Press "Enter" to skip to content

5-ci Sinifdə Hansı Fənlər Var

· İfadəli oxuya hazırlaşın. İfadəli oxu ilə bağlı tövsiyələr verilir, bilik və bacarıqlarınızın inkişafı məqsədilə tapşırıqlar təklif edi­lir.

Səadət kamalla yetişir başa

Ümumtəhsil məktəblərinin VII sinifləri üçün ədəbiyyat fənni üzrə dərslik komplekti “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” əsasında hazırlanmışdır. Eyni zaman­da Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respubli­kasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan məqsəd və vəzifələr, tələblər diqqət mərkəzində saxlanılmışdır. Bu baxım­dan təhsilin məzmununun forma­laş­ma­sında nəzəri biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştəliliyin vacibliyi, mənimsənilənlərin fərqli praktiki fəaliyyətdə səmərəli tətbiq etmək qabiliyyətinin şagirdlərdə formalaşdırılması, qazanılmış bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsinin təmin edilməsi önə çəkilmişdir.

“Ədəbiyyat” dərslik komplekti dərslikmüəllim üçün metodik vəsaitdən ibarətdir. Kurikulumun məzmunu və məntiqinə uyğun ola­raq, məzmun xətləri və əsas məzmun standartları sabit qalsa da, alt stan­dartlar sinifdən – sinfə keçdikcə asandan çətinə, sadədən mürək­kəbə doğru dəyişdiyi, dərinləşdiyi üçün hər sinifdə ədəbiyyat təlimi özünəməxsus xüsusiyyətlərə malikdir. Bu cəhət VII sinif üçün “Ədəbiy­yat” dərslik komplekti hazırlanarkən nəzərə alınmış, yeni dərslik komp­lekti ədəbiyyat fənn kurikulumu üzrə təlimin davamı və inkişafı kimi nəzərdə tutulmuşdur.

DƏRSLİK
“Ədəbiyyat” dərsliyinə daxil edilmiş təlim materialları aşağıdakı bölmələrdə qruplaşdırılmışdır:
1. Ədəbiyyat insanı zənginləşdirən vasitədir.
2. Şifahi xalq ədəbiyyatından seçmələr
3. Vətən sevgisi, qəhrəmanlıq səhifələri
4. Mənəvi dəyərlər, həmişəyaşar hikmətlər
5. Uşaq aləmi, uşaq taleyi
6. Təbiətə vurğunluq, təbiətə qayğı
· İnşa və essenin yazılmasına dair tövsiyələr
· Layihələr üzrə iş
· Sinifdənxaric oxu materialları
· İfadəli oxuda istifadə olunan şərti işarələr
· Qısa ədəbiyyatşünaslıq terminləri lüğəti
· Oxunması məsləhət görülən əsərlər

Dərsliyə şifahi ədəbiyyat nümunələri, klassik və müasir Azərbaycan ədəbiyyatından, eləcə də dünya ədəbiyyatından seçmələr daxil edilmiş­dir. Bədii nümunələr seçilərkən həmin əsərlərin yüksək ideya-bədii də­yə­rə malik olması, gənc nəslin mənəvi-estetik tərbiyəsi, müasir dün­ya­­görüşünün formalaşdırılması, təfəkkürünün inkişafı baxımından ak­tual mövzu və problemləri əks etdirməsi, janr müxtəlifliyi, şagird­lərin yaş və qavrama səviyyəsinə, maraq dairəsinə uyğun olması kimi mü­hüm meyarlar əsas götürülmüşdür.

Hər bölmənin əvvəlində verilmiş yığcam şərh və illüstrasiyalar öyrə­niləcək əsərlərin ideya-məzmunu haqqında məktəblilərdə ilkin təsəv­vür yaratmaq, yeni bölməyə keçid üçün psixoloji zəmin hazırlamaq məqsədi güdür.

Dərslikdə ədəbiyyat nəzəriyyəsindən verilən materiallar sinfin sə­viy­­­yəsi nəzərə alınaraq genişləndirilmiş və dərinləşdirilmişdir. Fənn ku­­­ri­ku­lumuna uyğun olaraq, bu sinifdə əsərlərin öyrədilməsi pro­se­sin­də epitet, bənzətmə, mübaliğə, litota, təkrir, bədii sual kimi təsvir və ifadə vasitələrinin müəyyənləşdirilməsi, işlənmə məqamına görə ro­lu­nun aydınlaşdırılması üzrə iş aparılması məqsədəuyğun sayılmış­dır. Mü­­vafiq bədii nümunələrin öyrənilməsi ilə əlaqədar dastan, mən­zum hekayə janrları, bədii ifadə vasitələri ilə bağlı dərslikdə yığcam nəzəri məlumat verilmişdir.

Dərsliyin metodoloji konsepsiyası şagirdlərdə idraki, informativ-kommunikativ və psixomotor bacarıqların formalaşdırılmasına xidmət edir. Təlim materiallarının mə­nimsənilməsi və müvafiq fəaliyyət növ­lərinin tətbiqi üç əsas metodoloji mər­hələyə bölünür: mövzu ilə bağlı əvvəlki biliklərin aktuallaşdırılması; yeni biliyin mənimsənilməsi; bilik və bacarıqların tətbiqi, dəyərlən­di­ril­mə­si.

1. Təlim materialının öyrənilməsi üzrə işin ilk mərhələsi moti­vasiya, idraki maraqoyatmadır. Müxtəlif üsul və vasitələrdən, ilk növ­bədə mövzu ilə bağlı əvvəlki biliklərin aktuallaşdırılmasını təmin edən sual və tapşırıqlardan istifadə şagirdlərdə təlim materialına ciddi ma­raq oyadır, yeni biliyin fəal mənimsənilməsi üçün zəmin yaradır. Bu pro­­sesdə məktəblilərin idrak fəallığı stimullaşdırılır, onlar təd­qi­qat­çı­lı­ğa yönəldilir. Dərslikdə bu məqsədlə sual və tapşırıqlardan istifadə olunmuşdur.

2. Yeni biliyin mənimsənilməsi iki mərhələdə həyata keçirilir: bədii əsərin məzmununun mənimsənilməsi və təhlili.

Bədii əsərin məzmunun mənimsənilməsi üzrə iş müxtəlif yollarla hə­ya­­ta keçirilə bilər. Əsərin emosional qavranılmasını təmin etmək məq­sə­dilə müəllimin nümunəvi ifadəli oxusu, həmçinin bədii oxu ustasının ifasının dinlənilməsi faydalıdır. Əsərin məzmununun mənimsənilməsi şa­gird­lərin səsli, səssiz oxusu, fasilələrlə oxu və s. istifadə ilə həyata ke­çirilir.

Bədii əsərin məzmununun öyrənilməsi ilə bağlı standartların real­laş­­dı­rıl­ma­sı məqsədilə aşağıdakı iş növlərindən istifadə nəzərdə tutu­lur:

– Şagirdlərin mətndəki tanış olmayan sözlərin mənasını dərsliyin so­nunda verilmiş lüğətdən, eləcə də digər lüğət və sorğu kitablarından istifadə etməklə müstəqil aydınlaşdırmaları üçün tapşırıqlar. Müəllim sözün mətn daxilində işlənmə məqamına görə mənasının şagirdlər tərə­findən düzgün müəyyənləşdirilməsinə zəruri hallarda istiqamət verə bi­lər. Tanış olmayan sözlərin müəyyənləşdirilməsi və mənasının aydın­laş­dırılması məqsədilə şagirdlər müəllimin tövsiyəsi ilə dərsliyin sonun­da verilmiş lüğətdən, eləcə də ədəbiyyat kabinetindəki izahlı lü­ğət­lər­dən istifadə edirlər. Şagirdlərin tanış olmayan sözlərin məna­sını müs­təqil aydınlaşdırması əsərin məzmununu dərindən, şüurlu qav­ramaları, ana dilinin zənginliyini mənimsəmələri, nitqlərinin inki­şafı baxımın­dan çox əhəmiyyətlidir.

– Süjetli bədii nümunələrin (əfsanə, nağıl, dastan, təmsil, hekayə, mən­zum hekayə) hissələrə ayrılması, plan tərtibi, məzmununun müxtə­lif for­malarda nağıl edilməsi üçün tapşırıqlar əvvəlki sinfə nisbətən daha mürəkkəb əsərlər üzərində həyata keçirilir.

– Əsərin məzmununun öyrənilməsində plan tərtibi əsərdəki hadisə və əhvalatların, qəhrəmanın his və düşüncələrinin mənimsənilməsinə, əsə­­rin quruluşu haqqında təsəvvürün qazanılmasına xidmət edir. Planı oxu­dan sonra tərtib etmək məqsədəuyğundur. Fasilələrlə oxu, proqnoz­laşdırılmış oxu metodlarının tətbiq edildiyi dərslərdə əsərin hər bitkin hissəsindən sonra fasilə etmək, hər hissəyə ad vermək daha məqsədə­uy­ğundur. Müəllim hər hissənin oxusundan sonra ona necə ad verməyin məqsədəuyğun olduğunu soruşur. Əsərin oxusundan əvvəl plan tərtibi üzrə iş aparılacağı barədə şagirdlər xəbərdar edilir.

Süjetli əsərin nağıl edilməsi mətnin məzmununu şagirdlərin də­rin­dən mənimsəməsi, şifahi nitqin inkişafı baxımından mühüm əhə­miy­yət kəsb edir. Əsərin məzmununun nağıl edilməsi üzrə iş üç formada apa­rılır:

1. Məzmunun yığcam nağıl edilməsi;
2. Məzmunun geniş nağıl edilməsi;
3. Məzmunun yaradıcı nağıl edilməsi.

Yığcam nağıletmə əsərin süjet xəttində, ideyanın açıl­ma­sın­da mü­hüm rol oynayan səhnələr, epizodlara diqqət yetirilməsini, təfər­rüat­lar­dan, ikinci dərəcəli məsələlərdən imtina edilməsini nəzərdə tutur. Na­ğıl­etmənin məzmununa yalnız əsas hadisələrin, obrazların daxil edil­mə­si nəticəsində şagirdin nitqi yığcamlıq, aydınlıq, fikri az sözlə çat­dır­maq kimi keyfiyyətlər əxz edir.

Geniş nağıletmə şagirdlərin müstəqilliyi, təxəyyülünün inkişafı ba­xı­­mından faydalıdır. Bu zaman mək­təblilər mətndən kənara çıxmır, əla­vələrini onun məzmununa uyğunlaşdırırlar.

Yaradıcı nağıletmə zamanı şagirdlər müəllifin əsərdə bir neçə cümlə ilə ifadə etdiyi fikri, hadisə, təbiət, əşya, portret təsvirini geniş­lən­dirir, əlavələr edirlər. Onlar hadisələrin gələcək inki­şa­fını necə təsəv­vür etdiklərin­dən, qəhrəmanların gələcək taleyi ilə bağ­lı fər­ziyyə­lə­rindən söz açır, əsərin sonluğunu dəyişdirirlər.

Bədii mətnin təhlili üzrə işlərdə məqsəd əsərin ideya-məzmununun, bədii məziyyətlərinin öyrənilməsidir. Bədii nümunələrin təhlili üzrə sual və tapşırıqlar “Araşdırın. Fikirləşin. Cavab verin” başlığı altında verilmişdir. Təhlil zamanı şagirdlər “Əsərlə bağlı açıqlamalar” mət­nindən istiqamətverici mənbə kimi istifadə etməlidir. Dərsdə bədii əsə­rin mövzusu, ideyası, qəhrəmanların səciyyəsi, bədii təsvir və ifadə vasi­tə­ləri üzrə iş interaktiv təlim metodlarından istifadə ilə həyata ke­çi­ri­lir.

3. Dərsliyə hər əsər üzrə şagirdlərin öyrəndiklərini tətbiq etmək, ümu­­­mi­­ləş­dir­mək, dəyərləndirmək (qiy­mət­lən­dir­­mək) üçün “Tətbiq. Mü­zakirə. Yaradıcı iş” başlığı altında sual və tapşırıqlar daxil edil­mişdir. Onların sırasında həyati bacarıqların yaradılmasına xidmət edən tapşırıqlara da yer verilmişdir. Mənimsənilmiş bilik və bacarıqları möhkəmləndirmək, təkmilləşdirmək və dəyərləndirmək məqsədilə hər bölmənin sonunda ayrıca “Tətbiq və ümumiləşdirmə” dərsləri nəzərdə tutulmuş və “Qiymətləndirmə materialları” verilmişdir.

Dərslikdə tədris prosesinin sadalanan metodoloji mərhələləri gözlə­nilmiş, həmin mərhələlərə uyğun olaraq, hər mövzu üzrə aşağıdakı iş növlərindən, sual və tapşırıqlar sistemindən istifadə nəzərdə tutul­muş­dur:

· Yada salın. Mövzu ilə əlaqədar bildiklərinizi xatırlamağa, maraq və istəklərinizi ifadə etməyə istiqamətləndirəcəkdir.

· Düşünün. İlkin fərziyyələr söyləməyə, araşdırma aparmağa yönəldəcəkdir.

· Oxuda aydınlaşdırın. Tanış olmayan sözlərin mənasını aydın­laş­dırmağınız, eləcə də bədii təsvir və ifadə vasitələrini müəyyən­ləşdirməyiniz üçün nəzərdə tutulmuşdur.

· Məzmun üzrə iş. Əsərin məzmununun öyrənilməsi ilə əlaqədar ye­rinə yetirilən işlər əhatə olunur. Məzmunun necə mənim­sə­nil­di­yini aşkara çıxarmaq və dərinləşdirmək üçün təklif olunur.

· Təhlil üzrə iş. Əsərin təhlili, bununla bağlı zəruri bacarıqların yaradılması və tətbiqi üzrə işlər əhatə olunur.

· Tətbiq. Müzakirə. Yaradıcı iş. Fərdi, eləcə də sinifdə bədii əsərin təhlili zamanı cütlük, qrup şəklində tədqiqat aparılmasına, şa­girdləri yaradıcı işə qoşulmağa, bilik və bacarıqlarını tətbiq et­məyə, öyrənilənlərə münasibət bildirməyə, möhkəmləndirməyə istiqamətləndirir.

· İfadəli oxuya hazırlaşın. İfadəli oxu ilə bağlı tövsiyələr verilir, bilik və bacarıqlarınızın inkişafı məqsədilə tapşırıqlar təklif edi­lir.

· Tətbiq və ümumiləşdirmə. Hər bölmənin sonunda bilik və baca­rıq­larınızın tətbiqinə, ümumiləşdirilməsinə geniş imkan yaradan dərs keçəcəksiniz. Bölməyə uyğun seçilmiş bir əsərin oxusu (bu, dərsə qədər həyata keçiriləcəkdir), məzmununun öyrənilməsi, təhlili və s. üzrə işləri müstəqil yerinə yetirəcəksiniz.

· Qiymətləndirmə materialları. Bölmələrin sonunda həyata keçiri­lən kiçik summativ qiymətləndirmə üçün nəzərdə tutulmuşdur.

· Layihə üzrə iş. Layihələr müxtəlif mənbələrlə, dərslikdəki mü­va­fiq materiallarla işləməyiniz, bilik və bacarıqlarınızı tətbiq et­mə­yiniz, yaradıcı fəaliyyət göstərməyiniz üçün təklif edilmiş­dir.

Məzmun standartlarının reallaşdırılmasına yönəldilmiş iş növləri, sual və tapşırıq­lar sistemində aşağıdakılar nəzərə alınmışdır:

– qazanılmış bilik və bacarıqların yeni material üzərində müstəqil tət­biqi, dərinləşdirilməsi;

– məktəblilərin bədii ədəbiyyatın mütaliəsinə marağının artırılması, təd­qiqatçılıq fəaliyyətinə, müxtəlif mənbələrdən istifadə etməklə bilik­lərini müstəqil artırmağa istiqamətləndirilməsi;

– fəal/interaktiv təlimin, fəndaxili və fənlərarası inteqrasiyanın real­laş­­dırıl­ma­sı üçün zəmin yaradılması;

– fəal həyat mövqeyi, mütaliə, şifahi və yazılı nitq mədəniyyəti kimi həyati bacarıqların formalaşdırılması;

– inklüzivlik, fərqli idraki maraqların inkişaf etdirilməsi, məntiqi, tənqidi, yaradıcı təfəkkürün inkişafı üçün zəmin yaradılması.

Şagirdlərin şifahi nitqinin inkişaf etdirilməsi üzrə işlərin istər əsə­rin məzmununun öyrənilməsi zamanı, istərsə də təhlil dərslərində hə­yata keçirilməsi məqsədəuyğundur. Şagirdlərin şifahi nitqinin inkişaf etdirilməsi ilə sıx bağlı olan mühüm məsələlərdən biri də ifadəli oxu ba­ca­rıqlarının aşılanmasıdır. Məlumdur ki, mətnin şagird tərə­fin­dən ifa­dəli oxusu yalnız əsərin ideya-məzmunu, qəhrəmanların səciy­yəsi, müəl­lifin niyyəti aydın dərk edildikdən sonra həyata keçirilə bilər. Əsə­rin məzmununun öyrənilməsi üzrə dərslərdə müəllimin nümunəvi ifa­dəli oxusu və ya bədii oxu ustasının ifasının dinlənilməsi məqsə­dəuy­ğundur.

Yazılı nitqin inkişaf etdirilməsi, əsasən əsərin təhlilindən sonra ye­ri­nə yetirilən inşa və esselər vasitəsilə həyata keçirilir. Şagirdlərin ya­zı­lı nitqinin inkişaf etdirilməsi məqsədilə öyrədici səciyyəli yazılar üçün planlaşdırmada ayrıca dərs saatları da nəzərdə tutulmuşdur.

Dərsliyin tərtibində aşağıdakı pedaqoji prinsiplər gözlənilmişdir:

– düzgünlük (fənn üzrə təlim standartlarına uyğunluq, faktların də­qiqliyi, mübahisəli elmi məsələlərin olmaması, orfoqrafiya, durğu işa­rələri və qrammatik qaydaların göz­lənilməsi);

– əyanilik (bədii mətnlərlə bağlı şəkil, cədvəl və illüst­rasiyaların ol­ması);

– müasirlik (ədəbi nailiyyətlərin şagirdlərin yaş səviyyəsinə uyğun əks olunması, təlim materiallarının müasir dünyagörüşünün formalaş­dı­rıl­­masına istiqamətlənməsi);

– tamlıq (ədəbi-nəzəri, praktik, təsviri, qiymətləndirmə material­larının olması, onların üzvi şəkildə əlaqələndirilməsi);

– ardıcıllıq (psixoloji məzmun və məntiqi baxımdan təlim material­la­rının maraqlılıq səviyyəsinə görə düzül­məsi, sadədən mürəkkəbə doğ­­ru sıralanması, əvvəlki təlim materialları vasitəsilə növbəti mate­rial­ların mənimsənilməsinə zəmin yaradılması).

– yaş səviyyəsinə uyğunluq (dərsliyin poliqrafiya, dizayn cəhətdən şa­girdlərin estetik tələbatına cavab verməsi, təlim materiallarının məz­mun və həcm baxı­mından onların ehtiyaclarına uyğun müəyyən­ləşdirilməsi);

– təlim vaxtına uyğunluq (tədrisə ayrılan vaxtın dəqiq nəzərə alın­ma­sı);

– oxunaqlılıq (bədii materialların, şərhlərin, izahların, nəzəri mə­lumatların və s.) maraqlı və yığcam olması, onların aydın üslubda, sadə dildə ifadə edilməsi);

– inklüzivlik (potensial imkanları, qavrama səviyyəsindən asılı olma­ya­raq, bütün şagirdlərə diferensial yanaşmanın təmin edilməsi və on­ların təlim maraqlarının təmin olunması).

– inteqrativlik (ədəbi təhsilin məzmun komponentlərinin bir-biri ilə və digər fənlərlə sistemli şəkildə əlaqələndirilməsi).

Müəllim dərs­liyin metodik sistemindən istifadə məsələsinə yaradıcı yanaşmalı, bü­tün sual və tapşırıqlar üzrə iş aparılması məq­sədini qar­şıya qoymamalıdır. Müəllim dərs üçün müəyyənləşdirdiyi təlim məq­səd­lərindən, konkret sinfin şagirdlərinin hazırlıq səviyyəsindən çıxış edə­rək əsərin məzmununun öyrənilməsi, təhlili zamanı dərs­lik­dəki hansı sual və tapşırıqlardan istifadə edəcə­yini dəqiq­ləşdirməli, lazım gələrsə, ixtisarlar aparmalı, əlavələr etmə­lidir.

Dərslikdəki bədii əsərlərin vizual qavranılmasını təmin etmək, mət­nin emosional təsirini qüvvətləndirmək məqsədilə möv­­­zular üzrə il­lüstrasiyalar yerləşdirilmişdir. İllüstrasiyalarla iş bədii əsərlərin öy­rənilməsində əsas fəaliyyət növlərindən biridir. Şə­killəri “oxumaq” ba­carığı şagirdlərə dərsdə öyrəndiklərini real həyatda da mü­şa­hidə etmək imkanı verəcəkdir. Odur ki, müəllim ədəbiyyat dərslərində əsərə çə­kil­miş illüstrasiyalar üzrə nağıletmə, müzakirə, yığcam inşa, esse yaz­dırılması və s. iş növlərindən istifadə etməlidir.

MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT

Metodik vəsaitə fənn müəlliminə VII sinifdə kurikulumun qarşıya qoy­duğu məqsəd və vəzifələrin yerinə yetirilməsi, təlim prosesində məz­mun standartlarının reallaşdırılması, dərs ilinin sonunda nəzərdə tutulan təlim nəticələrinə nail olunmasında kömək məqsədi izləyən me­todik tövsiyələr daxil edilmişdir:

· VII sinif ədəbiyyat fənn kurikulumunun xüsusiyyətləri;
· Məzmun standartlarının reallaşdırılması cədvəli;

· Tədris materiallarının illik planlaşdırılması (mövzuların həftələr üzrə bölgüsü, reallaş­­dı­­rı­lan standartlar, fənlərarası inteq­ra­si­ya, strategiyalar: metodlar, iş formaları, resurslar, qiymətləndirmə üsul və vasitələri);

5-ci Sinifdə Hansı Fənlər Var?

4-cü sinifdən sonra uşaqlar imtahan verir və ibtidai məktəbdən orta məktəbə keçirlər. Bu tədbir yalnız tələbələrin özləri üçün deyil, həm də valideynləri üçün olduqca həyəcanlıdır. Axı, əvvəllər mövcud olmayan yeni maddələr ortaya çıxır. 5-ci sinifdə hansı fənlər var? Rusiyadakı bütün məktəblər tədris planını tərtib edərkən Təhsil və Elm Nazirliyi tərəfindən hazırlanmış əsas planı rəhbər tuturlar. Bu sənəddə fənlərin siyahısı, onların təhsili üçün ayrılmış saatların sayı var. Siyahıya dəyişməz bir komponent daxildir, bu məktəbdə oxumaq üçün lazım olan fənlərin siyahısı. Dəyişən hissə olduğu kimi bunlar da məktəb rəhbərliyinin tədris planına daxil edə biləcəyi və ya daxil edə bilməyəcəyi mövzulardır. Bundan əlavə, bu cür əlavə fənlər məktəbin qərəzli olmasından asılı olaraq dəyişə bilər (ingilis dili, riyaziyyat). Şəkil

Məcburi mövzular

5-ci sinif üçün dəyişməz komponent aşağıdakı maddələr toplusudur: – riyaziyyat (həftədə 5 saat); – Rus dili (həftədə 5 saat); – ədəbiyyat (həftədə 3 saat); – xarici dil (həftədə 3 saat); – bədən tərbiyəsi (həftədə 3 saat); – tarix (həftədə 2 saat); – coğrafiya (həftədə 1 saat); – musiqi (həftədə 1 saat); – təsviri sənət (həftədə 1 saat); – həyat təhlükəsizliyinin əsasları (həftədə 1 saat); – texnologiya (həftədə 1 saat). 2019-cu ildə tədris proqramında bir yenilik ortaya çıxdı. Texnologiya dərsləri çərçivəsində məktəblilər artıq müasir texnologiyalarla, xüsusən də robot texnikası ilə tanış olacaqlar. Bu fənnin tətbiqi tələbələrin liderlik bacarıqlarını səmərəli inkişaf etdirməsinə, yeni və müasir platformalarla işləməyi öyrənməsinə, erkən peşə rəhbərliyini təmin etməsinə, komanda ilə işləmək bacarıqlarını inkişaf etdirməsinə və riyaziyyat və fizika öyrənilməsinə marağı artıracağına inanılır. Mövzunu belə yeni formatda öyrənmək üçün məktəblər modernləşmədən keçməlidir. Məsələn, robot texnikasında praktik məşqlər aparmaq üçün 3D printerləri və digər avadanlıq dəstlərini özündə birləşdirəcəkdir.

Məcburi mövzularda oxuduqları şeylər

5-ci sinifdə, rus dillərində uşaqlar nitq hissələrini, halları, mürəkkəb və tək hecalı cümlələri, yazım qaydalarını öyrənirlər. Bu, şagirdin orta və orta məktəbdə təhsillərini davam etdirə biləcəyi əsas əsasdır. Riyaziyyat zamanı şagirdlər kəsrlər, mənfi ədədlər, funksiyalar, tənliklərlə tanış olurlar. Həm də artıq 5-ci sinifdə həndəsənin əsasları tədris olunur. Ədəbiyyatda beş sinif şagirdləri yerli yazarları, nağılları və mifologiyanı, dinin əsaslarını ötürürlər. Biologiyada bakteriyalar, hüceyrələrin, göbələklərin, bitkilərin quruluşu və ekologiyanın əsasları öyrənilir. Coğrafiya sahəsində uşaqlar dənizçilərlə tanış olur, xəritələri öyrənir, onlarla işləməyi öyrənirlər. Şəkil Tarix dərslərində 5-ci sinif şagirdləri insanın meydana çıxmasından Dəmir dövrü qədər qədim dünya ölkələrinin tarixi haqqında. Bura Yunanıstan, İtaliya, Çin, Misir və digər qədim ölkələrin xalqlarının inkişafı daxildir. Xarici bir dil olaraq, İngilis dili ən çox tədris proqramına daxil edilir. Şagirdlər böyük mətnləri şifahi və yazılı tərcümələr tətbiq olunmaqla təkbaşına tərcümə etməyi öyrənirlər. Uşaqlar müəllimin suallarını başa düşürlər, onlara düzgün cavab verməyi öyrənirlər və xarici dildə oxumaq və yazmağın əsaslarını öyrənirlər. Texnologiyanın (əməyin) tətbiqi zamanı sinif ümumiyyətlə qız və oğlanlara bölünür. Birincilər sinifdə tikişin əsaslarını öyrənir, ilk dəfə müstəqil olaraq bir soba mittini, bir önlük yaratmağa çalışırlar. Oğlanlara robot texnikası öyrədilir, eyni zamanda bir yapbozla taxta ilə işləmək bacarıqları. Texnologiya böyük bir təcrübə nəzərdə tutur, buna görə dərslər xüsusi təchiz olunmuş siniflərdə aparılır. Musiqi dərslərində məktəblilər klassik əsərləri, bəstəkarların tərcümeyi-hallarını öyrənirlər. Bədən tərbiyəsində beşinci sinif şagirdləri idman oxumaq, idman etmək, qaçmaq, tullanmaqla idmana girirlər. Bu, hipodinamiyanın, məktəblilərin tam hüquqlu fiziki inkişafının əla bir profilaktikasıdır. Şəkil

Əlavə fənlər

Dəyişən fənlərin siyahısı əksər valideynlərə tanışdır, bunlara daxildir: – biologiya; – yerli tarix; – sosial elm; – Vətəndaşlıq; – kompyuter elmləri; – Təbiət elmi; – dini mədəniyyətlərin və dünyəvi etikanın əsasları; – ikinci xarici dil. Bundan əlavə, milli-dini komponentə, müəyyən bir sahəyə xas olan ana dilinin öyrənilməsinə əsaslanaraq, xalq tətbiqi dərsləri məktəb proqramının siyahısına daxil edilə bilər. Bütün bunlar tədris proqramında mövcud ola bilər, lakin məcburi fənlər dəyişməz olaraq qalır. Bəzi məktəblər şagirdlər arasında fiziki hərəkətsizliyin qarşısını almaq üçün beşinci sinif şagirdləri üçün şahmat, dizayn, maliyyə savadlılığı və ritmi əlavə təhsil kimi tətbiq edirlər. 2018-ci ilin may ayında ikinci bir xarici dilin 5-ci sinif proqramına məcburi daxil edilməsi barədə əmr verildi. Ancaq bütün məktəblər Təhsil və Elm Nazirliyinin tələblərini ödəyə bilmədi. Bunun səbəbi kadr çatışmazlığı, proqram və tədris materiallarının azlığı, bu məcburi fənnin tətbiqi üçün saat azlığıdır. Təhsil Nazirliyi hər məktəbdə bölmələr və idman klubları təşkil etmək məcburiyyətindədir. Bu, uşağa rəsm, musiqi, şahmat öyrənmək və ya güləşə, futbola, xokkeyə getmək imkanı verir. Hər bir təhsil müəssisəsi hər kəs üçün məktəb əsasında hansı bölmələrin təşkil olunacağına müstəqil qərar verir. 5-ci sinif üçün fənlərin siyahısı valideynlər üçün ilk iclasda müəllimlər tərəfindən elan edilməlidir. Bu, tələbəni təhsilə optimal şəkildə hazırlamağa, lazım olan dəftərxana ləvazimatı, idman forması, idman bölmələri üçün geyim almağa imkan verir.

Comments are closed, but trackbacks and pingbacks are open.