Press "Enter" to skip to content

RUSİYANIN PERM ŞƏHƏRİNDƏ “LEPESTKİ” ANTOLOGİYASI NƏŞR OLUNMUŞDUR

Alman ədəbiyyatı antologiyası [Mətn]: İki cilddə /Tərc.edən. G.Həsənzadə, S.Hüseynova, T.Elçin II cild.- Bakı: Şərq-Qərb, 2006.- 376 s.

“Ən yeni rus ədəbiyyatı” antologiyası Azərbaycan dilində işıq üzü görüb

Bakı. 29 yanvar. REPORT.AZ/ “Ən yeni rus ədəbiyyatı” antologiyası Azərbaycan dilində işıq üzü görüb “Report” xəbər verir ki, antologiya Rusiyanın Bədii Tərcümə İnstitutunun dəstəyi ilə nəşr olunub. Kitab 2 cilddən ibarətdir. I cilddə ən yeni dövr rus ədəbiyyatı nümayəndələrinin nəsr, II cilddə isə poeziya nümunələrindən seçmələr daxil edilib. Kitabın redaktorları filologiya elmləri doktoru, professor Telman Vəlixanlı və Bella Musayevadır. Tərcüməçilər Telman Vəlixanlı, Seyfəl Həsənov, Əliş Mirzallı, Jalə İsmayılova, Heydər Orucov, Rüstəm Kamal, Səlim Babullaoğlu, Kamran Hacıyev və Etimad Başkeçiddir. Qeyd edək ki, antologiyanın I hissəsində Y.Polyakov, V.Voynoviç, B.Yevseyev, L.Ulitskaya, T.Tolstaya və L.Petruşevskayanın Azərbaycan dilinə tərcümə olunan nəsr əsərləri yer alır. II hissədə isə ən yeni rus poeziyasının nümayəndələri – M.Ayzberqin, T.Kibirovun, V.Nekrasov, V.Kuçeryavkin, V.Filippov və başqalarının nəzm əsərləri daxil edilib.

RUSİYANIN PERM ŞƏHƏRİNDƏ “LEPESTKİ” ANTOLOGİYASI NƏŞR OLUNMUŞDUR

Bakı, 12 yanvar (AZƏRTAC). Rusiyanın Perm şəhərində həmyerlimiz İlham Qimayət oğlu Əliyevin tərtib etdiyi Azərbaycan ədiblərinin seçilmiş əsərlərindən ibarət “Лепестки” (“Ləçəklər”) antologiyası çap olunmuşdur. Kitabda ensiklopedik məlumat xarakterli yazılar və rusdilli oxucu üçün zəruri şərhlər də yer almışdır.

ADU-nun şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş fəlsəfə doktoru İlham Əliyev yaşadığı və çalışdığı Perm vilayətində Azərbaycan mədəniyyətini və elmini layiqincə təmsil etməyi öz mənəvi borcu hesab edir.

Rusiya və Azərbaycanın dövlət himnləri ilə açılan kitabda “Koroğlu” və “Qaçaq Nəbi” dastanlarından parçalar, “Küçələrə su səpmişəm” xalq mahnısı, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Həsənoğlu, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Nəbati, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Mikayıl Müşfiq, Məhəmməd Hüseyn Şəhriyar, Fərhad İbrahimi, Nigar Rəfibəyli, Rəsul Rza, Hüseyn Arif, Məmməd Araz, Aslan Aslanov və Nüsrət Kəsəmənlinin yaradıcılığından nümunələr yer almışdır. Yeni nəşrdəki əsərlərin, oxucu auditoriyasının xüsusiyyəti nəzərə alınaraq, rus dilindən əlavə Azərbaycan və qismən ingilis dilində də tərcümələri verilmişdir.

Azərbaycanın tanınmış xalçaçı rəssamı Dilavər Eynulla qızı kitaba nəfis tərtibat vermişdir.

Kitabın redaktoru E.Rzazadədir.

Rus nəsr antologiyası

Alman ədəbiyyatı antologiyası [M ətn]: İki cilddə /Tərc.edən. H.Arzulu, Ə.Nəcəfov, A.Mollayeva, V.Hacıyev, A.Abbasova I cild.- Bakı: Şərq-Qərb, 2006.- 440 s.

Alman ədəbiyyatı antologiyası [Mətn]: İki cilddə /Tərc.edən. G.Həsənzadə, S.Hüseynova, T.Elçin II cild.- Bakı: Şərq-Qərb, 2006.- 376 s.

Antik ədəbiyyat antologiyası [Mətn]: iki cilddə /Tərtib edəni. Ə.Sultanlı; Ön söz. T.Novruzov I cild.- Bakı: Avrasiya press, 2006.- 496 s.

Antik ədəbiyyat antologiyası [Mətn]: 2 cilddə /Tərtib ed. Ə.Sultanlı II cild.- Bakı: Avrasiya press, 2006.- 264 s.

Azərbaycan dramaturgiyası antologiyası [Mətn]: Dörd cilddə /Tərt. edəni, ön söz və bioq. müəllifi. D.Məmmədova I cild.- Bakı: Şərq-Qərb, 2007.- 472 s.

Azərbaycan dramaturgiyası antologiyası [Mətn]: dörd cilddə /tərt. edəni və bioq. müəllifi. D.Məmmədova; [buraxı. məs. Ə.Güləliyev] II cild Bakı: Şərq-Qərb, 2007.- 511, [1] s.

Azərbaycan dramaturgiyası antologiyası [Mətn]: dörd cilddə /tərt. ed. və bioq. müəl. D.Məmmədova; [burax. məs. Ə.Güləliyev] III cild.- Bakı: Şərq-Qərb, 2007.- 543, [1] s.

Azərbaycan dramaturgiyası antologiyası [Mətn]: dörd cilddə /tərt. ed. və bioq. müəllifi. D.Məmmədova; [burax. məs. Ə.Güləliyev] IV cild.- Bakı: Şərq-Qərb, 2007.- 581, [3] s.

Azərbaycan dramaturgiyası antologiyası [Mətn]: /tərt. ed., ön söz və biblioqr. müəl. D.Məmmədova; [burax. məs. Ə.Güləliyev] V cild.- Bakı: Şərq-Qərq, 2007.- 301, [3] s.

Azərbaycan klassik ədəbiyyatından seçmələr [Mətn]: Üç cilddə. VII-XII əsrlər Azərbaycan şeri. I cild /Tərtib edən: Ə.Mirəhmədov, S. Xanbabayeva; red. A.Rüstəm; məzmun tərcümələrin müəl. X.Rza.- B.: Şərq-Qərb, 2005.- 424 s.

Azərbaycan qadın şairləri antologiyası [Mətn] /tərtib ed. Ə. Cəfərzadə; ön sözün müəl. N. Rəfibəyli; red. T. Qaraqaya, L. Əliyeva. B.: AVRASİYA PRESS, 2005.- 256 s.

Azərbaycan nəsri antologiyası beş cilddə /tərt. ed. və ön sözün müəl. Z.Əsgərli I cild.- Bakı: Şərq-Qərb, 2006.-312 s

Azərbaycan nəsri antologiyası [Mətn]: beş cilddə /tərt. ed. və ön sözün müəl. Z.Əsgərli II cild.- Bakı: Şərq-Qərb, 2006.- 368 s.

Azərbaycan nəsri antologiyası [Mətn]: beş cilddə /tərt. ed. Z.Əsgərli III cild.- Bakı: Şərq-Qərb, 2006.- 416 s.

Azərbaycan nəsri antologiyası [Mətn]: beş cilddə /tərt. ed. Z.Əsgərli, M.Fərzəliyeva IV cild.- Bakı: Şərq-Qərb, 2006.- 312 s.

Azərbaycan nəsri antologiyası [Mətn]: beş cilddə /tərt. ed. Z.Əsgərli V cild.- Bakı: Şərq-Qərb, 2006.- 352 s.

Azərbaycan publisistikası antologiyası [Mətn] /tərt. ed. C.Bəydili (Məmmədov).- Bakı: Şərq-Qərb, 2007.- 687, [1] s.

Fransız ədəbiyyatı antologiyası [Mətn]: iki cilddə /tərt. ed. H.Qoca, C.Bəydili I cild.- Bakı: Şərq-Qərb, 2007.- 430, [2] s.

Fransız ədəbiyyatı antologiyası [Mətn]: iki cilddə /tərt. ed. H.Qoca, C.Bəydili II cild.- Bakı: Şərq- Qərb, 2007.- 397, [3] s.

Fransız ədəbiyyatı antologiyası [Mətn] /[burax. məs. Ə.Güləliyev] III cild.- Bakı: Şərq-Qərb, 2007.-406, [2] s.

İngilis ədəbiyyatı antologiyası [Mətn]: 2 cilddə /tərt. ed. Z.Ağayev; tərc. ed. S.Mustafa, Ş.Nağıyeva, A.Hacıyev və b. I cild.- Bakı: Şərq-Qərb, 2007.- 335, [1] s.

İngilis ədəbiyyatı antologiyası [Mətn]: 2 cilddə /Tərtib ed. Z.Ağayev; Tərcümə ed. Z.Ağayev, E.Şıxlı, V.Musayev və b. II cild.- Bakı: Şərq-Qərb, 2007.- 320 s.

İspan ədəbiyyatı antologiyas /Buraxılışa məsul. Ə.Güləliyev.- Bakı: Şərq-Qərb, 2007.- 384 s.

Qədim Şərq ədəbiyyatı müntəxəbatı [Mətn] /tərc. ed. N.Səfərov, E.Ağaoğlu, İ.Vəliyev.- Bakı: Şərq-Qərb, 2007.- 672 s.

Rus ədəbiyyatı antologiyası [Mətn]: iki cilddə Poeziya /[tərt. edənlər. R.Kamal, T.Vəlixanlı, U.Rəhimoğlu] I cild.- Bakı: Avrasiya Press, 2007.- 232 s.

Rus ədəbiyyatı antologiyası [Mətn]: iki cilddə. Nəsr /[tərtib edənlər. R.Kamal, T.Vəlixanlı, Rəhimoğlu] II cild.- Bakı: Avrasiya Press, 2007.- 408 s.

Comments are closed, but trackbacks and pingbacks are open.