S.m.sbzliyev mühasibat maliyy hesabat yeni
Üçüncü bölməyə pul vəsaitləri, hesablaşmalar və sair aktivlər daxildir. Bu bölmədə malalanlara yüklənmiş mallar, debitorlarla hesablaşmalar, qısa müddətli maliyyə qoyuluşları, pul vəsaitləri (kassa, hesablaşma hesabı, valyuta hesabı və s.) sair dövrüyyə aktivləri və sair əks etdirilir.
“Az Accounting Services” LLC Your Accounting Department
MÖVZU VIII. MÜHASİBAT (MALİYYƏ) HESABATI Leave a comment
8.1. Mühasibat (maliyyə) hesabatı haqqında anlayış, onun tərkibi və vəzifələri
8.2. Mühasibat balansı və onun məzmunu
8.3. Mühasibat (maliyyə) hesabatına əlavə olanmış hesabat formaları?
8.4. İllik mühasibat (maliyyə) hesabatına əlavə edilən izahatlı arayış?
- V.İsayev «Balans maddiləri beynəlxalq standartlara uyğun qiymətləndirilməlidir», «Maliyyə və uçot» jurnalı, № 7-8, 1997
- S.M.Səbzəliyev «Mühasibat (maliyyə) hesabatı», dərs vəsaiti, Bakı-2003
- S.M.Səbzəliyev «Maliyyə hesabatı: formalaşması və təkmilləşdirilməsi problemləri»
8.1. Mühasibat (maliyyə) hesabatı haqqında anlayış, onun
tərkibi və vəzifələri
Mühasibat (maliyyə) hesabatının tərtib olunması uçot əməliyyatlarının aparılmasının yekun mərhələsi sayılır. Mühasibat (maliyyə) hesabatı mühasibat uçotunun faktiki və düzgün təsdiq olunmuş göstəricilərinin müəssisənin və başqa təsərrüfat subyektlərinin əmlakının, maliyyə təsərrüfat fəaliyyəti nəticələrinin və s-nin. istifadəçilər üçün təyin edilmiş formada öz əksini tapan yekunlarının məcmuudur.
Vaxtında və düzgün tərtib olunmuş hesabat əmlakın qorunub saxlanması, məhsulun maya dəyərinin aşağı salınması üçün yeni imkanların araşdırılıb tapılması, mənfəətin artırılması, müəssisənin maliyyə vəziyyətinin möhkəmləndirilməsi və ümumiyyətlə idarəetmə sisteminin daha da təkmilləşdirilməsində geniş şəkildə istifadə olunur.
Mühasibat hesabatının formalaşmasının tərkibi, məzmunu və metodiki əsasları Azərbaycan Respublikasında mühasibat uçotunun dövlət tərəfindən tənzimlənməsi qaydalarını, mühasibat hesabatının tərtib olunması prinsiplərini, nəşri qaydasını, mühasibat uçotu məlumatlarının düzgünlüyünün təminatını özündə əks etdirir. «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının 24 mart 1995-ci il Qanununda müəyyən olunmuşdur.
Mühasibat (maliyyə) hesabatı müəssisənin təsərrüfat həyatını idarə etmək və ona operativ rəhbərlik etmək üçün ən mühüm vasitələrdən biri hesab olunur. Hesabat yalnız müəssisə üçün müəyyən olunmuş proqnoz və tapşırıqların yerinə yetirilməsinə nəzarət etmək üçün deyil, eyni zamanda onun tərtib edilməsinə də geniş imkanlar açır. Bir qayda olaraq keçən hesabat dövrünün hesabıtının diqqətlə öyrənilməsi sahəsində gələcək dövr üçün planlar, proqramlar və tapşırıqlar işlənib hazırlanır.
Bazar iqtisadiyyatı şəraitində mühasibat (maliyyə) hesabatı qarşısında bir sıra vəzifələr qoymuşdur. Həmin vəzifələr aşağıdakılarla xarakterizə edilir:
a) hesabat bazar iqtisadiyyatının və beynəlxalq standartların tələblərinə cavab verməklə, ona uyğun qurulmalıdır;
b) hesabat göstəriciləri etibarlı, ardıcıl, müqayisə olunan və düzgün olmalıdır;
v) hesabat sadə anlaşılan olmaqla, müəyyən olunmuş vaxtlarda tərtib olunub, təyinatlara uyğun olaraq təqdim olunmalıdır.
Azərbaycan Respublikasında mövcud olan qanunvericiliyə görə iqtisadi subyektlərin mühasibat maliyyə hesabatları, müstəqil hüququ olan nəzarət edici orqanlar tərəfindən reallığı və düzgünlüyü təsdiq edildikdən sonra hüquqi və fiziki şəxslər, habelə bütün marağı olan istifadəçilər, iştirakçılar və başqa orqanlar üçün açıq nəşr edilə bilər.
Müəssisələrin (büdcə idarələrindən başqa) mühasibat hesabatlarının tərkibi əsasən mühasibat balansından, maliyyə nəticələri (mənfəət və zərərlər) və onların istifadəsi haqda hesabatdan, əmlakın, fondların, dövriyyə vəsaitlərinin, xüsusi kapitalın, pul vəsaitlərinin, qeyri-maddi aktivlərin, maliyyə və kapital qoyuluşlarının və sair aktiv və passivlərin hərəkəti haqqında əlavədən ibarətdir.
Mühasibat (maliyyə) hesabatlarının nümunəvi formaları və onların tərtib olunması qaydaları, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmişdir.
Mühasibat hesabatının tərkibi, tərtib və təqdim olunma vaxtından asılı olaraq müəyyən olunur. Müəssisələrin hesabatları rüblük və illik hesabatlara bölünür. Bütün müəssisələr üçün hesabat ili 01 yanvar 31 dekabr daxil olmaqla olan dövr sayılır. Mühasibat hesabatlarındakı məlumatlar sintetik və analitik uçot məlumatlarına əsaslanır.
Mühasibat (maliyyə) hesabatının tərkiblərinə aşağıdakı hesabat formaları daxildir:
- Müəssisənin mühasibat balansı – forma №1.
- Maliyyə nəticələri və onlardan istifadə haqqında hesabat – forma №-2.
- Müəssisə balansına əlavə – forma №5.
«Mühasibat uçotu haqqında» Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin müddəalarına uyğun olaraq göstərilən hesabatlara mühasibat uçotu standartlarına müvafiq olaraq başqa hesabat formaları və izahatlarda əlavə edilə bilər.
Bank, sığorta, vergi və digər dövlət orqanlarında ilkin uçotun aparılması haqda təlimatlarını, mühasibat (maliyyə) hesabatlarını, onların doldurulması qaydalarını Azərbaycan Respublikası Maliyyə Nazirliyinin razılığı ilə təsdiq edirlər.
Müəssisə (xarici investisiyalı müəssisələr istisna olmaqla) rüblük və illik mühasibat hesabatlarını aşağıdakı orqanlara təqdim edir:
– mülkiyyətçilərə (iştirakçılara, təsisçilərə və təsis sənədlərinə də nəzərdə tutulan digər orqanlara);
– dövlət vergi orqanlarına;
– dövlət statistika orqanlarına;
– Azərbaycan Respublikası qanunvericiliyi ilə müəssisənin fəaliyyətinin ayrı-ıyrı sahələrinin yoxlanılması həvalə edilmiş digər dövlət orqanlarına.
Müəssisənin mühasibat (maliyyə) hesabatlarının başqa ünvanlara göndərilməsi təsisedici sənədlərə və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallarda həyata keçirilir.
Müəssisələr kvartallıq mühasibat (maliyyə) hesabatlarını kvartallıq başa çatdıqdan sonra 30 gündən, illik mühasibat (maliyyə) hesabatlarını isə il başa çatdıqdan sonra 90 gündən gec olmayaraq təqdim edirlər.
Xarici investisiyalı müəssisələr illik mühasibat (maliyyə) hesabatını təsisedici sənədlərdə nəzərdə tutulmuş qaydada hesabat ilindən sonrakı ilin mart ayının 15-dən gec olmayaraq, müəssisənin hər bir iştirakçısına (sahibkarlarına), dövlət vergi idarəsi orqanlarına və dövlət statistika orqanlarına təqdim edirlər.
Azərbaycan Respublikasının Nazirlikləri və baş idarələri onların tabeçiliyindəki təşkilatlar üzrə icmal rüblük mühasibat hesabatlarını hesabat dövrü qurtardıqdan sonra 45 gündən, illik mühasibat hesabatlarını isə hesabat ilindən sonrakı ilin aprel ayının 25-dən gec olmayaraq Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinə, Maliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə və Vergi Nazirliyinə təqdim edirlər.
8.2.Mühasibat balansı və onun məzmunu
Mühasibat balansı hesabat dövrünün son gününə müəssisənin və digər təsərüfat subyektlərinin əmlak və maliyyə vəziyyətini əks etdirən maliyyə hesabatı formasıdır. Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq müəssisələrin mühasibat balansının tərtib olunmasında bir sıra dəyişikliklər edilmiş və onun beynəlxalq mühasibat uçotu standartlarına uyğunlaşdırılması nəzərdə tutulmuşdur.
«Mühasibat uçotu haqqında» Qanunun tələblərinə uüğun olaraq Azərbaycan Respublikasının bütün idarə və müəssisəlirndə mühasibat balansı tərtib olunur. Müəssisələrin maliyyə hesabatlarının tərkibi əsasən mühasibat balansından və ona əlavə olunmuş hesabatlardan ibarətdir. (1-ci bölmənin 2-ci fəslinə bax).
Balans tərtib olunarkən əsasən aşağıdakı prinsiplərin həyata keçirilməsi təmin olunmalıdır:
– ilin əvvəlində mühasibat balansında əks olunmuş göstəricilər keçən ilin sonuna olan göstəricilərə (qalıqlara) bərabər olmalıdır;
– mühasibat uçotu qaydalarında müəyyən olunmuş prisiplərdən başqa, balansın aktivində və passivində əks olunmuş maddələrin birinin digəri ilə, yəni mənfəətin zərərlə, debitorun kreditorla əvəzlənməsinə icazə verilmir;
– mühasibat hesabları üzrə qalıqlar balansda cəmlənmiş şəkildə, yəni debet qalığı olan analitik hesabların qalığı (saldo) aktivdə, kredit qalığı olanlar isə passivdə əks olunur;
– mühasibatın balansda əks olunan göstəricilərin doğru və düzgünlüyü, müəssisə əmlakının illik balansının tərtibinədək aparılan inventarlaşma nəticəsi ilə təsdiq olunmalıdır.
Balans maddələri mühasibat uçotunun məlumatları əsasında doldurulur. Bu baxımdan 1 «Mühasibat balansı»nında bütün maddələri mühasibat uçotu hesablarının adı və şifrələrinə uyğun qurulmuşdur. Elə buna görə də bütün hesablarda əks olunmuş qalıqlar balans maddələri üzrə köçürülür.
Mühasibat balansında müəssisənin əmlakı iki formada əks etdirilir. Daha doğrusu balansın aktivində müəssisəyə məxsus olan əmlak və onun quruluşu, passivində isə onların əmələ gəlmə mənbələri, yəni müəssisənin təsərüfat fəaliyyətinin təşkilinə qoyulan vəsaitin həcmi və onun yaradılmasında iştirak edən vəsait mənbələri göstərilir.
Balansın aktivində və passivində əks olunmuş hər bir ünsür balans maddəsi adlanır. Hazırda Azərbaycan Respublikasında tərtib olunan mühasibat balansı aktiv üzrə üç, passiv üzrə isə iki bölmədən ibarətdir.
Balansın aktivinin birinci bölməsində əsas vəsaitlər və sair dövriyyədənkənar aktivlər əks etdirilr. Burada əsas vəsaitlər, qeyri-maddiaktivlər, quraşdırılası avadanlıqlar, başa çatdırılmamış kapital qoyuluşu, uzun müddətli maliyyə qoyuluşları, təsisçilərlə hesablaşmalar, sair dövrüyyədənkənar aktivlər daxildir.
İkinci bölmədə ehtiyatlar və məsrəflər, yəni istehsal ehtiyatları, az qiymətli və tezköhnələn əşyalar, bitməmiş istehsal, hazır məhsul, mallar və sairə əks olunur.
Üçüncü bölməyə pul vəsaitləri, hesablaşmalar və sair aktivlər daxildir. Bu bölmədə malalanlara yüklənmiş mallar, debitorlarla hesablaşmalar, qısa müddətli maliyyə qoyuluşları, pul vəsaitləri (kassa, hesablaşma hesabı, valyuta hesabı və s.) sair dövrüyyə aktivləri və sair əks etdirilir.
Balansın aktivində keçmiş illərin və hesabat ilinə aid olan zərərlər də əks olunur.
Balansın passiv hissəsi iki bölmədən ibarətdir.
Birinci bölmədə xüsusi vəsaitlərin mənbəələri, yəni nizamnamə kapitalı, əlaə kapitalehtiyat kapitalı, yığım və istehlak fondları, keçmiş illərin bölüşdürülməmiş mənfəəti. Müəssisənin hesabat ilindəki mənfəəti, hesabat ilindəki bölüşdürülməmiş mənfəəti əks olunur.
İkinci bölmədə hesablaşmalar və sair passivlər, yəni uzunmüddətli bank kreditləri, uzunmüddətli borclar, qısamüddətli bank kreditləri, kreditorlarla hesablaşmalar, təsisçilərlə hesablaşmalar, gələcək dövrün gəlirləri və sairə göstərilir.
Balansın aktivi və passivi üzrə aparılan, yazılışlarından sonra balansın yekunu müəyyənləşdirilir. Aktiv üzrə balans göstəricilərinin cəmi 360-cı sətirdə əks olunur. Bu sətirdə göstərilən balans yekunu 080, 180, 330, 340 və 350-ci sətirlər üzrə məbləğlərin cəmini təşkil edir.
Passiv üzrə balansın yekunu isə 780-ci sətirdə əks olunur ki, o da 480 və 770-ci sətirlərin cəmini təşkil edir.
Mühasibat uçotunda qəbul olunmuş qaydaya görə balansın aktivi və passivi biri-birinə, yəni sətir 360 = sətir 780 bərabər olmalıdır
8.3.Mühasibat (maliyyə ) hesabatına əlavə olunmuş hesabat formaları
Müəssisənin maliyyə-təsərüfat nəticələrini əks etdirən mühasibat (maliyyə) hesabatına mühasibat balansı ilə birlikdə «Maliyyə nəticələri və onlardan istifadə haqqında hesabat» (forma№2) «Müəssisə balansına əlavə» (forma№5) də əlavə olunur.
Maliyyə nəticələri və onlardan istifadə haqqında hesabatda hesabat dövründə müəssisənin mənfəətinin formalaşması göstəriciləri əks etdirilir. Göstərilən hesabat forması müəssisənin mühasibat balansına əlavə olunan mühüm hesabatdır.
Maliyyə nəticələri və onların istifadəsi haqqında hesabatda müəssisənin hesabat dövründə mənfəət və zərərlərinin müxtəlif mənbələr üzrə (məhsul satışından daxil olan gəlir (satış pulu) satışdankənar əməliyyatlardan əldə edilən gəlir və itkilər, kommersiya xərcləri, mənfəətdən vergilərin ödənilməsi və s.) formalaşması haqqında informasiya verilir. Hesabat aşağıdakı dörd bölmədən ibarətdir:
- Maliyyə nəticələri.
- Mənfəətdən istifadə.
- Büdcəyə ödəmələr
- Mənfəətdən vergi üzrə güzəştlər hesablanarkən nəzərə alınan xərclər və məsrəflər.
Hesabat cədvəlinin birinci bölməsi dörd, ikinci bölməsi üç, üçüncü dörd və dördüncü bölməsi üç sütuna bölünmüşdür.
Hesabatın birinci bölməsində – məhsulların (iş və xidmətlərin), satışından pul ifadəsində mədaxil olunan ümumi gəlir, əlavə dəyər vergisi, aksizlər, satılmış məhsulların istehsal məsrəfləri, satış nəticələri, sair satış nəticələri, satışdan kənar əməliyyatlardan alınan gəlirlər və xərclər, mənfəət və zərərələrin cəmi, balans mənfəəti, yaxud zərəri və maliyyə nəticələri üzrə müəssisələrin sayı göstərilir.
İkinci bölmədə mənfəətdən istifadə – yəni büdcəyə ödəmələr, ehtiyat kapitalı və fonduna, yığım fonduna, istehlak fonduna, xeyriyyə məqsədlərinə və başqa məqsədlərə ayırmalar əks olunur.
Üçüncü bölmədə büdcəyə ödəmələr – yəni əmlak vergisi, mənfəətdən (gəlirdən) vergi, yeraltı sərvətlərdən istifadə və ətraf mühiti çirklənməsi görə ödənişlər, torpaq vergisi, əlavə dəyər vergisi, aksizlər, ixrac gömrük rüsumları, idxal gömrük rüsumları, kəlir vergisi, sair vergilər və iqtisadi sanksiyalar göstərilir.
Dördüncü bölmədə – mənfəətdən vergi üzrə güzəştlər hesablavnarkən nəzərə alınan xərclər və məsrəflər – yəni istehsal və qeyri-istehsal təyinatlı kapital qoyuluşlarının maliyyələşməsinə, elmi-tədqiqit işlərinin aparılmasına, təbiəti mühafizə tədbirlərinin keçirilməsinə, səhiyyə, təhsil, mədəniyyət və sairə xərclər əks olunur.
Mühasibat balansına əlavə olunan digər forma «Müəssisənin balansına əlavə» (Forma №5) adlanır. Həmin formada müəssisənin xüsusi kapitalı və fondlarının hərəkəti, borc vəsaitlərinin hərəkəti, debitor və kreditor borcları, qeyri-maddi aktivlərin tərkibi, əsas vəsaitlərin tərkibi, maliyyə qoyuluşları, sosial göstəricilər, uzunmüddətli investisiya və maliyyə qoyuluşlarının maliyyələşdirilməsi üzrə vəsaitlərin hərəkəti və balansarxası hesablarda uçota alınan qiymətlilər haqqında informasiyalar əks olunur.
Balansa əlavə 9 bölmədən ibarət olub hər biri aşağıdakı kimi xarakterizə olunur:
Birinci bölmədə «Müəssisənin xüsusi kapitalı və fondlarının hərəkəti» ilə əlaqədar olub, müəssisənin nizamnamə kapitalının, əlavə və ehtiyat kapitalının, ehtiyat fondlarının, keçmiş illlərin bölüşdürülmüş mənfəətinin, sosial sahələrə yönəldilən fondlarının vəsaitləri əks etdirilir.
Birinci bölmənin 2-ci hissəsində istehlak fondları, qarşıdakı xərclər və ödəmələr, şübhəli borclar üzrə ehtiyatlar (sətr 140, 150, 160) göstərilir.
İkinci «Borc vəsaitlərinin hərəkəti» bölməsində uzun və qısamüddətli kreditlər və istiqrazlar formasında alınan və vaxtında ödənilməyən vəsaitlər əks olunur. Bölmə balansda əks olunan qaydada qurulmaqla borc vəsaitlərinin hesabat dövrünün əvvəlinə olan hesabat dövründə alınmış ödənişin və ilin sonuna olan qalıqın məbləğini özündə əks etdirir. Bank kreditləri və alınmış istiqrazların bölməsində əks etdirilməsində analitik uçotun məlumatlarından istifadə edilir. Bu zaman hər bir maddənin göstəricilərinin mühasibat uçotunun dəqiqliyini təmin etmək üçün 90 «Qısamüddətli bank kreditləri», 92 «Uzunmüddətli bank kreditləri», 93«İşçilər üçün bank kreditləri», 94«Qısamüddətli borclar» hesablarında əks olunmuş məlumatlardan istifadə etmək mühüm rol oynayır.
Üçüncü «Debitor və kreditor borcları» bölməsində bir ilə qədər, bir ildən artıq və digər vaxtı keçmiş debitor borcların hərəkəti əks olunur. Bu bölmənin göstəriciləri 60 «Malsatan və podratçılarlı hesablaşmalar», 61«Verilmiş avanslar üzrə hesablaşmalar», 70 «Əməyin ödənişi üzrə işçi heyyəti ilə hesablaşmalar», 71 «Təhtəlhesab şəxslərlə hesablaşmalar», 76 «Müxtəlif debitor və kreditorlarla hesablaşmalar» və sairə əlaqədar sintetik və analitik hesablarda əks olunmuş yazılışlar əsasında tərtib ounur.
Dördüncü «Qeyri-maddi aktivlərin tərkibi» və beşinci «Əsas vəsaitlərin hərəkəti» bölmələrində qeyri – maddi aktivlər və əsas vəsaitlərin növləri və qrupları üzrə əks olunur. Bu bölmədə ifadə olunan göstəricilər 01 «Əsas vəsaitlər», 02 «Əsas vəsaitlərin köhnəlməsi», 04 «Qeyri – maddi aktivlər», 05 «Qeyri-maddi aktivlərin köhnəlməsi» hesablarındakı göstəricilər əsasında tərtib olunur
Altıncı «Maliyyə qoyuluşları» bölməsində hesabat ilinin əvvəlinə və sonuna uzun və qısamüddətli maliyyə qoyuluşlarının, onların növləri üzrə əks olunur. Bu məlumatların tərtib olunmasında 06 «Uzunmüddətli maliyyə qoyuluşları», 58 «Qısamüddətli maliyyə qoyuluşları» hesablarına aid olan subhesabların yazılışlarından istifadə edilir.
Yeddinci «Sosial göstəricilər» bölməsində sosial ehtiyaclara ayırmalar, yəni sosial sığorta fonduna, məşğulluq fonduna ayırmalar əks olunur. Bu bölmədə istehlaka yönəldilmiş vəsaitlər, o cümlədən əmək ödənişləri xərcləri, pül ödənişləri və mükafatlar, müəssisə əmlakından olan səhm və əmanətlərdən gəlirlər göstərilir. Bölmənin 750-ci sətrində işçillərin orta sayı da əks olunur.
Səkkizinci «Uzunmüddətli investisiya və maliyyə qoyuluşlarının maliyyələşdirilməsi üzrə vəsaitlərin hərəkəti» bölməsində uzunmüddətli kapital qoyuluşu və digər maliyyə qoyuluşları əks etdirilir.
Hesabat formasının 4-cü sütununda hesabat dövrü ərzində hesablanmış müəssisənin özünəməxsus vəsaiti əks olunur. Burada əsas vəsaitlər, qeyri-maddiaktivlərə il ərzində hesablanmış amortizasiya,yığım və mənfəət fonduna ayırmalardan ibarət və müəssisənin sərəncamında kapital qoyuluşu və digər uzunmüddətli maliyyə qoyuluşlarına istifadə olunan vəsaitlər göstərilir. Formanın 2-ci sütununun 820-ci sətrində bank kreditlərindən, istiqraz, başqa müəssisələrdən borc alınmış vəsaitlər, tikintidə iştirak payı, büdcədən kənar fondlardan və sairdən cəlb olunmuş vəsaitlər əks olunur.
Hesabat formasını «İstifadə edilib» adlı 5-ci sütununda faktiki olaraq 06 «Uzunmüddətli maliyyə qoyuluşları», 07 «Quraşdırılası avadanlıqlar», 08 «Kapital qoyuluşları» və 61 «Verilmiş avanslar üzrə hesablaşmalar» hesablarında əks olunmuş vəsaitlər göstərilir.
Doqquzuncu «Balansarxası hesablarda uçota alınan qiymətlilər haqqında arayış» bölməsində balansarxası hesablarda əks olunan vəsaitlər və öhdəliklər göstərilir. Buraya icarəyə götürülmüş əsas vəsaitlər (001), məsuliyyətli mühafizəyə qəbul olunmuş mal-material qiymətliləri (002), komissiyaya qəbul edilmiş mallar (004), zərərə silinmiş ümüdsüz debitor borcları (007) daxil edilir. Beləliklə bu bölmədə əks olunmuş məlumatlar müəssisə əmlakı sayılmayan, lakin onun maliyyə-təsərüfat fəaliyyətinə təsir edən göstəriciləri qiymətləndirmək üçün istifadə olunur.
8.4.İllik ıımühasibat (maliyyə) hesabatına əlavə edilən izahatlı arayış
Bir qayda olaraq müəssisələrin illik mühasibat (maliyyə) hesabatına (kiçik müəssisələr istisna edilməklə) izahatlı arayış əlavəsi təqdim olunmalıdır. «Mühasibat uçotu haqqında» Lakin, uzun illərin təcrübəsində, izahat xarakterli arayışın illik mühasibat (maliyyə) hesabatının tərkibində təqdim olunmasına və onun çox faydalı nəticələr verməsinə baxmayaraq Azərbaycan Respublikasının «Mühasibat uçotu haqda» Qanununda mühasibat (maliyyə) hesabatının tərkibində belə bir arayışın tərtib olunması müəyyən olunmamışdır. Qeyd edək ki, bu təcrübə iqtisadi cəhətdən yüksək səviyyədə inkişaf etmiş və bazar iqtisadiyyatı şəraitində işləyən ölkələrdə də istifadə olunur.
İzahatlı arayış-illik mühasibat (maliyyə) hesabatına əlavə olmuş sərbəst hesabat forması olduğundan, müəssisənin bütün iqtisadi maliyyə-təsərüfat bölmələrinin iştirakı ilə tərtib olunur. Bu sənədin göstərilən əhəmiyyətini nəzərə alaraq onun tərtib olunması ilə əlaqədar informasiya normaları müəyyən olunmuşdur. Bu normalar tərtib olunan izahlı arayışda müəssisənin bütün istehsalının, təsərüfat-maliyyə fəaliyyətinin və balansda əks olunmuş göstəricilərin ətraflı şərh və təhlil edən məzmuna malik olmasını tələb edir.
İzahatlı arayışda mühasibat uçotu standartları və onların prinsiplərini əhatə edən məlumatlarəks olunmalıdır. Arayışda müəssisənin cari, investisiya və maliyyə fəaliyyəti, hesabat ilində təsərrüfat-maliyyə fəaliyyətinə təsir edən amillər, illik hesabat nəticələrinin qiymətləndirilməsi və müəssisənin sərəncamında qalan mənfəətin bölüşdürülməsi, baş vermiş itkilərin səbəbləri şərh olunmalıdır.
İzahatlı arayışın aşağıdakı formada tərtib olunması məqsədəuyğun hesab edilə bilər:
- Müəssisə təşkilati quruluşuna dair məlumat.
- Uçot siyasətinin açıqlaması və onun əsas prinsipləri.
- Hesabat ili ərzində müəssisənin əsas fəaliyyətini əhatə edən göstəricilərinin xarakteristikası.
- İstehsalat, təsərüfat-maliyyə göstəriciləri və onların təhlili.
Müəssisənin təşkilati quruluşuna aid olan məlumatda müəssisənin tam adı, təşkilati-hüquqi forması, yerləşdiyi ünvanı, dövlət qeydiyyatından keçməsinə dair məlumat, nizamnamə kapitalının həcmi, səhmdarların siyahısı, müəssisə fəaliyyətində iştirak edən böyük həcmli kommersiya və digər müəssisələrə dair məlumatlar əks olunmalıdır.
Uçot siyasətinin açıqlanması və onun əsas prinsipləri bölməsində müəssisədə aparılan mühasibat uçotunun forması, prinsipləri və standartları, materia l-istehsal ehtiyatlarının uçotunun aparılmasına dair informasiyalar, uçot siyasətinin elementləri, hesabat ili dövründə uçot siyasətindəki dəyişikliklər əks olunur.
Hesabat ili ərzində müəssisənin əsas fəaliyyəti göstəriciləri bölməsində cari, investisiya və maliyyə fəaliyyəti, məhsul satışının həcmi, göstərilən işlər və xidmətlər, müəssisənin hesabat ilində sərf etdiyi investisiya, əmlak və maliyyə vəziyyətinin dəyişilməsi və onun səbəbləri mühasibat hesabatından istifadə edən maraqlı şəxslərin istifadəsi üçün əlavə məlumatlar göstərilir.
İstehsalat təsərüfat-maliyyə göstəriciləri və onların təhlili bölməsində hesabat ili dövründə aparılan analitik təhlil və hesabat formalarından istifadə etməklə müəssisənin bütün iş fəaliyyətinin qiymətləndirilməsi, bazar münasibətlərində onun mövqeyi, işgüzar fəaliyyəti ətraflı göstərilməlidir.
Bu göstəricilər sistemində müəssisənin əsas vəsaitinin, qeyri-maddi aktivlərinin, maliyyə qoyuluşlarının, debitor və kreditor borclarının vəziyyətini əks etdirən əsaslı informasiyalar, həmiçinin müəssisənin istehsal gücünün daha da genişlənməsi üzrə aparılan əməliyyatlar əks olunmalıdır. Belə məlumatlar müəyyən analitik şərhli cədvəllərin əlavə olunması ilə də ətraflı genişlənə bilər. Məlumatlarda məhsul satışından daxil olan pul vəsaiti, balans mənfəəti, təmiz gəlir, müəssisənin əsas fəaliyyəti üzrə rentabellik, əmlakın vəziyyətini xarakterizə edən, maliyyə vəziyyəti göstəriciləri şərh olunmalıdır.
İllik mühasibat (maliyyə) hesabatına izahatlı arayışda müəssisənin gələcək dövrü üçün mühüm iqtisadi və maliyyə göstəricilərinin perspektivlər əks etdirən informasiyalar (bir neçə il ərzində), investisiyanın həcmi, maliyyə qoyuLuşu, iqtisadi faydalılığın artırılması və mühasibat hesabatının hazırlanıb qurtardığı vaxtdan, təqdim olunduğu qədər yaranmış yeni nəticələrə dair əlavə təkliflər də göstərilməlidir.
- İqtisadi informasiya sistemində hesabatın nə kimi rolu vardır?
- Mühasibat (maliyyə) hesabatının tərkiinə hansı hesabat formaları daxildir?
- İllik mühasibat (maliyyə) hesabatının tərtibinə qədər hansı hazırlıq işləri yerinə yetirilməlidir?
- Hansı balans növləri mövcuddur?
- Balansın əsas konsepsiyasını izah edin?
- Balansın aktiv və passiv maddələri necə qiymətləndirilir?
- Balansın ümumi bölmələri necə qiymətləndirilir?
S.m.sbzliyev mühasibat maliyy hesabat yeni
Mühasibatlıq ixtisası bir müəssisənin gələcək inkişaf perspektivlərini müəyyən edən əsas sahələrdən biridir. Müəssisələr cari dövr ərzində maliyyə vəziyyətlərini müəyyənləşdirərkən və eyni zamanda gələcək fəaliyyətləri barəsində qərar verərkən mühasib və auditlərin verdiyi məlumatlara əsasən hərəkət edirlər. Belə ki, mühasibat uçotu və audit şöbəsinin verdiyi qərarlar müəssisənin mövcud vəziyyətini ifadə etməklə qalmayıb, eyni zamanda gələcək investisiya qərarlarının verilməsinə kömək edir. “Mühasibat” ixtisasının əsas məqsədi tələbələrə şirkətlərdə maliyyə menecmenti işinin təhlili, mənfəətin planlaşdırılması və ona nəzarət edilməsi, nəğd pulların idarə edilməsi, əsas maliyyə cədvəlləri, iki tərəfli qeydiyyat, aktiv öhdəlik, kapital anlayışı və qeydiyyatının aparılması yönündə bilik və bacarıqlarını qazandırmaqdır. Müxtəlif maliyyə təşkilatlarında mühasiblərə ehtiyac duyulur. Bunlara sığorta agentlikləri, vergi müfəttişlikləri, pensiya fondları daxildir. Bundan əlavə, bu mütəxəssislərə sənaye, tibb, nəqliyyat və bir çox fəaliyyət sahələrində ehtiyac duyulur. İnformasiyanı necə təhlil etməyi, sintez etməyi, ümumiləşdirməyi bacaran insanın yaxşı mühasib olmaq şansı var. Bu ixtisas yaxşı riyazi bacarığı olan eləcədə iqtisadiyyat və hüquq ilə maraqlananlar üçün uyğundur.
Bu ixtisas sahibi nə işlə məşğul olur? (iş öhdəlikləri)
- ➝ Vergi, statistika və DMFS ( Dövlət Sosial Müdafiə Fondu) hesabatlarının hazırlanması;
- ➝ Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsi;
- ➝ Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registerlərində) düzgün əks etdirilməsi;
- ➝ Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
- ➝ Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik etmək;
- ➝ Əməkhaqqı və məzuniyyətlərin hesablanması;
- ➝ Anbar hesabatlarının hazırlanması və onlara nəzarət.
Auditor üçün öhdəliklər:
- ➝ Maliyyə və mühasibatlıq üzrə audit yoxlamalarını aparmaq ;
- ➝ Təftiş komissiyalarının işi ilə əlaqədar daxili audit xidmətlərinin hesabatlarını və digər sənədləşməni aparmaq;
- ➝ Rüsumların, vergilərin və ödənişlərin düzgünlüyünün yoxlanılması;
- ➝ İlkin və mühasibatlıq sənədlərinin, haq-hesabların, ödəmə öhdəliklərinin və qaydalarının nəzarəti.
Harada bu ixtisasa sahiblənmək olar?
Dövlət Universitetləri:
- ➝ Azərbaycan Dövlət Aqrar Universiteti
- ➝ Azərbaycan Dövlət İqtisad Universiteti (Bakı, Zaqatala filialları)
- ➝ Azərbaycan Texnologiya Universiteti (Gəncə şəhəri)
- ➝ Bakı Mühəndislik Universiteti
- → Bakı Avrasiya Universiteti
- ➝ Gəncə Dövlət Universiteti
- ➝ Lənkəran Dövlət Universiteti
- ➝ Mingəçevir Dövlət Universiteti
- ➝ Naxçıvan Dövlət Universiteti
- ➝ Sumqayıt Dövlət Universiteti
Özəl Universitetlər:
- ➝ Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası
- ➝ Azərbaycan Kooperasiya Universiteti
- ➝ “Azərbaycan” Universiteti
- ➝ Bakı Biznes Universiteti
- ➝ Qərb Universiteti
- ➝ “Naxçıvan” Universiteti
- ➝ “Odlar Yurdu” Universiteti
- → Xəzər Universiteti
Bu ixtisas üzrə harada çalışmaq olar?
- ➝ İqtisadiyyat və Maliyyə Nazirlikləri başda olmaqla müxtəlif nazirliklərdə
- ➝ Dövlət müəssisələrində
- ➝ Böyük Dördlükdə (EY, KPMG, Deloitte, PwC) və s. çalışa bilərlər.
- ➝ Bununla belə demək olar ki, istiqamətindən asılı olmayaraq bütün şirkətlər mühasib və auditlərə ehtiyac duyur.
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
- ➝ İlk növbədə, beynəlxalq standartlaşdırılmış hesablama sistemlərinin öyrənilməsi;
- ➝ Maliyyə qanunvericiliyini mükəmməl bilmək;
- ➝ Maliyyə sənədlərinin hazırlanmasının xüsusiyyətləri barədə biliklər;
- ➝ Microsoft Excel, Word və 1C proqramı üzrə dərin biliklər;
- ➝ Hesablama işlərini sevmək ;
- ➝ Diqqətli olmaq;
- ➝ Detallara diqqət yetirməyi bacarmaq;
- ➝ Dürüst və obyektiv olmaq;
- ➝ Analitik düşüncəyə sahib olmaq;
- ➝ Məsulliyətli olmaq;
- ➝ Stressli vəziyyətlərdə işləməyi bacarmaq;
- ➝ Məxfilik və davranış peşəkarlığı.
- ➝ ACCA beynəlxalq sertifikatlarını əldə etmək. (ACCA sertifikatına sahib olmaq yerli iş bazarında mütəxəssislərin rəqabət qabliyyətini artırır və gələcəkdə yüksək vəzifə tutmalarında əsas rollardan birini oynayır. Əlavə olaraq beynəlxalq standarları mənimsəyərək, xaricdə işləmək şansını artırmaq üçün uğurlu bir addım sayılır. Gələcəkdə kariyerasını maliyyə, mühasibatlıq və audit sahəsində qurmaq və ya davam etdirmək istəyində olan hər bir kəsə bu sertifikatı almaq məqsədə uyğundur).
İxtisasın gələcəyi
Hal-hazırda bu ixtisasa böyük tələbat olsa da, gələcəkdə texnologiyanın asanlıqla insanları əvəz edə biləcəyi sahələrdən hesab edilir. Bununla belə, bu yöndə son yaradılan texnologiya və texnikalarla yaxından tanış olanaraq onlarla işləmək bacarığına yiyələnildiyi halda gələcəkdə bu sahə üzrə tələbatlı mütəxəssislərdən ola bilərsiniz.
Əmək haqqı
İxtisas üzrə məvaciblər peşə sahibinin təcrübə və bacarıqlarından asılı olaraq dövlət sektorunda 250 – 2000 AZN, özəl sektorda isə 300 – 5000 AZN aralığında dəyişməkdədir.
Qeyd: 2019-cu il 15 sentyabr tarixli qərarla “Mühasibat uçotu və audit ixtisası” ləğv olunaraq “Mühasibat” ixtisası yaradılmışdır.
Comments are closed, but trackbacks and pingbacks are open.