Press "Enter" to skip to content

Ellər bizi unutmaz, xatırlayar həmişə – Mirmehdi Seyidzadə

M.Seyidzadənin pyesləri də nağıl elementləri ilə zəngin idi . Onun klassik şaiirimiz dahi Nizami yaradıcılığından təsirlənərək qələmə aldığı «Sevgi» və «Fitnə» pyesləri də gənclərin tərbiyəsində böyük rol oynamışdır.

Rübailər mirmehdi seyidzadə

Məhsul kodu: 1255

7 AZN
5.6 AZN
  • Sifariş et
  • 1-dən 5-ə qədər dəyərləndirin:
    • 1
    • 2
    • 3
    • 4
    • 5
    • 2.82
    Qısa məzmun

    Sədi Şirazi Şərq ədəbiyyatının ən görkəmli nümayəndələri olan Nizami, Füzuli, Firdovsi, Xəyyam və Hafiz kimi əsərləri dünya mədəniyyəti xəzinəsinə daxil olan şairlərdəndir. Qədim mənbələrin dediyinə görə Sədi yüz ildən artıq yaşayaraq ölməz iki əsər və çoxlu qəzəllər, qitə və rübailər yazıb yaradıb. O, 1291-ci miladi ilində vəfat edib.
    Kitaba onun iki ən məşhur əsəri – «Gülüstan» və «Bustan» əsərləri salınıb. Faydalı nəsihətlər, zərbi-məsəllər, incə duyğularla zəngin olan bu əsərlər Yaxın və Orta Şərq xalqları arasında xüsusi şöhrətə malikdir. Hər iki əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib.
    «Gülüstan»ın bir çox şeirləri sonralar zərbi-məsəl kimi dillər əzbəri olub. Tarixdə hələ heç bir kitab bu qədər zərbi-məsələ çevrilməmişdir.

    Çatdırılma şərtləri

    Metrodaxili 2 AZN Şəhərdaxili 3 AZN Sumqayıt və ətraf ərazilər 5 AZN Bölgələr Bir kitab : 3.5 AZN İki kitab : Hər kitaba görə 2.5 AZN Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN Beş – yeddi kitab : Hər kitaba 1.5 AZN Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

    Ellər bizi unutmaz, xatırlayar həmişə – Mirmehdi Seyidzadə

    «Mir Mehdi-bizim Ağa (seyid olduğuna görə, bütün yazıçılar ona «Ağa» deyə müraciət edirdilər) başdan-ayağa mənəviyyat mücəssiməsidir».

    Zeynəb Xanlarova – SSRİ Xalq artisti:

    “Mirmehdi Seyidzadə qəlb şairi, nəğməkar şairdir. Onun mahnılarını sevə-sevə oxuyuram. Mirmehdi Seyidzadə yaradıcılığı Azərbaycan ədəbi mühitində bir mərhələdir”.

    Mirmehdi Seyidzadəni həm uşaqlar, həm də böyüklər çox sevirdilər. Çünki o, həm uşaqlar üçün gözəl şeirlər yazır, həm də insanın ürəyinə toxunan, qəlb oxşayan sevgi nəğmələrindən söz açırdı.

    O gah uşaqla uşaq olurdu, gah da sevənlərə sevgi dərsi verirdi.
    Onun gözəl, nur üzlü siması insanda ancaq xoş təəssürat oyadırdı.

    Zamanında da çox sevildi, indi də çox sevilir. Onun sözlərinə yazılan nəğmələr hələ də bir çox müğənnilərin repertuarından düşmür. Təkcə “Xatırlayarsan məni» şeri sanki bir çağırış idi: məni unutmayın, xatırlayın,- deyirdi.

    Yasəmənlər açanda,
    Bülbül bağda uçanda,
    Oxuyanda nəğməni-
    Xatırlayarsan məni!
    Aşanda uca dağdan,
    Keçəndə gur bulaqdan,
    Gəzəndə göy çəməni-
    Xatırlayarsan məni.

    Bu qədər axıcı, səmimi bir dillə, bir şeir kimi də sanki bir nəğmə kimi səslənən bu poeziya nümunəsinə bəstələnən nəğmə bu gün də müğənnilərin dillər əzbəridir.

    Mirmehdi Seyidzadə.

    Bir vaxtlar orta məktəb dərsliklərində şeirləri ilə böyüdüyümüz, yazılarını məhəbbətlə oxuduğumuz, əzbərlədiyimiz uşaq şairi.

    30-40, 50-60, 70-80-ci illərin uşaqları onun şeirlərini söyləyə-söyləyə bağçaya, məktəbə getdilər, Vətəni sevdilər, təbiəti qorudular, ata-ana dəyərini, valideyn, ailə sevgisini dərk etdilər.

    Yaradıcılığı:

    Mirmehdi Seyidzadə zəngin bir ədəbi irs qoyub getmişdir. Bunların böyük bir qismi uşaq ədəbiyyatı nümunələridir. Etiraf edək ki, o, XX əsr Azərbaycan ədəbiyyatı tarixində bir uşaq şairi kimi daha çox xatırlanacaq. Onun istənilən şeirini ya mənzum nağılını oxuyanda dərhal hiss edirsən ki, bunları ancaq uşaq dünyasının incəliklərini, psixologiyasını duyan, bilən, onları sevən bir şair qələmə ala bilərdi.

    Böyük rus tənqidçisi V.Q. Belinski yazırdı ki, uşaq şairi olmaq üçün uşaq şairi kimi doğulmaq lazımdır. Mirmehdi Sseyidzadə də fitrətən uşaq şairi idi. Onun poema və mənzum nağılları, pyesləri də bu sahədə ardıcıl fəaliyyətini təsdiq edirdi.

    Mirmehdi Seyidzadə ədəbi yaradıcılığa 1925-ci ildə “Şərq qadını” jurnalında çap etdirdiyi “Kənd qızı” adlı ilk şerilə başlamışdır.

    M.Seyidzadə 1927-1929-cu illər uşaq şeirləri “Zirək Səməd” mənzum nağılını, “Şanlı gün” poemasını yazmış, “Nərgiz”, “Ayaz”, “Qızılquş”, “Elsevər” və şairə mənzum pyesləri tamaşaya qoyulmuş, bir neçə şerlərinə isə mahnılar bəstələnmişdir.

    1932-ci ildə mükafata layiq görülən “Şanlı gün” poeması ayrıca kitabca şəklində nəşr edilmişdir. Bakıda onun bir sıra başqa kitabları, o cümlədən “Balaca təyyarəçi”, “Ceyran”, “Neft haqqında”, “Kim güclüdür”, “And” kitabları çıxmışdır.

    Nərgiz», «Sehrli nar», «Üç alma», «Sirli çeşmə», «Ceyran», «Fitnə», «İskəndər və çoban» poema və nağılları, «Ayaz», «Qızıl quş», «Nərgiz» (həmin poema əsasında), «Cırtdan», «Sevgi»,»Sehrli saz», «Qəmər», «Zəfər», «Ata məhəbbəti» pyesləri uşaqların çox sevdiyi əsərlər olmuşdur.

    Həmin illərdə M.Seyidzadə on iki kitab çap etdirmişdir.Böyük Vətən müharibəsi illərində də şair yeni kitablarını çap etdirir, müharibə mövzusunda uşaqlar üçün əsər yazmağın çətinliyini və məsuliyyətini dərk edirdi. Çalışırdı ki, onların qəlbində düşmənə nifrət, Vətənə məhəbbət hissləri oyatsın.

    Çox sevindiricidir ki, indi də məktəb dərsliklərində Mir Mehdi Seyidzadənin şeirləri ilə qarşılaşırıq.

    Gün, çıx, gün, çıx,
    Kəhər atı min, çıx.
    Çəmənlərə ver işıq.
    Güllər alsın yaraşıq.
    Şəfəqindən bəzənsin
    Bağçalarda sarmaşıq.

    M.Seyidzadə folklara, el ədəbiyyatına bağlı bir sənətkar idi və onun xalq nağıllarına tez-tez müraciət edib, mənzum nağıllar yazması da bu səbəbdən irəli gəlirdi.

    M.Seyidzadənin pyesləri də nağıl elementləri ilə zəngin idi . Onun klassik şaiirimiz dahi Nizami yaradıcılığından təsirlənərək qələmə aldığı «Sevgi» və «Fitnə» pyesləri də gənclərin tərbiyəsində böyük rol oynamışdır.

    Mirmehdi Seyidzadə klassik ədəbiyyatı gözəl bilirdi. Ona görə də, onun qəzəl janrında fəaliyyəti də təbii idi. Onun qəzəlləri öz sadəliyi, dilinin saflığı və incə, zərif hissləri sənətkarlıqla əks etdirməsiylə seçilirdi.

    Bu qəzəllərin çoxu indinin özündə də xanəndələr tərəfindən sevilə-sevilə oxunur.
    Soldurur hər çiçəyi, hər gülü bağlarda xəzan,
    Biz də bir gün solarıq, sovrularıq badə, deyin..
    Ayrılıb getsə də canan, o vəfasız gözəli
    Heç unutmaz yenə Mir Mehdi Seyidzadə deyin.

    Mirmehdi Seyidzadə yaradıcılıqdan əlavə A.S.Puşkin, Jukovski, Krılov, Ömər Xəyyam və digər sənətkarlardan tərcümələr etmişdir.

    Qısa arayış:

    Azərbaycanın tanınmış şairi, dramaturq, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuş Mirmehdi Həsən oğlu Seyidzadə 1907-ci il noyabr ayının 11-də Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində anadan olub.

    İlk təhsilini mollaxanada alan, sonra Rusiya təbəələri üçün açılan «Məktəbi-Ziya»da təhsilini davam etdirən, ərəb, fars, rus dillərini mükəmməl öyrənən Mirmehdi Seyidzadə… bu qürbət diyarda atasını itirir. Azərbaycana isə keçən əsrin iyirminci ilində- Sovet hakimiyyəti qurulanda qayıdırlar.

    1920-ci ildə ailəliklə Bakıya köçmüş, burada 1921-1925-ci illərdə Pedaqoji texnikumda təhsil almışdır. 1926-1930-cu illərdə Qubadlı və Şəmkir rayon komsomol komitələrində bir il işlədikdən sonra Bakıda kitabxana müdiri olmuşdur.

    Mirmehdi Seyidzadə təhsilini davam etdirir, tezliklə ilk yazıları ilə mətbuatda çıxış edir, böyük ədiblərlə tanış olur, uşaq şairi və dramaturqu kimi tanınmağa başlayır.

    O, 1930-1932-ci illərdə isə Maarif işçiləri kitabxanasına rəhbərlik etmişdir. Azərbaycan Pedaqoji İnstitutunun qiyabi şöbəsində 2 il təhsil almış yazıçı 1932-1939-cu illərdə Azərnəşrdə redaktor, şöbə müdiri işləmişdir. 1938-1939-cu illərdə yenidən təşkil olunmuş “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir. 1941-ci ildə Sovet ordusunun tərkibində İranda “Qızıl əsgər” qəzeti redaksiyasında xüsusi müxbir işləmişdir. Xəstəliyinə görə ordudan tərxis olunmuş, Azərbaycan Radio Verilişləri Komitəsində məsul redaktor, bir ildən sonra 1944-cu ildə Azərnəşrdə şöbə müdiri təyin olunmuşdur.

Comments are closed, but trackbacks and pingbacks are open.