Press "Enter" to skip to content

Sahibkarliq fəALİYYƏTİ

q) müəyyən ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq üçün müraciət etmiş ərizəçi, bu fəaliyyət növü ilə məşğul olmaq üçün mütəxəssislərin işə cəlb ediləcəyi nəzərdə tutulan hallarda isə həmin mütəxəssislər müvafiq ixtisasa malik olmadıqda;

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikasında sahibkarlığın prinsiplərini, sahibkarlıq fəaliyyəti subyektlərinin hüquqlarını və vəzifələrini, onun dövlət tərəfindən müdafiə və təqdir olunmasının forma və üsullarını, sahibkarların dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar (bundan sonra – qurumlar) ilə qarşılıqlı münasibətlərini müəyyənləşdirir.[1]

Qanun mülkiyyətin bütün formalarının bərabərliyi prinsipinin həyata keçirilməsi, müstəqil olaraq fəaliyyət sahələri seçilməsi və iqtisadi qərarlar qəbul edilməsi əsasında iqtisadi təşəbbüsün və işgüzarlığın geniş təzahür etməsi üçün şərait yaradılmasına yönəldilmişdir.

I bölmə

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Sahibkarlıq fəaliyyəti

Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.[2]

Maddə 2. Sahibkarlıq haqqında qanunvericilik

1. Sahibkarlıqla bağlı münasibətlər mülkiyyət formasından, fəaliyyət növündən və sahəsindən asılı olmayaraq Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı, Azərbaycan Respublikasının iqtisadi müstəqilliyi haqqında Konstitusiya Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu, bu Qanun və bunların əsasında qəbul edilmiş digər qanunvericilik aktları ilə tənzimlənir.[3]

2. Müəssisə yaratmaqla həyata keçirilən sahibkarlıq fəaliyyəti həmçinin Azərbaycan Respublikasının müəssisələr haqqında qanunvericiliyi ilə də tənzimlənir.

3. Xarici hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikası ərazisində sahibkarlıq fəaliyyətinin xüsusiyyətləri bu maddənin 1-ci və 2-ci hissələrində göstərilən qanunvericilik aktları ilə yanaşı Xarici investisiyaların qorunması haqqında Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının beynəlxalq hüquqi öhdəlikləri ilə də tənzim edilir. [4]

Maddə 3. Sahibkarlığın subyektləri

1. Sahibkarlıqla Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə aşağıdakılar məşğul ola bilərlər:

fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı;

mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər;

hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs;

xarici hüquqi şəxslər.

2. Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin həllini və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının və qurumların vəzifəli şəxslərinə və mütəxəssislərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qadağandır.[5]

3. Sahibkarlıq fəaliyyətinin və mülkiyyətçi ilə münasibətlərin xarakterindən asılı olaraq sahibkarlıq fəaliyyəti ilə həm mülkiyyətçinin özü, həm də onun müəyyən etdiyi səlahiyyətlər daxilində təsərrüfatın başçısı hüququ əsasında mülkiyyətçinin əmlakını idarə edən subyekt məşğul ola bilər.

4. Müəssisəni idarə edən subyektin və əmlakın mülkiyyətçisinin münasibətləri tərəflərin qarşılıqlı öhdəliklərini, hüquqlarını və məsuliyyətlərini müəyyən edən müqavilə (bağlaşma) ilə tənzimlənir.

Müəssisənin mülkiyyətçisi müəssisəni idarə edən şəxslə müqavilə bağlandıqdan sonra müqavilədə, müəssisənin nizamnaməsində və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna edilməklə müəssisənin fəaliyyətinə qarışa bilməz.

Maddə 4. Sahibkarlığın formaları

1. Azərbaycan Respublikasında sahibkarlığın qanun çərçivəsində həyata keçirilən bütün formalarına icazə verilir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq sahibkarlığın bütün formaları bərabər hüquqludur.

2. Fərdi və şərikli şəkildə həyata keçirilən sahibkarlıq qanunvericilikdə nəzərdə tutulmuş formalarda təşkil edilə bilər.

Maddə 4-1. Sahibkarlıq subyektlərinin meyarlara görə bölgüsü[6]

1. Sahibkarlıq subyektləri bu Qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş meyarlara görə mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə bölünür.

2. Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

3. Sahibkarlığın tənzimlənməsi tədbirləri çərçivəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə yönəldilən dövlət dəstəyi və güzəştlər bu Qanunun 4-1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş meyarlar əsasında həyata keçirilir.

Maddə 5. Sahibkarlıq hüdudlarının hüquqi nizamlanması

1. Yalnız qanunla nəzərdə tutulmuş hallarda sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yol verilir.[7]

Dövlət hakimiyyəti və dövlət idarəetmə orqanlarına mülkiyyət və təşkilati-hüquqi formasından asılı olaraq bu və ya digər sahibkarlıq növünə imtiyazlar verən qərarlar çıxarmaq qadağan olunur.

2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna edilməklə dövlət orqanlarının, həmkarlar təşkilatlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağandır.

Sahibkarlıq fəaliyyətinə siyasi partiyaların və ictimai birliklərin müdaxiləsinə yol verilmir.

II bölmə

SAHİBKARIN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ

Maddə 6. Sahibkarın hüquqları

1. Sahibkar öz fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə aşağıdakı hüquqlara malikdir:

istənilən müəssisələr yaratmaq, onların idarəetmə orqanlarında vəzifə tutmaq və bu orqanların işində iştirak etmək;

dövlət və digər mülkiyyət formalarına əsaslanan müəssisələrin əmlakının, başqa əmlakı və əmlak hüquqlarını tamamilə və ya qismən əldə etmək;

başqa müəssisələrin fəaliyyətində öz sərəncamında olan əmlakla iştirak etmək;

tərəflərin razılığı ilə başqa fiziki və hüquqi şəxslərin əmlakından və intellektual mülkiyyət obyektlərindən istifadə etmək;

işçiləri işə qəbul etmək və işdən azad etmək;

işçilərin əməyinin ödənilməsinin forma və sistemini, onların əmlakının məbləğini və gəlirinin digər növlərini müəyyənləşdirmək;

təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirmək, məhsul göndərənləri və istehsal olunan məhsulun (işlərin, xidmətlərin) istehlakçılarını seçmək, dövlət ehtiyacları üçün müqavilə əsasında iş görmək və məhsul göndərmək;

öz məhsulları (işləri, xidmətləri) üçün qiymətlər (tariflər) müəyyənləşdirmək;

pul vəsaitinin saxlanılması, hesablaşma, kredit və kassa əməliyyatlarının bütün növlərinin həyata keçirilməsi üçün banklarda hesablar açmaq;

sahibkarlıq fəaliyyətindən əldə edilən mənfəətdən (gəlirdən) vergilər və digər icbari ödənişlərdən sonra onun qalan hissəsindən sərbəst istifadə etmək. Sahibkarlıq fəaliyyəti bağlaşma əsasında həyata keçirilərkən mənfəətin (gəlirin) bölüşdürülməsi qaydası bağlaşmada müəyyən edilir;[8]

məbləğinə məhdudiyyət qoyulmayan şəxsi gəlir əldə etmək;

dövlət sosial təminatı sistemindən istifadə etmək;

könüllü sığorta növünü sərbəst surətdə seçmək; [9]

hüquqlarına və qanuni mənafeyinə xələl gətirən dövlət orqanlarının və digər qurumların, təsərrüfat subyektlərinin və fiziki şəxslərin hərəkətlərindən şikayət etmək; [10]

xarici iqtisadi münasibətlərdə iştirak etmək;

valyuta əməliyyatları aparmaq;

ictimai fondlara, səhiyyəyə, xeyriyyəçilik, maarifçilik məqsədlərinə, elmi və mülki məqsədlərə, müharibə və başqa fövqəladə hadisələr zamanı isə dövlətə lazımi yardım göstərilməsinə ianələr vermək;

həmkarlar ittifaqında və digər birliklərdə iştirak etmək.

2. Sahibkar bu maddədə göstərilən hüquqlarla yanaşı Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqlara malikdir.[11]

Maddə 7. Sahibkarın vəzifələri

1. Sahibkarın vəzifələri aşağıdakılardan ibarətdir:

qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək;

işə qəbul edilən vətəndaşlarla müqavilələr (bağlaşmalar), habelə lazım gəldikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə əmək kollektivlərinin adından çıxış edən həmkarlar ittifaqları ilə kollektiv müqavilələr bağlamaq;

işçilərin həmkarlar ittifaqlarında birləşməsinə mane olmamaq;

işçilərin əmək haqqını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş minimum məbləğindən az olmayan səviyyədə ödəmək;

müvafiq icra hakimiyyəti orqanına, habelə işçilərin sosial müdafiəsi məqsədilə yaradılan digər fondlara müəyyən edilmiş qaydada və həcmdə ayırmalar vermək;[12]

qanunvericilikdə müəyyən edilmiş vergilər ödəmək;

işçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə (bağlaşmalara) müvafiq əmək şəraiti yaratmaq;

qüvvədə olan normativ aktları rəhbər tutaraq ekoloji təhlükəsizliyin, əməyin mühafizəsinin, təhlükəsizlik texnikasının, istehsal gigiyenasının və sanitariyasının təmin edilməsi, arxitektura abidələrinin və digər tarixi abidələrin mühafizəsi sahəsində tədbirlər görmək;

istehsal olunan məhsulların (işlərin, xidmətlərin) rəqabət qabiliyyətliliyinə nail olmaq;

müəlliflik hüququnun qorunmasının qanunvericiliklə müəyyən olunmuş tələblərinə əməl etmək;

əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunvericiliyin tələblərinə əməl etmək;[13]

istehsal etdiyi məhsulları markalaşdırmaq;

qüvvədə olan qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) almaq;[14]

antiinhisar qanunvericiliyinə riayət etmək;

haqsız rəqabət metodlarından istifadə olunmasına yol verməmək;

öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlarına müəyyən edilmiş formada hesabatlar vermək;

müharibə şəraitində və ya başqa fövqəladə hallarda səlahiyyətli dövlət orqanlarının göstərişi ilə təsis sənədlərində nəzərdə tutulmayan və ya həmin sənədlərdə qeyd olunan məqsədlərə uyğun gəlməyən hər hansı qanuni fəaliyyət forması ilə məşğul olmaq.

2. Sahibkar bu maddədə göstərilən vəzifələrlə yanaşı Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələri yerinə yetirir.[15]

Maddə 8. Sahibkarın əmlak məsuliyyəti

1. Hüquqi şəxs yaratmaqla fəaliyyət göstərən sahibkarlar seçilmiş təşkilat formasından asılı olaraq tam və ya məhdud əmlak məsuliyyəti daşıyırlar.

2. Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkar bu fəaliyyətlə bağlı öhdəliklər üçün özünün bütün əmlakı ilə cavabdehdir.

3. Öz fəaliyyətini bağlaşma əsasında həyata keçirən sahibkar rəhbərlik etdiyi müəssisənin öhdəlikləri üçün bağlaşmada müəyyən edilmiş həcmdə məsuliyyət daşıyır. O, bağlaşmadan irəli gələn öhdəliklərin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi üçün də eyni məsuliyyət daşıyır.

4. Ödəmələr yönəldilə bilməyən əmlakın siyahısı Azərbaycan Respublikasının Mülki prosessual məcəlləsi ilə müəyyən edilir.

III bölmə

SAHİBKARLIĞIN DÖVLƏT TƏRƏFİNDƏN TƏNZİMLƏNMƏSİ

Maddə 9. Sahibkarlığa dövlət köməyi

1. Dövlət sahibkarlıq fəaliyyətini qanunvericilik, inzibati-hüquq, büdcə, vergi və pul-kredit sistemləri vasitəsi ilə tənzimləyir.

Dövlət maddi-texniki, maliyyə, əmək, informasiya və təbii ehtiyatlardan istifadə sahəsində mülkiyyət və təşkilati-hüquqi imtiyazlara və qeyri-bərabərliyə yol vermir.

Sahibkarlığın sürətli inkişafını təmin etmək üçün dövlət sahibkarlıq fəaliyyətinin öncül istiqamətlərini və buna müvafiq olaraq güzəştlər sistemini müəyyənləşdirir.

Dövlət sahibkarlığa kömək məqsədi ilə informasiya, məsləhət, elm və tədris mərkəzləri, maliyyə fondları yaradır, vergi ödənişlərinin, Azərbaycan Respublikası Mərkəzi Bankı ssudalarının faizlərinin, amortizasiya ayırmalarının güzəştli dərəcələrini və vergi tutulmayan digər ayırmaları müəyyənləşdirir.[16]

2. Sahibkarlığa kömək və onun müdafiəsi üzrə dövlətin vəzifələrini və funksiyalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

3. Azərbaycan Respublikasında sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması sahəsində tədbirlərdə iştirak etmək, onlara maliyyə dəstəyi vermək məqsədilə müvafiq icra hakimiyyəti orqanının nəzdində Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət göstərir.[17]

Maddə 10. Sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatı

1. Hüquqi şəxs yaratmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin dövlət qeydiyyatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.[18]

2. Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınması Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənir.[19]

Maddə 11. Xüsusi razılıq (lisenziya) tələb edən sahibkarlıq fəaliyyəti

1. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin bəzi növləri yalnız xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilir.

Xüsusi razılıq (lisenziya) tələb edən fəaliyyət növlərinin siyahısı və xüsusi razılıq (lisenziya) verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

2. Xarici hüquqi və fiziki şəxslər, xarici hüquqi şəxslərin filialları və nümayəndəliklərinin

öz ölkələrində müvafiq fəaliyyət növləri ilə məşğul olmaq üçün aldıqları xüsusi razılıqların (lisenziyaların) Azərbaycan Respublikasında tanınıb tanınmaması dövlətlərarası sazişlərlə müəyyən edilir.

Azərbaycan Respublikasının dövlətlərarası müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər Azərbaycan Respublikasında şəhərsalma fəaliyyətini bu fəaliyyətə xüsusi razılığı (lisenziyası) olan Azərbaycan Respublikasının vətəndaşı və ya hüquqi şəxsi ilə müştərək həyata keçirirlər.[20]

Qalan bütün hallarda həmin fəaliyyətlə məşğul olmaq üçün qanunvericiliyə müvafiq qaydada xüsusi razılıq (lisenziya) alınmalıdır.

3. Sahibkarlıq fəaliyyəti növlərinin xüsusiyyətlərindən asılı olaraq razılığın (lisenziyanın) verilmə müddətləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

Müvafiq dövlət orqanları tərəfindən xüsusi razılıq (lisenziya) verilməsi haqqında qərar bu məqsədlə ərizə və qanunvericiliyə müvafiq sənədlər təqdim edildikdən sonra 15 gün müddətində çıxarılır.

Xüsusi razılıq (lisenziya) verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilməlidir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

4. Xüsusi razılıq (lisenziya) verilməsindən aşağıdakı hallarda imtina edilir:

a) xüsusi razılıq (lisenziya) verilməsi qaydalarında nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

b) ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

v) müvafiq fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin zəruri şəraiti olmadıqda;

q) müəyyən ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq üçün müraciət etmiş ərizəçi, bu fəaliyyət növü ilə məşğul olmaq üçün mütəxəssislərin işə cəlb ediləcəyi nəzərdə tutulan hallarda isə həmin mütəxəssislər müvafiq ixtisasa malik olmadıqda;

ğ) qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

5. Xüsusi razılığın (lisenziyanın) alınması üçün təqdim olunmuş sənədlərin qəbulu əsassız gecikdirildikdə, xüsusi razılıq (lisenziya) bu maddədə müəyyən edilmiş müddətdə verilmədikdə və ya sahibkar xüsusi razılığın (lisenziyanın) verilməsindən imtinanı əsassız hesab etdikdə, o, müvafiq mәhkәmәyә müraciət etmək hüququna malikdir.

Sahibkarın hüquqlarının pozulması faktını aşkar edən məhkəmə onun hüquqlarının bərpası, müvafiq hallarda isə sahibkara xüsusi razılığın (lisenziyanın) verilməsi haqqında qərar çıxarır. Xüsusi razılıq (lisenziya) verən orqan məhkəmənin qərarmı aldığı vaxtdan etibarən üç gün müddətində qərarı icra etməlidir.

Eyni zamanda məhkəmə təqsirkar vəzifəli şəxsi qanunla nәzәrdә tutulan qaydada məsuliyyətə cəlb edə bilər.[21]

Maddə 12. Sahibkarın hüquq və qanuni mənafelərinin dövlət tərəfindən müdafiəsi

1. Mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir.

2. Azərbaycan Respublikasının fiziki və hüquqi şəxslərinin xarici dövlətlərin ərazisindəki sahibkarlıq fəaliyyəti sahəsində hüquq və mənafelərinin müdafiəsinə Azərbaycan dövləti təminat verir.

3. Sahibkarlıq fəaliyyətinin yoxlanılmasını həyata keçirən orqanlar, onların hüquq və səlahiyyətləri qanunvericilik aktları ilə müəyyənləşdirilir.

4. Sahibkarın hüquqlarını pozan dövlət orqanlarının və ya digər qurumların, yaxud onların vəzifəli şəxslərinin fəaliyyəti nəticəsində, habelə sahibkar barəsində qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrin həmin orqanlar, qurumlar və ya vəzifəli şəxslər tərəfindən yarıtmaz yerinə yetirilməsi nəticəsində sahibkara dəyən zərərin, o cümlədən əldən çıxan gəlirlərin əvəzini mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin orqanlar, qurumlar və vəzifəli şəxslər ödəməlidirlər.[22]

5. Qanunda nəzərdə tutulan hallar istisna edilməklə sahibkarın əmlakı toxunulmazdır.

Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə sahibkarın əmlakı yalnız Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və şərtlərlə onun bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər.[23]

Maddə 13. Sahibkarlıq fəaliyyətinə nəzarət[24]

1. Sahibkarlıq fəaliyyətinə nəzarət həmin fəaliyyətin səmərəli həyata keçirilməsinə maneələr yaratmamalıdır. Nəzarəti həyata keçirmək hüququna yalnız qanun əsasında bu hüquqlar verilmiş orqan və qurumlar malikdir.[25]

Vergi, antiinhisar, sanitariya, ekologiya və s. orqanların (qurumların) yoxlamaları yalnız onların səlahiyyətlərinə müvafiq surətdə həyata keçirilir.[26]

2. Dövlət orqanları və onların vəzifəli şəxsləri tərəfindən sahibkarlıq fəaliyyətinin yoxlanılması qaydası pozulduğu halda sahibkara dəyən zərərin ödənilməsi məbləğinə yoxlamaya bilavasitə cəlb olunmuş işçilərin yoxlama müddətindəki əmək haqqı, yoxlama ilə bağlı istehsalın məcburi dayandırılması müddətində işçilərin əmək haqqı və əldən çıxmış gəlirlərin əvəzi daxil edilməlidir.

3. Sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydası Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.[27]

Maddə 14. (Çıxarılıb)[28]

Maddə 15. Sahibkarın məsuliyyəti

Sahibkar Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əməl etmədiyi, öz öhdəliklərini icra etmədiyi və ya lazımi qaydada icra etmədiyi hallarda qanuna uyğun olaraq mülki-hüquqi, inzibati və cinayət məsuliyyəti daşıyır.[29]

IV bölmə

SAHİBKARLIQ FƏALİYYƏTİNİN DAYANDIRILMASI VƏ ONA XİTAM VERİLMƏSİ

Maddə 16. Sahibkarlıq fəaliyyətinin dayandırılması

Sahibkarlıq fəaliyyətinin dayandırılması haqqında qərarı sahibkarın özü qəbul edə bilər. Antiinhisar fəaliyyəti, vergi, lisenziya verilməsi, ekologiya, sanitariya, arxitektura, texniki təhlükəsizlik və yanğından qorunma məsələləri üzrə səlahiyyətli orqanlar sahibkarlıq fəaliyyətinin dayandırılması barəsində təqdimat vermək hüququna malikdirlər. Bu məsələlər üzrə mübahisələr məhkəmə yolu ilə həll edilir.

Maddə 17. Sahibkarlıq fəaliyyətinə xitam verilməsi

1. Sahibkarlıq fəaliyyətinə xitam verilməsi haqqında qərarı sahibkar (mülkiyyətçi) özü və ya məhkəmə qəbul edə bilər.

2. Sahibkarlıq fəaliyyətinə məhkəmə tərəfindən yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda xitam verilə bilər.

3. Sahibkar vəfat etdikdə onun əmlakı mülki qanunvericilikdə nəzərdə tutulmuş qaydada onun varisinə keçir.

4. Bağlaşma əsasında həyata keçirilən sahibkarlıq fəaliyyətinə aşağıdakı hallarda xitam verilir:

bağlaşmanın müddəti başa çatdıqda;

tərəflərin qarşılıqlı razılığı ilə;

məhkəmənin qərarı ilə;

bağlaşmada və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

Azərbaycan Respublikasının Prezidenti
Əbülfəz ELÇİBƏY.

Bakı şəhəri, 15 dekabr 1992-ci il
405

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 6 fevral 1996-cı il tarixli 18-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1997-ci il, 1, maddə 6)

2. 5 noyabr 1996-ci il tarixli 188-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1997-ci il, 3, maddə 226)

3. 24 dekabr 1996-cı il tarixli 214-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 4, maddə 280)

4. 16 may 2000-ci il tarixli 882-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 7, maddə 489)

5. 12 oktyabr 2001-ci il tarixli 193-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 11, maddə 686)

6. 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 736)

7. 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 5, maddə 241)

8. 30 aprel 2002-ci il tarixli 317-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 1, maddə 1)

9. 14 may 2002-ci il tarixli 321-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 5, maddə 248)

10. 3 dekabr 2002-ci il tarixli 398-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 1, maddə 16)

11. 4 noyabr 2003-cü il tarixli 509-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 12, maddə 673)

12. 30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 8, maddə 657)

13. 1 fevral 2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 8 fevral 2008-ci il, 29)

14. 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 8, maddə 745)

15. 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 938)

16. 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 2, maddə 49)

17. 1 aprel 2008-ci il tarixli 588-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 348)

18. 5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 17 aprel 2010-cu il, 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 04, maddə 276)

19. 22 oktyabr 2013-cü il tarixli 767-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 19 noyabr 2013-cü il, 253; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 11, maddə 1283)

20. 4 aprel 2014-cü il tarixli 927-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 27 aprel 2014-cü il, 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 04, maddə 333)

21. 30 sentyabr 2014-cü il tarixli 1036-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 9 noyabr 2014-cü il, 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1156)

22. 11 noyabr 2016-cı il tarixli 401-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 28 dekabr 2016-cı il, 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 12, maddə 2014)

23. 31 may 2017-ci il tarixli 703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 24 iyun 2017-ci il, 135,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1057)

24. 29 dekabr 2017-ci il tarixli 963-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 9 fevral 2018-ci il, 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 2, maddə 156)

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 11 noyabr 2016-cı il tarixli 401-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 28 dekabr 2016-cı il, 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 12, maddə 2014) ilə Preambulanın birinci hissəsinə orqanları sözündən sonra və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar (bundan sonra – qurumlar) sözləri əlavə edilmişdir.

[2] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 5, maddə 241) ilə 1-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyasında deyilirdi:

Sahibkarlıq fəaliyyəti (sahibkarlıq) fiziki şəxslərin, onların birliklərinin, habelə hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə, yaxud digər hüquqi və ya fiziki şəxslərin adından qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri, o cümlədən məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir.

17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 8, maddə 745) ilə 1-ci maddəsindən “, öz riski ilə” sözləri çıxarılmışdır.

22 oktyabr 2013-cü il tarixli 767-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 19 noyabr 2013-cü il, 253; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 11, maddə 1283) ilə 1-ci maddəyə mənfəət sözündən sonra (fərdi sahibkarlar tərəfindən gəlir) sözləri əlavə edilmişdir.

30 sentyabr 2014-cü il tarixli 1036-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 9 noyabr 2014-cü il, 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1156) ilə 1-ci maddədə əmtəə satışından sözləri malların istehsalından və (və ya) satışından sözləri ilə əvəz edilmişdir.

[3] 30 sentyabr 2014-cü il tarixli 1036-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 9 noyabr 2014-cü il, 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1156) ilə 2-ci maddənin 1-ci hissəsində Mülkiyyət haqqında Azərbaycan Respublikasının Qanunu sözləri Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu sözləri ilə əvəz edilmişdir.

[4] 11 noyabr 2016-cı il tarixli 401-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 28 dekabr 2016-cı il, 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 12, maddə 2014) ilə 2-ci maddənin 3-cü hissəsində bəndlərində sözü hissələrində sözü ilə əvəz edilmişdir.

[5] 11 noyabr 2016-cı il tarixli 401-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 28 dekabr 2016-cı il, 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 12, maddə 2014) ilə 3-cü maddənin 2-ci hissəsinə orqanlarının sözündən sonra və qurumların sözləri əlavə edilmişdir.

[6] 29 dekabr 2017-ci il tarixli 963-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 9 fevral 2018-ci il, 30, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 2, maddə 156) ilə yeni məzmunda 4-1-ci maddə əlavə edilmişdir.

[7] 30 sentyabr 2014-cü il tarixli 1036-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 9 noyabr 2014-cü il, 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1156) ilə 5-ci maddənin 1-ci hissəsinin birinci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yalnız dövlətin səlahiyyətlərinə aid məsələlər qanunçuluğun közlənilməsi ölkənin və vətəndaşların təhlükəsizliyi və müdafiəsi, vergi, qiymət və antiinhisar tənzimlənməsi, sosial təminatlar verilməsi, ekologiya, sanitariya, yanğından qorunma və arxitektura normalarının közlənilməsi və tarixi abidələrin mühafizəsi məsələləri üzrə yol verilir.

[8] 22 oktyabr 2013-cü il tarixli 767-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 19 noyabr 2013-cü il, 253; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 11, maddə 1283) ilə 6-cı maddənin birinci hissəsinin onuncu bəndinin birinci cümləsinə mənfəətdən sözündən sonra (gəlirdən) sözü, ikinci cümləsinə mənfəətin sözündən sonra (gəlirin) sözü əlavə edilmişdir.

[9] 4 aprel 2014-cü il tarixli 927-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 27 aprel 2014-cü il, 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 04, maddə 333) ilə 6-cı maddənin birinci hissəsinin on dördüncü abzasında sığorta sözündən əvvəl könüllü sözü əlavə edilmişdir.

[10] 11 noyabr 2016-cı il tarixli 401-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 28 dekabr 2016-cı il, 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 12, maddə 2014) ilə 6-cı maddənin 1-ci hissəsinin on dördüncü bəndində orqanların sözü qurumların sözləri ilə əvəz edilmişdir.

[11] 30 sentyabr 2014-cü il tarixli 1036-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 9 noyabr 2014-cü il, 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1156) ilə 6-cı maddənin mətni 1-ci hissə hesab edilmişdir və maddəyə 2-ci hissə əlavə edilmişdir.

[12] 3 dekabr 2002-ci il tarixli 398-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 1, maddə 16) ilə 7-ci maddəsinin altıncı abzasında “dövlət sığorta fonduna” sözləri “Dövlət Sosial Müdafiə Fonduna” sözləri ilə əvəz edilmişdir.

31 may 2017-ci il tarixli 703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 24 iyun 2017-ci il, 135,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 6, maddə 1057) ilə 7-ci maddəsinin 1-ci hissəsinin altıncı abzasında Dövlət Sosial Müdafiə Fonduna sözləri müvafiq icra hakimiyyəti orqanına sözləri ilə əvəz edilmişdir.

[13] 12 oktyabr 2001-ci il tarixli 193-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 11, maddə 686) ilə 7-ci maddəsinin on ikinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyasında deyilirdi:

əmtəə (xidmət) nişanlarının və markalarının qeydiyyatdan keçirilməsi, işlədilməsi və verilməsi qaydalarına qanunvericiliyə müvafiq surətdə əməl etmək;

[14] 9 oktyabr 2007-ci il tarixli 429-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 10, maddə 938) ilə 7-ci maddəsinin on dördüncü abzasında “xüsusi icazə” sözləri “xüsusi razılıq” sözləri ilə əvəz edilmişdir.

[15] 30 sentyabr 2014-cü il tarixli 1036-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 9 noyabr 2014-cü il, 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1156) ilə 7-ci maddənin mətni 1-ci hissə hesab edilmişdir və maddəyə 2-ci hissə əlavə edilmişdir.

[16] 5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 17 aprel 2010-cu il, 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 04, maddə 276) ilə 9-cu maddəsinin 1-ci bəndinin dördüncü hissəsində Milli Bankı sözləri Mərkəzi Bankı sözləri ilə əvəz edilmişdir.

[17] 30 aprel 2002-ci il tarixli 317-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 1, maddə 1) ilə 9-cu maddənin 2-ci və 3-cü bəndlərində “Azərbaycan Respublikası Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi” sözləri “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir.

4 noyabr 2003-cü il tarixli 509-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 12, maddə 673) ilə 9-cu maddənin 3-cü bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyasında deyilirdi:

Sahibkarlığa kömək tədbirlərini maliyyələşdirmək məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı yanında Sahibkarlığa Kömək Milli Fondu fəaliyyət göstərir.

[18] 5 noyabr 1996-ci il tarixli 188-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1997-ci il, 3, maddə 226) ilə 10-cu maddənin 1-ci bəndində şəxslərin sözündən sonra dövlət sözü əlavə edilmişdir.

1 fevral 2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 8 fevral 2008-ci il, 29) ilə 10-cu maddəsinin 1-ci bəndində “Azərbaycan Respublikasının müəssisələr haqqında qanunvericiliyində göstərilən orqanlar” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmişdir.

[19] 6 fevral 1996-cı il tarixli 18-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1997-ci il, 1, maddə 6) ilə 10-cu maddənin 2-ci bəndinə hissələr əlavə edilmişdir.

[20] 14 may 2002-ci il tarixli 321-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 5, maddə 248) ilə 11-ci maddəsinin 2-ci bəndinə ikinci abzas əlavə edilmişdir.

16 may 2000-ci il tarixli 882-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 7, maddə 489) ilə 10-cu maddənin 2-ci bəndinin dördüncü hissəsində müvafiq sənəd verir (əlavə 1) sözləri vergi ödəyicisinin indentifikasiya nömrəsini (VÖİN) verir sözləri ilə əvəz edilmiş, 2-ci bəndinə isə altıncı hissə əlavə edilmişdir.

23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 736) ilə 10-cu maddəsinin 2-ci bəndi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

2. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçotunu onların yaşadıqları və ya fəaliyyət göstərdikləri yerin vergi orqanları aparır.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçotu Azərbaycan Respublikası üzrə onların mövcudluğu və fəaliyyəti haqqında məlumatların toplanması və sistemləşdirilməsindən ibarətdir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçota alınması üçün onlar notarial qaydada təsdiq edilmiş ərizələrində soyadını, adını, atasının adını, anadan olduğu vaxtı və yeri, şəxsiyyətini təsdiq edən sənəd haqqında məlumatları (sənədin seriyası, nömrəsi, kim tərəfindən və nə vaxt verilməsi), yaşadığı yeri, ümumi şəkildə sahibkarlıq fəaliyyətinin növünü göstərməlidirlər.

Sənədlər təqdim olunduqdan sonra müvafiq dövlət orqanı 5 gün müddətində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçota alınmaları haqqında vergi ödəyicisinin indentifikasiya nömrəsini (VÖİN) verir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçota alınmalarına görə dövlət rüsumu tutulmur.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər uçotdan öz ərizələrinə əsasən çıxarılırlar.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin uçota alınması qaydalarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

[21] 24 dekabr 1996-cı il tarixli 214-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 4, maddə 280) ilə 11-ci maddə yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Maddə 11. Xüsusi icazə tələb edən sahibkarlıq fəaliyyəti

1. Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün hüquqi şəxslər dövlət qeydiyyatına alındıqdan sonra və fiziki şəxslər müəyyən edilmiş qaydada lisenziya almalıdırlar. Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı bu Qanuna əlavə olunur (əlavə N 2).

Xüsusi razılıq (lisenziya) müəssisənin və ya fiziki şəxsin fəaliyyətinin xarakterindən asılı olmayaraq verilir.

Ayrı-ayrı fəaliyyət növləri üzrə xüsusi razılıq (lisenziya) verilməsi qaydaları qanunla və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada təsdiq olunmuş Əsasnamələrə müvafiq müəyyən olunur.

2. Hüquqi (fiziki) şəxs, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri xarici hüquqi şəxsin öz ölkəsində müvafiq fəaliyyətlə məşğul olmaq üçün xüsusi razılığı (lisenziyası) olmadıqda xüsusi razılıq (lisenziya) verilməsi üçün Azərbaycan Respublikası qanunlarında və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş dövlət orqanına müraciət edirlər.

Müraciətə Azərbaycan Respublikasının müvafiq qanunlarında və digər qanunvericilik aktlarında nəzərdə tutulan sənədlər əlavə edilməlidir.

Yalnız bu xüsusi razılıq (lisenziya) verildikdən sonra həmin xüsusi razılıqda (lisenziyada) müəyyən edilən müddətdə və qaydada orada göstərilən sahibkarlıq fəaliyyəti növü həyata keçirilə bilər.

Sənədləri qəbul etdikdən sonra müvafiq dövlət orqanı 15 gün müddətində müraciətçiyə xüsusi razılıq (lisenziya) verir, yaxud xüsusi razılıq (lisenziya) verilməsindən imtina edilməsi barədə imtinanın əsaslarını göstərməklə yazılı məlumat verir.

Təqdim olunmuş sənədlərdə yol verilmiş çatışmazlıqlar aradan götürüldükdə sənədlərə təkrar təqdim edildikdən sonra 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Ayrı-ayrı fəaliyyət növləri üzrə xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan sənədlərin siyahısı, xüsusi razılıq (lisenziya) verilməsi müddətləri, onun dayandırılması və ləğv edilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nizama salınır.

Xarici hüquqi şəxslərin filialları və ya nümayəndəlikləri xarici hüquqi şəxsin öz ölkəsində müvafiq fəaliyyətlə məşğul olmaq üçün xüsusi razılığı (lisenziyası) olduqda, Azərbaycan Respublikasında bu fəaliyyət növü üçün xüsusi razılığı (lisenziyanı) verən müvafiq orqanın yazılı icazəsi əsasında Azərbaycan Respublikasında bu fəaliyyətlə məşğul ola bilər.

3. Xüsusi icazə verilməsindən aşağıdakı hallarda imtina edilir:

xüsusi icazə verilməsi qaydasında nəzərdə tutulmuş sənədlər təqdim edilməyəndə;

xüsusi icazə verilməsi üçün təqdim olunan sənədlərdə saxtalaşdırmalara yol verildikdə;

ərizəçi cəmiyyət, ətraf mühit, ölkənin müstəqilliyi, insanların həyat və sağlamlığı üçün təhlükə doğuracaq fəaliyyətlə bağlı sahələrdə sahibkarlıqla məşğul olmaq istədikdə.

4. Əgər xüsusi icazə bu maddədə müəyyən edilmiş müddətdə verilməzsə və ya sahibkar xüsusi icazənin verilməsini əsassız hesab edirsə, o, müvafiq məhkəməyə müraciət etmək hüququna malikdir.

5. Məhkəmə, xüsusi icazənin verilməsi müddətinin gecikdirilməsini və ya xüsusi icazə verməkdən imtinanın əsassızlığı faktını aşkar edərsə, xüsusi icazə verilməsi haqqında qərar çıxarır. Xüsusi icazə verən orqan məhkəmənin qərarını aldığı vaxtdan etibarən üç gün müddətində icra etməlidir.

Eyni zamanda məhkəmə təqsirkar vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyətə cəlb edə bilər.

4 aprel 2014-cü il tarixli 927-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 27 aprel 2014-cü il, 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 04, maddə 333) ilə 11-ci maddənin 5-ci hissəsinin üçüncü abzasında qanunvericilikdə sözü qanunla sözü ilə əvəz edilmişdir.

[22] 11 noyabr 2016-cı il tarixli 401-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 28 dekabr 2016-cı il, 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 12, maddə 2014) ilə 12-ci maddənin 4-cü hissəsində orqanların sözü qurumların sözü ilə əvəz edilmişdir və həmin hissəyə hər iki halda orqanlar sözündən sonra , qurumlar sözü əlavə edilmişdir.

[23] 30 may 2006-cı il tarixli 122-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 8, maddə 657) ilə 12-ci maddəsinin 5-ci bəndinin birinci abzasında Azərbaycan Respublikasının qanunvericiliyində sözləri Qanunda sözü ilə əvəz edilsin və ikinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Sahibkarın əmlakı Azərbaycan Respublikasının Mülkiyyət haqqında Qanuna əsasən dövlət ehtiyacları üçün alınarsa ona müvafiq kompensasiya verilir.

1 aprel 2008-ci il tarixli 588-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 5, maddə 348) ilə 12-ci maddəsinin 5-ci bəndinin ikinci abzasından “və ya ictimai ehtiyaclar” sözləri çıxarılmışdır.

[24] 11 noyabr 2016-cı il tarixli 401-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 28 dekabr 2016-cı il, 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 12, maddə 2014) ilə 13-cü maddənin adında və 1-ci hissəsinin birinci bəndinin birinci cümləsində dövlət nəzarəti sözləri nəzarət sözü ilə əvəz edilmişdir.

[25] 11 noyabr 2016-cı il tarixli 401-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 28 dekabr 2016-cı il, 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 12, maddə 2014) ilə 13-cü maddənin 1-ci hissənin birinci bəndinin ikinci cümləsində orqanlar sözü orqan və qurumlar sözləri ilə əvəz edilmişdir.

[26] 11 noyabr 2016-cı il tarixli 401-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 28 dekabr 2016-cı il, 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 12, maddə 2014) ilə 13-cü maddənin 1-ci hissənin ikinci bəndində dövlət nəzarət orqanlarının sözləri orqanların (qurumların) sözləri ilə əvəz edilmişdir.

[27] 30 sentyabr 2014-cü il tarixli 1036-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 9 noyabr 2014-cü il, 245, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1156) ilə 13-cü maddəyə 3-cü hissə əlavə edilmişdir.

[28] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 736) ilə 14-cü maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:

Maddə 14. Sahibkarlıq fəaliyyətindən əldə olunan mənfəətdən və sahibkarın şəxsi gəlirindən vergi tutulması

Hüquqi şəxs yaradılmaqla həyata keçirilən sahibkarlıq fəaliyyətindən əldə olunan mənfəətdən və sahibkarın şəxsi gəlirindən vergilərin tutulması Azərbaycan Respublikasının qüvvədə olan vergi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Sahibkardan əsassız olaraq məcburi surətdə vergi və digər ödəmələr tutularsa və ya sahibkara vergi qanunvericiliyini pozduğuna görə cərimə sanksiyaları düzgün tətbiq edilməzsə, sahibkarın buna yol vermiş orqanlara iddiası üzrə bütün qeyri-qanuni tutulmuş məbləğ həmin dövr üçün kredit faizi əlavə olunmaqla qaytarılır və ya sahibkarın razılığı ilə növbəti dövrün vergilərinin ödənməsi hesabına aid edilir.

[29] 4 aprel 2014-cü il tarixli 927-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 27 aprel 2014-cü il, 86, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 04, maddə 333) ilə 15-ci maddədə qanunvericiliyə sözü qanuna sözü ilə əvəz edilmişdir.

Sahibkarliq fəALİYYƏTİ

A)) İdeal prinsiplərin təntənəsi və qorunması naminə üzvlər arasında daha sıx birliyə nail olmaqdır.

B) Üzvlər arasinda etibarlıq prinsipinə nail olmaqdır

C) Üzvlər arasında dinamizm prinsipinə nail olmaqdır.

D) Üzvlər arasında cəmləşdirmə prinsipinə nail olmaqdır.

E) Bütün varizntlar.

3. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri neçənci ildə keçirilmişdir?

A)) Dekabr 1999-cu il

B) Noyabr 2000-ci il

C) Oktyabr 2001-ci il

D) Sentyabr 2002-ci il

E) May 2003-cü il

4. Sahibkarlıq xidmətinə aid edilir.

A)) Bütün bəndlər

5. Sahibkarlıq xidmətinə aid edilmir.
A)) Mal göndərənlər

D) Marketin tədqiqatlarının aparilması

E) İdeya və məsləhətlər satışı

6. Sahibkarlıq fəaliyyətində strategiya

A)) Uzun müddətli geniş planlaşdırma

B) Konkret tapşıriğın qisa müddət ərzində yerinə yetirilməsi

C) Uzun məqsədli proqnozlaşdırma

D) Uzun müddətli layihələndirmə

E) Uzun müddətli təşkilati funksiya

7. Taktika həmişə tabedir

C) Proqnoz plana

8. Sahibkar müəssisəsi bu mühüm prosesi tənzimləyir və təmin edir

A)) Bütün variantlar

B) İnkişaf üçün maliyyən mənbəyini

C) İstehsal amillərinin səmərəli istifadə edilməsini

D) Potensial investorların müəssisəyə marağını

E) Sahibkarlıq kapitalını

9. Sahibkarlıq fəaliyyətini biznesin digər növlərində fərqləndirən cəhət.

B) Xüsusi motivasiya

C) Yeni istehsal texnologiyası

D) Xüsusi təşkilati-struktur cəhətlər

E) Bütün bəndlər

10. Biznesin yerinə yetirdiyi funksiyaya daxil deyil.

A)) Maliyyə və uçot işlərinin aparılması

B) Maddi-texniki təchizat

C) Kadrların idarə edilməsi

D) Mövcud iqtisadi proritetlər

E) İctimaiyyətlə əlaqədər

11. Sahibkarlığın qərarına təsir göstərməyən amil hansıdır?

A)) Dövlətin sosial siyasəti

B) dövlətin iqtisadi siyasəti

E) Əmək ehtiyatları

12. Alıcının qərarına təsir göstərməyən amil hansıdır?

B) Demoqrafik amillər

C) Mövcud iqtisadi prioritetlər

D) Gəlirlərin səviyyəsi və forması

E) Psixoqrafik amillər.

13. Sahibkar muzdlu işçilərin peşəkarlıq səviyyəsini yüksəltmək üçün nə etməlidir.

A)) Muzdlu işçilərin təhsil səviyyəsin artırılmasına çalışmalıdır

B) Muzdlu işçiləri yaşayış evləri ilə təmın etməlidir.

C) Muzdlu işçilərin əmək haqqını artırılmalıdır.

D) Muzdlu işçilərin sağlamlıqlarının qeydinə qalmalıdır.

E) Onları məişət avadanlıqları ilə təmin etməlidir.

14. Sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün dövlət bu funksiyaları həyata keçirə bilər:

A)) Təhsil, sahibkarlığa maliyyə yardımı.

B) İnnovasiya, investisiya

C) Rəqabət və keyfiyyət

D) İqtisadi və texnoloji

E) Sosial mədəni, beynəlxalq.

15. Sahibkarlıq infrastrukturu dedikdə və nəzərdə tutulur.

A)) Bütün variantlar

B) Sahibkarlıq qərarlarının qəbulunda məsləhətlərin verilməsi.

C) Tələb olunan informasiyanın əldə edilməsində kömək

D) Sahibkarlıq üçün tələb olunan maddi nemətlərin əldə edilməsi

E) Yeni məhsulların ilkin təlabatlarının təmin edilməsi.

16. Sahibkarlıq fəaliyyətinin subyekti deyil.

A)) Maddi nemətlər

D) Muzdlu işçilər

17. Sahibkarlıq üçün kadrların hazırlanması zamanı dövlət onlara hansı bilik sahəsinə yiyələnmək üçün imkan yaratmalıdır?

A)) Sahibkarlıq hesablaşmalarının aparılması üçün kəmiyyət modellərinin öyrənilməsi.

B) Sahibkarlıq hesablaşmalarının aparılması üçün keyfiyyət modellərinin öyrənilməsi

C) Statistik modellərinin öyrənilməsi.

D) Proqnoz modellərin öyrənilməsini

E) Riyazi modellərin öyrənilməsi

18. Sahibkarlıqın bir çox ümumi prinsipıər əsasında həyata keçirilən hansı əsas forması mövcuddur?

A)) Xüsusi və dövlət sahibkarlığı

B) Bələdiyyə və yoldaşlıq sahibkarlığı

C) Kommersiya və xidmət sahibkarləğı

D) Ticarət və innovasiya sahibkarlığı

E) İstehsal və maliyyə sahibkarlığı

19. Sahibkarlıqda iqtisadi mühit dedikdə nə başa düşülür?

A)) Alıcıların xərcləyə biləcəkləri pul vəsaitinin kəmiyyəti

B) Satıcıların maliyyə vəsaitlərinin kəmiyyəti

C) Rəqiblərin xərcləyə biləcəkləri pul vəsaitləri

D) İnvestorların xərcləyə biləcəkləri pul vəsaitləri

E) Bütun variantlar

20. Sahibkarlıq fəaliyyəti üzündə bu mühiti ifadə etmir.

A)) İmkan amili mühitini

B) Texnoloji mühiti

C) Bazar mühitini

D) Siyasi mühiti

E) İqtisadi mühiti

21. Sahibkarlar əsasən bu mühitdə fəaliyyət göstərir.

A)) İctimai mühitdə

B) Xüsusi mühitdə

C) Peşakarlıq mühitdə

D) Pristijli mühitdə

E) Strukturlu mühitində

22. Hansı mühit hökumətin ardıcıl,qanunvericinin aktlarının qəbul edilməsini labüd etməklə sahibkarlığın inkişafına təsir edir

23. Hansı mühitdə sahibkarlıq fəaliyyəti yalnız qanunvericiliyə əsaslanmaqla və qanunvericilik inkişaf edə bilər.

24. İnsanların həyat tərzini zövqünü dünyagörüşünü, münasibətini formalaşdıran sahibkarlıq mühiti hansıdır.

A)) Sosial mədəni

25. Həmişə müəyyən texnika və texologiyayadan, istifadə etməyə əsaslanan sahibkarlıq mühiti hansıdır?

26. Təbii-iqlim şəraiti,təbii sərvətlər və s.hansı sahibkarlıq mühitini təşkil edir?

27. Hansı infrastruktur sahibkarlıq fəaliyyətinə mühüm yer tutur

A)) Bütün bəndlər

C) Topdansatış obyektlər

E) Sığorta şirkətləri

28. Sahibkarın idarə edə bilməyəcəyi müəssisənin hansı mühitidir.

E) Təşkilati struktur

29. Bu element sahibkarlıq müəssisəsinin xarici mühitinə şamil edilmir.

A)) Siyasi partyiya

B) İşçilərin peşəkarlıq səviyyəsi

C) Həmkarlıq ittifaqı

E) Dünya bazarının vəziyyəti

30. Bu bənddən hansi müəssisənin xarici mühitini ifadə edir?

A)) Bütün fəndlər

B) Firmanın alıcılar arasında nüfuzu

C) Elmi texniki tərəqqinin nailiyyətləri

D) Tərəfdaşlıq əlaqəsi

E) Dunya bazarının vəziyyəti

31. Hansi bənd sahibkarlığın daxili mühitinin əsas amili deyil.

32. Sənaye müəssisəsində funksional bölməyə aid edilmir

A)) Həmkarlar ittifaqı

33. Meəssisə daxilində mütəxəssisləri uyğun funksional bölmələrdə birləşdirən əmək bölgüsü necə adlanır

34. Sahibkarlıq fəaliyyətində vəzifələr hansı növlərə bölünür.

A))Heyətlə işlər əşyalarla işlər, informasiyaların emalı

B) Əşyalarla işlər, strukturla işlər,məqsədli işlər

C) İnformasiyaların ötürülməsi,emalı və çatdirilması

D) Xammalla işlər, alətlə işlər,dəzgahla işlər

E) Bütün variantlar

35. Sahibkarlığın həyata keçirilməsinin zəruri şərtini ifadə etmir

A)) Sahibkarlıq forması

B) Sahibkarlıq ideyası

C) Sahibkarlığın ideyasına uyğun istehsal texnologiyası

D) İstehsal texnologiyasından istifadə üçün tələb olunan texniki elementlər.

E) Sahibkarın özü

36. Hansi bənd sahibkarlığın reallaşmasının əsas şərtidir.

A)) Sahibkarlıq kapitalı

B) Mal göndərənlər

E) Muzdlu işçilər

37. Hansı bənd sahibkarlıq ideyasının mənbəyinə aiddir

A)) Əmtəə bazarının strukturu

B) Bazarın funksiyası

C) Bazar rəqabəti

D) Bazarın növləri

E) Bazarın infrastrukturu

38. Sahibkarlıq ideyasının mənbəyinə daxil edilmir

A)) Satıcıların ödənilən təlabatları

B) Elm və texnikanın yeni nailiyyətləri

C) Alıcıların dərk olunmamış təlabatları

D) İctimai istehsalda “struktur” boşluqlar

E) İstehsal olunan məhsulun yeni istifadə sahəsinin üzrə çıxarılması

39. İctimai istehsalın “struktur” boşluğu dedikdə nə nəzərdə tutulur?

A)) İstehsal olunmayan əmtəələr

B) İstehsal olunan əmtəələr

C) İstehsal olunan xammal

D) Ölkə bazarında tələbatın idxal hesabına ödənilməsi

E) Bütün variantlar düzdür

40. İctimai istehsalın “coğrafi boşluğu” dedikdə nə nəzərdə tutulur

A)) Respublika bazarında tələbatın xaricdən idxal olunan məhsullar hesabına ödənilməsi

B) Bazarda təlabatın ölkədə istehsal edilən məhsullar hesabına ödənilməsi

C) İstehsal olunmayan xammal və material

D) İstehsal edilən əmtəələr

E) Bütün variantlar

41. İctimai istehsalın “struktur ” və “coğrafi” böşluqlarından istifadə edərək sahibkar hansı prosesi təhlil etməlidir?

A)) Bütün bəndlər

B) Konkret məhsulun istehsal prosesini

C) Məhsulun istehsalçıdan istehlakçıya çatdırılmasının metodlarını

D) Məhsulun istehsalçıdan istehlakçıya çatdirilmasının vasitələrini

E) Məhsulun stehlakçıya verilməsinin formalarını.

42. Sahibkarlıqda texniki elementlər dedikdə nə nəzərdə tutulur.

A)) İstehsal avadanlıqları

B) İstehsal sahələri

C) İstehsal sexləri

D) Köməkçi təsərrüfat

E) Yardımçı təsərrüfat

43. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan maddi və maliyyə vəsaitləri ,intelektual mülkiyyət hansı sahibkarlıq şərtini nəzərdə tutur

E) Sahibkarlıq ideyası

44. Sahibkarlıqda texniki elementlərin seçilməsində mühüm əhəmiyyət kəsb edən göstəriçi hansıdır

A)) Bütün bəndlər

B) Qoyulacaq sərmayənin həcmı

E) Sərmayənin ödənmə müddəti

45. İstehsal fondlarına çəkilən bir manat xərcə neçə əmtəəlik məhsulun istehsal olunduğunu göstərən göstərici.

C) Sərmayənin həcmi

D) Sərmayənin ödənmə müddəti

E) İllik mənfəət

46. Bir manatlıq əmtəəlik məhsulun istehsalına neçə manatlıq istehsal fondlarının cəlb olunduğunu göstərən göstərici.

D) İllik mənfəət

E) Əmək məhsuldarlığı

47. Qoyulmuş sərmayənin həcminin illik mənfəətə nisbəti göstəricisi necə adlanır.

A)) Sərmayənin ödəmə müddəti göstəricisi

D) İllik mənfəət

48. Sahibkarlıq kapitalının mənbəyi hansıdır?

A)) İnvestisiya fondlarından alınan kreditlər

C) Dövriyyə kapitalı

D) Banka yatırılan depozitlər

E) Qoyulan sərmayə

49. Sahibkarlıq kapitalı dedikdə nə nəzərdə tutulur

A)) Bütün bəndlər

C) Dövriyyə kapitalı

D) Dövriyyə vəsaitləri

E) İntelektual mülkiyyət

50. Hansı bənd məsləhətçi sahibkarlıq növünə aid edilir

51. Alış və satış üzrə sövdələşmələr və əməliyyatlarla xarakterizə olunan sahibkarlıq hansıdır?

52.Dəyərlərin tədavülü və mübadiləsini həyata keçirən sahibkarlıq növü hansıdır?

53. Müstəqil bank işlərində sığorta işlərində və s. yerlərdə həyata keçirilən sahibkarlıq növünü göstərin.

54. Bunlardan hansı istehsal amilidir.

A)) İstehsal fondları

D) İnformasiya texnologiyası

E) Əmtəə istehsalı

55. İstehsal amili deyil.

A)) İnformasiya texnologiyası

D) Dövriyyə fondlar

56. Müəssisə fondlarının ardıcıl olaraq bir formadan digər formaya çevrilməsi necə adlanır?

A)) Fondların dövranı

B) Fondların məhsuldar formaya keçməsi

C) Fondlar pul formasına keçməsi

D) Fondların əmtəə formasına keçməsi

E) Fondların aşınması

57.Əmtəə fondları hansı məhsuldan ibarətdir?

A)) Hazır məhsuldan

D) Yardimçı məhsuldan

E) Köməkçi məhsuldan

58. Obyektinə görə istehsal sahibkarlığının iki növü mövcuddur

B) Tədavül , dövran

C) Dövriyyə, dövran

D) Əsas, qeyri əsas

E) İnformasiya, xüsusi xidmətlər

59. Sahibkar məhsulunun rentabelliyi nece hesablanır.

A)) Məhsul satışından əldə olunan mənfəətin onun maya dəyərinə nisbəti

B) Məhsulun maya dəyərinin məhsulun qiymətinə nisbəti

C) Məhsulun satış qiymətinin onun maya dəyərinə nisbəti

D) Məhsulun mənfəətinin məhsulun qiymətinə nisbəti

E) Bütün variantlar düzdür

60. Əgər istehsal xərclərinin ümümi məbləği 40,0 mln manat, xalis mənfəət 6,0 mln manat olarsa,rentabellilik neçə faiz olar?

61. Nə üçün sahibkarlıqda rentabellik göstəricisindən istifadə edilir

A)) Sahibkarlıq fəaliyyətinin ümumi maliyyə qiymətləndirilməsi üçün

B) Sahibkarlıqda məhsulun qiymətinin müəyyən edilməsi üçün

C) Sahibkarlıqda rəqabəti qiymətləndirmək üçün

D) Sahibkarlıqda mənfəətin həcmini müəyyən etmək üçün

E) Sahibkarlıqda xərclərə əsaslanan strategiyanı müəyyən etmək üçün

62. Xalis mənfəət 20,0 mln man,əsas istehsal xərclərinin ümumi mənbəyi 80,0 mln manat olarsa, rentabellik səviyyəsi neçə faiz olar

63. Rentabellik səviyyəsinin artırılmasının əsas amilini göstərin

A)) Bütün variantlar

B) Məhsulun keyfiyyətinin yüksəldilməsi

C) Xərclərin aşağı salınması

D) Maddi resurs itkilərinin azaldılması

E) Əmək resursları itkilərinin aşağı salınması

64. İstehsalın rentabelliyi neçə yerə bölünür

65. Rentabellik müəyyən vaxt (il, rüb) dövründə sahibkar fəaliyyətinin nəyini xarakterizə edir.

A)) Müəyyən vaxt dövründə sahibkarlıq fəaliyyətinin mənfəətliliyini (ziyanlılığını xarakterizə edir)

B) Müəssisənin xərclərinin aşağı salınması yollarını xarakterizə edir

C) Məhsulun rəqabət qabiliyyətliliyini xarakterizə edir

D) Məhsulun keyfiyyətinin yüksək səviyyədə olmasını xarakteriz edir

E) Bütün variantlar düzdür

66. Balans mənfəətinin əsas istehsal fondlarının orta illik dəyəri və normalaşdırılmış dövriyyə vəsaitlərinin cəminə nisbəti hansı rentabelliyi ifadə edir

67. Balans mənfəətindən fondlara görə ödəmələr,bank kreditlərinə görə faizlərə və çıxıldıqdan sonra mənfəətin qalan hissəsinin əsas istehsal fondlarının orta illik dəyəri və normala satılmış dövriyyə vəsaitlərinin cəminə nisbəti hansı rentabelliyi ifadə edir

68. İxtisaslaşmış əmtəə birjası hansıdır?

A)) Liverpul (pambıq)

B) Fransa (əlvan metal)

E) Hollandiya (kauçuk)

69. Əmtəə birjasının məqsədi nədir?

A)) Azad rəqabətin idarə edilməsi mexanizmini yaratmaq və onun kğməyi ilə tələb və təklifin dəyişməsıni nəzərə almaqla real bazar qiymətini aşkar etməkdir

B) Azad rəqabətin idarə edilməsi mexanizminin vəzifəsi ilə məhsul satışını genişləndirməkdir

C) Azad rəqabəti inkişaf etdirməklə real vəziyyəti nəzərə almaqdır

D) Qiymətləri təhlil etməkdir

E) Qiymətlərin proqnozunu verməkdir

70. Əmtəə birjasının funksiyasını ifadə edir.

A)) Bütün variantlar düzdür

B) Ticarət müqaviləsinin bağlanması üzrə vasitəçi xidmətlər gğstərirlər

C) Qiymətlər haqqında məlumatlar toplayır və təhlil edirlər

D) Qiymətlərə təsir edən istehsalın vəziyyətini təhlil edərək yayırlar

E) Əmtəə ticarətini qaydaya salırlar

71. Kommersiya sahibkarlığının əsas məzmunu nədən ibarətdir?

A)) Alqı-satqı və xidmət üzrə əməliyyatlar və işlər təşkil edir

B) Alıcılara əmtəələrin satılması və mədaxilin əldə edilməsi

C) Kommersiya işlərinin planlaşdırılması və informasiyanın alınması

D) Əmtəələrin sonralar satılması üçün alınması

E) Bütün bəndlər

72. Hansı variant məsləhət xidmətinin əsas mərhələsini ifadə edir.

A) Qərarların hazirlanması

B) Problemin aşkar edilməsi

C)) Bütün bəndlər

D) Layihələrin hazırlanması

E) Qərarların həyata keçirilməsi

73. Məsləhətçilik sahibkarlığının metodlarının növü hansıdır

A)) Bütün bəndlər

74. Məsləhətçiyə lazım olan məlumat hansıdır?

A)) Firma nə ilə məşğul olur,o nə istehsal edir

B) İşçilərin sayı və ixtisası

D) Xərclərin quruluşu

E) Bütün bəndlər

75. Maliyyə sahibkarlıgının əsas fəaliyyət sahəsi hansıdir

A)) Kommersiya bankları və fond birjaları

B) Kommersiya bankları və əmtəə birjaları

D) Kapital bazarı

76. Kommersiya banklarının əməliyyatları qrupuna aid edilmir

A)) Cəlb edilmiş vəsait

D) Kommision- əlaqələndirici

77. Qiymətli kağızların hərəkət xarakterinə görə maliyyə bazarı hansıdır

A)) İlkin və ikinci bazar

B) Əsas və köməkci bazar

C) Pul və kapital bazarı

D) Aktiv və passiv bazar

E) Kommision əlaqələndirici bazar

78. Yeni məhsulun hazırlanmasının əsas mərhələsi hansıdır.

A)) Bütün bəndlər

B) Daha perspektiv yolların seçilməsi

C) Ekspert qiymətləndirilməsi

D) Biznes – planın hazırlanması

E) Təcrübi nümunələrin hazırlanması

79. İnnovasiya sahibkarlığının təşkilati-hüquqi forması deyil.

A)) Məhdud məsuliyyətli cəmiyyət

B) Biznes inkubatorlar

C) Vençur firmalar

D) Violent firmalar

E) Patien firmalar

80. Əsasən geniş yayılmış maliyyə brokerləri və dilerləri vasitəsilə məşğul olan qiymətli kağizların satışı ilə məşğul olan bazar necə adlanır?

D) Kopital bazarı

81. Mövcud olan əmtəənin qiymətinin dərhal ödənilməsi və alıciya çatdırılmasını nəzərdə tutan saziş hansıdır?

82. Şəxsə müəyən bir əmtəəni müəyyən bir qiymətlə təyin olunan tarixdə satın almaq və yaşatmaq öhdəliyini daşımağa vadar edək satış hansıdır?

83. Alıcı və satıcı tərəfindən təyin olunan əmtəənin miqdarını.keyfiyyətini təhvil ünvanını tarixini və qiymətini ifadə edən saziş necə adlanır?

84. Pulla istehsal vasitələrı əldə etmək yolu ilə pul formasından məhsuldar formasına çevrilməsi fondların hansı mərhələsidir.

85. Uzun müddət istehsal prosesində öz natural formasını saxlayaraq dəyərini hazır məhsul üzərinə tədricən keçirən fondlar nece adlanır?

86. Fondların dövranının hansı mərhələsində fondlar məhsuldar formadan əmtəə formasına keçir?

87. İstehsal prosesində bir istehsal tsiklində tamamilə sərt olunan və öz dəyərini bütövlükdə yeni yaradan məhsulun üzərinə keçən fond necə adlanır?

A)) Dövriyyə fondları

B) Tədavül fondları

C) Amortizasiya fondları

E) Köməkçi fondlar

88. Əsas istehsal fonlari öz dəyərini hansı yolla hazır məhsulun üzərinə keçirir?

A)) Pul vəsaitlərinin köçürülməsi ilə

B) Amortizasiya ayırmaları ilə

C) Maliyyə ayirmaları ilə

D) Həvəsləndirmə fondu ilə

E) Köməkçi fond ilə

89. Fondların dövranının hansı mərhələsində fondlar əmtəə formasından pul formasına keçir.

90. Məhsuldar fondlar hansı şəkildə mövcud olur?

A)) Əməkvasitələri,əmək cisimləri

C) Dövran, dövriyyə

91. Sahibkar üçün pul fondları nə üçün lazımdır

A)) İstehsal vasitələri almaq əmək haqqı vermək

B) İşçilərin sosial şəraitini yaxşılaşdırmaq

C) İşçiləri maddi maraqlandırmaq

D) İstehsalıən ahəndarlılığını təmin etmək

E) İşçilərin sağlamlıqlarını bərpa etmək

92. Balans mənfəəti 35 mln man ,əsas istehsal fondlarının orta illik dəyəri 70 mln man ,normallaşdırılan dövriyyə vəsaitləri 90 min man olarsa,ümumi rentabellik neçə faiz olar?

Comments are closed, but trackbacks and pingbacks are open.