Press "Enter" to skip to content

Sillabus Rtm 1 2017

Məktəbəqədər tərbiyə müəssisələrində uşağın yaş səviyyəsini, onun xüsusiyyətlərini, uşaq orqanizminin ümumi inkişafını nəzərə alaraq musiqi tərbiyəsində aşağıdakı vəzifələr əsas tutulur:

Musiqinin tədrisi metodikası

1. Şəxsiyyətin hərtərəfli inkişaf etməsi üçün onun yüksək bədii zövqə və mədəni vərdişlərə yiyələnməsi, estetik cəhətdən formalaşması vacibdir. Böyüməkdə olan nəslin tariximizə, adət və ənənələrimizə məhəbbət ruhunda tərbiyə edilməsində incəsənətin bütün növləri kimi musiqinin də xüsusi rolu vardir. Ailədə başlayan tərbiyə işi məktəbəqədər tərbiyə müəssisələrində davam etdirilir. Hərtərəfli inkişaf etmiş, yüksək bədii zövqlü, kamil insan yetişdirilməsinin bünövrəsi – məhz uşaq bagçasında qoyulur. Deməli, böyüməkdə olan nəslin bədii zövqünün formalaşmasının ilkiın mərhələsi məktəbəqədər tərbiyə müəssisələrində aparılır.

Musiqinin insan mənəviyyatına böyük təsiri vardir. Onun ecazkar qüvvəsi insanın müxtəlif anlardakı hisslərinə təsir etmək bacarığına malikdir çünki , insanın həyatı, sevinci və qəmi musiqidə əks olunur.

Musiqi həmçinin insan hisslərinin bölüşməsində də əvəz -olunmazdır. Belə ki, musiqi əsəri bir insan təfəfindın yaradılır, lakin bu musiqi başqa qəlblərə də yol tapa bilir. Hər bir əsərin də özünəməxsus musiqi dili vardır . Bəstəkar ətraf mühitə öz münasibətini bildirərək, onu rəngarəng musiqi dili ilə (yəni melodiyası, ritmi, harmoniyası və s. ifadə vasitələri ilə ) “izah” etməyə çalışır .Bu da bütün dinləyicilərə müxtəlif cür təsir edir.

Musiqi incəsənəti insan hisslərinə təsir etmək, onu düşündürmək, xarici aləmi dərk etmək kimi xüsusiyyətlərə malikdir. Məkətəbəqədər dövrdə uşaqlar ətraf aləm, Vətənimiz, xalqımız və s. haqqında müəyyən biliklərə yiyələnməklə yanaşı, bütün bunların musiqidə vəsf edilməsi ilə də tanış olurlar.

Musiqi məşğələlərində məktəbəqədər yaşlı uşaqların musiqi mədəniyyəti, istedadı və bacarığı üzə çıxır. Məşğələnin sistematik, cəlbedici və maraqlı keçirilməsi uşaqlardan diqqət, tez qavrama qabiliyyəti, cəldlik, çeviklik tələb edir. Bu cür qabiliyyət və bacarıqları formalaşdırıb inkişaf etdirmək üçün müəyyən vərdişlər aşılanmalıdır. Uşaqların əqli keyfiyyətlərinin formalaşmasındə, fiziki tərbiyəsində musiqi əsas vasitələrindən biridir.

2. Musiqi uşağın hərtərəfli inkişafına kömək edir. Musiqi tərbiyəsi üçün uşaqlarda musiqini dərk etmək qabiliyyəyini inkişaf etdirmək (yəni musiqini dinləməyi adət etdirmək ) lazımdır.Musiqi qavrama qabiliyyəti mahnının öyrədilməsində, oyunun aparılmasında və s. məşğələlərdə inkişaf etdirilir. Belə məşğələlər uşaqların musiqi təəssüratlarını zənginləşdirir və onlara zövq verir. Musiqi dinləmə uşaqlarda dərketməni, emosional həssaslığı inkişaf etdirir.Bu vaxt musiqi haqqında ilk təsəvvürlər toplanır,uşaqlar musiqi əsərlərinin məzmununa, xarakterinə, ifadəliliyinə görə əsərləri yadlarına salmağa və bunları fərqləndirməyi başlayırlar.

Məktəbəqədər yaşlı uşaqların hərtərəfli tərbiyəsi və təlimi prosesində estetik baxımdan cəlbedici, yadda qalan metodlardan, o cümlədən interaktiv təlim metodlarından istsfadə edilməsi zəruridir. Bu metodların tətbiqi uşağın müstəqil fikir söyləmək, başqaların fikrinə münasibət bildirmək, çoxluğun qərarını qəbul və ya inkar etmək, ya da öz qərarı üstündə durmaq kimi xüsusiyyətlərin inkişaf etdirilməsinə şərait və müstəqil, çevik olmsına və tənqidi təfəkkürünün inkişaf etməsinə zəmin yaradır.Bu zaman uşağın estetik tərbiyəsi – bədii zövqü inkişaf edir.

Musiqi tərbiyəsi prosesində uşaqlar müxtəlif fəaliyyətlərlə əlaqədar müəyyən bilik və bacarıqlara yiyələnirlər. Sadə oxumaq, musiqi – ritmik vərdişlərin təlimi müəyyən sistematik mümarisə alınmış bacarığı möhkəmləndirməyi tələb edir. Bu prosesdə uşaqlarda tədricən musiqi təsəvvürləri toplanır, onlar musiqi əsərləri ilə tanış olur və müəyyən vərdişləri mənimsəyirlər.Bu fəaliyyət prosesində fərdi maraq, meyl aşkara çıxır, uşaqların musiqi qabiliyyətləri aydınlaşır və inkişaf edir. Uşaq marağının və ehtiyacının maksimal dərəcədə ödənilməsi estetik tərbiyənin vəzifəsidir.

  1. Musiqi tərbiyəsi – tərbiyəvi prosesdir. Belə ki, tərbiyəşi musiqi təcrübəsinin toplanmasına,elementar musiqi məlumatlarının verilməsinə,bilik və vərdişlərin aşılanmasına kömək edir.

Musiqi tərbiyəsi yalnız məşğələlərlə həyata keçirilmir. Müxtəlif fəaliyyət növlərinin – mahnı oxuma, oyun və rəqslərin gündəlik həyata tətbiq olunması uşağın ümumi musiqi inkişafına kömək edir. Musiqini başqa növ fəaliyyətlərə də (əmək, idman məşğələlərində, müxtəlif oyunlar keçirilərkən və s. zamanı) müxtəlif tərzdə daxil etmək olar.

Məktəbəqədər tərbiyə müəssisələrində uşağın yaş səviyyəsini, onun xüsusiyyətlərini, uşaq orqanizminin ümumi inkişafını nəzərə alaraq musiqi tərbiyəsində aşağıdakı vəzifələr əsas tutulur:

  1. Musiqiyə maraq və sevgi tərbiyə etmək;
  2. Müxtəlif, rəngarəng musiqi əsərləri ilə tanış etməklə uşaqların musiqi dünyagörüşünü artırmaq;
  3. Uşaqları sadə musiqi anlayışları ilə tanış etmək .Mahnı oxuma, musiqi dinləmə, musiqili-ritmik hərəkətləri yerinə yetirmə, müxtəlif musiqi alətlərində çalmaq kimi vərdişləri inkişaf etdirmək;
  4. Uşaqların musiqi ritmini , düzgün eşitmə qabiliyyətini , ifadəli mahnı oxuma və hərəkətlərin düzgün ritmik yerinə yetirilməsini inkişaf etdirmək;
  5. Musiqi əsərini sadə, təbii ifa etməklə oxu və hərəkət vərdişlərini tərbiyə etmək;
  6. Musiqi əsərlərinnin seçilməsi və qiymətləndirilməsi baxımından alınmış ilk təəssüratlar əsasında musiqi haqqında təsəvvürlərin yaranmasına köməklik etmək;
  7. Musiqi fəaliyyətində yaradıcı fəallığı inkişaf etdirmək. Oyun və rəqslərdə, mahnı oxuma və musiqi alətlərində çalmada, improvizasiya və ritmik hərəkətlərdə xarakterik obrazları təcəssüm (təsvir ) etdirməyi bacarmaq.

YAZAR: Gülnar Nəzərli

  • ← Azərbaycan xalq musiqisi
  • Müxtəlif yaş qruplarında musiqi dinlənilməsi və mahnı öyrədilməsi →

Sillabus Rtm 1 2017

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ FƏNN SİLLABUSU KAFEDRA: SABAH qrupları FƏNNİN ADI: Riyaziyyatın tədrisi metodikası-I TƏDRİS İLİ: 2016/2017 KURS: İbt 301-S SEMESTR: VI I. FƏNN HAQQINDA MƏLUMAT: TƏDRİS YÜKÜ. Показать больше

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ FƏNN SİLLABUSU KAFEDRA: SABAH qrupları FƏNNİN ADI: Riyaziyyatın tədrisi metodikası-I TƏDRİS İLİ: 2016/2017 KURS: İbt 301-S SEMESTR: VI I. FƏNN HAQQINDA MƏLUMAT: TƏDRİS YÜKÜ (SAAT) CƏMİ: 60 saat MÜHAZİRƏ: 30 saat SEMİNAR 30 saat YEKUN QİYMƏTLƏNDİRMƏ FORMASI: imtahan DƏRS GÜNLƏRİ VƏ SAATLARI: V gün, saat 1130 KREDİTİN SAYI: II. MÜƏLLİM HAQQINDA MƏLUMAT: Abdullayeva Məlahət Vərəhməd qızı, ped. üzrə f. d. Tel: 050 446 03 30 E-mail: azeriteacher@yahoo.com III. FƏNNİN TƏSVİRİ VƏ MƏQSƏDİ: (Fənn haqqında qısa məlumat, fənnin tədrisinin məqsədi, fənnin tədrisində tətbiq olunacaq metodlar yazılı şərh olunur. Bu fənni öyrənməklə tələbələrin nəyi biləcəkləri, nəyə nail olacaqları və hansı vərdişlərə yiyələnəcəkləri qeyd edilir.) FƏNNİN TƏSVİRİ: Gələcək ibtidai sinif müəlliminin kurikulum üzrə tədrisi həyata keçirməsi üçün müvafiq bilik, bacarıq və vərdişlərlərin formalaşdırılması, onun riyazi-metodik hazırlığının təmi Спрятать

  • Похожие публикации
  • Поделиться
  • Код вставки
  • Добавить в избранное
  • Комментарии

Rtm riyaziyyat tədrisi metodikası

Yalnız 2 005-ci ildə Respublikamızın orta məktəblərinin 5-ci sinifləri üçün dərslik yazıldı və bu iş çox böyük sürətlə bu gün də davam etdirilir. Biz fəxr edə bilərik ki, ölkəmizdə İnformatika fənni 1-ci sinifdən başlayaraq 11-ci sinifə kimi bütün siniflərdə tədris olunur. Bu çox böyük nailiyyətdir! Bəşəriyyətin inkişaf nəbzini tutan və gələcəyi duya bilən intellektual və fədakar insanların zəhməti nəticəsində
bu fənn respublikamızın ümumtəhsil məktəblərində tədris olunan əsas fənlər sırasına daxil edilmiş və məktəblərimizdə müstəqil olaraq tədris olunur.

İnformatika fənninin tədrisi aparat və proqram təminatı ilə səciyyələnsə də bu fənnə İKT-nin tədrisindən daha geniş çərçivədə yanaşılmalıdır. Məhz buna görə də bəzi qonşu dövlətlərdə bu fənnin adı son bir neçə ildir ki, “İnformatika və İKT” adlandırılır. Ölkəmizdə qəbul olunmuş məlum dövlət proqramları məktəblərin kompüter texnologiyaları və internetlə təminat problemini demək olar ki, tamamilə həll etmişdir.

Lakin bu günün də öz problemləri var. Onlardan ən qlobalı öz ana dilimizdə – Azərbaycan dilində elektron resursların və proqram təminatının az olmasıdır. Bu saytın yaradılmasında da əsas məqsəd İnformatika müəllimlərinə bu sahədə kömək etməkdir. Burada mənim də həmmüəllifi olduğum metodik işləmələr, tədris üçün faydalı olan, bu gün Respublikamızın İnformatika müəllimlərini narahat edən məsələlər haqqında tövsiyyələr və İnternetdə sərbəst istifadə olunan tədris resursları yerləşdirilib. Təbii ki, bu materiallar informatika dərslərinin ideal səviyyədə tədris edilməsi üçün kifayət deyil. Amma mənim məqsədim yaratdığım bu sayt vasitəsilə müəllim həmkarlarıma bacardığım köməyi etməkdir.

İsayeva Naidə Rizvan qızı, informatika müəllimi

Comments are closed, but trackbacks and pingbacks are open.