Press "Enter" to skip to content

Lüğət azərbaycan dili – rus

Zaman keçdikcə və elm, texnologiya inkişaf etdikcə dillər də inkişaf edir. İstər öz dilimizdə, istər öyrəndiyimiz başqa dildə yeni sözlər öyrənmək, mənalarına baxmaq, düzgün yazılış və ya deyilişini yoxlamaq üçün lüğətlərdən istifadə edirik. Dil öyrənmə marafonunun əsas hissəsi olan lüğətlərin bir neçə növü var. Bildiyimiz kimi? texnologiyanın inkişafı ilə lüğətlər artıq kitab formasından çıxaraq, hər kəsin telefon və ya kompüterlə rahat şəkildə əldə edə biləcəyi bir vasitə oldu. Artıq ən faydalı hesab edilən bütün lüğətlərin, demək olar ki, onlayn versiyası mövcuddur. Bu səbəbdən aşağıdakı siyahıda lüğətlərin saytları qeyd olunacaq.

Ən yaxşı onlayn tərcümə lüğətləri (Azərbaycan, İngilis,Rus)

Zaman keçdikcə və elm, texnologiya inkişaf etdikcə dillər də inkişaf edir. İstər öz dilimizdə, istər öyrəndiyimiz başqa dildə yeni sözlər öyrənmək, mənalarına baxmaq, düzgün yazılış və ya deyilişini yoxlamaq üçün lüğətlərdən istifadə edirik. Dil öyrənmə marafonunun əsas hissəsi olan lüğətlərin bir neçə növü var. Bildiyimiz kimi? texnologiyanın inkişafı ilə lüğətlər artıq kitab formasından çıxaraq, hər kəsin telefon və ya kompüterlə rahat şəkildə əldə edə biləcəyi bir vasitə oldu. Artıq ən faydalı hesab edilən bütün lüğətlərin, demək olar ki, onlayn versiyası mövcuddur. Bu səbəbdən aşağıdakı siyahıda lüğətlərin saytları qeyd olunacaq.

Birdilli lugetlər

Birdilli lüğətlərdə sözlərin mənası həmin dildə izah edilir. Bu cür lüğətlərdən sadəcə dili öyrənənlər deyil, dil daşıyıcıları da istifadə edir.

İngilis dili:

  1. https://dictionary.cambridge.org/tr/
  2. https://www.oxfordlearnersdictionaries.com/
  3. https://www.collinsdictionary.com/

Azərbaycan dili:

  1. https://www.azleks.az/
  2. https://obastan.com/azerbaycan-dilinin-izahli-lugeti/a/

Alman dili tercume lugeti:

Türk dili:

  1. https://sozluk.gov.tr/
  2. http://www.dildernegi.org.tr/TR,274/turkce-sozluk-ara-bul.html

İkidilli lüğətlər

Yeni dil öyrənənlər daha çox bu tərz lüğətlərə üstünlük verir. İkidilli lüğətlərdə sözlərin başqa dildə qarşılığı əks olunur və aşağıda tiplərlə tanış ola bilərsiniz.

alman azeri tercume lugeti

azeri alman tercume lugeti

azeri ingilis tercume lugeti

ingilis azeri tercume lugeti

rus azeri termuce lugeti

azeri rus tercume lugeti

İngilis dili – Azərbaycan dili (ingilis azeri)

  1. https://azerdict.com/
  2. http://dilmanc.az/az/tercume?desktop=1&id=895801&code=28082dd2e45a3125d8a108d582cdcde4

İngilis dili – Türk dili

Aşağıda qeyd olunan lüğət saytlarında isə müxtəlif iki dili seçib sözlərin tərcüməsinə baxa bilərsiniz. İngilis, türk, Azərbaycan dilləri ilə yanaşı rus, alman, ispan və s. dillər üçün bu lüğətlərdən istifadə edə bilərsiniz.

  1. https://tureng.com/en/turkish-english/%C3%A7apk%C4%B1n
  2. https://www.seslisozluk.net/
  3. https://en.bab.la/dictionary/english-german/dictionary
  4. https://glosbe.com/
  5. https://dictionary.cambridge.org/tr/ (Cambridge lüğəti birdilli olmaqla yanaşı müxətlif dilləri əks etdirən ikidilli lüğətdir)

Rus dili tərcümə lüğəti

Lüğətlərdən danışarkən rus dilində olan onlayn lüğətləri unutmaq olmaz. Bunlar içərisində ən məşhuru Multitran (https://www.multitran.com/) lüğətidir ki, burada siz 30-dan artıq dil üzrə seçim görə bilərsiniz. Burada bir terminin ayrı-ayrı sahələrdə necə işlədildiyini də görə bilərsiniz.

İndiyə kimi qeyd edilən lüğətlər ümumişlək sözlərin əks olunduğu lüğətlər idi. Ancaq terminləri, sözlərin etimoloji mənşəyini, sözlərin sinonimlərini əks etdirən lüğətlər də mövcuddur. Adətən bu cür lüğətlər daha peşəkar məqsədlər üçün istifadə edilir.

Bu sayt vasitəsi ilə ingilis dilində olan sözlərin izahını və sinonimlərini tapa bilərsiniz.

Bu saytda ingilis dilində axtardığınız sözlərin etimologiyası ilə tanış olacaqsınız.

Bu saytda türk dilində müxtəlif sahələrə aid terminlərin izahını tapa bilərsiniz.

Bu bir reallıqdır ki, heç də hər lüğət kitabının saytı və onlayn versiyası olmur. Kitabın dövrü heç zaman bitməz. Nəticə etibarı ilə insanoğlunun bütün öyrəndikləri, bildikləri kitablarda yatır.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Lüğət azərbaycan dili – rus

Glosbe minlərlə lüğətin evidir. rus – Biz yalnız lüğət azərbaycan dili təmin lakin Dil hər bir mövcud cüt üçün lüğət – online pulsuz.

Lüğətdən tərcümələr azərbaycan dili – rus, təriflər, qrammatika

Glosbe sizi deyil bilərsiniz azərbaycan dili dən rus daxil yalnız tərcümə müxtəlif mənbələrdən gəlir. Tərcümələr ən ümumi olandan daha az populyar olana doğru sıralanır. Biz hər bir ifadənin fleksiya haqqında təriflər və ya məlumatlara malik olmasını təmin etmək üçün hər cür səy göstəririk.

Kontekstdə tərcümələr azərbaycan dili – rus, tərcümə edilmiş cümlələr

Glosbe lüğətlər unikaldır. Glosbe sizi deyil bilərsiniz. azərbaycan dili və ya yalnız tərcümə rus. Biz həmçinin onlarla tərcümə edilmiş cümlələri göstərən istifadə nümunələri təqdim edirik. Siz axtardığınız ifadənin təkcə tərcüməsini deyil, həm də kontekstdən asılı olaraq necə tərcümə olunduğunu görə bilərsiniz.

azərbaycan dili – rus dilləri üçün tərcümə yaddaşı

Glosbe sizi deyil bilərsiniz tərcümə cümlələr paralel corpora (tərcümə mətnləri ilə böyük məlumat bazaları) -dən gəlir. Tərcümə yaddaşı saniyənin kiçik bir hissəsində minlərlə tərcüməçinin dəstəyinə sahib olmaq kimidir.

Tələffüz, yazılar

Çox vaxt tək mətn kifayət etmir. Biz həmçinin ifadə və ya cümlənin necə səsləndiyini eşitməliyik. Glosbe sizi deyil bilərsiniz – azərbaycan dili-rus lüğət – online pulsuz, həm də audioyazı və yüksək keyfiyyətli kompüter oxuyucuları tapa bilərsiniz.

Şəkil lüğəti

Bir şəkil min sözdən daha dəyərlidir. Mətn tərcümələrinə əlavə olaraq, Glosbe sizi axtardığınız terminləri təqdim edən şəkilləri tapa bilərsiniz.

Avtomatik azərbaycan dili – rus tərcüməçisi

Daha uzun mətni tərcümə etmək lazımdırmı? Heç bir problem yoxdur, Glosbe sizi deyil bilərsiniz azərbaycan dili – rus sizə maraqlı olan məqalə və ya faylı asanlıqla tərcümə edəcək.

600.000-dən çox istifadəçiyə qoşulun və bizə dünyanın ən yaxşı lüğətini yaratmağa kömək edin.

Tərcümə əlavə edin

Ən böyük lüğət yaradılması bizim Kömək.

Glosbe yalnız sizin kimi insanlar tərəfindən yaradılan icma əsaslı bir layihədir.

Xahiş edirəm lüğətə yeni girişlər əlavə edin.

Dillər haqqında

Belə bir xalq məsəli var: «Adamı paltarına görə qarşılayır, ağlına görə yola salırlar». Bəs adamın ağlının kəmliyini və kəlləsərliyini nə ilə müəyyən edirlər? Əlbəttə ki, onun necə və nə barədə danışığı ilə. Adamın nə qədər söz bilməsi onun xarakterinin güzgüsü kimi qiymətləndirilir. Məsələn, böyük ingilis dramaturqu Uilyam Şekspirin dilinin lüğət tərkibi on iki min sözdən ibarət idi. Bu, indi də yüksək göstərici sayılır. Lakin tanıdığımız adamlar arasında dil lüğətinin kasadlığı ilə seçilənlər də az deyildir. Söz kasadlığı səbəbindən bir çoxları danışarkən qarışıq Azərbaycan-rus sözləri işlətməyi özlərinə eyib saymır, elə bilirlər ki, kənarda duranlar onların «urusuycax» danışığını eşidərkən təəccüblənərək deyəcəklər: «Gör bir kişi urus dilini nə qədər yaxşı bilir». H ətta telekanallarda da bəzən «dilçilərin» qəribə danışıqlarını eşitməli olursan və çarə ancaq təəssüflənməyimizə qalır. Nəşriyyatda çalışdığım gənclik illərində dildən məğmun alimlərlə də rastlaşmalı olmuşam. Rus dilində yazdıqları “əsəri” ana dilimizə çevirmək istəyində bulunan iki müəllif yanıma gəlib demişdilər: «Nə üçün bizim dilimiz (yəni, Azərbaycan dili) çox zəif dildir». Fikirlərini sübuta yetirmək üçün absurd sözlər söyləmişdilər. Məlum olmuşdu ki, həmin alimlər rus-Azərbaycan dili lüğətini qarşılarına qoyub elmi işlərinin bütün sözlərinin qarşılığını taparaq sıraya düzmüş və heç nə hasil olmadığını görəndə öz günahlarını ana dilimizin üstünə atmaq istəmişdilər.

Dil nədir? Dil insan ünsiyyətinin çox mühüm vasitəsidir. Dil təfəkkürlə sıx əlaqədardır, informasiyanın qorunması və saxlanmasının sosial vasitəsidir. Dil cəmiyyətin təşəkkülü zamanı ibtidai insanların birgə əmək fəaliyyəti prosesində yaranmışdır. Aydın anlaşılan nitqin meydana gəlməsi insanın, cəmiyyətin və şüurun sonrakı inkişafı üçün güclü vasitəyə çevrilmişdir. Dünya dilləri öz quruluşu, lüğət tərkibi və s. ilə fərqlənir. Bununla bərabər, bütün dillərə bəzi ümumi qanunauyğunluqlar, dil vahidlərinin sistemli təşkili və s. xasdır. Dil zamandan asılı olaraq dəyişir (buna diaxroniya, yəni, hər bir dil ünsürünün tarixi inkişafını öyrənən dilçilik metodlarının məcmuyu deyilir), ünsiyyət sferasında istifadədən qalır (belə dilə ölü dil deyilir).
Hər bir xalqın dili sözdə təcəssümünü tapan tarix yaddaşıdır. Xalqın minilliklərlə hesablanan mənəvi mədəniyyəti, həyatı onun dilində, dilin şifahi və yazılı formalarında, müxtəlif janrların abidələrində öz əksini tapır.
Ana dili millətin canıdır, onun birinci dərəcəli zahiri əlamətidir. Xalqın milli psixologiyası, xarakteri, təfəkkür tərzi, bədii yaradıcılıq, dini və mənəvi durumu kimi mühüm xüsusiyyətləri, əlamətləri dildə və dil vasitəsilə meydana çıxır.
Dil sosial hadisədir. Dili digər adamlarla ünsiyyətdə olmadan mənimsəmək mümkünsüzdür.
Yer üzündə təqribən 5-6 min dil mövcuddur. Kommunikasiyaların (kommunikasiya sözünün mənası birlikdə görülən iş, ünsiyyət deməkdir) inkişafı ilə əlaqədar olaraq canlı dillərin sayı iki həftədə bir dil olmaqla azalır.
Yer kürəsi əhalisinin üçdə iki hissəsi daha geniş yayılmış dildə — Çin, ispan, benqal, ingilis, rus, portuqal, alman, yapon, ərəb, Yava, Koreya, Vyetnam, Teluqu (Hindistanda), Marati (Hindistanda), tamil (Hindistanda), türk, urdu (Pakistanda), qucarat (Hindistanda), polyak, Ukrayna, italyan, malaialam (Hindistanda), kannada (Hindistanda), oriyya (Hindistanda), Qərbi Pəncab (Pakistanda), Sunda (İndoneziyada), Şərqi Pəncab (Hindistanda), rumın, bxocpur (Hindistanda), Azərbaycan (Güney və Quzey Azərbaycanda), fars (İranda), mantxili (Hindistanda) dillərində və s. danışır. Fransız dilini də geniş yayılmış dillər sırasına aid etmək olar. Ancaq fransız dilini öz doğma dili hesab edən adamların sayı nisbətən azdır.

Dilin qorunub saxlanması üçün o, təqribən yüz min adamın danışıq dili olmalıdır. Hazırda 400-dən artıq dil itməkdə olan dil sayılır. Həmin dillərdə çox az sayda ahıl adam danışır. Ahıllar öldükcə dilləri də onlar ilə birlikdə ölür. Məsələn, Afrikada bikia dilində 1, qoundo dilində 30, elmolo dilində 8; Cənubi Amerikada texulçe dilində təqribən 30, itonama dilində 100; Şimali Amerikada kaquila dilində 35, çinuk dilində 12, kansa dilində 19; Rusiyada kerek dilində 2, udege dilində 100; Avstraliyada alau dilində təqribən 20 nəfər danışır.
Dillərin ölü dillərə çevrilməsinin səbəblərindən biri həmin dillərdə danışanların əhali sayı üzrə qeyri-bərabər yayılmasıdır. Belə ki, planetimizin əhalisinin 80 faizi yalnız 80 dildə danışa bilir. Bununla belə, 3,5 min dil Yer kürəsi əhalisinin 0,2 faizinin payına düşür. Dilin aradan çıxması prosesinin əsas səbəbi qloballaşma və miqrasiyadır. Adamlar kütləvi şəkildə kəndlərdən şəhərlərə köçdükləri üçün müəyyən vaxtdan sonra öz xalqının dilini unudur.
Hazırda mövcud olan dillərin yarısı təqribən yüz ildən sonra istifadədən kənarda qalacaqdır. Dillərin bir çoxu həmin dillərdə danışanların daha güclü dil mühitinə daxil olması səbəbindən aradan çıxır. Buna görə də sayca kiçik xalqların və dövlətçiliyi olmayan xalqların dilləri aradan çıxmaq təhlükəsi ilə üzləşir. Uşaqların 70 faizdən azının öyrəndiyi dil ölümə məhkum dil sayılır. YUNESKO-nun «Yox olmaq təhlükəsi ilə üzləşən dünya dilləri Atlası»nın məlumatına görə, hazırda Avropada təqribən 50 dilin yox olmaq təhlükəsi var.
Linqvistikada canlı və ölü dil məfhumları məlumdur. Canlı dil insanların gündəlik ünsiyyətində işlədilən dildir.

Ölü dil isə nə vaxtsa istifadədən kənarlaşdırılmış və öz inkişafını dayandırmışdır. Latın dili ölü dillərdən biridir. Buna baxmayaraq, həmin dil dəyişməz qaldığından elmi terminlərin göstərilməsi üçün istifadə olunur. Latın dili müasir roman dillərinin xələfidir. Bir sıra hallarda ölü dil yenidən canlı dilə çevrilə bilər. Buna ivrit dilini misal göstərmək olar.
Suriya, finikiya, puni, Akkad, elam, şumer, tirren, ket, qədim Çin, çaqatay, hunn, Xəzər, bulqar, murom, meşşer, vediy, soqdı, Avesta, sak, parfiya, Midiya, qədim fars, orta fars, toxar, qədim Makedoniya, qədim yunan, Frigiya, venet, messap, dalmasiya, yan, qədim rus, qərbi rus, praslavyan, Prussiya, qot, şərqi german, qədim sakson, qədim ingilis, orta ingilis, qədim İrlandiya dilləri və s. ölü dillərə misal göstərilə bilər. Dünyada Avrasiya dilləri, Afroasiya dilləri, Afrika dilləri, Şimali Amerika dilləri, Cənubi Amerika dilləri, Papua dilləri, Avstraliya dilləri və s. mövcuddur.
Avrasiya dillərinə hind-avropa dilləri (palay, hett, Lidiya, kariya, likiya, sidet, Qall, Keltiler, Leopont, qədim İrlandiya, Şotlandiya, İrlandiya, Men, Kumbriya, Valliya, Bretan, Runa german, ingilis, Şotland, friz, Niderland, Flamand, alman, kürd, talış, vəluc, osetin, puştu, assam, benqal, qucarat, maldiv, Nepal, Pəncab, sinqal, urdu, hindi, qaraçı və s. dilləri) daxildir.
Qafqaz dilləri — gürcü, meqrel, laz, svan, abxaz-adıq, adıq, kabarda, çərkəz, abxaz, ubıx, nax-Dağıstan dillərindən avar, andiy, alvax, baqvalin, botlix, çeçen, inquş, lak, dargan, ləzgi dilləri, habelə Xınalıq dili də Avrasiya dillərindən hesab olunur. Avrasiya dillərinin bir qolu da Ural dilləridir.
Avrasiya dilləri sırasına bizə daha doğma olan Altay dilləri ailəsi, o cümlədən türk, oğuz-qaqauz, Azərbaycan, türkmən, qıpçaq dilləri daxildir.

Bir qədər də doğma ana dilimiz –Azərbaycan dili haqqında məlumat vermək yerinə düşər. Məlum olduğu kimi, Azərbaycan dili türk dillərindən biridir, türk, qaqauz, türkmən dilləri ilə birlikdə Altay dili ailəsinin oğuz yarımqrupuna daxildir. Azərbaycandan başqa, Rusiyada, xüsusilə Dağıstanda, Gürcüstanda, İranda, İraqda, Türkiyədə, Suriyada, Ukraynada, ABŞ-da, Böyük Britaniyada, Almaniyada, habelə Qazaxıstanda, Özbəkistanda və Türkmənistanda yayılmışdır. Ana dilimizdə danışanların ümumi sayı təqribən 50 milyon nəfərdir.
Azərbaycan dilinin yazısı XIII əsrdə formalaşmağa və ədəbi ümumoğuz ənənələri dilindən ayrılmağa başlamışdı. Həmin proses əsasən XV-XVI əsrlərdə başa çatmışdı. Həmin dövr Azərbaycan dilinin çiçəklənmə dövrü idi. Nəsimi, Xətai və Füzuli kimi klassik şairlər ədəbi Azərbaycan dilində yazıb yaradırdılar.
Ensiklopedik məlumatlara görə, Azərbaycan dilinin təşəkkülündə eramızın 1-ci minilliyində Azərbaycan ərazisində məskunlaşmış hun, bulqar, Xəzər, on oğuz, basil, peçeneq və s. türkdilli tayfalar iştirak etmişlər. Azərbaycan dilinin ümumxalq dili formasının təqribən VII-IX əsrlərdə sona çatması ehtimal edilir. Belə bir məlumat var ki, hələ V əsrdə müasir Azərbaycan ərazisindəki Qafqaz Albaniyasında mövcud olmuş əlifba ilə dini və bədii məzmunlu orijinal kitablar və tərcümə kitabları yazılmışdı. VII-IX əsrlərdə Azərbaycan mədəniyyətinə ərəblərin, XI əsrdə isə iranlıların təsirinin güclənməsinə baxmayaraq, Azərbaycan dili öz inkişafından qalmamışdı. Azərbaycan dili uzun bir müddət «türki», «türk dili», «Azərbaycan türkcəsi», bəzən isə «tatar dili», «Qafqaz tatarlarının dili» (xüsusən rus dilində yazılmış əsərlərdə) adlandırılmışdır. Müasir Azərbaycan ədəbi dili canlı danışıq dili ilə tarixən üzvi surətdə bağlı olub, qarşılıqlı əlaqə şəraitində inkişaf etmişdir.

Azərbaycan dili qrammatik quruluşuna görə iltisaqi dillərdəndir və türk dillərinin ümumi qrammatik əsaslarına uyğundur. Müasir Azərbaycan dilində sadə və mürəkkəb cümlələrin bir çox növü ilə ən mürəkkəb fikri məqsədəuyğun çalarlıqla ifadə etmək olur. Azərbaycan dilinin lüğət tərkibinin əsası türk dillərinə mənsub ümumi mənşəli sözlərdir. Müasir Azərbaycan dilində alınma sözlər də var. Əsasən dilimizə müxtəlif tarixi dövr və hadisələrlə əlaqədar olaraq ərəb, fars, rus və Avropa dillərindən keçmişdir. Azərbaycan dilinin lüğət tərkibi zəngindir. Azərbaycan ədəbi dilinin lüğət tərkibində 100 minədək söz var. Dilimizin şərq (Quba, Bakı, Şamaxı dialektləri, Muğan və Lənkəran şivələri), qərb (Qazax, Gəncə, Qarabağ dialektləri və Ayrım şivəsi), şimal (Şəki dialekti və Zaqatala-Qax şivəsi), cənub (Naxçıvan, Ordubad, Təbriz dialektləri və Qərbi Azərbaycan-İrəvan şivəsi) dialektləri və şivələri mövcuddur.

Azərbaycan ədəbi dilinin təqribən min illik tarixi var. IX-X əsrlərdə şifahi, XI əsrdən isə yazılı qol üzrə formalaşan Azərbaycan ədəbi dili əsasən üç inkişaf dövrü keçmişdir: ümumxalq dili əsasında ədəbi dilin formalaşması və inkişaf dövrü (IX-XVIII əsrlər); milli dil əsasında ədəbi dilin qurulması və sabitləşməsi dövrü (XIX əsr və XX əsrin başlanğıcı); milli ədəbi dilin dövlət dili kimi yenidən qurulması dövrü. Birinci dövrün başlanğıcında şifahi ədəbi dil əsas rol oynamışdır. Həmin dövrün ən zəngin abidəsi «Kitabi Dədə Qorqud»dur. XIII-XIV əsrlərdə yazılmış bir çox əsərlərin yetkin dili ədəbi dil əsaslarının daha əvvəllər yarandığını göstərir. Yazılı ədəbi dilin yaranması isə ərəb əlifbasının azərbaycanlılar arasında işlənilməsinin ilk mərhələsi ilə bağlıdır. XIII-XIV əsrlərdə yazılmış bir çox əsərin yetkin dili yazılı ədəbi dil əsaslarının daha əvvəllər yarandığını göstərir. XVI əsrdə Azərbaycan dili dövlət və hərbi təlim dili olmuşdur. Klassik şeir üslubu daha da yetkinləşmiş və bədii nəsrin, rəsmi və elmi üslubun ilk nümunələri yaranmışdır. Azərbaycan ədəbi dilinin inkişafında Şah İsmayıl Xətai və Məhəmməd Füzulinin xidmətləri xüsusi qeyd edilməlidir. XVII-XVIII əsrlərdə şifahi ədəbi dil güclənmiş, dastanlar, aşıq şeiri (bayatı, qoşma) geniş yayılmış, qoşma üslubu yazılı ədəbi-bədii dilin qabaqcıl üslubuna çevrilmiş, yazılı ədəbi dilin lüğət tərkibi ümumxalq sözləri hesabına xeyli zənginləşmişdir. Azərbaycan ədəbi dilinin inkişafında M.F.Axundov, H.B.Zərdabi, N.Nərimanov, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.B.Haqverdiyev və başqaları mühüm rol oynamışlar.
Azərbaycan dilinin lüğət tərkibinin zənginliyi elm və texnika sahəsində yazılmış ən mürəkkəb dil xüsusiyyətli əsərləri ana dilimizə tərcümə etməyə şərait yaratmışdır. Bütün əcnəbi elmi, texniki, tibbi terminlərin Azərbaycan dilində qarşılıqlı variantlarının olması da buna imkan vermişdir. Dünya ədəbiyyatının qədim yunan ədəbiyyatı və fəlsəfəsindən tutmuş, müasir bədii və elmi əsər nümunələrinin böyük əksəriyyəti Azərbaycan dilinə tərcümə olunmuşdur. Hazırda riyaziyyat, fizika, kimya, tibb və s. fənlər üzrə dərsliklər Azərbaycan dilində yazılmış, yaxud xarici dillərdən tərcümə edilmişdir. Azərbaycan dili çox musiqili və incə dildir. Hətta ölkəmizə gələn turistlər də bunu etiraf edirlər.
Bir dəfə yaxın qohumlarımdan biri Moskvanın «Uşaq Aləmi» ticarət mərkəzində oğlu ilə gəzərkən ata və balanın danışıqlarına diqqət yetirən rus mənsubiyyətli bir şəxs gözlənilmədən onlara yaxınlaşıb demişdi: «Mən bilmirəm ki, siz oxuyursunuz, yoxsa danışırsınız. Danışığınızın musiqi ahəngi məni məəttəl qoymuşdur. Doğrudanmı, siz bir-birinizi başa düşürsünüz?»

Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili statusu almasında ölkəmizin ümümmilli lideri Heydər Əliyevin böyük əməyi olmuşdur. Məlum olduğu kimi, Heydər Əliyev dövlət dili sahəsində tədbirlər həyata keçirilməsinə ölkəyə hakimiyyətə gəldiyi ilk günlərdən başlamışdı. Azərbaycan ədəbi və danışıq dilini, onun qrammatik imkanlarını dərindən bilən, zəngin lüğət tərkibi ilə yaxşı tanış olan ulu öndər ən yüksək səviyyələrdə keçirilən müşavirələrdə, dövlət tədbirlərində təmiz ana dilində parlaq çıxışları ilə xalqın böyük sevgisini qazanmışdı. Rus dilinin hər yerdə az qala milli dövlət dili kimi işlədildiyi bir zamanda, Heydər Əliyevin doğma ana dilinə önəm verməsi böyük igidlik idi. Ulu öndər yaxşı bilirdi ki, onun ana dilindəki çıxışları Azərbaycan dilinə dövlət dili sevgisi qazandıracaqdır. Və ölkədə əhalinin bütün təbəqələrinin Azərbaycan dilindən geniş istifadəsi üçün münbit mühit yaranacaqdır.
1977-1978-ci illərdə respublika rəhbərliyi böyük çətinliklə qarşılaşmışdı. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilmişdi. Həmin Konstitusiyada əvvəlcə dövlət dili haqqında maddə yox idi. Heydər Əliyev ana dilimizin dövlət dili olması uğrunda mübarizəni davam etdirirdi. Ulu öndər ziyalıları, xalqı ana dilimizin dövlət dili qazanması yolunda mübarizəyə ruhlandırırdı.
1978-ci aprelin 2-də Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasının (Əsas Qanunun) layihəsinə və onun ümumxalq müzakirəsi nəticələrinə həsr olunmuş Ali Sovetin doqquzuncu çağırış yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyev 73-cü maddənin aşağıdakı redaktədə verilməsini təklif etmişdi: «Azərbaycan SSR-in Dövlət dili Azərbaycan dilidir».
1978-ci il Konstitusiyası Heydər Əliyevin öz dövləti, xalqı, Vətəni qarşısında sözün əsl mənasında böyük xidməti idi.
Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq referendumunda qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi özünün layiqli yerini tutmuşdur: Maddə 21. «Dövlət dili». Ulu öndər Heydər Əliyev 2001-ci iyunun 18-də «Dövlət dilinin tətbiqi üzrə işin təkmilləşdirilməsi haqqında» fərman imzalamışdır. Həmin fərmanda dilimizin bütün tarixi inkişafı ərzində əldə edilmiş nailiyyətlərlə yanaşı, müasir dövrdə dövlət dili sahəsində yaranmış problemlər təhlil olunmuş və həmin problemlərin həlli yolları göstərilmişdir.
2004-cü yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı «Azərbaycan dilində kütləvi nəşrlərin latın qrafikası ilə həyata keçirilməsi haqqında» sərəncam ölkədə qüvvədə olan latın əlifbası ilə əlaqədar problemlərin həllinə təkan vermişdir.
Dünya dilləri arasında öz incəliyi, hərtərəfliliyi, kamilliyi, möhtəşəmliyi ilə seçilən Azərbaycan dili ulu Tanrımızın xalqımıza böyük hədiyyəsidir və biz ana dilimizlə haqlı olaraq fəxr edirik.
Mənbə: AZƏRBAYCAN qəzeti
Müəllif: Arif HÜSEYNOV

  • Teqlər:
  • linqvistika
  • , dünya dilləri
  • , Azərbaycan dili

Comments are closed, but trackbacks and pingbacks are open.