Rus dili öyrənməyin 8 açar üsulu
Rus dili Azərbaycanda getdikcə daha nadir bir hala çevrilən, lakin ona olduqca tələbat hiss edilən bir dildir.
Rus dilini öyrənək
Azərbaycanda rus dili – vərdiş, ehtiyac yoxsa mədəniyyət?
- Rus dilini öyrənək
- 16 iyun 2022, 01:56
Rus dili Azərbaycanda getdikcə daha nadir bir hala çevrilən, lakin ona olduqca tələbat hiss edilən bir dildir.
Rus dilini kim seçir?
34 yaşlı mühəndis Əhməd Heybətov, hamının azərbaycanca danışdığı ailədə doğulub, lakin beşinci sinifə qədər məktəbində tədris rus dilində aparılıb. Ailəsində hesab olunurdu ki, yalnız bu yolla yaxşı təhsil almaq mümkündür.
Rus dilinin bəzi orfoqrafik qaydaları
- Rus dilini öyrənək
- 26 fevral 2017, 18:57
Bu məqalədə sizin diqqətinizi rus dilini öyrənməyinizlə əlaqədar olaraq, bəzi mühüm məsələlərə cəlb etmək istəyirəm.
Birincisi, çoxları ь və ъ hərflərini düzgün işlətmir və həmin hərflərin olduğu sözləri düzgün tələffüz etmirlər. Məsələn: шью yerinə шју (bəzən dəшију), съел əvəzinə sel və ya, siyеl, syеl işlədirlər və s. Ikincisi, sözlərin hansında ь və hansında ъ yazmaqda çətinlik çəkirlər. Misal üçün, подъезд sözünü подезд, подијезд kimi yazırlar. Üçüncüsü, sonu ь, ilə bitən isimlərin bir qismi kişi cinsinə, digərləri isə qadın cinsinə aid olduğu üçün şagirdlər həmin isimlərin cümlədəki başqa sözlərlə uzlaşmasında səhvə yol verirlər. Məsələn, день kişi cinsə aid olduğu halda, тень sözü qadın cinsli isimdir. Теплый день—düzgündür, lakin пробежал тень desək və yazsaq səhvə yol vermiş olarıq. Пробежала тень deyilməli və yazılmalıdır. Bu qayda конь (kişi cinsi), лошадь (qadın cinsi) isimlərinə də aiddir. Dördüncüsü, fel formalarında ь müxtəlif hallarda yazılır. Misal üçün: Он трудится.—Ему надо трудиться.
Davamı →
«A», YOXSA «O»?
- Rus dilini öyrənək
- 30 aprel 2016, 15:29
Məlum olduğu kimi dil iki formada mövcuddur yazılı və şifahi. hər hansı bir dildə düzgün danışmaq, yanaşı, düzgün yazmağı da bacarmaq lazımdır. Düzgün yazı orfoqrafiya da deyilir. hər dilin özünə məxsus orfoqrafiya qaydaları vardır. Rus dilinin orfoqrafiyası da düzgün yazılış qaydalarının vahid sistemidir. Bu norma və qaydalar rusca yazıların hamısı üçün məcburidir. həmin norma və yazı qaydalarını pozmaq—böyük səhv buraxmaq deməkdir.
Rus dilinə yiyələnmədə orfoqrafiyanın böyük əhəmiyyəti vardır. Ümumiyyətlə, savadlı yazmaq olduqca vacib bir işdir. Məktəbdə sizin rusca nə dərəcədə bilməyiniz, savadlılığınız düzgün yazmaq bacarığınız ilə sıx surətdə bağlıdır.
Davamı →
Təktərkibli cümlələr
- Rus dilini öyrənək
- 12 mart 2016, 01:17
Hər iki (rus və Azərbaycan) dildə olan cümlələr baş və ikinci dərəcəli üzvlərin iştirakına görə müxtəlifdir. Bəzi cümlələrdə onun bütün üzvləri, digərində baş üzvlər və ikinci dərəcəli üzvlərindən biri və ya ikisi, başqa qrup cümlələrdə isə təkcə baş üzvlər iştirak edir. Lakin rus dilində, Azərbaycan dilində olduğu kimi, elə cümlələr də vardır ki, onlarda baş üzvlərdən yalnız biri iştirak edir (burada ikinci dərəcəli üzvlər də ola bilər). Belə cümlələrdə ifadə olunmuş fikir məhz həmin tək baş üzvün əsasında formalaşır, ikinci baş üzvün iştirakına ehtiyac duyulmur. Tərkibində baş üzvlərdən yalnız biri iştirak edən və fikir həmin üzvün ətrafında tamamlanan cümlə təktərkibli cümlə ( однасоставное предложение ) adlanır. Təktərkibli sadə cümlələrin bir qrupu xəbər və ya xəbər qütbü əsasında, başqa bir qrupu isə mübtəda və ya mübtəda qütbü əsasında formalaşır. Bu baxımdan rus dilində də təktərkibli sadə cümlələr iki qrupa ayrılır. Mübtədasız təktərkibli cümlələr ( бесподлежащные односоставные предложения ) və xəbərsiz təktərkibli cümlələr ( бессказуемные односоставные предложения ). Xəbərsiz təktərkibli cümlələr qrupuna yalnız adlıq cümlə ( назывное предложение ) daxildir.
Ardı →
Сойти yoxsa выйти?
- Rus dilini öyrənək
- 21 sentyabr 2013, 20:06
Сойти yaxud выйти ?
Qatar, tramvay, avtobus, trolleybus stansiyasına və ya dayanacağa yaxınlaşarkən tez-tez belə bir dialoqun şahidi oluruq:
-Вы сходите?
-Нет, не схожу.
-Тогда позвольте мне пройти вперёд. Я схожу на этой остановке.
-Пожалуйста, сходите!
Ardı →
Pristavkalar
- Rus dilini öyrənək
- 25 avqust 2013, 18:40
Pristavkalar (önlüklər, sözönləri) sözün tərkib hissəsi olub rus dilinə məxsusdur. Sözönləri xüsusən fellərdə çox işlənir. Önlüklər kökdən əvvəl gələrək sözdüzəldici və sözdəyişdirici funksiya daşıyır. Onların vasitəsi ilə düzələn sözlər yeni məna çalarlı olurlar. Bəs rus dilində neçə pristavka vardır?
Rus dilinə aşağıdakı pristavkalar məlumdur (mötərizələrdə bu və ya digər pristavkanın variantları, yəni forma müxtəlifliyi göstərilmişdir): без-; в- (во); вз- (взо-, воз-); вы, до, -за, -из-(изо); меж-(между-); на, -над,-наи-низ;-об-•(обо, -о-); от- (ото); па,-пере,-пре, -пред (предо-); по-под-(подо-); пра, -при, -про; роз-(раз, -разо); с-(со-су-); у-через-(чрез-).
Pristavkaların əksəriyyətinin əsas mənası hərəkətin istiqamətini bildirmək, habelə müxtəlif məkan münasibətləri ifadə etməkdir. Məsələn, без önlüyünün əsas mənası sözün kökündə adı çkilmiş hər hansı bir əşyanın, hərəkətin, hadisənin və s. inkarlığını, olmamasını, iştirak etməməsini bildirməkdir. Məsələn: безоблачное (небо); безударные (гласные звуки) və s.
Pristavkalar əsasən, yeni məna çalarlı sözlər əmələ gətirirlər. Demək olar ki, lap az hallarda yalnız qrammatik məna daşıyır və söz formalarının əmələ gəlməsi məqsədi ilə işlədilir: писал-написал; делал-сделал və s.
Siz bu önlüklərin mənalarını öyrənin, onları sözlərdə, söz birləşmələrində və cümlə içərisində işlədin. Yazılı və şifahi nitqin düzgünlüyü bu və ya digər pristavkanın öz yerində işlədilməsindən də asılıdır. Bunu nəzərə almaq lazımdır.
Bəzi pristavkalar çox sözlərlə işlənə bilir və yeni söz yaratmağa asanlıqla kömək edir. Bunlara в, -на, -за və s. önlükləri misal ola bilər. Digər qrup pristavkalara isə nisbətən az sözlərdə təsadüf olunur. Onlardan demək olar ki, yeni sözlərin düzəlməsi üçün istifadə edilmir. Bu pristavkalar artıq sözün kökü ilə birləşmiş, onun tərkib hissəsi olmuş və müasir rus dilində sözün tərkib hissələrinə görə təhlilində də kökdən ayrılmırlar. Məsələn, паводок (sel, daşqın, güclü sel); пасынок (ögey oğul, oğulluq); прапрадед (ulu baba, dədə-baba, əcdad); прабабушка (böyük nənə); су-сумрак (alaqaranlıq, toran); суглинок (giltorpaq, gilli torpaq).
Davamı →
Miqdarına görə isimlər
- Rus dilini öyrənək
- 8 fevral 2012, 00:30
Miqdarına görə isimlər 2 qismə bölünür:
-tək isimlər,söhbət yalnız bir predmetdən gedirsə
вещь, стекло, кошка ;
-cəm isimlər,söhbət bir neçə predmetdən gedirsə
вещи, стёкла, кошки ;
Ancaq elə isimlər də vardır ki,onlar miqdarına görə yalnız bir formada olurlar
İsimlərin hallanması və cinslər üzrə dəyişməsi.Hal sonluqlarının düzgün yazılışı.
- Rus dilini öyrənək
- 28 may 2011, 00:54
1.İsimlər cinslər üzrə 3 qismə bölünür:kişi(мой, он, чей?),qadın (моя, она, чья?),orta cins (моё, оно, чьё?).
Kişi cinsinə aiddir:
–Əsasən qalın samitlərdən və ya [й]-hərfindən,ismin adlıq halının tək hal sonluqlarından ibarət bütün isimlər: диван, столп, сарай, гений;
-İsmin adlıq halının tək hal sonluqlarında əsasən incə samitlər olan isimlər(yiyəlik halda bu isimlərdə sonluqlar –А,-Я): конь(коня), ключ(ключа), рыцарь(рыцаря), лещ(леща);
-Müxtəlif şəkildə hallanan isimlər-путь;
–подмастерье (1.usta köməkçisi,2.kərgər,şagird) ismi;
Zərflər
- Rus dilini öyrənək
- 16 may 2010, 21:04
Zərf ( наречие ) müstəqil nitq hissəsi kimi iş, hal, hərəkət və keyfiyyətə aid olub, onların əlamətini bildirir və başqa sözlərlə əlaqədə dəyişmir. Zərflər əsas etibarilə fellərin, bəzi hallarda isə sifət və habelə zərflərin özünün əlamətini göstərərək, cümlədə əvəzlik vəzifəsini ifadə edirlər:
1) Тогда он встретил под горой старушечку, чуть-чуть живую, горбатую (qozbel, beli bükülmüş, donqar), совсем седую . Burada тогда zərfi встретил felinə aid olub cümlədə zaman zərfliyini ( обстоятельство времени ) ifadə edir; чуть-чуть zərfi живую sifətinə, совсем zərfi isə седую sifətinə aiddir. hər iki zərf cümlədə dərəcə zərfliyini ( обстоятельство степени ) ifadə edir.
Ardı →
Sifət və onun növləri
- Rus dilini öyrənək
- 9 aprel 2010, 23:54
İstər rus, istərsə də Azərbaycan dillərində sözlərin böyük bir qrupu əşyanın əlamət və keyfiyyətini bildirir. Belə sözlər sifət ( имя прилагательное ) adlanır. Lakin Azərbaycan və rus dillərində sifətlərin isimlərlə, yəni əşya, şey bildirən sözlərlə əlaqəsi müxtəlifdir. Məlum olduğu kimi, dilimizdə isimlərlə sifətlər arasında sintaktik əlaqə yanaşmadır. Rus dilində isə sifətlər əlamətini bildirdikləri isimlərin cinsindən, tək-cəmindən və halından asılıdır; başqa sözlə desək, rus dilində sifətlər isimlərlə uzlaşır. Misal üçün, настроение (hal, əhval, əhval-ruhiyyə) sözünü götürək.
Ardı →
Rus dili öyrənmək
Rus dili öyrənməyin 8 açar üsulu.
1. Psixoloji olaraq özünüzü hazırlayın. Dil öyrənməyin ilk addımı motivasiyadır. Yeni başlayanlar bu dili niyə öyrənmək istədiklərini özləri üçün müəyyənləşdirməli, qarşılarına hədəf qoymalıdırlar. Saatlarca zəhmət və səbr tələb edən bu yolda ən böyük yoldaşınız motivasiyanızdır.
2. Qrammatikaya ciddi fikir verin. Qulağa sıxıcı gəlsə də, Rus dilinin təməli onun qrammatikasıdır. Qrammatikanı özünüzün öyrənməyiniz yorucu gələ bilər. Kurs,yaxud fərdi müəllimdən qrammatika dərsləri almağınız məsləhətdir. Bu imkana sahib deyilsinizsə, internet üzərindən rusca öyrədən müəllimlərlə əlaqəyə keçə bilər və yaxud digər internet resurslarından yararlana bilərsiniz.
3. Təməl sözləri öyrənin. Bir dili bilməklə həmin dildə danışmaq fərqli anlayışlardır. Danışmağın ilk addımı isə təməl kəlmələri, gündəlik ifadələri öyrənməkdir. Yaxşı bir danışıq kitabının bu mövzuda sizə çox köməyi dəyə bilər.
4. Keyfiyyətli kurslar tapın. Həmin kurslara yazılaraq öyrənin. Ancaq müəllimlərin tapşırıqlarını zamanında edin. Tənbəllik etməyin, kursa getsəz də özünüz öyrənmək məcburiyyətindəsiniz.
5. Rus film və seriallarını izləyin. Rusca tələffüzü öyrənmək vacib amildir. Bu baxımdan Youtube üzərindən izlənilə bilən Rus film və serialları köməyinizə çatacaq. Film və serial izləmək tələffüzü inkişaf etdirməklə yanaşı Rus həyat tərzinə dair fikir sahibi olmağınıza səbəb olacaq.
6. Ruscanı Rusiyada öyrənin. Dil öyrənməyin ən effektiv yolu dilin vətənində yaşayıb öyrənməkdir.
7. Rusiyadan sosial şəbəkələr vasitəsilə dostlar qazanmağa çalışın. Hər kəsin də bildiyi kimi dilin ayrılmaz parçası olan arqo ifadələri öyrənməyin yolu dərs kitablarından yox, dostluqdan keçir.
8. Danışmaqdan çəkinməyin. Əgər Rusiyadasınızsa, ictimai nəqliyyatda, ictimai iaşə obyektlərində ruslarla danışmaqdan çəkinməyin. Ətrafınızda rus dili bilən tanışlarınız varsa, onlarla maksimum şəkildə rus dilində danışmaq imkanından yararlanın.
Son olaraq da danışarkən qətiyyən səhv etməkdən çəkinib kompleksə qapılmayın. Necə deyərlər, Moskva birdən-birə tikilməyib.
Oxuduğunuz üçün təşəkkür edirik. Əgər faydalı olduğunu düşünürsünüzsə dostlarınızla paylaşın.
Online rus dili
İlk növbədə sınaq dərsi kecirik, ki telebenin rus dilində bilik seviyyəsini öyrənək. Sınaq dərsi 10-15dk olur. Sonra ise gün təyin edirik ve dərslərimizə davam edirik. 0-dan rus dili oyrenmek yas həddi olmadan Məktəb
Dərslər həftədə 2 dəfə saat yarım olmaqla online şəkildə keçirilir. Böyüklər-yalnız xanımlar. Məktəblilər oğlan-qızlar. Dərslər 0-dan keçirilir. Qiymət qrupla 20-25 Azn. Fərdi 40-60 Azn
Dərslər təcrübəli müəllim tərəfindən aparılır . BDU bakalavr və magistr təhsilli müəllim, həftədə iki dəfə olmaqla 1saat 30 dəqiqə lisey və universitetlərə qrup və fərdi şəkildə hazırlayır
“Max Group Edu Center” dünyada uğurla sınanmış effektiv BERLITZ METODU əsasında xarici dilləri tədris edir. BERLITZ metodu danışıq və dinləmənin inkişafına yönələn metoddur. BERLITZ metodunun əsas
Fars dilini öyrənmək fürsətini qaçırmayın. Dərslər whatsapp Zoom programi vasitesile keçilir . Ən müasir kitablar qısa müddətdə əsasları mənimsəməyə imkan verir. Qrammatika Dialoqlar Soz balansinin
Онлайн Репетитор по русскому и математике 1-7 класс .Оба предмета.Грамматика.тесты.оценивание. Дошкольная подготовка для детей 5-6 лет.Логика.Развитие речи.Чтение .Письмо.уроки по 2-3 р по 1.5 часа
• Dərslər həftədə 2 dəfə 90 dəqiqə olur. • Danışıq və qrammatika daxildir. • Fərdi və qrup şəklində keçirilir. • Dərslər Online və Əyani olur. • Online-30 AZN • Əyani- 50 AZN
AZƏRBAYCAN DİLİ hazırlığı (bütün sahələr) – ONLINE və ya ÜNVANDA qiymət 50% endirimlidir
Uşaqlar və məktəblilər üçün alman dili dərsləri Uşaqlara uyğun sərbəst dərs günü və saatı seçimi. Sizə uyğun öyrənmə fotmatını seçin: qrup və ya fərdi; əyani və ya online! 3 aylıq paket ödənişi edənlərə xüsusi 15%
Fransız dili kursu Online və kursda Təcrübəli müəllimlər Xətai və Qarayev filialları Bir pulsuz sınaq dərsi Keyfiyyət və zəmanət
Fərdi Onlayn Ingilis Dili hazırlığı.Danisiq və Qrammatika yönümlü dərslər.Heftede 2 dəfə-40m 3 defe-60 m .
İngilis dili dərsləri 100 azn Gilbert Bates Yeni Zelandiya vətəndaşı Doğma dili- ingilis dili Sosial Elmlər üzrə Fəxri mükafatla magistratura təhsilini Waikato universitetində tamamlamışdır. 8 yaşdan yuxarı
• 9cu siniflərin imtahana hazırlığı • Dərslər həftədə 2 dəfə 90 dəqiqə olur. • Fərdi və ya qrup şəklində keçirilir. • Dərslər ƏYANİ dir. • Ünvan: Xalqlar dostluğu
Dərslər: • Həftədə 2 dəfə 1 saat yarım olmaqla fərdi, qrup və onlayn şəkildə keçirilir. • Şagirdin arzusu ilə dərs müddəti artırıla bilər. • Dərslərin keyfiyyətinə tam zəmanət verilir. • Mövzular tam başa düşülənə
Həftədə 2 dəfə 1 dərs 1 saat Rus və azərbaycan bölmələri üçün 5 yaşdan 7ci sinifə kimi
Ərəb dilini öyrənmək istəyirsiz? Təcrübəli müəllim axtarırsınız? O zaman artıq vaxt itirmədən bizə müraciət edin. Çünki yalnız bizimlə birgə siz qısa bir müddətdə və ən əsası keyfiyyətli bir şəkildə ərəb dilini öyrənə
Polyak dilini öyrənmək istəyirsiz? Təcrübəli müəllim axtarırsınız? O zaman artıq vaxt itirmədən bizə müraciət edin. Çünki yalnız bizimlə birgə siz qısa bir müddətdə və ən əsası keyfiyyətli bir şəkildə dünyanın aparıcı
Dərslərimizdə şagirdlərin ev tapşırıqları izahlı yolla başa salınır. Qrammatika üstün səviyyədə tədris olunur. Dilin təkmilləşdirilməsi üçün testlər atılır. 1-2 aydan sonra nəticəni özünüz də görə bilərsiniz.
Rus dili kursları Danışıq Məktəb fənni Abituriyentlərə MİQ Təcrübəli müəllimlər Bir pulsuz sınaq dərsi
Salam Gramatika öyrədilir +danşıq elementar Dərslər Zoom proqramla da keçirilir Məktəblilər üçün Asan yolla süretli öyrən
İngilis dilinin fərdi tədrisi Əgər sizə qısa müddət ərzində ingilis dilinə yiyələnmək və ya unikal proqram üzrə hazırlaşmaq lazımdırsa, yaxud müəllimin bütün diqqətini sizə yönəltməsini istəyirsinizsə, onda Sizə
“İngilis dili öyrənmək istəyirəm amma işdən vaxt edə bilmirəm ” deyənlərdənsən? Kursa gəlməyə vaxtın yoxdur? Narahat olma! Sənin iş yerinə özümüz gələrik, həm də sənə uyğun qrafik üzrə! Tək və qrup halında
Yeni İngilis dili Qrupumuza qeydiyyat başladı! Mart ayının 27-i başlayacaq Yeni ingilis dili Qrupumuza qeydiyyat başladı. – Qrupun dil bilik səviyyəsi “Başlanğıc” “0”-dan mükəmməl səviyyəyə qədər
0-dan keçirilən dərslər Sərbəst Danışıq 100 % Gözəl Tərcümə 100% Qısa vaxtda əla nəticə 100% Qurani-Kərimin öyrənilməsi 100% Qurani-Kərimi sərbəst oxumaq 100% 3000-4000 arası söz bazasına sahib olmaq 4 ay
Rusiyanın Dövlət Universitetlərində ÖDƏNİŞSİZ TƏHSİL almaq üçün tələsin! İxtisaslar: Tibb, Diş həkimliyi, Pediatriya, Tibb bacısı, Fizioterapiya, Pedaqoji ixtisaslar, Mühəndislik ixtisasları, Memarlıq, İqtisadiyyat,
Azərbaycan dili Riyaziyyat ingilis dili fənlər üzrə paket olaraq Abituriyent hazırlığına start verdik. Bizimlə hədəfimiz çatmaq istəyirsinizsə vaxt itirmədən onlayn dərslərimizə qatılın sizdə zirvəyə iri addımla
Tələsin Peşəkar müəllim komandası ile yüksek səviyyədə dil öyrənmək isteyenlerYas məhdudiyyəti olmadanÇox münasib qiymətə fərdi şekildeOnline şekilde Rus dili-qrup 35, fərdi-45 İngilis dili-Qrup-40, fərdi-55 Türk
Microsoft Office paketi üzrə Online Kompüter Kursu Bugün hər hansi bir şirkətin ofisində kompyutersiz keçinmək mümkün deyil. Kompüter biliyi hər bir vəzifəyə qəbul olunanda tələb olunur; istər katibə, menecer,
Digər elanlar
online rus dili
online rus dili kurslari 2023 , Bakida online rus dili kurslar, online rus dili dərsləri ucuz qiymete online rus dili kurslar keçirilir . online rus dili xidmeti. Azerbaycanda ucuz qiymete online rus dili . Online hazirliq kurslari.
Kurslar.az Bakida kurslar və Azərbaycanda kurslari bir yerə toplayan onlayn platformadır. Saytda müxtəlif kurslar ve təlimlər tapa bilərsiz. Kurslari saytda yerləşdirmək pulsuzdur. Onlayn Kursu sayta elavə edəndə kurs haqqında ətraflı məlumat və kursun qiymətini yazın. Müxtəlif kateqoriyada olan kursları sayta yerləşdirmək mümkündür. Rus dili, İngilis dili , Xarici dil kursları, Sürücülük kursları, Biznes təlimlər, Seminarlar, Onlayn kurslar, suruculuk kurslari, imtahana hazirliq ve abituriyent kurslari, komputer kurslari, proqramlasdirma ve dizayn kurslari.
© 2016 KURSLAR.AZ | info [@] kurslar.az | Bizimlə əlaqə
Comments are closed, but trackbacks and pingbacks are open.