Press "Enter" to skip to content

Hüsniyyə dən Puşkin ədək – FOTO

itki və tələfatların qiymətləndirilməsi üzrə

Sadiq şükürov gəncənin tarixi abidələri

Hoçaz kəndi Laçın rayonunun ən qədim yaşayış mərkəzlərindən biridir. Bu ərazi tarixi baxımdan hələ tam öyrənilmədiyindən bu ərazinin tarixi barədə hələ tam və qəti fikir söyləmək mümkün deyildir. 1992-ci il erməni işğalından sonra ermənilər Hoçaz kəndinin adını dəyişdirərək Hunçak bəzən Hoçany bəzən də Xoçes adlandırırlar.

Hoçaz kəndində I-II əsrə aid olan ilk insan məskəni sayılan mağara, yaxşı vəziyyətdə dövrümüzə qədər gəlib çatmışdır. Üzərindən min illər keçsə belə abidə heç bir təbiət hadisələrinin təsirinə məruz qalmamışdır. Mağara V-IX əsrlərdə yenilənməyə məruz qalmış, divarlarda 200-dən çox oyuqlar qazılmış, mağaranın içərisini işıqlandırmaq üçün bir neçə yerdən baca (deşik) açılmışdır.

Höçaz kəndindən, Höçaz qayası (dağı) istiqamətində, diqqətəçatacaq qədər sayca çox qədim yaşayış yerlərinin qalıqları, istehkamlar, siklop tipli memarlıq abidələrinin qalıqları, çoxlu sayda kurqanlar ermənilər tərəfindən istismar edilir.

Böyük tarixi əhəmiyyəti olan abidələr o cümlədən bir çox bədii daş nümunələri yazı nümunələri Hoçaz kəndini illərdir ermənilərin diqqət mərkəzində saxlayır.

Ermənilər bu kəndin də tarixi erməni “ərazilərinə” aid olduğunu təbliğ etmək üçün, özlərinin ənənvi metodlarından yəni bu ərazilərə erməni dilində daş yazı nümunələri basdırmaqla “sübut” etməyə çalışırlar.

Hoçaz kəndinin ərazisində antik dövrlərə aid olan qala tikintisi, Qafqaz Albaniyası dövrünə aid birnefli Sovmə və eləcə də sujet xarakterli daş oymalar, at qoç fiqurları və digər bədii daş sənətinin unikal nümunələri mövcuddur.

Kəndin mərkəzində yerləşən tikintisi XII-XIII əsrə güman edilən Qafqaz Albaniyası dövrünə aid ikinefli Bazilikanın ümumi ölçüsü 13,40×8,15 m divarlarının qalınlığı 105-110 sm-dir. Abidənin cənub fasadının üzərindəki yazılı daş 1995-ci ildə ermənilər tərəfindən dəyişdirilmişdir. Abidənin tikintisində pud daşlardan və əhəngdən istifadə olunmuşdur.

Ermənistan hökuməti 2007-ci ildən öz qərarı ilə buradakı alban abidəsinə erməni kilsəsi statusu verib.

Hoçaz kəndinin etnik tərkibi bütün dövrlərdə azərbaycanlılardan ibarət olmuşdur. Əhalinin əsas məşğuliyyəti bostançılıq, bağçılıq və heyvandarlıq idi. Əhalinin yaşayış evləri kahalardan, qara damlardan və sonralar müasirləşən tipik kənd evlərindən ibarət idi.

Faiq İsmayılov

Azərbaycan Nazirlər Kabineti yanında

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki

itki və tələfatların qiymətləndirilməsi üzrə

İşçi Qrupun eksperti

“Hüsniyyə”dən “Puşkin”ədək – FOTO

Gəncənin həm məscid, həm mədrəsə, həm də kitabxana kimi fəaliyyət göstərən abidəsi haqda bilmədiklərimiz.

“Tatlar” və “Hüsniyyə” məscidi, “Nizami-Puşkin” kitabxanası. Adlar fərqli olsa da, söhbət bir məkandan gedir. 1880-ci illərin sonunda inşa edilən, həm məscid, həm mədrəsə, həm də kitabxana kimi fəaliyyət göstərən bir binanın tarixindən Gülnar Fazilqızı söhbət açacaq.

Kəpəz TV (Region TV) xəbər verir ki, Gəncənin Hüseyn Cavid küçəsində yerləşən bu bina XIX əsr abidələri içərisində ən gəncidir. Bina 1886-cı ildə inşa edilib. Xalq arasında “Tatlar” məscidi kimi tanınsa da, mehrabındakı kitabədə əsl adının “Hüsniyyə” olduğu qeyd edilir. Professor Sadiq Şükürov “Gəncənin tarixi abidələrindən” kitabında yazır: “Tikilidə ornamentlərin olması, pəncərələrinin böyüklüyü abidənin məscid yox, mədrəsə, mehmanxana məqsədi ilə tikildiyini söyləməyə haqq verir. Çünki şərq aləmində dini abidələri nəbati ornamentlərlə bəzəmək qadağan idi”.

Lakin bu binadan uzun müddət məscid kimi istifadə edilib. Mehrabın zehlərindəki yazılar da bunu sübut edir.

Abidənin mehrabında hələlik yaxşı oxunan 3 kitabə var. Onlardan birində belə yazılıb: “Bu məscidin yerini öz mülkündən, torpağından şahzadə Bərmən Mirzənin qızı Səbiyyə xanım vəqf edib. Burada yaşayan başqa səxavət sahibləri də binanın tikilməsinə xərc çəkiblər”.

Binadan məscid kimi istifadə etmək üçün mehrab ona sonradan qondarılıb. Lakin qibləsi düzgün alınmadığından o, naqis çıxıb. Cənubdan-qərbə bir barmaq maili olan mehrabın əyrisini isə Fani təxəllüslü Mirzə Sadıq düzəltməyə cəhd göstərib. Ümumiyyətlə, abidənin tikilməsində bir neçə nəfər iştirak edib. Bir ustanın işini sonacan görə bilməməsinin səbəbini isə maddi çətinliklə əlaqələndirirlər. XIX əsrin sonlarında “Hüsniyyə”nin otaqları A.S. Puşkinin anadan olmasının 100 illiyi şərəfinə kitabxana kimi istifadə olunmağa başlayır. Lakin bu çox uzun çəkmir.

Sadıq Şükürov öz kitabında bu haqda belə qeyd edir: “1905-ci il burjua inqilabının müvəffəqiyyətsizliyi, Stolıpin irticası mədəni-maarif ocaqlarının bağlanmasına təsir göstərir. Kitabxananın otaqları alınaraq, məscidə geri verilir”.

1920-ci ildə isə kitabxananın fəaliyyəti “Nizami-Puşkin” adı altında yenidən bərpa olunur. Xalq rəssamı Toğrul Nərimanbəyov Nizaminin yubileyi ərəfəsində binanın içəri divarında iki dahi şairin şəkillərindən ibarət rəsm nümunəsi də yaradıb.

Hazırda isə kitabxana Azərbaycanın dahi şairi Nizami Gəncəvinin adını daşıyır. Burada Gəncə şəhər Mərkəzi Kitabxana Sisteminin 19 saylı filialı və uşaq şöbəsi fəaliyyət göstərir. 19 saylı filialın fonduna 10 minə yaxın kitab daxildir. İl ərzində buradakı ədəbiyyatdan 2500-ə yaxın oxucu faydalanır. İki ildir burada fəaliyyət göstərən uşaq şöbəsinin oxucusu isə daha çoxdur. İl ərzində bura 32 mindən çox azyaşlı və şagird müraciət edir.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.