Press "Enter" to skip to content

Sabir azəri sonsuzluq.

Ovulyasiyanın induksiyası. Ovulyasiyanın pozulması ilə müşayiət olunan endokrin mənşəli sonsuzluqda istifadə olunur. Belə xəstələrə dominant follikulun böyüməsini və ovulyasiyanı təmin edən dərman preparatları təyin edilir.

Sonsuzluq

Sonsuzluq – 1 il ərzində qorunmadan aktiv cinsi həyat yaşayan qadının hamilə qala bilməməsidir. Son illərdə bu ağır diaqnozla qarşılaşan cütlüklərin sayı artmaqdadır. Aşağıda Sizi sonsuzluğun səbəbləri, növləri və müalicəsi ilə tanış edəcəyik.

Birincili sonsuzluq

Bu patologiya qadının heç bir zaman hamiləlik keçirməməsi ilə xarakterizə olunur. Onun əsasında cinsi orqanların anadangəlmə inkişaf anomaliyaları, genetik və xromosom qüsurları dayanır.

İkincili sonsuzluq

Bu problem “qazanılmış” hesab olunur. Belə vəziyyətlərdə qadın keçmişdə hamilə qalsa da, yenidən ana ola bilmir. İkincili sonsuzluğa somatik xəstəliklər, psixi patologiya, ətraf mühit amilləri səbəb olur.

Sonsuzluq faktorları

Sonsuzluğun boru faktoru

Uşaqlıq borularının keçiriciliyi pozulduqda meydana çıxır. Bununla əlaqədar spermatozoid yumurtahüceyrəyə çata bilmədiyindən mayalanma baş vermir. Sonsuzluğun bu növünün diaqnostikasında histerosalpinqoqrafiya (uşaqlıq borularının keçiriciliyinin rentgenoloji üsulla yoxlanılması), exosalpinqoqrafiya (boruların ultrasəs müayinəsi) və laparoskopiya aparılır.

Kişi faktoru

Kişi sonsuzluğunun başlıca səbəblərinə neyro-psixoloji faktor, anadangəlmə anomaliyalar, genetik amillər, infeksiya, intoksikasiya, xarici mühitin təsiri, yüksək və yaxud aşağı temperatur, dərman preparatlarının və spirtli içkilərin qəbulu aiddir. Bu faktorun aşkarlanmasında spermoqramma mühüm yer tutur.

Sonsuzluğun qadın faktoru

Hər hansı orqan və sistemin fəaliyyət pozğunluğu ilə bağlı olmur. Həkimlər onu funksional sonsuzluq adlandırırlar. Qeyd olunan forma adətən stress, ailədaxili münaqişələr fonunda sinir sisteminin pozulması nəticəsində yaranır.

Sonsuzluğun bu forması uşaqlığın quruluşu və yoxluğu ilə bağlı patologiyalar fonunda əmələ gəlir. Əvvəllər belə qadınların heç bir zaman ana ola bilməyəcəyi hesab olunurdu. Hazırda isə bu problem süni mayalanma və surroqat analıq üsulu ilə asanlıqla aradan qaldırılır. Uşaqlıq mənşəli sonsuzluq kiçik çanaq orqanlarının USM, ehtiyac olduqda histereskopiya, laparoskopiya ilə üzə çıxarılır.

Endokrin sistemin fəaliyyətindəki kənaraçıxmalarla əlaqəlidir. Hormonal fonun pozulması cinsi hüceyrələrin formalaşmasına, inkişaf və yetişməsinə təsir göstərir. Belə hallarda ovulyasiya olmur, mayalanmaya hazır yumurtahüceyrələr yaranmır. Bu səbəbdən hamiləlik baş tutmur.

Endometriumun uşaqlıq boşluğundan kənarda artıb çoxalması ilə səciyyələnir. Bu xəstəlikdə spermatozoidlərin uşaqlıq boruları ilə hərəkəti və yaxud döl yumurtasının uşaqlığa implantasiyası pozulduğundan hamiləlik müşahidə edilmir.

Yumurtalıqların xəstəliyi olub, dominant follikulun böyüməməsi və nəticədə aktiv yumurtahüceyrələrin yetişməməsi ilə xarakterizə edilir.

Yaşlı qadınlarda anovulyator sikl baş verdiyindən yumurtahüceyrənin spermatozidlə birləşməsi mümkün olmur. Həmçinin ananın yaşı 35-i keçdikdə embrionda xromosom anomaliyalarının yaranma ehtimalı yüksəlir.

Mənşəyi bilinməyən sonsuzluq

Buna tibbdə “idiopatik sonsuzluq” deyilir. Onun diaqnostika və müalicəsi mürəkkəbdir. Sonsuzluğun bu formasına nadir hallarda rast gəlinir.

Sonsuzluğun diaqnostikası

Xəstə ginekoloqa müraciət edərkən anamnez toplanılır. Sonsuzluğun müddəti, keçmişdə hamiləlik və doğuşun olub-olmaması müəyyən edilir. Bundan əlavə həkim hansı müalicə üsullarının aparıldığını dəqiqləşdirir. Sonra ginekoloji müayinə aparılır və aşağıdakı üsullar təyin edilir:

  1. Kiçik çanaq orqanlarının ultrasəs müayinəsi
  2. Hormonal analizlər
  3. Ümumklinik üsullar: qan və sidik analizi, uşaqlıq boynunun sitoloji müayinəsi, bakteriskopik, bakterioloji müayinə
  4. Ehtiyac olduqda uşaqlıq borularının keçiriciliyinin yoxlanılması.

Müayinənin nəticələrinə əsasən sonsuzluğun səbəbi aşkarlanır və effektiv müalicə üsulu təyin edilir.

Sonsuzluğunun müalicəsi

Sonsuzluğun korreksiyasında müxtəlif metodlar tətbiq edilir. Uşaqlıq mənşəli sonsuzluq hallarında cərrahi üsullar (histeroskopiya, laparoskopiya) aparıla bilər.

İnfeksion xəstəliklərin terapiyasında antibiotiklər və iltihabəleyhinə preparatlardan istifadə edilir.

Psixogen sonsuzluq zamanı psixoterapiya müsbət nəticələr verir.

Sonsuzluğun kişi faktorunda androloq səbəbi üzə çıxarır və müvafiq müalicə təyin edir.

Həmçinin sonsuzluq zamanı köməkçi reproduktiv texnologiya effektiv sayılır. Onlara aşağıdakılar aiddir:

Süni mayalanma. Son zamanlarda ən çox tələb olunan metoddur. Bu üsulun mahiyyəti yumurtahüceyrələrin laborator şəraitdə mayalandırılmasınan və hazır embrionun ananın uşaqlığına köçürülməsindən ibarətdir.

İnseminasiya (aşılama). Bu zaman spermatozoidlər uşaqlıq boşluğuna yeridilir. Adətən kişi sonsuzluğunda məsləhət görülür.

Ovulyasiyanın induksiyası. Ovulyasiyanın pozulması ilə müşayiət olunan endokrin mənşəli sonsuzluqda istifadə olunur. Belə xəstələrə dominant follikulun böyüməsini və ovulyasiyanı təmin edən dərman preparatları təyin edilir.

Sadalanan üsullar qadına hamilə qalmağa imkan verir. Əsas odur ki, peşəkar həkimə müraciət edin.

Sabir azəri sonsuzluq.

Sabir Azəri həyata vida etdi

Yazıçı Sabir Azəri ( Sabir Əli oğlu Tatlıyev ) srağagün həyata vida etmişdir . Gözəl nasir və tərcüməçi kimi tanıdığımız Sabir Azəri bu dünyada 72 illik bir ömür yaşadı . Ürək bu yaşında vəfasızlıq elədi . Halbuki onun reallaşmamış yaradıcılıq planları vardı .

Sabir Azəri Qazaxın Dağ Kəsəmən məktəbini bitirmiş (1954), elə həmin il Azərbaycan Dövlət Universiteti filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olmuşdur . 3-cü kursda oxuyarkən DTK tərəfindən həbs olunmuş və ona iş kəsilmişdir . Çünki Nikita Xruşşov və Anastas Mikoyanı açıq şəkildə və tam haqlı olaraq 37-ci ilin repressiyasında təqsirləndirmək cəsarətində bulunmuşdu .

Sonralar ali məktəbə bərpa olunur . Artıq həyata tamam başqa gözlə baxan bu gənc əvvəl ” Azərbaycan gəncləri ” qəzeti və Azərbaycan radiosu üçün materiallar hazırlayır , mətbuatda sıx-sıx çap olunur . Daha sonra Teleradio Komitəsində Ədəbi -Dram Verilişləri proqramında və həftəlik ” Danışır Bakı ” proqram-qəzetində çalışır (1962-1966-cı ilin sonu ). 1967-ci ilin yanvarından isə o çağda ədəbi mühitin populyar ” Ədəbiyyat və incəsənət ” qəzetinin publisistika şöbəsinə müdir gətirilir .

Sabir Azəri 1968-ci ilin yazından 1992-ci ilin sonunadək nüfuzlu ” Ulduz ” ədəbi dərgisində nəsr şöbəsinin müdiri , məsul katib , yəni faktik olaraq baş redaktorun müavini işləyir . Dərgidə 1971-ci ildə baş redaktor müavini ştatı təsis edildikdə , Sabir Azəri bu vəzifəyə təyin edilir və öz ərizəsi ilə işdən gedənə qədər bu vəzifədə çalışır . 1992-ci ildən təqaüddə idi .

Sabir Azəri 1969-71-ci illərdə ” Kar qaya “, ” Yol üstündə toy”, ” Sarı at” povestlərindən ibarət trilogiyasını nəşr etdirir . Yazıçının təbirincə desək , ” Üç povestdən ibarət roman” ” Qızıl oraq ” mükafatına layiq görülür .

Bu orijinal üslublu yazıçının sonralar da xeyli sayda povestləri – ” Gecə məşəl yanır “, ” İlk təkan “, ” Duman çəkilir “, ” Günəşə sarı gedəndə “, ” Qorxu ” və romanları – ” Dalanda “, ” Sonsuzluq “, ” Mən DTK- nın təcridxanasında yatmışam ” işıq üzü görür . Onun 1991-ci ilə qədər Bakıda , Moskvada və başqa müttəfiq respublikalarda 30-dan çox kitabı nəşr olunmuşdu . Əsərləri ingilis , ispan , alman , fin, hind, polyak , türk dillərinə çevrilmişdir . Özü isə Rəsul Həmzətovun məşhur ” Mənim Dağıstanım ” əsərinin birinci hissəsini azərbaycancaya çevirmişdi .

Yazıçının ” Dalanda ” povesti 1990-cı ildə əvvəlcə Moskvada ” Sovetskiy pisatel ” nəşriyyatında , daha sonra isə bütün dünyada ən böyük tirajlı nəşr olan (1,05 milyon nüsxə ) “Roman- qazeta”da yayımlanır .

Sabir Azəri çoxlu sayda hekayələrin müəllifidir . Yazıçının ssenarisi əsasında ” Azərbaycanfilm ” studiyası ” Köhnə bərə ” bədii filmini çəkmişdir . ” Duman çəkilir ” pyesi isə Mingəçevir Teatrında tamaşaya qoyulmuşdur . Son vaxtlar çağdaş həyatımızdan bəhs edən ” Qullar ” povesti üzərində işlədiyini deyirdi .

Sabir Azəri hər zaman fəal həyat mövqeyini bildirən , aktual ictimai-siyasi məsələlərdən özünü kənarda tutmayan bir ziyalı , bir vətəndaş idi .

Allah rəhmət eləsin !

Comments are closed, but trackbacks and pingbacks are open.