Azərbaycanlı aktyor həyat yoldaşı ilə eyni tamaşada – FOTOSESSİYA
Əli Novruzəliyev
Milli.Az
YUĞ Teatrında “Bir gecənin nağılı” adlı tamaşa hazırlanır
Bakı. 3 dekabr. REPORT.AZ/ YUĞ Teatrında yeni tamaşanın məşqləri başlayıb. “Report” xəbər verir ki, teatrda Rövşən Ağayevin “Bir gecənin nağılı” əsəri əsasında yeni tamaşa hazırlanır. Tamaşanın rejissoru Elgün Həmidovdur. Rolları Amid Qasımov, Könül Cəfərzadə canlandıracaq. Tamaşanın səhnə tərtibatı rəssam Rəşid Şerifə aiddir.
Link kopyalandı
Ülviyyə Həsənqızı
https://static.report.az/photo/f9d8cef9-8782-3192-bab6-7b0993aa8fb9_50.jpg
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
“Report” müstəqil informasiya agentliyi sayt və gündəlik bülletenlər vasitəsi ilə Azərbaycan, rus və ingilis dillərində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır. O cümlədən, saytın “Analitika” bölməsində Azərbaycanda və dünyada gedən proseslərlə bağlı analitik materiallar təqdim edilir.
Azərbaycanlı aktyor həyat yoldaşı ilə eyni tamaşada – FOTOSESSİYA
Gənc Tamaşaçılar Teatrında Daria Fonun “Markolfa” əsərinə quruluş verilir. Tamaşanın quruluşcu rejissoru xalq artisti Cənnət Səlimovadır. Tamaşada gənc aktyor Eşqin Quliyev həyat yoldaşı əməkdar artist Gülər Nəbiyeva ilə birlikdə çıxış edəcəklər. Eşqin Quliyev tamaşadakı rolu haqda Milli.Az-a bunları danışıb:
“”Markolfa” italyan yazıçısı Daria Fonun əsəridir. Əsərə rejissor, xalq artisti Cənnət Səlimova quruluş verir. Tamaşanın janrı komediyadır. Tamaşa özlüyündə tryuk, yəni hərəkətli komediyadır. Tamaşada əməkdar artistlər Şövqi Hüseynov, Nübar Novruzova, Gülər Nəbiyeva, aktyorlar Şəbnəm Hüseynova, Məhərrəm Vəliyev iştirak edirlər.
Həmin tamaşada Cüzeppe adlı obrazı oynayıram. Cüzeppe işlər müdiridir, çox komik personajdır. O, həmişə Markizlə konfliktə girir. Cüzeppe obrazı əsər boyu özünə gözəl həyat qurmaq üçün çarpışır. O, bu mübarizədə ətrafındakı insanlardan da istifadə edir. Biz bu tamaşanı digər “Don Rafael Trambonçu” tamaşasının ardı kimi təqdim etmək istəyirik. Tamaşanın ümumi adı isə “İtalyansayağı xoşbəxtlik” olacaq. Tamaşanın məşqləri artıq bitib. Tezliklə tamaşa teatrsevərlərə təqdim olunacaq.
Bu tamaşa ilə paralel Rövşən Ağayevin “Bir gecənin nağılı” əsərinin də məşqləri gedir. Qeyd edim ki, tamaşanın bədii rəhbəri Bəhram Osmanov, quruluşcu rejissoru isə Gülnar Hacıyevadır. Bu tamaşa bizim kiçik səhnə üçün nəzərdə tutulub. Yəqin ki, tamaşanı sentyabr ayında kiçik səhnənin açılışında ilk tamaşa kimi göstərəcəyik”.
Əli Novruzəliyev
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Comments are closed, but trackbacks and pingbacks are open.