı Clodia olan və Romalı elegiya yaradıcısı hesab edilən Lesbiyaya həsr etdiyi sevgi şeirləri ilə xatırlanır.
Horace (BC 65-BC-8)
Horacio Latın poeziyasının ən böyük lirik və satirik şairlərindən biri hesab olunur. Petrarca, Ronsard, Garcilaso, Fray Luis de León, Keats və Milton və digərləri arasında müəlliflər üzərində böyük təsiri olan satiraların yanı sıra odes və məktublar da yazdı.
Ovid (M.Ö. 43 – hicri 17)
Müxtəlif lirik formalar yetişdirdi, lakin şeirdə iki böyük əsər üçün nəsillərə keçdi: Metamorfozlar, mifoloji hekayələrin tərtibi və Sevgi sənəti, burada romantik münasibətlərə dair məsləhətlər verir.
Nəsr, xüsusən tarix
Julius Sezar (100 BC-44 BC)
Cümhuriyyətin sona çatmasına səbəb olan Roma siyasətçisi və hərbi. Natiq və yazıçı olmaqla yanaşı hərbçi idi və hər şeydən əvvəl xatırlanır Gallic War haqqında şərhlər.
Livy (MÖ 59 – hicri 17)
Tarixçi, müəllif idi Onilliklər, 140 cilddən ibarət bir əsər. Təsiri Petrarca, Machiavelli, Voltaire və Walter Scott kimi bir-birinə bənzəməyən müəlliflərə yayılmışdır.
Yaşlı Pliny (23-79)
Hərbi işlərlə yanaşı, ən məşhur əsərində toplanan təbii, coğrafi və etnoqrafik hadisələri müşahidə etməyə özünü həsr edən yazıçı, Təbii Tarix, o dövrdə mövcud olan bütün məlumatları toplamağa çalışan ensiklopedik bir mətn.
Tatsitus (56-120)
Bioqrafiya, tarix və natiqlik becərən bir siyasətçiydi. The Salnamələr bu onun ən çox istinad etdiyi əsərdir.
Suetonius (təqribən 70-yazı 126)
Ən çox istinad edilən və oxunan əsər bioqraf və tarixçi On iki yaşında sezarlar.
Marcus Aurelius (121-180)
161-ci ildən ölümünə qədər Müdrik ləqəbli Roma imperatoru. Onun böyük işi MeditasiyalarYunan dilində yazılmışdır.
Roman
Romanda ən aktual şəxs Neron dövründə yaşamış və ən vacib əsəri olan bir siyasətçi və yazıçı Petronius (c. 14/27-c. 66) idi. TheSatyricon, Roma həyat tərzini son dərəcə tənqid edən bir roman.
İstinadlar
- Wieler, L. (1992). Roma ədəbiyyatı tarixi. Madrid: Redaksiya Gredosları.
- Verón Gormáz, J. (2015). Augustus dövründəki ədəbiyyat. Calatayud.uned.es-dən götürülmüşdür.
- Roma Ədəbiyyatı (2020). Es.wikipedia.org saytından götürülmüşdür.
- Qədim Roma (2020). Es.wikipedia.org saytından götürülmüşdür.
- Roma Ədəbiyyatı (2020). Ecured.cu saytından götürülmüşdür.
- Romadakı teatr. Komediya: Plautus və Terence (2020). İezurbarannav.educarex.es saytından götürülmüşdür.
- Roma ədəbi janrları (2020). Sites.google.com saytından götürülmüşdür.
- Didaktik şeir (2020). Culturaclasica.com saytından götürülmüşdür.
Comments are closed, but trackbacks and pingbacks are open.