Azərbaycan respublikasi təHSİl naziRLİYİ
Açdım qapını.
Resul Rza – Wikipedia
Rəsul Rza (tam adı: Rəsul İbrahim oğlu Rzayev; 6 (19) may 1910 [1] , Göyçay [1] – 1 aprel 1981 [2] [1] , Bakı [1] ) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən Azərbaycan YB-nın üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycan SSR xalq şairi (1960), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), Stalin mükafatı laureatı (1951).
Mündəricat
- 1 Həyatı
- 1.1 Şəxsi həyatı
- 6.1 Şeir topluları
- 6.2 Poemalar
- 6.3 Pyesləri
- 6.4 Publisistika
- 6.5 Tərcümələri
Rəsul Rza 12 yaşında
Rəsul Rza 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində maarifpərvər ailədə doğulmuşdur. [3] Mənşə etibarı ilə Məmmədxanovlar nəslindən olan atası İbrahim kənddə mirzəlik və xırdavatçılıqla dolanmışdır. [3] [4] Anası Məryəm poetik istedada malik olmuş, öz şerlərini əzbər yadda saxlayırmış. Atasını erkən itirmiş, anasının və yaxın qohumlarının himayəsində boya-başa çatmışdır. [3] “Poeziya zəhmət və ilhamdır” avtobioqrafik qeydlərində R.Rza öz tərcümeyi-halına keçərkən belə qeyd etmişdir:
Rza öz tərcümeyi-halında daha sonra yazırdı ki, onun evlinə qəzet və jurnallar gələrdi, “Molla Nəsrəddin”, rus dilində çıxan “Niva”, “Probujdeniye” nəşrlərini alırdı. Bütün bu faktorlar Rzanın mənəvi tərbiyəsində mühüm rolu olmuşdur. O, uşaqlıqdan ədəbi söhbətlərin getdiyi bir ailədə tərbiyə almışdır. Üstəlik, şairin anasının şairlik təbi varmış. Anası Məryəm oxumaq bilirmiş, ancaq yazmağı bacarmayırdı və buna görə də şeirlərini əzbər deyərmiş və yadında saxlayarmış. Şair hələ uşaqlıqdan Məhəmməd Füzulinin, Xurşidbanu Natəvanın, Mirzə Ələkbər Sabirin şeirlərini anasının dilindən eşitdiyini yazır. [5] Uzun illər keçəndən sonra R.Rza yazmışdır:
Rəsul Rza altı yaşı olarkən məktəbə getmiş və onun ağır təhsil və iş illəri başlamışdır. On dörd yaşında ikən oxumaqla yanaşı həm də şəhər kitabxanasında işləmişdir. 1925-ci ildə isə Gəncə Sənaye və Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, ancaq təhsili yarımçıq qoyub bir neçə aydan sonra evə, anasının yanına qayıtmışdır. O, 1930-cu ildə Bakıya köçür; o vaxt boyük bacıları şəhərdə yaşayırdılar. [5]
Bakıda Rza məktəb yoldaşı və şair Abdulla Faruqdan başqa heç kimi tanımırdı. Ancaq çox çəkmir o, şair A.Faruq vasitəsi ilə ədəbi aləmdə yaxşı tanınan Mikayıl Müşfiq, Süleyman Rüstəm, Mehdi Hüseyn, Səməd Vurğun, Mikayıl Rəfili, Əli Nazim, Mirzə İbrahimov və başqaları ilə yaxından tanış olur, onlarla bir cəbhədə yeni ədabiyyatın yaradıcılıq və təşkilati vəzifələrinin həyata keçirilməsində bilavasitə yaxından iştirak edir. R.Rza tərcüməçi vəzifəsinə işə düzəlir. O illərdə “Gənc işçi” ədəbiyyata yenicə gələn şairlərin, yazıçıların toplaşdığı, görüşdükləri əsas yer idi. R.Rza burada bir çox yaşıdları ilə, o cümlədən şair M.Müşfiqlə tanış otmuşdur. [5] Yazıçı dostu Sabit Rəhmana həsr etdiyi “Xatirələr düzümü” poemasında da (1971) R.Rza “Gənc işçi” qəzetinin redaksiyasının, oradakı dostları xatırlayaraq arxada qalmış illər haqqında, itirilmiş dostlar haqqında dərin bir kədər və nisgil hissi ilə yazırdı:
İndi çörək dükanıdır
o ilk tanışlığımız,
ilk həyat məktəbimiz,
ilk mübarizə meydanımız
sevincimiz,
həyəcanımız
olan yer. .
İndi sən yox,
Müşfiq yox,
Mikayıl yox,
Faruq yox,
Mehdi yoxdu.
Tək necə qayıdım o günlərə
Necə keçim o yolu.“Xatirələr düzümü”, Rəsul Rza [5]
Bakıda əvvəllər başladığı bədii yaradıcılıq fəaliyyətini daha böyük və ciddi bir inadla, sənət ehtirası ilə davam etdirir. 1927-ci ildə Tiflisdə Gürcüstan Proletar Yazıçılar Assosiasiyasının türk seksiyasının “Qığılcım” almanaxında ilk şeri — “Bu gün” şeri dərc olunmuşdur. Həmin illərdə “Yeni fikir” qəzetində də şeirləri və hekayələri çıxmışdır. “Gənc işçi” redaksiyasında çalışdığı vaxtda isə bu qəzetin səhifələrində “Avropanın ölüm çağı”, “Arş”, “Bir avqusta”, “Qara yelin xəbəri” və s. şeirləri dərc olunur. Yaradıcılıqla yanaşı R.Rza təhsilini də davam etdirir. Təhsil aldığı məktəblər, institutlar sırasında şair Tiflisdəki Zaqafqaziya Kommunist Universitetini, Azərbaycan Tibb İnstitutunun hazırlıq kursunu, Azərbaycan Tibb institutunu, Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunu, Moskva Millətlər İnstitutunu, Ümumittifaq Kino Akademiyasını və s. elm və təhsil ocaqlarını qeyd etmişdir. [5]
R.Rza ilk şeirləri ilə mətbuatda çıxış etməyə başlayanda yeni, inqilabi bir ədəbi proses təzəcə formalaşırdı; bir tərəfdə təcrübəli yazıçılar, digər tərəfdə isə yeni yazıçılar nəsli fəaliyyət göstərirdi və qeyd olunmalıdır ki, yeni ədəbiyyat uğrunda mübarizə, bu ədəbiyyatın ideya-bədii prinsiplərini müdafiə və qızğın təbliğ etmək — bu prosesin çox mühüm bir tərəfi idi. R.Rza da ilk şeirləri ilə bu ədəbi mübarizəyə qoşulan şair kimi diqqəti cəlb edirdi. Onun elə ilk şeirlərində bir şairin yaradıcılıq özünəməxsusluğu duyulurdu. Dərc olunan ilk şeri “Bu gün”də bunu hiss elmək mümkündür. [5]
Bu şeirdə şair bu gündən təsirləndiyini bildirirdi, bu günün şairi olduğunu elan edirdi və çox səciyyəvidir ki, elə ilk yaradıcılıq dövrünün yetkin bir çağında yazdığı “Bolşevik yazı” “Bu gün” şerində anlayışı onun poetik prinsipinin əsas tələbi və meyarı olaraq tərəfindən bəyan edilirdi:
Mənim şerim bu günün,
bu gündü mənim şerim,
bu günsüz yarın olmaz,
bu gün yoxsa
yarınlar da qurulmaz.“Bu gün”, Rəsul Rza [5]
1926-cı ildə çap olunan “Qızıl gənc qələmlər” məcmuəsini təşkil edən şeirlər inqilab, qızıl əsgər, yeni cəmiyyət qurucuları mövzusunda yazılmış nəzm əsərlərindən ibarət idi. Bu topludakı şeirlərdə hələ yeni forma, fərdi üslub axtarışları nəzərə çarpmırdı. [5] R.Rzanın “Bolşevik yazı” şeri 1931-ci ildə “İnqilab və mədəniyyət” jurnalının 3–4 sayında çıxmış və dərhal da diqqəti cəlb etmişdir. Belə ki, tənqidçi M.Hüseyn elə jurnalın həmin sayında dərc olunmuş “Yaradıcılıq ixtilaflarımız” məqaləsi üçün R.Rzanın bu şerinin misralarını epiqraf seçirdi:
Mübarizə bu gün də var.
yarın da.
Mən də onun ən ön sıralarında.
“Bolşevik yazı”, Rəsul Rza [5]Məhz bu misraların siyasi və yaradıcılıq əhvali-ruhiyyəsi işığında müasir ədəbiyyatın, ədəbi prosesin mənzərəsini cızaraq tənqidçi R.Rzanın “Tribuna şeri yaratmaq kimi doğru yol tutmuş şair” kimi təqdim edirdi. R.Rza yalnız “Almaniya” poemasında yox, beynəlxalq miqyasda, dünyanın digər regionlarınnda baş verən hadisələrdən təsirlənərək qələmə aldığı “Çapey”, “Cəlladları durdur”, habelə “Çinar” kitabındakı (1938) “Madrid”, “Həbəşistan” və s. şeirlərində eyni dərəcədə lirik idi; hadisaləri sakit, ardıcıl epik planda yox, lirik planda təqdim edir və buda həmin əsərlərin janr-üslub xarakterini müəyyənləşdirirdi. [5] Müasir poeziyanın novatorluq yolu və prinsiplərinin müdafiəsində şairin mövqeyi kifayət qədər barışmaz və prinsipial bir xarakter daşıyırdı. R.Rzanın bütün sonrakı poeziyasından, daba mürəkkəb və çətin yaradıcılıq vəzifələrinin həllinə yönəlmiş sənətindənn çıxış edərək onun görüşlərində bu mövqeyin dəyişməz olduğunu, lakin bununla belə həm də mərhələdən-mərhələyə inkişaf edib, daha da dərinləşdiyini və büllurlaşdırılıb. [5] 1941-ci ilin axırlarında şair bir qrup siyasi işçilərlə hərbi müxbir kimi Krıma gedir, Azərbaycan diviziyasında hərbi müxbir vəzifəsində çalışır, cəbhə qəzeti “Döyüşən Krım”da işləməyə başlayır. O, müxbir kimi tez-tez ön cəbhə xəttinə gedir, müharibəni bilavasitə müşahidə edir, cəbhə həyatının çətinliklərini mənən yaşayıb, bütün bunları da şeirlərində öz təkrarsız ifadəsini tapırdı. Onun burada yazdığı ilk əsər “Bəxtiyar” şeri idi. [5] R.Rzanın 1960-cı illər fəlsəfi lirikası bir silsilə təsir bağışlayırdı; bu şeirlər şairin kitablarında bir-biri ilə bağlı, əlaqədar olduğu kimi, həm də bir vəhdət təşkil edirdi. R.Rzanın bu dövr poeziyasında “Rənglər” silsiləsinin ayrıca yeri vardır. Silsilə ilk dəfə 1962-ci ildə “Azərbaycan” jurnalında (№ 11) dərc olmuşdur. Silsilənin bu nəşri 27 şeirdən ibarət idi və bu həcmdə şairin “Duyğular…düşüncələr” kitabına (S964) daxil edilmişdir. Silsilə dərhal ədəbi tənqiddə kəskin tənqidlə qarşılandı. Lakin şair bu tənqidlərdən geri çəkilmədi; bir daha silsiləyə qayıtdı; onun “Qırmızının ümid çaları”, “Firuzəyi”, “Qırmızının inam çaları”, “Mavinin təsəlli çaları”, “Sürməyi”, “Saman sarısı” poetik mətnlərini yazdı və bu yeni şeirlər “Dözüm” kitabına (1965) daxil edildi. Bütövlükdə silsilə 33 şeirdən ibarətdir. [5] Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi (1937–1938), Azərbaycan Dövlət Filarmoniyasının müdiri (1938), Azərbaycan Sovet Yazıçıları İttifaqının sədri (1938–1939), Bakı kinostudiyasının müdiri (1942–1944), kinematoqrafiya idarəsində rəis (1944–1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946–1949), Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasının baş redaktoru, Ümumdünya Sülhü Müdafiə Komitəsi Rəyasət Heyətinin üzvü, Afrika və Asiya Ölkələri Sovet Həmrəylik Komitəsi rəyasət heyətinin üzvü və respublika üzrə sədri, SSRİ Yazıçılar İttifaqı rəyasət heyətinin üzvü, “Novosti” Mətbuat Agentliyinin Azərbaycan şöbəsi idarəsinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin (VII çağırış) deputatı, Azərbaycan KP təftiş komissiyasının üzvü seçilmiş, Lenin və SSRİ Dövlət mükafatları komitəsinin üzvü olmuşdur. [3] 1981-ci il aprelin 1-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Şəxsi həyatı
Təltif və mükafatları
- Sosialist Əməyi Qəhrəmanı — 16 may 1980
- “Stalin” mükafatı (3-cü dərəcə) — 1951 (“Lenin” (1950) poemasına görə)
- “Azərbaycan SSR xalq şairi” fəxri adı — 21 may 1960
- “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adı — 17 iyun 1943
- “Lenin” ordeni — 25 fevral 1946; 28 may 1970; 16 may 1980
- “Şərəf nişanı” ordeni — 17 aprel 1938
Rəsul Rza barədə olan fikirlər
Dünyanın və Azərbaycanın ictimai və siyasi xadimlərinin Rəsul Rza barədə dedikləri fikirlər maraqlıdır. Həmin fikirlərin bir necəsi aşağıdakı kimidir:
- “Rəsul Rza romantik bir qəlblə yazdığı “İntiqam” şeri ilə insanları, yerləri və göyləri, dağları və daşları belə intiqama – faşist cəlladlarının başına od yağdırmağa çağırdı.” — Səməd Vurğun[10]
- “Rəsul Rza böyük humanistdir, onun humanizminin əsasları, qaynaqları şairin xalqla dərin, qırılmaz əlaqəsindədir. Xalqın ağrısı Rəsulun ağrısıdır, xalqın sevinci Rəsulun sevincidir.” — Süleyman Rüstəm[10]
- “Onun şerlərini bir daha qüvvətli göstərən, ümumiyyətlə, Rzanın sağlam siyasi görüşə malik olmasıdır.” — Mehdi Hüseyn[10]
- “Rəsul Rza daha ziyada lirik, xitabətçi və inqilabi romantizmə malikdir. Onun şerlərində real hadisələrdən çox real həyacanlar, canlı xarakter və obrazlar təsvirindən çox canlı təşbeh və məcazlar, canlı, həyati hissiyyat və idrak məfhumları vardır.” — Əli Nazim[10]
- “Mən Rəsul Rzanı axtaran, hey axtaran, bir çox sərvəti dürüst tapan, bəzən də tapa bilməyən, ancaq tapa bilmədikdə də həvəsdən düşməyən, “yoruldum” deməyən bir kəşfiyyatçı kimi, bir şair kimi təsəvvürümə gətirirəm…” — Süleyman Rəhimov[10]
- “Rəsul Rza Cənubi Azərbaycandakı böyük və unudulmaz xalq hərəkatına həsr etdiyi şerlərində xalqımızın əsrlik həsrətini, azadlıq uğrunda mübarizəsini tərənnüm etmişdir.” — Mirzə İbrahimov[10]
- “O, əks elədiklərini sənətkar təxəyyülündən, sənət süzgəcindən keçirir, özünə lazım olan şəklə salandan sonra ona şer donu geydirir.” — Əli Vəliyev[10]
- “Mən Rəsul Rzanın şerlərini oxuduqdan sonra özümdə qəribə rahatlıq duyuram. Bu şerlər adamı düşündürür, mənəvi cəhətdən təmizləyir, yüksəldir.” — Murtuza Nağıyev[10]
- “Əgər şerimizi göylərə ucalan yaşıl bir çinara bənzətsək, Rəsul Rza onun gözəl, canlı, sağlam budaqlarından biridir.” — Məmməd Rahim[10]
- “Rəsul Rza həyata, həyati hadisələrə şerin gözü ilə baxmağı bacaran, ən adi hadisələri böyük şeriyyətlə təsvir etməyə qadir olan şairdir.” — Sabit Rəhman[10]
- “Rəsul Rza isə dünyaya dedikləri üzərində deyilməyə macal tapmadıqlarının da kölgələri dolaşır, çünki hər bir həqiqi sənətkarların bədii sözü dünənli, bugünlü, sabahlıdır, dərinində millidir, rəngində şəxsidir, ucalığında ümumbəşəridir və həqiqi poeziya həmişə hərəkətdədir.” — Ənvər Məmmədxanlı[10]
- “Onun poeziyasında qılınc kimi kəskin həqiqətlər vardır.” — İlyas Əfəndiyev[10]
- “Onun şəxsiyyətindəki xəlqilik köhnəliyə patriarxal tərəfdarlıq dərəcəsinə qədər çatır. Lakin bununla belə, o, ənənələrə qarşı ən cəsarətli davranan şairdir.” — Cəfər Cəfərov[10]
- “Rəsul Rza poeziyası, sözün əsl mənasında, yeni, çoxçalarlı, musiqi dili ilə desək, polifonik poeziyadır.” — Qara Qarayev[10]
- “Rəsul Rza filosofdur. “İki buruğun söhbəti” şeri ilk baxışda olduqca sadə və adi görünür. Ancaq onlar haqqında, həyat , nəsillər, gələcək haqqında və onların cavabdehliyi barədə nə qədər gözəl deyilmişdir.” — Nazim Hikmət[11]
- “Onun poeziyasının qəhrəmanı müasir dünyanın həyəcanları, qayğı və ehtiyacları ilə yaşayır. Məhz buna görə o, daim narahatdır, qəlbi daim çırpınır…” — Səttar Bəhlulzadə[12]
- “O, xarakteri etibarilə heç vaxt dəyişməzdi.” — Mikayıl Abdullayev[12]
- “Rəsul Rzanın şerləri bəzən son dərəcə incə, həssas, zərif, bəzən də amansız dərəcədə sərtdir. O, yalnız həyat hadisələrini deyil, rənglərin, səslərin, işığın, suyun, dalğaların ifadə etdiyi sevinci, kədəri duymağı və onları duyğular, düşüncələr, xəyallar və xatirələrlə bağlamağa çalışır.” — Əhməd Cəmil[12]
- ” O, yalnız doğma dilində yeni bədii forma yaratdığına görə deyil, həm də yalnız özünəməxsus şəkildə düşündüyü və duyduğuna, dünyanı və hadisələri dərk etdiyinə görə novatordur.” — Arseni Tarkovski[11]
Rəsul Rza və Nigar Rəfibəylinin Bakıda xatirə lövhəsi
Göyçay şəhərində Rəsul Rzanın ev-muzeyi fəaliyyət göstərir. [13] Bakı küçələrindən biri, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə aid quru yük gəmisi və Azərbaycanda ədəbiyyat mükafatı onun adını daşıyır. [14] [15] [16]
Filmoqrafiya
- Ağ rəngin simfoniyası (film, 2003)
- Ana qaz (film, 2005)
- Azərbaycan elmi (film, 1969)
- Azərbaycan naminə! (film, 2004)
- Bəxtiyar (film, 1955)
- Böyük ömrün anları (film, 2006)
- Dəcəl dəstə (film, 1937)
- Dostluq himni (film, 1974)
- Eldən soruş (film, 1980)
- Göy rəngin melodiyası (film, 2003)
- Kəndlilər (film, 1939)
- Kölgələr sürünür (film, 1958)
- Qırmızı rəngin ekspressiyası (film, 2002)
- Qız qalası (film, 1984)
- Qızıl gül olmayaydı. (film, 1965)
- Qızıl gül olmayaydı. (film, 1990)
- Mətbuat fədaisi (film, 2007)
- Ordenli Azərbaycan (film, 1938)
- Salam, Zeynəb! (film, 1982)
- Tikdim ki, izim qala. III film (film, 1998)
- Toğrul Nərimanbəyov (film, 1966)
- Üzeyir ömrü (film, 1981)
- Yaşıl rəngin qamması (film, 2002)
- Yuva qurdum söz içində. Məmməd Alim (film, 2007)
Biblioqrafiya
Şeir topluları
Rəsul Rzanın “Həyat adaşı” şeirinin əlyazması
- Mən torpağam [17]
- Çağımdır mənim [17]
- Vətən [17]
- Anamın kitabı [17]
- Uşaq oyunları [17]
- İş günü [17]
- İlqar [17]
- Etiraf [17]
- Аnd [17]
- İtkilər [17]
- Bir nəsil qocalsam da [17]
- Çinaraltı [17]
- Dünyanın dərdi [17]
- Oxuya bilmədiyim kitab [17]
- Hər fəslin öz gözəlliyi var [17]
- İşıqlar üşüyəndə [17]
- Yuxuma gəlmişdi Ezop [17]
- Pəncərəmə düşən işıq [17]
- Dözüm [17]
- İnsan [17]
- Aydındır şer dili [17]
- Damğa [17]
- Üzüyümün qaşı firuzədəndir [17]
- Vaxt varikən [17]
- Çinar ömrü [17]
- Xəstələr evindən reportaj [17]
- Torpaq olmuş sümüklər [17]
- Qarabağ – baba yurdum [17]
- Mirzə Cəlilin nisgilləri [17]
- Təyyarədə düşüncələr [17]
- Küçələr [17]
- Dəniz haqqında nəğmələr [17]
- Rəngli yuxular [17]
Poemalar
- Qız qalası [18]
- Babək [18]
- Çapey
- Son gecə [18]
- Füzuli [18]
- Qızıl gül olmayaydı [18]
Pyesləri
Publisistika
- Poeziya zəhmət və ilhamdır [20]
- Teleqram [20]
- O gün – bu gün [20]
- Əziz xatirələr [20]
- Ötən günlər [20]
- Milli şüur və milli iftixar [20]
- Gözəl dost [20]
- Uzaq ellərin yaxın töhfələri [20]
- Müqəddimə [20]
- Sağ ol, professor [20]
Tərcümələri
- Esxil “Zəncirlənmiş Prometey” [21]
- Nizami Gəncəvi “Xosrov və Şirin” [21]
- Fransua Viyon “Boğazından dara çəkilməyə məhkum edilmiş Viyonun yazdığı dördsətirlik” [21]
- Robert Berno “Uzaqda olanların sağlığına” [21]
- Henrix Heyne “Yıldızarın lisanı” [21]
- Mixail Lermontov “Demon” [21]
- Nikolay Nekrasov “Rus elində kimin günü xoş keçir” [21]
- İvan Turgenev “Mənsur şer” [21]
- Taras Şevçenko “Muzdur qadın” [21]
- Emil Verxarn “Belçikaya” [21]
- Henri Lonqfello “Hayavata haqqında nəğmə” [21]
- Volt Vitmen “Qartalların məhəbbət oyunu” [21]
- Artur Rembo “Heyranlıq” [21]
- Vladimir Mayakovski “Atlarla yaxşı rəftar” [21]
- Marina Svetayeva “Yuxusuzluq silsiləsindən” [21]
- Pol Elyar “Söndürülmüş işıqlar” [21]
- Federiko Qarsiya Lorka “Gitara” [21]
- Robert Frost “Bir dəfə nə isə olmuşdu” [21]
- Rabindranat Taqor “Mənsur şer” [21]
- İlya Selvinski “Mən bunu öz gözlərimlə görmüşəm” [21]
- Yanka Kupala “O dələn kimdir” [21]
- İrji Volker “Epitafiya” [21]
- Eduardas Mejelaytis “Ürək” [21]
- Kəmalədin Kamu “Qürbət” [21]
- Nəcib Fazil Qısakürək “Otel otaqlarında” [21]
- Fazil Hüsnü Dağlarca “Gönçəli Nizaminin türbəsi” [21]
Azərbaycan respublikasi təHSİl naziRLİYİ
(1910-1981)
H əyatı və fəaliyyəti. Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev) 1910-cu il mayın 19-da Göyçayda kənd mirzəsi ailəsində anadan olmuşdur. Lakin bu ilin dəqiq olmadığını tədqiqatçılar da göstərirlər. Həm də Rəsulun 24 yaşında komsomolda vəzifə tutması haqda yazılanlar ağlabatan deyil, şübhəsiz ki, onun yaşı 2-3 il azaldılmışdır.Onun atası İbrahim Məmmədxanov əslən Çiyni kəndindən olan mülkədar oğlu idi, onlar nəsillikcə rus padşahına tərəfdar olan ailə kimi tanınırdılar. Atası Mirzə İbrahimi Göyçay Qəza rəisinin dəftərxanasına katib və tərcüməçi vəzifəsinə düzəltmişdi. O zaman bu, böyük vəzifə idi, kənlilər savadsız olduğundan onların rəislə bütün ünsiyyəti bu katib vasitəsi ilə icra edilirdi. Hökumətlə əlaqələrindən istifadə edib Mirzə İbrahim həm də Göyçayda xırdavat dükanı açmışdı. Belə hüquq o zaman ancaq hakimiyyətə yaxın adamlara verilirdi.
Mirzə İbrahim qəza rəisinin məsləhəti ilə böyük qızı Kübranı da Tiflisdəki “Müqəddəs Nina” məktəbinə rusca oxumağa göndərmişdi. Onun arvadı Məryəm savadlı, ailəcanlı, zirək bir qadın idi, dükanın işlərində ərinə kömək edirdi. Lakin balaca Rəsul 5 yaşında olanda atasını itirir. Bu zaman onun anası Məryəmin 27 yaşı vardı, 17 yaşından ərdə idi. Amma bu çağacan beş uşaq doğmuşdu, onların dördü qız, ancaq biri oğlan idi. Məryəm Çar Hökuməti orqanlarında xidmət etməklə hakimiyyətə yaxın olmuş Rəfibəyovlar tayfasından idi.
Beş uşaqla tək qalmış Məryəm mülkiyyət münaqişələrinə görə atası evinə qayıdası olur və qardaşı Məhəmmədhüseyn Rzayevlə bir evdə yaşayır. Rzayevlərin də bir çox nümayəndəsi hələ inqilabdan əvvəl dövlət qulluğunda idilər. Onun böyüdüyü dayısı evində uşaqlara körpəlikdən rus dilini öyrədirdilər. Bu onlara dövlət qulluğunda işləyə bilmək üçün yol açmalı idi. Məhəmmədhüseyn də rus-tatar məktəbini bitirmişdi, rusca, fransızca bilirdi. 11-ci Qızıl Ordunun Göyçaya bolşevik hökuməti qurmaq üçün gəlmiş dəstəsi Məhəmmədhüseynin evində yerləşmişdi. (Rəsul Rza onlarla ünsiyyətini, bolşevikləri yaxşı adamlar kimi tanımasını xatirələrində göstərmişdir.)
Məhəmmədhüseyn tezliklə bolşeviklərlə yaxın münasibət quraraq Qəza Hərbi Komissarı, Raykom katibi vəzifələrində işləyir. Lakin o, 42 yaşında vərəmdən vəfat edir.
Gənc Rəsulda bolşevik siyasətinə, mədəni inqilab və komsomol hərəkatına maraq çox erkən yaranmışdı. O, 1924-cü ildə komsomol sıralarına daxil olmuş, tezliklə təşkilatın rəhbəri seçilmişdi. Rəsul ictimai həyatla yaxından maraqlansa da, təhsilə qarşı laqeyd idi. O, ardıcıl təhsil almamış, daxil olduğu təhsil ocaqlarını yarımçıq tərk etmişdir. Rəsul Gəncə Sənaye və Ziraət Texnikumunda cəmi bir neçə həftə oxumuşdu. Onun dəqiq və texniki fənlərdən xoşu gəlmirdi. Sonra o, Bakı Müəllimlər Seminariyasına daxil olmuş, lakin burada da çox oxumayıb anasının yanına, Göyçaya qayıtmışdı. Gələcək şair Bakı Kooperativ kurslarında da duruş gətirə bilməmişdi. Anası isə oğlunun təhsil almaq istəməməsini böyük faciə kimi qəbul edir, yeganə oğlunun sənətsiz və peşəsiz bir adama çevrilməsindən qorxurdu. Çünki o, gözünü açandan yaxın qohumlarını dövlət qulluğunda görmüşdü.
Gənclik illərində Rəsul teatrla yaxından maraqlanır və taleyini bu sahə ilə bağlamaq barədə düşünürdü. O, Göyçaydakı həvəskar teatrda Cavidin və Cabbarlının pyeslərindən parçalarda baş rollarda çıxış edir, qadınlar səhnəyə çıxmadığından gələcək şair tez-tez qadın rollarında səhnəyə çıxırdı.
1927-1928-ci illərdə gələcək şair Tiflis Kommunist Universitetinin kooperativ şöbəsində oxuyur, şeir və hekayələr yazırdı. Amma onun “Oğul qatili”, “Uxajor”, “Dilarə” kimi yazıları bədii cəhətdən zəif idi, onlarda başqa müəlliflərin təsiri duyulurdu. Lakin bütün bunlar gənc müəllifin həyatı bədii şəkildə dərk etmək istiqamətində ilk təşəbbüsləri idi.
Gənc müəllifin ilk mətbu əsəri 1927-ci ildə Gürcüstan Proletar Yazıçıları Cəmiyyətinin türk bölməsinin buraxdığı “Qığılcım” adlı almanaxda dərc olunmuş “Bu gün” adlı şeiri olmuşdur. 1928-ci ildə isə onun imzası ilə “Komsomolçular” şeiri rusca “Zarya Vostoka” qəzetində çap edilmişdir.
1930-cu ildə Rəsul məktəb yoldaşı, gənc şair Abdulla Faruqla Bakıya gəlir və buradakı yaxın qohumlarının himayəsi sayəsində bu şəhərdə yaşamağa başlayır. Tanışları onu “Gənc işçi” qəzetinə tərcüməçi vəzifəsinə düzəldirlər.
Şair 1934-1937-ci illərdə Moskvada yaşayaraq Millətlər İnstitutunda, Kino Akademiyasında oxuyub təhsilini artırır. Burada o, rus ədəbiyyatını, Mayakovskinin yaradıcılığını daha dərindən öyrənir. Bakıya qayıdan Rəsul Rza bir-birinin ardınca vəzifələrə təyin olunur. Çünki o zaman bir-iki il Moskvada yaşamaq, təhsil almaq böyük ideoloji məziyyət sayılırdı. 1937-1939-cu illərdə o, Filarmoniyanın direktoru, Kinostudiyada ssenari şöbəsinin müdiri, sonra qısa müddət Yazıçılar İttifaqının sədri vəzifələrində çalışır. Böyük Vətən Müharibəsindən sonrakı dövrə qədər Rəsul şer yazmaqla yanaşı, kino və teatr sənətilə də maraqlanır, 1942-1949-cu illərdə Azərbaycan Kinostudiyasının rəhbəri vəzifəsində işləyir.
Rəsul Rza 1960-cı ildə Xalq şairi adını almış, 1980-ci ildə isə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Şair uzun müddət – on ilə yaxın Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru olmuşdur. Böyük şair 1981-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Yaradıcılığı. 1931-ci ildə gənc şair “Bolşevik yazı” adlı iri həcmli şeirini dərc etdirir və proletar şeirinin məfkurəçisi kimi çıxış etməyə çalışır. Mədəni inqilabı idarə edən ədəbiyyat çinovnikləri də bu şeirləri bəyənirlər. Çünki bu əsərdə cavan şair sosialist vətənindən, pambıq tarlalarından bəhs edir, səbəbsiz bir inqilabi nikbinliklə fərqlənirdi:
Meydan sənin,sənə bu gün
tələb verir
bu sosialist vətənin!
Bu, sadə bir umğu,
bir arzu deyil,
bu, tələbdir,
yaxşı bil!
“Bolşevik yazı” əsərində Rəsul Rzanın sərbəst şeir üslubu artıq əsas cizgilərini büruzə verir. Publisistik ehtiras, ictimai fikirlərin emosional tərzdə ifadəsi, deklamativ sərtlik bu üslubun əsas cizgiləri idi.1920-ci illərin ortalarına qədər Azərbaycan poeziyasında sərbəst şeir vəzni olmamışdır. Elə buna görə bəzi şair və tənqidçilər sərbəst şeri həqiqi ədəbiyyata və azərbaycan poeziyasına yad hesab edirlər. Rəsul Rzanın bu barədə polemik məqalə və şeirləri, opponentlərə cavabları çoxdur. Lakin sərbəst şeri müdafiə edən ədiblər də vardır və onlar bu cür şeirin bütün xalqların ədəbiyyatında olduğunu misal gətirirlər. Gənc proletar şairlər bu sərbəst üslubu o vaxtlar güclü kommunist və proletar şairi sayılan Mayakovskidən götürürdülər. Bu şairin şeirləri publisistik və siyasi polemika məzmunu daşıyır, proletar məfkurəsini yayan güclü bir vasitə sayılırdı. O, özünü şairdən daha artıq məfkurə təbliğatçısı – kommunist ideoloqu sayırdı.
R.Rzanın ilk şeirlər kitabı 1932-ci ildə “Çapey” adı ilə nəşr olunmuş, sonralar “Qanadlar”, (1935), “Çinar” (1939) şeir topluları işıq üzü görmüşdür. Bu kitablar həcmcə və mövzu əhatəsinə görə hələ kiçik idi. Forma baxımından da sərbəst şeirlərlə yanaşı, heca vəznində, xalq şeiri ruhunda olan nümunələr paralel idi. 1930-cu illərin ikinci yarısında ictimai mühitin gərginliyi, ədibin bir sıra vəzifələrdə çalışması da onun yaradıcılığının məhsuldarlığına mənfi təsir göstərirdi.
İlk kitablarında Rəsul Rzanın lirikasının xalq ruhuna və mənəviyyatına bağlılığına işarə edən şeirlərindən biri “Çinar” adlanır. Heca vəznində yazılmış bu nümunə də göstərir ki, hər bir istedadın kökləri xalq mənəviyyatının dərinliklərindədir. Şair çinar obrazından xalq əzəmətinin ifadəsi üçün istifadə edir:
Bu torpaqda dərindən kök salaraq
Hər tərəfə uzatmışam qolumu,
Övladlarım bürümüş sağ-solumu,
Belə məğrur dayanmaqda haqlıyam,
Mən kökümlə bu torpağa bağlıyam!
1930-40-cı illərdə dövrün digər aparıcı şairlərinin əsərlərində gördüyümüz kimi, Rəsul Rza poeziyası da siyasi lirikanın üstün mövqeyə malik olması ilə xarakterikdir. Bu dövrdə bolşevik təbliğatı “siyasi lirika” termininə xüsusi əhəmiyyət verirdi. Çünki bu termin altında yazılan təbliğat xarakterli, deklamasiya ruhlu şeirlər rejimin antihumanist siyasətini müdafiə edir, onu bir növ, insani sifətdə təqdim edirdi. Dövrün ruhuna sadiq olan şairin ehtiraslı və sərt siyasi şeirləri onun beynəlxalq mövzularda qələmə aldığı nümunələrdə daha üstündür. “Madrid”, “Haray, dostlar”, “Həbəşistan”, “Cəlladları durdur”, “Almaniya” tipli əsərlərlə şair günün nəbzini tutmağa çalışırdı. O zaman yeni dünya müharibəsi ərəfəsi olduğuna görə, qəzetlərdə beynəlxalq mövzuda çoxlu materiallar çıxırdı. Cavan şair də çox zaman bu məlumatlara əsaslanırdı.1941-1945-ci illərdə Rəsul Rza siyasi işçi kimi ordu sıralarında olmuş, hərbi jurnalist kimi qızğın fəaliyyət göstərmişdir. 1941-ci ildə şair o vaxt mövcud olan 416-cı Azərbaycan Atıcı Diviziyasında fəaliyyət göstərmiş, “Krımskaya boyevaya” qəzetində çalışmış, onun azərbaycanca variantının ədəbi redaktoru olmuşdur. Müharibə dövründə müəllifin “Vətən” (1942), “Bəxtiyar” (1942), “İntiqam. İntiqam. ” (1943), “Qəzəb və məhəbbət” kimi vətənpərvər ruhlu kitabları çıxmışdır. Bu dövrdə şairin publisistik məqalələri də güclü təsir qüvvəsinə malik idi. Onun “Qəzəb və məhəbbət” kitabı bütünlüklə nəsrlə yazılmış oçerk, hekayə və povestdən ibarətdir. Bu baxımdan ədibin “Leytenant Bayramın gündəlikləri” adlı sənədli povesti xüsusilə əhəmiyyətlidir.
Şair 416-cı Azərbaycan Atıcı Diviziyasında tanış olduğu bir tibb bacısının prototipi əsasında 1943-cü ildə “Vəfa” adlı pyes yazmış və əsər elə həmin ildə Akademik Teatrda səhnəyə qoyulmuşdur.
Rəsul Rza müharibə ilə bağlı müşahidə və təəssüratlarına sonralar da qayıtmışdır. 1975-ci ildə faşizm üzərində qələbənin 30 illiyi qeyd edilən ərəfədə o, “Min dörd yüz on səkkiz” adlı böyük poema yazmışdır.
Şair 1940-cı illərin sonlarında V.İ.Leninə həsr olunmuş poema üzərində çalışmağa başlayır. O zamanlar Lenin və Stalin haqqında böyük əsərlər yazmaq şairlərin kommunist məfkurəsinə sədaqətini göstərən əlamət sayılırdı. Rəsmi bolşevik təbliğatı Leninin çəhrayı boyalı müsbət, peyğəmbərcəsinə təmiz obrazını yaratmışdı ki, bu da dövrün təsirindən idi.
Görkəmli şair bədii tərcümə sahəsində də xeyli işlər görmüş, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasını fars dilindən sətri tərcümələrdən istifadə yolu ilə yüksək məsuliyyətlə dilimizə çevirmişdir. Ayrı-ayrı şairlərin – A.Puşkin, M.Lermontov, V.Mayakovski kimi rus klassiklərinin şeir və poemaları da Azərbaycan oxucularına onun tərcüməsində təqdim olunmuşdur.
“Qızıl gül olmayaydı” Rəsul Rzanın poemaları sırasında xüsusi yer tutur. Əsər böyük şairimiz Mikayıl Müşfiqin faciəli həyatına həsr edilmiş və onun 60 illik yubileyi münasibətilə yazılmışdır. Altmışıncı illərdə hələ bir çox ədəbi ziyalıların qəlbindən stalinizmin qorxusu və xofu getməmişdi. Lakin Rəsul Rza vətəndaşlıq cəsarəti göstərərək həyatdan nakam və vaxtsız getmiş böyük şairin xatirəsinə öz hörmət və pərəstişini bildirmişdir. Rəsul Rza Müşfiqlə “Gənc işçi” qəzetinin redaksiyasında tanış olmuş və onlar yaxından ünsiyyət saxlamışdılar:
Biz onunla tanış olduq“Gənc işçi”də.
Tez məhrəm oldu
könlümüzün gözü də,
qəlbimizin içi də.
Bu ünsiyyət qısa vaxtda səmimi və unudulmaz dostluğa çevrilir. Poemada şairin öz cavanlıq dostu üçün həsrəti, qara illərdə baş vermiş amansız və heç zaman yaddan çıxmayan bəzi hadisələr barədə düşüncə və qənaətləri əksini tapır. O dövrdə öz dostlarını güdaza verən bir sıra adamlar, ağır faciə və hadisələr poemanın əsas məzmununu təşkil edir. Dövrün ağır ovqatı, xof dolu zəmanəyə fəal münasibət, qırılan insan taleləri üçün ağır kədər və təəssüf hissləri əsərin hər səhifəsində duyulur.Poema müasir ruhlu, vaxtında yazılmış bir əsər idi. Şəxsiyyətə pərəstiş dövrünün faciələrindən onillər keçir, amma heç kəs təminat verə bilməz ki, bu cür tarixi faciələr bir daha təkrar olunmayacaq. Lakin bədii ədəbiyyat keçmişin faciəli səhifələrini obrazlı şəkildə əks etdirəndə, bu əsərləri cavan nəsillərə çatdıranda insanların öz tarixi faciələrini təkrar etməsi ehtimalı da azalır. O biri tərəfdən, 1937-ci ilin qırmızı terroru barədə yazılan əsərlər amansızlıqla məhv edilən minlərə qiymətli insanın, elm, sənət və ədəbiyyat adamlarının xatirəsinə hörmət rəmzidir. Onların xatirəsi bizi demokratik və humanist dəyərləri daha artıq qorumağa sövq edir.
1937-ci ildə məxfi orqanların nümayəndələri öz qurbanlarını tutmaq üçün bir qayda olaraq gecə yarı ünvanlara gəlir, heç bir şahid olmasın deyə öz günahsız qurbanlarını qaranlıqda aparırdılar. Ona görə narahat, yuxusuz, qorxu və səksəkə dolu gecə obrazı bu dövrün hadisələrinə həsr olunmuş bir çox əsərdə vardır. Çünki qorxu dolu gecələri yüz minlərlə qurban getməmiş insanlar da yaşamışdır.
Bu gecə vahiməsi Rəsul Rzaya da tanış idi: üzücü həbs qorxusunu o da bir çox qələm dostları kimi çəkmişdi. Amma bu qorxunu hər kəs ayrılıqda çəkirdi: o zamanlar bu qorxu barədə kiməsə söyləmək ağlasığmaz idi. Deyirdilər ki, yerin də qulağı var. Minlərlə insanı isə nə vaxtsa antisovet sözlər danışmaqda ittiham edir və buna görə güllələyirdilər.
Poema vahiməli gecə zəngi ilə başlanır və əsərin bir obrazı olan şair öz qorxusunu təsvir edir:
Gecə qapım döyüldü.Görəsən kimdir gələn?
Açdım qapını.
Yox, tanımadım.
Bu qadının geyimi sadədir: nimdaş paltoda, başında bozarıb köhnəlmiş şal var, saçları ağappaq, gözləri parıltılıdır. Nəhayət, şair gələni tanıyır: bu, güllələnmiş Mikayıl Müşfiqin sevimli arvadı Dilbər xanımdır. Poema müəllifin fantaziyasının məhsulu olan bu epizodla başlayır. Şairin xəyalına gələn Dilbər xanımın obrazı müəllifi fikir və xatirələr aləminə aparır. Əslində poema müəllifin xəyalında canlandırdığı Dilbər xanımın obrazı ilə uzun dialoqundan ibarətdir. Əsərin əsas məzmunu da şairin qara illər barədə təəssüratları, ad çəkmədən o dövrün bədxahlarının tənqidi və ifşası üzərində qurulur.Müşfiq surəti. Əsərdə Mikayıl Müşfiqin özünün ayrıca obrazı cəmi bir neçə epizodda görünür. Müəllifin onun barəsində işarələri və ricətləri daha çoxdur. Bu mənada poemanın əsas qəhrəmanı Müşfiq obrazı həm də müəllifin özü, onun ədalətsiz və amansız zamanla dialoqu ilə üzvi surətdə bağlıdır.
Poemada Müşfiqin fəhlə, kəndli, tələbə auditoriyalarında şeirlər oxuması xüsusi təsvir edilir. Şair şeirlərini söyləyəndə gözlərini yumar, bircə dəfə də çaşmazdı. Müasirləri onun yaddaşına, poeziyaya sərhədsiz məhəbbətinə heyran qalırdılar. Onun şeirləri öz bədii qüvvəsi ilə savadından asılı olmayaraq hər kəsin qəlbinə sirayət edir, adamları poeziyanı daha artıq sevməyə, söz sənətinə pərəstiş etməyə sövq edirdi.
Cavanlıq illərində Müşfiqin yaşadığı balaca, pəncərəsi döşəmədən bir qarış hündürdə olan, qapıları cırıldayan, malası tökülən otaq oxucunun təsəvvüründə poeziya ocağı kimi ümumiləşir. İki dost səhərə qədər baş-başa verib şeir oxuyur, mübahisə edir, gələcək barədə xəyallara dalırlar. Fasilələrdə Müşfiq siqaret çəkir, Rəsul çay içirdi. Poeziyanın qüdrəti dünyanın bütün maddi nemətlərini əvəz edir və üstələyirdi. Müşfiq əsl poeziya və bədii söz sehrkarı kimi yetişirdi.
Lakin qanlı bolşevik terroru belə nəhəng istedadı xalqdan aldı və Müşfiqin ölümü ilə poeziyamızın bir budağı böyümədi, sısqa və davamsız qaldı:
Hər şeydən artıq
Şeirin əsiri idi.
Yuxuda şeir yazardı
şeirə qul olduğunu!).
Şairin poetik təhkiyə tərzinə məxsus deklamasiya ruhu bu poemada daha qabarıqdır. Bu ruh onun sətirlərinə gərginlik və emosional hərarət gətirir. Lakin bir sıra məqamlarda deklamasiya ruhu təsvirlərin detallarla dolğunlaşmasına, daha dəqiq obrazlaşmasına mane olur. Poema sanki lakonik şeir ritmi və avazı ilə davam edir, əsərin tarixi kontekstini solğunlaşdırır.Müəllifin taleyin amansızlığı ilə, Müşfiqin yox olması ilə barışa bilməyən ürəyi ağrı içindədir. O, Müşfiqin yoxluğu ilə barışmaq istəmir, ona elə gəlir ki, yox olan onun yaddaşının bir parçası, onun varlığının bir tərəfidir. Poemada şairin dostu barədə ağır və səmimi etirafları da vardır. Xüsusilə şair tutulandan sonra müəllif ondan imtina etmir, lakin qara şübhələr də onun içini yeyir:
Qara şübhələr
Məni incitdi yaman.
Lakin məntiqi nəticə birdi:
yəqin müqəssirdi.
Bu sətirlər də, Müşfiqin kitablarının gözdən uzaq yerdə gizlədilməsi də dövrün hökmran psixologiyasının nəticəsi idi. Bu nəticəyə və hərəkətlərə görə şair ömrü boyu özünü üzmüş, vicdan əzabı çəkmişdir:
Lakin necə sakit deyim ki,səsim gəldikcə bağırmadım.
Xalqı ədalətsiz bir hökmü pozmağa
çağırmadım!
Poemada 1937-ci il faciələrində minlərlə görkəmli Azərbaycan ziyalısının taleyinin markaryanlar və topuridzelər tərəfindən həll olunması milli bir faciə kimi təqdim olunur. Bu, xalqın öz evinin sahibi olmadığını göstərirdi. Hüseyn Cavidin, Ruhulla Axundovun, Əhməd Cavadın, Çuvarlının cəlladları onların həyatda qalası izini də aradan götürməyə çalışdılar, uzun illər onların adları da qadağan edildi. Sapı özümüzdən olan baltalar da canfəşanlıq etdilər. Lakin yadellilərin soyuqqanlı cəlladlığı, dustaqxanaları doldurub boşaltması şairi xüsusilə yandırır. Bu poema qırmızı terror mövzusunda yazılmış əsərlər sırasında xüsusi yeri olan bir əsərdir.“Rənglər” silsiləsi. Məlumdur ki, bütün xalqların dilində, təsviri sənətlərində rənglərin simvolikasına dair zəngin təsəvvür və yozumlar vardır. Rəsul Rza da “Rənglər” silsiləsini yazanda məhz Azərbaycan xalqının dilində, sənət və dil yaddaşında olan rəng yozumları və simvolikasını böyük ustalıqla poetik dilə çevirmiş, maraqlı lirika nümunələri yaratmışdır. Çünki rəng simvolikasında həm xalqın əxlaqi təsəvvürləri, həm mərasim və ovqat çalarları vardır.
Fərqli cəhət odur ki, şair qara rəngin rəmzlərini açarkən folklor simvollarını qəzet və publisistika dili ilə izah və ifadə edir. Qaranı “əbədi ayrılığın ağrısı” adlandıranda biz ölümə və matəmə işarə edildiyini anlayırıq. Və ya “Yaşamaq üçün sürünənlərin çoxu” ifadəsini oxuyanda biz onu xalq dilindəki “qara camaat” məfhumunun qəzet dili ilə ifadəsi kimi qəbul edirik. “Bəzi insan niyyəti” ifadəsini isə biz el dilində işlənən “qaraniyyət adam” ifadəsinin sinonimi kimi başa düşürük. “Ləkəli sözlər” ifadəsi isə “qara yaxmaq” deyiminin sinonimidir.
“Ala-bula” şeirində rənglərin ana dilimizdə əksini tapmış assosiativ çalarları daha qüvvətli verilir. Xalq dilini gözəl bilən şair bu təyinin xatırlandığı məqamları yığcam ifadələrlə qələmə alır, assosiasiyaları şeirin əsas xəttinə çevirir:
Güvə dəymiş dəri.
Uzunqunc corabların
Kilkə yun kələfləri.
Sevincin, kədərin,
İnamın, ümidsizliyin
Zebr balası.
Bu silsilənin bir sıra nümunələri poetik və yığcam dillə yazılmış izahlı poetik lüğət prinsipi ilə qələmə alınmışdır. Şair bir qayda olaraq, şeirin başlığına çıxardığı rəngi xalq dilinin misilsiz zənginliyindən istifadə edərək izah edir, bir növ, şeirlə yazılmış rəng lüğəti yaradır. Bu silsilə Azərbaycan dilinin misilsiz zənginliyini əks etdirən poetik nümunələrdən ibarətdir. Xalq dilinin zənginliyi burada poetikliyin və lirizmin əsas mənbəyidir.Satirik şeirləri. Səmimi bir sənətkar olan Rəsul Rza saxtakarlığa, ikiüzlülüyə, tamahkarlığa qarşı xüsusilə sərt münasibət bəsləyirdi. “Nə deyim sənə”, “Alicənabov dedi”, “Mığmığalar”, “Yaman qonşu”, “Xanım” kimi nümunələr bu qəbildindir və öz niyyətinin, hədəfinin konkretliyi ilə seçilir. “Qonşu paxıl olmasa” şeiri yaradıcılıq mühiti üçün səciyyəvi olan bir məsələyə həsr olunmuşdur. Paxıllıq, bir-birini gözü götürməmək, başqasının uğurundan kədərlənmək çox zaman yaradıcı insanların münasibətlərini zəhərləyir, onları iş görməkdən, yazıb yaratmaqdan uzaqlaşdırır və qeybətçilik kimi səmərəsiz bir qüsura düçar edir. Şair hesab edir ki, paxıllıq və qeybət yaradıcı adamın özünə ziyandır, çünki onun diqqətini yaradıcılıqdan ayırıb soyudur, xırda intiqamçılıq kimi bəhrəsiz vərdişlərə tərəf aparır.
“Rüşvətxorlar mərsiyəsi” satirasında şair Sabirin davamçısı kimi çıxış edir. O, hətta Sabirdən məşhur sətirləri də əruzla qələmə aldığı şeirinə daxil edir:
Rüşvət alırdıq, azı az, çoxu çox,
Puldu, qızıldı, ya da şey, fərqi yox.
Xalqa ağır gün bizə bayram idi,
Ax, necə kef çəkməli əyyam idi.
Müəllif rüşvəti cəmiyyət və xalqın sabahı üçün ən böyük sosial təhlükə sayır və onu normal cəmiyyətin və əxlaqın qəddar düşməni bilir. Çünki rüşvət cəmiyyətin kollektiv əsaslarına qarşı yönəlmişdir və cəmiyyətdə dağıdıcı fərdiyyətçilik ruhunu qüvvətləndirir. Rüşvətxor məmurlar əxlaqi dəyərləri itirdiklərindən yırtıcı və qorxulu bir qüvvədirlər. Onlar üçün öz maraqlarından başqa heç bir müqəddəs şey yoxdur. Şair xüsusilə vəzifə və rütbə alverinə, adamları pul almaqla vəzifəyə və işə qoymaq kimi eybəcər praktikaya qarşı amansızdır. Belələrinin eybəcərliyinin əsasında onların mənəviyyatsızlığı durur. Şəxsiyyəti və mənəvi siması olmayan insanlar ancaq ədəbiyyatətrafı şəxslər səviyyəsində qalırlar.Şair bir neçə şeirində su dolu misralarla pul qazanan, çeynənmiş qafiyələrdən uzaqlaşa bilməyən qrafomanları tənqid edir.
Sətir hesabı verməsəydilər qonorar
Çox uzun şeir qısalardı.
Su gedər, şərbət gedər,
Şeir, fikir qalardı.
Şair də şeirə görə
Muzd alardı.
Deyəcəksən bu qafiyələr
Yüz il əvvəl də vardı.
Düzdür, qardaş.
Diqqət etsən, bir az
Görərsən onda
amma deyildi bu məzmunda.
Mətləb də burasındadır, ay dost,
Burasındadır!
Yoxsa qafiyə xatirinə demək olar:
Sənin şerin yasin dadır.
Belə, qardaş, belə.
Rəsul Rza yaradıcılıqda, o cümlədən publisistika və ədəbi məqalələrində də polemik düşüncəli bir insan olmuşdur. Bu polemika ədəbi mühiti canlandırmış, ona təzələnmək potensialı bəxş etmişdir. Bəziləri şairin poeziyasını publisistik, bəziləri isə fəlsəfi saymışlar. Lakin Rəsul Rzanın Azərbaycan ədəbiyyatında öz yeri vardır və onun yaradıcılığı bir sıra gənc şairlərə də öz təsirini göstərmişdir.
Ədəbiyyat:
Gülrux Əlibəyova. Axtarışlar, kəşflər, B., 1970.
Sona Xəyal. Rəsul Rza, B., 2003.
Rəsul Rza. Mənim fikrimcə, B., 1967.
SÜLEYMAN RÜSTƏM
(1906-1989)
H əyatı və fəaliyyəti. Süleyman Rüstəm 20-ci illərin ortalarından başlanan proletar poeziyasının ən istedadlı nümayəndəsi olmuşdur. O zaman bolşeviklər hakimiyyəti ələ alıb yeni sovet rejimini yaratsalar da, ziyalılar və şairlər içərisində müstəqil Azərbaycan Demokratik Cümhuriyyəti barədə xatirə və təəssüratlar hələ güclü idi. 1915-1920-ci illərdə yüksəlmiş milli ovqat hisslərini qələm adamlarının, eləcə də adi ziyalıların qəlbindən çıxarmaq çətin idi. Belə şəraitdə bolşeviklərin Azərbaycanda proletar ədəbiyyatı yaratmaq cəhdləri böyük çətinliklərlə üzləşirdi. İnqilabi və proletar mövzusunda yazmaq istəyənlərin və yazanların əksəriyyəti az savadlı və istedadsız idi.Onların sırasında ilk diqqəti cəlb edənlərdən biri Süleyman Rüstəm olmuşdur. O, normal məktəb təhsili görmüşdü və dövrə görə rus dilini də bilirdi. Gənc proletar şairlərinin əksəriyyəti V.Mayakovski kimi formalist şairlərə təqlid edirdilər. Süleyman Rüstəm isə başqa yol seçdi: o, Türkiyədə Gənc Türklər İnqilabından sonra vüsət almış inqilabi və romantik türk poeziyasının üslubunu götürüb sovet mövzularına uyğunlaşdırmağa çalışdı. Bu uğurlu çıxış yolu idi: Türkiyədə yaranan inqilabi poeziya öz ruhu və üslubu ilə Azərbaycan oxucusuna doğma idi. Məhəmməd Akif, Tofiq Fikrət kimi inqilabçı türk şairləri Azərbaycanda sevilirdi və onlarin dili oxuculara doğma idi. Əvvəlcə, S.Rüstəm, sonra isə M.Müşfiq bu üslubdan uğurla istifadə etməyə başladılar.
Proletar mövzuları üçün üslub tapılsa da, mövzu məsələsi daha çətin idi. Proletar inqilabı və bolşevik dəyərləri Azərbaycan oxucusuna yad idi. Ona görə 20-30-cu illərdə poeziya nəsrə nisbətən böyük çətinliklərlə inkişaf edirdi. Azərbaycan şeirində inqilab mövzusu və inqilab poeziyası yox idi. Ona görə proletar poeziyası və S.Rüstəm yaradıcılığı Şərq mədhiyyəçiliyi yolu ilə mədhiyyə və tərif istiqaməti ilə getməyə başladı. Şairlər V.İ.Lenini mədh edir və xilaskar kimi tərifləyirdilər. Proletkultçuluğun əsas tələblərindən olan Oktyabr inqilabını tərifləyəndə isə şairlərin hamısı, o cümlədən S.Rüstəm də ilhamsız, sönük təsir bağışlayırdı.
Comments are closed, but trackbacks and pingbacks are open.